Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2021 30.06.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – sədlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 02 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,848 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,245 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş psixotrop maddə hesab edilən metamfetamin və 05 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 3,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini satış məqsədi ilə qəsdən əldə edib, daşıyaraq saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə həmin psixotrop maddəni və narkotik vasitələri X8 cəza çəkən tanışı Şahid4 ötürülməsi üçün göndərmək məqsədi ilə yaşadığı Bakı şəhəri Səbail rayonu Əli Nəcmi küçəsi ev 7 ünvanında yerləşən evində təkbaşına iki ədəd cinayətkar məqsədləri üçün aldığı «Colgate» markalı diş məcunlarının birincinin içərisinə 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,022 qram və 0,826 qram, ümumi təmiz çəkisi 1,848 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, ikinci «Colgate» markalı diş məcununun içərisinə isə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,245 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilən metamfetamin, həmçinin 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,880 qram, 0,560 qram, 0,672 qram və 0,421 qram, ümumi təmiz çəkisi 3,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini xüsusi üsulla gizlədib, qablaşdırıb ərzaq məhsulları və corabdan ibarət sovqatlarla birgə Şəki-Bakı şəhərlərarası marşrutu üzrə fərdi qaydada sərnişin daşımaqla məşğul olan, cinayətkar qəsddən məlumatı olmayan Şahid5 vasitəsi ilə 29.08.2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhərindən Şəki şəhərində yaşayan eynilə cinayətkar qəsddən məlumatı olmayan Şahid1 göndərmiş, sonuncu da həmin narkotik vasitələri və psixotrop maddəni sovqatlarla birlikdə alıb, 30.08.2020-ci il tarixdə saat 16:05 radələrində X8 cəza çəkən məhkum, cinayətkar qəsddən məlumatı olmayan qardaşı Şahid4 ilə qısamüddətli görüşə gedərkən özü ilə aparmış, X9 əməkdaşları tərəfindən onun gətirdiyi sovqata axtarış-baxış keçirilən zaman sovqatların içərisində olan birinci «Colgate» markalı diş məcununun içərisindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,022 qram və 0,826 qram, ümumi təmiz çəkisi 1,848 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, ikinci «Colgate» markalı diş məcununun içərisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,245 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilən metamfetamin, həmçinin 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,880 qram, 0,560 qram, 0,672 qram və 0,421 qram, ümumi təmiz çəkisi 3,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar olunaraq qabşaldırılıb qanunla müəyyən olunmuş qaydada götürüldüyündən, iradəsindən asılı olmayan səbəbdən qadağan olunmuş əşya hesab edilən 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,022 qram və 0,826 qram, ümumi təmiz çəkisi 1,848 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,245 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil edilən metamfetamin, həmçinin 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,880 qram, 0,560 qram, 0,672 qram və 0,421 qram, ümumi təmiz çəkisi 3,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməsi cinayətinin başa çatdırılmasına nail ola bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həmin vaxt narkotik vasitənin təsiri altında olmuşdur. Belə ki, onun qohumu da Şahid4 cəza çəkdiyi müəssəsiədə cəza çəkir. O, qohumu ilə danışmaq üçün zəng edəndə səhv düşmüş və bu şəkildə Şahid4la telefonla danışmışdır. Həmin vaxt o, Şahid4 hansısa bir ehtiyacı varsa, göndərə biləcəyini demişdir. Şahid4 isə ona çaya, qəndə və digər gündəlik tələbat şeylərinə ehtiyacı olduğunu, həmçinin qardaşının da yanına gələcəyini bildirmişdir. Beləliklə, o, Hümmətə ehtiyacı olan şeyləri göndərən zaman həmin göndərdiyi zənbilə narkotik vasitə salmışdır. Belə ki, o, həmin zənbilə narkotik vasitə tiryək salmış, digər narkotik vasitələr olan heorini və metamfetamini isə səhvən həmin zənbilə qoymuşdur. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid4 ilə yalnız telefonla danışdığını, belə ki, həmin vaxt telefonla zəng edərkən səhv düşdüyünü və bu şəkildə də onların tanışlığının yarandığını, narkotik vasitəni “Colgate” diş məcununun qabının qapağını açıb onun içərisinə qoyduğunu, həmin vaxt özündə olmadığını, Hümmətə yolladığı sovqatla tiryəki göndərdiyini, digər narkotik vasitələr olan heroinlə metamfetamini isə səhvən həmin zənbilə qoyduğunu, göndərdiyi narkotik vasitənin çəkisinin az – təxminən 2 qram olduğunu, həmin narkotik vasitədən özünün də istifadə etdiyini, Hümmətə göndərdiyi sovqatı Şəki şəhərinə gətirməsi üçün avtovağzalda tanımadığı bir nəfər sürücüyə verdiyini, həmin sürücünün də sovqatı Hümmətin qardaşı Bayrama verməli olduğunu, Hümmətlə arasında narkotik vasitə ilə bağlı hər hansı bir vəsaitin əldə olunması və ya əldə olunan vəsaitin bölüşdürülməsi ilə bağlı danışıq olmadığını, həmin vaxt özündə olmadığını, ona görə, Hümmətə göndərdiyi sovqatın içərisinə narkotik vasitə qoyduğunu, Hümmətə tiryəki pay kimi elə-belə göndərdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, qardaşı Şahid4 cəzaçəkmə müəssisəsində cəza çəkir. O, həmişə iki aydan bir Hümmətə sovqat aparmışdır. Bir dəfə Hümmətlə əlaqə saxlayan zaman Hümmət ona çatası zənbil olduğunu bildirərək həmin zənbili müəssisədə ona çatdırmasını xahiş etmişdir. O, Hümmətə sürücünün və ya kiminsə həmin zənbili ona gətirib verməsini bildirmişdir. Daha sonra onun istifadəsində olan nömrəyə zəng gəlmişdir. Zəng edən şəxs həmin zənbili Bakı şəhərində avtovağzalda Oruca verdiyini bildirmişdir. Oruc həmin zənbili Rahibə, Rahib də ona vermişdir. O, həmin zənbili evə gətirən zaman içərisinə baxdıqda orada yalnız yeyinti məhsulları, siqaret və “Colgate” diş məcunları olduğunu görmüşdür. O, həmin vaxt zənbildə narkotik vasitə olduğunu hiss etməmişdir. Daha sonra həmin zənbili cəzaçəkmə müəssisəsinə apardıqda yoxlama zamanı həmin zənbildəki diş məcunundan narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, sürücü kimi fəaliyyət göstərir. Ona Bakı şəhərində avtovağzalda zənbil verilərək həmin zənbilin Bayram adlı şəxsə çatası olduğu bildirilmişdir. O da həmin zənbili gətirib Bayrama vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bayram ona zəng edərək avtovağzaldan Şəki şəhərinə gələn taksi olub-olmadığını soruşduqda gələn sürücü olduğunu bildirmişdir. Belə ki, həmin vaxt Şahid5 öz avtomobili ilə yola düşmək üzrə olmuşdur. Daha sonra Bayram yenidən ona zəng edərək avtovağzalda əlində zənbil olan bir nəfər oğlan olduğunu bildirmişdir. Beləliklə, həmin şəxs zənbili gətirib ona vermişdir. O da həmin zənbili Bayrama çatdırması üçün Rahibə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisidir. 30 avqust 2020-ci il tarixdə Şahid1 qardaşı Şahid4 ilə görüşmək üçün cəzaçəkmə müəssisəsinə gəlmişdir. Şahid1 gətirdiyi zənbilə baxış zamanı 6 büküm birində, 2 büküm birində olmaqla cəmi 8 ədəd büküm narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Bayram həmin narkotik vasitələrdən xəbərinin olmadığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin narkotik vasitələr istintaq orqanına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid7 Yusif oğlu və Şahid8 Şahid6 verdiyi ifadəyə uyğun ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, cəzaçəkmə müəssisəsində cəza çəkir, telefonda kontur olmadığından Şahid1 şərti zəng ötürmə etmişdir. Daha sonra telefona zəng gəlmiş, telefon arxasında danışan şəxsin səsinin qardaşının səsi olmadığını görmüşdür. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ondan cəzasının çox olduğunu soruşduqda o da təsdiqləmişdir. Fərid həmçinin ondan nəyəsə ehtiyacının olub-olmamasını da soruşmuş, o isə siqaretə və digər gündəlik tələbat şeylərinə ehtiyacının olduğunu bildirmişdir. Daha sonra qardaşı Təqsirləndirilən şəxs ona göndərdiyi sovqatı vermək üçün cəzaçəkmə müəssisənə gələn zaman qeyd edilən hadisə baş vermişdir. Məhkəmə iclası zamanı ifadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Şahid4 əvvəllər Təqsirləndirilən şəxs ümumiyyətlə tanımadığını, onun adını da bilmədiyini, Nurlan adlı şəxsi isə tanıdığını, telefonla danışan zaman Fəridin ondan Nurlan barədə soruşmadığını, Təqsirləndirilən şəxs ona göndərəcəyi sovqatda nə olacağını əvvəlcədən demədiyini, Fəridin diş məcununun qabının içərisində ona narkotik vasitəni hansı səbəbdən göndərdiyini bilmədiyini, telefonla danışan zaman Fəridin ondan hansı maddə ilə məhkum olunduğunu soruşmadığını, sadəcə cəzasının çox olub-olmadığını soruşduğunu, telefonla danışan zaman özünün Fəriddən konkret olaraq siqaret, çay, qənd istədiyini, başqa heç nə istəmədiyini, qeyd etdiklərini özünə istədiyini, özünün indiyə qədər narkotik vasitədən istifadə etmədiyini, özünün ümumiyyətlə diş məcunundan istifadə etmədiyini, Təqsirləndirilən şəxs ona əvvəllər sovqat göndərmədiyini, onunla yalnız bir dəfə telefonla danışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, həqiqətən də, sözügedən vətəndaş tərəfindən məhkuma verilməsi üçün gətirilən sovqata baxışın keçirilməsində hal şahidi qismində iştirak etmiş və həmin baxış zamanı diş məcununun içərisindən 6 büküm birində, 2 büküm birində olmaqla cəmi 8 ədəd büküm narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 da digər Şahid3 ilə eyni məzmunlu ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində Şahid10 göstərmişdir ki, o həqiqətən də Göyçay şəhəri Şəhriyar küçəsi ev 10, mənzil 28-də qeydiyyatdadır. X8 ciddi rejimli 2-ci korpus, 2-ci mərtəbə, 2-ci kamerada 2020-ci ilin yanvar ayından cəza çəkir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza çəkir. Nə üçün şahid qismində dindirilməyinin səbəbi ona aydındır. Cinayət işinin mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs onun qaynı Amilin xalası oğludur. 2003-cü ildən bəridir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər normal münasibəti olmuş, 2014-cü ildə Fəridlə Salyan rayonu 5 saylı Cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkmişdir. Həmin vaxtdan bilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Fərid üzərində narkotik aşkar olunduğu üçün tutulmuşdu. Türmədə olanda və türmədən sonra o Fəridin yanında narkotik vasitələrdən istifadə etməmişdir. 2016-cı ildə o həbsdən azad olunduqdan 2 ay sonra oğurluq cinayəti törətdiyinə görə yenidən azadlıqdan məhrum edilmiş və ona 5 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Azadlıqda olduğu 2 ayda və ondan sonra cəza çəkdiyi müddətdə Fəridi görməmişdir. Ancaq onunla yaxın münasibətdə olduğuna görə həmişə telefonla danışmışdır. Fəridin telefon nörməsi onun yadındadır. Fəridin telefon nömrəsi ***-***-**-**-dir. Təqsirləndirilən şəxs ifadəsi ilə tanış olmuş, bildirmişdir ki, Fəridlə sonuncu dəfə təxminən 2 ay bundan əvvəl, yəni 2020-ci ilin avqust ayının əvvəllərində danışmışdır. Fəridlə telefonla danışarkən hal-əhval bilmiş, ancaq Fəriddən sovqat, həmçinin narkotik vasitə olan heroin, tiryək və metamfetamin göndərməsini xahiş etməmişdir. Fəridin cəza çəkdiyi X1 ilə narkotik vasitə olan heroin, tiryək və metamfetamini göndərməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Belə ki, o, 26.08.2020-ci il tarixdə X9 telefon nömrəsindən Fəridin işlətdiyi ***-***- **-** nar nömrəsinə zəng vuraraq bir nəfər şəxsə onun mobil nömrəsini deyib həmin şəxsin ona narkotik vasitə olan heroin, tiryək və metamfetamin verəcəyini, həmin narkotik vasitələri götürüb cəzaçəkmə müəssisəsinə onun üçün göndərməsini Fəridə deməmişdir. Həmçinin qeyd etmişdir ki, Şəki rayonundan Şahid4 adlı şəxsin onunla eyni kamerada cəza çəkdiyi doğrudur. Hümmətlə münasibəti yaxşıdır, Hümmətin qardaşının adını, onun Bakı-Şəki marşrutunda taksi sürücüsü işləməyini, Hümmətin qardaşının mobil telefon nömrəsini bilmədiyini qeyd etmişdir. Onun yadında qalan Hümmətin qardaşı 2020-ci ilin yanvar ayından yalnız bir dəfə Hümmətin yanına gəlmişdir. Yəni o bir dəfə Hümmətin qardaşının onun yanına gəldiyini bilir. Ümumiyyətlə o, Hümmətin qardaşını görməmiş və tanımadığını bildirmişdir. Həmin şəxsin mobil nömrəsini bilmədiyi üçün heç kimə, xüsusən də Fəridə deməmişdir. Onun vasitəsi ilə Fəridin ona nə isə göndərməsini də Fəriddən xahiş etməmişdir. Fəridlə Bakı şəhərində ona narkotik vasitə verəcək şəxsin görüşünü təşkil etməmişdir. Həmin şəxsin kim olmasını da bilmir, 30 avqust 2020-ci il tarixdə saat 17 radələrində cəzaçəkmə müəssisəsinin rəis müavini İlqar müəllim dustaqlara sıra baxışı və yoxlama edərkən sıranın qarşısında demişdir ki, Hümmətin qardaşı vasitəsilə içəriyə narkotik vasitə gətizdirib, o da bu məsələni həmin vaxt bilmişdir. Dediyi kimi onun bundan xəbəri olmamış və həmin narkotik vasitənin sifarişçisi o deyildir. Təqsirləndirilən şəxs ifadəsi ilə razı olmamış və bildirmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalandır. Belə ki, o Fəridlə 2020-ci ilin avqust ayının əvvəlində danışanda onunla yalnız hal-əhval bilmişdir. Fəridə sovqat göndərməsi barədə heç nə deməmiş, o Fəridə narkotik vasitə göndərməsi barədə heç bir göstəriş verməmişdir.Heç nəyi təşkil etməmişdir. O, Fəridin nə üçün belə dediyinin səbəbinin deyə bilməyəcəyini, onunla ədavət və düşmənçiliyinin olmadığını bildirmiş, ancaq Fəridin onunla ədavət və düşmənçilik edibetməməsi barədə heç nə deyə bilməyəcəyini, ola bilsin ki, Fəridin onunla ədavəti vardır. Ancaq bunu da dəqiq deyə bilməyəcəyini, Fəridin ümumiyyətlə Şəki Penitensiar Müəssisəsində olduğu müddətdə, yəni 2020-ci ildə ona sovqat göndərmədiyini bildirmişdir. Fəridin ümumiyyətlə ona heç vaxt sovqat göndərmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.08.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X6rdaşı Şahid4 sovqat gətirən Şahid1 gətirdiyi sovqatın içərisində olan 2 ədəd “Colgate” markalı diş məcunlarının, bir ədəd “Colgate” markalı diş məcununun içərisində gizlədilmiş 6 ədəd, digər “Colgate” markalı diş məcununun içərisində gizlədilmiş 2 ədəd,ümumilikdə 8 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərdən 5 ədəd sellofan bükümdə heroinə bənzər, 2 ədəd sellofan bükümdə tiryəkə bənzər və 1 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunaraq qablaşdırılıb götürülmüş, Şahid1 həmin bükümlərdə olan narkotik vasitələrə və psixotrop maddəyə bənzər maddələrdən onun məlumatının olmadığını və həmin vasitələrin onun olmadığını bildirərək bu barədə izahat vermişdir. (cild 01, iş vər. 04-06) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 30 avqust 2020-ci il tarixli 17/523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vətəndaşı Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə...” sözləri və imzalar olan zərfin içərisindəki 05(beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,561 qram, 0,880 qram, 0,560 qram, 0,672 qram və 0,421 qram, ümumi təmiz çəkiləri 3,094 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərisindəki 02(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,022 qram və 0,826 qram, ümumi təmiz çəkiləri 1,848 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Həmin zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,245 qram maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. (cild 01, iş vər. 08-11) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31.08.2020-ci il tarixli Şahid1 mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 30.08.2020-ci il tarixdə Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman müvafiq qaydada qablaşdırılmış üzərində “şübhəli şəxs Şahid1 üzərindən götürülmüş mobil telefon” sözləri yazılmış ağ rəngli zərf açıldı, həmin zərf açıldıqdan sonra qara rəngli, üzərində “Samsung” sözləri yazılmış mobil telefon çıxarıldı. Mobil telefonun arxa hissəsində qoruyucu qab vardır. Həmin qab telefondan çıxarıldı, lakin qabın içəisində hər hansı bir əşya yaxud predmet aşkar edilmədi. Bundan sonra mobil telefon işə salındı. Mobil telefon açıldıqdan sonra “menyu” hissəsinə daxil olundu və həmin hissədə olan proqram aşağıdakı qaydada baxış keçirildi: “Avtootvet” adlı proqrama daxil olunduqda həmin proqram vasitəsi ilə telefon danışıqlarına dair səslərin yazılması müəyyən edildi. Baxış zamanı B.Hümmətov sovqatı götürmək üçün ***-***-**-** mobil nömrəsi ilə danışdığını, həmin danışığında bu proqramın içərisində səsinin yazılmasını qeyd etdi. Bundan sonra proqramın içərisində olan fayllara baxış keçirən zaman orada çoxlu sayda səs yazılarının olması müəyyən edildi. Həmin səs yazıların içərisində ***-***-**-** mobil nömrəsinə aid 3 səs yazısının olması müəyyən edildi. Həmin səs yazılarına bir-bir baxış keçirildi: Belə ki, Birinci səs yazısına baxış keçirildikdə həmin səs yazısının 08.29.2020-ci il tarixdə saat 16:29:56-də 01:09 saniyə qeydə alındığı müəyyən edildi. Həmin səs yazısına baxış keçirilidə bir nəfər şəxsin “Bayram kişidi danışan? Fərid idi, Sizi narahat edən Bakıdan, sumka gəlməlidi, Sizə Şəkiyə, burda hansı şoferlərin birinə verim, mən şoferlərdən, “deməsi, B.Hümmətovun isə “orda Şəki şoferi tap birdənə, körpünün altında dayanır, stayankada” deməsi, Fərid adlı şəxsin isə “kafenin yanındayam, burda dayanır çox vaxtı” deməsi, B. Hümmətovun isə “indi stayanka yığıbdı maşını, dönər butkasının börünə, şəki şoferi soruş imenni”, Fərid adlı şəxsin isə “dönər butkasının yanına yığıblar? Yolun o tərəfinə?” soruşması, B.Hümmətovun isə “bəli, girəcəyinə girəcəyinə, fırlan ordan gələ bilər, düz xoş gəlmisənin altına şəki şoferi soruş, mənlə calaşdır, mən diyim” deməsi, B.Hümmətovun isə “ yaxşı mənim qardaşım” deyib telefonu söndürməsi və səs yazısının bitməsi müəyyən edildi. İkinci səs yazısına baxış keçirildikdə həmin səs yazısının 08.29.2020-ci il tarixdə saat 16:36:22-də 01:10 saniyə qeydə alındığı müəyyən edildi. Həmin səs yazısında bir nəfər şəxsin “bir qardaş tapmışam danışda onunla dediyini, daha sonra telefonu Tehran adlı şəxs verdiyini, Tehran adlı şəxs isə B.Hümmətova “Şəkidə Arxüstündən” olduğunu, Bayramı tanıdığını, bildirdi. Həmin vaxt isə B.Hümmətovun Tehrana “Arifin yeznəsi, 225” kimi özünü tanıtdığını, Tehranın isə tanıdığını bildirməsi, daha sonra B.Hümmətovun “o, mənim qardaşıma türməyə çatasıdı, kimsə götür yola sal deyə” bildirməsi, Tehranın isə “iki nəfər axtarıram, görüm neynirəm” deməsi, B.Hümmətovun “ondan pul alma, şoferəmdə bilirsən, mənəm bayram, qardaşıma türməyə çatacaq, onu götür mənə çatdır. Gör orda kim çıxsa səndən qabaq ver onu” deməsi, daha sonra isə Tehranın “yaxşı qaqaş” deməsi müəyyən edildi. Üçüncü səs yazısınn 08.29.2020-ci il tarixdə saat 16:38:49-da 43 saniyə müddətində qeydə alındığı müəyyən edildi. Daha sonra isə həmin səs yazısında B.Hümmətovun “zikonu soruş, zikonu, verdin sumkanı?” dediyini, digər şəxsin isə “tehran yaxınlaşdı mənə, dedi ki, birdənə provit eliyim, adam tapsam verirəm,” dediyi müəyyən edildi. Həmin vaxt B.Hümmətov onunla danışan şəxsin ona sovqat göndərən şəxs olduğunu bildirdi. Baxış zamanı B.Hümmətov həmin səs yazılarından da göründüyü kimi, Fərid adlı şəxs kimi özünü təqdim edən şəxsə qardaşına sumka göndərilməsi üçün onunla əlaqə saxladığını, onun sovqatın içərisində nə olduğunu bilmədiyi, sadəcə həmin şəxsin ona zəng etdikdən sonra sovqatı Şəkiyə göndərməyi izah etdiyini, həmin səs yazılarından da baxışdan göründüyü kimi yalnız dediyi məzmunda səs yazılarının olduğunu bildirdi. Daha sonra telefonda “Telefon” adlı fayl açıldı. Həmin faylın içərisində müxtəlif zənglərin olması müəyyən edildi. Həmin faylın içərisində B.Hümmmətovun 29.08.2020-ci il tarixdə saat 16:38, 16:35 və 16:28-də ***-***-**-** mobil nömrəsi ilə telefon danışıqlarının olması müəyyən edildi. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə edilmədi. Bundan sonra telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilmədiyi üçün “SAMSUNG” markalı mobil telefon yenidən qablaşdırıldığı zərfə qoyuldu və yenidən eyni qaydada qablaşdırıldı. Beləliklə də Bayram Hümmətovun üzərindən aşkar edilmiş mobil telefona baxış keçirildi, baxış zamanı aşkar olunmuş iş üçün əhəmiyyətli xüsusatlar protokola qeyd edildi. Bununla da Bayram Hümmətova məxsus mobil telefonlara baxış keçirilməsi yekunlaşdırıldı. Baxış ilə əlaqədar protokol tərtib olundu, ucadan oxundu, iştirakçılar tərəfindən əlavə və düzəliş edilməsi təklif olunmadı, şikayət və etiraz daxil olmadı. (cild 01, iş vər. 43-45) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03.09.2020-ci il tarixli 189-22219-1220 nömrəli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, əməliyyat tapşırığı ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri Səbail rayonu, Əli Nəzmi küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə gətirilərək təqdim edilmişdir. (cild 01, iş vər. 77) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, X7 23.09.2020-ci il tarixdə 17/33-3974 nömrəli məktubla daxil olmuş X8 cəza çəkən Şahid4 yanına qısa müddətli görüşə gəlmiş qardaşı Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman heroin, tiryək və metamfetaminin aşkar edilərək götürülməsi ilə əlaqədar sovqata baxış keçirilən otağın müşahidə videokamerası vasitəsi ilə qeydə alınmış videogörüntülərinə tərəfimdən baxış keçirilmiş və baxış zamanı əvvəlcə X9 möhürü ilə möhürlənmiş zərf açılmış, orada 1 ədəd DVD disk aşkar olunmuşdur. DVD diskə baxış keçirilməsinə başlandı. Bu vaxt müəyyən edildi ki, DVD diskdə olan videogörüntü 22 dəqiqə 03 saniyədir. Videogörüntü olan DVD diskdə X9 giriş hissəsi görünür. Görüntünün sol hissəsində “CAM 02” sözləri, yuxarıda sağda isə “30/08/2020 16:32:05” rəqəmləri yazılmışdır. Müəyyən edilmişdir ki, “CAM 02” sözləri kameranın nömrəsini, “30/08/2020 16:32:05” rəqəmləri isə tarix və saatı göstərir. Görüntünün sol tərəfində, açıq dəmir qapının sol tərəfindən kağıza yazılaraq divara yapışdırılmış “AXTARİŞ BAXİŞ” sözləri olduğu görünür. Ondan irəlidə dəmir barmaqlıqla əhatələnmiş X5 Hissəsi, dəhlizdə ön stolları və ondan da irəlidə Penitensiar Müəssisənin şəxslər üçün nəzərdə tutulmuş əsas giriş qapısı vardır. Giriş qapısından sağda şkaf, dəmirlə bağlanmış hissə, ondan irəlidə isə sağda stollar vardır. Həmçinin dəhlizdə bir nəfər mayor rütbəsində və bir nəfər isə çavuş rütbəsində olan şəxslərin olduğu müəyyən olunur. Çavuş rütbəsində olan şəxsin X9 Rejim-nəzarət şöbəsinin nəzarətçisi, ədliyyə baş çavuşu Şahid8 olduğu müəyyən olundu. Şahid1 da dəhlizdə olduğu görünür. Videogörüntüyə baxış keçirilməsinə davam edilir. Bu zaman Şahid8 əvvəlcə şalvarı əlinə alaraq cilərini və digər yerlərini yoxlayır. Heç nə aşkar edilmir. Daha sonra o, alt paltarını əli ilə yoxlayır. Şübhəli heç nə aşkar edilmir. Görüntünün 01:23-dəqiqəsində o corabları yoxlayır. Şübhəli heç nə aşkar edilmir. Daha sonra yoxladığı əşyaları götürüb stolun üzərində olan şəffaf sellofanın içərisinə yığır. Bu zaman Şahid1 da onu izləyir. Daha sonra nəzarət buraxılış otağının qarşısında olan mayor rütbəsində olan şəxs sellofanlarda olan digər sovqatları yoxlayır. Hər bir sovqatı açaraq içərisinə baxılır. Əl ilə yoxlanır. Sonra qaytarıb yenə sellofana yığılır. Bu qaydada təxminən 03:52 dəqiqəsinə kimi davam edir. Bu dəqiqədən sonra Şahid1 X8 cəza çəkən qardaşı Şahid4 gətirdiyi ağ rəngli sellofanda olan sovqata baxış keçirilməsinə başlanılır. Baxışı keçirən şəxs mayor rütbəsində olan X9 əməkdaşıdır. Həmin şəxs əvvəlcə sovqatın içərisində olan 1 cüt corabı çıxarıb yoxlayır. Şübhəli heç nə aşkar edilmir. Qaytarıb sellofana qoyur. Sonra diş şotkalarını yoxlayır. Şübhəli heç nə aşkar edilmir. Daha sonra digər sovqatları yoxlamağa başlayır. Videogörüntünün 04:52 dəqiqəsində həmin əməkdaş sellofanın içərisindən əvvəlcə bir ədəd diş pastası çıxarır. Əli ilə diş pastasını yoxlamaq məqsədilə basır. Həmin vaxt videogörüntüdə 30.08.2020-ci il saat 16:36-nı göstərir. Diş pastasını yoxlayarkən içərisindən əvvəlcə diş məcunu çıxır. Ancaq diş məcununun içərisində əli ilə basdıqda şübhəli nə isə olduğunu anlayır. Bu zaman kənarda dayanmış Şahid1 yanına çağırır. Şahid1 da onun yanına gələrək diş macununa baxır. Əməkdaş əlindəki diş pastasını kənara qoyub digər diş pastasını əlinə alır ki, onu da yoxlasın. Əli ilə diş pastasını yoxlamaq məqsədilə basır. Ancaq eyni qaydada həmin diş məcununun içərisində də şübhəli nə isə olduğunu anlayır. Şahid1 da diş məcununa diqqətlə və yaxından baxmağa başlayır. Həmin vaxt ətrafda digər sovqatları yoxlayan daha 2 nəfər X9 əməkdaşı da diş məcununa diqqətlə baxmağa başlayırlar. Diş məcununun içərisini açmaq üçün digər əməkdaş Növbətçi Hissədən kağız gətirir ki, diş məcununun içərisində olan əşyanın və ya vasitənin nə olduğunu müəyyən etmək üçün həmin kağızın üzərinə qoyulub baxış keçirilsin. 05:53 dəqiqədə həmin əməkdaş cibindən telefonu çıxararaq əvvəlcə diş məcununu videogörüntü ilə çəkməyə başlayır. Daah sonra bıçaqla məcunu kəsib içərisində olan narkotik vasitələr və psixotrop maddələrə bənzər şübhəli bükümləri çıxarmağa başlayırlar. Bu zaman da X9 əməkdaşları Şahid1 suallar verirlər. Aşkar olunmuş şübhəli vasitənin biri kağızın üzərinə qoyulur və telefonla müəssisənin əməkdaşı tərəfindən çəkilməsinə başlanır. Bütün bunları Şahid1 da izləyir. Daha sonra içəridə əməkdaşlar çoxalır. Videogörüntünün 10-cu dəqiqəsində, yəni saat 16:42-də diş pastalarının içərisində olan narkotik vasitələr və psixotrop maddələrə oxşar vasitələr bıçaqla kəsilib çıxarılaraq stolun üzərində olan kağızın üzərinə qoyulur. Bunu Şahid1 da izləyir. Şahid1 qarşısında dayanmış polkovnikleytenant rütbəli şəxslə söhbət edərək əli ilə nəyisə izah etməyə çalışır. Videogörüntün 11ci dəqiqəsində, yəni 16:43-də bütün aşkar edilən narkotik vasitələr və psixotrop maddəyə oxşar bükümlər Şahid1 nümayiş etdirilir. Bununla bağlı videoçəkiliş aparılır. Narkotik vasitələrə və psixotrop maddəyə oxşar bükümlər kağız zərfdə Şahid1 iştirakı ilə bir daha hal şahidlərinin iştirakı ilə qablaşdırılması üçün X9 əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid6 tərəfindən kağızın üzərinə qoyulur. Bundan sonra narkotik vasitələrə və psixotrop maddəyə oxşar bükümlər qablaşdırılması üçün Şahid1la birgə X10 keçilir. Videogörüntünün 22 dəqiqə 03 saniyədən sonra, yəni 30.08.2020-ci il tarixdə saat 16:54:08-də bitdiyi müəyyən olundu. Baxış zamanı bu barədə protokol tərtib edildikdən sonra Ədliyyə Nazirliyi X7 22 sentyabr 2020-ci il tarixdə 17/33-3974 nömrəli məktubla icraatıma daxil olmuş DVD diski cinayət işinə əlavə edildi. (cild 01, iş vər. 199-200) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 30.09.2020-ci il tarixli 6524 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 01, iş vər. 219) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X15 29.09.2020-ci il tarixli 2982 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il tarixdən Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntusu diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. (cild 01, iş vər.220) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün "xxxx" MMC-dən 07.11.2020-ci il tarixdə AZF/LGL-11037/20 nömrəli məktubla icraatıma daxil olmuş, məktuba əlavə edilmiş CD diskisinə tərəfimdən 12.11.2020-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi, ***- ***-**-** mobil nömrəsi Bakı şəhəri Nərimanov rayonunda yaşayan X13 məxsusdur. Nömrənin aktivləşmə tarixi 16.10.2008-ci il tarixidir. Ona məxsus sənədin seriya nömrəsi AZE № 01254974-dir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən 13.08.2020-ci il tarixdən başlayaraq 01.09.2020-ci il tarixədək müddətlərdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə mesajların göndərildiyi müəyyən olundu. Mesajlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə gələn mesajlara baxış keçirildi. Məlum oldu ki, 13.08.2020-ci il tarixdə başlayaraq 02.09.2020-ci il tarixədək müddətlərdə onun ***-***-**-** mobil nömrəsinə ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonlardan müxtəlif vaxtlarda mesajlar gəlmişdir. Mesajlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Bundan sonra zənglərin detallaşması faylına daxil olundu. Burada ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə müxtəlif vaxtlarda gələn və gedən zənglərin vaxtı və müddəti, həmin şəxslərin olduqları yerlərin anten dairələrinin olduğu müəyyən edildi. Həmçinin müəyyən edildi ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan 29.08.2020-ci il tarixdə saat 16:28:46-da 72 saniyə, həmin gün saat 16:35:11-də 72 saniyə müddətində zəng getmiş, həmin vaxt Təqsirləndirilən şəxs olduğu anten, yəni yerin “GBBK4275G/GBBK4275 Avtovagzal/"Bakı şəhəri, Sumqayıt şossesi, ev 3, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsi"/Binagadi” olduğu müəyyən edilmişdir. Bununla da həmin müddətlərdə Təqsirləndirilən şəxs məhz həmin yerdə olduğu və göstərilən yerdən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə telefon əlaqəsi yaratdığı müəyyən edilmişdir. Eyni zamanda Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 29.08.2020-ci il tarixdə saat 16:38:15-də 36 saniyə müddətində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edildiyi müəyyən edildi. Həmin vaxt Təqsirləndirilən şəxs olduğu anten dairəsinin “GBBK4299E/GBBK4299 Shems Restoran/"Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadromun şimal-qərb hissəsi"/Binagadi” olduğu, həmin yerin isə Təqsirləndirilən şəxs Şahid10 göndərdiyi sovqatı Bakı-Şəki taksi sürücüsü Şahid2 verdiyi yer olduğu müəyyən edilmişdir. Bundan başqa 28.08.2020-ci il tarixdə X9 024-24-5-21-64 nömrəli telefonundan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna saat 15:10:52-də 29 saniyə müddətində olan telefon danışığı müəyyən edildi. Həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonundan 28.08.2020-ci il tarixdə saat 15:12:34-də 19 saniyə müddətində X9 024-24-5-21-64 nömrəli telefonuna edilən telefon danışığı müəyyən edildi. 29.08.2020-ci il tarixdə X9 024-24-5-21-64 nömrəli telefonundan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna saat 15:55:40-da 67 saniyə müddətində telefon danışığının olduğu müəyyən edildi. Bundan başqa həmin faylda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Bundan sonra “zənglərin məxsusluq tarixçələri” faylına daxil olunaraq baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin Bakı şəhəri Nərimanov rayonunda yaşayan X13 məxsus olduğu müəyyən edildi. Bundan başqa həmin faylda iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmadı. Baxış zamanı protokol tərtib edildikdən sonra "xxxx" MMC-dən 07.11.2020-ci il tarixdə AZF/LGL-11037/20 nömrəli məktubla icraatıma daxil olmuş, məktuba əlavə edilmiş CD diski cinayət işinə əlavə edildi. (cild 02, iş vər.23-24) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 19 oktyabr 2020-ci il tarixli 904 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər.47) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 06 oktyabr 2020-ci il tarixli 552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə( şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o,ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs oğlunun əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. (cild 02, iş vər.48-49) Azərbaycan Respublikasının Baş prokurorunun 04 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Muradxan Zülfüqarovun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə şöbəsinin müstəntiqi, İİ dərəcəli ədliyyə qulluqçusu Elxan Azayevin iştirakı ilə birgə istintaq qrupu yaradılmış və istintaq qrupuna rəhbərlik Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Muradxan Zülfüqarova həvalə edilmişdir. (cild 02, iş vər.44-46) “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından material ayrılması haqqında” 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2, Şahid5 və Şahid1 əməllərində Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.3, 29,317-1.1, 307.1 və 307.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd olunmuşdur. Həmçinin həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 və Şahid10 əməllərində Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 29,317-1.1, 307.1 və 307.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddərlə cinayət işi başlanması rədd olunmuşdur. (cild 02, iş vər.167-199) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 15-ci bəndində isə göstərilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadəsi, ekspertizanın rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Ə.Nəcmi küçəsi ev 7-də qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində onun barəsində 46 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 184) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 62, 66.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.09.2014-cü ildə Salyan Rayon Məhkəməsinin 18.09.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş, 25.03.2015-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (cild 01, iş vər. 175) Təqsirləndirilən şəxs CM-nin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmçinin təqsirli bilindiyi hər bir maddə üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 87-89) Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 05.09.2020-ci il tarixli 4(075)-85/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 03 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 164-166) Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 03 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 19 oktyabr 2020-ci il tarixli 904 nömrəli rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olmaqla bir ədəd zərfin içərisində qablaşdırılmış şəkildə saxlanılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X12 Bölməsinin rəyində qalıq çəkisi tədqiqata sərf edildikdən sonra 01 ədəd sellofan bükümdə 0,511 qram, 01 ədəd sellofan bükümdə 0,83 qram, 01 ədəd sellofan bükümdə 0,51 qram, 01 ədəd sellofan bükümdə 0,622 qram, 01 ədəd sellofan bükümdə 0,371 qram, ümumi çəkisi 2,844 qram olan külli miqdarda heroin, qalıq çəkisi tədqiqata sərf edildikdən sonra 01 ədəd sellofan bükümdə 0,922 qram və 01 ədəd sellofan bükümdə 0,726 qram, ümumi çəkisi 1,648 qram olan tiryək və 01 ədəd sellofan bükümdə, qalıq çəkisi tədqiqata sərf edildikdən sonra 0,195 qram olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin, narkotik vasitələr və psixotrop maddənin aşkar edildiyi 02 ədəd “Colgate” markalı diş məcunları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid1 məxsus 01 ədəd kağız zərfin içərisində qablaşdırılmış 01 ədəd “Samsung J3” markalı mobil telefon sahibinə qaytarılmalı, 04 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutumuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla 01 ədəd sellofan bükümdə 0,511 qram, 01 ədəd sellofan bükümdə 0,83 qram, 01 ədəd sellofan bükümdə 0,51 qram, 01 ədəd sellofan bükümdə 0,622 qram, 01 ədəd sellofan bükümdə 0,371 qram, ümumi çəkisi 2,844 qram olan külli miqdarda heroin, 01 ədəd sellofan bükümdə 0,922 qram və 01 ədəd sellofan bükümdə 0,726 qram, ümumi çəkisi 1,648 qram olan tiryək və 01 ədəd sellofan bükümdə 0,195 qram olan metamfetamin, 02 ədəd “Colgate” markalı diş məcunu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid1 məxsus 01 ədəd kağız zərfin içərisində qablaşdırılmış 01 ədəd “Samsung J3” markalı mobil telefon sahibinə qaytarılsın, 04 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-139/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver