Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2022 03.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X24, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakı ilə, 23 avqust 1966-cı il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid1 əri olmuş X8 ilə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü, 11 yaşlı olmaqla azyaşlı qızı, özündən 44 yaş kiçik olan Zərərçəkmiş şəxs aşkar surətdə 14 yaşına çatmadığını bilə-bilə 2020-ci ilin dekabrın ayının ortaları-sonları istintaqa məlum olmayan tarixdə günorta saatlarında sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə, eləcə də ona zor qarşı tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə cəmiyyət arasında təşəkkül tapmış əxlaq normalarına zidd olaraq cinsi ehtirasını təmin etmək məqsədi ilə özünə məxsus Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında azyaşlı olmaqla müqavimət göstərmək iqtidarinda olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə eləcə də zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə ona istintaqa məlum olmayan yuxu dərmanı verib huşsuz vəziyyətə salmaqla onun və özünün paltarlarını çıxarmaqla Zərərçəkmiş şəxs yataq üzərinə arxası üstə uzadaraq öz cinsi orqanını onun cinsi orqanına daxil etməklə onunla təbii yolla cinsi əlaqədə olmaqla zorlayıb qızlıq pərdəsinin tamlığını pozmuş və eyni zamanda həmin vaxt öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa anal nahiyyəsinə sürtməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bu hadisədən 5 gün sonra yəni 2020-ci ilin dekabr ayının sonlarında günorta saatlarında Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında azyaşlı olmaqla müqavimət göstərmək iqtidarinda olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə eləcə də ona zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə istintaqa məlum olmayan yuxu dərmanı verib halsız vəziyyətə salmaqla çarpayının üzərinə arxası üstə uzadaraq onun və özünün paltarlarını çıxarmaqla öz cinsi orqanını onun cinsi orqanına daxil edərək Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaqla təkrarən onu zorlamış, bundan sonra əlini Zərərçəkmiş şəxs cinsiyyət orqanının içinə və sinəsinə vurmuş, sonuncu Təqsirləndirilən şəxs bu hərəkətləri zamanı güclü ağrı hiss etsə də onu itələməyə gücü çatmamış, Zərərçəkmiş şəxs əlini zorla öz cinsiyyət orqanına vurmağa məcbur etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixdə günorta saatlarında özünə məxsus Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında azyaşlı olmaqla müqavimət göstərmək iqtidarinda olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə eləcə də ona zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə istintaqa məlum olmayan yuxu dərmanı verib huşsuz vəziyyətə gətirməklə çarpayının üzərinə arxası üstə uzadaraq onun və özünün paltarlarını çıxarmaqla öz cinsi orqanını onun cinsi orqanına daxil edərək Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaqla təkrarən onu zorlamış və sonuncuya zor tətbiq etmək hədəsi ilə cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə sürtməklə təkrarən ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının sonlarında günorta saatlarında yaşadıqları Mirzəbəyli kəndində yerləşən yaşayış evində azyaşlı olmaqla müqavimət göstərmək iqtidarinda olmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə, eləcə də ona zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə yaşadığı evin yataq otağında tək olmalarından istifadə edib Zərərçəkmiş şəxs anası Şahid1 öldürəcəyi ilə hədələyərək əli ilə onun şalvarını dartıb çıxartmış, eləcə də o özünün şalvarını tam olaraq çıxartdıqdan sonra Zərərçəkmiş şəxs otaqda olan 2 nəfərlik çarpayının üzərinə üzü aşağıya uzatmış və onun üzərinə çıxmış, sonra onun cinsi orqanlar yerləşən nahiyyələrini əlləməklə və sonuncuya zor tətbiq etmək hədəsi ilə cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə sürtməklə aşkar surətdə 14 yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Pərvanə ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Pərvanə evli olmuş, lakin sonra boşanmışdır. Belə ki, 2020ci ilin noyabr ayının 13 də onların boşanma işi ilə bağlı məhkəməsi olmuş. Pərvanə ona zəng edərək kiçik Elana adlı qızının onun yanında saxlanılması haqqında qərar verildiyini və getməyə yerlərinin olmadığını demişdir. O da bacısı Lətifə ilə məsləhətləşərək razılıq vermişdir. Sonra Pərvanə və qızı Elanə onlara gəlmişlər. Elanə təxminən 12-13 yaşında olmuşdur. Onların sənədələri olmamış, icra nümayəndəsi Elxan müəllim isə ona qeydiyyatsız şəxslərin yaşamalarının mümkün olmayacağını demişdir. Ancaq o, onların sənədlərini əldə edə bilməmiş, lakin hər iksini icra nümayəndəliyinin təsərrüfat kitabında öz təsərrüfatına qeydiyyata saldırmışdır. Bir ilə yaxın Pərvanə və Elanə onunla qalmışlar. Arabir isə onun evini tərk etdikləridə olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində isə Pərvanə və Elanə evindən çıxıb Zarağanlı Dursun deyilən əxlaqsızlıqla məşğul olan qadının evinə köçmüşlər. 1 həftə orada qaldıqdan sonra X25 kəndində yaşayan əri Ramikin yanına qoymuşdur. 3-4 gün sonra isə onun yanına gəlib uşağını ərindən geri almaq üçün kömək istəmişdir. 10 gün o, Pərvanəni aldatmış, lakin sonra məcbur olub Pərvanənin xahişlərindən sonra Qəbələ icra qrupunun köməyi ilə Elanəni yenidən geri almışlar. Bundan sonra o, onlarla birlikdə yaşamağa başlamış, aralarınında heç bir problem olmamışdır. 2021-ci ilin okytabr ayında o, təkrar Elanəni Mirzəbəyli kənd orta məkəbinə göndərilməsinə nail olmuş, 4 gün o, məktəbə getmiş, daha sonra isə məktəbə getməkdən imtina edib atasıgilə getmək istədiyini demişdir. O da Pərvanəyə “əmisi İlqara de gəlib uşağı aparsın” deyə bildirmişdir. Onlarda uşağı yalnız məhkəmə vasitəsi ilə imtina etdikdən sonra geri alacaqlarını demişlər. Sonra növbəti gün Pərvanə uşağı məhkəmənin qarşısında onlara vermişdir. Bu hadisədən 2-3 gün sonra Pərvanəyə istifadəsində olan ***- ***-**-** nömrəsinə anası Arifədən zəng gəlmiş, anası ona “Elanənin bakirəliyinin pozulduğunu və həkimə aparılmalı olduğunu” demişdir. Bir gün sonra əmisi İlqar təkrar Pərvanəyə zəng eləmiş, eyni şeyləri demişdir. Onlar öz aralarında danışdıqları üçün çox şey başa düşməmişdir. İlqar zəng edən günün səhəri saat 16 radələrində işlədiyi yerdə Qəbələ RPŞ-nin CAB-nin 3 nəfər əməkdaşı yanına gəlmiş, gələnlərdən biri Elçin, biri Vüqar digərini isə tanımamışdır. Onlar ona Qəbələ RPŞ-nə getməli olduğunu demişlər. O evə gedib üst başını dəyişmiş, Pərvanə də evdə olmuşdur. Onların hər ikisi Qəbələ RPŞnə gərtirilmiş, polis şöbəsində hərəsini 3-cü mərtbədə ayrı-ayrı otaqlara salmışlar. Axşam saat 23 dək saxlamışlar. Ona Elanənin onun tərəfindən zorlandığı, hazırda hamilə olduğunu demişlər. O, həmin ittihamları qəbul etməmiş, ona görə də polis əməkdaşları tərəfindən döyülmüşdür. O, döyülməkdən və verilən işgəncədən qorxub Elanəyə seksual xarakterli hərəkətlər etdiyini demişdir. Lakin cinsi əlaqə barədə heç nə etiraf etməmişdir. Əslində isə Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkət etməmişdir. Odur ki, qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1966-cı il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuşdur. Lakin 1985-ci il tarixdə Sumqayıt şəhərində texnikuma qəbul olduğu üçün Sumqayıt şəhərinə köçərək orada yaşamağa başlamışdır. Həmçinin o Sumqayıt şəhərində zavodda işləmişdir. Sumqayıt şəhər sakini X9 ilə 1990-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Lakin, təxminən 2010-cu il tarixdə Reyhandan rəsmi qaydada boşanaraq doğulduğu Mirzəbəyli kəndinə geri qayıtmışdır. Qəbələ rayon Yenikənd kənd sakini X14 ilə təxminən 1 il 6 ay əvvəl Qəbələ şəhərinin bazarında yerləşən kafelərin birində tanış olmuş, həmin tarixdən etibarən ara-sıra onunla görüşməyə, eləcə də Pərvanə ilə cinsi əlaqədə olmağa başlamışdır. Pərvanə Baxışova onun yaşadığı Mirzəbəyli kəndində yerləşən evinə ara-sıra gəlmişdir. Lakin, 2020-ci ilin noyabr ayından etibarən, yəni Pərvanə ilə əri Ramik rəsmi qaydada boşandıqdan sonra onun yaşadığı Mirəzəbəyli kəndində yerləşən evində mütəmadi olaraq qalmağa başlamışdır. Həmçinin 2020-ci ilin noyabr ayından etibarən Pərvanənin azyaşlı qızı Zərərçəkmiş şəxs da onun evində yaşamağa başlamışdır. Onun Mirəzəbəyli kəndində yerləşən evi 1 otaqlı olmaqla, həyətyanı sahədə yerləşir. Pərvanə ilə qızı Elanə onunla həmin evin otağında birlikdə qalmışdırlar. Belə ki, evinin bir otağında olmaqla, evin içərisində 2 ədəd yataq vardır ki, həmin yataqların birində o Pərvanə ilə birlikdə yatmışdır, digərində isə azyaşlı Elanə yatmışdır. 2020-ci ilin noyabr ayının sonlarından, dekabr ayının əvvəllərində onda Pərvanənin azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı cinsi ehtiras yaranmağa başlamışdır. Belə ki, ilk dəfə 2020-ci ilin noyabr ayının sonlarında dekabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə saat təxminən 18-19 radələrində Pərvanə həyətdə olan zaman onun azyaşlı qızı Elanə evdə olmuşdur. Həmin vaxt o içkili olmuşdur. Azyaşlı Elanə o çarpayıda olan zaman onun üstünə çıxmış, onunla oynamış, onda da Elanəyə qarşı ehtiras yarandığından Pərvanənin xəbəri olmadan gizli şəkildə yatdığı yatağın üstündə azyaşlı Elanəni qucaqlamışdır. Onun əynindəki paltarları çıxartmadan onun arxa hissəsinə və ön hissəsinə əli ilə toxunmuş, eləcə də Elanəni qucağında otuzduraraq onu arxadan qucaqlamışdır. Həmin vaxt Pərvanə həyətə boşqabları yumaq üçün getmişdir. O spirtli içkinin təsiri altında olmuş. Lakin ilk dəfə o Elanənin paltarlarını əynindən çıxartmamışdır. Sadəcə olaraq paltarların üzərindən sürtüşərək öz cinsi ehtirasımı təmin etmişdir. Lakin, orqazmı başa çatdıra bilməmiş, çünki Pərvanənin həyətə düşüb geri qayıtması təxminən 1 dəqiqə müddət çəkmişdir. Lakin, Pərvanə evə gec gəlsə imiş O, Elanəyə qarşı öz hərəkətlərini başa çatdırarmış. Həmin vaxt Elanə onun üzərində özü geriyə və arxaya doğru hərəkət etmişdir. O da ehtiraslı olduğu üçün Elanənin arxasından qucaqlamışdır. Həmin vaxt Elanənin 11-12 yaşı olduğunu bilmişdir. İkinci dəfə isə birinci hadisədən təxminən 10 gün sonra 2020-ci ilin dekabr ayının ortalarında saat təxminən eyni qaydada 18-19 radələrində Pərvanə həyətyanı sahədə olan zaman o Pərvanənin evdə olmadığından istifadə edərək azyaşlı Zərərçəkmiş şəxs evdə olduğunu görmüş və təkrar cinsi ehtirası qalxdığı üçün ona yaxınlaşmışdır. Elanə özü onun üstünə çıxdığı üçün təkrar o Elanəni yatdığı çarpayının üzərində qucaqlamışdır. Elanə isə həmin hərəkətləri Dursunun adlı şəxsin nəvəsindən öyrənmişdir. Elanənin qara rəngli şalvarını əli ilə dartaraq tam soyundurmadan aşağıya doğru endirmiş, həmçinin özünün də əynində olan göy rəngli cins şalvarını da yarıya kimi soyunmaqla aşağıya doğru çəkmişdir. Eləcə də alt geyim paltarı olan tursiki də çıxartmışdır. Elanə də özü öz razılığı ilə öz şalvarını çıxartmış, Elanəyə şalvarını çıxartmasını o təklif etmişdir. Onlar hər ikisi şalvarını tam olaraq deyil, yarıya kimi çıxartmış, o isə Elanənin üstünə uzanmışdır. Elanə həmin vaxt üzü aşağıya doğru uzanmış vəziyyətdə olmuşdur. Onun şalvarını çıxartmaqda məqsədi Elanənin arxa dəlik keçəcəyinə öz cinsiyyət orqanını yerləşdirmək olmuşdur. Yatdığı çarpayıda cinsiyyət orqanını Elanənin arxa dəlik keçəcəyinə sürtmüş, lakin Elanənin arxa dəlik keçəcəyinə öz cinsiyyət orqanını sala bilməmiş, çünkü onda bərkimə olmamışdır. Onun məqəsdi cinsi ehtirasımı söndürmək olmuşdur. O öz cinsiyyət orqanını Elanənin arxa dəlik keçəcəyinə təxminən 5-6 dəfə sürtmüşdür. Bu hadisə təxminən 1 dəqiqə, 1 dəqiqə 30 saniyə davam etmiş. Lakin, həmin vaxt Elanənin ön cinsiyyət orqanına özünün cinsiyyət orqanını toxundurmamışdır. Lakin, vaxt az olduğu üçün, yəni Pərvanə evə tərəf gəldiyi üçün o, öz istəyini, yəni Elanənin arxa anal dəliyinə öz cinsiyyət orqanını sala bilməmiş, dərhal paltarını yuxarı çəkmişdir, Elanə də öz paltarını yuxarıya doğru çəkmişdir. Həmin vaxt da o orqazm yaşaya bilməmiş yəni yekun aktı başa çatdıra bilməmişdir. Pərvanə evə daxil olan zaman onu və Elanəni çarpayıda normal şəkildə uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxt da içkili olmuş, spirtli içkini evdə qəbul etmişdir. İçkili olduğu üçün Elanəyə ona etdiklərini heç kimə deməməsini tapşırmamışdır. O hər iki hal baş verən zaman Elanəyə heç bir zor tətbiq etməmişdir. Çünkü Pərvanə həyətdə olmuş və Elanənin bir dəfə ucadan qışqırması halında Pərvanə evə gəlib məsələdən agah olacaqmış. Üçüncü dəfə isə o 2020-ci ilin dekabr ayının sonlarında, yanvar ayının əvvəllərində, ikinci hadisədən təxminən 1 həftə sonra Pərvanə həyətdə olan zaman gizlin şəkildə Elanə ilə cinsi ehtiras yaşamaq fikrinə düşmüşdür. Həmin vaxt da o içkili olmuşdur. Dəqiq xatırlamadığı qədəri ilə ad günündə, ya da Pərvanənin ad günüdə, ya da qeyrisinin ad günü məclisində içmişdir. Pərvanə də həmin gün içkili olmuş. Bundan başqa Pərvanə mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Həmin vaxt Elanə onunla birlikdə çarpayıda uzanmışdır. O Elanənin üstünı çıxmaq istədikdə Pərvanə evə daxil olmuş, buna görə o Elanəni soyundura bilməmişdir. Həmin vaxt da onun məqsədi Elanəni soyundub onun arxa hissəsinə öz cinsiyyət orqanını sürtməklə ehtiras yaşamaq olmuşdur. Bu hissi onda Elanənin özü yaratmışdır. Çanki Elanə özü onun üstünə çıxıb oynayırmış. Elanə bu cür hərəkətləri Dursun adlı şəxsin qızının telefonunda bu cür videolara baxaraq öyrənmişdir. Çünkü o özü Dursunun qızı onlara gələn zaman onların bu cür seksual videolara baxdıqlarının şahidi olmuşdur. Pərvanə evə daxil olan zaman ona zəng gəldiyi üçün telefonu götürmək istəyib Elanənin üstündən keçdikdə evə daxil olan Pərvanə bunu gördükdə isə şübhələnmiş və Elanəyə bir dəfə şillə vurmuşdur. Ona da təhqiredici söyüşlər söymüşdür. Həmin vaxt da o Elanəyə heçnə edə bilməmiş, lakin onunla arxadan cinsi əlaqədə olmaq, yəni Elanənin arxa anal dəliyinə öz cinsiyyət orqanını yeritmək istəmişdir. Lakin Pərvanə evə daxil olduğundan bunu edə bilməmişdir. Pərvanə baş verənlərdən şübhələndiyi üçün hadisənin səhəri günü qızı Elanəni özü ilə birlikdə götürüb Zarağan kəndində Dursun adlı şəxsgilə getmiş və 1 həftə onlarda qalmışdır. Pərvanənin qızı Elanə ilə birlikdə Dursun adlı şəxsgilə getməsi 2021-ci ilin yanvar-fevral aylarında baş vermişdir. X27 adlı bacısı ona zəng edərək onun Elanəyə qarşı bu cür işlər gördüyünü, Elanə ilə cinsi əlaqədə olduğunu ona bildirmiş, lakin həmin vaxt da o etdiklərini Vəfaya etiraf etməmişdir. Daha sonra Pərvanə və Elanə Dursungildə 1 həftə qaldıqdan sonra onun yaşadığı Mirzəbəyli kəndinəki evinə gəlmişlər. Pərvanə uşağa baxa bilmədiyi üçün elə həmin ərəfədə Elanəni Yenikənd kəndinə aparmışdır. Özü isə onun yanına geri qayıtmışdır. Onun yanında olan zaman isə Pərvanə ondan dəfələrlə xahiş etmişdir ki, uşaqsız qala bilmir. Lakin o, özü Elanənin gəlməsini istəməmişdir. Təxminən 1 həftə Elanənin onun yaşadığı evə gəlməsinə icazə verməmiş, çünkü o artıq özündən qorxmuşdur ki, təkrar bu cür hərəkətləri Elanəyə edər. Lakin Pərvanənin xahişlərini nəzərə alaraq o da icra qrupuna getmiş, oradan Yenikən kəndinə zəng edib Elanəni götürə biləcəklərini bildirmişlər. Onlar da fevral ayında yenidən Elanəni öz evlərinə gətirmişlər. O Elanəyə həm arxa hissəsindən, həm də ön hissəsindən seksual hərəkətlər edə bilərmiş, sadəcə olaraq vaxtın qısa olmağı ona cinsi aktı başa çatdırmağa imkan verməmişdir. Elanəyə dərman verməmiş onun cinsiyyət orqanı ilə təbi yolla cinsi əlaqədə olmamışdır. Pərvanə onu çılpaq vəziyyətdə görməmişdir. Pərvanə onun üstünə bıçaqla gəlməmişdir. O nə Elanəni nə də Pərvanəni evdə tutub saxlamamış, Elanəni hədələməmişdir. Əgər o Elanə və ya Pərvanəni hədələsəydi Pərvanə gedib Qəbələ bazarında Eyvaz və Sahib adlı şəxslərə onun Elanəni zorladığını deməzmiş. Belə ki, Eyvaz ona təxminən 1 həftə əvvəl ondan Elanəni zorlayıb-zorlamadığını soruşmuş, o, da Eyvaza zorlamadığını demişdir. Pərvanə Eyvazın evində cəmi 3 gün qalmışdır. O azyaşlı Elanəyə qarşı sadəcə 3 dəfə onu qucaqlamaqla, eləcə də bir dəfə isə Elanənin arxa dəlik keçəcəyindən öz cinsiyyət orqanını sürtməklə hərəkət etmişdir. O, Elanənin cinsiyyət orqanından cinsi əlaqədə olmaq istəsə də buna vaxtı olmamışdır. Elanəyə şillə ilə vurmamış, yuxu dərmanı isə ümumiyyətlə verməmişdir. Elanənin cinsiyyət orqanı ilə cinsi əlaqədə olmaq məsələsində isə ona şər atırlar. Belə ki, tutulmazdan 2 gün əvvəl Pərvanə qohumu İlqara zəng edərək Yenikənd kəndində özünə mülk tələb etmiş, buna görə də Pərvanə təkrar uşağını götürmək istəmiş, lakin o buna razı olmamışdır. Elanənin bakirəliyini Elanənin əmisi İlqarın oğlu tərəfindən pozulduğunu düşünür. Çünkü təxminən 5-6 ay əvvəl İlqarın oğlu Pərvanəyə zəng etmişdir ki, onlar birlikdə gedib içki içsinlər. Həmçinin Elanənin bakirəliyi Dursunun evində də pozula bilərmiş. Onun Elanəyə qarşı etdiyi seksual xarakterli hərəkətlər təxminən 1 dəqiqə, 1 dəqiqə 30 saniyə davam etmişdir. Hadisə zamanı əynində göy rəngli cins materiala bənzər şalvar, uzunqol düyməli köynək olmuşdur. Elanənin isə əynində qara rəngli şalvar və rəngini xatırlamadığı uzun boğaz köynək olmuşdur. O Elanəyə hədə qorxu gəlməmiş, eləcə də ona hadisə barədə kiməsə deməməsi üçün təhdid etməmişdir. Elanənin ön cinsiyyət orqanına öz cinsiyyət orqanı ilə toxunmamış, lakin əli ilə 3 dəfə onun ön cinsiyyət orqanına toxunmuşdur. Ümumi olaraq 2020-ci ilin dekabr ayında cəmi 3 dəfə azyaşlı Elanə ilə seksual hərəkətlər etmiş, lakin 2021-ci ilin oktyabr ayında Elanəyə qarşı heç bir zorakı hərəkət etməmişdir. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin və müəllim psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və həmin ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 2010-ci il tarixdə Qəbələ rayon Yenikənd kəndində anadan olmuşdur. Şahid1 onun anası, X8 isə atasıdır. Elgiz adlı bir qardaşı və Gülyaz adlı bacısı var. Atası Ramik ilə anası Pərvanə 2020-ci ilin 16 dekabr tarixində anası Pərvanənin əxlaqsız hərəkətlər etdiyinə görə rəsmi qaydada boşanmışlar. Atası Ramik ilə anası Pərvanə boşandıqdan sonra o məhkəmə keçirilən zaman anası Pərvanə ilə yaşamaq istədiyini bildirdiyi üçün elə həmin tarixdən etibarən anası Pərvanə ilə yaşamağa başlamışdır. Lakin, bacısı Gülyaz Mirzağayeva və qardaşı Elgiz Mirzağayev atası Ramiklə yaşamaq istədikləri üçün elə həmin tarixdən, yəni 16 dekabr 2021-ci il tarixdən etibarən atası Ramiklə Yenikənd kəndində yaşamağa başlamışdırlar. 16 dekabr 2021-ci il tarixdə anası Pərvanə ilə atası Ramikin məhkəməsi keçirildikdən sonra o anası Pərvanə ilə birlikdə məhkəmədən bayıra çıxmış və həmin gün anası Pərvanə Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs ilə Qəbələ şəhərinin bazarının qarşısında görüşmüşlər. Onlar, yəni o, anası və Vüqar birlikdə Mirzəbəyli kəndinə Vüqarın yaşadığı evə getmişlər. Həmçinin anası ilə atası boşanmazdan qabaq da onlar bir dəfə Təqsirləndirilən şəxs evinə gedərək onlarda qalmışlar. Vüqargildə 1-2 gün qaldıqdan sonra isə anası Pərvanə onu da özü ilə birlikdə götürüb Yenikənd kəndinə qayıtmışdır. Onlar 16 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs evinə getdikdən sonra onlarda daimi qalmağa başlamışlar. Belə ki, Vüqarın yaşadığı ev həyətyanı sahədə yerləşməklə 1 otaqdan ibarət olmuş, o da həmin otaqda anası Pərvanə və anasının qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs ilə birlikdə həmin otaqda qalmışlar. Belə ki, həmin otaqda iki ədəd yataq olmasına baxmayaraq o, həmişə tək yataqda yatmış, anası ilə Təqsirləndirilən şəxs isə yerdə, polun üstünə döşək salmaqla yatmışlar. Anası o, evdə olan zaman dəfələrlə araq içmiş və sərxoş hala düşmüşdür. Vüqar isə əksərən pivə içərək sərxoş olmuşdur. Onlar spirtli içki qəbul etdikdən sonra evdə mütəmadi olaraq bir-birilərini nalayiq ifadələrlə təhqir edir, eləcə də bir-biriləri ilə dava-dalaş etmişlər. O evdə olduğu müddətdə onların bir-biri ilə hətta cinsi əlaqəyə də girdiklərini görmüşdür. Anası Şahid1 içki içmək üçün evdən çıxıb getdiyi zamanlarda isə o, evdə Vüqar ilə birlikdə tək qalmışdır. İlk dəfə 16 dekabr 2020-ci il tarixdən 1-2 gün keçdikdən sonra Vüqar anası Pərvanəyə həkimə gedərək özünü yoxlatmasını bildirmiş və o, da Vüqarla evdə tək qalmışdır. Dəqiq xatırlamadığı saatda anası Pərvanə evdən çıxıb gedən kimi Vüqar onun yanına gəlib ona qırmızı rəngli bir ədəd tabletka dərmanı vermişdir ki, boğaz ağrısı üçün müalicəvidir. O, da Vüqara demişdir ki, “mənim boğazım ağrımır”. Lakin, bütün bunlara baxmayaraq Vüqar israrla ona “al, al dərmanı iç” demişdir. O da buna görə Vüqarın ona verdiyi dərmanı içmişdir. Yuxusu gəldiyi üçün yatması səbəbindən qışqıra bilməmişdir. Dərmanı içdikdən təxminən nə qədər müddət keçdiyini bilməsə də artıq ayılan zaman evin otağındakı yerdə sərilmiş yorğan döşəkdə çılpaq vəziyyətdə uzanmış vəziyyətdə olduğunu, eləcə də üzərində ön cinsiyyət orqanından qan axdığını, alt geyim ləvazimatında qan ləkələrinin olduğunu görmüşdür. Qarnında isə ağrı meydana gəlmişdir. Həmin vaxt isə Vüqar da öz şalvarını geyinirmiş. O da evdən ağlaya-ağlaya həyətdəki tualetə gedib qan axan hissələrini yuyub təmizləmiş, eləcə də özünün qan olan alt geyim ləvazimatlarını yumuşdur. Daha sonra anası Pərvanə evə gəldikdə o, anası Pərvanəyə bu barədə bildirsə də, anası Pərvanə ona inanmamışdır. Amma özü başa düşmüşdür ki, Vüqar onu ön hissədən zorladığı üçün cinsiyyət orqanından qan gəlmişdir. İlk dəfə o,Vüqarın cinsiyyət orqanını görməmiş, lakin özünün cinsiyyət orqanı qanamış və cinsiyyət orqanında güclü ağrı hiss etmişdir. Yuxuda olsa da Vüqarın onu zorladığını anlamışdır. İkinci dəfə isə bu hadisənin üzərindən təxminən 5 gün keçikdən sonra günorta saatlarında anası Pərvanə həyəti süpürən zaman yenə də Vüqar evdə ona qırmızı rəngli dərman vermiş və o, yuxudan ayıldıqdan sonra otaqda olan çarpayının üstündə lüt olduğunu, üzərində yəni ön cinsiyyət orqanında qan ləkəsinin olduğunu, eləcə də alt geyim ləvazimatının-tumanının ön hissəsində qan ləkələrinin olduğunu və eyni qaydada Vüqarın şalvarını geyindiyini görmüşdür. 2-ci dəfə oyananda onu da özünü də lüt görmüş, cinsiyyət orqanınında ağrı hiss etmişdir. Vüqar əlini onun cinsiyyət orqanının içinə vurmuş, sonra əlini sinəsinə vurmuşdur. Bu onu çox incitmiş, Vüqarı itələməyə gücü çatmamışdır. Vüqarın cinsiyyət orqanını onda görmüş, Vüqar onun əlini zorla öz cinsiyyət orqanına vurmağa məcbur etmişdir. Vüqarı cinsiyyət orqanı bərk olmuşdur. O ayıldıqdan sonra dərhal qaçıb həyəti süpürən anası Pərvanənin yanına getmiş, ona qan axan cinsiyyət orqanını, eləcə də alt geyim paltarının-tumanının üzərində olan qan ləkəsini göstərmişdir. Anasından nə üçün qan axdığını da soruşmuşdur. Anası Pərvanə də ona yıxıldığını bildirmişdir. O anası Pərvanəyə Vüqarın ona əxlaqsız hərəkətlər etdiyini desə də, anası ona inanmamışdır. O da tualete gedib qan axan hissələrini yuyub təmizləmişdir. Eləcə də tualetdə tumanını çıxardıb həyətdəki bulaqda yuyub təmizləmişdir. Üçüncü dəfə isə 30 dekabr 2020-ci il tarixdə günorta saatlarında anası Pərvanə marketə yeni ilə hazırlıq üçün konfet almaq məqsədilə gedərkən, Vüqar ilə birlikdə tək qalmışdır. Anası Pərvanə evdən çıxıb gedən kimi Vüqar yanına gəlib ona qırmızı rəngli bir ədəd tabletka dərmanı verib “boğaz ağrısı üçün müalicəvidir” demişdir. O da Vüqara “ mənim boğazım ağrımır” cavabını vermişdir. Lakin, bütün bunlara baxmayaraq Vüqar israrla ona “al, al dərmanı iç”. Demişdir. Buna görə Vüqarın ona verdiyi dərmanı içmişdir. Dərmanı içdikdən təxminən nə qədər müddət keçdiyini bilməsə də artıq ayılan zaman evin otağındakı yerdə sərilmiş yorğan döşəkdə çılpaq vəziyyətdə olduğunu, eləcə də üzərində, yəni ön cinsiyyət orqanında və tumanında qan ləkəsinin olduğunu görmüşdür. Həmin vaxt isə Vüqar da öz şalvarını geyinmişdir. Bu vaxt anası Pərvanə də evə gəlib onun yataqda çılpaq olduğunu görmüşdür. Anası Vüqardan nə üçün bu cür hərəkət etdiyini soruşmuş, Vüqar isə yaxşı etdiyini bildirmişdir. Buna görə də anası Pərvanə Vüqarın üstünə bıçaqla getmiş, Vüqar da anasnın əlindən bıçağı almış və onlar qarşılıqlı dava etmişlər. Həmin vaxt artıq anası Pərvanə Vüqarın ona etdiyi hərəkətlərə inanmış, buna görə də Pərvanə onun qan axan ön cinsiyyət orqanına baxmışdır. Həmin vaxt da o, tumanını özü yuyub təmizləmişdir. Lakin, anası Pərvanə onu həkimə aparmamışdır. Həmin qan olan paltarlar daha sonra dəfələrlə yuyulmuşdur. Daha sonra isə 2021-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığım tarixdə, atamgilə gəlməzdən bir gün əvvəl 4-cü dəfə anası həyətdə paltar yuyan zaman günorta radələrində Vüqar ona yaxınlaşıb anasını öldürəcəyi ilə qorxutmuşdur. Sonra əli ilə onun şalvarını dartıb çıxartmışdır. Eləcə də o özünün şalvarını tam olaraq çıxartmış, sonra onu otaqda olan 2 nəfərlik anası və Vüqarın özünün yatdığı çarpayının üzərinə üzü aşağıya uzatmış və üstünə çıxmışdır. Daha sonra Vüqar cinsiyyət orqanını onun arxa anal dəliyindən toxundurmuş, bu zaman isə anası Pərvanə evə gəlib bunu görmüşdür. Anası əsəbləşib bıçaqla Vüqarın üzərinə hücum çəkmiş, Vüqar anasının əlini burub bıçağı almışdır. Sonra isə anası sakitləşmiş mobil telefonu otaqda olan digər çarpayının üstündən əlinə alaraq xalası Vəfaya zəng etmişdir. Vəfaya onu götürüb Yenikənd kəndində aparmasını, eləcə də Vüqarın ona etdiklərini demişdir. Vüqar anasının əlindən telefonu alıb stolun üstünə qoymuş, ona da çölə çıxmağını bildirmişdir. O həyətə düşmüş, anası Pərvanə ilə də Vüqar evdə qalmışlar. Bundan sonrakı gün isə Vüqar ilə anası onu aparıb əmisi İlqara təhvil vermiş, belə olub o, atası, bacısı və qardaşı yaşadığı Yenikənd kəndinə gəlmişdir. Orada olarkən bir neçə dəfə qarnında ağrı hiss etmiş, onu həkimə aparanda isə həkim qızlıq pərdəsinin pozulduğunu demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir, məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 il əvvəl Qəbələ rayonu Yenikənd kənd sakini X10 ilə evlənmiş, birgə nikahlarından 3 övladı dünyaya gəlmişdir. X32 18, qızı Gülyaz Mirzağayevanın 15, kiçik qızı Zərərçəkmiş şəxs isə 12 yaşı vardır. Ramiklə tez-tez ailədaxili münaqişələrimiz baş verdiyinə görə yola gedə bilməyib boşanmaq qərarına gəlmişlər. Əsas səbəb onun tez-tez spirtli içki qəbul etməsi olmuşdur. Sonda 2020-ci ilin dekabr ayında Qəbələ rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Bundan sonra oğlu Elgiz və böyük qızı Gülyaz atasının yanında qalmış, kiçik qızı Elanə isə öz istəyinə və onun istəyinə uyğun olaraq onun yanıda qalmışdır. O, Ramikdən boşandıqdan sonra əvvəllər gizli sevgi münasibətində yaşadığı Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs yanına gedib həmin kənddə yerləşən onun evində birlikdə ər-arvad münasibətində yaşamağa başlamışlar. Çünki Vüqar özü də arvadından boşanmışdır və onlar ər-arvad kimi bir evdə yaşamaq qərarına gəlmişlər. Kiçik qızı Elanə də onlarla birlikdə yaşamağa başlamış, Vüqarın əvvəlki arvadlarından olan uşaqları isə ondan ayrılaraq anaları ilə birlikdə yaşamışlar. 2020-ci ilin təxminən dekabr ayında dəqiq xatırlamadığı tarixdə qızı Elanə evdə olarkən ona Vüqardan gizlin Vüqarın ona yataqda əxlaqsız hərəkətlər etməsi, yəni seksual hərəkətlər etməyi təklif etdiyini bildirmişdir. O qızından Vüqarın ona qarşı bu cür hərəkətləri törətməsi barədə soruşanda həmin vaxt Elanə ona Vüqarın bu cür hərəkətləri ona təklif etdiyini, onun bu təklifini kiməsə deyəcəyi təqdirdə onu öldürməklə hədələyərək qorxutduğunu demişdir. Elanə ona deməmişdən əvvəl də özü də şübhələnmişdir ki, Elanə Vüqardan çəkinir, ondan uzaq gəzir və qorxur. O Elanəyə bu barədə heç kimə deməməsini özünün araşdırcağını demişdir. O vaxt heç kimə deməməyinin səbəbi qızının ona nəyisə yalan danışa biləcəyini düşünməsi olmuşdur. O Vüqarı faktla tutmaq istəmişdir. Həmdə Vüqar onu döydüyü üçün ondan çox qorxmuşdur. Qalmağa isə onların başqa yerləri olmamışdır. Bundan təxminən bir ay sonra Elanə özü istədiyi üçün onu Yenikənd kəndinə atası evinə aparıb qoymuş, 20 gün orada qalandan sonra onu istədiyi üçün gedib yenə də öz yanına Vüqarın evinə gətirmək istəmiş, lakin böyük oğlu buna maneçilik törətmişdir. O da bu barədə icra qrupuna gedib xahiş etmişdir ki, qızı Elanənin ona verilməsində köməklik etsinlər. İcra qrupunun köməkliyi ilə o qızı Elanəni öz yanına Vüqarla yaşadığı evə aparmışdır. Bundan sonra Elanə 2021-ci ilin noyabr ayının əvvəllərinə qədər onun və Vüqarın yanında qalmış. Vüqarın evi bir şüşəbənd və bir otaqdan ibarət olmuşdur. Onlar hər üçü yəni o, Vüqar və qızı Elanə həmin otaqda bir yerdə yatmışlar. O və Vüqar taxt çarpayıda, Elanə isə tək dəmir çarpayıda yatmışdır. Həmin evdə üçündən başqa heç kim yaşamamışdır. O yenə də hiss etmişdir ki, Elanə ondan nəsə gizlədir və Vüqardan qorxur. Tez-tez Elanədən Vüqarın ona qarşı seksual hərəkətlər edib-etmədiyini və ya yenə də bu cür təkliflər edib-etmədiyini soruşmuş, Elanə isə ona yox cavabı vermişdir. Lakin, o yenə də şübhələnmişdir ki, Vüqar Elanəyə qarşı hansısa seksual və ya əxlaqsız hərəkətlər törədir. Vüqardan da soruşmağa qorxmuşdur çünki Vüqar onu mütəmadi başqa səbəblərdən, aralarında hər hansı mübahisə yaranan kimi döymüşdür. Sonuncu dəfə təxminən 2021-ci ilin oktyabr ayının sonlarında günortadan sonra saat təxminən 16 və ya 17 radələrində o, paltar yumaq məqsədi ilə həyətə düşmüş, bu vaxt Vüqar və Elanə evdə yataq otağında olmuşlar. O paltarları yumamışdan əvvəl yuyulacaq paltarların bir qismini evdə unutduğu üçün həmin paltarları götürmək üçün evə qalxmalı olmuşdur. Paltarların olduğu yataq otağına daxil olarkən görmüşdür ki, qızı Elanə şalvarı yarıya qədər aşağı çəkilərək soyunmuş vəziyyətdə üzü üstə taxt çarpayıda uzanmış, Vüqarın da şalvarı aşağı yarıya qədər soyunulmuş formada Elanənin üzərinə uzanıb öz cinsiyyət orqanını Elanənin arxa dəliyi hissəsinə sürtərək Elanəyə qarşı əxlaqsız seksual hərəkət etmişdir. Elanə isə sakit uzanmışdır. Lakin, Vüqarın cinsiyyət orqanının Elanənin arxa keçəcəyinə və ya cinsiyyət orqanına daxil olub-olmadığını görməmişdir. Bundan sonra qaynı İlqara zəng vurub qızı Elanənin kəndə atasının yanına getmək istədiyini, ona baxmağa maddi imkanının çatmadığını demişdir. Qaynı İlqar ona növbəti gün səhər saatlarında Elanəni Qəbələ icra qrupuna gətirməsini, orada öz razılığı ilə Elanəni ona təhvil verməsini bildirmişdir. O da Elanəni ertəsi gün saat 10 radələrində Qəbələ şəhərinə icra qrupuna gətirmiş, İlqar da, əmisi oğlu Əlhədlə birlikdə ora gəlmişlər. O icra qrupunda uşağını saxlaya bilmədiyini, öz atasına vermək istədiyini demişdir. Bundan sonra X33 kəndinə atası evinə aparmıdır. O isə yenidən Mirzəbəyli kəndinə Vüqarın evinə qayıdıb onunla yaşamağa davam etmişdir. Çünki getməyə yeri olmamış, çöldə qalmamaq üçün onun yanına qayıtmışdır. Daha sonra Mirzəbəyli kəndində Vüqarın evində olarkən ünvana Qəbələ rayon polis şöbəsinin əməkdaşları gələrək oğlu Elgizin qızı Elanəyə qarşı Vüqarın seksual xarakterli hərəkətlər etməsi barədə şikayət etdiyini, bununla bağlı araşdırma aparıldığnı, izahatının alınması üçün polis şöbəsinə getməli olduğunu bildirmişlər. Elanənin qızlıq pərdəsinin tamlığının Vüqar tərəfindən pozulmasının şahidi olmasa bunu Vüqarın etdiyini bilmişdir. Çünki özü 2021-ci ilin oktyabr ayının sonrlarında Vüqarın 11 yaşlı körpə uşağına necə hərəkət etdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayın 13-də Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Pərvanə ilə onun qardaşı Ramik rəsmi qaydada boşanmışlar. Bundan sonra Elgiz və böyük bacısı Gülyaz atasının yanında qalmış, kiçik bacıları Elanə isə öz istəyinə uyğun olaraq anası Pərvanənin yanında qalmışdır. Pərvanə ilə Ramikin boşanmasına səbəb Pəranənin əxlaqsız hərəkət etməsi olmuşdur. Ona məlum olmuşdur ki, Pərvanə əvvəllər gizli sevgi münasibətində yaşadığı Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs yanına gedib həmin kənddə yerləşən onun evində birlikdə ər-arvad münasibətində yaşamışdır. Qızı Elanə də onunla yaşamışdır. Üstəlik Pərvanə içki aludəçisi olmuşdur. 2021-ci ilin oktyabr ayında onun istifadəsində olan ***-***-**-** nömrəsinə qardaşı qızı Elanə anası Pərvanəyə məxsus ***-***-**-** mobil telefon ilə zəng edərək çöldə qaldığını onu gəlib Yenikənddə ailəsinin yanına aparmağını xahiş etmişdir. O da icra şöbəsinin razılığı ilə onu 25 oktyabr 2021-ci il tarixdə evlərinə gətirmişdir. Bundan 5-10 gün sonra Elanə evdə olan qadınlara ağrıdğını demiş, buna görə də ilkin olaraq onu nənəsi, yəni Pərvanənin anası Arifə müayinə üçün Qəbələ RMX-na gətirmişdir. Orada Elanənin qızlıq pərdəsində problem olduğu deyildiyindən, yoldaşı Esmira və qardaşı qızı Şəlalə onu yenidən dəqiqləşdirmək üçün həkimə aparmışlar. Fakt dəqiqləşdikdən sonra isə onlar Qəbəkə RPŞ-nə müraciət etmişlər. Elanə onlara onu anasının birlikdə yaşadığı Vüqarın dəfələrlə dərman verib huşsuz vəziyyətə gətirərək zorladığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verməklə onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, Pərvanəni onun bacısı Vəfaya görə tanımışdır. Belə ki, Pərvanənin bacısı Vəfa onlara şor və qatıq satmışdır. Belə olub onun bacısı Pərvanəni tanımışdır. Bəzən Pərvanənin evi olmadığı üçün qızı Elanə ilə gəlib onlarda qalmışdır. Bu zaman Pərvanənin qızı Elanə onun nəvəsi ilə oynamışdır. Pərvanə Elanəni götürüb Mirzəbəyli kəndinə getmək istədikdə Elanə ora getmək istəmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, özünə məxsus VAZ 2101 markalı **-BK-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 5 il olarki tanımışdır. Onu Bəxtiyar adlı tanışı vasitəsilə tanımışdır. Pərvanə əsasən Bəxtiyarla sevgili olduğu müddətdə münasibətləri yaranmışdır. Pərvanə hazırda Eyvaz adlı Qəbələ sakinin evində kirayə qalır. Onu da deyə bilər ki, Pərvanə uzun müddət onunla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə qeyri rəsmi nigahda onun Mirzəbəylidəki evində qalmışdır. Pərvanənin qızı Elanə də onlarla birlikdə qalmışdır. O taksi sürcüsü olduğu üçün onları tanımışdır. O müştərilərin hansı fəaliyyətlə məşğul olması ilə maraqlanmamışdır. Ona deyilən müddətdə qiymətlə razılaşıb müştərini aparmışdır. Pərvanə, qızı Elanə ilə birlikdə Mirzəbəyli kəndində Vüqarın evində yaşamışlar. Amma Vüqarla yaşadığı müddətdə Pərvanənin onunla əlaqəsi olmamışdır. 2021-ci ilin noyabr ayının sonrlarında o eşitmişdir ki, X11 zorlamaqla bağlı həbs edilmişdir. Lakin təfərrüatını bilməmişdir. Vüqar daha əvvəldə bir neçə dəfə ailəli olsa da boşanmışdır. Hər dəfəsində isə ailəsi ilə münaqişə yaşamışdır. O çox çətin və yolagedilməz insan olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Yenikənd kənd sakini X2 RPŞ-nə müraciət edərək atasından boşanmış anası Şahid1 qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı rayonun Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən onun 11 yaşında olmaqla azyaşlı bacısı Zərərçəkmiş şəxs qarşı 2020-ci il tarixdə üç dəfə və 2021-ci ildə isə bir dəfə ayrı-ayrı vaxtlarda mütəmadi olaraq cinsi zorakılıq hərəkətləri edilməsi barədə bildirməklə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, ifadələrində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs onu təkrarən zorladığı və təkrarən ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyi Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağını əyani şəkildə göstərmişdir (cild 02, iş vər. 185-193). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən X15 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Hadisə baş vermiş fərdi yaşayış evinin həyətyanı sahəsi mişar daşları ilə hasarlanmışdır. Həyətdən içəri daxil olduqda 21 metr məsafədə 1 mərtəbəli, kürsülü, divarları çiy və bişmiş kərpicdən hörülmüş yaşayış evi olduğu, həmin yaşayış evinin qarşısında talvar olduğu, görülür. Yaşayış evinin içərisinə daxil olduqda giriş qapsının taxtadan oluduğu, girişdən evi 2 metr uzunluğu isə 3 metr olan dəhlizin olduğu görülür. Dəhlizin solunda döşəməsiz və təmirsiz daha bir otaq vardır. Dəhlizin qarşısında isə hadisə baş verən yer yəni Təqsirləndirilən şəxsla Pəvanə Mirzağayeva və Zərərçəkmiş şəxs birlikdə yaşadıqlaır otaq vardır. Həmin otağın eni 4 metr, uzunluğu isə 5 metrdir. Otğa adaxil oldyuqda sağ tərəfdə televizor və onun alatında stol vardır. Orta masa, otağın sağ və sol künclərində isə dəmir materialdan olan çarpayılar, onların ortasında isə paltarların aslıması üçün şkaf vardır. Çarpayıların üərində olan döşəklərə və örtüklərə baxış keçirlsə də heç bir izə və qanabənzər ləkəyə rast gəlinməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 256-263). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 580 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Qızlıq pərdəsinin pozulma müddəti iki-üç həftədən artıqdır. Qızlıq pərdəsinin qeyd olunan cırılmalar xarakterinə görə gərginləşmiş kişi cinsiyyət orqanının təsirindən bir və ya bir neçə dəfə cinsi əlaqədə olan zaman törənə bilər. Vətəndaş Zərərçəkmiş şəxs arxa keçəcək (anus dəliyi) vasitəsilə cinsi əlaqədə olunmağa dair xəsarət, əlamətlər o cümlədən seksual xarakterli xəsarət və əlamətlər aşkar edilməmişdir (cild 01, iş vər. 87- 92). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 603 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 169-174). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusuyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər (cild 01, iş vər. 185-186). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil olunan hadisə zamanı adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi -psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs hazırda öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətindədir. Hadisə vaxtı Təqsirləndirilən şəxs öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyilli olmamışdır. Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs psixi inkşafında gerilik əlamətləri müşahidə olunmur (cild 02, iş vər. 148-150). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 81 nömrəli rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd hadisədən əvvəl adi, hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosionalda halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri təqsirləndirilən şəxsin ona qarşı etmiş olduğu qanunazidd əməllər ola bilər. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir : praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətindədir. Hadisə vaxtı Zərərçəkmiş şəxs öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətində olmuşdur. Vət. Zərərçəkmiş şəxs yalan danışmağa, özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs ona qarşı cinayət əməli törədilərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. O, malik olduğu fərdipsixi xüsusiyyətlərə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs öz yaşma, fərdi-psixi xüsusiyyətlərinə, intelektual inkişafına görə ona qarşı edilən zorakılığın, zorlama və seksual xarakterli hərəkətlərin mənasını, mahiyyətini və xarakterini anlaya bilmişdir. Zərərçəkmiş şəxs hadisə vaxtı olduğu yaşından, fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafından və emosional halından asıılı olaraq fiziki cəhətdən müqavimət göstərmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı qərarın təsviri hissəsində göstərilən cinayət əməllərii törədilərkən stress, frustrasiya,çaşqınlıq və sair olmamışdır (cild 02, iş vər. 151-153). Cinayət işinin materiallarında olan Qəbələ Rayon Polis Şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat tapşırığının cavabında qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Yenikənd kənd sakini X2 RPŞ-nə ərizə ilə müraciət edərək atasından boşanmış anası Şahid1 qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı rayonun Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən onun 11 yaşında olmaqla azyaşlı bacısı Zərərçəkmiş şəxs qarşı 2020-ci il və 2021-ci il tarixlərdə ayrı-ayrı vaxtlarda mütəmadi olaraq cinsi zorakılıq hərəkətləri edilməsi barədə bildirməklə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş müraciət əsasında Qəbələ RPŞ-nin istintaq bölməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin noyabr və dekabr aylarından başlayaraq 2021-ci ilin noyabr ayına kimi istintaqa dəqiq məlum olmayan tarixlərdə ayrı-ayrı vaxtlarda mütəmadi olaraq Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən evində sonuncunun qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid1 X8 ilə birgə nikahdan olan 11 yaşlı qızı xx.xx.2010-ci il təvəllüdlü, 5-ci sinif şagirdi, Qəbələ rayon Yenikənd kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla rayonun Mirzəbəyli kəndində onunla və anası Şahid1 ilə birlikdə yaşayan Zərərçəkmiş şəxs qarşı onun aşkar surətdə 14 yaşına çatmadığını bilə-bilə ona zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə, həmçinin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlər etmiş, bundan başqa onu zorlayaraq qızlıq pərdəsinin tamlığını pozmuşdur (cild 02, iş vər. 95-96). Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-821/2020 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə X1 Pərvanə Ağabala qızı arasında Qəbələ rayon Yenikənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydə alınmış 03 nömrəli nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X20 və xx.xx.2006-ci il təvəllüdlü X16 atası - X4 yanında saxlanılmış, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs anası Şahid1 saxlanılmışdır (cild 01, iş vər. 211-220). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə X35 Ərazi üzrə X12 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 1178 nömrəli məktubuna əsasən Qəbələ rayon Mirzəbəyli kəndində anadan olmuş xx.xx.1966-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin poliklinika şöbəsində psixiatrik, narkoloji və nevroloji kabiretlərində qeydiyyatda deyildir (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari tibbi Sığorta üzrə X35 Ərazi üzrə X12 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 572 nömrəli məktubuna əsasən Qəbələ rayon Yenikənd kənd sakini Zərərçəkmiş şəxs RMX PHŞ-nin poliklinika şöbəsində psixiatrik, narkoloji və nevroloji kabiretlərində qeydiyyatda deyildir (cild 02, iş vər. 20). Cinayət işinin materiallarında olan Qəbələ rayonu X40 tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə uroloq-androloq tərəfindən müayinə edilmiş, müayinə zamanı uroloji və androloji şikayətinin olması və erktil disfunksiyanın olmasının inkar edilmiş, həmçinin xarici cinsiyyət orqanlarının patalogiyyasız olması aşkar edilmişdir (cild 02, iş vər. 74-77). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 151-153-cü maddələrinin tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, həmçinin həmin qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 223-243). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan olan olunan ittiham üzrə təqsirli bilmədiyini, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri, o cümlədən zorlama cinayət əməlini etmədiyini, polis əməkdaşları tərəfindən döyüldüyünə görə ibtidai araşdırmanın ilkin mərhələsində qismən etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə kollegiyası onun qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspertizanın rəyləri və s.) təqsirləndirilən şəxsin qeyd etdiklərini tamamilə təkzib etmişdir. Bundan əlavə, iş üzrə materiallarda Qəbələ rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı mövcuddur ki, həmin qərarla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Həmin qərar hazırda qevvədədir və müdafiə tərəfindən mübahisələndiriməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, iş vər. 123-124). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 32). Cinayət işinin materialarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 83-86). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-139/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver