Məhkəmə qərarları › İş №1(091)-139/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2023 11.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – hakim köməkçisi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan dayısı Şahid1 Hacağa oğluna məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən evə gəldikdən sonra sonuncunun övladı, xx.xx.2018-ci il təvəllüdlü, aşkar surətdə 14 yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs ilə həmin evdə olarkən sonuncunun azyaşlı olduğundan köməksiz vəziyyətdə olmasından, yəni, ona müqavimət göstərə bilməyəcəyindən istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxsa qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs aldadıb həmin evin eyvanında ona müqavimət göstərmək iqtidarında olmamasından və köməksiz vəziyyətindən istifadə edərək, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs iradəsi ziddinə olaraq qarın nahiyəsindən tutub özünə doğru sıxaraq saxlayıb sonuncunun əynindəki şalvarı və alt paltarını sarğı nahiyyəsi və arxa keçəcək dəliyi görünənə qədər aşağı çəkərək öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra tüpürcəyini sağ əli ilə Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə sürtüb ereksiya vəziyyətində olan cinsi orqanını sonuncunun aralıq və sarğı nahiyyələrinə, habelə arxa keçəcək dəliyinin ətrafına sürtərək cinsi ehtirasını pozğun formada təmin edib zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı heç bir zorakılıq hərəkəti etməmiş, belə bir hal baş verməmişdir. Polis əməkdaşlarının ona təzyiq göstərməsi, döyməsi nəticəsində etirafedici, yəni Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, polis şöbəsində ona təzyiq edərək bildirmişlər ki, onların dediyi kimi ifadə verməlidir. Polis şöbəsində olduğu zaman Nuranın hansı məzmunda ifadə verməsindən məlumatı olmamışdır. Polis əməkdaşları evə gələrək onu polis şöbəsinə aparmışlar. Həmin vaxt polis əməkdaşına onu niyə polis şöbəsinə apardıqlarını soruşmuş və ona bildirmişlər ki, güya o, Nurana qarşı əxlaqsız hərəkət etmişdir. Bir müddət polis şöbəsində otaqda qaldıqdan sonra, onu çağırıb bildirmişlər ki, onların dediyi kimi ifadə verməlidir. O da həmin vaxt etiraz etmiş və belə bir hərəkəti etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu döyməyə başlamışlar. Onu döydükləri üçün məhz onların dediyi məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəyə imza çəkmiş, lakin oxumamışdır. İbtidai istintaq zamanı dindirildiyi vaxt yanında atası olmuşdur. Qorxduğu üçün atasına heç nə bildirməmişdir. Çünki atası getdikdən sonra yenidən onu döyəcəklərindən qorxmuşdur. Polis əməkdaşları evlərinə gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gətirildikdən iki gün sonra müdafiəçi ilə təmin olunmuşdur. İki gün polis şöbəsində ikinci mərtəbədə olan balaca otaqda qalmışdır. İki gün polis şöbəsində qaldığı müddətdə atasını görməmişdir. Ona polis şöbəsində pis rəftar etmişlər. Belə ki, onu döyərək, təzyiq göstərmişlər. Polis əməkdaşları əynində olan şalvarı çıxardıb bildirmişlər ki, ona qarşı əxlaqsızlıq edəcəklər. Polis əməkdaşları şalvarını soyundurub ona demişlər ki, əyilib qalxmalıdır. Əyilmədiyi zaman onu döyərək, demişlər ki, onların dediyi məzmunda ifadə verməlidir. O müdafiəçisi ilə müstəntiqin yanında görüşmüşdür. Həmin vaxt müstəntiq Əli müəllim olmuşdur. Müstəntiq belə bir hadisənin olub-olmadığını soruşmuşdur. O da bildirmiş ki, belə bir hal baş verməmişdir. Nurana qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. Döyülmə faktı ilə bağlı prokurorluqda izahat vermişdir. Həmin izahatın yoxlanılması barədə ona məlumat verilməmişdir. Dindirilən zaman atasına və müdafiəçisinə döyülmə faktı ilə bağlı heç nə bildirməmişdir. Çünki yenidən döyülməyindən qorxmuşdur. İbtidai istintaq zamanı müdafiəçi Niyaz müəllimin iştirakı ilə dindirilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırmanın ilkin dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilir. 2020-ci ildə Ağdaş rayonu Orta Ləki kənd məktəbinin 9-cu sinfini bitirdikdən sonra məktəbdən çıxmışdır. Zərərçəkmiş şəxs tanıyır, dayısı oğludur. Aralarında heç bir ədavət və düşmənçilik olmamış,xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində əmisi İslam və qardaşı Elvin ilə birlikdə Nurangilin yaşadığı evin həyətinə gəlmiş, həmin evdə dayısı Məmmədsaat ailə üzvləri ilə, həmçinin nənəsi Məhbubə və babası Hacıağa yaşayır, həmin evə həmişə gedib-gəlmiş, həmin həyətdə əmisi Elvin ağacda quş ovlayırmış, o da ağaca çıxaraq ovladığı quşu götürmək istəmiş, lakin quş yerə düşmüş və qardaşı Elvin götürmüş, əmisi və qardaşı çıxıb getmiş, o isə orada qalmış, həyətdə Nuran, Turan və Nəzrinlə bir qədər oynamış, daha sonra uşaqlarla birlikdə babasıgilin otağına getmək üçün evə girmiş, o da babasıgilin yanına getmiş və həmin otaqdan çıxıb eyvana uşaqların yanına qayıtmış, eyvana qayıdan zaman orada Nəzrin və Nuran olmuş, onlarla bir qədər oynamış və onları qucağına götürüb hündürə doğru atıb tutmuş, Nəzrin oynadıqdan sonra divarın kənarı ilə yaşadıqları otağa tərəf getmiş, o da yerdə döşəkçənin üzərinə uzanmış, bu zaman Nuran da yanına gəlmiş və arxası üstə yanında uzanmış, həmin vaxt ağlına onunla seksual hərəkətlər etmək gəlmiş, bu məqsədlə Nuranın qarın hissəsindən tutub qucaqlayaraq sol tərəfi üzərinə çevirmiş və sağ əli ilə əynində olan şalvarını və alt paltarını arxa hissəsi görünənə kimi soyundurmuş, lakin paltarını tam çıxarmamış, ardınca əynində olan şalvarının kəmərini və düyməsini açaraq alt paltarını aşağı salıb cinsi orqanını çıxarmış, ilkin olaraq sağ əlini tüpürcəkləyərək Nuranın arxa hissəsinin arasına sürtmüş, ardınca da cinsi orqanını Nuranın arxa nahiyyəsinə söykəyərək aşağı-yuxarı istiqamətdə sürtməyə başlamış, bir qədər sonra cinsi orqanından sperma axmış və Nuranın alt paltarına tökülmüşdür, Nuranı yerdən qaldırıb alt paltarını və şalvarını geyindirmiş, Nuran yanında olan zaman alt paltarını və şalvarını geyinmiş, Nuran onun yanından aralanb yaşadıqları otağa getmiş, o da babası ilə nənəsinin otağında gəlib onlara baxdıqdan sonra yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı müəllim (mütəxəssis) və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun beş yaşı var. Evdə qardaşı, bacısı, atası və anası ilə birlikdə yaşayır. Küçədə uşaqlarla futbol oynamağı sevir. Təqsirləndirilən şəxs tanıyır. Emil onun qohumu və Sadiq dayısının oğludur. Arada Sadiq dayısıgilin evlərinə oyun oynamağa gedir. Arada Emillə oyun oynayır. Emil ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Ümumiyyətlə, Emil ona qarşı heç nə etməmişdir. Evdə üstünə su tökülən zaman paltarlarını özü soyunub, üstünü dəyişir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Emil onun yanında şalvarını aşağı çəkməmişdir.Həyətdə top-top oynayanda Emil şalvarını aşağı çəkmişdir. Emilin şalvarını niyə aşağı çəkdiyini bilmir. Emil onun yanında öz əlinə tüpürməmişdir. Emil onun şalvarının aşağı çəkməmişdir. Bir dəfə tualetə getdiyi zaman, Emil şalvarını aşağı çəkmişdir. Onu əvvəllər heç kim dindirməmişdir. O məhlələrindəki tualetə gedir. Tualetə getmək üçün ilk əvvəl evdə paltarını soyunur. Daha sonra tualetə gedir. O bildiyi hər şeyi düzgün danışır. Yalan danışmır. Ona heç kim heç nə öyrətməyib. Onun alt paltarı yaş olmayıb və anası bu barədə ondan heç nə soruşmamışdır. Alt paltarını özüm dəyişir. Alt paltarlarının yerini bilir. Adətən alt paltarları peçin yanında olur. Paltarlarını sadəcə evdə soyunur. Emil onlarda olduğu zaman və ya o, Emilgildə olduğu zaman paltarlarını soyunub lüt gəzməmişdir. Öz məhlələrində olduğu zaman paltarlarını soyunur. Emilgildə olduğu zaman qarnı ağrımayıb. Emilgilin evində tualetə getməmişdir. Tualetə ancaq öz evlərində gedir. Anası Emilin ünvanına deyinməyib, nə də onun alt paltarı yaş olduğu üçün əsəbləşməyib. Anası Sadiq dayının üstünə qışqırmamışdır. Bağçaya getmir. Evdə və küçədə oyun oynayır. Əvvəllər anası ilə birlikdə onu heç kim dindirməmişdir. Anası və atası evdə olmadığı zaman, babası və nənəsi ilə birlikdə qalır. Anası və atası evdə olmadığı zaman, yeməyini babası və nənəsi verir. Emil yemək vermək üçün babası və nənəsinə kömək edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı qanuni nümayəndə və müəllim – mütəxəssisisin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman bibisi oğlanları Təqsirləndirilən şəxs və X8 əmiləri İslam Xəlilov ilə birlikdə onun yaşadığı evin həyətinə gəlmiş, həyətdə olan zaman o və qardaşı Turan onların yanına gəlmiş, İslam əmisigil həyətdəki ağacdan quş ovlayırmış, onların quş ovladıqlarını görmüş, həyətdə olan zaman İslam və Elvin çıxıb getmiş, Emil, Turan, Nəzrin ilə birlikdə yaşadığı evin eyvanına çıxmış, eyvanda topla oynamış, həmin zaman Turan onlardan aralanaraq anasının olduğu otağa tərəf qaçmış, o və Nəzrin Emil ilə birlikdə topla oynamış, oyanayan zaman anasının olduğu otağa tərəf qaçmış, həmin vaxt Emil onu qucaqlayaraq saxlamış və yerdə olan döşəkcənin üzərinə sol qolu üzərinə tərəf uzatmış, Emil onu döşəkcənin üzərinə uzatdıqdan sonra özüdə onun arxa tərəfində yerə uzanmış, Emil yerə uzandıqdan sonra onun əynində olan şalvarını və alt paltarını dartıb bir qədər aşağı salmış, daha sonra Emil özü də əynində olan şalvarını və alt paltarını ön hissəsini bir qədər aşağı salıb cinsi orqanını çıxarmış və o bunu görmüş, ardınca Emil əlini ağzına tərəf aparmış və əlini tüpürcəklədikdən sonra onun arxa hissəsinə əlini sürtmüş, Emil arxa hissədən öz cinsi orqanını onun arxasına sürtməyə başlamış, həmin vaxt Nəzrin də eyvanda olmuş, Emil cinsi orqanını bir qədər onun arxa hissəsində aşağı-yuxarı sürtdükdən sonra ondan aralanmış, həmin vaxt arxa hissəsindən onun alt paltarı islanmış, Emil şalvarını və alt paltarını yuxarı dartıb geyinmiş, o da alt paltarını və şalvarını yuxarı dartıb geyinmiş, paltarını geyinən zaman alt paltarı islanmış, həmin vaxt Emil onu yanına çağırmış, lakin Emilə tərəf getməmiş və anasının olduğu otağa tərəf qaçmış, evanda olan zaman Emili nənəsi Məhbubə çağıraraq pəncərəni bağlamasını tapşırmış, otağa gəlmiş və sobanın yanındakı qurudulmaq üçün olan paltarların içərisindən alt paltarını götürmüş, əynində olan alt paltarı yaş olduğu üçün çıxarıb sobanın yanında yerə qoymuş, sobanın yanından götürdüyü alt paltarını isə geyinmiş, daha sonra anası onun yanına gəlmiş və olanları anasına danışmış, bundan başqa təxminən 2 həftə əvvəl Emil onlarda olan zaman babası ilə nənəsinin otağında da onu saxlayaraq şalvarının ön hissəsini onun şalvarının arxa hissəsinə sürtmüş, lakin həmin vaxt onun və Emilin əynində paltar olmuş, həmin hərəkəti edən zaman Emil onu vurmamış, döyməmiş, söyməmiş, hədələməmiş, yalnız paltar üstündən ona qarşı bu hərəkəti etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 göstərmişdir ki, dəqiq xatırlmadığı tarixdə evdə olduğu zaman, oğlu evə gəlmiş və alt paltarını dəyişmişdir. Həmin vaxt oğluna yaxınlaşmış və hansı səbəbə alt paltarnı dəyişdiyini soruşmuşdur. Oğlu ona bildirmiş ki, alt paltarı yaş olub. Alt paltarını əlinə almış və görmüş ki, alt paltarından pis bir qoxu gəlir. Oğlundan həmin vaxt nə baş verdiyini soruşmuşdur. Oğlu bildirmiş ki, paltarını soyunub Emilin yanında qoyub və həyətdəki tualetə gedib. Emil onun paltarlarını isladıb. Uşağın alt paltarına baxmış və düşünmüş ki, bu spermadır. Bundan sonra, dərhal uşağın alt paltarını almış və qaynanasıgilə getmişdir. Bundan sonra, əsəbi halda onlara belə bir hadisə baş verdiyini bildirmişdir. Qaynanasıgil demişlər ki, belə bir hal baş verə bilməz. Daha sonra Sadiq evdən çıxmış və Emilə bir sillə vurmuşdur. Həmin vaxt Sadiqin yoldaşı Şamama onu göstərərək, yoldaşına demiş ki, Türkan nə zibildir ki, onun üstündə uşağını vurur. O da Sadiqin yoldaşı Şamamaya əsəbləşmiş və demiş ki, yaxşı “Şər deyirsən qoy şər olsun”. Bundan sonra, polis şöbəsinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Ancaq oğlundan dəqiq heç nə soruşmamışdır. Həmin vaxt əsəbi olduğu üçün “102” qaynar xəttinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bundan sonra, polis şöbəsinə dəvət edilmişdir. Həmin vaxt polis şöbəsində gözü ilə heç nə görmədiyini bildirmişdir. Əlavə olaraq polis şöbəsində onu da qeyd etmiş ki, oğlu deyib ki, alt paltarını Emil isladıb. Məhkəmə istintaqı zamanı ona ünvalanan sualları cavablandırarkən göstərmişdir ki, “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. “102” qaynar xəttinə zəng edərək bildirmiş ki, Emil onun oğluna qarşı zorakılıq edib. Oğlu bu barədə ona heç nə deməmişdir. Oğlu ona demiş ki, alt paltarını Emil isladıb. O da görmüş ki, alt paltarında sperma var. O da belə güman etmiş ki, Emil oğluna qarşı zorakılıq edib. Buna görə də, “102” qaynar xəttinə zəng etmişdir. Oğlu paltarlarını tamamilə soyunduqdan sonra həyətlərindəki tualetə gedir. Bəzi vaxtlar oğlu evdə tualetə gedir. Bəzi vaxtlar isə həyətdəki tualetə gedir. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni oxumamışdır. Ümumiyyətlə, onun oxumaq və yazmaq savadı yoxdur. Şamama ilə münasibəti yaxşı olmayıb. Hadisədən bir müddət sonra oğlu ilə danışmışdır. Oğlu onda demiş ki, Emil ona qarşı zorakılıq etməmişdir. Bundan sonra, müstəntiq Əli müəllimin yanına getmiş və belə bir hadisənin olmadığını danışmışdır. Əli müəllim onu prokurorluğa yönləndirmişdir. Hadisənin baş vermədiyinə dair ərizə yazmış, lakin qəbul edilməmişdir. Bundan sonra, həmin ərizəni təkrar ünvanlamış və qəbul edilmişdir. Hadisənin sabahısı günü oğlundan nə baş verdiyini soruşmuş, oğlu bildirmiş ki, Emil onun alt paltarı ilə yerdəki sidiyi silibmiş. Bundan sonra, yoldaşına demiş ki, polis şöbəsinə gedib şikayət ərizəsini geri götürsünlər. “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. Emilin oğluna zorakılıq etməsi barədə izahat verməmişdir. O, izahatında bildirmiş ki, oğlumun alt paltarı islanıb. O, müstəntiqə ifadə vermiş, lakin Emilin oğlunu qucaqlayıb zorakılıq etməsi barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir. Məhkəmə istintaqı zamanı verdiyim ifadə doğrudur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, əri Məmmədsaat Hacağa oğlu, övladları Zərərçəkmiş şəxs, Turan Mustafayev, Nəzrin Mustafayeva, qaınanası Şahid3 və qayınatası Şahid2 ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman baldızının oğlanları Təqsirləndirilən şəxs və X8 əmiləri İslam Xəlilov ilə birlikdə onun yaşadığı evin həyətinə gəlmiş, həyətdə olan zaman onun övladları Nuran, Turan və Nəzrin onların yanına getmiş, İslam həyətdəki ağacdan quş ovlayırmış, həmin vaxt o da evdə iş görürmüş, İslam və Elvin çıxıb getmiş, Emil Nuran, Turan və Nəzrin birlikdə onun yaşadığı evin həyətində olmuşdur. O, otaqda iş görən zaman Turan onun yanına gəlmiş və bir qədər sonra Nəzrin də Turanın ardınca gəlmişdir. Nuran isə Emil ilə birlikdə eyvanda olmuşdur. Onun başı otaqda iş görməyə qarşımış, bir qədər sonra Nuranın alt paltarının otaqlarındakı sobanın yanında yerdə olmasını görmüş, Nuranın həmin alt paltarını öncəki gün cimizdirdikdən sonra geyindirmiş və çirklənməsini düşünüb əlinə götürüb baxdıqda alt paltarının içərisində sperma olmasını müəyyən etmiş, həmin vaxt Nuran sobanın yanında olmuşdur. Dərhal Nurandan hansı səbəbdən alt paltarını dəyişdiyini və həmin alt paltarının içərisindəki spermanın necə orada olmasını soruşmuş, Nuran da ona baş vermiş hadisəni danışmışdır. Belə ki, Nuran ona Emil ilə birlikdə eyvanda olan zaman Emilin onu qucaqlayaraq saxlamasını və yerdə olan döşəkcənin üzərinə sol qolu üzərinə tərəf uzatmasını, Emilin onu döşəkcənin üzərinə uzatdıqdan sonra özüdə arxa tərəfində yerə uzanmasını, daha sonra Nuranın əynində olan şalvarını və alt paltarını dartıb bir qədər aşağı salmasını, Emilin özünü də əynində olan şalvarını və alt paltarının ön hissəsini bir qədər aşağı salıb cinsi orqanını çıxarmasını, Emilin cinsi orqanını görməsini, ardınca Emilin əlini ağzına tərəf aparıb əlini tüpürcəklədikdən sonra onun arxa hissəsinə əlini sürtməsini, Emilin arxa hissədən öz cinsi orqanını onun arxasına sürtməyə başlamasını, Emilin cinsi orqanını bir qədər onun arxa hissəsində aşağı-yuxarı sürtdükdən sonra ondan aralanmasını, həmin vaxt onun arxa hissədən alt paltarının islanmasaını, Emilin şalvarını və alt paltarını yuxarı dartıb geyinməsini, onun da alt paltarını və şalvarını yuxarı dartıb geyindiyini, o, paltarını geyinən zaman alt paltarının islanmış olmasını, həmin vaxt Emilin onu yanına çağırmasını, lakin onun isə Emilə tərəf getmədiyini bildirmiş, daha sonra onun olduğu otağa tərəf qaçmış, eyvanda olan zaman Emili nənəsi Məhbubə pəncərəni bağlaması üçün çağırmış, Nuran otağa gəlmiş və sobanın yanındakı qurudulmaq üçün olan paltarların içərisindən alt paltarını götürüb, əynində olan alt paltarı yaş olduğu üçün çıxarıb sobanın yanında yerə qoymuş, yerdən götürdüyü alt paltarını isə geyinmişdir. O, Nurandan əvvəllər də Emil tərəfindən belə bir hərəkət edilməsi barədə soruşduqda, bir neçə müddət əvvəl təxminən 2 həftə əvvəl Emilin onların yaşadığı evdə qaynanası və qaynatasının yaşadıqları otaqda Nuranın paltarını soyundurmadan həmçinin Emilin özü də paltarını soyunmadan paltar üzərindən arxa tərəfdən şalvarın ön hissəsini Nuranın arxa hissəsinə sürtməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərmişdir ki, evdə olduğu zaman Türkan onlara gələrək əlindəki alt paltarını göstərmiş və Emilin həmin alt paltarını islatdığını bildirmişdir. Oğlundan belə bir şey etdiyini soruşduqda, ona bildirmiş ki, belə bir hal baş verməyib. Bundan sonra, oğlunu polis şöbəsinə aparmışlar. Axşam saat 02 radələrinə qədər oğlunu polis şöbəsində gözləmiş, lakin oğlu gəlməmişdir. Sonra bir polis nəfəri ona yaxınlaşmış və evə getməyini bildirmişdir. Sonradan eşitmişdir ki, oğlunu polis şöbəsində döyüblər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı oğlu onun yanında dindirilib. Həmin vaxt oğluna təzyiq olunduğu üçün etirafedici ifadə vermişdir. Oğlu 3 gün polis şöbəsində qaldığı müddətdə onunla görüşə bilməmişdir. Çünki polis əməkdaşları buna şərait yaratmamışdır. Oğlu dindirilən zaman hadisə barəsində ondan heç nə soruşmamışdır. Oğlu müdafiəçinin yanında bildirmişdir ki, ona təzyiq etdikdən sonra boynuna qoymuşlar. Oğlu prokurorluqda izahat vermiş və bildirmişdir ki, polis şöbəsində ona təzyiq göstərdikləri üçün etirafedici ifadə vermişdir. Türkan əsəbi halda gələrək oğlunun Nurana qarşı zorakılıq etdiyini bildirmiş, o da həmin vaxt Türkana bildirmişdir ki, bu məsələni dəqiq araşdırsınlar. Daha sonra polisə şikayət etsinlər. Türkanla həyat yoldaşının münasibətləri əvvəllər yaxşı olmayıb. Hazırda isə münasibətlər normaldır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü evdə olmamış, işdən evə gəldiyi zaman həyat yoldaşı ona hadisə barədə məlumat vermiş və bildirmiş ki, Nuranın alt paltarında yaş olub. Həmin vaxt nə deyəcəyini bilməmişdir. Bundan sonra, həmin alt paltarını götürüb bacısıgilə getmişlər. Sadiq ona demişdir ki, belə bir hadisə baş verə bilməz. Elə olsaydı, Emili öldürərmiş. Həmin vaxt Emil evdən çıxmış və and içərək belə bir hal baş vermədiyini bildirmişdir. Yoldaşı da həmin vaxt gəlmiş və bir müddət sonra “102” qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt ortalıq qarışıq idi. O, Sadiqgillə danışdığı vaxt yoldaşı “102” qaynar xəttinə zəng edib. O, yoldaşının “102” qaynar xəttinə zəng edib nə dediyini eşitməmişdir. Hadisədən bir müddət sonra o və yoldaşı oğlu ilə söhbət etmişlər. Oğlu onlara bildirmişdir ki, belə bir hadisə baş verməmişdir. İbtidai istintaq zamanı məhkəmədə danışdığı məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini dəqiq xatırlamır. Ola bilsin ki, elan etdiyi məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, arvadı Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək 17 yaşlı Emilin onun 5 yaşlı oğlu Nuranı zorlamasını bildirmiş, həmçinin həmin tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək Emilin onun oğlu Nurana qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində işdən çıxıb yaşadığı Ağdaş rayonu Orta Ləki kəndində yerləşən evə gəlmiş, evə gəldikdən sonra arvadı Türkan ona oğlu Nuranın alt paltarında sperma gördüyünü bildirmiş, o da arvadından bunun nə məsələ olmasını soruşmuş, arvadı Türkan da ona Nuranın paltarlarını göstərərək bunu Emilin etdiyini söyləmiş, oğlu Nurandan bunun nə olmasını soruşmuş, Nuran da ona bunun Emilin etdiyini bildirmiş, buna görə də arvadı Türkanı da götürüb onlarla qonşuluqda yaşayan bacısı Şambagilə getmiş, bacısı Şambaya uşağını bayıra çıxarmasını tapşırmış və olanları ondan soruşacağını bildirmiş, bundan sonra Emil bayıra çıxmış, Emildən nə baş verməsini sorumuş, Emil də ona “ay dayı allah haqqı mən heçnə etməmiş” deyə söyləmiş, Emil bundan başqa heç bir söz deməmiş, həmçinin Emilin atası iki dəfə sillə ilə Emilin başından vurmuş, bundan sonra arvadı Türkan DİN-in 102 xidmətinə zəng edərək məlum məzmunda müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, X2 onun gəlinidir, onunla bir evdə yaşayır. O və arvadı uzun müddətdir ki, yataq xəstəsidirlər və gün ərzində xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində gəlini Qanuni nümayəndə2 uca səslə qarğış eşitməsini eşitmişdir. Həmin vaxt Qanuni nümayəndə2 nə baş verməsini soruşmuş, Turkan da Nuranın tumanını onun üzərinə ataraq “alın bunu yalayın” deyə söyləmişdir. O da nəyə görə bu cür hərəkət etməsini Türkandan bir daha soruşmuşdur. Daha sonra nəvəsi Nuranın tumanına baxmış və tumanın üzərində ağ rəngdə, su ləkəsinə bənzər ləkə olmasını görmüşdür. Qanuni nümayəndə2 ona “sizə sübut edəcəm nə olub, gedirəm şikayət edim” deyə söyləmişdir. Bundan sonra oğlu ilə gəlini şikayət etmək üçün Ağdaş rayon polis şöbəsinə getmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmişdir. Bu zaman başa düşmüşdür ki, gəlini Qanuni nümayəndə2 onun nəvəsi Emildən polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə nəvəsi Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlməsini, digər nəvələri Nuran və Turanla söhbət etdiyini, ev işlərində onlara kömək etdiyini, Qanuni nümayəndə2 şikayətində qeyd etdiyi hadisəni görmədiyini, bu barədə heç bir məlumatının olmadığı, yalnız Türkanın uca səslə qarğış etməsindən sonra məlumat aldığını da qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisədən bir gün sonra gəlini Türkan əri ilə söhbət edirmiş və səhv etdiyini bildirmişdir. Acığı tutduğu üçün Emili şikayət etdiyini və ərizəsini geri götürmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:28-də Qanuni nümayəndə2 Səxavət qızı ***-***-**-** saylı nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Xidməti”nə zəng edərərk, 17 yaşlı baldızı oğlu Emil adlı şəxsin onun 5 yaşlı oğlu Nuranı zorlaması barədə məlumat vermişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Orta Ləki kənd sakini Qanuni nümayəndə2 Ağdaş Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək 2018-ci-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşısı baldızının oğlu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında, təxminən 15 radələrində yaşadıqları evin eyvanında seksual xarakterli əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Ağdaş rayonu Orta Ləki kəndində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermişdir (cild 01, iş vər. 05-13) Cinayət işinin materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olan məktubdan görünür ki, Ağdaş rayonu Orta Ləki kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (cild 01 iş vər. 214) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il taridə saat 19;26-da ***-***-**-** saylı mobil nömrədən Azərbaycan Respublikaı DİN-in “102” xidməti zəng mərkəzi sisteminə Qanuni nümayəndə2 Səxavət qızı tərəfindən zəng olunur. Operator cavab verənədək Türkan yanında olan şəxsiyyəti bəlli olmayan kişiyə (Məmməd deyə müraciət edir) həyacanlı və əsəbi formada deyir; “Balalarımın ölmüşü əfv eləməyəcəm”. Operator; Alo, buyrun. Türkan; “Salam aleykum xanım, xanım sizdən xahiş edirəm, Ağdaşın var aa, mənə uçaskovusunun, elə-belə əyninə forma geyinib gələn polisinin yox, mənə Ağdaşın harda ki, güclü polisi var e, rəisi, prokuroru, mənim azyaşlı uşağıma, kimə qonşunun oğlu zorakılıq eləyib, bildiz?, mənə polis gəlsin”. Operator; “Xanım, bir dəqiqə, zəhmət olmasa gözləyin, özünüzü təqim edin”. Türkan.; “Qanuni nümayəndə2 Səxavət qızı, Orta Ləki, Ağdaş rayonu, Ağdaşın polisləri bilir”. Operator; “Qonşunun adı nədir?” Türkan; “Qonşunun adı?, öz baldızımın oğludu ee, 18-17 yaşında uşaq.” Operator; “Baldınızın oğlu? Adı nədir?” Türkan; “Adı Emil.” Operator; “Neyləyib həmin şəxs?” Türkan; “Ayıbda olmasa zornan uşağı, nə bilim, nə deyin, nə danışım mən, mən utanıram.” Operator; “Xanım neyləyib zorlayıb yoxsa zorlamağa cəhd edib?” Türkan; “Yox, eləyirmiş, ayıbda olmasa, paltarına uşağın olan bir şeylər olub, paltarında da var.” Operator; “Uşağın neçə yaşı var, adı nədir?” Türkan; “(ağlaya-ağlaya) Nuran, Nuran, Allah haqqı keçməyəcəm, vallah keçmərəm.” Operator; “Baldızınızın oğlunun neçə yaşı var?” Türkan; “17-18 yaşı var, xanım Allah haqqı siz baxmasaz var aaa, quran haqqı o uşağa zəhər verib öldürəcəm, mən o uşağı zülümlə böyüdürəm.” Operator; “Xanım, belə çıxır ki, bu sizin övladınızı zorlayıb?” Türkan; “Bəli, bəli.” Operator; “Yaxşı, qeydiyyata aldım.” Türkan; “Xanım, xahiş edirəm, indi gəlsinlər, gözlüyürəm. (ağlaya-ağlaya)” Türkan adlı şəxs danışıq müddətində mütəmadi olaraq ağlayır və əsəbləşir (cild 01 iş vər. 228-233) Cinayət işinin materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022ci il tarixli 774 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində onunla arxa keçəcək dəliyindən cinsi əlaqədə olmağa uyğun gələn hər hansı bir əlamət aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı (cild 01 iş vər. 234-244). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane olan hər hansı bir xəsarət (yara, xora, çapıq və s.) aşkar olunmadı, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı (cild 01, iş vər. 245- 246). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhhiyə Nazirliyinin “Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli 815/2022 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A beta (h) /İİ/dir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman və Zərərçəkmiş şəxs Məmmədsaat oğluna məxsus tuman üzərində tək-tək spermatozoidlər olan sperma ləkələri aşkar edildi. Bu ləkələrdə spermanın qrup göstəricisi AB0 sistemi üzrə təyin olunduqda, qrup antigenləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı (cild 02 iş vər. 01-05). Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 22 fevral 2023-cü il tarixli 6/491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs geyim paltarlarını və döşəkcənin üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəcikləri arasında, Zərərçəkmiş şəxs alt tumanının üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs alt tumanının tərkib liflərinə uyğun gəlir; Təqsirləndirilən şəxs alt tumannın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs alt tumanının tərkib liflərinə uyğun gəlirlər; təqdim olunmuş döşəkcənin üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Təqdim olunmuş döşəkcənin üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur (cild 02 iş vər. 06-11). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gəncə şəhər psixonevroloji dispanserindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli 790/277 saylı rəyindən görünür ki; Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (cild 02 iş vər. 15-16). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən döyülməsi və qanunsuz saxlanılması faktı öz təsdiqini tapmadığından, cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 02 iş vər. 18-20). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki ki, Təqsirləndirilən şəxs əməlində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmə olmadığı üçün onun barəsində CM-in 150.2.5-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Həmçinin, Qanuni nümayəndə2 əməlində biləbilə yalan xəbərçilik etmə cinayətinin tərkibi olmadığından, onun barəsində CM-in 296-cı maddəsi ilə cinayət təqibi rədd edilmişdir (cild 01, iş vər. 49-62). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai araşdırmanın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspertizanın rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Belə ki, onun polis əməkdaşları tərəfindən qeyri-insani rəftara məruz qalması, döyülməsi ilə bağlı qeyd etdikləri ibtidai araşdırma dövründə araşdırılmış, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən döyülməsi və qanunsuz saxlanılması faktı öz təsdiqini tapmadığından, həmin xüsusatlarla bağlı cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiklərinin əksinə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və iş üzrə dindirilən şahidlər, ekspert rəyləri sözügedən cinayət hadisəsinin baş verdiyini və həmin cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edərək onunla razılaşmır. Şəxsin ibtidai araşdırmanın ilkin dövründə həm qanuni nümayəndənin, həm də müdafiəçinin iştirakı ilə heç bir təsir altında qalmadan verdiyi ifadəsini iş üzrə obyektiv həqiqəti əks etdirən və iş materiallarında olan digər sübutlarla üst-üstə düşən sübut növü kimi qəbul edir və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. İş üzrə zərərçəkmiş şəxsin, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlər Qanuni nümayəndə1 və Şahid1 təqsirləndirilən şəxsin cinayət əməlinin törətməməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslə həmin şəxslərin qohumluq əlaqələrinin olması bu şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə həmin ifadələrə tənqidi yanaşır və onların ibtidai istintaq zamanı verdiyi ifadələrini əsaslı sayaraq ittihamın əsasına onların ibtidai istintaq zamanı verdiyi ifadələrini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası və qardaşı ilə) Ağdaş rayonu Orta Ləki kəndində yaşayış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 237-238). Cinayət işinin materiallarında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02 iş vər. 203). Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş tərəfin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi əməl üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 85.5-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, yetkinlik yaşına çatmayanlara CMin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılması ilə bağlı vəsatət təmin olunmayaraq, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından azad olunmuşdur (cild 01, iş vər. 56-57, 146-147, 190-198). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd tünd boz rəngli idman şalvarı, bir ədəd bozrəngli jilet, bir ədəd ağ rəngli mayka, bir ədəd qara yaxaıq və qolları tərəfi açıq boz rəngi qısaqol köynək, bir ədəd ön hissəsi qəhvəyi-göy, arxa hissəsi və qolları tünd göy rəngli, 3 düyməli uzunqol köynək, bir ədəd ön hissəsində “OK” yazısı olan göy rəngli alt tumanı, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əynində olmuş 01 ədəd üzərində “AYZ DENİM” yazısı olan göy rəngli uzunqol köynək, 0bir ədəd boz rəngli üzərində qara rəngli kantı olan və sarı rəngə “OFF WHİTE” yazısı olan şalvar, bir ədəd ön hissəsi qara-ağ, arxa hissəsi isə qara rəngli, üzərində “SLXB” yazısı olan alt tumanı və bir ədəd sarı, üzərində qara rəngli naxış olan döşəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd tünd boz rəngli idman şalvarı, bir ədəd boz rəngli jilet, bir ədəd ağ rəngli mayka, bir ədəd qara yaxalıq və qolları tərəfi açıq boz rəngi qısaqol köynək, bir ədəd ön hissəsi qəhvəyi-göy, arxa hissəsi və qolları tünd göy rəngli, 3 düyməli uzunqol köynək, bir ədəd ön hissəsində “OK” yazısı olan göy rəngli alt tumanı, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə əynində olmuş 01 ədəd üzərində “AYZ DENİM” yazısı olan göy rəngli uzunqol köynək, 01 ədəd boz rəngli üzərində qara rəngli kantı olan və sarı rəngə “OFF WHİTE” yazısı olan şalvar, bir ədəd ön hissəsi qara-ağ, arxa hissəsi isə qara rəngli, üzərində “SLXB” yazısı olan alt tumanı və bir ədəd sarı, üzərində qara rəngli naxış olan döşəkcə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (bir yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar