Məhkəmə qərarları › İş №1(091)-139/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2024 27.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılmış və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı fərdi yaşayış evində saxlamışdır. Belə ki, Cəfərov X3 Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək, həmin Məhkəmənin 03 fevral 2022-ci il tarixli 7(051)-64/2022 nömrəli qərarı ilə amnistiya aktına əsasən cəzasının 01 il müddətə azaldılmasına, cəza müddəti 15 noyabr 2023-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmasına, yəni məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq, islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuananın külli miqdarı üçün aşağı həddi 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni, 806,43 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 11,43 qram olan hissəsini əynindəki göy rəngli idman şalvarının sol yan cibində olan “Sobranie” markalı siqaret qutusunda saxlayaraq daşımış, qalan 795 qram olan hissəsini isə bir ədəd karton qutuda yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin otağındakı masanın altında saxlamış, 27 noyabr 2023-cü il tarixdə saat 17:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək orada həmin tarixdə saat 18:40-dən 18:50-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə aparılarkən külli miqdarda, yəni, 806,43 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan 11,43 qram çəkidə olan hissəsi əynindəki göy rəngli idman şalvarının sol yan cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən, davam edən əməliyyataxtarış tədbirləri nəticəsində 27 noyabr 2023-cü il tarixdə 19:45-dən 19:58-dək olan müddət ərzində onun yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən karton qutunun içərisindəki yerdə qalan 795 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 il əvvəl arvadını döydüyü üçün arvadı onun yaşadığı tərk edərək atasının yaşadığı evə getmiş, o da həmin vaxtdan etibarən narkotik vasitədən istifadə etməyə başlamışdır. Bir ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş və həmin bitkidən əldə etdiyi narkotik vasitəni istifadə etmişdir. Arvadını döydüyü üçün arvadı polis əməkdaşlarına şikayət etmiş və daha sonra isə Seymur İbrahimov və digər polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evində olan zaman saxlanılmışdır. Seymur İbrahimov onda narkotik vasitənin olduğunu demiş, o, əvvəlcə bunu inkar etsə də sonuncu mobil telefonda olan, qızı tərəfindən göndərildiyini düşündüyü narkotik vasitənin fotoşəklini göstərib ona məxsus olduğunu dedikdə o, səmimi olaraq narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş və daha sonra polis əməkdaşları onu yaşadığı fərdi yaşayış evindən götürüb Mingəçevir ŞPŞ-yə aparmışlar. Heç vaxt üzərində narkotik vasitə gəzdirməmişdir və üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə baxış keçirilərək bir ədəd qutuda aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş, həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 230 qram olduğu aşkar olunmuş, lakin qutuda olan budaqlar da narkotik vasitəyə əlavə olunduğu üçün narkotik vasitənin çəkisi artıq olmuşdur. Videoçəkilişdən istifadə edilməklə fərdi yaşayış evinə baxış keçirilən zaman budaqların qoyulmasına etiraz etmiş və narkotik vasitə onun gözləri qarşısında qablaşdırılmamışdır. Sonradan Gəncə şəhərində olan zaman narkotik vasitənin budaqları ilə birlikdə çəkisinin 800 qram olmasının müəyyən olunması ona məlum olmuş, lakin bir ədəd ağacdan 800 qram çəkidə narkotik vasitənin əldə edilməsinin mümkün olmadığını düşünmüşdür. Polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunduğu ona bildirilmiş, lakin narkotik vasitənin çəkisi ilə bağlı hər hansı məlumat verilməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Kəlbəcər rayonunda işlədiyi müddət ərzində oradan çətənə bitkisinin toxumunu əldə etmiş, 2023-cü ilin mart ayında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində həmin bir ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş və qeyd olunan bir ədəd narkotik tərkibli çətənə bitkisinə mütəmadi olaraq qulluq etmişdir. 2023-cü ilin oktyabr ayında əkdiyi bir ədəd çətənə bitkisini torpaqdan çıxarıb qurutmuş, sonra hissələrini toplayaraq bir ədəd kağız (karton) qutuya yığaraq, yaşadığı fərdi yaşayış evinin giriş pilləkəni ilə üzbəüz olan otaqdakı masanın altına qoymuş, bir hissəsini isə bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 27 noyabr 2023-cü il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhəri, Kür küçəsində fərdi yaşayış evinin qarşısında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarəyə bilavasitə tabe olan X5 Şöbəsinin əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Mingəçevir Şəhər Polis Şöbəsinə getmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur. O, həmin narkotik vasitəni həyətyanı sahəsində əkdiyi çətənə bitkisindən yığaraq əldə etdiyini və yaşadığı fərdi yaşayış evində də narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 16,60 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra onun ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman orada olan masanın alt hissəsindəki bir ədəd karton qutunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 1,855 kiloqram olduğu müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və Mingəçevir şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olması barədə 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10 radələrində Mingəçevir şəhəri, Kür küçəsində fərdi yaşayış evinin qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə aparılmış, orada hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, qeyd olunan narkotik vasitəni Kəlbəcər rayonundan gətirdiyi çətənə bitkisinin toxumlarını təxminən 2023-cü ilin mart ayında öz yaşadığı fərdi yaşayış evinin həyətində əkib becərərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkisindən yığaraq əldə etdiyini və narkotik tərkibli çətənə kolunu qurudaraq bir hissəsini yaşadığı fərdi yaşayış evində özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 16,60 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman evin pilləkəni ilə üzbəüzdə yerləşən otaqda olan masanın alt hissəsindəki bir ədəd karton qutunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 1,855 kiloqram olduğu müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və Mingəçevir şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olması barədə həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və Mingəçevir şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olması şübhəsi ilə yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd “Sobranie” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman evin pilləkəni ilə üzbəüzdə yerləşən otaqda olan masanın alt hissəsindəki bir ədəd karton qutunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 noyabr 2023-cü il tarixli 16/1216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “Sobranie” adlı siqaret qutusunda 11,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan karton qutudakı, təmiz çəkisi 795 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdə və 01 (bir) ədəd karton qutuda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 dekabr 2023-cü il tarixli 2088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əvvəllər də mütəmadi olaraq narkotik vasitədən istifadə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və aşkar olunan narkotik vasitəni 2023-cü ilin mart ayında yaşadığı fərdi yaşayış evinin ərazisində əkdiyi çətənə bitkisini qurutmaqla əldə etməsinin həqiqəuyğun olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 fevral 2024-cü il tarixli 139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül qarışıq təşviş və depressiya pozuntusu XBT 10 (Psixi və davranış pozuntularınının beynəlxalq təsnifatı 10-cu baxış) F41.2 xəstəliyindən əziyyət çəkir. O, hadisəni törədən zaman yüngül qarışıq təşviş və depressiya pozuntusu XBT 10 (Psixi və davranış pozuntularınının beynəlxalq təsnifatı 10-cu baxış) F41.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə qiymət verə bilmək, öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdur, yəni cinayət əməli törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Psixo-nevroloji Dispanserindən daxil olmuş 13 dekabr 2023-cü il tarixli 1547 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “uzun sürən depressiv nevroz” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 13 dekabr 2023-cü il tarixli 1615 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 806,43 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı fərdi yaşayış evində saxlamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və Mingəçevir şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman oradan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 27 noyabr 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb və yaşadığı Mingəçevir şəhəri, Kür küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilib narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı fərdi yaşayış evində saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Kəlbəcər rayonunda işlədiyi müddət ərzində oradan çətənə bitkisinin toxumunu əldə etdiyini, 2023-cü ilin mart ayında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində həmin bir ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, qeyd olunan bir ədəd narkotik tərkibli çətənə bitkisinə mütəmadi olaraq qulluq etdiyini, 2023-cü ilin oktyabr ayında əkdiyi bir ədəd çətənə bitkisini torpaqdan çıxarıb qurutduğunu, sonra hissələrini toplayaraq bir ədəd kağız (karton) qutuya yığaraq yaşadığı fərdi yaşayış evinin giriş pilləkəni ilə üzbəüz olan otaqdakı masanın altına qoyduğunu, bir hissəsini isə bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, 27 noyabr 2023-cü il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhəri, Kür küçəsində fərdi yaşayış evinin qarşısında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarəyə bilavasitə tabe olan X5 Şöbəsinin əməkdaşlarının ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət etdiklərini, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir Şəhər Polis Şöbəsinə getdiyini, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd “Sobranie” markalı siqaret qutusunun aşkar olunduğunu, həmin narkotik vasitəni həyətyanı sahəsində əkdiyi çətənə bitkisindən yığaraq əldə etdiyini və yaşadığı fərdi yaşayış evində də narkotik vasitə olduğunu etiraf etdiyini, elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 16,60 qram olmasının müəyyən olunduğunu, bundan sonra onun ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman orada olan masanın alt hissəsindəki bir ədəd karton qutunun içərisindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu və elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitənin çəkisinin 1,855 kiloqram olduğunun müəyyən olunduğunu desə də məhkəmə istintaqı zamanı ona verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 3 il əvvəl arvadını döydüyü üçün arvadının onun yaşadığı tərk edərək atasının yaşadığı evə getdiyini, həmin vaxtdan etibarən narkotik vasitədən istifadə etməyə başladığını, bir ədəd narkotik tərkibli çətəni bitkisini əkdiyini, həmin bitkidən əldə etdiyi narkotik vasitəni istifadə etdiyini, arvadını döydüyü üçün arvadının polis əməkdaşlarına şikayət etdiyini, daha sonra isə Seymur İbrahimov və digər polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evində olan zaman saxlanıldığını, Seymur İbrahimovun onda narkotik vasitənin olduğunu dediyini, əvvəlcə bunu inkar etsə də sonuncu mobil telefonda olan, qızı tərəfindən göndərildiyini düşündüyü narkotik vasitənin fotoşəklini göstərib ona məxsus olduğunu dedikdə səmimi olaraq narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini, daha sonra polis əməkdaşlarının onu yaşadığı fərdi yaşayış evindən götürüb Mingəçevir ŞPŞ-yə apardıqlarını, heç vaxt üzərində narkotik vasitə gəzdirmədiyini, üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, daha sonra polis əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinə baxış keçirilərək bir ədəd qutuda aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 230 qram olduğunun aşkar olunduğunu, lakin qutuda olan budaqlar da narkotik vasitəyə əlavə olunduğu üçün narkotik vasitənin çəkisinin artıq olduğunu, videoçəkilişdən istifadə edilməklə fərdi yaşayış evinə baxış keçirilən zaman budaqların qoyulmasına etiraz etdiyini, narkotik vasitənin onun gözləri qarşısında qablaşdırılmadığını, sonradan Gəncə şəhərində olan zaman narkotik vasitənin budaqları ilə birlikdə çəkisinin 800 qram olmasının müəyyən olunmasının ona məlum olduğunu, lakin bir ədəd ağacdan 800 qram çəkidə narkotik vasitənin əldə edilməsinin mümkün olmadığını düşündüyünü, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman CMin 234.1-1-ci maddəsi ilə ittiham olunduğunun ona bildirildiyini, lakin narkotik vasitənin çəkisi ilə bağlı hər hansı məlumatın verilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması və baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində şəxsi axtarış aparılan zaman üzərində narkotik vasitənin olmamasını mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Habelə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Digər tərəfdən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin çəkisini mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk görüntülü şəkildə nümayiş etdirilərkən də müəyyən olunmuşdur ki, narkotik vasitə elektron tərəzi vasitəsilə karton qutu ilə birlikdə çəkilən zaman çəkisinin 1,855 kiloqram olması görünmüşdür. Habelə elektron tərəzi vasitəsilə qeyd olunan karton qutu çəkilən zaman Təqsirləndirilən şəxs da orada olmuşdur və narkotik vasitənin çəkilmə prosesi və bu zaman müəyyən olunmuş qram həm videoçəkiliş vasitəsilə qeydə alınmış, həm də səsləndirilmişdir. Eləcə də göstərilən vaxt içərisində narkotik vasitə qurudulmuş marixuana olan karton qutu elektron tərəzi vasitəsilə Təqsirləndirilən şəxs yanına çəkilərək müvafiq qaydada qablaşdırılmış, daha sonra sonuncuya imza etdirilmiş, və bu zaman Təqsirləndirilən şəxs hər hansı etiraz etməmişdir. Təqsirləndirilən şəxs özünün də etiraf etməsinə əsasən polis əməkdaşları həmin karton qutuda olan narkotik vasitənin üzərinə əlavələr etməmişlər və sonradan həmin karton qutu ekspertizaya təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 noyabr 2023-cü il tarixli 16/1216 nömrəli rəyindən də tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “Sobranie” adlı siqaret qutusunda 11,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan karton qutudakı, təmiz çəkisi 795 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması və tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdə və 01 (bir) ədəd karton qutuda olan marixuanaların tərkiblərinə görə eyni olması qeyd olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman bir ədəd karton qutuda aşkar olunmuş narkotik vasitə elektron tərəzi vasitəsilə karton qutu ilə birlikdə çəkildiyindən çəkisi 1,855 kiloqram olmuş, daha sonra müvafiq qaydada qablaşdırılıb ekspertizaya göndərilmiş və ekspertiza tədqiqatı zamanı həmin bir ədəd karton qutu çıxarılmaqla narkotik vasitənin təmiz çəkisinin 795 qram olması müəyyən olunmuşdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu çətənə bitkisini özünə məxsus olan həyətyanı sahəsində əkdiyini, daim istifadə etdiyini və narkotik vasitənin miqdarının çox olmasına baxmayaraq, heç kəsə satmadığını qeyd etmişdir. Bunlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 dekabr 2023-cü il tarixli 2088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 3-4 ildir narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar edilən narkotik vasitəni özü üçün əkib becərdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən və yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün qurudulmuş marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən və fərdi yaşayış evinə baxış keçirilərkən aşkar olunan narkotik vasitə qurudulmuş marixuana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, ittiham aktında Təqsirləndirilən şəxs barəsində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın müəyyən edilmədiyi qeyd edilmişdir. Halbuki CM-in 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Bununla bağlı qeyd etmək zəruridir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs qismində törətməsi CM-in 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərov X3 şəhəri, Kür küçəsi, ev 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmünün və 03 fevral 2022-ci il tarixli qərarlarının surətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 04 mart 2024-cü il tarixli 52/3- 12 nömrəli məktubundan görünür ki, Cəfərov X3 Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarına əsasən cəzası 01 il azaldılmış və 15 noyabr 2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs qismində törətməsini CM-in 59.1.9-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halın olmamasını və cəzasını yüngülləşdirən halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə cinayət işinin materialarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini və Mingəçevir Şəhər Rayonlararası Psixo-nevroloji Dispanserindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur və onun yaşayış yeri üzrə Ruhi-əsəb kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 806,33 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun, o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın və onun yaşayış yeri üzrə ruhi-əsəb kabinetində qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 806,33 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar