Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2025 24.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 06 iyun 1949-cu ildə Ucar rayonunun Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ucar rayonunun Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2024-cü ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Ucar rayonunun Alpout kəndində, yaşadığı evin həyətyanı sahəsində torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 23 (iyirmi üç) ədəd çətənə (kannabis) bitkisinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 29 iyul 2024-cü il tarixdə saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonunun Alpout kəndinin ərazisində, yaşadığı evin yanında saxlanılaraq çətənə bitkilərini əkdiyi, yaşadığı evin həyətyanı sahəsində olan yerə baxış keçirilən zaman oradan yaş halda 04 ədədi gövdələrindən kəsilmiş vəziyyətdə, hündürlükləri ayrı-ayrılıqda 2,56 metr, 2,65 metr, 2,70 metr və 2,80 metr, eləcə də 19 ədədi torpağa əkilmiş vəziyyətdə, hündürlükləri ayrı-ayrılıqda 41 santimetr, 65 santimetr, 83 santimetr, 93 santimetr, 1,40 metr, 1,50 metr, 2 metr, 2,05 metr, 2,30 metr, 2,40 metr, 2,50 metr, 2,60 metr, 2,80 metr, 2,85 metr, 2,90 metr, 3 metr, 3,10 metr, 3,25 metr və 3,40 metr olan cəmi 56 kiloqram 520,0 qram çəkidə olan ümumilikdə 23 (iyirmi üç) ədəd əkilib becərilmələri qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. X1 narkotik vasitədən istifadə etmiş, əvvəllər məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da narkotik vasitədən istifadə etməyə davam etmiş və sonuncu onun evinə gəldikdə ağrıdığını və əziyyət çəkdiyini görmüşdür. Bəhram Məmmədov ağrıdığı üçün bir neçə dəfə ondan narkotik vasitə əldə etmək üçün pul istəmiş, lakin onda pul olmadığına görə kürəkəninə pul verməmiş, kürəkəninin ailəsinə baxmadığını, ancaq narkotik vasitə axtarışında olduğunu görmüş, bu səbəbdən də kürəkəninə və ailəsinə yazığı gəlmişdir. 2024-cü ilin aprel ayının sonlarında həyətində tövlənin arxasındakı çəpərlənmiş boş torpaq sahəsində su arxının kənarında qarğıdalı tumlarını əkmiş, bir müddət sonra orada qarğıdalıdan başqa çoxlu sayda yaşıl rəngli bitkilərin bitdiyini görmüş və həmin bitkilərin toxumlarının qarğıdalı toxumlarının arasında olduğunu güman etmişdir. Əvvəlcə lap xırda olanda həmin bitkilərin gül bitkiləri olduğunu düşünmüş, ona görə də onları çıxarmamış, həmin bitkilərə toxunmamış, lakin sonradan xəbər verilişlərində çətənə bitkilərini gördüyü üçün qarğıdalıların yanında bitən bitkilərin narkotik tərkibli çətənə bitkilərinin olduğunu anlamışdır. Həmin yer kənar və gözəgörünməz yer olduğundan qeyd olunan çətənə bitkilərini yetişdirdib ağrıları olmaması və ailə büdcələrindən narkotik vasitələrə pul xərcləməməsi üçün kəndə gələndə istifadə etməsi üçün X7a verəcəyini düşünmüşdür. Bu səbəbdən də həmin bitkiləri çıxarıb atmamış, arxın kənarından qarğıdalı bitkilərini suvardıqca həmin çətənə bitkilərini də sulamış, eyni zamanda qarğıdalı bitkilərinin dibindəki ot-alağı təmizləyərkən həmin bitkilərin diblərini də təmizləmişdir. Vaxt keçdikcə qarğıdalı bitkiləri ilə yanaşı 23 ədəd narkotik tərkibli çətənə bitkisi yetişməyə başlamış, o da mütəmadi olaraq qarğıdalı bitkilərinə qulluq göstərdiyi kimi həmin çətənə bitkilərini də suvarmaqla və diblərini ot alaqdan təmziləməklə qulluq edib becərməyə davam etmişdir. Çətənə bitkiləri böyüdükdən sonra qarğıdalıların və həmin çətənə bitkilərinin olduqları yer dar və hərəkət etmək çətin olduğundan gediş-gəlişinə, hərəkətinə mane olmamaları, eyni zamanda qonşuların həyətindən görünməmələri üçün həmin çətənə bitkilərini uc hissələrindən iplə bağlayıb aşağıya doğru əymişdir. X7 psixotrop maddələrdən zəhərlənmə nəticəsində 07 iyul 2024cü il tarixdə ölmüş, həmin vaxtdan sonra o, çətənə bitkilərinə qulluq etməmiş, niyyəti olmamış, yalnız yaxında olan arxdan qarğıdalıları suladıqda həmin çətənə bitkilərinin də dibləri sulanmışdır. Həmin çətənə bitkilərini çıxarıb atmaq və ya yandırmaq qərarına gəlmiş, lakin işləri çox olduğu, habelə həmin çətənə bitkiləri artıq çox iri olduqları və möhkəm kök saldıqları üçün bunu dərhal edə bilməmişdir. 28 iyul 2024-cü il tarixdə 04 ədəd hündür narkotik tərkibli çətənə bitkisini köklərindən çıxarmaq istəsə də, buna gücü çatmadığı üçün kiçik əl baltası ilə onları gövdələrindən kəsib yerə atmış, həmin 04 ədəd narkotik tərkibli çətənə bitkisinin kökləri torpaqda qalmış, qeyd olunan çətənə bitkilərini hissə-hissə çıxarıb göstərilən yerdən az kənarda toplayıb birdəfəlik atmağı və ya yandırmağı düşünmüşdür. 29 iyul 2024-cü il tarixdə axşam saat 18 radələrindən sonra yaşadığı evin qarşısında olarkən polis əməkdaşları oraya gəlib yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirmişlər və həmin həyətə videoçəkilişdən istifadə edilməklə baxış keçirmək istədiklərini demişlər, o isə etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə yaşadığı evin həyətyanı torpaq sahəsinə aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və bu zaman bir tərəfi tövlə, digər kənarları isə qarğı və şiferlə əhatə olunmuş kiçik sahədə 04 ədəd gövdələrindən kəsilmiş vəziyyətdə, 19 ədəd isə torpağa əkilmiş vəziyyətdə olan cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Daha sonra ən kiçiyinin ölçüsü 2,56 metr, ən hündürünün ölçüsü isə 2,80 metr olan 04 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq qaydada qablaşdırılmış, habelə hündürlükləri 41 santimetr, 65 santimetr, 83 santimetr, 93 santimetr, 1,40 metr, 1,50 metr, 2 metr, 2,05 metr, 2,30 metr, 2,40 metr, 2,50 metr, 2,60 metr, 2,80 metr, 2,85 metr, 2,90 metr, 3 metr, 3,40 metr, 3,10 metr və 3,25 metr olan 19 ədəd narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılmış, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə 29 iyul 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrindən sonra Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yerləşən fərdi yaşayış evinə getmişlər və qeyd olunan vaxt Təqsirləndirilən şəxs evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşlarının və aqronom-mütəxəssisin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman bir tərəfi tövlə, digər kənarları isə qarğı və şiferlə əhatə olunmuş kiçik sahədə 04 ədəd gövdələrindən kəsilmiş vəziyyətdə, 19 ədəd isə torpağa əkilmiş vəziyyətdə olan cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Daha sonra ən kiçiyinin ölçüsü 2,56 metr, ən hündürünün ölçüsü isə 2,80 metr olan 04 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq qaydada qablaşdırılmış, habelə hündürlükləri 41 santimetr, 65 santimetr, 83 santimetr, 93 santimetr, 1,40 metr, 1,50 metr, 2 metr, 2,05 metr, 2,30 metr, 2,40 metr, 2,50 metr, 2,60 metr, 2,80 metr, 2,85 metr, 2,90 metr, 3 metr, 3,40 metr, 3,10 metr və 3,25 metr olan 19 ədəd narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılmış, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınanasıdır. 29 iyul 2024-cü il tarixdə saat 18 radələrindən sonra yaşadıqları evin küçə qapısının yanında qayınanası Təqsirləndirilən şəxs tanımadığı şəxslə söhbət etdiyini görmüş və küçəyə çıxdıqda orada olan bir neçə nəfər şəxs ona polis əməkdaşları olduqlarını və qayınanası Təqsirləndirilən şəxs yaşadıqları ünvanda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib yaşadıqları ünvana baxış keçirəcəklərini bildirmişlər, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Daha sonra polis əməkdaşlarının və aqronom-mütəxəssisin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman bir tərəfi tövlə, digər kənarları isə qarğı və şiferlə əhatə olunmuş kiçik sahədə 04 ədəd gövdələrindən kəsilmiş vəziyyətdə, 19 ədəd isə torpağa əkilmiş vəziyyətdə olan cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Daha sonra ən kiçiyinin ölçüsü 2,56 metr, ən hündürünün ölçüsü isə 2,80 metr olan 04 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq qaydada qablaşdırılmış, habelə hündürlükləri 41 santimetr, 65 santimetr, 83 santimetr, 93 santimetr, 1,40 metr, 1,50 metr, 2 metr, 2,05 metr, 2,30 metr, 2,40 metr, 2,50 metr, 2,60 metr, 2,80 metr, 2,85 metr, 2,90 metr, 3 metr, 3,40 metr, 3,10 metr və 3,25 metr olan 19 ədəd narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılmış, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Qayınanası Təqsirləndirilən şəxs həmin yerdə narkotik tərkibli çətənə bitkilərini becərməsindən xəbəri olmamış və polis əməkdaşları tərəfindən yaşadıqları evin həyətinə baxış keçirən zaman bu barədə məlumatı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Ucar Rayon Polis Şöbəsinə Ucar rayonunun Alpout kəndində yaşayan Təqsirləndirilən şəxs evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin həyətində bir tərəfi tövlə, digər kənarları isə qarğı və şiferlə əhatə olunmuş kiçik sahədə 04 ədəd gövdələrindən kəsilmiş vəziyyətdə, 19 ədəd isə torpağa əkilmiş vəziyyətdə olan cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş, daha sonra ən kiçiyinin ölçüsü 2,56 metr, ən hündürünün ölçüsü isə 2,80 metr olan 04 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq qaydada qablaşdırılmış, habelə hündürlükləri 41 santimetr, 65 santimetr, 83 santimetr, 93 santimetr, 1,40 metr, 1,50 metr, 2 metr, 2,05 metr, 2,30 metr, 2,40 metr, 2,50 metr, 2,60 metr, 2,80 metr, 2,85 metr, 2,90 metr, 3 metr, 3,40 metr, 3,10 metr və 3,25 metr olan 19 ədəd narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılmış və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aqronom-mütəxəssis X4 tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli rəydən görünür ki, həmin tarixdə X11 əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətində 04 ədəd gövdələrindən kəsilmiş vəziyyətdə, 19 ədəd isə torpağa əkilmiş vəziyyətdə olan cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş və həmin narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 30 iyul 2024-cü il tarixli 3-16-16/2-17/670 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilər ....” yazısı, adlar və imzalar olan 05 (beş) ədəd sintetik bağlamaların içərisindəki uzunluqları 41 sm-dən 340 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 56 kiloqram 520,0 qram olan 23 (iyirmi üç) ədəd bitki nümunələri əkilib becərilmələri qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Ağarəhim Tağıyevin 30 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 237.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarından görünür ki, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 29 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 08 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 23 ədəd narkotik tərkibli çətənə bitkisini özünün tək əkməsi və Bəhram Məmmədovun onun kürəkəni olması müəyyən olunmuş, lakin onun narkotik tərkibli çətənə bitkilərinin toxumalarını haradan əldə etməsini, narkotik tərkibli çətənə bitkilərini hansı məqsədlə əkməsini və narkotik tərkibli çətənə bitkilərini satış məqsədi ilə əkib-əkməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv olunması barədə 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərar həmin tarixdə ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1 və 237.2.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 29 iyul 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə Ucar rayonunun Alpout kəndində yaşayan Təqsirləndirilən şəxs evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 29 iyul 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən, tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonunun Alpout kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 24 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Habelə CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 21:40-dan 31 iyul 2024-cü il tarixə saat 14:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 02 (iki) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli 1805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli 18-1-77/2-1362/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli 18-1-77/2-1362/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, çəkisi 56 kiloqram 518,0 qram olan 23 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi həmin tarixdə maddi sübut qismində tanınmış və Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən iki ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 146-cı bəndinə əsasən, marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olub Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan və çəkisi 56 kiloqram 518,0 qram olan 23 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən və cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 21:40-dan 31 iyul 2024-cü il tarixə saat 14:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 02 (iki) gün müəyyən olunaraq ona təyin olunan cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olub Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan və çəkisi 56 kiloqram 518,0 qram olan 23 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən və cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-139/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver