Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-14/2021 11.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X12, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonu Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İİ qrup əlil, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxx 1964-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri xx xxxxxx 1995-ci ildə İsmayıllı rayonu Mücühəftaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.5, 188.1, 32.5, 237.2.1, 32.5, 237.2.3, 32.5, 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamış, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamış, Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə həmin ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs3 onunla birlikdə meşədə çətənə bitkiləri əkib-becərdiklərini, bu barədə başqa heç kimə deməməsini və çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda ona və Təqsirləndirilən şəxs2 məlumat verərsə Təqsirləndirilən şəxs3 pul verəcəyini dedikdə sonuncu həmin cinayətin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyinə qabaqcadan vəd verərək onlarla əlbir olmuş, aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı x xxxxxxxx 2019-cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə, yəni onun Təqsirləndirilən şəxs2lə birlikdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaları, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etmələri və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaları kimi cinayətlərinin törədilməsinə köməklik etmiş, x xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs2lə və köməkçi qismində Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə hazırlayıb əldə edərək qırmızı rəngli sellofan torbada saxladığı külli miqdar təşkil edən, 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladığı külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki,Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamış, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamış, 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə o, həmin ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə meşədə çətənə bitkiləri əkib-becərdiklərini, bu barədə başqa heç kimə deməməsini və çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda ona məlumat verərsə Təqsirləndirilən şəxs3 pul verəcəyini dedikdə sonuncu həmin cinayətin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyinə qabaqcadan vəd verərək onlarla əlbir olmuş, aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı x xxxxxxxx 2019-cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə, yəni onun Təqsirləndirilən şəxs1lə birlikdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaları, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə, hissələrini toplamaqla kultivasiya etmələri və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlamaları kimi cinayətlərinin törədilməsinə köməklik etmiş, x xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs1 və köməkçi qismində Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə hazırlayıb əldə edərək qırmızı rəngli sellofan torbada saxladığı külli miqdar təşkil edən, 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladığı külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs3 2019-cu ilin avqust ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid ərazidə təsadüfən rastlaşdığı Təqsirləndirilən şəxs2 sonuncunun həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək, bu məqsədlə 2019-cu ilin mart ayının ortalarında İsmayıllı rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmaları, çətənə bitkisinin toxumlarını həmin yerə səpib əkib becərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, ümumilikdə 1527 ədəd çətənə bitkilərini gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək 1,2 metrdən 4,8 metrədək hündürlüyə çatdırmaqla kultivasiya etmələri, bundan sonra Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkilərinin hissələrindən toplayaraq kustar üsulla külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin yerdə kolluqda qırmızı rəngli sellofan bağlamanın içərisində gizlədərək saxlamaları, habelə satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə bitkisinin hissələrindən yığıb toplayaraq kustar üsulla külli miqdar təşkil edən, ümumi təmiz çəkisi 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) olan narkotik vasitə qurudulmayan marixuana hazırlayıb əldə edərək həmin qurudulmamış marixuananın 2 kiloqram 200 qram (iki kiloqram iki yüz qram) çəkidə olan hissəsini ağ rəngli sintetik kisənin içərisində, 600 qram (altı yüz qram) çəkidə olan hissəsini isə göy rəngli sellofan bağlamanın içərisində kolluq yerdə gizlədərək saxlamaları barədə öyrənmiş, o, Təqsirləndirilən şəxs2 ona həmin cinayətlər barədə başqa heç kimə deməməsi, çətənə bitkilərinin əkildiyi əraziyə kənar şəxslərin gələ biləcəyi halda məlumat verəcəyi, yəni həmin cinayətlərin törədilməsinə məlumatları, cinayətin törədilməsi üçün maneələrin aradan qaldırılması, cinayətin izlərinin gizlədilməsi yolu ilə kömək göstərəcəyi təqdirdə yekunda əldə edəcəkləri gəlirdən asılı olaraq pul verəcəyi barədə təklifi ilə razılaşaraq, bu sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 köməklik göstərəcəyinə qabaqcadan vəd verib onlarla əlbir olmuş və aralarında olan razılığa əsasən çətənə bitkilərinin əkildiyi yer istiqamətində gedən cığırı x xxxxxxxx 2019-cu il tarixədək müxtəlif günlərdə müşahidə etməklə cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaradaraq törədilməsinə köməklik etmiş, x xxxxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə və köməkçi qismində onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2710 kiloqram (iki min yeddi yüz on kiloqram) olan, külli miqdar təşkil edən 1527 (min beş yüz iyirimi yeddi) ədəd çətənə bitkiləri və satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdikləri, qırmızı rəngli sellofan torbada saxladıqları külli miqdar təşkil edən 3 kiloqram 20 qram (üç kiloqram iyirmi qram) çəkidə qurudulmuş marixuana, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan bağlamanın içərisində saxladıqları külli miqdar təşkil edən, ümumilikdə 2 kiloqram 800 qram (iki kiloqram səkkiz yüz qram) çəkidə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının ortalarında həmkəndlisi Təqsirləndirilən şəxs2lə sonuncunun yaşadığı evin həyətində söhbət edən zaman Hafiz ona yaxşı bir pullu iş olduğunu və ona xəbər edəcəyini bildirmişdir. Hafizdən iş barəsində soruşmasa da iş alınacağı təqdirdə ona xəbər etməsini bildirmişdir. Təxminən 5-6 gün sonra 2019-cu ilin mart ayının Hafizlə görüşüb yenidən söhbət edərkən sonuncu ona bir nəfər şəxsin ona əmanət verəcəyini, həmin əmanəti götürməsini və həmin şəxslə birlikdə sonuncunun göstərdiyi getməsini bildirmişdir. Bu barədə Hafizdən heç bir söz soruşmadan razılaşmış, Hafiz həmin şəxsin artıq kəndə çatdığını, kəndin girişində yerləşən qəbiristanlığın yaxınlığında yerləşən Pirin yanına gedib həmin şəxsi gözləməsini bildirmişdir. Hafizin yaşadığı evin həyətindən çıxaraq sonuncunun bildirdiyi yerə gəlmiş, təxminən 1-2 dəqiqə orada dayandıqdan sonra qırmızı rəngli “Vaz 2107” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ona yaxınlaşmışdır. Avtomobili idarə edən şəxs qabaq yan pəncərəni aşağı salıb ona həmin yerə göndərilib-göndərilmədiyini soruşmuş, həmin şəxsə Hafizin göndərdiyi şəxs olduğunu dedikdən sonra həmin şəxs avtomobilin qabaq sağ pəncərəsindən bir ədəd sellofan bükülünü ona vermişdir. Həmin sellofanda nə olmasını soruşmamış və həmin şəxsin deməsindən sonra sonuncunun arxasınca getmişdir. Həmin şəxs avtomobili idarə edib qarşıda, özü isə piyada avtomobilin arxasınca kənd yolu ilə İsmayıllı rayonu Qalınçaq kənd meşəsinə doğru hərəkət etmişdir. Təxminən 300-400 metr məsafə hərəkət etdikdən sonra meşənin girişində həmin şəxs avtomobilini saxlayıb avtomobildən yerə düşüb meşəyə doğru piyada hərəkət etmişdir. Təxminən meşənin içərisi ilə 45 dəqiqə piyada hərəkət edib 5 km məsafə qət etdikdən sonra həmin şəxs kol-kosun arasında olan cığırı göstərib orada gözləməyini bildirmiş, sonra isə bir nəfər şəxsin ona yaxınlaşacağını, işin sonunda ona 6000 (altı min) manat pul çatacağını dedikdən sonra özü isə qayıdıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra iki saat əvvəl həyətində söhbət etdiyi Hafiz həmin yerə gəlmiş, əlində saxladığı sellofan bükülünü Hafizə vermişdir. Sonra isə Hafizlə birlikdə cığırla kol-kosun içərisinə doğru irəliləmiş, cığırın sonunda həmin ərazinin təxminən 5-6 metr enində kvadrat formasında kol-kosdan təmizləndiyini görmüşdür. Hafiz ona sellofanda çətənə bitki toxumlarının olduğunu, onun çətənə bitkiləri əkilmiş yeri mühafizə etməli olmasını demişdir. Hafizlə razılaşdıqdan sonra birlikdə Hafizin əvvəlcədən kol-kosdan təmizlədiyi yerin kənarında şumlayaraq yararlı hala saldığı ərazidə Hafiz selofanda olan toxumları özü səpmişdir. Artıq həmin vaxt Hafizin ona dediyi işin çətənə bitkisi əkilməsi işi olduğunu bilmiş, həmin ərazidən bir-iki metr kənarda su çıxan quyudan su götürüb gətirib Hafizə vermiş, Hafiz isə toxumları səpdiyi yeri sulamışdır. Bundan başqa toxumların səpildiyi yerin ətrafında səpdikləri toxumlar cücərdikdən sonra həmin yerə əkmələri üçün quyular qazmışlar. Su qablarını əvvəlcədən Hafiz özü gətirmiş, sellofanda təxminən bir ovuc toxum olmuş, bundan sonra Hafizlə birlikdə həmin yerdən çıxıb yaşadıqları evə gəlmişlər. Hafiz evə çatan zaman özünün bir həftə sonra gedib səpdiyi çətənə bitki toxumlarına baxacağını, sonra isə onunla birlikdə gedəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Hafizlə küçədə görüşən zaman toxumlara gedib baxdığını bildirmiş, bundan bir həftə sonra isə birlikdə həmin əraziyə getməyi qərara almışlar. Təxminən 2019-cu ilin aprel ayının sonunda ikisi birlikdə həmin yerə gəlmiş, Hafizin qazıb hazırladığı quyudan su qabları ilə su götürüb Hafizə vermişdir. Hafiz səpdiyi toxumlar olan yeri suvarmış, təxminən 25-30 dəqiqə sahədə olub yenidən yaşadıqları kəndə qayıtmışlar. 20 gün sonra Hafizlə birlikdə yenə həmin əraziyə gələrək səpilmiş toxumlardan cücərmiş olanlarının bəzilərini quyular qazılaraq quyulara əkmişlər. Hafizlə birlikdə köməkləşib digər cücərmiş toxumların da əkilməsi üçün ərazini təmizləyərək genişləndirib kol-kosdan təmizləmişdir. Təxminən 2019cu ilin may ayının əvvələrində Hafizlə birlikdə cücərmiş toxumların əkilməsindən ötrü sonuncuya quyu qazmaqda köməklik göstərmiş, təxminən 40-45 ədəd quyu qazıb cücərmiş ştillərdən həmin quyulara birlikdə əkmişdir. Həmin vaxt artıq çoxlu sayda quyulara cücərmiş çətənə bitkiləri əkildiyindən bitkiləri suvarmaq çətinlik yaratmış, bu səbəbdən əkin üçün təmizlədiyi yerin sonunda, su qatının torpaq örtüyə yaxın ərazidə su çıxarmaq üçün əvvəlki quyunu bir qədər qazıb dərinləşdirmişdir. Artıq iş başa çatdıqdan sonra öz aralarında Hafizin özünün həmin əraziyə gəlib əkilmiş çətənə bitkilərinə qulluq edəcəyinə, onun isə həmin əraziyə kənardan nəzarət edib, hər hansı bir şəxs ora gələrsə bu barədə Hafizə məlumat verəcəyinə razılaşmışlar. Həmin vaxtdan xx xxxx 2019-cu il tarixə kimi üç dəfə ora gedib həmin yerə kənardan baxaraq nəzarət etmiş, lakin çətənə bitkilərinin əkildiyi yerə girməmişdir. Sinir xəstəliyi olduğu üçün müalicə aldığından iyul ayının 25-dən sonra yaşadığı evdə ev şəraitində müalicə olunmuş, təxminən xx xxxxxx 2019-cu il tarixdə qonşusu Təqsirləndirilən şəxs3 ona zəng edərək xəstələndiyi üçün Hafizin həmin çətənə bitkilərinin olduğu yerə mühafizə etməkdən ötrü Kamranla danışıb razılaşdığını bildirmişdir. Hafizlə Kamranın hansı formada öz aralarında sövdələşdiklərini bilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər mülki geyimli şəxs yaşadığı evin həyətinə gələrək ona birlikdə polis şöbəsinə getməyini bildirmişdir. Həmin şəxsin ona sellofan torbada çətənə toxumları verən şəxs olduğunu və İsmayıllı RPŞ-nin X3 Şahid2 adlı əməkdaşı olduğunu bilmişdir. Nurlan və digər iki polis əməkdaşı ilə birlikdə İsmayıllı rayon Polis Şöbəsinə gedərkən yolda Nurlan ona narahat olmamasını, hər şeyin yaxşı olacağını, rəisin yanına daxil olduqda özünü yazıq kimi aparıb kasıb adam olmağını bildirməsini demişdir. Polis əməkdşları ilə birlikdə polis şöbəsinə gəlib, şöbənin üçüncü mərtəbəsinə çıxdıqda pilləklənlə üzbəüz olan rəis müavinin otağına daxil olmuş, rəis müavini Əbülfət müəllim ona Qalınçaq kəndinin meşə sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi yerdə fotoşəklinin olduğunu demişdir. Bundan sonra o, avtomobil ilə digər polis əməkdaşları ilə birlikdə çətənə bitkiləri olan əraziyə aparılmışdır. Orada onun və hal şahidlərinin iştirakı ilə çətənə bikilərinin olduğu əraziyə baxış keçirilmiş, baxış zamanı o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2 adını çəkməmişdir. Nurlan ona hər şeyin yaxşı olacağını dediyindən işini qurtaracağını fikirləşib sonuncunun sözünə aldanmışdır. Həmin ərazini özünün kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə saldığını və daha sonra quyular qazaraq çətənə bitki toxumlarını orada əkdiyini, qazdığı quyudan su çıxardıb verərərək qulluq göstərdiyini, diblərini yumşaltdığını, alaq otlarından təmizlədiyini, ümumiyyətlə böyümüş çətənə bitkilərinin özünün tək əkdiyini bildirmişdir. Həmin əraziyə baxış zaman 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkiləri, 1 ədəd sellofan bağlamaqda 1 kioqram 330 qram qurudulmuş marixuana, 1 ədəd göy rəngli və 1 ədəd ağ rəngli sintetik kisənin içərisində aşkar edilmiş 2 kiloqram 970 qram qurudulmamış marixuananın özünə məxsus olduğunu demişdir. Əslində hadisə yerində aşkar edilmiş qurudulmuş və qurudulmamış marixuanadan xəbəri olmamışdır. Bundan sonra həmin yerə baxış keçirilib fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, kamera ilə video çəkiliş aparılmışdır. Digər iştirakçılar kimi protokolu imzalamış, bundan sonra rayon polis şöbəsinə gətirilmişdir. xxxx olunduqdan sonra artıq ona heç bir kömək olunmayacağını başa düşüb bütün həqiqəti sonradan istintaqa danışmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin mart ayının ortalarında saat 11 radələrində yaşadığı kəndin girişində yerləşən qəbiristanlığın yaxınlığından keçərkən orada zibil toplanan ərazidən içərisində çoxlu sayda, təxminən 200-300 ədəd toxum olan bir ədəd selofan torba tapmışdır. Torbada olan toxumların hansı bitki toxumu olmasını ilk öncə bilməmiş, sellofan bükümü əlində götürüb yaşadığı evə doğru hərəkət etmişdir. Bu zaman qəbiristanlığın aşağı tərəfində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə dayanmasını görmüş, həmin şəxslərə yaxınlaşıb əlində sellofanda olan torbanın içərisindəki toxumların hansı bitki toxumu olmasını soruşduqda Vüqar sellofanı ondan alıb həmin bitki toxumlarının çətənə bitki toxumu olmasını bildirərək ondan almışdır. Həmin yerə başqa şəxslər də yaxınlaşdığından artıq o, da bu barədə Vüqara bir söz bildirməyib oradan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra küçə qapısının qarşısında Vüqar və Kamranla görüşərkən sonuncular ona aldıqları bitki toxumlarının çətənə bitkiləri olduğunu, özləri İsmayıllı rayonun Qalınçaq kənd ərazisində əkib, bitkilərə qulluq edəcəklərini, bitkilər böyüdükdən sonra isə bitkilərin hissələrini qırıb satış üçün hazırlayacaqlarını, satdıqları marixuana narkotik vasitəsindən əldə etdikləri puldan ona da müəyyən məbləğdə pul ayıracaqlarını demişlər. xx xxxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulduğunu eşitmişdir. Təxminən 1 həftə sonra 2019-cu ilin sentyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonun Qalınçaq kəndində yaşadığı evin qarşısında tək dayandığı vaxt Kamran ona yaxınlaşaraq 50 və 100 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 2400 manat pulu ona verib onun ağsaqqal olduğunu və istintaq zamanı adını hallandırmaması üçün həmin pulu Vüqarın atası Feyruza çatdırmasını demişdir. Həmin məbləğdə pulu Kamrandan almış, lakin ailə üzvləri həmin vaxtlar xəstələndiyi üçün ehtiyacı olduğundan pulu Feyruza verməyərək özü xərcləmişdir. Hazırki vaxta qədər narkotik vasitə istifadə etməmiş, kimdənsə narkotik vasitə almamış və kiməsə narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyinə görə İsmayıllı rayonun Qalınçaq kənd meşə ərazisində meşəbəyi işləyən dayısı İdris İsayevə köməklik etmiş, təxminən 2019-cu ilin avqust ayının əvvələrində tək meşə ərazisində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə meşənin içərisində rastlaşmışdır. Hafiz onu görüb yaxınlaşaraq orada nə iş gördüyünü soruşduqda sonuncuya dayısına köməklik göstərdiyini bildirib, bu səbəbdən meşə ərazisini gəzdiyini demişdir. Hafiz ona meşənin içərisində olan cığırı göstərib həmin cığıra daxil olub-olmadığını soruşduqda o, həmin cığıra daxil olmadığını deyib, orada nə olması barədə maraqlandıqda Hafiz ona ağzını möhkəm tutmasını, orada çətənə bitkiləri olduğunu demişdir. Hafizə bu barədə heç kimə bir söz deməyəcəyini demiş, Hafiz ona həmin əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alacağı təqdirdə işin sonunda ona pul verəcəyini demişdir. Təxminən 10 gün sonra yaşadığı evə doğru gedərkən yolun başında Hafizlə görüşərkən Hafiz ona həmin cığırın sonunda ərazini kol-kosdan təmizləyib, orada digər qonşusu Təqsirləndirilən şəxs1 ilə ilə birlikdə çoxlu sayda çətənə bitkiləri əkdiyini, həmin bitkilərə Vüqarla birlikdə qulluq edib yetişdirdiyini, lakin son zamanlar Vüqar xəstələndiyindən ev şəraitində müalicə aldığını, bu səbəbdən özü əkdikləri bitkilərə qulluq edib yetişdirə bilmədiyini, ağaclar çox olduğundan sulamaqda çətinlik çəkdiyini, bu səbəbdən bu işdə kömək etməyini, həmin çətənə bitkilərinin əkildiyi yerin mühafizə etməsini ona demişdir. Hafizin təklifi ilə razılaşmış, hər gün meşə ərazisinə gedib meşəyə odun yığmaq üçün gələn tanımadığı şəxsləri müxtəlif bəhanələr ilə oradan uzaqlaşdırmışdır. Həmin yerin kimsə tərəfindən aşkar edilməməsinə çalışmış, özü həmin cığırın sonuna gedib orada dəqiq olaraq neçə ədəd çətənə bitkilərinin əkilməsini görməmişdir. Orada təxminən 200-300 metr kənarda dayanıb həmin ərazini mühafizə etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən həmin gün Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə əkməsini ona bildirdiyi çətənə bitkilərinin olduğu yerin polis əməkdaşları tərəfindən aşkarlandığını və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq həmin yerə baxış keçirildiyini və əkilən çətənə bitkilərinin götürüldüyünü bilmişdir. Bundan sonra Vüqarın həmin əməlini Hafizlə birlikdə törtəməsini etiraf etsə, Hafiz onun da həmin çətənə bitkilərinin əkilməsindən məlumatı olmasını deyəcəyini və xxxx ediləcəyindən narahatlıq keçirtmişdir. Vüqar tutulduqdan 2-3 gün sonra Hafiz yaşadığı küçədə onu görüb yaxınlaşaraq Vüqarın istintaq zamanı onun adını hallandırmaması və xxxxdən çıxarmaqdan ötrü pul lazım olmasını deyib bu işdə həm onun, həm də Vüqara köməklik göstərməsini demişdir. Həmin vaxtlar onun pulu olmadığından bu barədə atası Qənimətə əsl həqiqəti bildirməyib Vüqarın xxxxdən çıxmasına köməklik etmək istədiyini, sonra onun pulunu qaytaracağını demişdir. Atası Qənimət özünə məxsus Vaz 2101 markalı avtomobili 1400 manata tanımadığı şəxsə sataraq pulu ona vermiş, o da, həmin 1400 manat pulu 2019-cu ilin sentyabr ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə Qalınçaq kəndində yaşadığı küçədə Hafizə vermişdir. Sonra isə atası “Kapital bank”ın İsmayıllı rayon filialından 5016 manat kreditlə pul götürmüş, həmin puldan da 2100 manatını yaşadığı Qalınçaq kəndində Vüqarın adını hallandırmaması və xxxxdən çıxmasına kömək etmək üçün Hafizə vermişdir. Bundan bir neçə gün sonra 900 manat və 500 manat pulu da Hafizə vermişdir. Hafiz ümumilikdə ondan 4900 manat pul almış, bundan sonra isə Hafizdən Vüqarın işinin nə yerdə olmasını və nəyə görə xxxxdən çıxara bilməməsini soruşduqda Hafiz Vüqarın işinin yaxşı olacağını, hər dəfə müxtəlif bəhanələr gətirib xxxxdən çıxacağını demişdir. Sonradan Hafizin onu aldadaraq 4900 manat pulunu öz şəxsi işləri üçün həll etdiyini, Vüqarın xxxxdən buraxılması üçün heç bir iş görmədiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X2 meşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsində işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, x xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 iştirakı ilə meşə ərazisində narkotik vasitəyə bənzər bitki kolları, həmçinin yaş və quru marixuanaya bənzər bitki kütlələrinin aşkar edildiyini eşitmişdir. Həmin çətənə bitkiləri 1527 (min beş yüz iyirmi yeddi) ədəd olmuş, həmin yerdən 2 kq 800 qram qurudulmamış marixuana və 3 kiloqram 20 qram qurudulmuş marixuana, həmçinin çətənə bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Onun və X21 Təsərrüfatı Mərkəzinin digər vəzifəli şəxslərinin Qalınçaq meşəbəyliyinin 7 saylı dolayında çətənə bitkiləri əkilib-becərilməsindən məlumatları olmamışdır. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculardan heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon polis şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləy Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Qalınçaq kəndindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə İsmayıllı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin kultivasiya edildiyi ehtimal olunan İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisinə daxil olan meşəlik ərazinin torpaq sahəsinə baxış keçirilməsi üçün yaradılmış əməliyyat-istintaq qrupuna daxil olan İsmayıllı rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və X3 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə x xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmişlər. Şahid2 yoldan keçən tanımadıqları bir nəfər şəxsdən Vüqarı çağırmalarını xahiş etmiş, Vüqar qapının qarşısına çıxdıqdan sonra digər polis əməkdaşları ilə birlikdə Vüqara Qalınçaq kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirib həmin əraziyə birlikdə baxış keçiriləcəyini bildirdikdə sonuncu etiraf edərək həmin ərazidə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmişdir. Dəvət edilmiş iki nəfər hal şahidinin, aqronom-mütəxəssisin və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun göstərdiyi meşə sahəsinə keçirilən baxış zamanı təxminən 10 metr enində və 30 metr uzunluğunda ərazidə hündürlükləri 1 metrdən 3,5 metrə qədər 1527 ədəd spesifik iyi olan yaşıl rəngli narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunmuşdur. Baxış zamanı aqronom qismində iştirak edən İsmayıllı rayon Dövlət X15 bitkiçilik sektorunun baş məsləhətçisi X6 həmin bitkilərin kəskin iyindən və formasından çətənə bitkilərinə oxşadığını və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin yumşaldıldığını və gübrə verildiyini bildirmişdir. Baxış zamanı bitki kollarının yaxınlığında kolluq ərazidə ağ rəngli sintetik kisə, göy və qırmızı rəngli sellofan torbalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 qırmızı rəngli sellofan bağlamanın içərisində həmin ərazidə əkib-becərdiyi çətənə bitkisinin hissələrindən qurutmaqla əldə etdiyi marixuana olduğunu, ağ rəngli sintetik kisənin və göy rəngli sellofan torbanın içərisində isə əkibbecərdiyi çətənə bitkisinin hissələrindən qurutmaq üçün yığıb saxladığı yaş halda bitki hissələri olduğunu, həmin bitki hissələrinin özünə məxsus olduğunu, buna görə də kolluqda gizlətdiyini bildirmişdir. Sellofan bağlamalar açıldıqda göy və ağ rəngli sellofan torbaların içərisində yaş, qırmızı rəngli sellofan torbanın içərisində isə quru halda narkotik vasitəyə bənzər bitki kütlələrinin olması müəyyən edilmişdir. Qırmızı rəngdə olan torbadakı narkotik vasitəyə bənzər bitki kütləsinin çəkisinin olduğu sellofan torba ilə birlikdə 3,330 (üç kiloqram üç yüz otuz) qram, ağ və göy rəngli sellofan torbaların içərisində olan yaş haldakı narkotik tərkibli vasitəyə bənzər bitki kütlələrinin olduqları göy və ağ rəngli sintetik kisə birlikdə çəkisinin isə 2,970 (iki kiloqram doqquz yüz yetmiş) qram olduğu müəyyən edilmişdir. Ərazidə baxış davam etdirilərkən ərazidə kolların üzərinə atılmış, kökündən çıxarılmaqla kəsilmiş narkotik tərkibli vasitəyə bənzər qismən yaş zoğlu bitki hissələri, həmçinin həmin bitki hissələrinin kənarında kolların üzərinə atılmış zoğ hissələri ilə birlikdə quru halda narkotik vasitəyə bənzər bitki kütlələri aşkar olunmuşdur. Həmin bitki kütlələrindən 10-15 metr aralıda həmin ərazidə kol və ağacların arasında ağac budaqlarından düzəldilmiş yataq yerinin üstündə quru halda gövdə hissələri ilə birlikdə quru halda narkotik vasitəyə bənzər bitki kütlələri də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bitki hissələrinin də hər birinin özünə məxsus olduğunu, həmin yerdə bitkilərə qulluq göstərdikdən sonra istirahət etdiyini bildirmişdir. Bitki kollarının əkildiyi yerin yaxınlığında dərinliyi 2 metrə qədər olan su quyusu və quyuya rahat düşmək üçün pilləkən, su quyusunun yanında ağ rəngli plasmas qab, aliminium su qabı, qaz balonu, açıq çəhrayı rəngdə üzvi maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 su quyusunu özünün qazdığını, həmin quyudakı suyu yanında olan ağ rəngli plastik qabdan istifadə etməklə ərazidə aşkar edilmiş narkotik tərkibli vasitələrə bənzər bitki kollarını suladığını bildirmişdir. Həmçinin alüminium qaba (bitona) isə qazdığı quyudan su tökərək içmək üçün su saxlamaq məqsədi ilə istifadə etmiş, qaz balonundan isə içmək məqsədi ilə su qızdırarkən istifadə etmiş, açıq çəhrayı rəngdə kimyəvi maddənin də özünə məxsus olmaqla kübrə olduğunu və həmin maddədən də ərazidə aşkar edilmiş bitkilərin yaxşı inkişaf etməsi üçün dibinə töküb istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş 1527 ədəd narkotik vasitəyə bənzər yaş halda bitkilər, eləcədə narkotik vasitəyə oxşar kütlələr və digər aşkar olunmuş əşyalar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, X8, Post-Patrul Xidmət Tağımının polis nəfərləri Şahid6 və Şahid5, hal şahidləri qismində iştirak etmiş Şahid8, Şahid7 və Dövlət X15 bitkiçilik sektorunun baş məsləhətçisi işləyən X6 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin X11 Qrupunun əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərmişdir ki, əməliyyat müvəkkili işlədiyi dövrdə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi üçün ifşa etdiyindən sonuncu onun barəsində həqiqətə uyğun olmayan ifadə vermiş, əməliyyat tədbirindən əvvəl Vüqarla görüşməmiş, sonuncu ilə heç bir münasibəti olmamışdır. Vüqara sellofan bükülü verməmiş və nə də çətənə bitkiləri əkib becərməsi müqabilində pul verəcəyini deməmişdir. Təqsirləndirilən şəxs1 barəsində çətənə bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olduğu üçün məlumatı dəqiqləşdirib rəhbərliyə məruzə etmiş, xx xxxxxxxx 2019-cu il tarixdə əməliyyat tədbiri keçirilən gün Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısından o, Şahid3 və Şahid1 tərəfindən İsmayıllı rayonunun Qalınçaq kəndinə meşə sahəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 507 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 03(üç) ədəd sellofan torbaların içərisində yaş vəziyyətdə ümumi təmiz çəkiləri 2710 kiloqram olan ümumilikdə 1527 (bir min beş yüz iyirmi yeddi) ədəd bitkiləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Rəşid Zülfüqarlının xx.xx.2019-cu il tarixli rəyinə əsasən 1527 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 1 rəqəmi ilə işarələnmiş ağ rəngli sintetik kisənin içərisində təmiz çəkisi 2 kiloqram 200 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 2 rəqəmi ilə işarələnmiş göy rəngli sellofan torbanın içərisndə, təmiz çəkisi 600,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 3 rəqəmi ilə işarələnmiş qırmızı rəngli sintetik kisənin içərisində təmiz çəkisi 3 kiloqram 20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 4 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 4 kiloqram 500 qram olan 18 (on səkkiz) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannasbi) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 5 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 6 kiloqram 400 qram olan 33 (otuz üç) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 6 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisində yaş vəziyyətdə ümumi təmiz çəkisi 8 kiloqram 700 qram olan 56 (əlli altı) ədəd bitki hissələri narkotik tərkibli çətənə (kannasbi) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkiləri, 107 (yüz yeddi) ədəd çətənə bitkisinin hissələri, qurudulmuş və qurudulmamış marixuanalar ilə tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisində, təmiz çəkisi 285.00 qram olan maddə narkotik vasitələrə aid deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Mərkəzi Sinir sisteminin üzvi xəstəliyi “Travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07,0 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik və onda müşahidə edilən davranış pozuntuları az ifadəli olduğundan, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 oğlunun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 Təsərrüfatı Mərkəzindən alınmış xx xxxxxxxx 2019-cu il tarixli 892 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun Qalınçaq kəndininin inzibati ərazisində yerləşən meşə sahəsində 1527 (min beş yüz iyirmi yeddi) ədəd çətənə bitkilərinin aşkar olunduğu ərazi X21 X2 meşəbəyliyinin 7 saylı meşə dolayının ərazisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxxxxxx 2019-cu il tarixli 473 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Qalınçaq kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 RMP-nin “Narkoloji” kabinetində qeydiyyatda yoxdur, lakin “Ruhi-əsəb” kabinetində xx.xx.2012-ci il tarixindən “Baş-beyin travması (doğuş travması) nəticəsində yaddaş və intelektin enməsi, qıcolma tutmaları ilə anamnezində” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxx 2020-cu il tarixli 126 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 RMP-nin “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatında yoxdurlar. Cinayət işinin materiallarına əlavə edilmiş x xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, X7 və Təqsirləndirilən şəxs1 şikayət ərizələrində və izahatlarında İsmayıllı RPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid2 hərəkətləri ilə bağlı göstərdikləri faktlar, həmçinin Feyruz Fətəliyevin şikayət ərizəsində İsmayıllı RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əbülfət Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı göstərdikləri faktlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx xxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən İsmayıllı rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Fətəliyev X10 rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən İsmayıllı rayonu Qalınçaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində 2006-cı ildə anadan olmuş Rəvan Qarayev və 2013-cü ildə anadan olmuş Bağı Qarayev adlı uşaqları varıdr. 1992-ci ildə anadan olmuş oğlu X17 silahlı qüvvələr tərkibində ön cəbhədə Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə X17 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Qarabağ ordeni ilə, xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1927-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İsmayıllı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə xxxx qətimkan tədbiri seçilmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 03 (üç) ay müddətinə, yəni xx xxxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x xxxxxx 2020-ci il tarixli 4(107)-2/2020 saylı qərarı ilə İsmayıllı rayon Məhkəməsinin qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş xxxx qətimkan tədbiri x xxxxx 2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs2 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri xxxx qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə CM-in 32.5, 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə CM-in 32.5, 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 188.1-ci maddəsinə gəldikdə isə məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə praktikasını nəzərə alaraq təqsirləndirilən şəxslərin əməllərində həmin hissədə cinayət tərkibinin olmadığı qənaətinə gəlir. Belə ki, məhkəmə kollegiyası hazırki məhkəmə praktikasına uyğun qaydada hesab edir ki, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına çəpərləməsi, hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X21 X1 rayonu Qalınçaq meşəbəyliyinin 7 saylı dolayına aid 10 metr enində 30 metr uzunluğunda olan 300 kvadrat metr torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan maddənin dispozisiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxslər tərəfindən özbaşına çəpərlənməmiş, təqsirləndirilən şəxslərin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxslər gizli meşə fonduna aid torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxslərin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin ona məxsus torpaq sahəsindən təqsirləndirilən şəxslərin ondan icazəsiz istifadə etməsi barədə məlumatı olmuşdur. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237-ci maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, təqsirləndirilən şəxslər qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan X21 Təsərrüfatı Mərkəzinə məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiklərinə görə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə bərabər, onlara həm də CM-in 188.1-ci maddəsi ilə də ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər həm tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası, həm də torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayətlərin məcmusu ilə təqsirləndirilsə də, onların qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. Belə olan halda mövcud məhkəmə praktikasına uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 torpaq sahəsini özbaşına çəpərləmə, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmasına dair onlara elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək narkotik vasitələrin kultivasiyasına və saxlanılmasına heç bir aidiyyətinin olmamasını göstərməsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir, məhkəmənin belə qənaətə gəlməsinə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələri, həmçinin cinayət işinin materiallarında olan digər sənədlər əsas verir. Ona görə də əməllərində cinayət tərkibi olmaması əsası ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 188.1-ci, Təqsirləndirilən şəxs3 isə 32,5 188.1-ci maddəsi ilə bəraət verilməli, onların hər biri ayrı-ayrılıqda CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 isə CM-in 32,5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalıdırlar. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, İİ qrup əlil olmaqla “Baş-beyin travması (doğuş travması) nəticəsində yaddaş və intelektin enməsi, qıcolma tutmaları ilə anamnezində” diaqnozu ilə qeydiyyatda olmasını cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması, onunla birlikdə yaşayan digər oğlu X13 Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə, xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, əməlindən səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “xxxx” qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üz manat altmış beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd ağ rəngli plastik qab, 1 (bir) ədəd alminium biton, 1 (bir) ədəd qaz balonu, 2709 kq 998,00 qram olan 1527 ədəd çətənə bitkiləri, təmiz çəkisi 2 kiloqram 199,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 599,95 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 3 kq 19,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 18 (on səkkiz) ədəd çətənə bitkisinin hissələri, 33 (otuz üçü) ədəd çətənə bitkisinin hissələri, 56 (əlli altı) ədəd çətənə bitkisinin hissələri, təmiz çəkisi 285.00 qram narkotik vasitələr aid olmayan üzvi maddələr məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xxxxə alındığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi xxxxdə olduğu 07 (yeddi) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza tətin edilsin. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xxxxə alındığı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində xxxx qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal xxxx edilsin, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 234.4.1, 32.5, 234.4.3, 32.5, 237.2.1 və 32.5, 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 237.2.1 və 32.5, 237.2.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xxxxə alınıdığı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində xxxx qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal xxxx edilsin, barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üz manat altmış beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd ağ rəngli plastik qab, 1 (bir) ədəd alminium biton, 1 (bir) ədəd qaz balonu, 2709 kq 998,00 qram olan 1527 ədəd çətənə bitkiləri, təmiz çəkisi 2 kiloqram 199,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 599,95 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmamış marixuana, təmiz çəkisi 3 kq 19,95 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 18 (on səkkiz) ədəd çətənə bitkisinin hissələri, 33 (otuz üçü) ədəd çətənə bitkisinin hissələri, 56 (əlli altı) ədəd çətənə bitkisinin hissələri, təmiz çəkisi 285.00 qram narkotik vasitələr aid olmayan üzvi maddələr məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-14/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-14/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver