Məhkəmə qərarları › İş №1(091)-14/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-14/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-14/2023 06.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, hazırda dövlət qulluğuna xitam verilmiş, Göyçay rayonunun Potu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Göyçay rayon İcra Hakimiyyəti başçısının 01 iyul 2009-cu il tarixli 11 nömrəli sərəncamı ilə həmin tarixdən Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Göyçay rayon İcra hakimiyyəti başçısının Ləkçılpaq İƏD üzrə nümayəndəsi Şahid1 2016-cı ilin iyul ayının əvvəlində ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2016-cı ilin iyul ayının sonlarında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin iyul ayının sonlarında qeyd edilən xidməti otağında 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, Göyçay rayon İcra Hakimiyyəti başçısının 25 may 2017-ci il tarixli 43 nömrəli sərəncamı ilə həmin tarixdən Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, Göyçay rayon İcra Hakimiyyəti başçısının Mallı Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin yay aylarında özünə müraciət etmiş tanışı Şahid3 özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən inzibati ərazi dairəsi üzrə nümayəndə müavini vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirilməsinə köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni vəzifəyə təyin edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2017-ci ilin yay aylarında ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2017-ci ilin yay aylarında Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında 6.000 (altı min) manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(091)- 14/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 mart 2022-ci il tarixdə istintaq orqanına şahid qismində verdiyi ifadədə və videoçəkilişli üzləşmələr zamanı qeyri-qanuni hərəkətlərə yol vermədiyini yazılı və şifahi olaraq bildirsə də, 43 gün ərzində ailəsinin və onun yaşadığı iztirablara son qoymaq və təcridxanadan çıxmaq üçün müstəntiqin təklifi ilə razılaşaraq 27.05.22 tarixdə X3 irəli sürülən yeni ittiham aktında ona təqdim edilən, ümumi və şablon mülahizələr əsasında tərtib edilmiş ifadəni öz ifadəsi kimi qəbul edərək imzalamaqla, barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına çevrilməsinə nail olmaq, azadlıqda olaraq normal müdafiə hüququndan istifadə etmə imkanı əldə etmək, insult keçirmiş xəstə atası, azyaşlı qızı və digər ailə üzvləri ilə birgə olmaq və məhkəmənin ədalətinə sığınmaq üçün məqsədli olaraq istifadə etmişdir. Əslində isə onun ifadəsi nə zərərçəkmişlərin ifadəsi, nə də iş üzrə olan digər ərizə sübutlarla uyğunluq təşkil etmir və tam ziddiyyətlidir. Belə ki, M.Səlimzadə 10 iyun 2016-cı il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək onu tanımamış və heç bir münasibəti olmamışdır. M.Səlimzadə icra başçısı təyin edildikdan sonra onun fəaliyyətinə tənqidi yanaşmış və nəticədə 11 aydan sonra onu cəzalandıraraq daha aşağı vəzifəyə - şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə keçirmişdir. İttiham aktında qeyd olunur ki, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, o, icra hakimiyyətində şöbə müdiri işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Ləkçılpaq kənd üzrə nümayəndəsi Şahid1 2016-cı ilin iyul ayının əvvəlində ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edərək özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyirinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmamasına köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi eyni xarakterli hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2016-cı ilin iyul ayının sonlarında aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin iyul ayının sonlarında qeyd edilən xidməti otağında 2.000 manat məbləğində pul vəsaitini Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 2.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Qeyd etmişdir ki, Şahid1lə bir-birilərini 1980-ci illərdən, o, “ispolkom” olandan tanımış, həmkəndli və uzaq qohum olmuşlar. O, məktəbli olanda onu Aydın dayı deyə çağırmışdır. O,1999-cu ildə icra hakimiyyətinə işə qəbul ediləndə Şahid1 12 ilə yaxın müddətində dövlət orqanlarında rəhbər vəzifədə çalışmaqla, qeyd olunan vaxt Ləkçiplaq kənd icra nümayədəsi vəzifəsində işləmişdir. Daha sonra 2009-cu ildə o, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri kimi Şahid1lə bilavasitə işləmiş, şöbə müdiri işlədiyi 7 il ərzində rayonun ərazi və əhali baxımından ən böyük nümayədəliklərindən birinin rəhbəri kimi Şahid1lə mütəmadi işgüzar və şəxsi münasibətlərdə olmuşdur. Onun rəhbərlik etdiyi ərazinin problemlərinin həllinə səlahiyyətləri çərçivəsində nail olmağa çalışmış, aidiyyati orqanlar və rəhbərlik qarşısında birgə məsələlər qaldırmışdır. Onun rəhbərlik etdiyi inzibati ərazidə yaşayan sakinlərin yazılı və şifahi müraciətlərinin araşdırılaraq həll edilməsinə çalışmışdır. Həmçinin Şahid1lə şəxsi münasibətlər çərçivəsində müxtəlif illərdə onun övladlarının toy mərasimlərində, 2 dəfə evində verdiyi ziyafətdə rayon rəhbəri M.Səlimzadə, müavinlər, şöbə müdirləri ilə birgə səmimi şəkildə iştirak etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Şahid1 onu çox yaxşı tanımış, onun vəzifə səlahiyyətlərinin nədən ibarət olduğunu bilmiş, rayon rəhbərləri, icra başçıları, müavin və şöbə müdirləri ilə də yaxşı münasibətdə olmuş və ittiham aktında şablon ifadə kimi işlədilən - onun özünü Şahid1 işgüzar və geniş səlahiyyətlərə malik şəxs kimi tanıdaraq aldatmağı, onu qorxudaraq ondan hər hansı bir səbəblə rüşvət qismində pul istəməyi, onu təhrik etməyi həqiqətdən uzaq fikirdir. Eyni zamanda, Şahid1 o dövr üçün 30 ildir ki, dövlət orqanlarında rəhbər vəzifəli şəxs kimi işləmiş, nüfuzlu, hörmətli ölkə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş bir icra nümayəndəsi olaraq, istintaqın qeyd etdiyi kimi onun hədəqorxularından qorxacaq biri olmamışdır. O, işlədiyi bütün dövrlərdə rayon rəhbərlərinə birbaşa söz demək cəsarəti və nüfuzunda olmuş, könüllü olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi, abadlıq və səliqə səhman işlərində iştirak etmişdir. Həmçinin, ittiham aktında onun güya Şahid1 aldadaraq təqdim etdiyi tanışı olan həmin vəzifəli şəxs Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi, onun və Şahid1 birbaşa rəhbəri olan, rayon icra hakimiyyətinin başçısı M.Səlimzadə olmuşdur. Burdan aydın olur ki, istintaq materialında istifadə olunan bu termin işin mahiyəti üzrə deyil, sadəcə cinayət məcəlləsinin müvafiq maddəsi üzrə işlədilən formal mülahizələrlə qeyd edilən ifadədir. Belə ki, icra başçısı M.Səlimzadə 10 iyun 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, onunla əvvəllər heç bir münasibəti olmamış və rayon rəhbəri təyin edildiyi gündən daima onun fəaliyyətini tənqid etmiş, xəbərdarlıqlar etmiş və nəticədə başçı təyin olunandan 11 ay sonra onu tutduğu vəzifədən azad edərək daha aşağı (ərazi nümayəndəsi) vəzifəyə keçirmişdir. Şahid1 ilkin ifadəsində və üzləşmə vaxtı güya vəsaiti ona abadlıq və quruculuq işlərinə sərf olunmasına istədiyi üçün verdiyini bildirdiyi halda, ittiham aktında onun adından həmin vəsaitin Şahid1 icra nümayəndəsi vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar pul vermiş olduğunun vurğulanması tam ziddiyyətlidir. Əgər o, həqiqətən də Şahid1 qorxudaraq, aldadaraq pulunu alıb mənimsəmişdirsə, niyə Şahid1 6 il ərzində bir dəfə olsun rayon rəhbərliyinə, hüquq mühafizə orqanlarına şikayət etməmiş, niyə onu övladlarının toy məclislərinə və evində keçirdiyi ziyafətlərə hörmətli qonaqlar sırasında dəvət etmişdir? Halbuki, həmin vaxtlar o, artıq Şahid1 kimi icra nümayəndəsi olmuş, icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışmamışdır. İttiham aktında qeyd olunur ki, onun törətdiyi cinayət əməlləri özünün ifadələrində törədilmiş cinayətin mahiyyəti ilə əlaqədar göstərdiyi xüsusatlarla yanaşı dindirmə və video çəkilişdən istifadə edilməklə üzləşdirmə protokolları, baxış protokolları və iş üzrə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 yanvar 1994-cü ildən hal-hazıradək Göyçay rayonu Ləkçıplaq kənd ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. 2016-cı il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Mehdi Səlimzadə təyin edilmişdir. Həmin təyinatdan təxminən 1 həftə sonra rayon icra hakimiyyətinə dəvət edilmişdir. Qeyd olunan dövrdə Göyçay RİH-də ərazi idarəetmə şöbəsinin müdiri işləyən, hal-hazırda isə Göyçay şəhər icra nümayəndəsi olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yeni rəhbərlik gəldiyi üçün şəhərdə aparılacaq quruculuq işlərinə kömək etmək lazımdır. Həmin vaxt cavabında Təqsirləndirilən şəxs qanundan kənara çıxmadığını və pulunun olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs başçı Mehdi Səlimzadənin göstərişi olduğunu deyərək qısa müddətdə 2.000 manat gətirməsini ondan tələb etmişdir. Kənd camaatı arasında olan nüfuzunu ləkələyəcək dərəcədə işdən çıxarılmasından qorxaraq 2016-cı ilin iyul ayında Göyçay rayonunda yerləşən "xxxx" ASC-dən baş mühasib Şahid2 adına 2.000 manat kredit götürüb, həmin tarixdə Təqsirləndirilən şəxs Göyçay RİH-nin inzibati binasında sonuncunun xidməti otağında vermişdir. Bu halda onun əməli istintaq orqanı tərəfindən rüşvətə təhrik, dələduzluq və özgə əmlakını mənimsəmə kimi qiymətləndirildiyi halda, Şahid1 mühasibini rüşvət verməyə təhrik edərək "xxxx"dan kredit götüzdürməsini və həmin vəsaiti ondan alaraq digər yuxarı vəzifəli şəxsə (güya ona) verməsi halı cinayət olaraq qiymətləndirilməmişdir? Əsas olaraq isə güya Şahid1 6 ildən sonra “könüllü” müraciət etdiyini bildirmişdir. Halbuki, Şahid1 iş materiallarında şikayət ərizəsi belə yoxdur. Burdan belə nəticəyə gəlmək olar ki, Şahid1 həqiqətən də qanundan kənara çıxmamış, nə tabeçiliyində olan şəxsi rüşvət verməyə təhrik etmiş, nə də ona rüşvət verməmişdir. O özünə zərər dəymiş kimi qeyd etdiyi 2000 manat vəsaiti icra hakimiyyətinin həyətində gedən abadlıq işlərinə könüllü olaraq özünün iştirakı ilə sərf etmişdir ki, bunu da məhkəmə istintaqı zamanı etiraf etmişdir. Həmçinin ittiham aktında qeyd olunur ki, iş üzrə şahid qismində dindirilmiş Göyçay rayonu Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin məsləhətçi-baş mühasibi Şahid2 Şahid1 ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Əgər Şahid2 Şahid1 ondan pul istəməsini təsdiq edirsə, demək Şahid1 vəzifəli şəxs olaraq tabeçiliyində olan şəxsdən rüşvət tələb etmiş, hətta o rüşvəti verməsi üçün onu "xxxx"dan pul götürərək ona verməyə təhrik etmişdir. Yox, əgər istintaqın da qeyd etdiyi kimi Şahid1 və Şahid2 qanundan kənara çıxmayıblarsa, onda onlar birgə razılıqları ilə bankdan götürdükləri 2000 manat vəsaiti könüllü olaraq icra hakimiyyətinin həyətində aparılan abadlıq işlərinə sərf etmişlər. Həmçinin, Şahid2 onunla videoçəkilişli üzləşmə zamanı onu uzun müddətdir həmkəndlisi kimi, eyni zamanda 5 il ərzində şöbə müdiri kimi tanıdığını bildirmiş və qeyd olunan ittiham üzrə ondan və ya Şahid1 pul tələbinin olması barədə məlumatı olmadığını və ona pul verilməsi faktını təsdiqləməmişdir. O, "xxxx"dan götürdüyü pulu Şahid1 verdiyini demişdir. Burada Şahid2 Şahid1 hansı ifadəsini təsdiq etdiyi sual doğurur. Həmçinin buradan belə qənaətə gəlmək olar ki, Şahid2 zərəri o yox, Şahid1 vurmuşdur. Bundan başqa, ittiham aktında qeyd olunur ki, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, o, Göyçay rayon İcra Hakimiyyəti başçısının 25 may 2017-ci il tarixli 43 nömrəli sərəncamı ilə həmin tarixdən Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göyçay rayon İcra Hakimiyyəti başçısının Mallı-Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin yay aylarında özünə müraciət etmiş tanışı Şahid3 özünü işgüzar və geniş əlaqəyə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Göyçay rayon İcra Hakimiyyətində onun xeyrinə qərar qəbul etmək səlahiyyətinə malik icra hakimiyyətinin başçısı ilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə qeyd edilən inzibati ərazi dairəsi üzrə nümayəndə müavini vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirməsinə köməklik etmək imkanına malik olduğunu həmin ünvanda yerləşən xidməti otaqda yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni vəzifəyə təyin edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2017-ci ilin yay aylarında ünvan 3 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında aldatmaqla bildirərək, onunla razılaşmaqla İcra Hakimiyyətinin inzibati binasında 6.000 manat məbləğində pul vəsaitini Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 6.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. İttiham aktında qeyd olunur ki, Şahid3 özü ona müraciət edib ki, onu Mallı-Şıxlı kənd üzrə nümayəndəliyinə müavin təyin edilməsinə kömək etsin. Əgər özü müraciət edibsə kim-kimi təhrik edib? Həmçinin, ittiham aktinda qeyd olunan dövrdə Mallı- Şıxlı KİƏD üzrə nümayəndəliyində müavin ştatı üzrə vakant vəzifə olmayıb. 2017-ci ilin aprel-sentyabr aylarında həmin ərazidə nümayəndə vəzifəsi vakant olub. Şahid3 ali təhsili olmayıb və dövlət qulluğuna ali təhsili olmayan şəxslərin qəbul edilməsi mümkünsüzdür. Şahid3 bu faktı çox yaxşı bilib. Çünki o, məhz bu səbəbdən 2013-cü ildə 26 nəfərdən biri olaraq dövlət qulluğunda tutduğu vəzifədən azad edilib. Əgər həqiqətəndə Şahid3 ona vəzifəyə təyin edilməsi üçün pul vermişdirsə və o, verdiyi vədə əməl etməyərək bu pulu şəxsi məqsədləri üçün mənimsəmişdirsə niyə o, 5 il ərzində RİH-nin başçısı və digər hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Bütün bunlarla yanaşı, hazırda zərərçəkmiş şəxslərlə barışmış, həmin şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur, onlara dəymiş maddi ziyan ödənilmiş, habelə vurulmuş ümumi maddi ziyanın 25 faizi qədər pul məbləği dövlət büdcəsinə ödənilmişdir. Bütün bunların nəzərə alınması və barəsində ədalətli qərarın qəbul olunması xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni qəbul etmir. Həmin ifadəni məcbur qalıb imzalamışdır. Əslində isə nə Şahid1, nə də Şahid3 hər hansı bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2009-2017-ci illərdə Göyçay rayon İcra Hakimiyyəti Başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində işləmiş, 25 may 2017-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər ərazi inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib hazırki vaxta qədər həmin vəzifədə işləmişdir. 10 iyun 2016-cı il tarixdə X1 rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İşçi-rəhbər kimi yaxşı münasibətləri olduğu Mehdi Səlimzadə onun işini düzgün qiymətləndirmişdir. Mehdi Səlimzadə vəzifəyə təyin edildikdən sonrakı bir il ərzində Göyçay şəhər ərazi inzibati dairəsi üzrə nümayəndəsini iki dəfə dəyişmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin dövrdə o, Göyçay rayon İcra Hakimiyyəti Başçısının aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləsə də, şəhərdə gedən ictimai-siyasi prosesləri yaxından izlədiyindən, habelə etibarlı kadr olduğundan Mehdi Səlimzadə tərəfindən razılığı əsasında nisbətən aşağı vəzifəyə keçirilərək Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər ərazi inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Göyçay rayon İcra hakimiyyəti başçısının Ləkçılpaq İƏD üzrə nümayəndəsi Şahid1 tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə işlədiyi dövrdə Şahid1 2016-cı ilin iyul ayının əvvəlində ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət etmişdir. Məqsədi öz təşəbbüsü ilə icra başçısı Mehdi Səlimzadənin adından sonuncunun xəbəri olmadan istifadə etməklə Şahid1 şəxsi məqsədləri üçün pul almaq olmuşdur. Qeyd olunan dövrdə Şahid1 onun icra başçısı Mehdi Səlimzadə ilə yaxşı münasibətdə olmasından məlumatı olmuşdur. Xidməti otağında təklikdə olduqda o, icra nümayəndəsi vəzifəsində qalıb fəaliyyətini davam etdirməsi, xidməti fəaliyyəti üzrə verəcəyi hesabatların icra hakimiyyətində məqbul hesab edilib yoxlamaların keçirilməməklə maneələrin yaradılmaması ilə əlaqədar Aydın X4 vasitəsi ilə 2.000 (iki min) manat pul verməsini təklif etmişdir. Şahid1 qorxaq təbiətli insan olduğu üçün dediyi yalana inanıb həmin pul vəsaitini verməyə razılazmışdır. Daha sonra 2016-cı ilin iyul ayının sonlarında xidməti otağında təklikdə olduqda Şahid1 qəbuluna gəlmiş və tələb etdiyi 2.000 (iki min) manat pul vəsaitini ona vermişdir. Həmin pul vəsaitini qəbul edib Şahid1 sonrakı məsələlərdə narahat olmamasını bildirmişdir. Lakin etdiyi qanunsuz əməldən, yəni Şahid1 şəxsi məqsədləri üçün Mehdi Səlimzadənin adından istifadə etməklə pul vəsaiti almasından sonuncuların xəbəri olmamış və aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan başqa, Şahid3 tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə işlədiyi dövrdə Şahid3 onun icra başçısı Mehdi Səlimzadə ilə yaxşı münasibətdə olmasından məlumatı olmuşdur. X6 Mənafovu Göyçay rayon İcra Hakimiyyəti başçısının Mallı-Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə təyin edəcəyindən xəbəri olduğu üçün öz təşəbbüsü ilə icra başçısı Mehdi Səlimzadənin adından sonuncunun xəbəri olmadan istifadə etməklə Şahid3 şəxsi məqsədləri üçün pul almaq qərarına gəlmişdir. Ona görə də, Şahid3 2017-ci ilin yay aylarında ünvan 2 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət etmişdir. Xidməti otağında təklikdə olduqda Mallı-Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə təyin edilməsi və həmin vəzifədə qalıb fəaliyyətini davam etdirilməsinə köməklik etməsi ilə əlaqədar Şahid3 onun vasitəsi ilə Mehdi Səlimzadəyə 6.000 (altı min) manat pul verməsini təklif etmişdir. Şahid3 qorxaq təbiətli insan olduğu üçün dediyi yalana inanıb həmin pul vəsaitini verməyə razılaşmışdır. Daha sonra 2017-ci ilin yay aylarında Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında təklikdə olduqda Şahid3 ona yaxınlaşaraq tələb etdiyi 6.000 (altı min) manat pul vəsaitini vermişdir. Həmin pul vəsaitini qəbul edib Şahid3 sonrakı məsələlərdə narahat olmamasını bildirmişdir. Lakin etdiyi qanunsuz əməldən, yəni Şahid3 şəxsi məqsədləri üçün Mehdi Səlimzadənin adından istifadə etməklə pul vəsaiti almasından sonuncunun xəbəri olmamış və aldığı pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Göyçay rayon İcra Hakimiyyətində işlədiyi dövrdə Mehdi Səlimzadənin adından istifadə etməklə ifadəsində qeyd etdiyi şəkildə onun pul vəsaiti almasından xəbəri olmamışdır. Ayrı-ayrı vaxtlarda Şahid3 və Şahid1 ifadəsində qeyd etdiyi məbləğdə pul vəsaitini tələb edərək almasının şahidi təklikdə olduqlarından heç kim olmamışdır. Göyçaylı olaraq Şahid3 və Şahid1 ona pul vermələrini istintaq orqanına deməyəcəklərindən arxayın olduğu üçün şahid və digər prosessual statusda verdiyi ifadələrdə heç kimdən hər hansı əsasla pul tələb edib almadığını göstərmişdir. Lakin etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq şahid və digər prosessual statusda istintaq orqanına verdiyi ifadələrin sübut kimi nəzərə alınmamasını, hazırkı təqsirləndirilən şəxs qismində verdiyi ifadənin sübut kimi nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə təqsirləndirilən şəxs qismində ifadəsini könüllü şəkildə verir, ifadəsində göstərdikləri həqiqətdən ibarətdir və bununla bağlı hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, icra nümayəndəsi kimi işləyir və Təqsirləndirilən şəxs Göyçay Rayon İcra Hakimiyyətinə ilk dəfə işə gəlməsini də yaxşı xatırlayır. Təqsirləndirilən şəxs işə başlayanda o, artıq 12-13 il idi ki, icra nümayəndəsi kimi iş stajına malik olmuşdur. Təqsirləndirilən şəxsla uzaq qohumluq münasibəti olduğuna görə münasibəti də çox yaxşı olmuşdur. İşində təcrübəli olduğuna və işlərini məsuliyyətlə yerinə yetirdiyinə görə Təqsirləndirilən şəxs hər zaman ən vacib işlərin yerinə yetirilməsini icra etmək üçün ona həvalə etmişdir. 2016-cı ildə Göyçay İcra Hakimiyyətinin rəhbərliyi dəyişdi və iclasda müzakirə olundu ki, yerinə yetirilməli çox iş var. Qeyd olundu ki, Əli Kərimli parkı və rayonun stadionu bərbad vəziyyətdədir və daxili imkanlar hesabına bu problemlər aradan qaldırılmalıdır. Belə olan halda, onlara ərazilər ayrıldı və həmin ərazilərin abadlaşdırılması onlara həvalə olundu. Ona Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazinin abadlaşdırılması həvalə olunmuşdur. Bununla bağlı fəhlələr tapmış, müəyyən müddətdən sonra icra hakimiyyətinin həyətinə materialları gətirmiş və ustalar dəvət etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, iş artıq yekunlaşır və bu işin icrası da ona tapşırılıb. O gələrək, ustalarla danışmış və ustalar ona öz iradlarını bildirmişlər ki, onlar işlədiyi müddətdə onlara heç bir ödəniş olunmayıb. O isə ustalara bildirmişdir ki, işlər tam yekunlaşandan sonra onların zəhmət haqqı olan pulları o, ödəyəcəkdir. Təxminən iyun ayının sonlarında iş yekunlaşmış və ustalar bildirmişdir ki, həm materialların pulu, həm də onların zəhmət haqqılarının pulu cəmi 2300-2400 manat təşkil edir. O bir neçə gün sonra müəyyən köməkliklərlə həmin pulu əldə etmiş və icra hakimiyyətinə gəlmiş, orada Təqsirləndirilən şəxs görəndə bildirmişdir ki, ustalar işi yekunlaşdırıb və indi də öz əmək haqqılarını istəyirlər. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, ustalarla özün razılaşmısan və indi gedib ustalarla söhbətinizi edin. O da gedib materialların və zəhmət haqqının pulunu ustalara vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmamışdır, lakin ibtidai istintaq zamanı gərgin olduğundan, necə ifadə verdiyini xatırlamır. Onu qeyd edir ki, Təqsirləndirilən şəxs heç vaxt pul verməmişdir. Sözügedən pullar rayonun abadlıq işlərinə xərclənmişdir. Həmin pulun 30 faizini Şahid2 qarşılamışdır. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, 04 yanvar 1994-cü ildən hal-hazıradək Göyçay RİHB-nin Ləkçıplaq kənd ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2016-cı il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Mehdi Səlimzadə təyin edilmişdir. Həmin təyinatdan təxminən 1 həftə sonra rayon icra hakimiyyətinə dəvət edilmişdir. Qeyd olunan dövrdə Göyçay RİH-də ərazi idarəetmə şöbəsinin müdiri işləyən, hal-hazırda isə Göyçay şəhər icra nümayəndəsi olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yeni rəhbərlik gəldiyi üçün şəhərdə aparılacaq quruculuq işlərində kömək etmək lazımdır. Həmin vaxt cavabında Təqsirləndirilən şəxs qanundan kənara çıxmadığını və pulunun olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs başçı Mehdi Səlimzadənin göstərişi olduğunu deyərək qısa müddətdə 2.000 (iki min) manat gətirməsini ondan tələb etmişdir. Kənd camaatı arasında olan nüfuzunu ləkələyəcək dərəcədə işdən çıxarılmasından qorxaraq 2016-cı ilin iyul ayında Göyçay rayonunda yerləşən "xxxx" ASC-dən baş mühasib Şahid2 adına 2.000 (iki min) manat kredit götürüb, həmin tarixdə Təqsirləndirilən şəxs Göyçay RİH-nin inzibati binasında sonuncunun xidməti otağında vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə zamanı hazırda tutduğu mühasib vəzifəsində işləmişdir. Şahid1 kiməsə pul verməsindən, kiminsə ondan pul istəməsindən xəbərsizdir. Yalnız onu qeyd edə bilər ki, Şahid1 adına kreditlər olduğu üçün onun adına kredit götürülmüş, həmin pulu o, Şahid1 vermiş və kredit borcunun bir hissəsinin ödənilməsində Şahid1 köməklik göstərmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid1 təmir və bərpa işləri ilə bağlı ona pul lazım olduğunu demiş və o, kredit götürərək ona verməyini ondan xahiş etdiyi üçün bankdan kredit götürüb Şahid1 vermişdir. Şahid1 Təqsirləndirilən şəxs vəzifədə qalmağı üçün ona pul verməli olduğunu dediyini ona deməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir gün axşam saat 9-10 radələrində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən zəng gəlmiş və ona bidirilmişdir ki, səhər saat 8-də həmin idarədə olmalısan. O, kənd icra nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Qeyd olunan vaxtda həmin idarəyə getmiş, həmin vaxt bərk qorxmuş və orada həyəcandan nələrsə danışmışdır. Qorxudan orada nə təqdim etmişlərsə ona qol çəkmişdir. Lakin indi rahat şəkildə deyə bilər ki, heç kimə pul verməmişdir. İbtidai istintaq zamanı məhz qorxduğundan, başqa cür ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona ibtidai istintaq zamanı təsir və ya təzyiq olmamış, lakin özü qorxmuşdur. İbtidai istintaqda ifadə verənə qədər o, Təqsirləndirilən şəxs şikayət etməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, Göyçay rayon İcra Hakimiyyəti başçısının Mallı-Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə təyinat alması üçün 2017-ci ilin yay aylarında Göyçay rayon İcra Hakimiyyətinin Ərazi idarəetmələr şöbəsinin müdiri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs qəbulunda olmuşdur. Təqsirləndirilən şəxs ona etdiyi 6.000 (altı min) manat müqabilində həmin vəzifəyə təyinat ala biləcəyi barədə təklifi qəbul etmişdir. Həmin hadisədən təxminən bir həftə sonra öz təsərrüfatında olan mal-qaranı satmaqla topladığı 6.000 (altı min) manat pul vəsaitini Təqsirləndirilən şəxs Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasının arxa qapısında vermişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, 16 aprel 2022-ci il tarixdə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid2 ifadəsində göstərdiklərini – 2016-cı ilin iyul ayında "xxxx" ASC-nin Göyçay şəhər filialından öz adına götürərək faktiki olaraq Göyçay RİHBnin Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 verdiyi 2.000 (iki min) manat pul vəsaitinin sonuncu tərəfindən Təqsirləndirilən şəxs verildiyini - Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 03, iş vər. 27-29). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, 16 aprel 2022-ci il tarixdə video çəkilişdən istifadə edilməklə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid1 ifadəsində göstərdiklərini - 2016-cı ilin iyul ayında "xxxx" ASC-nin Göyçay şəhər filialından Şahid2 öz adına götürərək faktiki olaraq ona verdiyi 2.000 (iki min) manat pul vəsaitini Təqsirləndirilən şəxs təqdim etdiyini - Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 03, iş vər. 30-33). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, 16 aprel 2022-ci il tarixdə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid3 ifadəsində göstərdiklərini – Göyçay rayon İcra Hakimiyyəti başçısının Mallı-Şıxlı kənd icra nümayəndəliyinin müavini vəzifəsinə təyinat alması üçün 6.000 (altı min) manat pul vəsaitini Təqsirləndirilən şəxs verdiyini - Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 03, iş vər. 59-61). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayından 2022-ci ilin fevral ayına kimi Göyçay rayon İcra hakimiyyətinin (bundan sonra – Göyçay RİH) başçısı vəzifəsində işləmiş, hazırda isə işsizdir. İcra başçısı işlədiyi dövrdə cənab Prezidentin tapşırığına əsasən siyasi rəhbər olaraq rayonda ictimai-siyasi sabitliyi təmin etmiş, Göyçay RİH-in inzibati binasında və ya yerlərdə vətəndaşların qəbulunu mütəmadi olaraq həyata keçirmiş, rayon ərazisində 02 dəfə açıq mikrofon keçirməklə vətəndaşların qaldırdığı problemləri həll etmiş, cəmiyyətin həssas təbəqələri olan müxtəlif dini təriqətlərə səcdə edən şəxslər arasında münasibətlərin qurulmasını təmin edib onların vəhdətini təşkil etmiş, rayon ərazisində seçkiləri vətəndaş fəallığını yüksək səviyyədə təşkil etməklə keçirmiş (hər hansı qanun pozuntusuna yol verilmədən), yerli icra hakimiyyəti orqanlarının təsdiq edilmiş müvafiq əsasnaməsinə uyğun olaraq müəyyən hüquq və vəzifələri icra etmişdir. Şahid1 və Şahid3 tanıyır, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Bundan başqa qeyd olunan şəxslərdən birbaşa və ya dolayı yolla hər hansı miqdarda və hər hansı əsasla pul vəsaiti tələb etməmiş və almamışdır. Həmçinin, Təqsirləndirilən şəxs həmin şəxslərdən hər hansı əsasla pul vəsaiti tələb edib almasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs hər hansı şəxsi işə götürməsi müqabilində müxtəlif məbləğdə pul vəsaiti tələb edib almasına dair göstəriş verməmişdir. Ümumiyyətlə xidməti fəaliyyəti dövründə hər hansı vəzifəli şəxs və ya digər şəxsdən birbaşa və ya dolayı şəkildə maddi və sair nemət tələb etməmiş və ya almamış, həmçinin digər qanunsuz əməllərə yol verməmişdir (cild 03, iş vər. 129). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2009-cu il tarixdən 25 may 2017-ci il tarixə kimi Göyçay rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 25 may 2017-ci il tarixdən 19 aprel 2022-ci il tarixdə kimi Göyçay rayon İcra hakimiyyəti başçısının Göyçay şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir (cild 03, iş vər. 187-190). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Əliyev X10 rayon İHB-nin Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir (cild 03, iş vər. 192). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 179, 308, 309 və 311-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir (cild 03, iş vər. 211-249) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsində göstərilmişdir ki, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi rüşvət vermə cinayətini ehtiva edir və həmin əmələ görə təqsirli bilinən şəxs beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 312.2-ci maddəsində isə göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları əsas götürən və cinayət işinin materiallarında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli onun özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrlə, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 32.4,312.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamalayan və üst-üstə düşən sübutlar (zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrlə, üzləşdirmə istintaq hərəkətinin protokolları və s.) vasitəsi ilə tam təsdiq olunur. Həmçinin, özünün ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi həmin sübutlarla uyğunluq təşkil edir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə uyğunluq təşkil etdiyini və iş üzrə obyektiv halları əks etdirdiyi üçün, həmin ifadələri əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. İş üzrə zərərçəkmiş şəxslərin hər birinin ayrı-ayrılıqda məhkəmə istintaqı zamanı verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşır və hesab edir ki, zərərçəkmiş şəxslər bu formada ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən qorumağa çalışırlar. Zərərçəkmiş şəxslərin hər birinin təqsirləndirilən şəxsi yaxından tanıması, onunla bir rayon sakini olması, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon İcra Hakimiyyətində işləməsi və sakinlər arasında hörmətə malik olması həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadələri və üzləşdirmə zamanı qeyd etdiyi xüsusatları əsaslı sayır, ona görə də Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Bundan əlavə, həm Təqsirləndirilən şəxs, həm də müdafiəçi ayrı-ayrılıqda məhkəmə iclasında ibtidai istintaq orqanı tərəfindən cinayət təqibinin iş üzrə zərərçəkmiş şəxslərin hüquq mühafizə orqanlarına ünvanlanmış hər hansı şikayət ərizəsi olmadan başlanıldığını və bu halın da ibtidai istintaqın qanunsuz aparılmasına dəlalət etdiyini qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri sayır. CPM-in 37.1-ci maddəsində göstərilmişdir ki, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimaixüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsində isə göstərilmişdir ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Habelə, həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən isə bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında deyil, ictimai ittiham qaydasında həyata keçirilmişdir. Belə olan halda, hər hansı şəxsin şikayət ərizəsinin olmasına ehtiyac olmamış, ibtidai istintaq orqanının icraatında olan və ibtidai istintaqı aparılan cinayət işi üzrə aşkar olunan hallar Təqsirləndirilən şəxs barəsində ictimai ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsinə səbəb olmuşdur. Odur ki, müdafiə tərəfin qeyd etdiyi xüsusatlar iş üzrə ibtidai istintaqın qanunsuz aparılması ilə bağlı nəticəyə gəlməyə əsas ola bilməz. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (həyat yoldaşı və 2001, 2005, 2011-ci il təvəllüdlü üç uşağı ilə birlikdə) Göyçay rayonu, Potu kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 03, iş vər. 205-207). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 03, iş vər. 203). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 32.4,312.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, dövlət qulluğunda uzun müddət qüsursuz fəaliyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-in 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 03, iş vər. 43-44). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 03, iş vər. 103-105). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 586/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 03, iş vər. 180-184). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edildiyindən, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Həmçinin, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. İş üzrə 104 AZN (bir yüz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 104 AZN (bir yüz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar