Məhkəmə qərarları › İş №1(091)-140/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-140/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-140/2021 29.06.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.1983-cü il tarixdə Abşeron rayonu Digah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının sonlarında yaşadığı Abşeron rayonu Digah qəsəbəsi Neftçi küçəsi ərazisində yerdən 01 ədəd sellofan bükümdə taparaq, qəsdən, satış məqsədi və tamah niyyətilə, qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 8,817 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamini üzərində saxlamaqla daşıyaraq 30 yanvar 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexıa” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşında Balakən rayonuna gətirmişdir. 31 yanvar 2021-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş və onun idarə etdiyi “Daewoo Nexıa” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşına saat 02 radələrində baxış keçirilərkən avtomaşının salonunda sürətlər qutusunun yanından 01 ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs, qəsdən, satış məqsədi və tamah niyyətilə, qanunsuz olaraq əldə edib daşımaqla saxladığı ümumi təmiz çəkisi 8,817 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü dərzi olmaqla taksi fəailəyyəti ilə məşğul olmuş, avtomaşınında aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, həmin narkotik vasitə və tərəzini onun avtomaşınına əyləşmiş tanmadığı sərnişin tərəfindən avtomaşında qoyub getmişdir. Həmin narkotik vasitəni satış məqsədi olmadan avtomaşınında daşımış və həmin əmələ görə özünü təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının təxminən sonlarında axşam tərəfi yaşadığı Digah qəsəbəsi ərazisində Neftçi küçəsində yerdən 1 ədəd kiçik ölçülü sellofan büküm taparaq cibinə qoyub etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşınına əyləşib həmin sellofan bükümü açdıqda bükümdə ağ rəngli toz halında psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşdür. Həmin bükümü bağlayıb cibinə qoyaraq üzərində saxlamış, 30 yanvar 2021-ci il tarixdə qeyri-rəsmi yaşadığı Şahid1 yanında olarkən sonuncu ona Balakən rayonuna anasıgilə getmək istədiyini bildirmişdir. Yerdən tapdığı psixotrop maddəni isə Balakən rayonunda satmaq məqsədi ilə 30 yanvar 2021-ci il tarixdə günorta saatlarında həmin tapdığı maddəni üzərində olan gödəkçənin cibinə qoyub, elektron tərəzini isə idarə etdiyi avtomaşının sürücü tərəfdən qapısının üzərindəki əşya qoymaq üçün nəzərdə tutulan yerə qoyub İlahəni və sonuncunun oğlu Məhəmmədi 30 yanvar 2021-ci il tarixdə günorta saatlarında idarə etdiyi “Daewoo Nexia” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşına mindirib Balakən rayonuna yola düşmüşdür. Gecə saatlarında Balakən rayonuna çatdıqda İlahə ona marketdə saxlamasını xahiş etmiş, Balakən rayonu ərazisində marketin qarşısında avtomaşını saxlayaraq düşmək istədiyi zaman ətrafda bir neçə nəfər polis əməkdaşları olduğunu və ona kənardan şübhəli baxdıqlarını görüb cibindən həmin 1 ədəd sellofan bükümdə şüşə adlanan narkotiki tez çıxarıb gizlətmək məqsədi ilə İlahəyə vermişdir. İlahə isə həyəcanlı olduğuna görə həmin bükümü avtomaşının sürət ötürücüsünün (koropka) yanına atmışdır. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmiş, polislər avtomaşına yaxınlaşan zaman artıq həmin maddəyə əlini uzada bilməmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman üzərindən hər hansı narkotik vasitə və sair aşkar edilməmiş, bundan sonra videoçəkilişlə avtomaşınına baxış keçirilən zaman könüllü olaraq avtomaşında olan İlahənin sürət qutusunun yanına atdığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan şüşə adlanan maddəni çıxarıb təhvil vermişdir. Həmin sellofan bükümdə olan şüşə adlanan maddə elektron tərəzidə çəkilərkən çəkisi 9,38 qram olmuş, avtomaşında sürücü tərəf qapının üzərindəki saxlanc yerinə qoyduğu 01 ədəd kiçik ölçülü elektron tərəzi də tapılaraq götürülmüşdür. Qeyd olunanlardan əlavə avtomaşından heç bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 yanvar 2021-ci il tarixdə günortadan sonra oğlu Məhəmmədlə birlikdə qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Nexia” markalı avtomaşınla Bakı şəhəri Digah qəsəbəsindən Balakən rayonuna yola düşmüşlər. Gecə saatlarında Balakən rayonuna çatdıqları zaman Elşənə avtomaşını saxlayıb dükandan anasıgilə nə isə almasını xahiş etmiş, Elşən Balakən şəhərinin girişində yerləşən marketin qarşısında avtomaşını saxlayıb marketə getmək üçün avtomaşından düşmək istədiyi zaman tələsik şəkildə cibindən 1 ədəd sellofan büküm çıxarıb ona verərək həmin bükümü gizlətməsini ona demişdir. Elşənin verdiyi bükümü götürdükdə polis işçilərinin onlara tərəf gəldiyini gördükdən sonra narahat olub həmin bükümü avtomaşına tullamışdır. Bu vaxt polis əməkdaşları onlara yaxınlaşaraq avtomaşınla birlikdə polis şöbəsinə dəvət etmiş, X6 saxlamaq üçün verdiyi sellofan bükümdə qadağan olunmuş maddə olduğu ona məlum olmuşdur. Onun və oğlu Məhəmmədin Elşənin cibində Balakən rayonuna həmin maddəni gətirməsindən əvvəlcədən məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 31 yanvar 2021-ci il tarixdə Abşeron rayon sakini olan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Daewoo Nexıa” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs idarə etdyi avtomaşınla Balakən şəhəri ərazisində saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmişdir. Avtomaşında Təqsirləndirilən şəxs başqa Şahid1 və sonuncunun oğlu X3 da olmuş, Balakən rayon X8 Rəşidov şübhəli şəxs qismində tutulduqdan sonra təqdim edilmiş müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, “Daewoo Nexıa” markalı avtomaşına baxış keçirilən zaman isə avtomaşının salonundan ötürmə qutusunun yanından 01 ədəd sellofan büküm, sellofan bükümün içərisindən isə çəkisi 9,38 qram olan metamfetamin aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa avtomaşının sürücü tərəf qapısının saxlanc yerindən bir ədəd elektron tərəzi də aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkki işləyən Şahid4 və Post Patrul Xidmət Bölüyünün manqa komandiri işləyən Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Elşənin narkotik vasitələrdən istifadə etməsi və satışıyla məşğul olması haqda heç bir məlumatı olmamış, Elşənin külli miqdarda psixotrop maddə əldə edib idarə etdiyi avtomaşında saxlaması və Balakən rayonuna gətirərək orada tutulması haqda sonradan eşidərək bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli, 17/82 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus Daewoo Nexıa markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 8,817 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2021-ci il tarixli, 17/137 nömrəli ekspert rəyində göstərilmişdir ki, -tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş 01 ədəd elektron tərəzi” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd, gümüşü rəngli elektron tərəzinin üzərindən narkotik və ya psixotrop maddələrin hissəcikləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2021-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmammışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Digah qəsəbəsi Neftçi küçəsi 43 ünvanında yaşamaqla himayəsində iki azyaşlı uşaqları vardır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun avtomaşınından aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması və satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş psixotrop maddənin miqdarı, aşkar olunmuş tərəzi, məhkəməyədək icraat zamanı verdiyi ifadəsindəki psixotrop maddəni satmaq məqsədi ilə saxlamasını bildiriməsi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olması CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 31 yanvar 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 31 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 8,767 qram çəkidə psixotrop maddə-metamfetamin məhv edilsin. Cinayətin aləti olmuş 01 ədəd gümüşü rəngdə elektron tərəzi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar