Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-140/2023 17.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Göyçay rayon Çayarxı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə saat 13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda Qanunun bu tələbini pozub sürücülük vəsiqəsi olmadan, etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri H.Əliyev prospekti ilə üzü şəhərin mərkəzi istiqamtində 40 km/saat sürətlə hərəkətdə olarkən 175 nömrəli yaşayış evinin yaxınlığında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib Qanunun bu tələbini pozaraq sağ tərəf səkidən sola doğru adi qaçışla avtomobil yolunun hərəkət hissəsinə daxil olub tən yarıya qədər hərəkət edib yenidən adi qaçışla geri qayıtmaq istəyən piyada xx.xx.2014-cü il təvəllüdlü X1 böyründən idarə etdiyi avtomobilinin sağ qabaq ön tərəfi ilə vuraraq sonuncuya travma şoku, müştərək ağır dərəcəli qapalı kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma, sağ bud sümüyünün orta 1/3-dən qapalı, yedəyişmiş sınığı, sol gözün yuxarı qapaq nahiyəsində hematoma, yuxarı çənədə, solda İİ – İİİ kəsici dişlərin uclqularının travmatik qırılması, aşağı dodağın sağ yarısında selikli qişanı əhatə edən sıyrılmış yara fonunda hematoması, başın sol gicgah, sol qaşın bayır bucağını əhatə edən, aşağı çənə nahiyəsində və hər iki əl barmaqları – əlüstü nahiyələrdə sıyrılmış yaraları və bədənin küt travması ilə müşaiyət edilən həyat üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətləri yetirərək ehtiyatsızlıqdan X3 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Göyçay rayonu, Qarabaqqal kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində işləmiş, iş qrafikinə əsasən bir gün işdə, iki gün isə evdə olmuşdur. O, həmin iki gün evdə olduğu müddət ərzində əlavə gəlir əldə etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 02 noyabr 2022-ci il tarixdə günorta saat 1 radələrində evdə olduğu zaman istifadəsində olan mobil telefona əvvəllər tanıdığı Aysel adlı xanım zəng etmiş və onu anasıgilə aparmaq lazım olduğunu demişdir. Bundan sonra, o, Ayselin dediyi ünvana getmişdir. Aysel maşına əyləşmiş və onlar yola çıxmışlar. Hərəkətdə olduğu küçə məktəbin yanı olduğundan və orada uşaqlar olduğu üçün maşınla təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Birdən uşaqlardan biri qəflətən yola çıxıb qaçaraq yolun qarşısına keçmək istəmişdir. Həmin uşaq yolun ortasına qədər qaçaraq gəlib, qəflətən geriyə dönərək yolun əks istiqamətinə doğru qaçmağa başlamışdır. Təxminən uşaqla onun arasında 15-20 metr məsafə olmuş, bu zaman özünü itirərək əyləcə basmış, lakin hadisədən yayına bilməmiş və uşağı maşınla vurmuşdur. Həmin vaxt hadisədən yayınmaq üçün əyləcə basaraq, maşını sol tərəfə çəkməyə çalışmış, lakin yenə də hadisədən yayına bilməmişdir. Bundan sonra, dərhal uşağı maşına qoyub xəstəxanaya aparmışdır. Bir müddət sonra xəstəxanaya polis əşəkdaşları gəlmiş və onu hadisə yerinə aparmışlar. Həmin vaxt polis əməkdaşlarına hadisənin necə baş verdiyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və polis şöbəsində maşınla vurduğu uşağın öldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, uşağın yola çıxdığını gördüyü zaman onunla aralarında məsafə təxminən 15-20 metr olmuşdur. Uşaq yolun ortasına qaçaraq çıxmışdır. Bundan sonra qəflətən yolun ortasından geri dönmüş və yolun əks istiqamətinə doğru qaçmağa başlamışdır. Uşaq qaça-qaça yolun ortasına qədər gəldiyindən, düşünmüşdür ki, artıq uşaq yolu keçəcəkdir. Elə o anda uşaq yolun ortasından qəflətən geriyə dönərək yolun əks istiqamətinə doğru qaçmağa başlamışdır. Əyləcə basmış, lakin hadisədən yayına bilməmişdir. İlk dəfə uşağın yolun ortasına çıxdığını gördüyü vaxt əyləcə basmamışdır. Uşaq yolun ortasından geriyə dönüb, yolun əks istiqamətinə doğru qaçmağa başladığı zaman əyləci basmışdır. Təxminən 5 ildir avtomobil idarə edir. Lakin sürücülük vəsiqəsi olmamışdır. Uşaq ilk dəfə yola çıxdığı zaman əyləsi basmamışdır. Çünki düşünmüşdür ki, uşaq artıq yolu keçir. Lakin bir anda uşaq geriyə dönüb qaçmağa başlamışdır. Uşaq yolun ortasına çıxıb yola davam etsəydi və o, əyləci həmin an basmış olsaydı bəlkə də hadisə baş verməyə bilərdi. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbi yoxdur, səhhətində problem olduğuna görə hərbi xidmətə getməmişdir, yas mərasimlərində və dəfn xərclərində zərərçəkmiş şəxsin hüquqi varisinə yardım etmişdir. Bu halların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, hadisə 02 noyabr tarixində günorta radələrində baş vermişdir. O, hadisənin şahidi olmamışdır. Təxminən günorta saat 3 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasından ona məlumat vermişlər ki, qızını maşın vurmuşdur. Dərhal xəstəxanaya getmişdir. O, xəstəxanaya gedənə qədər artıq qızı rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsin ailəsi ona köməklik göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun da əri zərərçəkmiş şəxsin hüquqi varisi Cavid Qurbanovla eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Teymur qızı ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 aydır ki, tanıyır. Belə ki, o əvvəllər Göyçay şəhəri Qarabaqqal kəndi ərazisində yerləşən oteldə qabyuyan işləyirmiş. Həmin otelin həyətində olan “SEHAT OİL” yanacaq doldurma məntəqəsində operator işləyən Təqsirləndirilən şəxs da 3 aydır ki, tanımışdır. Belə ki, Elçin iş vaxtlarından kənar vaxtlarda taksi fəaliyyəti ilə məşğul olduğu üçün o da ara-sıra gedəcəyi ünvanlara Elçinlə getmişdir. xx.xx.2022-ci il tarixdə də günorta saat 13 radələrində o yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən Peşə Liseyinin 106 nömrəli yataqxanasından Göyçay rayon Çayarxı kəndində yaşayan anası Seyranəgilə getmək üçün tanışı Elçinə zəng etmiş, gəlib onu anasıgilə aparmasını xahiş etmişdir. Az sonra Elçin də o yaşadığı binanın qarşına gəlib ona zəng etmişdir. O da təxminən 2-3 dəqiqə sonra həyətə düşüb onu küçədə gözləyən Elçinin Vaz 2106 markalı ** BJ *** nömrəli avtomobilinin arxa oturacağında əyləşmiş, sonuncu da avtomobili idarə edərək üzü Göyçay şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Ancaq o arxada oturduğu üçün Elçinin avtomobili konkret olaraq hansı sürətlə hərəkət etdirməsini bilməmişdir. Onlar H.Əliyev prospekti ilə yolun sağ hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən hərəkətdə olduqları yolda onlardan qarşı tərəfdə aralıda yolun sağ kənarı ilə 2-3 nəfər məktəbli uşaqlar getmişdir. Onlar hərəkətdə olarkən aralıda yol kənarı ilə gedən uşaqlardan bir nəfər qızın onların yoluna çıxmasını görüb öz-özündə qışqırmışdır. Həmin uşaq yola çıxıb yenidən geriyə qayıtmaq istəmiş, həmin vaxt Elçin avtomobilinin qarşı sağ ön tərəfi ilə sonradan adını bildiyi Nuray Qurbanzadəni sağ böyründən vurmuşdur. Tanışı Elçin həmin uşağı vurduqdan sonra uşaq avtomobildən 2-3 metr qarşıya doğru asvalt yolun üzərinə yıxılmışdır. Bu zaman da Elçin avtomobili dərhal saxlamış, hər ikisi yerə düşüb Nurayı qucaqlarına alıb Elçinin avtomobilin arxa oturacağına uzadıb Göyçay rayon mərkəzi xəstəxanasına aparmışlar. Az sonra da oraya polis əməkdaşları gəlmiş, bu zaman tanışı Elçin də özünü polislərə təqdim edərək hadisəni törətdiyini etiraf etmişdir. Bir qədər sonra orada olan zaman artıq Nurayın vəfat etməsini öyrənmişdir. Həmçinin, o ifadəsini davam etdirərək göstərmişdir ki, tanışı Elçini yaxşı insan kimi tanımış, Elçin həmin günü spirtli içki və ya hər hansı narkotik vasitə qəbul etməmiş, hadisə günü o Nuray Qurbanzadənin yola çıxmasını xeyli aralı məsafədən görmüş, elə həmin anda o öz özündə qışqırmış, həmin vaxt artıq Elçin avtomobili nisbətən sol tərəfə çəksədə, tanışı Elçin artıq yola çıxıb yenidən geriyə qayıdan Nurayı vurmuşdur. Hadisədən dərhal sonra xəstəxanaya polis əməkdaşları gələn zaman Elçin polislərə yaxınlaşıb hadisəni törətməsini etiraf etdiyi üçün o da əlavə olaraq hər hansı hüquq mühafizə orqanına bu barədə məlumat verməyi lüzum bilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərdi ki, hadisə baş verəndən dərhal sonra uşağı maşına qoyub xəstəxanaya aparmışlar. Lakin uşaq xəstəxanada vəfat etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14:10 radələrində Göyçay RMX-nın PHŞ-dən Göyçay RPŞ-nin növbətçi hissəsinə Göyçay şəhəri A.Faruq küçəsi döngə 2, ev 3-də yaşayan 2014-cü il təvəllüdlü X3 avtoqəza nəticəsində ağır kəllə-beyin travması, beyinin əzilməsi, sağ bud sümüyünün çoxsaylı sınığı, 4-cü dərəcə travmatik şok diaqnozu ilə RMX-yə müraciət edilməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, DİN-in “102” xidmətindən həmin tarixdə X4 ***-***-**-** mobil nömrə ilə həmin gün saat 14:00-da 8 yaşlı qızı X8 rayonu 9 nömrəli məktəbin yaxınlığından yolu keçərkən VAZ 2106 markalı maşının vurması nəticəsində ölməsi barədə məlumat verməsi bildirilmişdir (cild 01 iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol iki tərəfli olmaqla, asfalt örtüklü və hamardır. Yolun orta hissəsində nəqliyyat vasitəsinin axımını ayırmaq üçün bütöv və qırıq-qırıq xətt yoxdu. Hadisə Göyçay şəhəri, H.Əliyev prospektində üzü Göyçay şəhəri, yəni H.Əliyev parkı istiqamətində 175 nömrəli evin qarşısından geriyə doğru X17 Sahəsinin inzibati binasına tərəf 18 metr məsafədə baş vermişdir. Hadisə yerinə baxış şərti olaraq H.Əliyev prospektində üzü Göyçay şəhəri, yəni H.Əliyev parkı istiqamətində aparıldı. Yolun hərəkət hissəsinin eni 8,20 metrdir. Hadisə baş verən vaxt hava aydın, yol quru olmuşdur. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsinə daxildir. Baş vermiş yol-nəqliyyat hadisəsi yerində asfalt üzərində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə məxsus hər hansı tormoz izləri müəyyən edilməmişdir. Piyadanın vurulma yeri “VAZ 2106” markalı avtomobilin qarşıya hərəkət etdiyi iki tərəfli hərəkət zolağında yolun sağ kənarından(köbə daşından) sol kənarına doğru 2 metr məsafədə asvalt hissədədir. Piyada xx.xx.2014-cü il təvəllüdlü X7 yolun sağ kənarından mərkəzinə doğru, yolun hərəkət hissəsinə perpendikulyar şəkildə 2 metr məsafə qət etmişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 06- 15). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, avtomobilin qarşı sağ ön hissəsində konkret olaraq sağ işıq fənərlərinin üzərindəki gümüşü rəngli kantda əzilməyə xarakterik 3 sm uzunluqda zədə izi müşahidə edilir. Eyni zamanda, motorxananın kapotunun üzərində həmin zədədən bir qədər yuxarında, yəni kapotun sağ yuxarı tərəfində əzilməyə xarakterik batma izi müşahidə olunur. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01 iş vər. 35-38). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli 196-9182-1122 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur (cild 01 iş vər. 69). Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 29 saylı rəyindən görünür ki, mərhum X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Travma şoku. Müştərək ağır dərəcəli qapalı kəllə beyin travması. Ağır dərəcəli beyin əzilməsi. Subaraxnoidal və subdural qansızma. Sağ bud sümüyünün orta 1/3-dən qapalı, yedəyişmiş sınığı. Sol gözün yuxarı qapaq nahiyəsində hematoma. Yuxarı çənədə, solda İİ – İİİ kəsici dişlərin uclqularının travmatik qırılması. Aşağı dodağın sağ yarısında selikli qişanı əhatə edən sıyrılmış yara fonunda hematoma. Başın sol gicgah, sol qaşın bayır bucağını əhatə edən, aşağı çənə nahiyəsində və hər iki əl barmaqları – əlüstü nahiyələrdə sıyrılmış yaralar. Bədənin küt travması. Mərhum. X3 bədəni üzərində olan xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar olunmur və törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlirlər və bu da, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhum. X3 ölümünə səbəb – müştərək ağır kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi nəticəsində subaraxnoidal və subdural qansızma ilə müşayət edilən travma şoku olmuşdur. Mərhum. X3 ölümü saat xx.xx.2022-ci l tarixdə saat 13:50 radələrində Göyçay RMX-a aqonal, bioloji ölüm vəziyyətində gətirilmişdir (cild 01 iş vər. 49-52). Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli 4099/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər( həmçinin tiryək qrupu), feotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alıan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 01 iş vər. 63-66). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 3547 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay Rayon Xəstəxanasında psixiatrik, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur (cild 01 iş vər. 79). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “İstintaq eksperimentinin aparılması haqqında” protokoldan görünür ki, mərhum 2014-cü il təvəllüdlü X7 ilə eyni ildə anadan olan və bənzər bədən quruluşlu 2014-cü il təvəllüdlü X5 iştirakı ilə istintaq eksperimenti keçirilmiş və piyadanın yolun sağ kənarından yolun soluna doğru qət etdiyi məsafə, piyadanın dayanmasına, geriyə dönməsinə və geriyə döndükdən sonra sağa doğru vurulmaya kimi qət etdiyi məsafəyə cəmi 3,63 saniyə vaxt sərf olunması müəyyən edilmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01 iş vər. 85-88) Cinayət işinin materiallarında olan məhkəmə - ekpertiza mərkəzinin xx.xx.2023-cü il tarixli 8/397 nömrəli rəyindən görünür ki, 1,2. VAZ-2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01 iş vər. 95-96). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmçinin, həmin Məcəllənin 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. Belə ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində baş verən cinayətlər ehtiyatsızlıqdan törədilən cinayət sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda Qanunun bu tələbini pozub sürücülük vəsiqəsi olmadan, etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri H.Əliyev prospekti ilə üzü şəhərin mərkəzi istiqamtində 40 km/saat sürətlə hərəkətdə olarkən 175 nömrəli yaşayış evinin yaxınlığında «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib və ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətmişdir ki, onun əməli özünün məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, yol nəqliyyat vasitələrinin məhkəmə ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CMnin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası və qardaşı ilə) birlikdə Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 101-102). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 82). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, onun hadisəsindən sonrakı hərəkətlərini, yəni hadisədən dərhal sonra uşağı avtomobilə qoyub xəstəxanaya çatdırmağa səy göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona yas mərasimləri və dəfn xərcləri ilə bağlı maddi yardım etməsini, habelə təqsirləndrilən şəxsin şəxsiyyətini, onun əvvəllər hər hansı inzibati və cinayət məsuliyyətinə cəlb edilməməsini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 121, 146). Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə və CM-nin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan VAZ 21006 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə 170 AZN (bir yüz yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan VAZ 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 170 AZN (bir yüz yetmiş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-140/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-140/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver