Məhkəmə qərarları › İş №1(091)-140/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-140/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-140/2024 13.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, NZS qəsəbəsi ərazisində fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ildə “TikTok” sosial şəbəkəsində tanış olaraq olaraq rəsmi qaydada evləndiyi Zaqatala rayonu Qımır kənd sakini X11 ilə birgə yaşadığı müddət ərzində sonuncunun onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deməsindən sonra A.M.Həşimovanın ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman etdiyindən aralarında mübahisələr yaranması səbəbi ilə xx.xx.2023-cü il tarixdə boşanmaq üçün rəsmi qaydada ərizə ilə müraciət edərək nikahın pozulmasına dair Bakı şəhər 6 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İ№453475 nömrəli nikahın pozulmasına dair şəhadətnamə verilməsindən bir müddət sonra yenidən ər-arvad kimi faktiki olaraq birlikdə yaşamağa davam etmiş, lakin o, təkrarən A.M.Həşimovanın xəyanət etməsini güman edərək mübahisələr yaratdığından sonuncu xx.xx.2023-cü il tarixdə ondan ayrılaraq Zaqatala rayonuna qayıtmasından sonra A.M.Həşimovanın ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib onu öldürmək qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evin yaxınlığında istintaqa məlum olmayan mağazadan məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 602/2023-MTKŞ nömrəli rəyinə əsasən soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı alaraq xx.xx.2023-cü il tarixdə Zaqatala şəhərinə gəlib A.M.Həşimovanın işə gəlməsini gözləmiş, həmin gün səhər saatlarında A.M.Həşimovanın gəlməsini görüb yaxınlaşaraq onunla bir qədər söhbət etmək istədiyini bildirmiş, Zaqatala şəhəri, H.Aslanov küçəsi ilə birlikdə hərəkət edən zaman xx.xx.2023-cü il tarixdə saat 08:50 radələrində Zaqatala şəhəri, H.Aslanov küçəsində 54 nömrəli fərdi yaşayış evinin qarşısında A.M.Həşimovaya yenidən barışaraq birlikdə yaşamağı təklif etdiyi anda sonuncunun başqa şəxslə münasibətinin olmasını deməsindən sonra qısqanclıq niyyəti ilə əvvəldən formalaşmış cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmadığını görüb əynində olan qara rəngli gödəkçənin döş cibində gizlətdiyi mətbəx bıçağını çıxaraq sol əli ilə A.M.Həşimovanın müqavimət göstərməsinin, həmçinin qaçmasının qarşısını almaq üçün sağ qolundan tutub sağ əlində tutduğu həmin bıçaqla xüsusi əzab verdiyini dərk edib, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, A.M.Həşimovanın onu öldürməməsi üçün yalvarışlarına əhəmiyyət verməyərək ona ardıcıl zərbələr vurub ölümünə səbəb olan hər iki ağciyərlərin, ürək kisəsinin, ürəyin zədələnməsi nəticəsində baş vermiş xaricə və daxilə kəskin qanitirmə ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yuxarı bayır hissəsində orta körpücük xətti boyunca İİ-İİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ciyəri zədələyən 1 ədəd, döş qəfəsinin sol tərəfində süd vəzisindən daxilə nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 2 ədəd, döş qəfəsinin sol bayır səthində orta qoltuqaltı xətti boyunca V-Vİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sol ağciyəri zədələyən 1 ədəd, kürək nahiyəsinin sağ yuxarı bayır hissəsində V-Vİ qabırğalar səviyyəsində daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd və kürək nahiyəsinin sağ aşağı bayır hissəsində İX-X qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd kəsilmiş deşilmiş yaralar, ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazuda 1 ədəd, sol dirsək oynağı nahiyəsində 1 ədəd, sol saidində 1 ədəd, sağ bazuda 2 ədəd və sağ saidində 2 ədəd deşilmiş kəsilmiş yaralar, sağlamlığa vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İ barmağında kəsilmiş yara xəsarətini yetirib, ümumilikdə A.M.Həşimovaya 14 bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdən məhrum etmişdir. Məhkəmə kollegiyasınını iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-in 120.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, hadisənin baş verdiyi gün zərərçəkmiş şəxsin telefonuna onun səsini eşitmək istədiyi və onunla danışmaq istədiyini yazsa da mesaj ona çatmamışdır. Bundan sonra hazırlanıb Zaqatala rayonuna gəlmişdir. Həmin vaxt üzərində bıçaq olmuşdur. Düşünürdü ki, bıçaqla zərərçəkmişi qorxudub maşın tutub onunla birlikdə Bakı şəhərinə qayıdar. Hadisə günü səhər saatlarında zərərçəkmişi yolun kənarında gözləmişdir. Zərərçəkmişin gəldiyini görüb ona yaxınlaşıb yalvarmışdır ki, onunla Bakı şəhərinə getsin. Səhvləri olmasına baxmayaraq o zərərçəkmiş şəxsi sevirmiş. Ona onunla Bakı şəhərinə gəlməsini bildirməsinə baxmayaraq o, gəlməyəcəyini və həyatında başqa şəxsin olduğunu bildirmişdir. Həyatındakı şəxsin kim olduğunu soruşduqda, ona cavab olaraq demişdir ki, o, onun kim olduğunu bilir. Bu zaman onu və özünü öldürəcəyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs onda bıçaq olduğunu görüb yolun qarşısına keçmişdir. Elə bu vaxt qarşıdan “Vaz 2106” markalı maşın keçmiş və zərərçəkmiş maşını görüb kömək istəməyə başlamışdır. O da ona yaxınlaşıb əlindən tutub onunla birlikdə Bakı şəhərinə gəlməsini bildirmişdir. O, isə israrla həyatında başqasının olduğunu bildirmişdir. Elə bu vaxt özündən çıxıb bıçağı çıxarıb zərərçəkmişə bıçaq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxslə rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra zərərçəkmiş şəxslə bir ara barışmışlar. Zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. O, onu qorxudmaq məqsədilə üzərində bıçaq götürmüşdür. Zərərçəkmiş şəxsə bıçağı göstərmiş və bu vaxt zərərçəkmiş şəxs qorxub yolun qarşısına keçmişdir. Zərərçəkmiş şəxsi necə vurduğunu bilməmişdir. Çünki həmin vaxt əsəbləşmiş və özündən çıxmışdır. Zərərçəkmiş şəxs həyatında başqa şəxsin olduğunu bildirmişdir. Həmin vaxt özündən çıxmış və bıçağa əl atmışdır. Zərərçəkmiş şəxsə iki bıçaq zərbəsi vurduğunu xatırlayır. Ola bilsin ki, zərərçəkmiş şəxsə 14 bıçaq zərbəsini ona müqavimət göstərməyə çalışan vaxt vurmuşdur. Zərərçəkmiş şəxsə bıçaqla vuran vaxt ona yalvarmamışdır. Zərərçəkmiş şəxs telefonunu bloka atmışdır. O da ona zəng edib onu blokdan çıxarmasını bildirmişdir. Hadisə günü zərərçəkmiş şəxslə zəngləşib görüşməmişdir. O, onun yolunu bilmişdir. Həmin gün onun gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxsin həmin yolla işə getdiyini bilmişdir. O, Aygünlə barışmaq istəmiş, lakin Aygün buna icazə verməmişdir. Zaqatala şəhərinə hadisədən 3-4 gün əvvəl gəlmişdir. Birdə hadisə günü gəlmişdir. Zərərçəkmiş şəxsin iş vaxtını təxmini bilmişdir. Hadisə olan ərazi xəstəxanaya yaxındır. O, köməyə gələnlərə müdaxilə etməmişdir. Hadisə zamanı yolda çox adam olmamışdır. Hadisəni törədən vaxt ona yaxınlaşan olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, mərhum Aygün Həşimova onun qızıdır. Aygün səhv etmirsə, 2009-2010cu ildə Vüsal Sulxayev adlı şəxslə ailə həyatı qurmuş, bu nikahdan onun bir qız övladı olmuşdur. Vüsal Sulxayevdən boşandıqdan sonra X28 kəndində birlikdə yaşamağa davam etmişdir. Himayəsində olan uşağına baxmaq üçün Aygün müxtəlif işlərdə işləmişdir. 2022-ci ilin sentyabr ayında Aygün Təqsirləndirilən şəxsla tanış olmuş və ailə qurmağa qərar vermişlər. Lakin onların hansı şəraitdə tanış olması barədə heç bir məlumatı olmamışdır. X30 ilə ailə qurmasına razı olmamışlar. Təqsirləndirilən şəxs Aygünlə ailə qurub Şamaxı rayonunda özünə məxsus evdə yaşayacaqlarını qeyd etmişdir. Rayonlar arasında xeyli məsafə olduğundan, Əli və onun ailə üzvlərini dərindən tanımadığı üçün razı olmadıqlarını söyləmişdir. Lakin Aygün sözlərinə əhəmiyyət verməyərək Əli ilə gedərək ailə həyatı qurmuşdur. Belə olduqda Aygünün qərarını qəbul etmişlər. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs valideynlərinin boşanması, Əlinin ümumiyyətlə evinin olmadığı, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşaması məlum olmuşdur. Aygünün qızı Leyla Qımır kəndində təhsil aldığından onlarla yaşamışdır. Fürsət yarandıqda isə Aygün qızını öz yanına aparırmış və yaxud rayona gələrək ona baş çəkmişdir. İlk vaxtlarda Aygünlə Əlinin münasibətləri normal olmuşdur. Evləndiklərindən bir qədər sonra Əli işləməkdən imtina etmiş, bütün günü evdə olmuşdur. Həmin vaxtlarda isə qızı Aygün yaşadıqları ərazidə mağazalarda satıcı işləyərək ailəsinə maddi dəstək olmağa çalışmışdır. Əli isə əldə edilmiş pulu öz şəxsi ehtiyaclarına, borclarına sərf etmişdir. Aygünün birinci əri azyaşlı uşağa görə aliment ödənişləri kart hesabında toplanmışdır. Əlinin təkidi ilə Aygün həmin kartda olan pulları da çıxarıb ona vermiş və Əli həmin pulu da özü üçün xərcləmişdir. Aygün anası ilə danışan vaxtlarda bir neçə dəfə Əlinin onu döydüyünü demişdir. Aygün Əlidən ayrılıb Qımır kəndinə qayıtmaq istəsə də, Əli müxtəlif yollarla ona mane olmuşdur. Səhhətində problemləri olduğu üçün ona çox söz demədiyindən Əli ilə Aygün arasında baş verənlər barəsində tam məlumatı yoxdur. Münasibətləri yaxşı olmadığına görə 2023-cü ilin yay aylarında rəsmi qayda Aygün Əlidən ayrılmışdır. Bundan sonra Əlinin özü və qohumları xahiş edərək Aygünü fikrindən daşındırmış, hər şeyin yaxşı olacağına onu inandırmışlar. Aygün də ikinci dəfə qurduğu ailəsi dağılmasın deyə Əli ilə birlikdə yaşamağa davam etmişdir. Lakin heç bir şeyin dəyişmədiyini və dəyişməyəcəyini görüb 2023-cü ilin noyabr ayının 10-da Aygün artıq Əli ilə birlikdə yaşamacağını qərara alaraq qızı ilə birlikdə Zaqatala rayonuna qayıtmışdır. Zaqatala rayonuna qayıtdıqdan sonra Aygün “Osmanlı” dönər evində ofisiant kimi işləməyə başlamışdır. Bundan bir gün sonra Əlinin Zaqatala şəhərinə gəldiyini və Aygünü geri qaytarmaq üçün onun yoluna çıxdığını öyrənmişdir. Aygün bunu dedikdən sonra qaldığı otel ilə əlaqə saxlayıb Əlinin Zaqatala rayonunda olduğunu dəqiqləşdirdikdən sonra Əliyə zəng edərək bir qədər kobud formada danışıb Zaqatala rayonundan getməsini və bir daha Aygünü narahat etməməsini, əks halda polis şöbəsinə ondan şikayət edəcəyini söyləmişdir. Əli əvvəlcə etdiklərindən peşman olduğunu Aygünlə barışaraq onu aparmaq istədiyini söyləsə də, Aygünün də belə bir fikrinin olmadığını deyib bir daha narahat etməməsini demişdir. xx.xx.2023-cü il tarixdə Aygün səhər saatlarında işə getmək üçün birlikdə yaşadıqları evi tərk etmiş, bir qədər sonra isə Aygünün səhhətində problem yarandığı üçün xəstəxanaya aparılması barədə ona məlumat verilmiş, Aygünün telefonuna zəng etsə də cavab vermədiyi üçün narahat olub Zaqatala RMX-na gəlmiş, xəstəxanada isə Təqsirləndirilən şəxs Aygünü bıçaqlayaraq öldürməsi məlum olmuşdur. Aygün Əlidən ayrıldığı vaxtlarda o, özünü öldürəcəyini deyirdi. Son zamanlarda isə ayrılacağı halda Aygünü və onları öldürəcəyi ilə hədələmişdir. Bildiyi qədəri ilə Aygünlə Əli arasında bir neçə dəfə mübahisə olmuş və Əli Aygünü vurmuşdur. Lakin nə Aygün, nə də onlar hər hansı hüquq mühafizə orqanına müraciət etməmişlər. Məhkəmə kollegiyasının şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 08:50 radələrində ** BM *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı avtomobili ilə Zaqatala şəhəri, H.Aslanov küçəsi ilə işə gedən zaman yolun ortasında bir qadınla bir kişinin dalaşdığını görmüşdür. Həmin vaxt onlar rayon mərkəzi xəstəxanasının divarının yaxınlığında olmuşlar. Həmin kişi qadının qolundan tutub yolun ortasına tərəf çəkərək vurmağa davam etmişdir. Qadın yolun ortasında dizləri üstə çökmüş halda olmuşdur. Bu zaman o, kişinin əlində bıçaq olmasını görmüşdür. Bir neçə dəfə zərbə vurduqdan sonra qadın yerə uzanmışdır. Həmin kişi əvvəlcə bıçağı kənara atsa da, sonra yenidən götürüb ona yaxınlaşaraq onu polisə aparmasını demişdir. Bu zaman o qadına kömək etmək istədiyini bildirdikdə cavab olaraq “ona dəymə, qoy ölsün onsuzda onun sonu ölümdür” demişdir. Bu vaxt xəstəxananın mühafizə işçiləri əraziyə gəlmiş, polis əməkdaşlarını görən kimi həmin şəxs əllərini yuxarı qaldırıb təslim olmuşdur. O da avtomobildən düşüb qadına baxdıqda artıq onun öldüyünü görmüşdür. O, nə Təqsirləndirilən şəxs nə də Aygün Həşimovanı tanımır. Bıçağın dəstəyi qara rəngli olmaqla mətbəx bıçağı olmuşdur. Aygün Həşimova həmin vaxt Təqsirləndirilən şəxs əlindən qaçmaq istəsə də, sonuncu onun qolundan tutaraq imkan verməmişdir. Aygün Həşimova isə ucadan qışqırmışdır. Aygün Həşimova yerdə uzanıqlı olduğu zaman Təqsirləndirilən şəxs onun öldüyünə əmin olmaq üçün saçından tutaraq başını qaldırıb baxdıqdan sonra buraxmışdır. Həmin hadisə təqribən 4-5 dəqiqə davam etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən X14 şöbəsində mülki mühafizəçi işləyir. Xidmət yeri Zaqatala RMX PHŞ-dir. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında xidmət yoldaşı Şahid2lə birlikdə xəstəxananın həyətinə çıxaraq gələn avtomobillərin düzgün dayanmasını təşkil etmişdir. Çünki səhər saatlarında xəstəxanaya gələn şəxslərin çoxu istədikləri yerdə avtomobillərini saxlayır, bu da təcili tibbi yardım avtomobilinin hərəkətinə ciddi maneə yaradır. Təqribən 08:30 radələrində qışqırıq səsi eşitsələr də, səsi tam seçə bilmədikləri üçün əvvəlcə reaksiya verməmişlər. Ardınca isə davamlı olaraq qışqırıq səslərini eşidib Kamillə birlikdə səs gələn tərəfə qaçmışlar. İnfeksiyon xəstəliklər şöbəsinin binasının yanından hasardan qalxdıqda yerdə uzanıqlı, tərpənməz halda qadın görmüşlər. Əvvəlcə onu avtomobilin vurmasını fikirləşib tez yola tərəf tullanmışlar. Hasardan tullandıqda əvvəllər tanımadıqları, əynində qara rəngli paltarlı olan, üzü saqqalı bir şəxs onları görüb əllərini yuxarı qaldırıb “heç nə etməyin” deyərək geri hərəkət etməyə başlamışdır. Həmin şəxsin əli qana bulaşmış halda olmuşdur. Kamillə yaxınlaşıb həmin şəxsi tutub, rayon polis şöbəsinə məlumat vermişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarına həmin şəxsi təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 24 noyabr 2023-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:05-də Zaqatala RPŞ-nə gələrək təqsirini boynuna almışdır (cild 01, iş vər. 03) 24 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, hadisə yeri Zaqatala şəhəri, H. Aslanov küçəsində yerləşən 54 saylı fərdi evin qarşısıdır. Həmin evlə qarşı-qarşıya Zaqatala RMX PHŞ-nin və MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinin ərazisi yerləşməklə, mişar daşları ilə hasara alınmışdır. Küçədən keçən yol asfalt – beton örtüklüdür. Avtomobil yolunun hərəkət hissəsində sol çiyni üstə uzanmış halda qadın cinsli meyit müşahidə olunmuşdur. Meyitin baş tərəfi Ş.Qurbanov küçəsi, sağ ayaq sol ayağın üzərində olmaqla ayaqları çarpaz formada Zaqatala RMX PHŞ-nin hasarına doğru istiqamətlənmiş halda olmuşdur. Meyitin sağ qolu dirsək nahiyədən qatlanmış vəziyyətdə gövdənin altında, sağ qolu isə gövdə üzərindən bel nahiyəsinə doğrulmuş vəziyyətdə olmuşdur. Avtomobil yolunun qarşı tərəfində H.Aslanov küçəsi ilə Ş.Qurbanov küçəsinə doğru hərəkət etdikdə yolun sağ çiynində dağınıq halda bir ədəd açıq qəhvəyi rəngli əl çantası, qırmızı rəngli pul kisəsi, krem, manikür ləvazimatı, bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi aşkarlanmışdır. Meyitin baş nahiyəsi ilə əl çantası arasındakı məsafə 750 sm, əl çantası ilə Zaqatala RMX PHŞ-nin hasarı arasındakı məsafə isə 220 sm təşkil etmişdir. Bu hasardan 267 sm məsafədə pul kisəsi və manikür ləvazimatı, 190 sm məsafədə krem, 375 sm məsafədə isə bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi yerləşmişdir. Bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi əl çantası arasında məsafənin uzunluğu 170 sm olmuşdur. H.Aslanov küçəsində yerləşən 54 saylı evin divarından meyitin baş hissəsinə qədər 508 sm, çiyninə qədər 517 sm, Zaqatala RMX PHŞ-nin hasarından meyitin baş nahiyəsinə qədər 810 sm məsafə vardır. Meyitin ön tərəfində iki hissədə qatılaşmış qana bənzər maye kütləsi müəyyən edilmişdir. Həmin kütlənin biri meyitdən 50 sm məsafədə yerləşməklə 14x25 sm ölçülərində olmaqla Zaqatala RMX PHŞ-nin hasarına qədər 750 sm uzaqlıqda olmuşdur. Digər qana bənzər maye kütləsi isə meyitinin gövdəsinin alt hissəsində olmaqla 32X73 sm ölçülərində olmuşdur. Meyitin arxa tərəfində bir ədəd bıçaq və bir ədəd papaq müşahidə olunmuş, H.Aslanov küçəsində yerləşən 54 saylı evin divarından aşkar olunmuş bıçağın tiyəsinə qədər 498 sm, papağa qədər isə 510 sm məsafə təşkil etmişdir. Bıçağın tiyəsi ilə meyitin baş hissəsi arasında məsafə 10 sm olmuşdur. Bıçaq və papaq üzərində qana bənzər maye ləkələri müşahidə edilmişdir. İstintaq üçün əhəmiyyət kəsb etdiyindən meyitin gövdəsinin alt hissəsindəki və meyitdən 50 sm məsafədə yerləşən qana bənzər maye kütlələrindən pambıq çubuqlara hopdurulmaqla iki ədəd nümunə, aşkar olunmuş 01 ədəd bıçaq, bir ədəd papaq, bir ədəd krem, bir ədəd pul kisəsi, bir ədəd əl çantası, bir ədəd manikür ləvazimatı, 01 ədəd bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi götürülmüşdür (cild 01, iş vər. 05-12). 24 noyabr 2023-cü il tarixli “meyitə baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, meyitin əynində bozlu-qaralı palto, bir neçə rəngdən ibarət zolaqlı kofta, açıq göy rəngli cins materialdan hazırlanmış şalvar, 01 cüt qara rəngli ayaqqabı, kapron kalqotka, ağ rəngli qolsuz mayka, qırmızı rəngli büstqalter, çəhrayı rəngli tuman, qulaq sırğalarında sarı rəngli 1 cüt metal sırğa, sol əlin İV barmağında gümüşü rəngdə metal üzük olmuşdur. Meyitin əynində olan paltarlar beldən yuxarı öndən və arxadan qırmızı rəngli qana bənzər mayeyə bulaşmışdır. Mеyit qadın cinslidir, bоyunun uzunluğu 165 sm-dir, düzgün bədən quruluşlu, kаfi qidаlıdır. Əllədikdə mеyit istihaldır, dəri və görünən sellikli qişaları аvаzımışdır. Meyit qacıması çeynəmə əzələlərində zəif inkişaf etmişdir, digər əzələ qruplarına inkişaf etməmişdir. Meyit ləkələri bədənin arxa səthində yеrləşmişlər, solğun çəhrayımtıl rəngdə оlub, barmaqla təzyiq etdikdə rəngi itir, təzyiq kəsildikdən sonra tezliklə öz əvvəlki rəngini alırdı. Başında tükləri qara rəngdə оlub, uzunluqlаrı 35-40 sm-ə qədərdir. Burun sümükləri salamat olub, hər iki xarici burun keçəcəkləri təmizdir. Hər iki qulaq seyvanı və qığırdaqları salamat olub, xarici qulaq keçəcəkləri təmizdir. Göz qapaqları yarımaçıq olub, bəbəkləri bərabər böyüklükdədir, diаmеtrləri 0,5 sm-dir. Ağzı yarımaçıqdır. Görünən dişləri təbii və salamatdırlar. Dili dişlərinin arxasında ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədəninə uyğun yоğunluqdа olub xəsarətsizdir. Döş qəfəsi silindrik formada оlub simmetrikdir. Qarnı döş qəfəsindən bir qədər aşağı səviyyədə yеrləşmişdir. Оnurğа sütunu düzgün quruluşdаdır. Döş vəziləri piyalə formasında, 14x12.4 sm, normal konsistensiyadadır, döş gilələri tünd qəhvəyimtil rəngdədir. Arxa keçəçək qаpаlıdır, ətrafı təmiz və dəyişiksizdir. Meyitin xarici müayinəsi zamanı döş qəfəsinin sağ yuxarı bayır hissəsində çəp istiqamətdə 2,5x0,4 sm ölçüdə, döş qəfəsinin sol tərəfində süd vəzisinin giləsinin üzərində köndələn istiqamətlərdə 1,7x0,2 sm, 2,0x0,7 sm ölçülərdə biri-birinə paralel, ara məsafəsi 1 sm olan, döş qəfəsinin sol yuxarı bayır səthində orta qoltuq xətt boyunca 1,3x0,5 sm ölçüdə, kürək nahiyəsinin sağ yuxarı bayır hissəsində 1,8x0,7 sm ölçüdə, kürək nahiyəsinin sağ aşağı bayır hissəsində 2,2x1,0 sm ölçüdə, sağ bazunun yuxarı 1/3-nin ön səthində boylama istiqamətdə 2,0x0,9 sm ölçüdə, sağ bazunun orta 1/3-nin bayır səthində 2,5x1,0 sm ölçüdə, sağ saidin orta 1/3-nin ön səthində çəp istiqamətdə 2,3x0,7 sm ölçüdə, sağ saidin orta 1/3-nin arxa səthində köndələn istiqamətdə 2,1x0,6 sm ölçüdə, sol bazunun orta 1/3-nin arxa səthində çəp istiqamətdə 3,0x1,4 sm ölçüdə, sol dirsək-oynaq nahiyəsinin bayır səthində 4,5x1,5 sm ölçüdə, sol saidin orta 1/3-nin iç səthində 4,7x1,3 sm ölçülərdə, kənarları hamar, bir ucu iti, digər ucu küt deşilmiş-kəsilmiş yaralar vardır, yara dibləri qansızmalıdır, sol əlin İ barmağının İİ falanqasının ön səthində köndələn istiqamətdə 2,0x0,1 sm ölçüdə, kənarları hamar, ucları iti kəsilmiş yara vardır, yara dibi qansızmalıdır. Meyitin bədən səthi üzərində digər xəsarətlər aşkar olunmamışdır (cild 01, iş vər. 13-20). 24 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 37). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlaması haqqında” protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, sərbəst ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərmiş, hər hansı ziddiyət müəyyən olunmamışdır (cild 01, iş vər. 52-59) 24 noyabr 2023-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78-82). DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 144). Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, yaşadığı müddətdə ailə üzvləri və qonşuları tərəfindən Şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır (cild 01, iş vər. 158-159). Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı Şahid1, Şahid2 və Şahid3 iş üzrə Təqsirləndirilən şəxs tanımışlar (cild 01, iş vər. 192-197, 201- 206, 231-236). “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X29 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb, Narkoloji və Onkoloji kabinetlərdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 208). Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 atası X20, anası X12, bacısı X17 və bacısı X1 ibarət ailə tərkibi vardır (cild 01, iş vər. 227). xx.xx.2023-cü il tarixli, 421 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 215-216). xx.xx.2023-cü il tarixli, 15 nömrəli Məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X4 ölümünün səbəbi – hər iki ağciyələrin, ürək kisəsinin, ürəyin zədələnməsi nəticəsində baş vermiş xaricə və daxilə kəskin qanitirmə olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə baş vermişdir. Ölümün baş vermə müddəti meyitxanada meyitin müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. X4 meyitində döş qəfəsinin sağ yuxarı bayır hissəsində orta körpücük xətti boyunca İİ-İİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ciyəri zədələyən 1 ədəd, döş qəfəsinin sol tərəfində süd vəzisindən daxilə nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 2 ədəd, döş qəfəsinin sol bayır səthində orta qoltuqaltı xətti boyunca V-Vİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sol ağciyəri zədələyən 1 ədəd, kürək nahiyəsinin sağ yuxarı bayır hissəsində V-Vİ qabırğalar səviyyəsində daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd və kürək nahiyəsinin sağ aşağı bayır hissəsində İX-X qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd kəsilmiş deşilmiş yaralar, sol bazuda 1 ədəd, sol dirsək oynağı nahiyəsində 1 ədəd, sol saidində 1 ədəd, sağ bazuda 2 ədəd və sağ saidində 2 ədəd deşilmiş kəsilmiş yaralar, sağ əlin İ barmağında bir ədəd kəsilmiş yara, daxilə və xaricə kəskin qanaxma aşkar edilmişdir. Həmin xəsarətlərdən döş qəfəsində 4 ədəd və kürək nahiyəsində 2 ədəd yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Sağ bazuda 2 ədəd, sol bazuda 1 ədəd, sol dirsək oynağında 1 ədəd, sağ saidində 2 ədəd, sol saidində 1 ədəd deşilmiş – kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmaısna səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Sağ əlin İ barmağında kəsilmiş yara isə canlı şəxslərdə təyin edildiyi kimi SAĞLAMLİĞA ZƏRƏR VURMAYAN xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Həmin xəsarətlərin hamısı eyni xüsusiyyətə malik olduğu üçün eyni deşici-kəsici alətlə, ola bilsin təqdim edilən bıçaqla vurulmaqla əmələ gəlmişdir. Xəsarətlər müxtəlif istiqamətli olduğuna görə demək olar ki, xəsarətlə mərhuma müxtəlif vəziyyətlərdə yetirilə bilərdi.X4 bədən səthində aşkar edilmiş xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də ona oxşar bıçaqla yetirilməsi mümkündür. X4 meyitindən götürülmüş qanda etil spirti, narkotik vasitələr, psixotrop maddələr aşkar olunmamışdır. A.M.Həşimovanın meyitində hamiləlik əlamətləri aşkar olunmadı ( cild 02, iş vər. 04-11). xx.xx.2023-cü il tarixli, 602/2023-MTKŞ nömrəli məhkəmə tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X6 məxsus sviterin ön hissəsində ortada 2 ədəd, ön hissədə sağda 1 ədəd, sağ qolun ön hissəsində 1 ədəd, sağ qolun arxa hissəsində 3 ədəd, sol qolun arxa hissəsində 3 ədəd, sviterin arxa hissəsində solda 1 ədəd,arxa hissəsində sağda 2 ədəd, paltonun arxa hissəsində sağ 2 ədəd, arxa hissəsində sağda 1 ədəd, solqolun arxa hissəsində 3 ədəd, sağ qolun ön hissəsində 1 ədəd, sağ qolun arxa hissəsində 3 ədəd, ön sağ yarımhissəsində 1 ədəd, maykanın ön hissəsində ortada 2 ədəd, ön hissəsində sağda 1 ədəd, arxa hissəsində sağda 1 ədəd, arxa hissəsində solda 1 ədəd, büstqalterin ön hissəsində solda 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti uclu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilən bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilən A.M.Həşimovaya məxsus şalvar, tuman, kolqotka və bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, köynək, papaq və bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (cild 02, iş vər. 12-19). xx.xx.2023-cü il tarixli, 816/2023-MTBŞ nömrəli məhkəmə tibbi bioloji ekspertizasının rəyinə əsasən X6 məxsus şəxsiyyəti təsdiq edən portal vərəqənin surətinə əsasən qan qrupu AB0 sistemi üzrə A(İİ)-dir. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsaəsn qan qrupu AB0 sistemi üzrə 0(İ)-dir. Ekspertizaya təqdim olunmuş 2 ədəd pambıq ucluqlu çubuq, A.M.Həşimovaya məxsus mayka, büstqalter, papaq, kolqotka, tuman, şalvar, palto, kofta, Təqsirləndirilən şəxs məxsus gödəkçə, ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də X6 məxsus ola bilər. Bu qan ləkələrində Təqsirləndirilən şəxs Fəhad oğlunun qanının olması inkar edilir. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi, tədqiqat zamanı bu qan ləkələrində hər hansı bir antigen aşkar olunmadığı üçün qan qrupunu təyin etmək mümkün olmadı (cild 02 iş vər. 20-27). xx.xx.2023-cü il tarixli, 5/1701 nömrəli məhkəmə kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor x8a” markalı “CRT-LX1” modelli “**********24894, **********49909” “İMEİ”kodlu mobil smartfon işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor X5 Plus” markalı “WOD-LX1” modelli “**********62535, **********77593” “İMEİ” kodlu mobil smartfon hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş mobil smartfonlarda ekspertiza tədqiqatı zamanı əldə edilmiş məlumatlar CD disklərə köçürülərək rəyə əlavə olaraq təqdim edilmişdir. Təqdim edilmiş CD disklərdəki məlumatlara nəzər yetirdikdə istintaq üçün əhəmiyyət kəsb edə biləcək məlumatlardan yalnız Təqsirləndirilən şəxsla Aygün Həşimova, Təqsirləndirilən şəxsla “Zaur Bərdə” adı ilə qeyd edilmiş şəxslər arasında danışıqlar müəyyən edilmişdir. Belə ki, Aygün Həşimovanın istifadəsində olmuş +**********75 nömrəsindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:37-də “Əlvida sevdiyim”, xx.xx.2023cü il tarixdə saat 05:06-da “Mene uzaq dur dedin. Tmm ölsemde gelme qebrimə” məzmunlu mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə Aygün Həşimovanın onu bağışlaması, yenidən bir yerdə yaşaması üçün xahişlər etməsi, Aygün Həşimovanın pul qarşılığında digər şəxslərlə cinsi əlaqədə olması sonuncunun atasına bildiriləcəyi barədə xəbərdarlıq edilməsi məzmununda mesajlar göndərilmişdir. Bundan başqa “whatsapp.net azeplus2” ani mesajlaşma proqramı vasitəsilə iş üzrə Təqsirləndirilən şəxs məxsus ********** nömrəsindən “Aygün” adı ilə qeyd edilmiş Aygün Həşimovaya mesajlar ünvanlanmışdır. Həmin mesajlarda Əli X7 çox sevdiyini, ondan ayrı yaşamaqda çətinlik çəkdiyini bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən proqram vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs məxsus eyni nömrə ilə “Zaur Bərdə” adı ilə qeyd edilmiş ********** nömrəsinə çoxsaylı mesajlar göndərilmişdir. Tərəflər arasında yazışmalara baxış keçirən zaman Təqsirləndirilən şəxs Aygün Həşimova ilə ayrılmasını “Zaur Bərdə” adı ilə qeyd edilmiş şəxsə bildirməsi, onları barışdırması üçün köməklik etməsi, Aygün Həşimovaya ünvanlanmış mesajların ona göndərməsini, bir daha Aygün Həşimovanı narahat edə biləcək heç bir hərəkət etməyəcəyini, Aygün Həşimovanın ona xəyanət etməsindən şübhələnməsi məzmunundadır. Bununla yanaşı “Zaur Bərdə” adı ilə qeyd edilmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Aygün Həşimovanın mesajları göndərilmişdir. Aygün Həşimova tərəfindən göndərilmiş mesajlarda onun bir daha Təqsirləndirilən şəxsla barışmaq kimi niyyətinin olmadığı ifadə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “Zaur Bərdə” adı ilə qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə saat 07:30-da “22-si gedəcəm ora” (istintaq materialları ilə həmin vaxt X15 rayonunda olması dəqiqləşdirilmişdir), “subhelerimde dogru imişəm”, həmin gün saat 07:31-də “kimləsə danışır”, “dedi onu sevirəm səni yox”, “Onu öldürmək istəyirəm ama dəyməz”, “anama yazığım gəlir” məzmunlu mesajlar göndərilmişdir. Digər fayllarda isə istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumata rastlanmamışdır. Yuxarıda göstərilən yazışmalar çap edilərək protokola əlavə edildi (cild 02, iş vər. 28-97). xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “**********” nömrəsindən zərərçəkmiş şəxs A.M.Həşimovanın istifadəsində olmuş “**********” nömrəsinə xx-xx-2023-cü il tarixdə saat 15:22:10-da “Sənə dedim axı sənsiz yaşamaqdansa ölərəm elə bildin zarafat edirəm”, xx-xx-2023-cü il tarixdə saat 23:39:43də “Rahat yazıs sevgililərinle ama hamı biləcək”, xx-xx-2023-cü il tarixdə saat 23:39:46da “Darixma”, xx-xx-2023-cü il tarixdə saat 01:42:29-da “Görürsən deməli ağlında pis şeylər var imiş mənə qarşı”, xx-xx-2023-cü il tarixdə saat 01:42:39-da “Budu mənə olan sevgin aygün”, xx-xx-2023-cü il tarixdə saat 01:42:52-də “Beyagdan küçələri gəzirəm”, xx-xx-2023-cü il tarixdə saat 16:14:51-də “Atana yığıb deyirəm pulla görüşməyini”, xx-xx- 2023-cü il tarixdə saat 16:19:59-da “Məndən günah getdi”, xx-xx-2023-cü il tarixdə saat 17:45:09-da “Qapım ömrümün sonuna qədər sənə açıqdı bunu unutma”, xx-xx-2023-cü il tarixdə saat 17:45:27-də “Ne vaxt istəsən də gəlim seni goturum”, xx-xx-2023-cü il tarixdə saat 17:45:36-da “Seni cox sevirem bunu bilirsən”, xx-xx-2023-cü il tarixdə saat 18:14:51də “Blokdan çıxar”, xx-xx-2023-cü il tarixdə saat 18:38:54-də “Çıxar blokdan”, xx-xx- 2023-cü il tarixdə saat 18:42:02-də “Həyatında bir dəfə mənə ciddi şəkildə qulaq asda nə olar ki. Sen ordan çıx gəl bura sakit şəkildə hər şeyi düzəldək orda sənə çox çətin olacaq”, xx-xx-2023-cü il tarixdə saat 18:46:07-də “Ozun bilərsən ki mən səni nə qədər sevirəm”, xx-xx-2023-cü il tarixdə saat 18:46:45-də “Ne desən razi olaram nə qədər kobud davransan dözərəm valla”, xx-xx-2023-cü il tarixdə saat 18:47:49-da “Evden çıxarıb məni qab qacaq burda heyif olmasın sən öl anamın canı sabah gedəcəm burdan”, xx-xx-2023-cü il tarixdə saat 20:17:33-də “Kasmetika niye vurmuşdun?”, xx-xx-2023-cü il tarixdə saat 20:17:55-də “Blokdan çıxar məni qurban olum sene”, xx-xx-2023-cü il tarixdə saat 21:04:37-də “Mən axı necə sübut edim sənə ki mən səni sevirəm və hər şeyi yaxşı edecem”, xx-xx-2023-cü il tarixdə saat 21:04:55-də “Ürəyim dayanır artıq anla bunu”, xxxx-2023-cü il tarixdə saat 21:09:05-də “Sənə bir bunu deyirəm axirətdə üz üzə gələcəyik və mən orda cavab verəcəm buna əminəm ki seni cox sevmisem”, xx-xx-2023-cü il tarixdə saat 22:56:23-də “Blokdan çıxar bidene”, xx-xx-2023-cü il tarixdə saat 23:13:16də “Ölürəm Allah haqqı ölürəm”, xx-xx-2023-cü il tarixdə saat 23:16:45-də “Gunahimi alma aygün”, xx-xx-2023-cü il tarixdə saat 23:17:38-də “Dayı gil burdaydı deyir sən ölürsən biz qorxuruq bizdə Poxa düşəcəyik deyir yani get başka yerdə ol”, xx-xx-2023-cü il tarixdə saat 23:17:47-də “Məni niyə atdın aygün Axi men seni cox sevirem”, xx-xx- 2023-cü il tarixdə saat 23:22:55-də “Gözəl gözlüm gəl Yanıma nolar”, xx-xx-2023-cü il tarixdə saat 23:23:14-də “Mən sənə pis olmaq istəməmişəm valla Ən azından bunu bilirsən ki sənsiz mən qala bilmirəm”, xx-xx-2023-cü il tarixdə saat 00:11:01-də “Mənim yerimi kim tutdu aygün sən kosmetika burmazdin”, xx-xx-2023-cü il tarixdə saat 02:42:55də “Aygün çox vacib məsələ var çıxar blokdan meni”, xx-xx-2023-cü il tarixdə saat 04:52:18-də “Kreditlə bağlıdı ona görə”, xx-xx-2023-cü il tarixdə saat 12:55:56-da “Atan pul çəkdi?”, xx-xx-2023-cü il tarixdə saat 13:07:10-da “Mənə zəng gəlib axı”, xx-xx-2023cü il tarixdə saat 13:07:23-də “Çıxar gorum blokdan”, xx-xx-2023-cü il tarixdə saat 13:54:09-da “Mikayıl dayı hardadı”, xx-xx-2023-cü il tarixdə saat 14:04:07-də “Aygün mən atani yigmag məcburiyyətindəyəm Çünki sənin kreditin atan odemedi kartının puluda yerindədi”, xx-xx-2023-cü il tarixdə saat 14:08:02-də “Mərdan niye o pulu halal elədi?”, “Krediti kim ödədi aygün”, “Məni dəli eleme”, xx-xx-2023-cü il tarixdə saat 16:52:09-da “Necə ola bilər ki menim ucun darixmayasan”, “Başını kim qatır aygün yerimi kim tutdu düzünü de”, “Ürəyim ağrıyır aygün məhv oluram”, xx-xx-2023-cü il tarixdə saat 19:01:56da “Aygün”, “Ölüm Qabağında”, xx-xx-2023-cü il tarixdə saat 19:12:56-da “Tiktok acmisan ozune”, xx-xx-2023-cü il tarixdə saat 19:13:28-də “Mən səni sevirəm ay başı xarab sadəcə nəyisə səhf edirik bunu etmə yalvarıram sene”, xx-xx-2023-cü il tarixdə saat 19:34:28-də “Məni blokdan çıxar işim var”, xx-xx-2023-cü il tarixdə saat 21:02-də “Tiktok həə”, “Mən bilirəm kimsə var həyatında”, “Buna əminəm”, “Bilirem”, xx-xx-2023-cü il tarixdə saat 21:03:11-də “Sən bilirsən ki mən sənə qarşı səhf etməmişəm”, xx-xx-2023-cü il tarixdə saat 21:21-də “Yaxşı anladım ki sən niyə meni atdın bəhanə etdin öz qızını istifadə etdin ayib olsun”, “Kef elə mən yaxşı olacam vicdanım rahatdı çünki sən mənə şər atırsan”, xx-xx-2023-cə saat 21:31:17-də “Məni niyə belə vezyete salırsan heç mi swvmedin məni?”, xx-xx-2023-cü il tarixdə saat 21:53:46-da “Allah bilir ki menim sehfim yoxdu bunu sende bilirsən sadəcə gəlmək istəmirsən bunu bəhanə edirsən”, xx-xx-2023cü il tarixdə saat 21:55-də “Sən isə getmirsən yalan deyirsən mənə”, “Niye yalandan isə gedirəm deyirsən ki aygün”, xx-xx-2023-cü il tarixdə saat 21:56-da “Mən sənin hubbazenem axı”, “Məni silme nolar”, xx-xx-2023-cü il tarixdə saat 21:57-də “Nolar gəl əlimdə beş üç manat var yeni yol quraq hər şey yaxşı olsun sənin başını yeyirse kimsə ona aldanma tiktok a başını qatma mən dözə bilmirəm sən necə rahat ola bilirsen”, “Bunu nece edirsən aygün”, xx-xx-2023-cü il tarixdə saat 15:04-də “Blokdan çıxarda məni nolar”, “Allah xatirinə”, xx-xx-2023-cü il tarixəd saat 15:12-də “Aygün qurban olum sene nolar”, “Valla ölürəm quran haqqı ölürəm”, “Mən dözə bilmirəm”, xx-xx-2023-cü il tarixdə saat 15:52:16-da “illah hər şey yaxşı olacaq inan mənə mən artıq dözə bilmirəm Aygün sene yalvarıram nolar qurban olum sene ölüm qabağında valla”, xx-xx-2023-cü il tarixdə saat 16:13:44-də “Ayın oyunları yığıram qoyacam pənah əminin yerinə. Yigdigca ağlayıram bitirəm ölürəm”, “Sənə qurban olum”, xx-xx-2023-cü il tarixdə 17:45:18-də “Blokdayam zəng edə bilmirəm”, xx-xx-2023-cü il tarixdə saat 18:30:59-da “Nolar çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 23:56:49-da “Elvida çox sevdiyim”, xx-xx-2023-cü il tarixdə saat 23:57-də “Atam məne dedi bir şərtlə gəl mən nə desəm o kimle desəm evlənəcəksen”, “Ama hər zaman səni sevəcəm”, xx-xx-2023-cü il tarixdə saat 07:37-də “Aygün Nolar evdən çıxanda yığım seni Bidene wp da yaz neçəde çıxasan 2 deyqe danışaq”, xx-xx-2023-cü i tarixdə saat 07:52-də “Nolar çıxarda blokdan Yalvarıram”, xxxx-2023-cü il tarixdə saat 09:25-də “Sənə qurban olum gəl bu daşı ətəyindən tök nolar Heç yaxşı deyiləm”, xx-xx-2023-cü il tarixdə saat 09:26-da “Biraz yazigin gelsin mənə Mən sənsiz heç cürə bacarmıram”, xx-xx-2023-cü il tarixdə saat 16:54:41-də “Bidene çıxarda nolar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 18:24:40-da “Wp da blokdan çıxar olum qaginda”, xx-xx-2023-cü il tarixdə saat 20:22-də “Ölürəm aygün bəlkə inanmırsan ama ölürəm vallah gözü yaşlı qalan anamın olmuşu üçün ölürəm”, xx-xx-2023-cü il tarixdə saat 21:47-də “Nolar iki dəqiqə çıxar wp da blokdan olum eyagunin altında”, xxxx-2023-cü il tarixdə saat 22:35-də “Aygün vallah səhf edirsən”, xx-xx-2023-cü il tarixdə saat 22:56-da “Aygün Bidene çıxar blokdan Allaha and verirəm Biraz sevgin varsa əyər”, xx-xx-2023-cü il tarixdə saat 02:50-də “Aygün mən çox pisəm aygün ürəyim dayanacaq Allah haqqı. Bax mən etdiyim sehfi başa düşmüşəm nolar yaxşı düşün vallah peşman olmayacaqsan”, xx-xx-2023-cü il tarixdə saat 10:02-də “Sadəcə bir şey marağlı gəldi onu soruşacam allah haqqı 2 dəqiqəlik çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 10:05-də “Sənin canın üçün söz soruşacam”, xx-xx-2023-cü il tarixdə saat 17:41-də “Aygün Çıxarda blokdan səsini eşidim nolar Ölüm Qabağında nolar”, xx-xx-2023-cü il tarixdə saat 17:42:02-də “Canımı tapşırıram Allaha quran haqqı”, xx-xx-2023-cü il tarixdə saat 19:56da “Mənə bunu necə yaşadırsan aygün qurban olum sene mən ölürəm sən niyə bu qədər mənə qarşı qəddar olursan axı mən sən düşündüyün kimi deyilem”, xx-xx-2023-cü il tarixdə saat 19:57-də “Atma məni ölümə vallah peşman olacaqsan deyəcəksən çox dedi inanmadım”, xx-xx-2023-cü il tarixdə saat 20:09-da “Ağlında nə varsa çıxar pis şeyləri cixar Allahın adına tək olan Allaha and verirəm eləmə bəle”, xx-xx-2023-cü il tarixdə saat 20:58-də “Aygün nolar yalvarıram nolar”, xx-xx-2023-cü il tarixdə saat 20:59-da “Vallah Allaha açığ gedər nolar eləmə mən necə başa salım ki mən sənsiz ölürəm”, xx-xx-2023cü il tarixdə saat 21:06-da “Ölüm Qabağında bir dəqiqəlik çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 21:09:53-də “Aygün nolar yalvarıram”, xx-xx-2023-cü il tarixdə saat 21:27-də “Aygün aygün nolar yalvarıram nolar çıxar blokdan nolar”, xx-xx-2023-cü il tarixdə saat 21:38-də “Aygün nəfəs ala bilmirəm aygün valla ölürəm nolar ölürəm valla”, xx-xx-2023cü il tarixdə saat 21:39-da “Ay aygun ölürəm”, xx-xx-2023-cü il tarixdə saat 00:34-də “Ayın 22 si gələcəm aygün qoy məni öldürsünlər ama qoy sənin yolunda olum bunu sözdə yox əməldə edecem sənə söz verirəm”, “Seni cox sevirem”, xx-xx-2023-cü il tarixdə saat 00:35:12-də “Seni incitdiyim pis fikirə aldığım üçün bağışla”, xx-xx-2023-cü il tarixdə saat 09:27-də “Aygün nəyi deyərsən qurban olum sene”, “Nəyi”, xx-xx-2023-cü il tarixdə saat 09:28-də “Çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 10:13-də “Mən gələcəm telefonu götürəcəm onu sənə ona görə verdim ki yaziqsan heç kim bilməsin sehfini”, xx-xx-2023-cü il tarixdə saat 10:14-də “Ama sən neynedin”, “Hələ bir şey qalıb onuda deyəcəm”, xx-xx-2023-cü il tarixdə saat 10:23-də “Mənim telefonumu ver”, xx-xx- 2023-cü il tarixdə saat 10:27-də “Wp da blokdan çıxar 2 dəqiqlik söz deyəcəm”, xx-xx- 2023-cü il tarixdə saat 10:48-də “Sən mənə bir qram belə olsun deyer verməmisən”, “Bunu dəqiq bildim indiyə kimi hər şey yalan imiş”, “Nələr etmisən hər şeyi anladım”, xxxx-2023-cü il tarixdə saat 10:58-də “Mənim telefonumu mənə qaytarmaynn allah min bəlasını versin uca Allahdan istəmişəm ömrün boyu əzab çək mənə nələr yaşatdın sən”, xx-xx-2023-cü il tarixdə saat 11:11-də “Nece yani?”, “Mənim anamı siksinlər sənin bütün qurumun biləcək nələr etdiyini və seni məhkəməyə verəcəm and olsun Allaha”, “Çün sənin mənə yazigin gəlmədi”, “1 həftədi çörək yemirəm”, xx-xx-2023-cü il tarixdə saat 11:33-də “Mən elə bilirdim yalan deyirsən ki basksini sevirəm”, xx-xx-2023-cü il tarixdə saat 11:51-də “Deyirsən ə ki tel vermirem vermə gör nə olur”, xx-xx-2023-cü il tarixdə saat 12:11-də “Sən görüş yenə Zavodda klent tap”, xx-xx-2023-cü il tarixdə saat 12:13-də “Sənə guvenmisdim”, “Heyif”, xx-xx-2023-cü il tarixdə saat12:36-da “Allah sənin bəlanı versin aygün heçnə demirem hər gün bunu istəyəcəm Allahdan”, xx-xx-2023-cü il tarixdə saat 12:54-də “Sadəcə işdən çıxanda məni 1 dəqiqəlik blokdan çıxar sənə son sözümü deyim”, xx-xx-2023-cü il tarixdə saat 15:47-də “Bidene çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 17:48-də “Blokdan çıxar düşəndə yığım”, xx-xx-2023-cü il tarixdə saat 18:11də “Aygün”, “çıxar blokdan quzum”, xx-xx-2023-cü il tarixdə saat 18:55-də “Həyat devam edir əyər olmesem sağ qalsam gələcəm sənin üçün səni sevirəm”, xx-xx-2023-cü il tarixdə saat 19:27-də “Rahat ol cixdim həyatından”, xx-xx-2023-cü il tarixdə saat 20:00də “Bir gün etdiyin şeyə görə çox peşman olacaqsan mən sadəcə səni sevdiyim üçün gəlmişdim”, xx-xx-2023-cü il tarixdə saat 20:02-də “Anım hamınızı tutacaq allah şahididi”, xx-xx-2023-cü il tarixdə saat 21:24-də “Cox heyif sevgimizə”, xx-xx-2023-cü il tarixdə saat 21:33-də “Yazisn onla allah mehriban eləsin”, xx-xx-2023-cü il tarixdə saat 22:11-də “Çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 22:14-də “Aygün gec deyil bu olanlardan sonra hər şey yaxşı olacaq vallah”, “Gec deyil”, “Yaxşı düşün”, xx-xx-2023-cü il tarixdə saat 22:15-də “O yerdən uzaglas gəl yaxşı ailə olaq gec deyil aygün”, xx-xx-2023-cü il tarixdə saat 22:17-də “Neyse boş yerə imiş bu qədər zülüm”, xx-xx-2023-cü il tarixdə saat 22:42-də “Sene inanmışdım”, “İtin mənə yazığı gəldi sənin yox”, xx-xx-2023-cü il tarixdə saat 14:43-də “Aygün mən sənin atana pis heçnə deməmişəm”, xx-xx-2023-cü il tarixdə saat 14:44-də “Mən özüm bu deyqe Cox pisəm ama sən heç soruşmursan”, xx-xx-2023cü il tarixdə saat 19:35-də “Nolar qurban olum sene çıxar blokdan”, xx-xx-2023-cü il tarixdə saat 15:59-da “Necə edə bilirsən bunu mene heç mi sevmemisdin məni”, “Bu hala sənə görə düşmüşəm bu qədər çətindi bunu görmək”, xx-xx-2023-cü il tarixdə saat16:33də “Blokdan çıxar 2 dəqiqlik”, xx-xx-2023-cü il tarixdə saat 16:42-də “Blokda qalmagimin sebebi nedi aygün”, xx-xx-2023-cü il tarixdə saat 17:07-də “Bir dənə sual vermək istəyirəm xahiş edirəm”, xx-xx-2023-cü il tarixdə saat 23:45-də “Ayda aygün niye eledin”, xx-xx-2023-cü il tarixdə saat 23:45-də “Mən sənə guvenmisdim”, xx-xx-2023-cü il tarixdə saat 23:53-də “Mən nə bir qadına nə bir qıza baxdım nədə yazdım ürəyimdə tək sənsən sənin yoxlugunla məhv oluram heç kimə göz üçü belə baxmadım”, “Sənə hər zaman sadiq oldum”, “Mən sənin sevgindən o qədər əmin idim ki, yaxınlarıma danışarkən deyirdim ki, mən onu bir gün buraxsam belə O məndən getməz. Mən ən güvəndiyim yerdən başı əyik döndüm..”, “Ama sən mənim ölümüme razı oldun”, xx-xx-2023-cü il tarixdə saat 23:56-da “Mənim aygunum bunu mene nece etdi”, xx-xx-2023-cü il tarixdə saat 00:40-da “Mən burda için için ağlayıram sən ama neynirsən”, xx-xx-2023-cü il tarixdə saat 00:41-də “bir subheye görə məni ölümə məhkum etdin”, “Yadında saxla Allah hər şeyi görür və bilir”, xx-xx-2023-cü il tarixdə saat 00:58-də “Qurban olduğum nolar hər şeyi unut biz yaxşı ola bilərik valla billah nolar məni anla”, xx-xx-2023-cü il tarixdə saat 00:59-da “Uje taqətdən düşmüşəm”, xx-xx-2023-cü il tarixdə saat 02:48-də “Aygün”, xxxx-2023-cü il tarixdə saat 16:06-da “Aygün wp da blokdan çıxar xahiş” məzmunlu mesajlar göndərilmişdir. Habelə Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən zərərçəkmiş şəxs A.M.Həşimovanın istifadəsində olmuş ********** nömrəsinə xx-xx-2023-cü il tarixdə saat 03:50-də “Senin bura ne ucun gelmisdin bildim”, “Ve niye ayrildin onuda bildim”, xxxx-2023-cü il tarixdə saat 04:34-də “Her seyi atıram butun qohumlarına”, “Atana da deyecem”, xx-xx-2023-cü il tarixdə saat 19:12-də “Aygün bu ne deməkdi”, xx-xx-2023-cü il tarixdə saat 21:06-da “Məni nəyəsə məcbur etmə aygün”, xx-xx-2023-cü il tarixdə saat 21:07-də “Sən vp yuklemisen ki internetdə olduğunu bilməyim. Nəsə edirsən bilirem canın sağ olsun ona görə tel format verdin”, “Tamam” məzmunlu mesajlar göndərilmişdir (cild 02, iş vər. 110-125). xx.xx.2024-cü il tarixli, 05 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 0 rəyində görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuş, hazırda onda hər hansı psixi xəstəlik aşkar edilmir, o, öz hərəkətlərini idarə etmək iqtidarındadır, həmçinn Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət əməli törədən zaman Təqsirləndirilən şəxs əsəbi psixi emosional halda olmuş, o, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş və Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman keçirsidi emosional halın yaranma səbəblərindən biri əvvəllər zərərçəkmiş şəxslə mübahisəsi ola bilər. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti düzgün qavraya bilmişdir (cild 02, iş vər. 128-131). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2, 180, 221 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 137-164). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin müdafiəçisi sübutlara dair öz etirazını bildirməsə də, Təqsirləndirilən şəxs Aygün Həşimovanı xüsusi amansızlıqla öldürmədiyini qeyd edərək məhkəmə istintaqında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə vaxtı zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıq etməməsi barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman zərərçəkmiş şəxsə iki bıçaq zərbəsi vurduğunu xatırladığını, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamasını, onu qorxudmaq məqsədilə üzərində bıçaq götürməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd etdiyi bu hal məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş X13 ifadəsində göstərmişdir ki, işə gedən zaman yolun ortasında bir qadınla bir kişinin dalaşdığını görmüş, həmin kişi qadının qolundan tutub yolun ortasına tərəf çəkərək vurmağa davam etmiş, qadın yolun ortasında dizləri üstə çökmüş halda olmuş, bu zaman o, kişinin əlində bıçaq olmasını görmüş, bir neçə dəfə zərbə vurduqdan sonra qadın yerə uzanmış və bu zaman o qadına kömək etmək istədiyini bildirdikdə cavab olaraq “ona dəymə, qoy ölsün onsuzda onun sonu ölümdür” deyərək bildirmişdir. Habelə məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının 15 nömrəli rəyindən müəyyən olunur ki, X4 meyiti üzərində 14 xəsarət aşkar edilmiş, həmin xəsarətlərin hamısı eyni xüsusiyyətə malik olduğuna görə, eyni deşici-kəsici alətlə, ola bilsin təqdim edilən bıçaqla vurulmaqla əmələ gəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci ildə “TikTok” sosial şəbəkəsində tanış olaraq olaraq rəsmi qaydada evləndiyi Zaqatala rayonu Qımır kənd sakini X11 ilə birgə yaşadığı müddət ərzində sonuncunun onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deməsindən sonra A.M.Həşimovanın ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman etdiyindən aralarında mübahisələr yaranması səbəbi ilə xx.xx.2023-cü il tarixdə boşanmaq üçün rəsmi qaydada ərizə ilə müraciət edərək nikahın pozulmasına dair Bakı şəhər 6 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İ№453475 nömrəli nikahın pozulmasına dair şəhadətnamə verilməsindən bir müddət sonra yenidən ər-arvad kimi faktiki olaraq birlikdə yaşamağa davam etmiş, lakin o, təkrarən A.M.Həşimovanın xəyanət etməsini güman edərək mübahisələr yaratdığından sonuncu xx.xx.2023-cü il tarixdə ondan ayrılaraq Zaqatala rayonuna qayıtmasından sonra A.M.Həşimovanın ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib onu öldürmək qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evin yaxınlığında istintaqa məlum olmayan mağazadan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı alaraq xx.xx.2023-cü il tarixdə Zaqatala şəhərinə gəlib A.M.Həşimovanın işə gəlməsini gözləmiş, həmin gün səhər saatlarında A.M.Həşimovanın gəlməsini görüb yaxınlaşaraq onunla bir qədər söhbət etmək istədiyini bildirmiş, Zaqatala şəhəri, H.Aslanov küçəsi ilə birlikdə hərəkət edən zaman xx.xx.2023cü il tarixdə saat 08:50 radələrində Zaqatala şəhəri, H.Aslanov küçəsində 54 nömrəli fərdi yaşayış evinin qarşısında A.M.Həşimovaya yenidən barışaraq birlikdə yaşamağı təklif etdiyi anda sonuncunun başqa şəxslə münasibətinin olmasını deməsindən sonra qısqanclıq niyyəti ilə əvvəldən formalaşmış cinayətkar niyyətini həyata keçirmək üçün ətrafda heç kimin olmadığını görüb əynində olan qara rəngli gödəkçənin döş cibində gizlətdiyi mətbəx bıçağını çıxaraq sol əli ilə A.M.Həşimovanın müqavimət göstərməsinin, həmçinin qaçmasının qarşısını almaq üçün sağ qolundan tutub sağ əlində tutduğu həmin bıçaqla xüsusi əzab verdiyini dərk edib, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə, A.M.Həşimovanın onu öldürməməsi üçün yalvarışlarına əhəmiyyət verməyərək ona ardıcıl zərbələr vurub ölümünə səbəb olan hər iki ağciyərlərin, ürək kisəsinin, ürəyin zədələnməsi nəticəsində baş vermiş xaricə və daxilə kəskin qanitirmə ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yuxarı bayır hissəsində orta körpücük xətti boyunca İİ-İİİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ciyəri zədələyən 1 ədəd, döş qəfəsinin sol tərəfində süd vəzisindən daxilə nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən 2 ədəd, döş qəfəsinin sol bayır səthində orta qoltuqaltı xətti boyunca V-Vİ qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sol ağciyəri zədələyən 1 ədəd, kürək nahiyəsinin sağ yuxarı bayır hissəsində V-Vİ qabırğalar səviyyəsində daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd və kürək nahiyəsinin sağ aşağı bayır hissəsində İX-X qabırğalar səviyyəsindən daxilə nüfuz edərək sağ ağciyəri zədələyən 1 ədəd kəsilmiş deşilmiş yaralar, ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazuda 1 ədəd, sol dirsək oynağı nahiyəsində 1 ədəd, sol saidində 1 ədəd, sağ bazuda 2 ədəd və sağ saidində 2 ədəd deşilmiş kəsilmiş yaralar, sağlamlığa vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ əlin İ barmağında kəsilmiş yara xəsarətini yetirib, ümumilikdə A.M.Həşimovaya 14 bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdən məhrum etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Aygün Həşimovanın işə gəlib getməsinin qrafikini bilmiş, Aygün Həşimovanı öldürmək məqsədi ilə bıçaq əldə edərək Bakı şəhərindən Zaqatala rayonuna gəlmiş və Aygün Həşimovanın gündəlik işə getdiyi marşurut üzrə küçədə gözləmişdir. Beləliklə Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələn doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Habelə təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.4-cü maddələri ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Belə ki, qeyd edilən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllini başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gəlib təqsirini boynuna alması yoxdur. Belə ki, məhkəmə istintaqında dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, onlar hasardan tullandıqda əvvəllər tanımadıqları, əynində qara rəngli paltarlı olan, üzü saqqalı bir şəxs onları görüb əllərini yuxarı qaldırıb “heç nə etməyin” deyərək geri hərəkət etməyə başlamışdır. Həmin şəxsin əli qana bulaşmış halda olmuşdur. Kamillə yaxınlaşıb həmin şəxsi tutub, rayon polis şöbəsinə məlumat vermişlər. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşlarına həmin şəxsi təhvil vermişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə özü könüllü olaraq gəlməmiş Zaqatala RMX PHŞ-də xidmətdə olan X14 şöbəsində mülki mühafizəçiləri tərəfindən hadisədən dərhal sonra tutularaq polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, təqsirləndirilən şəxsin yaşını, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını həbsxanada çəkməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Zaqatala rayon prokurorluğunun saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd papaq, 01 cüt ayaqqabı, həmçinin X4 əynində olmuş 01 ədəd palto, 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd büstqalter, 01 ədəd şalvar, 01 ədəd kolqotka, 01 ədəd tuman, 01 cüt ayaqqabı, 01 ədəd papaq, habelə hadisə yerinə baxış zamanı aşkar olunmuş 01 ədəd bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi, götürülmüş qanabənzər maye gölməçəsindən pambığa hopdurulmaqla götürülmüş iki ədəd nümunə, 01 ədəd bıçaq məhv edilməli, təqsirləndirilən şəxsə məxsus 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X6 məxsus 01 ədəd mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi X8 qayrarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zaqatala rayon prokurorluğunun saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd papaq, 01 cüt ayaqqabı, həmçinin X4 əynində olmuş 01 ədəd palto, 01 ədəd kofta, 01 ədəd mayka, 01 ədəd büstqalter, 01 ədəd şalvar, 01 ədəd kolqotka, 01 ədəd tuman, 01 cüt ayaqqabı, 01 ədəd papaq, habelə hadisə yerinə baxış zamanı aşkar olunmuş 01 ədəd bıçaq tiyəsinin karton qoruyucu təbəqəsi, götürülmüş qanabənzər maye gölməçəsindən pambığa hopdurulmaqla götürülmüş iki ədəd nümunə, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsə məxsus 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X6 məxsus 01 ədəd mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi X8 qaytarılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar