Məhkəmə qərarları › İş №1(091)-141/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-141/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-141/2022 13.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihaminin müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1958-ci ildə Zərdab rayonu, Körpükənd kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu, Kürd kəndində yaşadığı evin həyətyanı sahəsində 44 ədədini dibçəklərdə əkərək 40 ədəd şitillərdən və 4 ədəd bitkilərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 10 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin həyatyanı sahədə dibçəklərdə əkilmiş 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş 15 sm-dən 17 sm-dək narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 40 ədəd əkilib-becərilməsi qadağan olunmuş 04 sm-dən 10 sm-dək narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə yatarkən polis əməkdaşları onun evinə gələrək həyətindəki parniki axtarmış, qablarda əkilmiş vəziyyətdə olan bitkilər həyətin aşağı hissəsində əl arabasının içərisində olmuşdur. Şitilləri polis əməkdaşları gələn gün, səhhətində olan problemlərə görə qaynadıb içmək üçün əkmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində tanış olduğu tanımadığı taksi sürücüsündən 50 manata çətənə bitkisinin toxumunu alıb yaşadığı Göyçay rayonu Potu Kürd kəndində evinə gətirib evdə gizlətmiş, xx.xx.2021-ci il tarixdə həmin toxumları çıxarıb yaşadığı evin həyətyanı sahəsində həmin toxumların 44 ədədini dibçəklərdə əkib mütəmadi olaraq həmin çətənə bitkilərinə qulluq edərək su və gübrə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək narkotik tərkibli çətənə kollarının əkibbecərilməsində şübhəli olduğunu bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin, hal şahidlərinin və aqronom-mütəxəssisin iştirakları ilə həyətyanı sahəsinə baxış keçirilən zaman kauçuk dibçəklərdə əkdiyi 44 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Kürd kənd sakimi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında 10 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonu Kürd kəndində yaşadığı evin qarşısına getmiş, Təqsirləndirilən şəxs özlərini təqdim edib narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq razılaşmış, sonuncu şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin, hal şahidlərinin və aqronom mütəxəssisin iştirakları ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zamanı dibçəklərdə əkilmiş 44 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş Göyçay rayon X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2, Post Patrul Xidmət Bölüyünün komandiri işləyən Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində, məhkəmədə şahid qismində dindirilmiş Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid3 Müşviq oğlu, hal şahidləri Şahid6 Rafiq oğlu və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 17/37 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki dibçəklərdən aşkar olunmuş bitki şitilləri və torpaq nümunəsi.” sözləri yazılmış 01 ədəd sellofan torbanın içərisindəki hündürlükləri 15 sm-dən 17 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 8,61 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sellofan torbanın içərisindəki hündürlükləri 4 sm-dən 10 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 23,66 qram olan 40 (qırx) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsində olan bitki hissəcikləri çətənə (kannabis) bitkisinin hissəcikləridir. Çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onların təqdim olunmuş çətənə bitkiləri ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 597 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki Təqsirləndirilən şəxs həmin tarixdə saat 2310-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 12 yanvar 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022ci il tarixli, 515 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Potu kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonu Kürd kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” X8 Potu həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 47 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən “İşemik insult nəticəsində sağ tərəfli parez” diaqnozu ilə qeydiyyatda olmaqla 2019-cu ildən “Şəkərli diabet” diaqnozu ilə qyediyyata götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə olunmuş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Kürd kəndində yerləşən həyətyanı sahəsindən əkilib becərilməsi qadağan olunmuş 44 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, “İşemik insult nəticəsində sağ tərəfli parez” və “Şəkərli diabet” xəstəliklərindən əziyyət çəkməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-nin 56.1.2ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 44 ədəd çətənə (kannabis) bitkiləri və həmin sellofan torbanın içərisindəki torpaq nümunələri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 13 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan 44 ədəd çətənə (kannabis) bitkiləri və həmin sellofan torbanın içərisindəki torpaq nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar