Məhkəmə qərarları › İş №1(091)-141/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-141/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-141/2024 05.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan Аzərbаycаn Rеspubliкаsının «Şəхsin cinаyət məsuliyyətinə cəlb еdilməsi üçün kifаyət еdən nаrкоtiк vаsitələrin və psiхоtrоp mаddələrin miqdаrınа, hаbеlə оnlаrın külli miqdаrınа görə siyаhılаrının təsdiq еdilməsi hаqqındа» 28 iyun 2005-ci il tаriхli Qаnununа əsаsən, külli miqdarda, yəni 4,947 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, ümumilikdə iki ədəd kağız bükümdə qablaşdırıb 2,585 qram təmiz çəkidə olan hissəsini üzərində, 2,362 qram təmiz çəkidə olan hissəsini isə özünə məxsus VAZ 21011 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşıyarkən Göyçay RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirlər çərçivəsində xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Göyçay şəhəri, H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında idarə etdiyi VAZ 21011 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Göyçay RPŞnin inzibati binasına gətirilib həmin tarixdə, saat 17:45-də Göyçay RPŞ-nin MSY-nin giriş qapısının qarşısında üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının arxa sol cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlayaraq bir ədəd qızılı-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə daşıdığı külli miqdarda, yəni 2,585 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, göstərilən tarixdə, saat 17:57-də Göyçay RPŞ-nin DYPB-nin cərimə meydançasında olan VAZ 21011 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilinin cihazlar panelində olan külqabıdan qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlayaraq bir ədəd gümüşü-ağ rəngli kağıza bükülü vəziyyətdə eyni məqsəd ilə avtomobilində daşıdığı külli miqdarda, yəni 2,362 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu işdə heç bir təqsiri yoxdur, ümumiyyətlə narkotik vasitənin nə olduğunu bilməmişdir. Beş nəfər polis əməkdaşları hüquqlarını ona izah etmədən tutub onu zor tətbiq edərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində ilk dəfə narkotik vasitəni görmüşdür. Maşınına və cibinə polis şöbəsində narkotik vasitələri özləri qoymuşdurlar. Həmin narkotik vasitənin ona heç bir aidiyyatı olmamışdır. Ümumiyyətlə narkotik vasitələrin istifadəçisi olmamışdır. Ona polis əməkdaşları təzyiq göstərmiş və ailəsində 18 yaşdan aşağı kim varsa polis şöbəsinə gətirəcəklərini bildirmişdirlər. O, ailə üvzlərini düşünərək sənədlərə qol çəkmişdir. Daha sonra ittihamda, ərizəsində və ifadəsində bu məsələ barəsində izah vermişdir. O, uşaqlıqdan namaz qılan adam olmuş və insanları narkotik vasitələrdən çəkindirmişdir. Öz övladlarını cəmiyyət üçün düzgün tərbiyələndirmişdir. Heç onun nəslində narkotik vasitələrdən istifadə edən olmamışdır. Göyçay və başqa rayonlarda hamı onu dindar və insanları düzgün yola dəvət edən şəxs kimi tanımışdır. Narkotik vasitənin rəngini ilk dəfə polis şöbəsində görmüşdür. Ailə üzvlərini düşündüyü üçün ona polis şöbəsində təzyiq göstərildiyindən məcbur olaraq ifadələrinin birində narkotik vasitələri özü tapdığını demişdir. Ədalətli qərar verilməsini gözləyir. Məhkəmənin ədalətinə güvənir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onu tutduqları zaman başında gödəkcə olmuş, ona söz deyənlərin üzünü görməmişdir. Polis əməkdaşları onu zor tətbiq edərək tutmuş, maşınını saxlamış, qaçmağa imkanı olmuş, amma qaçmamışdır. Lakin onun qaçmaq istədiyini sənədlərdə qeyd etmişlər. VAZ 21011 markalı maşınla qaçmaq istəsə belə Xəzər markalı maşından qaça bilməsi inandırıcı deyildir. Hüquqlarını müdafiə etmədən onu polis şöbəsinə gətirmişlər. Təqribən 30 dəqiqə o, polis şöbəsində otaqda vəkilsiz və köməksiz qalmışdır. Ona polis şöbəsində 1-2 yumruq zərbəsi də vurmuşlar və təhqiramiz sözlərdə demişlər. Onun üzərinə baxış keçirən zaman cibindən bir büküm narkotik vasitə çıxmış və o, videoçəkilişdə də bildirmişdir ki, ona aid deyildir. Daha sonra maşınının kül qabı hissəsindən də eyni formada narkotik vasitə çıxardmışlar. Demişdir:-“mənə aid deyil”. Onun maşınının qapısı işləmir, yəni açıq olmuş, maşınına narkotik vasitəni kimsə gətirib qoymuşdur. İlk ifadəsində təhqiqatçıyada hadisələri bu formada demişdir. Daha sonra bu işin istintaqını aparmış birinci X7 ona bildirmişdir ki, bu işlər belədiki o, bu məsələni boynuna alsa işi yüngül olar, onu burdan onlar ev dustaqlığı ilə çıxarar, bu məsələ çoxda böyüməsin, ailə məsələlərini də bura qatmayaq. O, demişdir ki, fikirləşər. Biraz vaxt keçdikdən sonra onu müstəntiqlərin rəisi Elxan müəllimin yanına apardılar, o, ona demişdir ki, “sən biz deyən formada ifadə verməsən biz gedib evdən lazım olan miqdarda narkotik vasitəni çıxarasıyıq və evinizdə 18 yaşdan yuxarı kim var polis şöbəsinə gətirəsiyik”. O, ailə üzvlərini bu məsələyə qarışmaması səbəbindən polis əməkdaşlarının dediyi kimi həmin formada olan ifadəyə qol çəkmişdir. Videoçəkilişdə də etiraf etmişdir ki, narkotik vasitəni çayın ətrafından tapmış və özü istifadə edəcəyini demişdir. Polis şöbəsində onunla düşmənçiyili olan heç kim yoxdur. Vəkili vasitəsilə müvafiq orqanlara şikayət etmişdir. Ona Elxan və Azad adlı polis əməkdaşları təzyiq göstərmişlər. Azad adlı polis əməkdaşı şöbə rəisinin müavinidir, Elxan isə istintaq bölməsinin rəisidir. Onu vuranın sonradan səsindən ona məlum olmuş və o, Azad adlı polis əməkdaşıdır. Narkotik vasitə ona məxsus deyildir, onu tutduqları zaman orada polis əməkdaşlarından başqa heç kim olmadığı üçün o, ilkin videoçəkilişdə demişdir ki, bu narkotik vasitələri polis əməkdaşları özləri qoymuşlar. Videoçəkilişdə demişdir ki, maşındakı narkotik vasitədə ona aid deyildir. Onun maşınında onu arxada oturtmuşlar, sağında solunda rol arxasında və qabaqda sərnişin yerində mülki formada polis əməkdaşları oturmuşdur. Maşınında polis əməkdaşından başqa heç kim olmadığından narkotik vasitəni maşınına polis əməkdaşlarının qoyduğunu düşünür. X7 öz etirafını yazdığı ifadəni cinayət işinin içinə qoymamışdır. O, belə düşünür ki, müstəntiq qərəzli şəkildə edib və ya ona elə tapşırıblar. Bu cinayət işi üzrə iki dəfə istintaqın yekunlaşmasına ayrı-ayrı müstəntiqlərlə iştirak etmişdir. Onu polis əməkdaşları vurmuş, elədə çox deyil 2-3 dəfə qarın nahiyyəsindən vurmuşlar lakin xəsarət qalmamışdır. İşgəncə etməmişlər. Çünki hadisələri o yerə gedib çıxmasına imkan verməmişdir. Şahəddin Məmmədova verdiyi ifadəni təsdiqləmir, təhqiqatçıya və vəkili ilə verdiyi ifadəni təsdiqləyir. İşgəncəyə məruz qalmamışam, lakin zor tətbiq edib gətiriblər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövrlərində təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, Göyçay şəhəri, Atatürk küçəsi, ev 5-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi şirəli sulardan satır. Təxminən 10 gün əvvəl Göyçay rayonu ərazisində Göyçay çayı tərəfdə yerdə bir ədəd bükülü görüb yerdən götürmüş və içərisində qəhvəyi rəngli narkotik vasitə olduğunu aşkar etmişdir. O həmin maddənin hansı növ narkotik vasitə olmasını bilməsə də, təxmin etmişdir ki, narkotik vasitədir və nə vaxtsa istifadə etmək məqsədi ilə onu özü ilə götürmüşdür. Həmin narkotik vasitəni VAZ 21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində külqabıya qoymuş və düşünmüşdür ki, istifadə edər. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində həmin narkotik vasitəni iki bükümə ayırmış, yəni iki ədəd siqaret kağızı bükümlərinə bölmüş, birini istifadə etmək məqsədi ilə şalvarının arxa sol cibinə qoymuş, digərini isə avtomobilin kül qabında saxlamışdır. Elə həmin vaxt Göyçay şəhərində “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında avtomobillə H.Əliyev prospektinə dönüb hərəkət edərkən polis əməkdaşları tərəfindən ona işarə verilmiş və o, avtomobili dayandırmışdır. Həmin vaxt polis əməkdaşları ona özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və satmaqda şübhəli olduğunu bildimiş, onu özləri ilə birlikdə avtomobili ilə Göyçay rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquqları izah olunmuş, dövlət hesabına öz xahişi ilə vəkil dəvət edilmişdir. Həmin vaxt onu tutan polis əməkdaşları ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirdikləri üçün o, məsuliyyətin ağır olacağından çox qorxmuş, ona görə də düşünmüş ki, həmin narkotik vasitələri dansın. Bir qədər keçmiş onun üzərində vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoqeydiyyat aparılmaqla şəxsi axtarış keçirilməsi başlanılmışdır. Şəxsi axtarış zamanı suallara cavab olaraq o, şalvarının arxa sol cibindən çıxarıb təqdim etdiyi narkotik vasitənin onun üzərinə qoyulduğunu, xəbərinin olmadığını, həmçinin ona məxsus olmadığını bildirmişdir. O, narkotik vasitə satan deyil, ona görə də narkotik vasitə satışı ittihamı veriləcəyindən qorxurmuşdur. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisi 3.31 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı mobil telefonu da ondan götürülmüşdür. Bundan sonra onun avtomobilinə baxış keçirilmişdir. Avtomobilində də narkotik vasitə saxladığına görə özünü elə aparırmış ki, guya narkotik vasitə yoxdur, ona görə də avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Avtomobilinə baxış zamanı da həmin polis əməkdaşları, vəkili və o özü iştirak etmiş, videoqeydiyyat aparılmışdır. Avtomobilə baxış zamanı avtomobilin içərisində olan saatın altındakı kül qabının içərisindən həmin narkotik vasitə də aşkar edilərək götürülmüşdür. O, orada da həmin narkotik vasitədən xəbərinin olmadığını, ona məxsus olmadığını bildirmişdir. Bunu isə narkotik vasitə satışı ittihamı veriləcəyindən qorxduğuna görə bildirmişdir. Avtomobilindən götürülən narkotik vasitə də elektron tərəzidə çəkilmiş və çəkisi 2.89 qram təşkil etmişdir. Həmin narkotik vasitə də zərfin içərisinə qoyulub qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə niyyəti satış deyil, həmin narkotik vasitələri istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan heroinləri təxminən 10 gün əvvəl Göyçay rayonunda çayın yaxınlığında bir büküm halında yerdən tapmış, niyyəti onu istifadə etmək olmuşdur. Ona görə özü ilə götürüb avtomobilinə qoymuş, tutulmazdan bir qədər əvvəl iki yerə bölmüşdür ki, birini istifadə etsin, lakin polislər onu tutmuşlar. İlkin araşdırma zamanı polislərin deməsinə əsasən, narkotik vasitə satan kimi sənədləşdiriləcəyindən qorxmuş, ona görə də narkotik vasitələri tamamilə inkar etmişdir. Hal-hazırda isə istintaqı əmin etmək istəyir ki, narkotik vasitə satan deyil, ona görə səmimi olur. Əməlindən çox peşmandır. Bundan başqa, saxlanılarkən tək olmuş, onu saxlayan polis əməkdaşlarından hər hansı biri ilə ədavət və düşmənçiliyi olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq olmamışdır. Üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələr barədə kiminsə xəbəri olmamış, həmin narkotik vasitələrdən kiməsə verməmiş, satmamış və özü də istifadə etməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs Göyçay rayon sakini kimi tanıyır. Belə ki, Nurlan şəhər ərazisində kokteyl və ayran satır, lakin Nurlan ilə şəxsi münasibəti, yaxınlığı, habelə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi VAZ 21011 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitələr saxlaması, daşıması və ayran satdığı yerdə gizlin şəkildə narkotik vasitə satışı ilə məşğul olması barədə əməliyyat məlumatına malik olmuş və bununla əlaqədar əməliyyat –axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir.Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 17:15-də onlar Təqsirləndirilən şəxs Göyçay şəhəri H.Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında VAZ 21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən aşkarlayıb dayan işarəsi verərək həmin yerdə saxlatmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələri əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olmasını bildirib təxirəsalınmaz şəkildə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birlikdə Göyçay RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs avtomobili isə ilk əvvəl elə özünün iştirakı ilə şöbənin DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs isə belə bir əşya, predmet, maddə və vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, özü üzərində olan bütün əşyaları çıxarıb könüllü təqdim etsin və Təqsirləndirilən şəxs əynində olan şalvarın ön cibindən bir ədəd qara rəngli, smartfon tipli mobil telefon və açar topası çıxarıb masanın üzərinə qoymuşdur. Ardınca şalvarının arxa sol cibinə əlini ataraq kiminsə arxa cibinə nə isə qoyduğunu demiş və həmin vaxt Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən siqaretin qızılı rəngli folqa kağızında bir ədəd büküm çıxarıb təqdim edərək “məndə deyildi, sonradan qoyulub” deyə bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin hər hansı əşya, predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təqdim etdiyi qızılı rəngli folqa kağızındakı büküm açıldıqda həmin bükümün içərisində şəffaf rəngli sellofan bükümdə toz halında, qəhvəyi rəngli kütlə aşkarlanmışdır. Həmin kütlə içərisində olduğu sellofan və kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 3.31 qram təşkil etmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfin içərisinə qoyulmuş, zərfin ağzı möhürlənib bağlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs zərfin üzərinə imza etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazının olub-olmaması dəqiqləşdirilmiş, buna etiraz etmədikdən və bu barədə ərizə yazıb verdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinin cərimə meydançasında saxlanılan VAZ 21011 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs “yoxdur” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, özü avtomobilinin qapısını açsın və Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq arxa sol qapını açıb qapının kilidinin işləmədiyini bildirmiş, sonra isə ön sol qapını açaraq polis əməkdaşlarının avtomobilə baxış keçirilməsinə icazə vermişdir. Avtomobilə baxış zamanı avtomobilin salon hissəsində cihazlar panelində olan külqabıdan bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün və içərisindəkinin nə olduğunu bilmədiyini qeyd etmişdir. Qeyd olunan büküm açıldıqda bükümün içərisindən şəffa rəngli sellofan bükümdə toz halında, qəhvəyi rəngli kütlə aşkarlanmışdır. Həmin kütlə içərisində olduğu sellofan və kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 2.89 qram təşkil etmişdir. Bundan sonra həmin büküm bir ədəd boş zərfin içərisinə qoyularaq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs zərfin üzərinə imza etməmiş, həmçinin aşkarlanan kütlənin avtomobilində olmadığını, kimsə tərəfindən qoyulduğunu, lakin həmin şəxsin kim olduğunu bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkarlanmış narkotik vasitə olan heroinləri Bakı şəhərində adı hələlik onlara məlum olmayan narkotacirdən satış məqsədi ilə əldə edib Göyçay rayonuna gətirərək işlədiyi yerdə gizlin şəkildə satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatları daxil olmuşdur. Lakin, bu istiqamətdə, habelə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin şəxsiyyəti barədə konkretləşdirmələr aparmaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bundan başqa, onlar işarə verdikdə Təqsirləndirilən şəxs avtomobili dayandırmış, lakin sonradan avtomobili idarə edib qaçmağa cəhd etmiş, onlar tez tərpənib Nurlanın avtomobilinin açarlarını kiliddən ayırmış və qaçmasına mane olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs onu buraxlamarı üçün yalvarmağa başlamış, lakin müsbət nəticə olmadığını başa düşdükdən sonra “görün sizin başınıza nə oyun açacağam, elə bilirsiz nəyisə boynuma alacağam?” deyərək onları hədələməyə başlamışdır. Onlar Nurlanın əllərini tutub məcburi şəkildə polis şöbəsinə gətirmişlər. Bundan başqa Nurlana heç bir fiziki güc tədbiq edilməmişdir. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində çalışır. Ona təhkim edilmiş xidməti əraziyə həmçinin Göyçay şəhəri, Atatürk küçəsi də daxildir. Həmin küçədə yerləşən 5 nömrəli fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs ərazinin sakini olaraq tanıyır, aralarında heç bir şəxsi münasibət, o cümlədən ədavət və düşmənçilikləri olmamış, bu gün də yoxdur. Təqsirləndirilən şəxs kokteyl, ayran və şirəli sular satmaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə əlaqəsində olan inanılmış şəxslə söhbət edərkən həmin şəxs ona ərazinin sakini Təqsirləndirilən şəxs bir müddətdir gizlin şəkildə “kakos”, yəni narkotik vasitə heroin satması barədə məlumat vermişdir. O həmin məlumat barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmək üçün ərazidən polis şöbəsinə qayıtdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı əməliyyat məlumatları şöbənin cinayət axtarış bölməsinə də daxil olduğundan əməliyyat müvəkkilləri həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirir. Elə həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə şöbəyə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimə narkotik vasitə satması barədə məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, ünvan 4 ünvanda yaşayan, Təqsirləndirilən şəxs narkotik vasittələri, üzərində və idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqda, daşımaqda və eləcə də narkotik vasitələrin satışında şübhəlidir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqda, daşımaqda və eləcə də narkotik vasitələrin satışında şübhəli olması ilə əlaqədar aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:15-də göyçay şəhəri “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında saxlanılmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş CD disk və foto şəkillər görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya olub-olmaması barədə sual verilir, Təqsirləndirilən şəxs isə belə bir əşya, predmet, maddə və vasitə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilir ki, özü üzərində olan bütün əşyaları çıxarıb könüllü təqdim etsin və Təqsirləndirilən şəxs əynində olan şalvarın ön cibindən bir ədəd qara rəngli, smartfon tipli mobil telefon və açar topası çıxarıb masanın üzərinə qoyur. Ardınca şalvarının arxa sol cibinə əlini atır və bildirir ki, kimsə arxa cibinə nə isə qoyub. Həmin vaxt Təqsirləndirilən şəxs şalvarının arxa sol cibindən siqaretin qızılı rəngli folqa kağızında bir ədəd büküm çıxarıb təqdim edir, eləcə də “məndə deyildi, sonradan qoyulub” deyə bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzəri axtarılır, lakin hər hansı əşya, predmet aşkar olunmur. Şübhəli şəxs Təqsirləndirilən şəxs özünün təqdim etdiyi qızılı rəngli folqa kağızındakı büküm qanuna müvafiq qaydada götürülmüşdür (cild 01, iş vər. 22-28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə DİN-in Göyçay rayon Polis şöbəsinə müraciət edərək ona məxsus olan ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş CD diskdən və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış zamanı avtomobilin salon hissəsində cihazlar panelində olan külqabıdan bir ədədə gümüşü rəngli kağız büküm və bükümün içərisində toz halında, qəhvəyi rəngli kütlə aşkarlanaraq götürülmüşdür (cild 01, iş vər. 30-36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, məhkəmə-kimyəvi ekspertizasının 17/685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki qızıl-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2.585 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddə..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 2.362 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild 01, iş vər. 43-47). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 482 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibb Ekspertiza və X10 PHŞ-in eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir (cild 01. iş.vər. 79-80). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 4(046)-93/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01. iş vər. 83-88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 5(046)-79/2023 nömrəli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomobilinə daxil olmaqda baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 01, iş vər. 97-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X15 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloq və psixiatr həkimdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 133). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 134-135). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”-dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərin qabaqcadan əlbirliyinə dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal/hallar aşkar edilməmişdir (cild 01, iş vər.137). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskdə olan mövcud fayllara baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal/hallar aşkar edilməmişdir (cild 01, iş vər. 142). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş AZ-İV seriyalı, 78917 nömrəli və AZ-İİ serialı, 481502 nömrəli, “Doğum haqqında şəhadətnamə”-lərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X11 və xx.xx.2010-cü il təvəllüdlü X9 olmaqla iki azyaşlı uşaqları vardır (cild 01, iş vər. 144-145). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Göyçay RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Atatürk küçəsi 5 saylı evdə pasport qeydiyyatında olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 147-148). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 2045 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 149). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “qəbz”-dən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon onun müdafiəçisinə təhvil verilmişdir (cild 01, iş vər. 176). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,947 qram çəkidə narkotik vasitə olan heroinin mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 01, iş vər. 177-179). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ittiham aktının təsdiq olunmasından imtina edilməsi və cinayət işinin əlavə istintaqa qaytarılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi X2 tərəfindən həmin iş üzrə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ittiham aktı təsdiq edilmədən əlavə istintaqın aparılması üçün qaytarılsın (cild 01, iş vər.209-211). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 02, iş vər. 24-27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 02, iş vər.28-30). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş AZərbaycan Respublikası DİN-nin Göyçay rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE seriyalı, 347571 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi və adına “Vaz 21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır (cild 02, iş vər. 45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işini başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 50-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur (cild 02, iş vər. 47-49). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM –nin 234-cü maddəsin qeyd hissəsində nəzərdə tutulan narkotikn vasitədən könüllü imtinakimi qiymətləndirilməmişdir (cild 02, iş vər.50-71). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmadan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmadan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli miqdarına, habelə onların xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq və 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə olan heroin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs Göyçay şəhəri ərazisində kokteyl, ayran və şirəli sular satmaqla məşğul olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, dövriyyəsi qadağan edilmiş vasitə və maddələrdən uzaq olduğunu, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində və avtomobilində narkotik vasitə heroin olmadığını və həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə qoyulduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Göyçay rayon Polis şöbəsinə aparılarkən və həmin şöbədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş işin materialları elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X10 PHŞ-in 14 sentyabr 2023-cü il tarixli 482 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Ümumiyyətlə cinayət işi materiallarında Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıbqalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığı öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Şəxsi axtarış, həmçinin avtomobilə baxış və götürmə prosessual hərəkətləri aparılan zaman Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş 02 (iki) bükümdə olan külli miqdarda narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilinə isə baxış və götürülmə keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 2,585 qram, habelə avtomobilindən təmiz çəkisi 2,362 qram olmaqla, 02 (iki) ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə olan heroin, aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini ona aid olmamasını, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etməməsini, həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə qoyulmasını iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin narkotik vasitənin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən: 90.9. Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz 91.7.Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən və avtomobilinə isə baxış və götürmə aparılarkən həqiqətən də onun üzərindən təmiz çəkisi 2,585 qram, həmçinin avtomobilindən isə 2,362qram olmaqla, 02 ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan şalvarın ön cibindən bir ədəd qara rəngli, smartfon tipli mobil telefon və açar topası çıxarıb masanın üzərinə qoyur. Ardınca şalvarının arxa sol cibindən siqaretin qızılı rəngli folqa kağızında bir ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Habelə avtomobilə baxış və götürmə prosessual hərəkətin aparılmasını özündə əks etdirən videodiskə baxış keçirilərkən həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs ön sol qapını açaraq polis əməkdaşlarının avtomobilə baxış keçirilməsinə icazə verir. Avtomobilə baxış zamanı avtomobilin salon hissəsində cihazlar panelində olan külqabıdan bir ədədə gümüşü rəngli kağız büküm aşkarlanaraq götürülür. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanın cibindən çıxarıb masanın üzərinə qoymasının, həmçinin kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitənin avtomobilin külqabısından aşkar edilməsinin heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən əynində olan şalvarının arxa sol cibindən bir ədəd təmiz çəkisi 2,585 qram və avtomobilinin salon hissəsində cihazlar panelində olan külqabısından təmiz çəkisi 2,362 qram olan 2 (iki) ədəd bükümdə külli miqdarda narkotik vasitə həqiqətən də aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Təqsirləndirilən şəxs ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satışı ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməsinə baxmayaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən və avtomobilindən ümumilikdə iki bükümdə külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində və avtomobilində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən və avtomobilindən külli miqdarda, ümumi təmiz çəkisi 4,947 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə olan heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, üzərində və avtomobilində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda ibtidai istintaq orqanının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həmin hissəsi ilə qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyçay rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,535 qram və 2,312 qram təşkil edən narkotik vasitə heroinlər məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat, 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat, 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan çəkisi 2,312 və 2,535 qram çəkilərdə narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat, 94 (doxsan dörd) qəpik manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar