Məhkəmə qərarları › İş №1(091)-141/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-141/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-141/2025 06.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X17, zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi X23, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 nümayəndəsi X24, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 iyun 2024-cü il tarixdə saat 20 radələrində Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində Qax rayonu ərazisində özünə məxsus texniki cəhətdən saz “Ford Fusion” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən “X39” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, həmçinin həmin Qanunun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağına çıxmamalı olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq avtomobilini qarşı hərəkət zolağına çıxardaraq əks istiqamətdə hərəkətdə olan Şəki rayonu Cəfərabad kənd sakini X20 idarə etdiyi “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan öz avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs1 sağda Vİİİ- İX qabırğaların yerdəyişməyən, solda İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişən sınıqları, iki tərəfli hemotoraks və dalağın travmatik cırılması ilə müşayiət olunan olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, Həbib Qurbanovun idarə etdiyi “VAZ 2115” markalı 50- EJ-250 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sol budun açıq qəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qəlpəli qapalı yerdəyişən sınıqları, alt çənə sümüyünün açıq yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, X9 alın nahiyəsində, sağ yanağında və üst dodağında əzilmiş cırılmış yaralar, alın sümüyünün və sağ göz yuvası sümüklərinin qapalı qəlpəli sınıqları, baş beyində kontuziya və epidiral qansızma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin sağ bud sümüyü boynunun, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, X12 bud sümüyünün yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, Türkiyə Respublikası vətəndaşları X49 sol alın nahiyəsində hematoma, baş beyinin ağır dərəcəli kontuziyası, solda İV-V-Vİ-Vİİ qabırğaların yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər və X41 sol almacıq nahiyəsinin sıyrılmış, sol yanaq nahiyəsinin cırılmış yaraları, baş beyinin yüngül dərəcədə əzilməsi, sol bud sümüyünün yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, həmçinin X25 burnunda, sol diz oynağında əzilmiş-cırılmış yaralar, burun beli üzərində, döş qəfəsində və sağ diz oynağında sıyrılmış yaralar, döş qəfəsində, sağ budunda və sol diz oynağında qançırlar, İ boyun fəqərəsinin, burun sümüyünün, sağ tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sol tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağ bud sümüyünün və sol diz oynağı sümüklərinin qapalı yerdəyişən sınıqları, ağciyərlərdə və dalaqda əzilib-cırılmalar, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə, döş və qarın boşluğuna qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Həbib Qurbanovun yol-nəqliyyat hadisəsi zamanı aldığı İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, onurğa beyinə, beyinciyə, beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə və dalaqda əzilib cırılma, kəllə, döş və qarın boşluğuna qanaxmalardan ölümünə səbəb olan, bundan başqa “VAZ 2115” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X5 burun beli üzərində, sol yuxarı ətrafında, sol budunda və sol baldırında sıyrılmış yaralar, döş qəfəsində və sol budunda qançırlar, İ boyun fəqərəsinin, burun sümüyünün, sağ tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sol tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, ağciyərdə əzilib-cırılma, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə və döş boşluğuna qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Gülnarə Qurbanovanın yol-nəqliyyat hadisəsi zamanı aldığı İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beynin əzilməsi, onurğa beyinə, beyinciyə və beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə əzilməcırılma, kəllə və döş boşluğuna qanaxmalardan ölümünə səbəb olan, eyni zamanda X4 budunda və sağ baldırında sıyrılmış yaralar, döş qəfəsində və kürək nahiyəsində qançırlar, sol tərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağciyərdə və ağciyər arteriyasında cırılmalar və döş boşluğuna kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Aygün Qurbanovanın yol-nəqliyyat hadisəsi zamanı aldığı çoxsaylı qabırğaların sınması nəticəsində sol ağciyərdə və ağciyər arteriyasında cırılma, döş boşluğuna qanaxmadan ölməsinə, yəni üç şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2021-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş, N saylı hərbi hissəsində qrup komandiri vəzifəsində işləmişdir. 29 iyun 2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək avtomobilin nasaz olduğunu bildirmiş və onu Zaqatala rayonunda evinə aparmasını xahiş etmişdir. O da razılaşaraq Zərərçəkmiş şəxs1 Qəbələ rayonundan götürərək Zaqatalaya aparmaq üçün yola düşmüşdür. Ani ehtiyatsızlıqdan, eyni zamanda halsız və yorğun olduğundan qəza baş vermişdir. Hadisənin necə baş verdiyini bilməmiş, avtomobilin ağaca dəydiyini zənn etmiş, amma gözünü açdıqda avtomobilinin başqa avtomobillə toqquşduğunu görmüşdür. O, hadisə yerindən qaçmamış, yaralılara kömək etmişdir. Özü də yaralı olsa da ona kömək göstərilməsindən imtina etmiş, əsas uşaqlara və digər yaralılara kömək göstərilməsini istəmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, avtomobili idarə edən zaman yorğun olmuş və yuxusu gəlmişdir. İlkin olaraq avtomobillə yola düşəndə yuxulu vəziyyətdə olmamış, amma avtomobili idarə edərkən ani olaraq yuxuya getmiş və qəza baş vermişdir. Yatmamışdan öncə yuxusunun gəldiyini hiss etməmiş, sadəcə olaraq özünü narahat hiss etmişdir. Avtomobildə onun yanında olan Zərərçəkmiş şəxs1 yatmışdır. Qəza baş verdikdən dərhal sonra yaralılara köməklik etmişdir. Zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə olunmuşdur. Hadisə baş verən zaman artıq daxili qoşunlarda işləməmiş, işdən çıxarılmışdır. “Ford Fusion” markalı avtomobil özünə məxsus olmuş, onu hadisədən iki həftə əvvəl bankdan kredit götürüb almış və etibarnamə əsasında idarə etmişdir. Əvvəllər avtomobili olmamış, qəza törətdiyi avtomobil onun ilk avtomobili olmuşdur. Dostu Marina ona zəng edərək gəldiyi taksinin təkərinin partladığını bildirmiş və onu gəlib götürərək Zaqatala rayonuna aparmasını xahiş etmişdir. Marinanı götürdükdən sonra Şəkidə dayanıb yemək yemişlər, sonra yenə yola düşmüşlər. Həmin vaxt spirtli içki içməmişlər. Hadisə vaxtı avtomobilin hara dəydini görməmişdir. Tanımadığı şəxs yaxınlaşıb avtomobilin tüstülədiyini və partlaya biləcəyini demiş, o da avtomobildən çıxaraq digər avtomobilə tərəf qaçmış, “kömək edin” deyə qışqıraraq ətrafdakı şəxslərdən təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Ətrafda olan şəxslərin köməkliyi ilə azyaşlı uşaqları avtomobildən çıxardıqdan sonra yol keçən avtomobillərin biri ilə xəstəxanaya yola salmışlar. Təcili tibbi avtomobili gələrək onu və digər yaralıları xəstəxanaya aparmışdır. Həkim ona “sənin də xəsarətin var” deyərək tibbi yardım etmək istədikdə o, həkimə “mənə baxmayın, mənə ehtiyac yoxdur, əsas körpələri sağaldın” demişdir. Digər avtomobilə yaxınlaşan zaman avtomobilin içərisindəki şəxslərin ölüb-ölmədiklərini bilməmiş, avtomobilin qabaq oturacağında olan şəxslərin səsi çıxmamış, amma arxa oturacaqda olan uşaqların səsi gəlmişdir. O, nəinki yol-hərəkəti qaydalarını pozub-pozmadığını, ümümiyyətlə hadisənin necə baş verdiyini xatırlamır. Avtomobili sürətlə idarə etməmişdir. Məhkəmədən əməlindən peşman olmasının, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi qismində dindirilmiş X34 göstərdi ki, X31 onun oğlu, X7 arvadı, X14 isə gəlinidir. X50 bir müddət əvvəl özünə “VAZ 21154” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həbibin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş və o, həmin avtomobili yaşadığı kənddə və rayonda öz işlərinə sürmüşdür. 29 iyun 2024cü il tarixdə səhər tezdən Həbib Aygünü səhhətində olan problemlə bağlı Balakən rayonunda olan həkimə aparacağını bildirmiş, həmin vaxtı arvadı Gülnarə və qardaşı qızı Əfsanə də getmək istədiklərini bildirmişlər. Gülnarə və Əfsanə həmçinin Balakən rayonunda yaşayan qohumlarına baş çəkmək istədiklərini demişlər. Səhər tezdən onlar yaşadıqları kənddən çıxan zaman Həbib öz uşaqları Zəhra və Zeydi, Əfsanə isə öz uşaqları Alvina və Karanı da özləri ilə götürmüşlər. Həmin gün saat 16 radələrində o, Həbibgillə əlaqə saxladıqda Həbib hələ Balakən rayonunda olduqlarını bildirmişdir. Saat təxminən 20 radələrində xatırlamadığı tanışlarından biri ona zəng edərək Həbibgilin Qax rayonu “Kilsə” adlı yerin yaxınlığında yol qəzası keçirdiklərini bildirmişdir. O, dərhal bir avtomobillə Qax rayonuna yola düşmüşdür. Bir qədər sonra isə başqa bir şəxs zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində arvadı Gülnarənin, oğlu Həbibin, gəlini Aygünün öldüyünü, Əfsanə ilə uşaqların isə xəsarət alaraq Qax rayon xəstəxanasına yerləşdirildiyini bildirmişdir. O, Qax rayonuna gəldikdən sonra ona məlum olmuşdur ki, Həbibgil Balakən rayonundan gəldikləri zaman yolda Şəki şəhəri istiqamətindən gələn “Ford Fusion” markalı markalı avtomobil onların qarşısına çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Toqquşma Həbibin avtomobili idarə etdiyi hərəkət zolağında baş vermişdir. Həbiblə Gülnarə hadisə yerində, Aygün isə xəstəxanada ölmüşdür. Əfsanə və dörd uşağın vəziyyəti ağır olduğundan onları Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salmışlar. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X29 göstərdi ki, mərhum qızı Aygün Qurbanova 2013-cü ildə həmkəndliləri olan Həbiblə ailə həyatı qurmuş, onların birgə nikahlarından bir qızı, bir oğlu dünyaya gəlmişdir. X51 rayonu Cəfərabad kəndində yaşamışlar. Aygün səhhətində olan problemlərlə bağlı Balakən rayonunda müalicə almışdır. 29 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı kənddə avtomobillərin sürətlə getdiyini görərək nə baş verməsi ilə maraqlandıqda ona Həbibin yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Həmin vaxt o, özünü itirmiş, bundan sonra ona Həbibin və digər şəxslərin yaralı olduqlarını demişlər. Buna görə o, Həbibgilə getmiş, həmin vaxt Həbibgilin evində çoxlu adam olduğundan nəsə ciddi hadisə baş verdiyini başa düşmüş, amma konkret olaraq nə baş verdiyini bilməmişdir. Səhərə yaxın təcili yardım avtomobilləri gəldikdə o, Həbibin, qızı Aygünün və qudası Gülnarənin öldüyünü bilmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə vaxtı Həbibin əmisi qızı Əfsanə və onun uşaqları da avtomobildə olmuşlar. Baş vermiş hadisə nəticəsində Aygünün iki uşağı, Əfsanə və Əfsanənin iki uşağı xəsarət almışlar. O, sonradan bilmişdir ki, Həbibgil Balakən rayonundan gələn zaman Qax rayonu ərazisində onların qarşısına avtomobil çıxdığından hadisə baş vermişdir. Hadisə nəticəsində iki nəvəsi yetim qalmış, nəvələrinin özləri də xəsarətlər almışdır. Belə ki, nəvəsi Zeydin bir ayağı sınmış, digər nəvəsi Zəhranın vəziyyəti isə çox ağır olmuş, sonuncunun ayaqları və əli sınmış, başından travma almış və koma vəziyyətində olmuşdur. Hal-hazırda nəvələrinin vəziyyəti yaxşıdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 29 iyun 2024-cü il tarixdə Zaqatala rayonuna getmək üçün Bakı şəhərində avtovağzala gedərək Zaqatala rayonuna gedən taksilərin birinə minmişdir. Həmin avtomobildə onun tanımadığı şəxslər olmuşdur. Qəbələ rayonuna çatanda avtomobildə nasazlıq yaranmış, ona görə o, bir neçə ay əvvəl tanış olduğu Qəbələ rayonunda olan Fərid adlı şəxsə zəng edərək onu Zaqatala rayonuna aparmasını xahiş etmiş, sonuncu da heç bir etiraz etməyərək razılaşmışdır. Saat təxminən 17 radələrində Fərid Qəbələ şəhərində özünə məxsus markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə gəlib onu götürmüş və onlar Zaqatala rayonuna yola düşmüşlər. Onlar yol getdikləri zaman Oğuz rayonu ərazisində xatırlamadığı restoranların birində oturub yemək yemişlər, sonra isə yollarına davam etmişlər. O, avtomobilin qabaq oturacağında Fəridin yanında əyləşmiş və yorğun olduğu üçün yatmışdır. Qəflətən partlayış səsi eşitmiş və gözünü açdığı zaman sağ tərəfində bir avtomobilin tüstüləndiyini görmüşdür. Həmin vaxt kənardan bir nəfər ona avtomobilin partlayacağını deyərək avtomobildən düşməsini bildirmiş, o da avtomobilin qapısını açıb yerə düşmüşdür. Həmin vaxt yeriməkdə çətinlik çəkmiş, bədənində ağrılar olmuşdur. O, birtəhər kənara gedərək orada oturmuş, çətinliklə nəfəs almışdır. Həmin vaxt kənar şəxslərin ağ rəngli avtomobilə yaxınlaşdıqlarını, Fəridin də həmin avtomobildə olan yaralılara kömək etdiyini görmüş, bundan sonra heç nə xatırlamamışdır. O, özünə gələndə Qax rayon xəstəxanasında olduğunu görmüşdür. Xəstəxanada olduğu zaman ona məlum olmuşdur ki, onların avtomobili başqa avtomobillə toqquşmuş və üç nəfər ölmüşdür. Hadisə nəticəsində onun qabırğaları qırılmış və dalağı partlamış, ona görə də əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarına dəfələrlə çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə qismində onun qanuni mənafeyini təmsil edən atası X35 məhkəmə verdiyi ifadəsində qızı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında olduğunu, baş vermiş qəza nəticəsində ayaqlarında olan sınıqlarla bağlı Bakı şəhərində düzgün əməliyyat olunmadığına görə Türkiyədə təkrar əməliyyat olunacağını, ona görə də məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Rahim Qurbanov həmçinin göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qızı Əfsanənin ayaqları və çənəsi, Əfsanənin iki və dörd yaşlı uşaqlarının isə ayaqları sınmış, onlar əməliyyat olunmuşlar. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etmədiyindən məhkəmə istintaqı zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Türkiyə Respublikasının vətəndaşı olan Tamer Batmazla ailə həyatı qurmuşdur. Onlar birgə nikahlarından bir qızı və bir oğlu dünyaya gəlmişdir. Onlar həmin vaxtdan sonra ailəlikcə Türkiyə Respublikasında yaşamışlar. Müəyyən hallarda isə gəzmək üçün Azərbaycan Respublikasına gəlmişlər. 18 iyun 2024-cü il tarixdə o, uşaqları ilə birlikdə Azərbaycan Respublikasına Şəki rayonuna gəlmiş və atasıgildə qalmağa başlamışdır. O, bir ay qalaraq geri Türkiyə Respublikasına qayıtmalı olmuşdur. 29 iyun 2024-cü il tarixdə əmisi oğlu Həbibin arvadı Aygün Balakən rayonuna həkimə getməli olmuşdur. Həbibgil ona onlarla birlikdə getməyi, həkimdən çıxdıqdan sonra orada olan qohumlara baş çəkəcəklərini, həmçinin gəzəcəklərini bildirmişlər. O da evdə darıxdığıdan Həbibgillə getməyə razılıq vermişdir. Onlar 29 iyun 2024-cü il tarixdə saat 10 radələrində Şəki rayonundan çıxaraq Balakən rayonuna getmişlər. Avtomobildə Həbib, Həbibin anası Gülnarə, Aygün, Həbibin iki azyaşlı övladı və onun övladları olmuşdur. Balakən rayonunda qohumlarına baş çəkmiş, Aygün isə həkimə gedərək sonra onların yanlarına gəlmişdir. Saat 18 radələrində onlar Balakən rayonundan çıxaraq Şəki rayonu istiqamətində getməyə başlamışlar. Yolda uşaqlar yemək istədiklərindən bir qədər yolda dayanmışlar. Onlar avtomobildə gələrkən Həbibin anası Gülnarə sağ ön oturacaqda, Aygün Gülnarənin arxasında, onun uşaqları qucağında, Həbibin oğlu Zeyd anasının qucağında, Həbibin qızı Zəhra isə onun solunda əyləşmişdir. Qax rayonunda dağın üzərində kilsə olan yerdən keçəndə o oturacaqların ortasından yola baxmışdır. Həmin vaxt qabaqdan bir avtomobilin onların yoluna çıxaraq üzərlərinə gəldiyini görmüşlər. Bu zaman Həbib “bu şərəfsiz neyliyir, bu şərəfsiz neyliyir” demişdir. Həmin vaxt bərk zərbə olmuşdur. Zərbə anından sonra o, heç nə xatırlamamışdır. Özünə gəldiyində isə ayaqlarının avtomobildə ilişib qaldığını, ətrafda olan şəxslərin onu çıxararaq təcili tibbi yardım avtomobilinə qoyduqlarını görmüşdür. Onu avtomobildən çıxarmazdan əvvəl ön tərəfdə Həbiblə Gülnarənin hərəkətsiz olduqlarını görmüşdür. Ona görə də Həbiblə Gülnarənin öldüyünü başa düşmüşdür. Həmçinin ətrafda olan şəxslər də öndə olanların öldüyünü deyərək arxada olanlara köməklik etməyi bildirmişlər. Onun solunda olan Zəhra da avtomobildə sıxılıb qalmışdır. Onları avtomobildən çıxarıb xəstəxanaya apardıqdan sonra Aygünün də xəstəxanada öldüyünü eşitmişdir. Onların uşaqları isə ağır dərəcəli bədən xəsarətləri almışdır. Daha sonra onları müalicə olunmaq üçün Bakı şəhərində olan xəstəxanalardan birinə aparmışlar. Hadisə nəticəsində o, hər iki ayağından, həmçinin çənəsindən sınıq xəsarətləri almışdır (cild 1, iş vərəqə 207-210). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 29 iyun 2024-cü il tarixdə dostu Şahid1lə birlikdə Qax rayonu Ənbərçay kəndi ərazisinə getmişdir. Orada olan barama məntəqəsinin yaxınlığında avtomobili saxlayaraq işlədiyi şirkətə məxsus reklam plakatı vurmuşlar. Plakatı vurub qurtardıqdan sonra avtomobilə tərəf gəldiyi zaman onlardan təxminən 60-70 metr aralıda bərk toqquşma səsi eşitmişlər. Çevrilib baxdıqda qara və ağ rəngli iki avtomobilin toqquşduğunu görmüşdür. Onlar tez qəza yerinə getmişlər. Yaxınlaşdıqları zaman qara rəngli “Ford Fusion” markalı avtomobildən sükan arxasından bir cavan oğlan düşərək “kömək edin kömək edin” deyərək ağ rəngli “VAZ 2115” markalı avtomobilə tərəf qaçmışdır. Həmin vaxt bir qadın “Ford Fusion” markalı avtomobilin sağ ön qapısını açaraq yerə düşmüş və bir qədər aralıya gedərək yerə əyilib qışqırmağa başlamışdır. “Ford Fusion” markalı avtomobilin sükanı arxasından düşən cavan oğlan “VAZ 2115” markalı avtomobilin arxa sağ qapısını açaraq bir uşağı, arxasınca bir qadını düşürmüşdür. Bu zaman hadisə yerinə yaxın olan şəxslər onlardan qabaq həmin yerə çataraq daha bir uşağı avtomobildən düşürmüşlər. Onlar da həmin yerə çataraq köməklik etməyə başlamışlar. Digər şəxslər avtomobildə sıxılıb qaldıqlarından onları düşürə bilməmişlər. O, yaxınlaşıb “VAZ 2115” markalı avtomobilin sürücüsünə və ön sağ oturacaqda oturan qadına baxdıqda həmin şəxslərin öldüklərini görmüşdür. Həmin şəxslər və arxa sağ oturacaqda oturan bir nəfər qadın avtomobildə sıxılıb qalmışdır. Bundan sonra dostu İbrahim təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Eyni zamanda hadisə yerində olan şəxslərdən biri avtomobildə sıxılıb qalan şəxslərin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinə zəng edərək məlumat vermişdir. Artıq həmin yerə çoxlu sayda insan toplaşmış və hər kəs xəsarət alanlara bacardıqları qədər kömək etməyə çalışmışdır. O, avtomobildə olan dörd azyaşlı uşağın çıxarılmasını görmüşdür. Həmin uşaqların xəsarətləri ağır olduğundan təcili tibbi yardımın gəlməsini gözləmədən onları yoldan keçən avtomobillərin biri ilə xəstəxanaya yola salmışlar. Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək avtomobildə sıxılıb qalan şəxsləri çıxarmışlar. Hadisə yerinə gələn təcili yardım avtomobilləri “VAZ 2115” markalı avtomobildə və “Ford Fusion” markalı avtomobildə xəsarət alan qadınları və Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs özü də xəsarət almasına baxmayaraq hadisə yerində olan yaralılara köməklik etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsayev X13 Rəmzi Məhəmməd oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Şəki-Qax avtomobil yolunun 28-ci kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düz və qurudur. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sol kənarında eni 2.6 metr sağ kənarında isə eni 4 metr enində yol çiyni vardır. Yolda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 nişanlama xətti vardır. Yol nəqliyyat hadisəsi Şəki rayonu istiqamətdə yolun sağ hərəkət hissəsində 1.1 nişanlama xəttindən 2 metr sağ hərəkət zolağında baş vermişdir. Yolda hər hansı tormozlama və sürüşmə izi yoxdur. “VAZ 2115” markalı 90-NZ- 375 dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyat hissəsinin kənarında üzü Qax şəhəri istiqamətində yola paralel dayanmışdır, avtomobil tamamilə əzilmiş vəziyyətdədir. “Ford Fusion” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ hərəkət zolağında tam yolun ortasında nisbətən yola perpendikulyardır. “Ford Fusion” markalı avtomobilin ön hissəsi əzilmiş vəziyyətdə, “Vaz 2115” markalı avtomobil isə tamamilə yararsız vəziyyətdədir (cild 1, iş vərəqə 11-21). Yol nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu bir ədəd diskə baxış keçilməsi haqqında 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntü 7 saniyədən ibarətdir. Təqdim edilən video sosial şəbəkədən götürülmüşdür və yol kənarında olan şəxslər tərəfindən təsadüfən çəkilmişdir. Videoda yolun görüntüsü görünür, yolda yol nəqliyyat hadisəsi törədən “Ford Fusion” markalı avtomobilin Şəki rayonu istiqamətindən Qax rayonu istiqamətində keçişi görünür. Həmin anda “Ford Fusion” markalı avtomobil yolda olan 1.1 nişanlanma xəttini kəsərək əks hərəkət zolağına keçməyə başlayır. 4-cü saniyədə görüntü bir saniyəlik kənara çəkilir, geri avtomobillər tərəfə fırlandıqda isə “Ford Fusion” markalı avtomobilin tamamilə əks hərəkət zolağında olması görünür, iki dəfə qısa tormozlama səsi gəlir və 7-ci saniyədə “Ford Fusion” markalı avtomobillə ağ rəngli avtomobilin toqquşması görünür. Həmin vaxt video kəsilir (cild 1, iş vərəqə 43-44). Məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) 10 iyul 2024-cü il tarixli 06 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: burun beli üzərində, sol yuxarı ətrafında, sol budunda, və sol baldırında sıyrılmış yaralar, döş qəfəsində və sol budunda qançırlar, İ boyun fəqərəsinin, burun sümüyünün, sağ tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sol tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, ağciyərdə əzilib-cırılma, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə və döş boşluğuna qanaxma. Bu xəsarətlət həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beynin əzilməsi, onurğa beyinə, beyinciyə və beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə əzilməcırılma, kəllə və döş boşluğuna qanaxma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 6-8 saat əvvələ uyğun gəlir (cild 1, iş vərəqə 141-147). Məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) 19 iyul 2024-cü il tarixli 04 rəyindən görünür ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: burnunda, sol diz oynağında əzilmiş-cırılmış yaralar, burun beli üzərində, döş qəfəsində və sağ diz oynağında sıyrılmış yaralar, döş qəfəsində, sağ budunda və sol diz oynağında qançırlar, İ boyun fəqərəsinin, burun sümyünün, sağ tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X, sol tərəfdə İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağ bud sümüyünün və sol diz oynağı sümüklərinin qapalı yerdəyişən sınıqları, ağciyərlərdə və dalaqda əzilib-cırılmalar, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə, döş və qarın boşluğuna qanaxma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X6 ölümünə səbəb İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, onurğa beyinə, beyinciyə, beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə və dalaqda əzilib cırılma, kəllə, döş və qarın boşluğuna qanaxma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 3-5 saat əvvələ uyğun gəlir (cild 1, iş vərəqə 148-154) Məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) 10 iyul 2024-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol budunda və sağ baldırında sıyrılmış yaralar, döş qəfəsində və kürək nahiyəsində qançırlar, sol tərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağciyərdə və ağciyər arteriyasında cırılmalar və döş boşluğuna kəskin qanaxma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X2 ölümünə səbəb çoxsaylı qabırğaların sınması nəticəsində sol ağciyərdə və ağciyər arteriyasında cırılma, döş boşluğuna qanaxma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 5-6 saat əvvələ uyğun gəlir (cild 2, iş vərəqə 2-6). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 350 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər sağda Vİİİ-İX qabırğaların yerdəyişməyən, solda İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişən sınıqları, iki tərəfli hemotoraks və dalağın travmatik cırılması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqə 245-250). Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər - sol budun açıq qəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qəlpəli qapalı yerdəyişən sınıqları, alt çənə sümüyünün açıq yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmaya aid edilir (cild 2, iş vərəqə 26-29). Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli 355 nömrəli rəyindən görünür ki, X18 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - sağ alın nahiyəsində, sağ yanağında və üst dodağında əzilmiş cırılmış yaralar, alın sümüyünün və sağ göz yuvası sümüklərinin qapalı qəlpəli sınıqları, baş beyində kontuziya və epidiral qansızma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin sağ bud sümüyü boynunun, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilir (cild 2, iş vərəqə 16-20). Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli 358 nömrəli rəyindən görünür ki, X37 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - sol almacıq nahiyəsinin sıyrılmış, sol yanaq nahiyəsinin cırılmış yaraları, baş beyinin yüngül dərəcədə əzilməsi, sol bud sümüyünün yerdəyişən qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 2, iş vərəqə 12-15). Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli 357 nömrəli rəyindən görünür ki, X45 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - sol alın nahiyəsində hematoma, baş beyinin ağır dərəcəli kontuziyası, solda İV-V-Vİ-Vİİ qabırğaların yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir (cild 2, iş vərəqə 7-11). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 356 nömrəli rəyindən görünür ki, X26 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - sağ bud sümüyünün yerdəyişən qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid edilir (cild 2, iş vərəqə 21-24). Məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin yumşaq toxumalarının əziyi və sağ körpücük sümüyünün qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 29 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 2, iş vərəqə 51-54) Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 8/2222 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Fusion” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ X39” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin, 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisədən əvvəl “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində icazə verilən maksimum 90 km/saat sürətlə hərəkətdə olması şəraitində, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X22 hərəkətlərində “X39” Azrbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması şəraitində, “Ford Fusion” markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyası, sürücünün sonrakı hərəkətləri, yəni həmin istiqamətdə hərəkətini davam etdirməsi və hərəkət istiqamətini dəyişməsi sürücü Abdullayevin psixofizioloji vəziyyətindən asılı olaraq subyektiv xarakter daşıdığından həmin halların müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizasının səlahiyyətinə aid deyildir. Ona görə də “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X22 “X39” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi tam hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilir. Aparılmış tədqiqatın dəyəri 128 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 55-59) Məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2024-cü il tarixli 2245/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 1, iş vərəqə 127-130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin 23 iyul 2023-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş X52 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 024173 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqə 134). İbtidai istintaq orqanının 15 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus “Ford Fusion” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və X27 məxsus “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və onların qanuni sahiblərinə qaytarılması qərara alınmışdır (cild 2, iş vərəqə 123-138). Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 13 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında 13 saylı Mənzil Kommunal Sahəsinə heç bir şikayət daxil olmamışdır, o, 13 saylı Mənzil Kommunal Sahəsində keçirilən ictimai işlərdə fəal iştirak etmiş, yaşıdları arasında böyük hörmət qazanmışdır (cild 1, iş vərəqə 33). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 135-136). Zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi olan X23 notarial qaydada təsdiq olunmuş 05 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur (cild 2, iş vərəqə 32). Zərərçəkmiş şəxslərin hüquqi varisləri X34 və X29, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi X35 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarında X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 141-143). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, özünün də hadisə nəticəsində az ağır dərəcəli xəsarət almasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanın 18 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 88-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - “Ford Fusion” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 128 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X16 yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - “Ford Fusion” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar