Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-142/2020 29.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Hüseynov Rəşid İnqilab oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Müəllim (mütəxəssis) – X6, xx xxxxxx 1982-ci il tarixdə İsmayıllı rayonunun Mican kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində biri azyaşlı olmaqla iki uşağı olan, işsiz, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 29,150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində İsmayıllı şəhərində (keçmiş Mican kəndi) dayısı oğlu Şahid1 məxsus evin ikinci mərtəbəsində usta kimi işləyərkən sonuncunun oğlu xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmadığını, yəni 4 yaşı olduğunu bildiyi halda Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs əlindən tutub sonuncunu cinsi ehtirasını təmin etmək məqsədi ilə evin birinci mərtəbəsində yaşayış olmayan təmirsiz otağa apararaq orada heç kimin olmamasından istifadə edərək 4 yaşı olan azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, otağın boş nəfəsliyinə qaldırıb arxa nahiyəsini özü istiqamətdə nəfəslikdən sallanmış vəziyyətdə saxlamaqla aşağı düşməməsi üçün hər iki əliylə arxadan qarın nahiyəsindən qucaqlayıb özünə sıxaraq cinsi orqanını şalvarının zəncirbəndindən çıxarıb sonuncunun şalvarının üstündən arxa nahiyəsinə sürtüb seksual xarakterli zorakılıq hərəkətləri etməyə yönələn hərəkətlər etmiş, Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə Zərərçəkmiş şəxs evdə olmadığından həyətə düşüb oğlunu axtararkən həmin yerdə onu gördüyündən artıq ifşa olunduğunu və aktiv müqavimətə rast gəldiyini, həmin vəziyyətdə seksual xarakterli zorakılıq hərəkətlərini davam etdirə bilməyəcəyini görərək, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək azyaşlı Zərərçəkmiş şəxs buraxmış, bununla da 14 yaşına çatmayan, yəni 4 yaşlı zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 29,150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək övladlığa götürüldüyü üçün Şahid1 və onun arvadı tərəfindən yaşadığı evdən çıxarılmaq məqsədi ilə onun üstünə belə bir şər atıldığını qeyd etmiş, əslində həmin vaxt Əliyə heç nə, o cümlədən hər hansı seksual xarakterli hərəkət etmədiyini, ona görə də, etmədiyi heç bir əməli qəbul etməyəcəyini bildirərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadəsi və ifadəsinin hadisə yerində yoxlanılması zamanı söylədikləri arasında ziddiyyət olduğundan, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsi və ifadəsinin hadisə yerində yoxlanılması istintaq hərəkətinin protokolu elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, 25 və ya xx xxxxx 2020-ci il tarixdə dəqiq tarixini xatırlamadığı gündə dayısı oğlu Şahid1 ona yaşadığı evin yataq otağını təmir etməyini demişdir. Elşənlə qohum olduqlarından evini pulsuz təmir edəcəyini demişdir. xx xxxxx 2020-ci il tarixdən Elşənin evinin elektrik, suvaq, boya və s işlərini görməyə başlamış, Elşən hər gün səhər tezdən İsmayıllı şəhəri, mərkəzi bazara işinə getmişdir. O, isə Elşənin evində işini görmüş, Elşənin arvadı Qanuni nümayəndə Mayram qızı ona yemək bişirmişdir. Elşənin və Nərminin birgə nikahlarından 4 azyaşlı uşaqları, 2 qız və 2 oğlu vardır. Əlinin 4 yaşı var, bildiyinə görə hələ məktəbə getmir. xx xxxxx 2020-ci il tarixdə səhər saat 8 radələrində Elşənin yaşadığı evə gedib təmir işlərini görüb işini davam etdirməyə başlamış, Elşən yenə də işə getmişdir. Arvadı Nərmin, anası Məryəm, 5-10 yaş arasında olan adlarını bilmədiyi 2 qızı, Əli adlı oğlu və adını bilmədiyim digər oğlu da evdə olmuşdur. İşə başlayandan sonra uşaqlar yuxudan durmuş, Nərminin adını bilmədiyi anası onların evinə qonaq gəlmişdir. Günortaya qədər evin otağının haşiyələrini vurmuş, günorta nahar etmiş, nahardan sonra anası Almarə də Elşənin evinə qonaq gəlmişdir. Saat artıq 16 radələri olmuş, evin otağında anası Almarə, dayısının arvadı Məryəm, Elşənin arvadı Nərmin və 4 azyaşlı uşaqları da olmuşdur. İşini saxlayıb onların olduğu otağa getmiş və o, da çay içməyə başlamış, Nərmin tez-tez otağa girib-çıxmışdır. O, həmin vaxt fikirləşmişdir ki, azyaşlı Əlini bir bəhanə ilə evin alt mərtəbəsindəki yerə aparsın və orada onun bədəninə cinsi orqanını sürtüb ehtirasını başa çatdırsın. Cinsi orqanı sərtləşmiş, otaqdan çölə çıxdıqdan sonra Əli özü də otaqdan çıxmışdır. Evin pilləkənində Əlinin əlindən tutub onu alt mərtəbədə yaşayış olmayan təmir otağa aparmış, Əlinin əynində göy rəngli şalvar, ağ, boz və göy rənglərdən ibarət yaxası düyməli jaket də olmuşdur. Orada Əlinin arxa tərəfindən tutub nəfəslikdəki kiçik ölçülü yerə qaldırmış, Əli əlləri ilə daşdan tutmuş, ayaqlarını isə yerə sallamışdır. Əlləri ilə onun qarın nahiyəsindən özünə tərəf tutmuş, Əli ona qarşı nə etdiyini bilməmişdir. Əlinin başını qarışdırmaq üçün ona evi təmir edib yekunlaşdıracaqlarını, işlərini qurtaracaqlarını və s. işlər görəcəyini deyib başını qarışdırmışdır. Məqsədi isə Əlinin səsini çıxarmaması və dayandığı yerdən çıxıb getməməsi olmuş, sərtləşmiş cinsi orqanını şalvarından çıxarmamış bir qədər şalvarın üstündən onun şalvarının üstünə sürtüşdürmüş, şalvarının zəncirbəndini açıb cinsi orqanını çölə çıxartmışdır. Əlinin şalvarını əynindən çıxarmamış hər iki əli ilə onun qarın nahiyəsindən qucaqlayıb özünə sıxaraq cinsi orqanını onun şalvarının üst hissəsindən sürtməyə başlamış, bundan təxminən 5 dəqiqədən sonra artıq cinsi ehtirasını başa çatdırmışdır. Əlidən aralaşıb spermasını yerə boşaltmış, ancaq cinsi orqanını hələ göy rəngli cins şalvarının içinə salmamışdır. Əlidən artıq 1 metr arxa tərəfdə olmuş, həmin vaxt sağ tərəfdəki boş pəncərədən Əlinin anası Nərminin ona “neynirsən burda” deyə bildirdikdə o, çaşbaş qalmışdır. Nərminə “heç nə bacı” deyə cavab vermiş, Nərmin qabaqdan istiqamətini dəyişib gəldikdə o, cinsi orqanını şalvarının altına salmış, Əli isə özü qabaq nəfəslikdən aşağı tullanmışdır. Bundan sonra isə evə çıxmış, işini davam etdirməyə başlamış. Nərmin də Əlini evə aparmışdır. Təxminən 10-15 dəqiqə də işlədikdən sonra yorğun olduğunu görüb anası Almarəyə yorğun olduğunu və evə gedib yatmaq istədiyini bildirmişdir. Anası Almarədən əvvəl o, çıxıb yaşadığı evə getmiş, anası Almarə də saat 19 radələrində yaşadığı evə gəlmişdir. Həmin gün xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə yatdığı vaxt anası Almarə onu oyadaraq İsmayıllı rayon polis əməkdaşlarının onu çağırdıqlarını demiş, o, da qapıya çıxmış, polis əməkdaşları ondan yuxarıda qeyd etdiyi hadisə barədə şifahi sorğu-sual etdikdə o, da törətdiyi əməli etiraf etmişdir. Məhkəmə istintaqı zamanı müəllim - mütəxəssis və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəni müdafiə edərək göstərdi ki, 5 yaşı var, hələ məktəbə getmir, yazmağı, oxumağı bilmir. Evlərində anası Nərmin, atası Elşən, bacıları Nazlı və Məryəm, qardaşı Şəhriyar və nənəsi Məryəm yaşayır. Tural əmi evlərində ustalıq etmişdir, xx xxxxx 2020-ci il tarixdə günortadan sonra evlərinə o biri nənəsi də gəlmiş, evin yuxarısında eyvanda olarkən Tural əmi onun qolundan tutub pilləkənlə aşağı düşürtmüş və evin altına aparmışdır. Tural əmi onunla söhbət etməyə başlamışdır. Daha sonra onu arxadan qucaqlayıb yuxarı qaldırmış, əli ilə pəncərənin qırağından tutmuş, ayaqları yerə çatmamış, arxadan ona nəsə toxunmuşdur. Arxasında ağrı hiss etmiş, Tural əminin onu evin altına nəyə görə apardığını bilməmişdir. Anası Nərmin onu çağırmış və gəlib yan pəncərədən onları görmüşdür. Bu vaxt Tural əmi onu arxadan buraxmış, o, qabaq pəncərədən yerə tullanmışdır. Anası əlindən tutub onu evə aparmış, Tural əmi ona qarşı pis hərəkət etdiyinə görə axşam anası və atası ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, ehtiyatsızlıq nəticəsində xx xxxx 2020-ci il tarixdə evlərinin ikinci mərtəbəsinin 1 otağı və zalı yanmışdır. Bu səbəbdən də evi təmir etmək üçün qayınanası Məryəm baldızı oğlu Təqsirləndirilən şəxs işləmək üçün 2020-ci ilin aprel ayının axırlarında təxminən 4 gün olardı ki, bərpa işləri görməsi üçün onların evlərinə gətirmişdir. Tural evin otağına ağ üzlük çəkmiş, boya vurma və s. işlər görmüşdür. İşin sonunda Elşən onun zəhmət haqqısını verəcəkmiş. xx xxxxx 2020-ci il tarixdə səhər tezdən saat 16 radələrində əri Şahid1 İsmayıllı şəhəri mərkəzi bazara getmiş, Tural isə həmin gün saat 8 radələrində işləmək üçün yenidən yaşadıqları evə gəlmiş, Tural həmin gün işləməyə başlamış və günorta saat 13 radələrində evlərində nahar da etmişdir. Həmin gün saat 14 radələrində anası Şahid2 onu və azyaşlı uşaqlarını görmək üçün evlərinə gəlmiş, bundan 1-2 saat sonra saat təxminən 16 radələrində Turalın anası, X2 da yaşadıqları evə gəlmiş, Almarə də evin otağında onunla, qayınanası və azyaşlı uşaqları ilə çay içib söhbət etməyə başlamışdır. Tural da işlədiyi otaqdan gəlib onların otağında oturub çay içmiş və sonra yenidən öz işi ilə məşğul olmuşdur. Tural qohumları olduğu üçün onlarla bir süfrə arxasında əyləşmiş, bildiyindən Turalı anası Almarə övladlığa götürmüşdür. Saat təxminən 17 radələrində azyaşlı oğlu 2015-ci il təvəllüdlü Əlinin evdə olmadığını görmüş, qızları Nazlı və Məryəm evdə yanlarında olmuş, digər oğlu Şəhriyar isə yatmışdır. Nazlı və Məryəmdən Əlinin harada olduğunu soruşduqda onlar ona az əvvəl Əlinin otaqda olduğunu, daha sonra isə otaqdan çıxıb həyətə düşdüyünü bildirmişlər. Tural da işlədiyi otaqda olmamış, həmin vaxt ümumiyyətlə ikinci mərtəbədə olmamışdır. Daha sonra isə Əlinin harada olduğunu bilmək üçün həyətə düşmüş, evin alt mərtəbəsinin qarşısında gəzərkən Əlinin və Turalın bir-biri ilə söhbət etdiklərini eşitmiş, ancaq onların nə danışdıqlarını başa düşə bilməmiş, evin alt mərtəbəsinə doğru keçib evin otaq kimi nəzərdə tutulan boş pəncərəsindən baxdıqda Əlinin boş pəncərə yerində çömbəlmiş vəziyyətdə dayandığını, ayaqlarının aşağı sallandığını, əlləri isə nəfəsliyin daş yerindən tutduğunu, Turalın isə Əlinin arxasında olduğunu, Turalın isə əllərini boş pəncərinin alt hissəsinə qoyduğunu, Turalın cinsi orqanını şalvarın zəncirbəndindən çıxardığını, cinsi orqanının ereksiya halında olduğunu və Əlinin arxa və bel nahiyəsinə sürtdüyünü görmüşdür. Belə olduqda o, təşvişə düşmüş, Turala “neynirsən burda” deyə soruşduqda Tural çaşbaş qalıb ona “ay bacı, ay bacı” deyə bildirmiş və tələsik cinsi orqanını göy rəngli cins şalvarının içərisinə salmışdır. O, tez həmin otağa qabaq giriş hissə olan tərəfə gəlib Əlini aparmaq üçün yaxınlaşmaq istədikdə Əli nəfəslikdən aşağı tullanmışdır. Əlini Turalın aşağı tullandırıb-tullandırmağını, itələyibitələmədiyini görməmişdir. Əlinin qolundan tutub ona “birdə ona yaxın düşmə” deyərək evə qaldırmış, Turalın psixi probleminin olduğunu düşünüb əri evdə olmadığından ona qarşı hər hansı aqressiv hərəkət etməmişdir ki, ona xəsarət yetirə bilər. Evə çıxdıqdan sonra anası Minayəyə və qayınanası Məryəmə də bu barədə heç nə deməmiş, fikirləşmişdir ki, Elşən evə gəlsin və bu barədə ona məlumat verdikdən sonra Elşən necə məsləhət bilərsə elə də edərlər. Tural evə çıxmış və o, utandığından, həmçinin qorxduğundan ona heç nə deməmişdir. Tural evdə 5-10 dəqiqə qaldıqdan sonra evdən getmək istədiyini deyib çıxıb getmiş, əri Elşən saat 19 radələrində evə gəlmiş və bu barədə Elşənə demiş, daha sonra isə İsmayıllı rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadə verməklə onların göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Qanuni nümayəndə evində qonaq olmuş, lakin baş verən hadisədən xəbərdar olmamışdır. Orada qonaq olduğu müddətdə hər hansı hadisənin baş verməsinin şahidi olmamışdır. Sonradan Şahid1 ona bildirməsi ilə baş verən hadisədən xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilməsi mümkün olmayan Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və müəyyən olunmuşdur ki, Şahid3 da məhkəməyədək icraat zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan ərizədən görünür ki, Qanuni nümayəndə xx.xx.2020-ci il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 01, iş vər. 02) Məhkəmə istintaqı zamanı tədqiq olunan xx xxxxx 2020-ci il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il təvəllüdlü X1 xarakterli zorakılıq hərəkətləri etdiyi və öz iradəsindən asılı olmayan səbəblərdən ifşa olunduğu yer İsmayıllı şəhərində (keçmiş Mican kəndi) X3 məxsus evin alt mərtəbəsində təmirsiz otaqdır. Həmçinin hadisə yerində foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 28-34) Məhkəmə istintaqı zamanı tədqiq olunan “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında” x xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş Mican kəndi) Şahid1 məxsus evdə azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək istədiyi yeri göstərməklə ilkin ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Həmçinin hadisə yerində foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 135-138) Məhkəmə istintaqı zamanı tədqiq olunan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4, X18 İsmayıllı rayon şöbəsindən alınmış x xxx 2020-ci il tarixli 147 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü X7 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər-hansı bir xəsarətin obyektiv əlamətləri və xəsarət izi aşkar edilməmişdir. (cild 01, iş vər. 130-133) Məhkəmə istintaqı zamanı tədqiq olunan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X14 daxil olmuş məhkəmə-komisyon ekspertizasının x xxx 2020-ci il tarixli 215 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. T.M. Zərbalıyevin cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. (cild 01, iş vər. 169-172) Məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X18 Konsultativ Poliklinika şöbəsindən alınmış x xxx 2020-ci il tarixli 151 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhərində (keçmiş Mican kəndi) qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Narkoloji” kabinetində qeydiyyatda yoxdur, lakin xx.xx.2015-ci il tarixindən “Ruhi-Əsəb” kabinetində “F20.9 Psixoatabənzər davranışlı müşahidə olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatdadır və iş üzrə zərərçəkmiş şəxs İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) xx.xx.2015-ci il təvəllüdlü X10 RMP-nin “Narkoloji və Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 141) Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqviləyə (anlaşmaya) asan daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sensorperpeptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları qismən qavraya bilmişdir, bununla yanaşı baş vermiş hadisəni “pis hərəkət” deyə xarakterizə edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə, hadisəni özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosioanl halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə fiziki cəhətdən malik olmasa da yüksək səslə qışqıraraq köməyə çağırmaq imkanına malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. (cild 01, iş vər. 186-188) Məhkəmə istintaqı zamanı tədqiq olunan komleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. (cild 01, iş vər. 183-185) Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-lifli materialların ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd jaketin səthi üzərindən tapılmış mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib əlamətlərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış boz rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. (cild 01, iş vər. 173-179) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə cinayət işinin materiallarında olan müvafiq ekspert rəyləri onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyə cəhd etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gələrək həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsi həqiqəti əks etdiyi üçün məhz həmin ifadə ittihamın əsasına qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, İsmayıllı şəhər (keçmiş Mican kəndi) sakini, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsində İİ qrup ümumi səbəbdən əlil olmaqla aylıq pensiya məbləği 231 (iki yüz otuz bir) manat 37 qəpik təşkil edir. (cild 01, iş vər. 160) Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2003 və 2007-ci il təvəllüdlü uşaqları ilə birlikdə İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yaşayır, onun barəsində İsmayıllı şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 1, iş vər. 195-196) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 99) Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını, “Ruhi-Əsəb” kabinetində “F20.9 Psixoatabənzər davranışlı müşahidə olunan debillik” diaqnozu ilə dispanser qeydiyyatda olmasını, himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, o cümlədən CM-nin 63.3-cü maddəsinin tələbləri çərçivəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 08:35-də ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 54) Cinayət işinin materialarında olan İsmayıllı rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 101-103) Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd bağlamada zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-boz zolaqlı jaket, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz və qara rəngli zolaqlı jaket, 1 ədəd göy rəngli cins şalvar tələb edilmədiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd bağlamada zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ-boz zolaqlı jaket, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz və qara rəngli zolaqlı jaket, 1 ədəd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X17 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Rəşid Hüseynov
Məhkəmə qərarları › İş №1(091)-142/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-142/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver