Məhkəmə qərarları › İş №1(091)-142/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-142/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-142/2021 15.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və X12, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri X6, X10, və X5 xx xxx 1973-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx xxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Q.Əşrəfbəyov küçəsi ev 10, mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri S.Əliyev küçəsi mənzil 22də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,79 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək saxlamış, 02.02.2021-ci il tarixdə 2 bükümdə 0,286 qram və 0,283 qram olmaqla ümumi çəkisi 0,569 qram miqdarında narkotik vasitə olan heroini isə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 15 manata alaraq satış məqsədi ilə əldə edib üzərində saxlamış, 02.02.2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Aslanov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 2315-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən həmin şəxsi istehlak miqdarından artıq miqdarda 0,79 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,569 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək niyyətilə 02.02.2021-ci ildə istintaqla müəyyən edilməyən saatda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində 25 manat pul müqabilində 0,689 qram narkotik vasitə olan heroin alaraq əldə edib saxlamışdır. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə razılaşaraq sonuncunun əvvəllər istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda əldə edib saxladığı 2,795 qram narkotik vasitə olan heroinin 0,569 qramını əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 15 manat pul müqabilində onun daşıması ilə 02.02.2021-ci ildə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində Təqsirləndirilən şəxs2 satmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 2,795 qram narkotik vasitə olan heroindən 1,537 qramını 105 manat müqabilində satış məqsədi ilə təkrar almaq barədə onunla razılaşaraq həmin 105 manat pulu Təqsirləndirilən şəxs1 istifadəsində olan Elçin Hüseynov adlı şəxsin adına olan 4169 7413 9403 3896 nömrəli "xxxx" ASC-yə aid olan plastik bank kartına 02.02.2021-ci ildə saat 2206-da köçürməsindən sonra 1,537 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 onun yaşadığı Q.Əşrəfbəy küçəsi bina 10, mənzil 8-də yerləşən ünvandakı mənzil qapısının qarşısındakı zibil qutusunun altına qoymaqla satış məqsədilə təkrarən narkotik vasitə olan heroini əldə etməklə ümumilikdə külli miqdarda olan 2,226 qram çəkidə satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etmişdir. 02.02.2021-ci ildə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi 02.02.2021-ci ildə saat 2100-da Yevlax şəhəri H.Aslanov küçəsində saxlanılaraq, həmin gün saat 2140-dan saat 2225-dək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 0,569 qram narkotik vasitə olan heroin və 0,79 qram marixuna aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi 03.02.2021-ci ildə saat 1030-da Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində saxlanılaraq, həmin gün saat 1110-dan 1140-dək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 0,689 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, 03.02.2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri R.Balakişiyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin gün saat 2130-da müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 satdığı bir bükümdə olan 1,537 qram narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs3 yaşadığı Q.Əşrəfbəy küçəsi bina 10, mənzil 8-də yerləşən ünvandakı mənzil qapısının qarşısındakı zibil qutusunun altından aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,795 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, əldə edib saxladığı külli miqdarda narkotik vasitə olan heroindən 0,689 qramını 25 manat pul müqabilində 02.02.2021-ci ildə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs3 Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində satmışdır. Bundan başqa o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxladığı külli miqdarda 2,795 qram narkotik vasitə olan heroindən 0,569 qramını Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 15 manat pul müqabilində satmağa razılaşaraq, həmin çəkidə narkotik vasitəni Təqsirləndirilən şəxs3 daşıması ilə 02.02.2021-ci ildə istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri, Q. Əşrəfbəy küçəsində Təqsirləndirilən şəxs2 təkrar satmışdır. Bundan başqa o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxladığı külli miqdarda 2,795 qram narkotik vasitə olan heroindən 1,537 qramını 105 manat müqabilində Təqsirləndirilən şəxs3 satmaq barədə onunla razılaşaraq Təqsirləndirilən şəxs3 həmin 105 manat pulu Təqsirləndirilən şəxs1 istifadəsində olan Elçin Hüseynov adlı şəxsin adına olan 4169 7413 9403 3896 nömrəli "xxxx" ASC-yə aid olan plastik bank kartına 02.02.2021-ci ildə saat 2206-da köçürməsindən sonra 1,537 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 yaşadığı Q.Əşrəfbəy küçəsi bina 10, mənzil 8-də yerləşən ünvandakı mənzil qapısının qarşısındakı zibil qutusunun altına qoymaqla təkrar narkotik vasitə olan heroin satmışdır. 02.02.2021-ci ildə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi 02.02.2021-ci ildə saat 2100-da Yevlax şəhəri H.Aslanov küçəsində saxlanılaraq, həmin gün saat 2140-dan 2225-dək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 0,569 qram narkotik vasitə olan heroin və 0,79 qram marixuna aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi 03.02.2021-ci ildə saat 1030-da Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində saxlanılaraq, həmin gün saat 1110-dan 1140-dək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 0,689 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, 03.02.2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri R.Balakişiyev küçəsində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin gün saat 2130-da müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 satdığı bir bükümdə olan 1,537 qram narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs3 yaşadığı Q.Əşrəfbəy küçəsi bina 10, mənzil 8-də yerləşən ünvandakı mənzil qapısının qarşısındakı zibil qutusunun altından aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməklə üzərində marixuana və şprisin içərisində heroin aşkar olunmuş, həmin narkotik vasitəni də öz şəxsi istifadəsi üçün saxlamışdır. İbtidai araşdırma zamanı təzyiq-təsir nəticəsində narkotik vasitəni Sadiqdən aldığını etiraf etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, narkotik vasitə olan heroin satdığını bildiyi tanışı Yevlax şəhər sakini Sadiq adlı şəxsdən bir neçə dəfə heroin alıb istifadə etdiyinə görə sonuncu ilə münasibətləri yaranmışdır. 02 fevral 2021-ci il tarixdə axşam saatlarlında özünə məxsus ***-***-**-** saylı nömrə ilə Sadiqin istifadə etdiyi mobil nömrəsinə zəng edərək narkotik vasitə istəmiş, Sadiq ona yaşadığı Yevlax şəhəri 31-ci məhəllədə yerləşən Q.Əşrəfbəyov küçəsinə gəlməsini dediyi üçün həmin ünvana getmişdir. 31-ci məhəllədə Sadiqlə görüşərək sonuncuya 15 manat pul vermiş, Sadiq isə əvəzində ona 2 ədəd siqaret kağızına bükülmüş bükülü verərək verdiyi pula 0.5 qram narkotik vasitə olan “kokos” yəni, heroin düşdüyünü demişdir. İki ədəd bükümdə olan heroini Sadiqdən alaraq yaşadığı küçəyə getmiş, həmin narkotik vasitədən bir hissəsini istifadə etdikdən sonra bir hissəsini üzərində saxlamışdır. 02 fevral 2021-ci il tarixdə saat 23 radələrində Yevlax şəhəri 31-ci məhəlləsində yerləşən Q.Əşrəfbəy küçəsindən yaşadığı evinə gedən zaman Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Polis əmkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibində olan 2 ədəd gümüş rəngli siqarət kağızına bükülmüş Təqsirləndirilən şəxs3 aldığı heroini və bir ədəd ağ kağıza bükülmüş marixuananı təqdim etmişdir. Polis əməkdaşlarına 2 ədəd gümüş rəngli siqaret kağızına bükülmüş narkotik vasitəni tanıdığı Sadiq adlı şəxsdən 15 manata aldığını və bir hissəsini qəbul etdiyini qalanını isə istifadə etmək üçün cibində gəzdirdiyini etiraf etmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd kağız bükülüdə olan marixuannanı 2020-ci ilin yay ayında əkdiyi çətənə kolundan yığaraq saxlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə və marixuanaya bənzər kütlələr qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitənin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitə satan olmamış və üstündə aşkar olunan narkotik vasitəni də satmaq fikiri olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona həmin elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən narkotik vasitələrdən istifadə etmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, eyni zamanda Elçin Əliyevə də narkotik vasitə satmamışdır. Onu Yevlax rayon Polis Şöbəsinin əməkdaşları 01 fevral 2021-ci il tarixdə tutduqda sonra özləri Təqsirləndirilən şəxs1 kartına 105 manat pul vurmuşlar. Onun üzərində 1 qrama yaxın heroin olmuş, həmin narkotik vasitəni də şəxsi istifadəsi üçün saxlamış, həmin narkotik vasitəni də “Odnoklassnik” sosial şəbəkəsində tanış olduğu və tanımadığı bir şəxsin Yevlax yoluna qoymasından sonra oradan götürmüşdür. İbtidai araşdrıma zamanı təzyiqtəsiq altında Elçin Əliyevə narkotik vasitə satmasını etiraf etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə saat 11 radələrində özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə tanıdığı Yevlax şəhər sakini Bəhruzun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək narkotik vasitə olan heroin istəmiş, Bəhruz ona evdə olduğunu və götürmək üçün evə gəlməsini demişdir. Bəhruzun evinin qarşısına gedrək sonuncu ilə yola tərəf baxan evinin pəncərəsindən söhbət zamanı kartına 105 manat pul göndərəcəyini deyərək Bəhruzdan nisyə 4 qram heroin almışdır. Heroini Bəhruzdan nisyə aldığına görə heroinin 4 qram olub-olmamasını yoxlamamış və yaşadığı Q.Əşrəfbəy küçəsinə getmişdir. Həmin heroindən bir hissəsini istifadə etmiş, qalanı isə cibində qalmışdır. Bəhruzun pulunu isə elekton ödəmə sistemi vasitəsi ilə onun verdiyi kart hesabına köçürmüşdür. 02 fevral 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın qarşısında olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki gödəkçənin sol yan cibində 1 ədəd sellofan torbanın içərsində narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan başqa 31 yanvar 2021-ci il tarixdə gündüz vaxtlarında Bəhruz onun yaşadığı evə gələrək tanıdığı Elçin adlı şəxsin Bəhruza zəng edərək narkotik vasitə istədiyini dedikdən sonra ona bir qutu siqaret verərək içərisində heroin olan həmin qutunu aşağıda onu gözləyən Elçinə verməsini və qarşılığında Elçinin ona 15 manat pul verəcəyini, həmin pulu Bəhruza verməsini, sonuncunun isə əvəzində ona narkotik vasitə verəcəyini demişdir. Həmin siqaret qutusunu götürüb binanın qarşısına düşərək Elçinə vermiş, Elçinin ona verdiyi 15 manat pulu evə apararaq Bəhruza verdikdən sonra sonuncu əvəzində ona bir dəfə istifadə etmək üçün narkotik vasitə olan heroin vermişdir. Həmin heroini istifadə etmiş, heroini Elçinə Bəhruz satmışdır. Üstündən aşkar olunmuş narkotik vasitəni özünün istifadə etməsi üçün almış, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə-heroin satmamışdır. 02.02.2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 zəng edərək sonuncudan narkotik vasitə olan heroin istəmiş, Bəhruz həmin narkotik vasitə-heroini ona satmış, lakin tutulduğu üçün Bəhruzdan narkotiki götürə bilməmişdir. 27 yanvar 2021-ci il tarixdə Bəhruz ilə birlikdə olan zaman özünə məxsus kartdan pul çıxartmaq üçün bankamata getdiyi üçün Bəhruz da sonuncunun kartından pul çıxartmasını xahiş etdiyi üçün Bəhruzun kartından pul çıxartmış, heç kimə narkotik vasitə satmaq niyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2021-ci il tarixdə səhərə yaxın 20-25 nəfər yaşadığı evinə basqın edərək onu döymüş, evini axtarsalar da heç nə tapa bilməmişlər. Sadiqin ondan 105 manata “kokos” kimi tanınan heroin aldığını deməsini məcbur etdirmişlər. Sadiqin ona 105 manat borcu olmuş, Bakı şəhərində yaşayan Elçin adlı tanışının adına olmaqla onda olan kartına həmin pul vurulmuşdur. Təqsirləndirilən şəxs2 tanımamış, sonuncuya narkotik vasitə satmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 28 yanvar 2021-ci il tarixdə gündüz vaxtlarında Q.Əşrəfbəyov küçəsi ilə gedərkən yolun kənarında içərisində narkotik vasitə heroin olan sellofan torba görüb götürmüşdür. İmkanı olmadığına görə həmin heroini cibinə qoyub gəlcəkdə satmaq üçün evə aparmış, heroindən bir dəfə özü istifadə etsə də xoşuna gəlməmişdir. 30 yanvar 2021-ci il tarixdə Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində yaşayan dostu Sadiqin yaşadığı evə getmiş, sonuncuya narkotik vasitə tapdığını və həmin narkotik vasitəni satmaq istədiyini bildirmişdir. Sadiq ona həmin narkotik vasitə olan heroini heç kimə verməməsini və həmin heroini özünün alacağını demişdir. Həmin heroindən təxminən 1,5 qramını istifadə etməsi üçün Sadiqə verərək qalanını sonuncuya pul ilə verəcəyini demişdir. Sadiq onunla razılaşaraq 02 fevral 2020-ci il tarixdə günorta saatlarında onun istifadə etdiyi 055 ***-**-** nömrəsinə zəng edib narkotik vasitə istəmişdir. Sadiqə özünün narkotik vasitə gətirəcəyini bildirib narkotik vasitəni 105 manata satacağını demişdir. 02 fevral 2021-ci il tarixdə Sadiq ondan aldığı heroinin 105 manat pulunu tanıdığı Elçin Bəxtiyarovun istifadə etdiyi karta göndərmişdir. 02 fevral 2021-ci il tarixdə saat 21 radələrində Sadiqin yaşadığı binaya gedərək heroini sonuncunun yaşadığı mənzilin qarşısında olan zibil qabının altına qoyaraq evə qayıtmışdır. 03 fevral 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə gətirərək Sadiqə narkotik vasitə satıb-satmadığını soruşmuş, Sadiqə narkotik vasitə-heroin satdığını bildirərək şübhəli şəxs qismində tutulduqdan sonra Sadiqin mənzilinin qarşısına gedib orada gizlətdiyi heroini polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vastəni tapandan sonra bir hissəsini Sadiqə vermiş, dir. Sadiq isə həmin heroindən bir hissəsini Elçinə satmışdır. Sadiq ona zəng edərək Elçinin pul ilə narkotik vasitə istədiyini və özündə olan narkotikdən sonuncuya satdığını demişdir. Sadiq Elçinə satdığı heroinə görə aldığı 15 manatı sonradan ona vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 02 fevral 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında rayon X18-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri Ə.Bayramov küçəsinə getmiş, saat 21 radələrində Təqsirləndirilən şəxs2 31-ci məhəllədə yərləşən Əşrəfbəyov küçəsində yaşadığı evin yaxınlığında olduğunu görərək sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, buna görə də üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlıqda olduğunu, küçədən gəlib-gedən şəxslərin sonuncunu tanıdığını, üzərinə baxışı həmin küçədə keçirməmələrini xahiş etmişdir. Elçinin xahişini nəzərə alaraq sonuncunu Yevlax rayon Polis Şöbəsinə gətirmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş və 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa əşyanın olmadığını bildirmişdir. Elçin təqdim etdiyi 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə heroin olduğunu, özünün narkotik istifadəçisi olduğunu, həmin heroini Sadiq adlı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisində narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuanna olduğunu, həmin narkotiki yay ayında yaşadığı evin yaxınlığından keçən su kanalının yaxınlığından tapdığını, bundan sonra evində gizlətdiyini, həmin bükümdən bir hissəsini istifadə etdiyini, qalan hissəsini istifadə etmək üçün saxladığını bildirmişdir. İki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü açıldıqda, orada qəhvəyi rəngli, çəkisinin 0,79 qram olduğu narkotik maddə olan heroinə bənzər kütlə, bir ədəd ağ rəngli kağıza bükülmüş bükülü açılıb içərisinə baxdıqda isə içərisində tünd yaşıl rəngli, çəkisinin 1,11 qram olduğu spesifik iyə malik narkotik vasitə olan marixuannaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X18 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvvəkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 izahatında üzərindən aşkar edilmiş narkotik maddəni Sadiq adlı şəxsdən almasını bildirdiyi üçün həmin şəxsin xx xxx 1991-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 olmasını müəyyən etmiş, bundan sonra Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması və satışı ilə məşğul olması barədə 03 fevral 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasnda CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə birlikdə saat 10 radələrində Yevlax şəhəri Q.Əşrəfbəyov küçəsinə getmişlər. Saat 1030 radələrində Təqsirləndirilən şəxs3 Q.Əşrəfbəyov küçəsində yaşadığı evin yaxınlığında olduğunu görərərk sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu və üzərinə baxış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs3 yaşadığı evin yaxınlıqda olduğunu, küçədən gəlib-gedən şəxslərin görməməsi üçün üzərinə baxışın həmin küçədə keçirməmələrini xahiş etdiyi üçün Təqsirləndirilən şəxs3 Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən 33 manat pulu, əynindəki gödəkçənin cibindən 1 ədəd işıq kartını, “Bank Respublikaya” məxsus kartı və gödəkçənin sol yan cibindən 1 ədəd elekton tərəzini, 1 ədəd sellafon torbadakı bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükülünün içərisində heroin olduğunu və həmin heroini 25 manat pul qarşılığıında Bəhruzdan aldığını və almış olduğu heroinin bir hissəsini istifadə etdiyini, narkotik vasitə alan zaman isə satan şəxsin narkotikin çəkisində onu aldatmaması üçün isə elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Bir ədəd sellofan torbaya bükülmüş bükülü açıldıqda içəririsndə qəhvəyi rəngli çəkisinin 0,79 qram olduğu narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunan maddə bir ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvvəkili işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvvəkili işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 03.02.2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 izahatında üzərindən aşkar edilmiş narkotik maddəni Bəhruz adlı şəxsdən almasını bildirdiyi üçün həmin şəxsin xx xxxxxxxx 1986-cı il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə 03.02.2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid6 ilə birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri R.İbrahimov küçəsinə getmiş, saat 1430 radələrində Təqsirləndirilən şəxs1 küçədə olduğunu görərək birlikdə sonuncuya yaxınlaşmışlar. Bəjruz Novruzova qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu, üzərinə baxış keçirilmək zərurəti yarandığını izah etmişdir. Təqsirləndirilən şəxs1 küçədən gəlib-gedən şəxslər olduğuna görə baxışı həmin küçədə keçirməmələrini xahiş etmiş, bundan sonra sonuncunu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən bir ədəd “Kapital Banka” məxsus kart aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 25 manat pul qarşılığında Təqsirləndirilən şəxs3 1,0 qram narkotik vasitə-heroin satdığını və Təqsirləndirilən şəxs2 verməsi üçün əlavə olaraq 0.4 qram narkotik vasitə-heroini Təqsirləndirilən şəxs3 verdiyini, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 almış olduğu 15 manat pulu gətirərək ona verdiyini, bunun qarşılığında Təqsirləndirilən şəxs3 bir dəfə istifadə edə biləcək qədər heroin verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 Bəhruzun "xxxx" kartına 105 manat pul göndərdiyini, bunun qarşılığında Sadiqə 1,5 qram heroin verəcəyini söz verdiyini, yaxalanacağından qorxduğu üçün Sadiq onun hesabına 105 manat pulu göndərdikdən sonra 1,5 qram heroini Sadiqin evinin qarşısındakı dəmir vedrənin alt hissəsində gizlətdiyini, həmin narkotiki Sadiqin götürəcəyini, ancaq Sadiq tutulduğu üçün heroini götürə bilmədiyini, buna görə də narkotik vasitə olan heroini təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dediyi Sadiq Şixıyevin yaşadığı Yevlax şəhər Q.Əşrəfbəyov küçəsindəki 10 nömrəli binanın 8 nömrəli mənzilinin giriş qapısının yanına getmiş, orada Bəhruzun göstərdiyi dəmir vedrənin altına baxdıqda vedrənin altından 1 ədəd gümüşü rəngli siqaret kağızının bükülüsü aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükülün içərisində narkotik vasitə-heroin olduğunu demiş, bükülü açıldıqda içərisində qəhvəyi rəngli, çəkisi 1,86 qram olan narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı narkorik vasitə-heroinə bənzər maddəni bükülü olduğu siqaret kağızı ilə birlikdə bir ədəd zərfə qoyaraq qablaşdıdırb götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 17/89 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş... kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, sellofana bükülmüş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,286 qram, 0,283 qram, ümumi təmiz çəkisi – 0,569 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 17/90 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş narkotik.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki 01 ədəd sellofan bükümdə olan heroin ilə digər 01 ədəd zərfdəki sellofona bükülmüş 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlərin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 17/93 nömrəli rəyində göstərilmidir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 könüllü təqdim etdiyi narkotik.....” sözləri yazılmış zərfin içərisindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,537 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki gümüşü-ağ rəngli kağıza bükülmüş 02 ədəd sellofan bükümdə olan heroin ilə digər 02 ədəd zərflərdəki 01 ədəd sellofan və 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlərin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən 2 ədəd gümüşül rəngli kağız bükümdə bükümləri ilə birlikdə ümumi çəkisi 0,79 qram narkotik vasitə-heroin və 1 ədəd ağ rəngli kağız bükümüdə bükümü ilə birlikdə çəkisi 1,11 qram narkotik vasitə-marixuana aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın cibindən 2 ədəd beş manatlıq və 23 ədəd də bir manatlıq olmaqla 33 manat pul, əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd sellofan torbadakı bükümdə büküm ilə birlikdə çəkisi 0,79 qram narkotik vasitə-heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd "xxxx"a məxsus plastik kart aşkar edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 satmaq məqsədi ilə sonuncunun yaşadığı evin qarşısındakı dəmir vedrənin altına 1,5 qram heroin gizlətdiyini və həmin heroini təqdim edə biləcəyini bildirdiyi üçün Təqsirləndirilən şəxs3 yaşadığı Yevlax şəhər Q.Əşrəfbəyov küçəsində yerləşən 10 nömrəli binanın 8 nömrəli mənzilinin giriş qapısının qarşısına baxış keçirilən zaman həmin yerdəki vedrənin altından 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm ilə birlikdə çəkisi 1,86 qram narkotik vasitə-heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş "xxxx"ın 4169 7413 9403 3896 nömrəli plastik kartının kimə məxsus olması, 20 yanvar 2021-ci il tarixdə saat 00:00-dan 03 fevral 2021-ci il tarixdə saat 23:00-dək olan müddət ərzində karta hansı tarixlərdə pul köçürülməsi, həmçinin 02.02.2021-ci il tarixdə həmin kart hesabına 105 manat pulun köçürülməsini, həmin pulun karta nə vaxt və hardan köçürülməsi və həmin kartdan pulu çıxardan şəxslərin fotogörüntüləri barədə məlumatları özündə əks etdirən "xxxx" ASC-nin 22.04.2021-ci il tarixli 157000/2-1990 nömrəli məktubua və həmin məktubla daxil olan bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin kartdan həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs3 pul çıxartmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 341 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2019-cu il tarixdən həmin kabinetdə narkomaniya (heroin) diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 442 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 345 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 440 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 344 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 441 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin kabinetdə dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 1(039)- 22/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 7 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. Cinayət işinə əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)- 16/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Lakin həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün hökm qanuni qüvvəyə minməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 1(107)-162/2021 saylı hökmündən görünür ki, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 1(039)-16/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın xaric edilməsi hissədə ləğv edilərək yeni hökm çıxarılmış və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını hazırki cəzası ilə ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi 10/8 nömrəli evdə qyediyyatda olmaqla yaşayır, himayəsində 2018-ci ildə anadan olmuş Mellisa Şıxıyeva adlı azyaşlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında yaşamaqla himayəsində 31.12.2007-ci ildə doğulmuş Səma Orucova və 21.08.2012-ci ildə doğulmuş Ömər Orucov adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2120-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 1050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1450-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 02 fevral 2021-ci il tarixdən, saat 2100-dan hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və Yevlax rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə həbsdə qalma müddəti 01 (bir) ay müddətində uzadılmışdır. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 03 fevral 2021-ci il tarixdən, saat 1030-dan hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Yevlax rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə həbsdə qalma müddəti 01 (bir) ay müddətində uzadılmışdır. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 03 fevral 2021-ci il tarixdən, saat 1430-dan hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Yevlax rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə həbsdə qalma müddəti 01 (bir) ay müddətində uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Prokurorluğunun 18 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi faktına görə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini satmış, daha sonra Təqsirləndirilən şəxs1 təkrar olaraq Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroini satmışdır. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan təqsirləndirilən şəxslərin video çəkilişlə etirafedici ifadələri, məhkəmə kimyəvi ekspertizasının rəyləri həmçinin Təqsirləndirilən şəxs1 aşkar olunmuş Kapital Banka məxsus kartdan həm sonuncunun, həm də Təqsirləndirilən şəxs3 pul çıxartmasını təsdiq edən fotogörüntülər və işdə olan digər sənədlər təsdiq edir. Bundan başqa məhkəmə kollgeiyası həmçinin Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş aşkar olunmuş narkotik vasitənin iki növdə olmasına görə onun həmin narkotik vasitələri satış məqsədilə saxlaması qənaətinə gəlir. Məhkəmə kollegoyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə də tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir və təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadəni işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin residividir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Eyni zamanda CM-in 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 1(107)-162/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin aləti olmuş bir ədəd tərəzi, bir ədəd "xxxx"a məxsus 4169 7413 9403 3896 nömrəli plastik kart və cinayət yolu ilə əldə edilmiş 15 manat pul xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 251,76 AZN (iki yüz əlli bir manat, yetmiş altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 83,92 AZN (səksən üç manat doxsan iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,487 qram narkotik vasitə - heroin, 0,619 qram narkotik vasitə -heroin, 0,196 qram narkotik vasitə heroin, 0,193 qram narkotik vasitə - heroin və 0,77 qram miqdarında narkotik vasitəqurudulmuş marixuana məhv edilməli, 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. CM-in 66.5-ci maddəsinə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 1(107)-162/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 03 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs1 Kamran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Kamran oğlu cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 03 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Kamran oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Kamran oğlu narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə məhkəmə məsrəfi olan 251,76 AZN (iki yüz əlli bir manat, yetmiş altı qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 83,92 AZN (səksən üç manat doxsan iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,487 qram narkotik vasitə - heroin, 0,619 qram narkotik vasitə -heroin, 0,196 qram narkotik vasitə heroin, 0,193 qram narkotik vasitə - heroin və 0,77 qram miqdarında narkotik vasitəqurudulmuş marixuana məhv edilsin, 10 (on) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin aləti olmuş bir ədəd tərəzi, bir ədəd "xxxx"a məxsus 4169 7413 9403 3896 nömrəli plastik kart və cinayət yolu ilə əldə edilmiş 15 manat pul xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar