Məhkəmə qərarları › İş №1(091)-142/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-142/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-142/2023 30.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Balakən şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan “Şahbur” adlı şəxslə, eləcə də istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik vasitə olan heroini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisindəki “Beş bulaq” adlanan yerdəki mişar daşlarının arasında gizlətdiyi 1(bir) ədəd göy rəngli polietilen torbada olan üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 2230 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə günorta saatlarında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. 25 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağcayev X2 RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 1815 dəqiqədən saat 1845 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda, yəni üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 2230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əlindəki 1(bir) ədəd göy rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə Balakən rayonuna gəlmiş, 21 yanvar tarixində Yaqub adlı şəxs ona narkotik vasitə olduğunu bildirdikdən sonra maddi vəziyyəti pis olduğuna görə sonuncu ilə razılaşmışdır. Yaqub onu 17 il həbsdə olmuş tanışı Fedya adlı şəxslə tanış etmiş, sonuncu isə onu İran İslam Respublikasının vətəndaşı ilə tanış etmişdir. 25 yanvar 2023-cü il tarixdə həmin İran İslam Respublikasının vətəndaşı ona şəkil ataraq narkotik vasitənin yerini bildirmiş, Şahmar adlı şəxslə sonuncunun dəvət etdiyi taksi ilə narkotik vasitənin olduğu yerə getmiş, həmin yerdə olarkən polis əməkdaşları onları saxlayaraq Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Narkotik vasitənin satışı ilə məşğul olmamış, ona görə də özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, tutulmamışdan təxminən iki ay əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Şahbur” kimi tanıdığı şəxslə sonuncuya məxsus olan +98 901 181-06-21 saylı mobil nömrəsilə whatsapp proqramı vasitəsilə yazışarkən Şahbur ondan Balakən rayonu ərazisinə qoyulacaq narkotik vasitəni Bakı şəhəri N.Nərimanov metro stansiyasının yaxınlığına apara bilib-bilməyəcəyini soruşmuş, sonuncunun təklifi ilə razılaşdıqda Şahpur ona bunun müqabilində ona 2.000 manat pul verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şahbur ona whatsapp proqramı vasitəsilə mesaj yazaraq xx.xx.2023-cü il tarixdə telefonuna narkotik vasitənin qoyulacağı yerin fotoşəkillərini göndərəcəyini dedikdən sonra xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin fotoşəkilləri ona göndərmişdir. Fotoşəkildəki yerin Balakən rayonundan Zaqatala rayonu istiqamətinə gedən yolun kənarında, Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisindəki “beş bulaq” adlanan ərazinin olduğunu, həmçinin bir ədəd göy rəngli sellofan torbanın qoyulduğu yerin həmin “beş bulaq” adlanan ərazidə fəaliyyət göstərməyən restoranın həyətindəki mişar daşlarının arası olduğunu bilmişdir. Şahbur ona həmin göy rəngli sellofan torbada narkotik vasitə heroin olduğunu bildirərək həmin narkotik vasitəni götürüb Bakı şəhərində özünün sonradan bildirəcəyi ünvana aparıb çatdırmasını bildirmiş, qeyd olunan əraziyə tək getmək istəmədiyindən xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Balakən şəhər sakini Şahid1 zəng edərək sonuncu ilə işi olduğunu bildirib Balakən şəhər ərazisində yerləşən mərkəzi bazarın yaxınlığındakı kafedə görüşməyi təklif etmiş, kafedə görüşən zaman Şahmara Bakı şəhərindən gələn tanışlarının avtomaşında onun paltarlarının olduğunu, həmin şəxslər Bakı şəhərinə təcili geri qayıtmalı olduqları üçün həmin paltarı Balakən rayonundan Zaqatala rayon istiqamətinə gedən yolun üzərində yerləşən “beş bulaq” adlanan ərazidəki, Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində yolun kənarına qoyduqlarını, əgər vaxtı varsa onunla birlikdə gedərək həmin paltarı götürməyini xahiş etmişdir. Şahmar onun dedikləri ilə razılaşaraq birlikdə H.Əliyev prospektində yoldan keçən tanımadığı taksiyə əyləşərək “beş bulaq” adlanan əraziyə getmiş, avtomobildən düşdükdən sonra Şahmara yolun kənarında dayanmasını, özünün isə paltar olan torbanı götürüb gələcəyini bildirmişdir. Bundan sonra Şahburun telefonuna göndərdiyi şəkilə baxıb həmin yerə yaxınlaşarkən həmin yerdə olan mişar daşlarının ara hissəsindəki bir ədəd göy rəngli sellofan torbanı götürüb yenidən Şahmara tərəf yaxınlaşmış, Şahmar ilə Balakən şəhəri istiqamətinə piyada hərəkət edərək yenidən yolla keçən taksi saxlatmaq istəyərkən Balakən rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onları Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı içərisində narkorik vasitə olan 01 ədəd göy rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Göy rəngli sellofan torbanın içərisinə baxış keçirlən zaman torbanın içərisində yapışqanlı lentlə bağlanmış digər bir qara rəngli və həmin qara rəngli sellofanın içərisində də şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin yapışqanlı lentlə bağlanmış iki ədəd sellofana bükülmüş narkotik vasitə heroin üzərlərindəki göy rəngli sellofan torba ilə birlikdə elektron tərəzidə ölçülən zaman çəkisi 2 kq 395 qram təşkil etmişdir. Göy rəngli sellofan torbanın içərisindəki yapışqanlı lentlə bağlanmış qara rəngli sellofanın içərisindəki digər bir şəffaf sellofana bükülmüş narkotik vasitə heroin bir ədəd zərfə qoyulub qablaşdırıldıqdan sonra görürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, onunla işi olduğunu, bunun üçün Balakən şəhəri ərazisində yerləşən mərkəzi bazar yaxınlığındakı kafedə görüşməyi təklif etmiş, Vüqarla razılaşaraq kafedə sonuncu ilə görüşərkən Vüqar ona Bakı şəhərindən gələn tanışlarının avtomaşında paltarının olduğunu, həmin şəxslər Bakı şəhərinə təcili qayıtdıqları üçün paltarını götürməyi unutduğunu və paltarını Balakən rayonundan Zaqatala rayon istiqamətinə gedən yolun üzərində yerləşən “beş bulaq” adlanan ərazidə yolun kənarına qoyduqlarını bildirərək birlikdə gedərək həmin paltarı götürməyi ondan xahiş etmişdir. Vüqarla razlaşdıqdan sonra Balakən şəhəri H.Əliyev prospektində yoldan keçən tanımadığı taksiyə əyləşərək “beş bulaq” adlanan əraziyə getmiş, avtomobildən düşdükdən sonra Vüqar ona yolun kənarında dayanmasını, özü paltar olan torbanı götürüb gələcəyini bildirmişdir. Mobil telefonuna zəng gəldiyi üçün kənara çəkilib telefonla danışmağa başlamış, təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs həmin yerdə olan hazırda fəaliyyət göstərməyən restoranın həyətindən əlində göy rəngli sellefon torba ilə onun yanına gəlib paltarını götürdüyünü və geri qayıda biləcəklərini demişdir. Bundan sonra onlar yenidən yolla keçən hər hansı taksi ilə Balakən şəhərinə gəlmək üçün piyada hərəkət edərkən Balakən rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə onları Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra şübhəli şəxsi kimi dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmiş, sonradan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki sellofan torbada narkotik vasitə heroin aşkar edildiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 25 yanvar 2023-cü il tarixdə saat 17 radələrində rayonun Qullar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq daşıması barədə Balakən rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs və həmin vaxt sonuncunun yanında olan Şahid1 Balakən şəhərindən Zaqatala rayonu istiqamətinə gedən yolun üzərindəki Beş bulaq adlanan ərazidə saxlanılaraq polis şöbəsinə gətirilmiş, rayon X9 Ağcayev şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı və çəkisi 2 kq 295 qr olan bir ədəd göy rəngli sellofan torbanın içərisindən yapışqanlı lentlə sarınmış və üzərində böyük hərflərlə AZZ yazılmış qara rəngli bağlamada narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütləni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin İran vətəndaşı ilə İnstaqram sosial şəbəkəsində tanış olduğunu, daha sonra whatsapp proqramı vasitəsilə əlaqə saxladığını, həmin narkotik vasitə olan bağlamanı “Beş bulaq” adlanan ərazidən götürüb 2000 manat müqabilində Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X8 Təhlükəsizlik Bölməsinin polis nəfəri işləyən Şahid4, Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid5 və Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 16/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə..." sözləri və imzalar kağız paketdəki, 1 (bir) ədəd göy rəngli polietilen torbada olan üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 2230 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli 374 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 333.1, və 335.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 25 yanvar 2023-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisində yapışqanlı lentlə sarılmış və üzərində böyük hərflərlə “AZZ” yazılmış qara rəngli torbada çəkisi 2 kq 395 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1755-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağcayev X2 rayonu Qullar kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Balakən rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, PHŞ-6-27/2- 58/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs MRX-nin poliklinika şöbəsində narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-in 32.5, 206.3.2-ci maddəsi ilə olan ittihamdan imtina etmiş, məhkəmənin 30 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qarşı isə irəli sürülmüş CM-in 32.5, 206.3.2-ci maddəsi olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi ilə saxlamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, aşkar olunan narkotik vasitənin miqdarı, şəxsin maddi maraq qarşılığında həmin narkotik vasitəni götürməyə gəlməsini bildirməsi və özünün də təsdiq etdiyi kimi İran İslam Respublikasının ona bildirdiyi yerə gedərək narkotik vasitəni götürmək istəməsi onun narkotik vasitəni qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə satış məqsədilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1. və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 2229,8 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar