Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-142/2024 31.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 31 avqust 1973-cü ildə Qazax rayonunun Dağkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 49,607 qram külli miqdarda narkotik vasitə heroini və 0,015 qram miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək həmin narkotik vasitə heroindən üç ədəd ayrı-ayrı sellofan bükümlərdə olmaqla 0,463 qram, 0,220 qram, 0,248 qram miqdarında olan hissələrini və 0,015 qram miqdarda psixotrop maddə metamfetamini üzərində, 48,676 qram külli miqdarda narkotik vasitə heroini isə Şahid4 məxsus “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının arxa hissəsində olan cibində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 18 noyabr 2023cü il tarixdə saat 22:30 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində Şahid4 idarə etdiyi “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsindən regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində 19 noyabr 2023-cü il tarixdə saat 00:20-dən 00:37-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Yevlax Rayon Polis Şöbəsində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı 03 ədəd ayrı-ayrı sellofan bükümlərdə təmiz çəkiləri 0,463 qram, 0,220 qram, 0,248 qram miqdarda narkotik vasitə heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,015 qram miqdarda psixotrop maddə metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, bundan sonra 19 noyabr 2023-cü il tarixdə saat 01:15-dən 01:31-dək olan müddətdə Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Şahid4 məxsus “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının arxa hissəsində yerləşən ciblikdən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 01 ədəd “West” markalı siqaret qutusunda olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 48,676 qram külli miqdarda narkotik vasitə heroin və həmin yerdən üzərində heroin hissəcikləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamini narkotik vasitə heroinin içərisinə əlavə edib istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İstifadəsində 055 ***-**-** mobil telefon nömrəsi olmuş, lakin 055 ***-**-** mobil telefon nömrəsi ona məxsus olmamış və X4 məxsus olmuşdur. 070 ***-**-** mobil telefon nömrəsindən ona mesaj yazılsa da o, həmin mesaja cavab verməmişdir. 2023-cü ilin avqust ayında Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, lakin həmin vaxt narkotik vasitənin ona məxsus olmaması və onun cibinə yerləşdirilməsi sübut olunduğu üçün həmin cinayət işi üzrə icraata xitam verilmiş və bu zaman onu polis şöbəsinə gətirən əməkdaş ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən tutulacağını deyərək onu hədələmişdir. “Facebook” sosial şəbəkəsi vasitəsilə Bəhram adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs ona əvvəllər də ayrı-ayrı bükümlərə bölünmüş halda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərmişdir. Bundan sonra yenidən Bəhrəm adlı şəxs ona narkotik vasitəni qoyduğu yerin koordinatlarını göndərmiş və o da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olan zaman qeyd olunan yerə gedib narkotik vasitəni götürmüşdür. 18 noyabr 2023-cü il tarixdə Bakı şəhərindən Ağstafa rayonuna qayıdarkən Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun ərazisində yerləşən X9 stasionar postunda polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt onun üzərindən dörd büküm aşkar olunmuş, bükümlərdən üç ədədinin içərisində narkotik vasitə heroin, bir ədədinin içərisində isə psixotrop maddə metamfetamin olmuş və qeyd olunan bükümlər ona məxsus olmuşdur. Lakin həmin vaxt avtomobilin içərisində elektron tərəzi və digər narkotik vasitə heroin olmamışdır. Həmin stasionar postun ərazisində avtomobilə baxış keçirilmiş və bu zaman avtomobildən tərəzi və narkotik vasitə aşkar edilmişdir. Şahid2 və digər polis əməkdaşları ona qarşı fiziki təsir-təzyiq göstərərək sinə nahiyəsinə təpik zərbəsi vurduqları üçün ona qarşı zor tətbiq olunmamasını və hər bir sənədə imza edəcəyini demişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu üçün avtomobildən aşkar olunmuş elektron tərəzinin və narkotik vasitənin də özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunması nəticəsində onun bədəni üzərində hər hansı xəsarət yaranmamış, lakin narkotik istifadən istifadə etməsi nəticəsində ayağında xəsarətlər yaranmışdır. İbtidai araşdırma zamanı ifadəsi ona oxunmamış, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər bağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir və son vaxtlar narkotik vasitə və psixotrop maddəni təxminən 3-4 ay bundan əvvəl “Facebook” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan və adını “Bəhrəm” kimi bildiyi şəxsdən almışdır. Onda olan narkotik vasitənin çəkisi azaldığı üçün o, yenidən 17 noyabr 2023-cü il tarixdə “WhatsApp” tətbiqi vasitəsi ilə “Bəhrəm” adlı şəxslə danışmış, sonuncunun plastik bank kartının hesabına 500 manat pul köçürmüş və qalan 1500 manat pulu isə sonradan verəcəyini demişdir. Bəhrəm adlı şəxs narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən götürə biləcəyini dediyi üçün o, tanıdığı və taksi fəaliyyəti ilə məşğul olan Şahid4 zəng etmiş və 18 noyabr 2023-cü il tarixdə onu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparacağı halda 180 manat pul verəcəyini təklif etmişdir. Şahid4 da onun bu təklifi ilə razılaşmış və 18 noyabr 2023-cü il tarixdə səhər saatlarında sonuncuya məxsus olan avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişlər. Bu zaman o, həm özü istifadə etdiyi, həm də satdığı narkotik vasitələri çəkmək üçün elektron tərəzini, habelə bir neçə gün əvvəl Bəhrəm adlı şəxsdən aldığı və istifadə etdikdən sonra qalmış 03 büküm narkotik vasitə heroini və 01 büküm psixotrop maddə metamfetamini də özü ilə götürmüş və 18 noyabr 2023-cü il tarixdə saat təxminəm saat 17 radələrində “Bəhrəm” adlı şəxsin onun “WhatsApp” tətbiqinə göndərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişlər. Oraya çatdıqdan sonra Şahid4 dostu ilə görüşəcəyini və burada gözləməsini deyərək avtomobildən düşmüş və piyada oradan uzaqlaşaraq narkotik vasitənin olduğu yerə getmişdir. Daha sonra oradan narkotik vasitəni götürmüş, özü ilə apardığı elektron tərəzi vasitəsilə çəkən zaman çəkisinin 50 qram olması ona məlum olmuşdur. Bundan sonra o, yenidən avtomobilin yanına getmiş və Şahid4 rayona qayıda biləcəklərini demişdir. O, yolda həmin narkotik vasitəni və elektron tərəzini avtomobilin sol arxa tərəfindən sürücü oturacağının arxasında olan cibə qoymuş, lakin həmin vaxt qeyd olunan narkotik vasitə siqaret qutusunun içərisində olduğundan Şahid4 siqaret olduğunu zənn etmiş, habelə elektron tərəzini də narkotik vasitə ilə birlikdə Şahid4 bildirmədən oraya qoymuşdur. Bundan sonra Şahid4 məxsus olan avtomobillə Ağstafa rayonu istiqamətində hərəkətə başlamışlar və həmin tarixdə saat 22:30 radələrində Yevlax rayonunun ərazisində yerləşən Yol-patrul xidmətinin stasionar postundan keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmışlar. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 03 ədəd ayrı-ayrı sellofan bükümlərdə olan narkotik vasitə heroinlər və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu zaman o, Şahid4 məxsus olan “Opel Astra” markalı avtomobildə də narkotik vasitə saxladığını bildirmiş, bundan sonra isə onun və Şahid4 iştirakı ilə “Opel Astra” markalı avtomobilə baxış keçirilən zaman sonuncuya məxsus olan avtomobilin sürücü oturacağının arxasındakı cibə qoymuş olduğu narkotik vasitə heroin və bir ədəd eletron tərəzi aşkar edilmiş, həmin narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmiş və həm narkotik vasitə heroin, həm də elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, habelə “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi ona məxsus olmuş, “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan narkotik vasitə olan heroini 18 noyabr 2023-cü il tarixdə 2000 manat pulun qarşılığında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən götürmüş, qeyd olunan elektron tərəzi isə ona məxsus olmaqla uzun müddətdir onda olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, habelə “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə edərkən niyyəti bir hissəsini özü istifadə etmək, bir hissəsini isə sataraq qazanc əldə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs 2-3 ildir tanımışdır. 18 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparmış və həmin tarixdə Ağstafa rayonuna qayıdarkən Yevlax şəhərində yerləşən stasionar postda polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Bundan sonra Yevlax RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən narkotik vasitə və psixotrop maddə, ardınca isə ona məxsus olan avtomobilə baxış keçirilən zaman avtomobildən Təqsirləndirilən şəxs qoymuş olduğu narkotik vasitə və elektron tərəzi aşkar olunmuş və müvafiq qaydada götürülmüşdür. O, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, sonuncu ilə hər hansı qaydada əlbir olmamış və sonuncunun üzərində və onun avtomobilində saxlamış olduğu narkotik vasitə və psixotrop maddə ilə bağlı onun məlumatı olmamışdır. 19 noyabr 2023-cü il tarixdə Yevlax RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 03 ədəd bükümlərdə olan narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, həmçinin onun avtomobilinin sürücü oturacağının arxasındakı cibdə olan külli miqdarda narkotik vasitə heroin və bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs məxsus olmuş, müvafiq haqq alaraq sonuncunu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparıb gətirmiş, sonuncunun üzərində narkotik vasitə və psixotrop maddə, onun avtomobilində isə narkotik vasitə və elektron tərəzi olmasından məlumatı olmamış və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və onun avtomobilinə baxış keçirilərkən bu barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 18 noyabr 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30 radələrində Şahid4 ilə birlikdə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində sonuncuya məxsus “Opel Astra" markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan üç ədəd sellofan büküm və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd boz rəngli kağız büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs 03 ədəd sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə heroin, bir ədəd boz rəngli kağız bükümün içərisində olan kütlənin isə psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitə və psixotrop maddəni həm şəxsi istifadəsi, həm də satmaq niyyəti ilə əldə etdiyini və qeyd olunan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələri “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Bəhrəm adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilən zaman narkotik vasitə heroinin çəkisinin 1,29 qram, psixotrop maddə metamfetaminin çəkisinin isə 0,16 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid4 məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə heroin olduğunu, həmin heroini Şahid4 xəbəri olmadan sonuncuya məxsus avtomobildə saxladığını, onun üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olmasından və Şahid4 məxsus avtomobildə narkotik vasitə heroin saxlamasından Şahid4 məlumatının olmadığını qeyd etmişdir. Daha sonra Şahid4 məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin sol oturacağının arxa hissəsindəki cibdən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd “West” markalı siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs “West” markalı siqaret qutusunun içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 18 noyabr 2023-cu il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olan zaman Bəhrəm adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və təqdim etdiyi elektron tərəzi ilə narkotik vasitə heroini çəkdiyini bildirmişdir. Daha sonra narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 51,46 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 noyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 noyabr 2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə daxil olmuş məlumat əsasında Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs və Şahid4 həmin tarixdə saat 22:30 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində sonuncuya məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 03 ədəd ayrı-ayrı sellofan bükümlərdə olan narkotik vasitə heroinə bənzər və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin, Təqsirləndirilən şəxs və Şahid4 iştirakı ilə sonuncuya məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sonuncuya məxsus olan avtomobilin sürücü oturacağının arxa hissəsindəki cibdən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd “West” markalı siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 19 noyabr 2023-cü il tarixli 16/1193 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,015 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd qara sellofan bükümdə və 02 (iki) ədəd ağ sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0,220 qram, 0,248 qram olmaqla, ümumi təmiz çəkisi 0,931 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “West” markalı siqaret qutusunda olan 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 48,676 qram olan qəhvəyi rəngli yapışqan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr” yazı və imzalar olan kağız paketdəki heroinlərlə tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə 16 sentyabr 2023-cü il tarixdə 18:10:06-da X4 məxsus olan 070 ***-**-** mobil telefon nömrəsindən “AJ. dajl. salam. 20. ma. var. nasa. elamaj. olar. vallah. pulum. joxdu. gor. nasa. elamak. olar”. məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 07 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə üzərindən və Şahid4 məxsus “Opel Astra” markalı, **-TV-*** nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin Təqsirləndirilən şəxs məxsus olması, onun həmin narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə üzərində saxlaması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması müəyyən olunmuş, lakin onun həmin narkotik vasitə heroinləri və psixotrop maddə metamfetamini nə vaxt, haradan və kimdən almasını müəyyən etmək mümkün olmamışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin tarixdə qeyd olunan cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 67-ci bəndinə əsasən isə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar, 118-ci bəndinə əsasən isə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 49,607 qram narkotik vasitə heroini və 0,015 qram psixotrop maddə metamfetamini heroini əldə etmiş və saxlamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 67-ci bəndinə əsasən isə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitənin külli miqdarı və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş, müvafiq olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) və psixotrop maddələrə aid olan İİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 18 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs qeyd olunan tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə 19 noyabr 2023-cü il tarixdə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 19 noyabr 2023-cü il tarixdə Şahid4 məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman oradan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 19 noyabr 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, habelə həmin tarixdə Şahid4 məxsus olan “Opel Astra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək satış məqsədilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz əldə etdiyini və saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər psixotrop maddə metamfetamini narkotik vasitə heroinin içərisinə əlavə edib istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istifadəsində 055 ***-**-** mobil telefon nömrəsinin olduğunu, lakin 055 ***-**-** mobil telefon nömrəsinin ona məxsus olmadığını və X4 məxsus olduğunu, 070 ***- **-** mobil telefon nömrəsindən ona mesaj yazılmasına baxmayaraq, həmin mesaja cavab vermədiyini, 2023-cü ilin avqust ayında Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu, lakin həmin vaxt narkotik vasitənin ona məxsus olmaması və onun cibinə yerləşdirilməsi sübut olunduğu üçün həmin cinayət işi üzrə icraata xitam verildiyini, bu zaman onu polis şöbəsinə gətirən əməkdaşın ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən tutulacağını deyərək onu hədələdiyini, “Facebook” sosial şəbəkəsi vasitəsilə Bəhram adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin ona əvvəllər də ayrı-ayrı bükümlərə bölünmüş halda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərdiyini, bundan sonra yenidən Bəhrəm adlı şəxsin ona narkotik vasitəni qoyduğu yerin koordinatlarını göndərdiyini, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində olan zaman qeyd olunan yerə gedib narkotik vasitəni götürdüyünü, 18 noyabr 2023-cü il tarixdə Ağstafa rayonuna qayıdarkən Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun ərazisində yerləşən X9 stasionar postunda polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt üzərindən dörd bükümün aşkar olunduğunu, bükümlərdən üç ədədinin içərisində narkotik vasitə heroinin, bir ədədinin içərisində isə psixotrop maddə metamfetaminin olduğunu, qeyd olunan bükümlərin ona məxsus olduğunu, lakin həmin vaxt avtomobilin içərisində elektron tərəzinin və digər narkotik vasitə heroinin olmadığını, həmin stasionar postun ərazisində avtomobilə baxış keçirildiyini, bu zaman avtomobildən tərəzinin və narkotik vasitənin aşkar edildiyini, Şahid2 və digər polis əməkdaşları ona qarşı fiziki təsir-təzyiq göstərərək sinə nahiyəsinə təpik zərbəsi vurduqları üçün ona qarşı zor tətbiq olunmamasını və hər bir sənədə imza edəcəyini dediyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğu üçün avtomobildən aşkar olunmuş elektron tərəzinin və narkotik vasitənin də özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunması nəticəsində onun bədəni üzərində hər hansı xəsarətin yaranmadığını, lakin narkotik istifadən istifadə etməsi nəticəsində ayağında xəsarətlərin yarandığını, ibtidai araşdırma zamanı ifadəsinin ona oxunmadığını və polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər bağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman məhkəməyə məlumat verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman, habelə avtomobilə baxış keçirilərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollarda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, İsayev X6 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin həbs olunmamışdan əvvəl aldığı “sol saiddə, qarının ön səthində çoxsaylı kəsilmiş köhnə çapıq toxumalar, hər iki yuxarı və aşağı ətraflarda inyeksiyadan sonrakı trofiki yaralar” xəsarətləri aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saiddə, qarının ön səthində çoxsaylı kəsilmiş köhnə çapıq toxumalar, hər iki yuxarı və aşağı ətraflarda inyeksiyadan sonrakı trofiki yaralar” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 18 noyabr 2023-cü il tarixdə saat 22:30-da gətirilmişdir. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefona baxış keçirilən zaman mobil telefonunun daxilində 055 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələrinin olması müəyyən olunmuşdur. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk diskdə olan məlumatdan da görünür ki, X2 istifadəsində olan 055 344-71-01 mobil telefon nömrəsindən 055 ***-**-** mobil telefon nömrəsinə “Araz sa qurvan olom natani konlunu al onu tek qoyma sa qurvan olaram.ne deyisen eliyim birce onu yeyesiz qoyma. senol o seni ozune arxa dayax bilir. Qelbin” məzmunlu mesaj göndərilməsi də 055 ***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olduğunu təsdiq edir. Qeyd olunanlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, özünü təqsirli bilərək narkotik vasitələrdən əziyyət çəkdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin müxtəlif növdə olmasını, habelə telefon məlumatlarına əsasən onunla digər şəxsin arasında narkotik vasitənin satışı ilə bağlı yazının olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, İsayev X5 rayonunun Dağ Kəsmən kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər bir neçə dəfə məhkum olunmuşdur və sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə CM-in 178.2.2 və 66.3-cü maddələrinə dair müddəalar xaric edilmiş və 23 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı 18 noyabr 2023-cü il tarixdə saat 22:30-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə olmaqla 01 aprel 2024cü il tarixədək uzadılmışdır. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 dekabr 2023-cü il tarixli 2035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 dekabr 2023cü il tarixli 18-1-24/2-700/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 dekabr 2023-cü il tarixli 18-1-24/2-700/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixiatrik kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə 49,407 qram narkotik vasitə heroin və 0,005 qram psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuş və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk olmaqla, ümumilikdə üç ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ Siyahısının 27-ci bəndinə əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 49,407 qram narkotik vasitə heroin və 0,005 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk olmaqla, ümumilikdə üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 60,80 (altmış manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 49,407 qram narkotik vasitə heroin və 0,005 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk olmaqla, ümumilikdə üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-142/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-142/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver