Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-142/2025 30.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X11, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qəbələ rayon Həmzəli kənd tam orta məktəbin 11-ci sinifində təhsil alan, işsiz, əvvəllər məhkum olunmamış, yetkinlik yaşına çatmayan, Qəbələ rayon Həmzəli kəndində pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 yaşı tamam olmaqla, lakin yetkinlik yaşına çatmayan halda xx.xx.2024-cü il tarixdə saat 13:57-dən başlayaraq xx.xx.2024-cü il tarixdə saat 01:45 radələrinə kimi olan müddət ərzində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən həmkəndlisi və əvvəlcədən anası Şahid1 ilə aralarında olan mübahisələr nəticəsində küsülü və ailə üzvləri ilə ədavətli olan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng edərək Zərərçəkmiş şəxs digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası Şahid1, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirib, bu barədə ona iradını bildirmiş, daha sonra xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Zərərçəkmiş şəxsla Qəbələ şəhəri Nizami Gəncəvi küçəsində yerləşən “Park Market” adlı supermarketin qarşısında görüşüb orada həmin mövzu ilə əlaqədar mübahisəni davam etdirmiş, bundan sonra saat 03 radələrində Zərərçəkmiş şəxs təklifi ilə onunla birlikdə sonuncunun idarə etdiyi Mercedes Benz E 270 CDİ sedan marka və modelli, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri Həzi Aslanov küçəsində yerləşən X3 inzibati binasının arxa hissəsinə gəlib, orada həmin mövzu ilə əlaqədar əvvəlcə avtomobildə, ardınca avtomobildən yerə düşərək mübahisəni davam etdirərkən əvvəlcədən Qəbələ şəhəri X12 küçəsində yerləşən “Oba” adlı marketdən xx.xx.2024-cü il tarixdə 01:22:57-də alıb üzərində apardığı mətbəx bıçağını şalvarının sağ yan cibindən çıxararaq həmin bıçaqla Zərərçəkmiş şəxs qarının ön sağ aşağı qasıq nahiyyəsindən və sağ said nahiyyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya qarının ön sağ aşağı qasıq nahiyyəsindən qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin, sidik kisəsinin və sağ qalça venasının deşilmiş-kəsilmiş yarası, daxili qanaxma, qanaxmadan sonrakı şok və sağ saidin ön aşağı 1/3-nin kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. Zamiq onların ailələrində söz-söhbət yaratmışdır. Belə ki, Zamiq anasının əxlaqsız olduğunu bildirmiş və təhqir etmişdir. Dəfələrlə onunla söhbət etməyinə baxmayaraq, əməlindən əl çəkməmişdir. Sonuncu dəfə Zamiqlə görüşən vaxt, ondan niyə belə etdiyini soruşmuşdur. Zamiq onu təhqir etmiş və üzərinə gəlmişdir. Ona görə də, məlum hadisə baş vermişdir. Zamiq mütəmadi olaraq anası və bacısı haqqında hər yerdə danışmış, ailəsini təhqir etmişdir. Hadisə günü Zamiqlə marketin yanında söhbət etmişdir. Sonra onu parka dəvət etmişdir. Parkda Zamiqlə əlbəyaxa dava etmişlər. Zamiq onu təhqir etmiş və üstünə gəlmişdir. O da onu bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, səhv etmirsə, Zamiqin 40 yaşı var. Zamiq anasına əxlaqsız demişdir. Özünə sığışdıra bilməmişdir. Sinif yoldaşlarının içində utanmış və pis vəziyyətdə qalmışdır. Zamiq anasına və bacısına əxlaqsız demişdir. Hadisə günü Zamiqə zəng edib görüşmüşdür. Təxminən 3-4 ildir Zamiq ailəni təhqir edir. Onunla münaqişə uzun zamandır davam etməkdə idi. 3-4 il ərzində Zamiqlə görüşməmişdir. Birinci dəfədir ki, Zamiqlə görüşürmüş. Hadisə günü biraz içkili olmuşdur. Zamiqin yanında heç kim olmamışdır. Zamiq tək olmuşdur. Evdə bıçaq olmamışdır. Ona görə marketdən bıçaq almışdır. Bıçağı evə aparasıymış. Elə olmuşdur ki, həmin günü Zamiqlə görüşəsi olmuş və məlum hadisə baş vermişdir. Bıçaq açılıb-qatlanan bıçaq olmamışdır. Bıçaq meyvə bıçağı olmuşdur. Bıçağı sağ cibinə qoymuşdur. Bıçağın kəsən yeri yuxarı vəziyyətdə cibinə qoymuşdur. Görüşən vaxt Zamiqdə açılıb-bağlanan bıçaq olmuşdur. Hadisə günü Zamiq bıçaqla üzərinə gəlmişdir. Sonra bıçağı qatlayıb cibinə qoymuşdur. Zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Zərərçəkmiş şəxsə cəmi bir dəfə bıçaqla zərbə vurmuşdur. Zamiq bıçaq zərbəsindən sonra maşına əyləşib hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra polis əməkdaşlarını görüb onlara hadisəni danışmışdır. Ailə söhbətləri olmamışdan əvvəl Zamiqlə aralarında narazıçılıq olmamışdır. Zamiq ailəsinə söz atmağa başlamışdır. Hadisə günü Zamiq üzərinə gəlmişdir. Onu yumruqla vurmaq istəmişdir. Hətta maşından bıçaq çıxarıb üzərinə gəlmək istəmişdir. O da məhz bu səbəbdən bıçaqdan istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Zamiq maşından bıçaq götürüb üzərinə gəlmək istəmişdir. Sonra bıçağı cibinə qoymuşdur. Zamiq bıçaqla üzərinə gəlmişdir. Sonra bıçağı bağlayıb cibinə qoymuşdur. Həmin vaxt onun əlində bıçaq olmamışdır. Sonradan təkrar üzərinə gəlmiş və ailəsini təhqir etmişdir. Bundan sonra bıçaq çıxartmışdır. Parka getməyi Zamiq təklif etmişdir. Bıçaq sağ cibində olmuşdur. Bıçaq cibində görünməmişdirş. Zamiq bıçaq çıxarıb üzərinə gəlmişdir. Sonra bıçağı qatlayıb cibinə qoymuşdur. Daha sonra yumruqla üzərinə gəlib onu təhqir etməyə başlamışdır. Həmin vaxt bıçağı çıxartmış və bilməyərəkdən hadisəni törətmişdir. Yəni özündə olmamışdır. Zamiq boyca ondan hündürdür. Bıçağı marketdən götürmüşdür. Bıçağı pulla almışdır. Zamiqə zəng etmədən əvvəl marketdən bıçaq almışdır. Bıçağı evdən heç kim istəməmişdir. Alma soyarkən görmüşdür ki, bıçağın ağız nahiyyəsi kəsmir. Onunda bir anda ağlına gəlmişdir. Ona görə də, marketdən bıçaq almaq qərarına gəlmişdir. Evə hər şeyi atası və anası alırmış. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əbülfət ona zəng edərək bildirmişdir ki, onlara gələn şəxslərə ailəsinin pozğun olduğunu demişdir. O da belə bir söz demədiyini, həmin adamlarla üzləşmək istədiyini qeyd etmişdir. Gecə saat 12-1 radələrində Əbülfət ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O da Əbülfətin olduğu yerə getmişdir. Əbülfət həmin adamların gəlmədiyini bildirmişdir. Həmin adamların nömrəsini istəmişdir ki, zəng etsin çağırsın. Əbülfət həmin şəxslərin nömrələrini bilmədiyini bildirmişdir. Əbülfətlə biraz söhbət etmişlər. Ona başa salmışdır ki, o, elə bir söz deməmişdir. Yolun kənarında olan şəxsdən siqaret alıb maşına doğru gəlmişdir. Əbülfətin maşınının yanında gözlədiyini görmüşdür. Əbülfətə kəndə gedib-getmədiyini soruşmuşdur. Əbülfət kəndə getmədiyini bildirmişdir. Daha sonra ona başqa sözünün olub-olmadığını soruşmuşdur. Əbülfət onunla söhbət etmək istədiyini bildirmişdir. Əbülfətə maşına əyləşməsini bildirmişdir. Bundan sonra avtomobili sürüb qarşıdan fırlanıb dayanmışdır. İkisidə maşından düşmüşlər. Əbülfət eyni qayadada ona irad tutaraq ailəsini niyə təhqir etdiyini soruşmuşdur. O da ona belə bir hal baş vermədiyini bildirmişdir. Ona inanmadığını görmüş və ona demişdir ki, səhər atasını və həmin adamları çağırıb birlikdə məsələni aydınlaşdırsınlar. Elə bunu demişdir ki, Əbülfət onu itələmişdir. Ona bıçaq vurduğunu hiss etməmişdir. Ona qışqırmağa başlamış və nə etdiyini soruşmuşdur. Əbülfət üzü parka tərəf qaçmağa başlamışdır. Avtomobilə əyləşib biraz getmişdir ki, nəfəsinin gəlmədiyini hiss etmişdir. Sonrasını xatırlamır. Gözünü açanda xəstəxanada olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, huşunu itirib maşını vurmuşdur. Sonra xəstəxanada ayılmışdır. Əbülfətin ailəsinin ünvanına heç nə deməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Təqsirləndirilən şəxslə barışmışdır. Əbülfətin onu vurduğunu görməmişdir. Əbülfət onu itələdikdən sonra üzü park tərəfə qaçmışdır. Bıçaqlandığını hiss etməmişdir. Əbülfət onun qonşusudur. Münasibətləri normal olmuşdur. Əbülfətin atası ilə birlikdə işləmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X11 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qəbələ rayon Həmzəli kəndində qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs Qəbələ rayon Həmzəli kənd tam orta məktəbin 11-ci sinifində təhsilini davam etdirir. Zərərçəkmiş şəxs ona dəfələrlə bildirmiş ki, arvadı Leyla əxlaqsızlıq edir. Buna görə dəfələrlə evinə gedib arvadı Leyla ilə münaqişə etmişdir. Eləcə də Zərərçəkmiş şəxs onun arvadı Leylanı da söyüb təhqir etməsindən, eləcə də Zamiqin arvadı Leylanın iş yerinə gedib onunla mübahisə etməsindən, onu nalayiq ifadələrlə təhqir etməsindən məlumatı var imiş. O, buna məhəl qoymamış, lakin oğlu Təqsirləndirilən şəxs Zamiqin bu hərəkətlərinə dözməyərək onu 28 avqust 2024-cü il tarixdə gecə saatlarında bıçaqla vurub xəsarət yetirmişdir. Bu barədə Qəbələ RPŞ-dən məlumat gəldikdən sonra məlumatı olmuşdur. Belə olub həmin gecə arvadı Leyla Qəbələ RMX-ya gedərək Zamiqin müalicəsində həkimlərə köməklik etmiş, o isə Qəbələ RPŞ-yə gələrək prosessual hərəkətlərdə iştirak etmiş, yəni Qəbələ RPŞ-də bıçağa baxış keçirilən zaman, eləcə də hadisə yerinə baxış keçirilən zaman iştirak etmişdir. Oğlu Əbülfət də ona sonradan bildirmiş ki, Zərərçəkmiş şəxs onun anasının, yəni arvadı Leylanın barəsində əxlaqsız və pozğun olduğunu bildirməsi səbəbindən Zamiqi bıçaqla bir dəfə vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qəbələ rayon Həmzəli kəndində qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Qəbələ RMX-da qeydiyyatçı işləyir. Oğlu Təqsirləndirilən şəxs Qəbələ rayon Həmzəli kənd tam orta məktəbin 11-ci sinifində təhsilini davam etdirir. Həmzəli kəndində öz həyətini satışa qoymuşlar. Həmin torpaq sahəsinə sonuncu dəfə bir nəfər adını bilmədiyi hərbiçi gəlib baxmış və torpaq sahəsini bəyənmişdir. Lakin qonşusu Zərərçəkmiş şəxs həmin hərbiçinin arxası ilə onu izləyərək gedib ona bildirmiş ki, onlardan torpaq almasın, onların ailəsi əxlaqsız ailədir. Əsasən isə onun əxlaqsız olduğunu bildirmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs ona da dəfələrlə söz ataraq əxlaqsız olduğunu bildirmişdir. Lakin o, buna məhəl qoymamışdır. Sadəcə olaraq 2023-cü ilin 28 avqust tarixində o, DİN-in 102 xidmətinə də zəng edərək ondan şikayət etmişdir. Bu barədə Qəbələ RPŞ-də araşdırma aparılmışdır. Oğlu Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurması barədə məlumatı 28 avqust 2024-cü il tarixdə saat təxminən 03-04 radələrində Qəbələ RPŞ-dən məlumat gəldikdən sonra olmuşdur. Belə olub o, Qəbələ RMX-ya gedərək Zamiqin müalicəsində həkimlərə köməklik etmişdir. Əri Ramil isə Qəbələ RPŞ-yə gələrək prosessual hərəkətlərdə iştirak etmişdir. Sonradan oğlu Təqsirləndirilən şəxs ona deməsinə görə məlumatı olmuş ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində həmkəndlisi və küsülü olduqları Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətdiyi üçün, eləcə də Zamiq onun pozğun olduğunu bildirdiyi üçün X3 arxa hissəsindəki yolda bir dəfə bıçaqla vurmuşdur. Buna səbəb isə Zamiqin özü və öz hərəkətləri olmuşdur. Belə ki, Zamiq bir neçə ildir ki, onlardan, əsasən isə ondan əl çəkmir. Zamiq dəfələrlə ona söz atmışdır. Hətta iş yerinə kimi gələrək onun əxlaqsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 03 radələrində Qəbələ şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda iş yoldaşı Şahid3 ilə birlikdə dislokasiya üzrə xidmətdə imişlər. Bu zaman Mədəniyyət Mərkəzi tərəfindən bir nəfər kişi cinsli şəxsin gəldiyini və həmin şəxsin onların yanına çatmazdan öncə parkın ərazisində yerləşən su quyusuna nəsə atdığını və hərəkətini həyəcanlı şəkildə davam etdirdiyini müşahidə etmişlər. Belə olub o və iş yoldaşı Şahid3 həmin şəxsə yaxınlaşmışlar. Onu sorğu sual etmişlər, o isə adının Əbülfət olduğunu və bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini və su quyusuna atdığı əşyanın həmin bıçaq olduğunu bildirmişdir. Belə olub Əbülfət adlı şəxsin dediklərinin həqiqət olubolmadığını dəqiqləşdirmək məqsədilə onun nəsə atdığı su quyusu istiqamətində getmişlər. Su quyusunun yaxınlığına çatmışlar, o, həmin vaxt Əbülfətin yanında dayanmış, Şahid3 isə su quyusuna düşüb orada olan dəstək hissəsi taxta materialından hazırlanmış bıçaqı götürmüşdür. Və onlar birlikdə Təqsirləndirilən şəxs və qeyd edilən bıçaqı Qəbələ RPŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər və bu barədə raportla məruzə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 tərəfindən tərtib edilmiş “raport”dan görünür ki, həmin tarixdə saat 03 radələrində Ülvi İsayev ilə birlikdə Qəbələ şəhəri Heydər Əliyev adına olan parkda xidmət edən zaman bir nəfər kişi cinsli şəxsin X3 yaxınlığında yerləşən quyuya nəsə atdığını, həyəcanlı şəkildə hərəkətini davam etdirdiyini müşahidə edərək ona yaxınlaşmış və sorğu –sual etdikdə bir nəfər şəxsə bıçaqla xəsarət yetirmiş və quyuya atdığı isə həmin bıçaqdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə 04:32 radələrində Qəbələ MRX-dan həkim N.Həsənova telefonla zəng vuraraq bildirdi ki, qəbələ rayonu, Həmzəli kənd sakini 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ saidin və sağ qarın divarının açıq yarası xəsarəti ilə Qəbələ RMX-na müraciət etmişdir. Deməsinə görə bıçaqlanıb (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə yeri Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşir. Mercedes Benz E 270 CDİ sedan marka və modelli, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Qəbələ rayon Həmzəli kəndi istiqamətində hərəkətdə olarkən öz hərəkət zolağından sola çıxaraq bardürün üstündən keçməkdə qarşıda olan ağac maneəyə ön hissəsi dəyməklə hərəkətsiz vəziyyətdə dayanmışdır (cild 01, iş vər. 5-15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Qəbələ RMX-da müayinə olunan Zərərçəkmiş şəxs 20 mm-lik ampulada qan nümunəsi götürülmüşdür (cild 01, iş vər. 17-20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “Götürmə aparılması haqqında” qərar və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Qəbələ RMX-da müayinə olunan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd qara rəngli qısaqol köynək sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 01, iş vər. 22-28). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, bıçağın dəstək hissəsi taxta materialındandır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bıçağı göstərərək bildirmişdir ki, həmin bıçaqla həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqlamışdır. Daha sonra isə həmin bıçaqla birlikdə Qəbələ şəhəri H.Əliyev adına olan parkda olarkən polis əməkdaşlarını görüb bıçağı su quyusuna atmış, lakin həmin bıçaq onun göstərməsindən sonra polis əməkdaşları tərəfindən su quyusundan götürülmüşdür. Etdiyi əmələ görə peşmandır. Zamiqi öldürmək niyyəti olmamışdır. Zamiq onun anası Leyla barəsində pozğun və əxlaqsız olduğunu dediyi, eləcə də onu təhqir etdiyi üçün bir dəfə Zamiqin qarın nahiyyəsindən həmin bıçaqla vuraraq ona xəsarət yetirmişdir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli Qəbələ rayonu Mərkəzi xəstəxanasından verilmiş 227 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən anda, yəni xx.xx.2024cü il tarixdə 0,614 faiz, yəni yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş foto görüntüdən görünür ki, hadisə yeri Qəbələ şəhəri Həzi Aslanov küçəsində yerləşən X3 arxa hissəsisidir. Ərazi asfalt örtüklüdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ərazini göstərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxsla mübahisə etdiyi və ona bir dəfə bıçaqla vuraraq xəsarət yetirdiyi yerdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anası haqqında nalayiq ifadələr işlətdiyi üçün Zamiqin qarın nahiyyəsindən bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs asfalt səth üzərində olan qan ləkələrini göstərərək bildirmişdir ki, həmin qan Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurması nəticəsində Zamiqdən axan qan ləkələridir. Təqsirləndirilən şəxs hadisə barədə məlumat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən istifadə etdiyi bıçağı əvvəlcədən “Oba” adlı marketdən alaraq öz üzərində-cibində götürmüşdür. Həmin bıçağı isə Heydər Əliyev adına olan parkda polis əməkdaşlarına yerini göstərmiş və bıçaq atdığı su quyusundan götürülmüşdür (cild 01, iş vər.40-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ramin oğlu həmin tarixdə saat 05:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 28 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, avtomobildə hər hansı kəsici-deşici alət, eləcə də bıçaq aşkar edilməmişdir. Lakin baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin sükan arxasındakı oturacağının üzərində, yəni sürücü oturacağının üzərində qan izləri vardır. Odur ki, gələcəkdə keçiriləcək ekspertiza üçün sürücü oturacağının üzlüyü qablaşdırılmaqla götürülmüşdür (cild 01, iş vər.68-73). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs aralarında olan mübahisə zamanı həmkəndlisi Şahid1 döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, eyni zamanda Şahid1 həmkəndlisi Zərərçəkmiş şəxs döyərək onun sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla yanaşı qeyd edilən materialın araşdırması zamanı Şahid1 və Zərərçəkmiş şəxs qarşılıqlı olaraq dalaşmaları ilə bağlı əməllərində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olsa da, bir-biriləri ilə barışıq ərizələri yazdıqlarından barələrində inzibati icraat işinin başlanıla bilməməsi nəzərə alınmış və inzibati icraata xitam verilmişdir (cild 01, iş vər. 79-82). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 30 avqust 2024-cü il tarixli “nəzarət altına vermək haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər.96-97). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 06 sentyabr 2024-cü il tarixli “Zərərçəkmiş şəxs məxsus Samsung markalı mobil telefona və Təqsirləndirilən şəxs məxsus Huawei markalı mobil telefona baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif tarixlərdə, eləcə də xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə zənglərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:57-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş, həmin zəng zamanı 1 dəqiqə 28 saniyə aralarında danışıq baş tutmuş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 13:59-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə iki dəfə zəng olunmuş, həmin zəng Zərərçəkmiş şəxs tərəfindən açılmayaraq rədd edilmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 14:21-də iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və həmin zəng zamanı aralarında 32 saniyə danışıq baş tutmuş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş, həmin zəng Zərərçəkmiş şəxs tərəfindən açılmayaraq rədd edilmiş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş, həmin zəng Zərərçəkmiş şəxs tərəfindən açılmayaraq rədd edilmiş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 00:12-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş və həmin zəng zamanı aralarında 1 dəq 41 saniyə danışıq baş tutmuş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 01:23, 01:24 və 01:25-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə üç dəfə zəng olunmuş, həmin zənglər Zərərçəkmiş şəxs tərəfindən açılmayaraq cavablandırılmamış, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 01:27-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş və həmin zəng zamanı aralarında 17 saniyə danışıq baş tutmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 01:38-də iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və həmin zəng zamanı aralarında 11 saniyə danışıq baş tutmuş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 01:42-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş, həmin zəng Zərərçəkmiş şəxs tərəfindən açılmayaraq cavablandırılmamış, bundan sonra isə xx.xx.2024-cü il tarixdə saat 01:43-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrədən iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng olunmuş və həmin zəng zamanı aralarında 23 saniyə danışıq baş tutmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 01:45-də iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş həmin zəng Təqsirləndirilən şəxs tərəfindən açılmayaraq cavablandırılmamışdır (cild 01, iş vər. 106- 111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 sentyabr 2024-cü il tarixli “Götürmə aparılması haqqında” qərar və protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri X12 küçəsi 8 ünvanında yerləşən “Oba” adlı marketin içərisində və çölündə yerləşdirilmiş videomüşahidə kamerlarında qeydə alınmış videogörüntü, fotoşəkillər və bir ədəd kassa qəbzi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Həmin qəbzdən də görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:36-da Qəbələ şəhəri X12 küçəsində yerləşən “Oba” marketdən 01 ədəd bıçaq və 01 ədəd Coco-Cola içkisi alınmışdır (cild 01, iş vər. 114-119). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 14 sentyabr 2024-cü il tarixli “CD formatlı diskdə yerləşdirilmiş videogörüntüyə baxışın keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotogörüntüdən görünür ki, görüntünün ümumilikdə 4 dəqiqə 37 saniyə olduğu, videogörüntünün xx.xx.2024-cü il tarixdə saat 01:18:43-dəqiqədən başlandığı, 01:18:46da bir nəfər qara köynəkli şəxsin əlində sellofan torba ilə birlikdə Qəbələ şəhəri X12 küçəsi 8 ünvanında yerləşən “Oba” adlı marketə daxil olduğu, 01:18:56-da artıq həmin marketin içərisində gəzdiyi, 01:20:10-da marketin piştaxtasından sağ əlinə bir ədəd bıçaqa bənzər predmet götürdüyü, 01:20:41-ədək həmin bıçaqa bənzər predmetə baxdığı, 01:20:42-də həmin piştaxtanın qarşısından uzaqlaşaraq içki satılan piştaxta tərəfə keçdiyi, 01:21:47-də içki satılan soyuducudan əlinə bir ədəd “Coco-Cola” içkisinə bənzər şüşə götürdüyü, 01:22:03-də kassaya yaxınlaşdığı, 01:22:04-də əlinə götürdüyü bir ədəd “Coco-Cola” içkisinə bənzər şüşə və bir ədəd bıçaqa bənzər predmeti kassa stolunun üzərinə qoyduğu, 01:22:10-da sağ əli ilə şalvarının sağ cibindən pul vəsaitini əlinə götürdüyü, 01:22:44-də həmin bıçaqa bənzər predmetin və “Coco-Cola” içkisinə bənzər şüşənin kassaya vurulduğu, 01:22:45-də həmin bıçaqa bənzər predmetin artıq həqiqətən də bıçaq olduğunun aşkar şəkildə göründüyü, 01:22:57-də həmin qara köynəkli şəxs tərəfindən kassaya pulun verildiyi, 01:23:05-də həmin qara köynəkli şəxsin bir ədəd bıçağı və “Coco-Cola” içkisinə bənzər şüşəni götürülərək marketdən çölə çıxaraq getdiyi aydın şəkildə müşahidə edilmişdir (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 23 sentyabr 2024-cü il tarixli “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 18-1- 52/2-2699/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qəbələ RMX-in Poliklinika şöbəsinin psxiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildirlər (cild 01, iş vər. 144). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 26 sentyabr 2024-cü il tarixli DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq qeydə alınmamışdır (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 oktyabr 2024-cü il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif tarixlərdə, eləcə də xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə zənglərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilən məlumatlara baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə çoxsaylı müxtəlif məzmunda nalayiq ifadələrin, təhqir və söyüşlərin ünvanlandığı müəyyən edilmişdir. Eləcə də Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə də çoxsaylı müxtəlif məzmunda nalayiq ifadələrin, təhqir və söyüşlərin ünvanlandığı müəyyən edilmişdir (cild 01, iş vər. 159). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 12 sentyabr 2024-cü il tarixli, 2958/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 01, iş vər. 168-172). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli “raport”, protokol və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə yaxınlaşaraq özünü könüllü olaraq istintaqa təqdim etmiş, o, həmin tarixdə tutularaq müvafiq istintaq hərəkətləri keçirilməklə həmin tarixdə azad edilmişdir və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 172, 173, 182). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 noyabr 2024-cü il tarixli “üzləşdirmə” prokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Şahid1 üzünə qarşı qarşısındakı şəxsin Qəbələ rayon Həmzəli kənd sakini Şahid1 olduğunu, aralarında əvvəllər mübahisələr baş verdiyini və bu mübahisələrlə bağlı Qəbələ RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparıldığını, aralarında əvvəllər baş vermiş mübahisəyə səbəb isə guya onun Leylanın əri Ramilə araq içkisi alıb içirməsi, Ramilin isə sonradan evində dava-dalaş yaratması olduğunu, əvvəllər Leyla onu təhqir etdiyi üçün, o da Leylanı mesaj yazaraq təhqir etdiyini, əlavə olaraq Leylanı üzbəüz olaraq təhqir etmədiyini, eləcə də Leyla barəsində heç bir yerdə onun pozğun olduğunu bildirmədiyini qeyd etmişdir. Şahid1 isə Zamiq Əbdürrəhimovun üzünə qarşı qarşısındakı şəxsi tanıdığını, onun Qəbələ rayon Həmzəli kənd sakini Zərərçəkmiş şəxs olduğunu, Zamiqlə arasında mübahisələrin baş verdiyini, Zamiqin dəfələrlə əri Ramil ilə birlikdə spirtli içki qəbul etdiyini, Zamiqin əri Ramilin yanında nə deyirsə, Ramilin də gəlib evdə onun yanında dediyini, Zamiqin əri Ramilə guya onun başqa-başqa şəxslərə oturub durduğunu, əxlaqsızlıq etdiyini dediyini, əri Ramilin də evdə münaqişə etdiyini, belə olub Zamiqlə aralarında münaqişələr baş verdiyini, bu münaqişələrlə bağlı Qəbələ RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparıldığını, Zamiq onun əri Ramili içirdiyi üçün, ona araq içkisi almaq üçün pul verdiyi üçün və nəticədə Ramil evdə münaqişlər etdiyi üçün Zamiqi mobil telefonda mesaj yazaraq təhqir etdiyini bildirmişdir. Şahid1 üzləşdirmə zamanı bildirmişdir ki, Zamiq onun barəsində nalayiq ifadələr işlətmişdir. Eləcə də əri Ramilə bildirmiş ki, guya o, əxlaqsız həyat tərzi keçirir. Ramilə onun pozğun olduğunu bildirmişdir. Zamiqin özü də ona dəfələrlə, hətta iş yerinə gələrək onun pozğun olduğunu bildirmişdir. Lakin belə bir hal mövcud deyildir. Oğlu Əbülfət də Zamiqi onun barəsində təhiqaramiz sözlər, ifadələr işlətdiyi üçün bıçaqlamışdır (cild 01, iş vər. 197-198). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 noyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı qarşısındakı şəxsin Qəbələ rayon Həmzəli kənd sakini Təqsirləndirilən şəxs olduğunu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03 radələrində Təqsirləndirilən şəxs ona bıçaqla bir dəfə zərbə endirərək xəsarət yetirdiyini, Əbülfətin ona xəsarət yetirməsinə səbəbin nə olduğunu bilmədiyini, Əbülfətin dediyinə görə guya onun anası barədə əxlaqsız və pozğun olduğunu bildirdiyini, lakin belə bir halın baş vermədiyini, həmin gün, yəni hadisə günü Əbülfətin ondan nə üçün onlardan torpaq almaq istəyən şəxsə onun ailəsinin pozğun olduğunu bildirərək onlardan torpaq almamasını dediyini bildirdiyini, lakin onun belə bir söz işlətmədiyini, hadisənin ifadəsində qeyd etdiyi formada baş verdiyini, avtomobilinə əyləşmək üçün qapını açan zaman Əbülfətin onu bıçaqla vurduğunu, ümumiyətlə avtomobilində bıçaq olmadığını, Əbülfətin onu öldürməklə hədələmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə üzləşdirmə zamanı bildirmişdir ki, qarşısındakı şəxsi tanıyır, o, Qəbələ rayon Həmzəli kənd sakini Zərərçəkmiş şəxsdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 03 radələrində qarşısında oturan şəxsə, yəni Zərərçəkmiş şəxs anası Leyla barəsində əlxaqsız və pozğun olduğunu bildirdiyi üçün öz üzərində olan bıçaqla bir dəfə zərbə endirərək xəsarət yetirmişdir. Zamiqə bıçaqla xəsarət yetirməyinə səbəb hadisə günü, eləcə də hadisədən əvvəlki günlərdə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi, eləcə də anası Leyla barəsində əlxaqsız və pozğun olduğunu bildirməsi olmuşdur. Hadisə ifadəsində qeyd etdiyi formada baş vermişdir. Zamiq həmin vaxt söyüş söyərək və “səni yerə əkərəm” sözünü deyərək onun üstünə əl-qol hərəkətləri edib gəldiyi üçün, eləcə də anası Leyla barəsində əlxaqsız və pozğun olduğunu bildirdiyi üçün ona bıçaqla üzbəüz olarkən bir dəfə zərbə endirmişdir. Zamiqin avtomobilində özünə məxsus bıçaq olmuş və Zamiqi bıçaqlamazdan qabaq həmin bıçağı avtomobilindən alıb onun qarşısına atmışdır. Zərərçəkmiş şəxs ona hər hansı fiziki zor tətbiq etməmiş və ya onu öldürməklə hədələməmişdir(cild 01, iş vər. 199- 201). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-trasoloji ekspertizasının 3-16-16-2-6/4412 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və “Mercedes” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacaq üzlüyünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “Mercedes” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına məxsus olduğu qeyd edilən oturacaq üzlüyünün üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 01, iş vər. 206-211). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1391 və 3/1392 nömrəli məhkəmə-ballistiktrasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin və idman şalvarının səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin(o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin və idman şalvarının səthində olan zədələrin müxtəlif şəraitdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür (cild 01, iş vər. 213-217). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 31 oktyabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 825 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ruhi-əsəb xəstəliklərindən əziyyət çəkməmişdir. O, hal hazırda hər hansı bir ruhi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədən zaman anlaqlı olmuşdur və onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs psixi və psixoloji vəziyyətində hər hansı pozuntu aşkar edilmədiyindən o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs sensorperseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları qavraya bilmişdir. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və ya qavramaq imkanındadır. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillidir. O, aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs tərəfindən edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmək qabiliyyətindədir. O, tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq törətmiş olduğu əməlin mahiyyətini dərk etmək iqtidarında olmuşdur (cild 01, iş vər.219- 221). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 dekabr 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 1932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 224). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 dekabr 2024-cü il tarixli Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Həmzəli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi üç nəfərdən ibarət olmaqla o, Qəbələ rayon Həmzəli kəndində qeydiyyatddır və həmin kənddə yaşayır (cild 01, iş vər. 228—229). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 noyabr 2024-cü il tarixli 564 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 233-234). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 20 sentyabr 2024-cü il tarixli 444 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön sağ aşağı qasıq nahiyyəsindən qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin, sidik kisəsinin və sağ qalça venasının deşilmiş-kəsilmiş yarası, daxili qanaxma, qanaxmadan sonrakı şok, sağ saidin ön aşağı 1/3-nin və qarının ön divarında orta xətt üzərində, sol qalça çuxurunda, sağ bud büküşü nahiyyəsində kəsilmiş yaraları kimi xəsarəti vardır. Qarının ön sağ aşağı qasıq nahiyyəsindən qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin, sidik kisəsinin və sağ qalça venasının deşilmiş-kəsilmiş yarası, daxili qanaxma, qanaxmadan sonrakı şok, sağ saidin ön aşağı 1/3-nin kəsilmiş yarası iti kəsici-deşici xarakterə malik olan alətin(əşyanın-bıçaqın) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 28 avqust 2024-cü il tarixdə törənməsinə xarakterikdir və dərəcəsinə görə həmin xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Qarının ön divarında orta xətt üzərində, sol qalça çuxurundakı və sağ bud büküşü nahiyyəsindəki xəsarətlər 28 və 30 avqust 2024-cü il tarixdə onun üzərində aparılmış cərrahi əməliyyat zamanı törənmişlər. Zərərçəkmiş şəxs bədəni üzərində yol-nəqliyyat hadisəsi nəticəsində törənməyə xarakterik xəsarət(lər) aşkar edilməmişdir (cild 01, iş vər. 235-238). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qəbələ rayon Həmzəli kənd tam orta məktəbinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 01, iş vər.241). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 07 yanvar 2025-ci il tarixli “şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 02, iş vər. 23-27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 yanvar 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci, 29,120, 126.2.4 və 228-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 28-46). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “eservices.dim.gov.az” elektron bazasının çıxarışı və sms məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs imtahan nəticələri məqbul hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir - birlərini tanıyırlar. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs həmkəndli olmaqla yanaşı qonşudurlar. Qonşu olaraq aralarında əvvəllər bir neçə dəfə mübahisə və müqanişə olmuşdur. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng etmiş və onun ailəsi barədə insanlar arasında mənfi fikir yaratması ilə bağlı danışmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qəbələ şəhəri Heydər Əliyev adına olan parkda olduğunu bildirmiş və Zərərçəkmiş şəxs isə yetkinlik yaşına çatmayan Əbülfət X6rşısında olduğunu bildirmişdir. Bundan sonra yetkinlik yaşına çatmayan Əbülfət X8rşısına gəlmişdir. X13rşısında dayanaraq təxminən 10 dəqiqə söhbət etmiş, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs onun və ailə üzvlərinin barəsində heç kimə heç bir nalayiq ifadə işlətməməsini və ailə üzvünün, yəni anasının pozğun olduğunu bildirməməsini izah etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs avtomobilinə əyləşməsini, gedib kənarda, insanların olmadığı bir yerdə söhbətlərini davam etdirməsini təklif etmiş və belə olub Təqsirləndirilən şəxs onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmişdir. O da avtomobilini idarə edib X3 yaxınlığındakı yola sürmüşdür. Nəticədə isə X3 yaxınlığındakı yola çatdıqdan sonra avtomobildən hər ikisi yerə düşmüşlər. Onalar eyni mövzuda mübahisə etdikləri avtomobildən yerə düşdükdən sonra həmin mübahisəni davam etdirmiş və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dəfələrlə ondan “niyə demisən, niyə demisən” deyə suallar verərək ailə üzvlərinin, yəni anasının barəsində nə üçün təhqiramiz ifadə işlətdiyini soruşmuşdur. Tərəflər arasında mübahisəni davam etdiyi zaman Zərərçəkmiş şəxs əl-qol hərəkətləri edərək nalayiq ifadələr işlətməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üstünə gələn zaman yetkinlik yaşına çatmayan Əbülfət də əvvəlcədən özü ilə birlikdə gətirdiyi mətbəx bıçağını şalvarının sağ cibindən sağ əlinə götürmüş və sağ əlində bıçağı tutaraq ucu şiş tiyə hissəsini Zamiqin qarın nahiyyəsi tərəfə bir zərbə ilə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs qarının ön sağ aşağı qasıq nahiyyəsindən qarın boşluğuna nüfuz edən, nazik bağırsaq ilgəyinin, sidik kisəsinin və sağ qalça venasının deşilmiş-kəsilmiş yarası, daxili qanaxma, qanaxmadan sonrakı şok və sağ saidin ön aşağı 1/3-nin kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışdığını və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə kollegiyası ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Həmin məcəllənin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını, ali məktəbə imtahan verməsini, həmin imtahanın nəticəsinin məqbul hesab edilməsini, hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Qəbələ rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Qəbələ rayon icra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd idman şalvarı, eləcə də “Mercedes” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyü və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon və Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 269 (iki yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd idman şalvarı, eləcə də “Mercedes” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyü və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon və Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon sahibləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə 269 (iki yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-142/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-142/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver