Məhkəmə qərarları › İş №1(091)-143/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-143/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-143/2022 10.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X17, Zərərçəkmiş şəxs iştirakı ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi – X10, xx xxxx 1974-cü il tarixdə Yevlax rayonu Hacıselli kəndində doğulmuş, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Hacıselli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə səhər saat 05:30 dəqiqədə yaşadığı Yevlax rayonunun Hacıselli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında olarkən arvadı X4 həmin günü iribuynuzlu heyvanları sahəyə özünün aparacağını deyən zaman sonuncunun ona “indi kimə qısqanırsan?” məzmunda verdiyi sualına onu bir dəfə İldırımla gördüyünü dedikdən sonra Elnarə Qarayevanın ona yaxşı etdiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı olmayacağını deməsinə əsəbləşib yaşadığı evin yataq otağındakı divanın altından 28 fevral 1993-cü il tarixdə Ağdam rayonundan tapmış olduğu və həmin vaxtdan evində saxladığı içərisində əvvəllər qoyduğu 1 ədəd dolu patron olan “X27” markalı, 38929 nömrəli, 16 kalibrli yivsiz qoşalülə ov tüfəngini və silahın yanına qoyduğu 1 ədəd dolu patronu götürüb vahid niyyətlə qısqanclıq motivi ilə X5 və qisas motivi ilə əvvəllər arvadı Elnarə Qarayeva ilə birlikdə yaşadığı evin tövləsindən çıxdığını gördüyü həmkəndlisi Zərərçəkmiş şəxs, yəni iki şəxsi qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə cinayətkar niyyətini həyata keçirtmək üçün əvvəlcə çarpayıda arxasıüstə uzanıqlı vəziyyətdə olmuş X4 təxminən 0,5-1 metr məsafədən tüfəngin lüləsini onun baş nahiyəsinə tuşlamaqla sonuncu bunu görüb ucadan qışqırmağa başladığı anda tətiyi basıb bir dəfə atəş açıb patron qırma ilə doldurulmuş odlu silahdan qırmaların kompakt girdiyi məsafədən açılmış atəşin təsirindən törənmiş ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmaya aid olan boyunun sağ yan səthinin yuxarı l/3-də başını dəlib keçən və ənsə nahiyəsində orta xətdən sağda çıxan başın dəlib keçən odlu silah yarası xəsarətlərini yetirməklə Elnarə Qarayevanı qəsdən öldürmüş, Elnarə Qarayevanın öldüyünə əmin olduqdan sonra 09 fevral 2022-ci il tarixdə saat 05:50 dəqiqədə üzərində olan “X27” markalı, 38929 nömrəli, 16 kalibrli yivsiz qoşalülə ov tüfənginin içərisinə əvvəlcədən özü ilə götürdüyü içərisi qırma ilə dolu olan patronu qoyaraq yaşadığı evdən çıxıb həmkəndlisi X6 Yevlax rayonu Hacıselli kəndində yaşadığı evinin həyətindən keçərək yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə getmiş, əvvəlcə orada yerdən götürdüyü daşla evin eyvanının döşəməsini döyüb Zərərçəkmiş şəxs səsləmiş, sonuncu qapını açıb eyvana çıxan zaman üzərində olan həmin yivsiz qoşalülə ov tüfənginin lüləsini təxminən 7-8 metr məsafədən Zərərçəkmiş şəxs tərəf tuşlayaraq tətiyi basıb bir dəfə atəş açıb sonuncuya patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən törənmiş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran “nazik və S vari” bağırsağın zədələnməsi və daxili qanaxma ilə ağırlaşan qarının ön divarının daxilə nüfuz edən odlu silah yarası xəsarətlərini yetirsə də, Zərərçəkmiş şəxs yaralı vəziyyətdə geriyə dönərək yaşadığı evin giriş qapısından evin içərisinə girməsini görüb hadisə yerindən qaçmaqla və yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb sonuncuya xəstəxanada ilkin tibbi və cərrahiyyə yardımı göstərilərək sağ qaldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd edərək, bu hərəkətləri ilə bir şəxsi qəsdən həyatdan məhrum edərək digər ikinci şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bu hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən Zərərçəkmiş şəxs onların həyətindən çıxan görmüş və onda arvadının ona Zərərçəkmiş şəxslə xəyanət etməsi şübhəsi yaranmışdır. Çünki əvvəllər Zərərçəkmiş şəxs heç vaxt onlara gəlməmişdir. Buna görə mərhum arvadı Elnarə Qarayeva ilə arasında mübahisə yaşanmış və ona xəsarət yetirdiyi üçün Yevlax Rayon Məhkəməsinin hökmü ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonra Amnistiya aktına əsasən cəzadan azad olunmuş, lakin mərhum arvadı Elnarə Qarayevanın etdiyi hərəkəti bağışlaya bilməmişdir. Ona görə də, qayıtdıqdan sonra qərara gəlib onu öldüşmüş, lakin Zərərçəkmiş şəxs isə öldürmək istəməmişdir. Belə ki, X2 iştirak etdiyi üçün, silahdan yaxşı istifadə etməyi bacarmış, onu öldürmək üçün kifayət qədər təcrübəyə sahib olmuş, lakin Zərərçəkmiş şəxs daim əziyyət çəksin deyə, hər dəfə bu hadisəni yada salıb pis olsun deyə onu öldürməmiş, qəsdən onu yaralamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində ədalətli qərarın qəbul ediməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə bağlı epizod üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında, o cümlədən ifadəsinin hadisə yerində yoxlanması zamanı verdiyi ifadəsi ilə ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 05:30 radələrində yuxudan oyanmış, çaynikə suyu doldurub qaynaması üçün qaz sobasının üzərinə qoymuşdur. Həmin vaxt yoldaşı X11 da yuxudan oyanmışdır. O, Elnarəyə torpaq sahəsinə getdiyini, qayındandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özünün aparacağını demişdir. Həmin vaxt Elnarə çarpayıda uzanıqlı vəziyyətdə ona “indi kimə qısqanırsan?” demiş, o da Elnarəyə, “mən səni bir dəfə İldırımla görmüşəm” demişdir. Elnarə də ona evdə oturmayacağını demişdir. Elnarə onunla mübahisə edən zaman çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. O, arvadı Elnarə ilə mübahisə etdikdən sonra yataq otağında divanın altında olan “qoşalülə 16-lıq” tüfəngi götürüb Elnarəyə tərəf yaxınlaşmış, həmin vaxt aralarındakı məsafə təxminən 0,5-1 metr olmuşdur. O, qoşalülə tüfəngini Elnarəyə tərəf tutmuş, həmin vaxt Elnarə bunu görmüş və qışqırmağa başlamış, həmin vaxt o, Elnarənin baş nahiyəsi istiqamətində atəş açmış, tüfəngin çaxmağını sağ əli ilə çəkmiş, lakin qırmanın Elnarənin hansı nahiyəsinə dəyməsini görməmişdir. O, həmin qoşalülə tüfəngi 28 fevral 1993-cü il tarixdə Ağdam rayonundan tapmış və elə o vaxtdan da yataq otağındakı divanın altında saxlamışdır. O, Elnarəyə tüfənglə bir dəfə atəş açmışdır və Elnarənin boğaz nahiyəsindən qan gəldiyini görmüşdür. Bundan sonra o, cibindən siqaret çıxarıb çəkmiş, siqareti çəkdikdən sonra 1 stəkan çay içmişdir. Bundan sonra 09 fevral 2022-ci il tarixdə saat 06 radələrində 130 metr aralıda yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs öldürmək məqsədilə tüfəngi də götürüb yaşadığı evə tərəf getmişdir. Bunun üçün psixi xəstə olan həmkəndlisi Məzahirin yaşadığı evin həyətindən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə keçmişdir. Həyətdə olarkən yerdən daş götürüb evin seyvanındakı taxta döşəməyə vurmuş, İldırım çölə çıxmadığı üçün bundan sonra bir neçə dəfə daşla döşəməyə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evdən eyvana çıxmışdır. Həmin vaxt aralarındakı məsafə təxminən 7-8 metr olmuşdur. O, İldırımı görən kimi onu öldürmək məqsədlə əlində olan qoşalülə tüfəngi ilə bir dəfə ona atəş açmış, atəş açarkən tüfəngin çaxmağını sağ əli ilə çəkmişdir. Bu zaman İldırım qışqırmışdır. Zərərçəkmiş şəxs atəş açdıqdan sonra sonuncunun həyətindən çıxıb hadisə yerindən getmişdir. Həmin vaxt o, İldırıma hansı nahiyəsindən xəsarət yetirdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə verməklə göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 06:00 radələrində yaşadığı Yevlax rayonu Hacıselli kəndində yerləşən fərdi yaşayış evindəki yataq otağında yatmışdır. Həmin vaxt arvadı Şahid1 ona qapının döyüldüyünü demişdir. O, yataqdan durub yarı çılpaq, əynini geyinmədən mayka və alt paltarında evin giriş qapısını acıb seyvana çıxmış və yüksək səslə kimdi deyə çağırmışdır. Lakin səs gəlməmişdir. O da evin giriş qapısını açıb içəri daxil olmuş və qapını arxadan bağlamışdır. Təxminən 2-3 dəqiqədən sonra seyvan təkrarən döyülmüşdür. O, əlini atıb qapınım dəstəyini açmaq istəyəndə arvadı Lətifə qapını açmamağını xahiş etmiş, lakin həmin vaxt gec olmuş, o, qapını açmışdır. O, qapını açıb eyvana çıxmış, bu vaxt atəş səsi eşitmiş və yaralandığını hiss etmiş, dərhal qapını çəkib bağlamışdır. Həmin vaxt sol qarın nahiyyəsindən xəsarət aldığını görmüş, arvadı Lətifəyə xəsarət aldığını, ona əski verməsini xahiş etmişdir. Həmin vaxt Lətifə evin yaşayış otağındakı divanda oturmuş, Lətifə ona əski vermişdir. O, həmin əskini götürüb sol qarın nahiyəsində olan xəsarətin üzərinə qoymüş və Lətifəyə köməyə adam çağırmasını xahiş etmişdir, arvadı Lətifə qaynı X15 telefonla zəng etmiş, Faiqi onlara çağırmışdır. O, qonaq otağında yerə arxası üstə, sağ yan tərəfə uzanmış, əlində olan əskini də xəsarət aldığı yerə tutmuşdur. Həmin vaxt ağrıya dözə bilmədiyi üçün qışqırmış, maşın çağırmalarını və onu xəstəxanaya aparmalarını arvadı Lətifəyə demişdir. Bundan sonra xatırlamadığı vaxtda qaynı Faiq Rəsulov yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Faiq idarə etdiyi avtomobillə onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onu bağışlamır, onunla barışmır. Məhkəmədən ona qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onu bağışlamır, onunla barışmır. Məhkəmədən ona qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, xx.xx.2022-ci il tarixdə saat təxminən 06:00 radələrində yaşadığı Yevlax rayonu Hacıselli kəndində yerləşən fərdi yaşayış evindəki yataq otağında yatmışdır. Həmin vaxt o, qapının döyüldüyünü eşitmişdir. O, dərhal bu barədə əri Zərərçəkmiş şəxs demişdir. İldırım yataqdan durub yarı çılpaq, yəni əynini geyinmədən mayka və alt paltarında evin giriş qapısını acıb seyvana çıxmış və yüksək səslə kimdi deyə səslənmiş, lakin səs verən olmamışdir. İldırım evin giriş qapısını açıb içəri daxil olmuş və qapını arxadan bağlamışdır. Təxminən 2-3 dəqiqədən sonra qapı təkrarən döyülmüşdür. İldırım təkrarən əlini atıb qapını dəstəyini açmaq istəyəndə o, qorxduğu üçün qapını açmamağı İldırımdan xahiş etmiş, lakin həmin vaxt gec olmuş, İldırım artıq qapını açmışdır. İldırım qapını açıb eyvana çıxandan sonra qərbə səs eşitmiş, nə baş verdiyini anlamamışdır. İldırım qapını çəkib bağlayıb arxaya dönəndə İldırımın sol qarın nahiyəsindən xəsarət aldığını görmüşdür. İldırım ondan tez əski verməyini xahiş etmiş, o, dərhal ona əski gətirib vermişdir. İldırım həmin əskini götürüb sol qarın nahiyəsində olan xəsarətin üzərinə qoymuş və ondan köməyə adam çağırmağını xahiş etmişdir. O, həmin vaxt qardaşı X15 telefonla zəng etmiş, onun yaşadığı ünvana çağırmışdır. İldırım qonaq otağında yerə arxası üstə, sağ yan tərəfə uzanmış, əlində olan əskini də xəsarət aldığı yerə tutmuşdur. Sonra qardaşı Faiq Rəsulov gəlmiş və İldırımı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X11 onun doğma qızı olmuşdur. Təqsirləndirilən şəxs isə Elnarənin əri olmuşdur. Elnarə ilə Mehdi onunla eyni kənddə, yəni Yevlax rayonu Hacıselli kəndində yaşamışlar. Birgə nigahdan bir qız və bir oğlan övladları vardır. X22 Elnarə ilə birlikdə yaşamışdır. Qız övladları Elnurə isə evlənib ailəsi ilə birlikdə Samux rayonuna köçüb orada yaşayır. Mehdi ilə qızı Elnarə evləndikləri vaxtdan aralarında münasibətlər yaxşı olmamış, aralarında mütəmadi mübahisələr olmuşdur. O, qızı Elnarəyə dəfələrlə Mehdi ilə yola getmədiyi üçün evdən çıxmasını məsləhət görmüşdür. Mehdi Elnarəni çox qısqanmışdır. Elnarə Mehdidən icazə almamış çölə çıxa bilmilməmiş, Mehdidən qorxmuşdur. Bildiyinə görə Mehdi narkotik vasitə istifadəçisidir. Mehdi təxminən 2020-ci il tarixdə qızı Elnarəni qısqandığı üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, İldırım şikayətçi olmadığı üçün Mehdi heç bir məsuliyyətə cəlb edilməmişdir. Bundan sonra isə qızı Elnarəyə yaşadığı evin həyətindəki tövlədə baş və əl nahiyələrinə çapacaqla vuraraq xəsarət yetirmişdir. O, xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 07 radələrində yaşadığı evdə olarkən gəlini Elnarə Həmzəyeva ona qızı Elnarəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparıldığını demişdir. Sonra yaşadığı evə qardaşı oğlu Əsgər Qarayev gəlib onu qızı Elnarənin yaşadığı evə aparmışdır. Qızı Elnarənin yaşadığı evə çatdıqdan sonra Mehdi qızı Elnarəni qoşalüləli ov tüfəngi ilə öldürdüyünü bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 təqsirləndirilən şəxsin qardaşı olmaqla yaxın qohumu sayıldığından, ifadə verməkdən imtina etmiş və bu səbəbdən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, mərhum X11 bibisinin qızıdır. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Elnarə və Mehdi onunla eyni kənddə, yəni Yevlax rayonu Hacıselli kəndində yaşamışlar. Birgə nigahdan bir qız və bir oğlan övladları vardır. Qardaşı Mehdi ilə Elnarənin münasibətləri təxminən 2-3 il yaxşı olmamış, aralarında mütəmadi mübahisələr olmuşdur. Mehdi Elnarəni çox qısqanmışdır. Elnarə Mehdidən icazə almamış çölə çıxa bilməmişdir. O, hadisədən sonra Mehdinin narkotik istifadəçisi olduğunu bilmiş, lakin bundan əvvəl Mehdinin narkotik istifadəçisi olub-olmaması barədə məlumati olmamışdır. 2020-ci il tarixdə xatırlamadığı gün və ayda qardaşı Mehdi Elnarəni qısqandığı üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, İldırım şikayətçi olmadığı üçün Mehdi heç bir məsuliyyətə cəlb edilməmişdir. Bundan sonra Mehdi yaşadığı evin həyətindəki tövlədə Elnarənin baş nahiyəsindən çapacaqla vuraraq xəsarət yetirmişdir. Elnarə şikayətçi olduğuna görə Mehdi məhkəmənin qərarına əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mehdi təxminən 8-9 ay məhkumluq həyatı yaşadıqdan sonra azadlığa çıxmışdır. Mehdi 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında azadlığa çıxdıqdan sonra yaşadığı Hacıselli kəndində fərdi yaşayış evində təxminən 20 gün onunla birlikdə yaşamışdır. Həmçinin yaşadığı ünvanda gözdən əlil atası X7 da yaşayır. Mehdi onunla yaşadığı müddətdə Elnarə barəsində pis sözlər danışmış, Elnarənin pozğun bir qadın olduğu demişdir. Elnarə onun doğma bibisi qızı olduğu üçün Mehdinin əsassız dediyi sözlər ona təsir etdiyindən o, Mehdiyə Mingəçevir şəhərində kirayədə qalmağı təklif etmişdir. O, Mingəçevir şəhərində Mehdiyə kirayədə qalması üçün ev tapmış, lakin Mehdi həmin evi bəyənmədiyi üçün orada qalmaqdan imtina etmişdir. Sonra Mehdi ümumiyyətlə kirayə evdə qalmaq istəmədiyini ona bildirmiş, o da əsəbiləşdiyi üçün Mehdini Mingəçevir şəhərində qoyub geri Yevlax rayonu Hacıselli kəndində qayıtmışdır. Daha sonra bildiyinə görə Mehdi X22ə zəng edib yaşadıqları evə qəbul etməsini xahiş etmişdir. Atakişi isə ürəyi dözmədiyi üçün Mehdini bağışlayıb yaşadıqları evə gətirmişdir. O, xx.xx.2022-ci il tarixdə təxminən səhər saat 07 radələrində yaşadığı evdə olarkən qonşusu Çərkəz ona zəng edib Mehdinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs güllələdiyi demişdir. O, dərhal öz avtomobili ilə Elnarənin yaşadığı ünvana getmişdir. Oraya çatdıqda orada polis əməkdaşlarının orada olduğunu görmüşdür. Orada olan polis əməkdaşları Elnarənin Mehdi tərəfindən qətlə yetirildiyini bildirmişlər. Cinayət işinin materiallarında olan 09 fevral 2022-ci il tarixli hadisə yerinin (mərhum X13 rayonu Hacıselli kəndində yaşadığı evə) baxış protokolundan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs ilə mərhum X3 birlikdə yaşadığı Yevlax rayonu Hacıselli kəndində yerləşən fərdi yaşayış evidir. Evin yatağ otağaında çarpayının üzərində mərhum Elnarə Qarayevanın meyiti arxası üstə uzanılmış vəziyyətdədir. Meyitin üzərinə qırmızı rəngli naxışları olan yaşıl rəngli yorğan sarılmışdır. Həmçinin mərhum Elnarə Qarayevanın meyitinin baş nahiyəsinin altında ağ rəngli yastıq vardır. Həmin yastığın üzərində və yastığın altında yerləşən döşək ağının üzərində qanabənzər ləkələr vardır. Hadisə yerində müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 05-32). Cinayət işinin materiallarında olan 09 fevral 2022-ci il tarixli hadisə yerinin (Zərərçəkmiş şəxs Yevlax rayonu Haciselli kəndində yaşadığı evə) baxış protokolundan görünür ki, hadisə yeri bir mərtəbəli fərdi yaşayış evidir. Evdə döşəməsi taxta materialdan olan açıq eyvan vardır. Həmin eyvana 6 pilləli taxta materialdan hazırlanmış pilləkənlə qalxılır. Eyvana qalxdıqda 2 metr irəlidə, döşəmə üzərində 15x-29 sm ölçülü nahamar kənarları olan daş parçası vardır. Eyvana qalxdıqda 10 metr irəlidə, döşəmə üzərində 01 ədəd boz rəngli 2 nömrə ilə işarələnmiş patronu doldurmaq üçün tıxac vardır. Döşəmənin üzərində tıxaca 35 metr məsafədə qanabənzər ləkələr aşkar edilir.Tıxacla qarşı-qarşıya yerləşən otağa giriş hissə arasında məsafə 3 metrdir. Həmin otağa giriş hissədə, döşəmədə qanabənzər ləkələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yaşadığı evlər arasında məsafə 150 metr təşkil edir Hadisə yerində müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 33-44 ). Cinayət işinin materiallarında olan 09 fevral 2022-ci il tarixli meyitə baxış protokolundan görünür ki, Elnarə Qafarovanın meyiti arxası üstə uzadılmış vəziyyətdədir. Meyitin əynində qara rəngli qısaqol mayka, qara rəngli qadın alt paltarı vardır. Xarici müayinə zamanı boyunun yuxar 1/3-nin yan səthində 5x4,5 sm ölçülü kənarları girintiliçıxıntılı, toxuma çatmamazlığ ilə müşaiət olunan giriş dəlilyi vardır. Çıxış dəliyi (yara) sağ tərəf ənsə nahiyyəsindədir, kənarları girintili-çıxıntılıdır. Ölçüsü 7x6,5 sm-dir. Yara kanalının istiqaməti soldan sağa, öndən arxaya, nisbətən aşağıdan yuxarıdır. Xarici müayinə zaman bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 45-45-54 ). Cinayət işinin materiallarında olan “götürmə haqqında” protokoldan görünür ki, mərhum X3 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngliqadın alt paltarı və 01 ədəd parça götürülmüşdür (cild 01, iş vər. 45-48). Cinayət işinin materiallarında olan “götürmə haqqında” protokoldan görünür ki, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qəhvəyi rəngli gödəkcə, 01 ədəd qəhvəyi rəngli qolu uzun sviter, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli idman ayaqqabısı və 01 ədəd tünd göy rəngli papaq, onun əl-barmaq izləri, sağ və sol əlinin iç hissəsindən götürülmüş sürtgü nümunəsi götürülmüşdür. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 90-100). Cinayət işinin materiallarında olan “götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi “X27” markalı, 38929 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngini ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Tüfəngə baxış keçirilərkən sol və sağ lülə kanalının içərisində patron aşkar edilməmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 104-110). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarət-başın dəlib keçən odlu silah yarası (giriş dəliyi boyunun sağ yan səthinin yuxarı l/3-də, çıxış dəliyi ənsə nahiyəsində, orta xətdən sağda), baş beyinin didilib-dağılması patronu qırma ilə doldurulmuş odlu silahdan qırmaların kompakt girdiyi məsafədən açılmış atəşin təsirindən törənmişdir, həytidir, ölüm baş verməmişdən saniyələrlə ölçülən az müddət əvvəl yetirilmişdir, sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdir. Atəş əlavə faktorların təsir göstərmədiyi məsafədən, yəni ən azı 1,5 metrə qədər olan məsafədən açılmışdır. Atəş açılan zaman mərhum arxası üstə uzanmış vəziyyətdə olaraq, boyunun sol yan səthi atəş açılmış odlu silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə onun xəsarət aldıqdan sonra hər hansı iradi hərəkət edə bilməsini istisna edir. X3 ağız boşluğundan, uşaqlıq yolundan və düz bağırsağından götürülmüş tamponlarda spermatozoid aşkar edilməmişdir. Meyitdə aşkar edilmiş odlu silah yarasının istiqaməti soldan sağa, öndən-arxaya, nisbətən aşağıdan-yuxarı baş beyinin yumşaq toxumalarından keçmişdir. X3 meyitindən götürülmüş duru qan nümunəsinin məhəmə-kimyəvi tədqiqatında etil spirti aşkar edilməmişdir. X3 bilavasitə ölümüə səbəb həyatla bir araya sığmayan xəsarət- baş beyinin didilib-dağılması ilə müşayiət olunan başın dəlib-keçən odlu silah (qırma) yaralanması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir (cild 02, iş vər. 66-67). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs-nazik və S vari bağırsağın zədələnməsi və daxili qanaxma ilə ağırlaşan qarının ön divarının daxilə nüfuz edən odlu silah yarası olmuşdur. Qeyd olunan xəsarət patronu qırma ilə (“seçmə”) doldurulmuş odlu silahın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman əmələ gəlir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağir zərər vuran xəsarətlərə aid edilir. Atəşin istiqaməti öndən arxaya olmuşdur (cild 02, iş vər. 68-69). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının 17 fevral 2022-ci il tarixli 98/34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 02, iş vər. 72-74). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 9/310 nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu-Abeta (H)/İİ/; Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyətini təsdiq edən sənədləri üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyətini təsdiq edən sənədləri üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunmuş 02 paketdəki torpaq nümünəsi, 04 ədəd tənzif tampona götürülmüş ləkələrdə, 01 ədəd yastıq, 01 ədəd yorğan, 01 ədəd mələfə, 02 ədəd adyal, 01 ədəd yastıq, 01 ədəd yorğan üzü, Elnarə Qarayevaya məxsus alt mayka və trusik, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar və sviter üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzərində təyin olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin “beta” aqllyutinini alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X4, Zərərçəkmiş şəxs (əgər onun qanında müşayiətçi “H” antegeni varsa) və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanında “H” antigeni varsa). Elnarə Qarayevaya məxsus ev geyimin koftası, baş yaylığı, paltarın kəsilmiş qol hissəsi, yubka, jilet, retuz, vodolazka, 02 cüt corab, Təqsirləndirilən şəxs məxsus 01 cüt krosovka, gödəkcə və papaq üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (cild 02, iş vər. 136-146). Cinayət işinin materiallarında olan kompleks məhkəmə ballistik, trasoloji və daktiloskopik ekspertizasının 01 aprel 2022-ci il tarixli, 3/354, 3/361 və 3/362 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfənginin tətiyinin və gövdəsinin səthindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfənginin tətiyinin və gövdəsinin səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Təqdim edilmiş bir ədəd silah Almaniyada, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, “HAENEL SUHL” modelli, patronluğunun uzunluğu 70 mm olan, 138929 №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır.Təqdim edilmiş 1 (bir) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz, təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfənginin sağ lüləsindən atılmışdır. Təqdim edilmiş 11 (on bir) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə; tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər- diametrləri 4 mm Olan (1, №-li) qırmalardırlar, döyüş sursatı hesab olunmurlar. Təyinatlarına uyğün olaraq, həmin qırmaların, təqdim olunmuş 1 (bir) ədəd 16 kalibrli gilizə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların atəş komponenti kimi 1 (bir) ədəd 16 kalibrli gilizə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadıqlarını və eləcə də həmin gilizdən və təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 2 (iki) ədəd plastmas predmet - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən 16 kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər - “konteyner” tipli polietilen tıxaclardırlar. Təyinatlarına və ölçülərinə uyğun olaraq, həmin tıxacların hər hansı birinin digər atəş komponentlərilə birlikdə təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli, “HAENEL SUHL” modelli, 138929 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacların üzərində atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların hansınınsa, təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə, yaxud başqa hansısa konkret bir gilizə doldurulubdoldurulmadıqlarını və eləcə də həmin gilizdən və təqdim edilmiş 16 kalibrli, “HAENEL SULH” modelli, 138929 №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb atılmadıqlarını etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını və atəşin sonuncu təmizləmədən əvvəl, yoxsa sonra açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd yorğan və bir ədəd yastığın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd yorğanın nisbətən aşağı hissəsində və bir ədəd yastığın üzərində olan zədələr giriş, bir ədəd yorğanın nisbətən yuxarı hissəsində olan zədə isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 20 sm-dən 2 metrədək olan məsafə daxilində yetirilməyə xarakterikdir. Atəşin istiqaməti yorğandan zərərçəkmiş şəxsə və yastığa doğru olmuşdur. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Elnarə Qarayevaya” məxsus olduğu qeyd edilən bir ədəd boğazlı sviterin boğazı üzərində bir ədəd 10x10 mm ölçüdə deşib-keçən zədə vardır. Həmin zədənin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onun ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, onun formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədə giriş zədəsi olmaqla, hamarlüləli odlu, silahdan açılan atəş nəticəsində qırmanın təsirindən yetirilməyə xarakterikdir. Lakin sviter ilkin maneə olmadığından atəşin məsafəsini və istiqamətini müəyyən etmək mümkün deyil. Bu zədə təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmanın təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilən qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş bir ədəd yorğan üzü, bir ədəd döşək üzü, iki ədəd adyal (örtük), üzərində “Elnarə Qarayevaya” məxsus olduğu qeyd edilən bir ədəd yaylıq, bir ədəd paça, bir ədəd jilet, bir ədəd papaqlı jaket, bir ədəd qolsuz mayka, bir ədəd ətək, bir ədəd alt şalvarı, bir ədəd alt tumanı, iki cüt corab və üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd yorğan üzü, bir ədəd döşək üzü, iki ədəd adyal, üzərində “Elnarə Qarayevaya” məxsus olduğu qeyd edilən üzərində zədə olmayan geyim əşyaları, üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən və təqdim edilmiş pambıq tampon nümunələrdən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir (cild 02, iş vər. 75-85). Cinayət işinin materiallarında olan məhkəmə lifli ekspertizasının 11 aprel 2022-ci il tarixli, 6/1502 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X8 məxsus olduğu qey edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. X9 məxsus olduğu qeyd edilən gödəkçəsinin üzərindən aşkar edilmiş göy rəndli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərki liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən poliverinin üzərindən aşkar edilmiş qara rəngli poliakrilonotril kimyəvi lifləri X4 məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (cild 02, iş vər. 126-132). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2, 120.2.4, 120.2.9, 228.1 və 229.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 147-162). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, qeyd edilən cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrindən fərqli olaraq özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək istəməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə məhkəmə onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətiə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Ona görə də, məhkəmə onun həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun gəldiyindən, həmin ifadələrdə hadisə barədə yalnız ona məlum olan faklar və xüsusatlar əks olunduğundan, hadisənin baş vermə mexanizmi aydın şəkildə göstərildiyindən, həmçinin həmin ifadələr cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığından, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadələri əsaslı sayır və ona qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət əməli barədə məlumat vermişdir (cild 01, iş vər. 62). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Mlli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.1-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin dairəsinə aid edildiyindən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin “Amnistiya” qərarının 7-ci bəndinə əsasən məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 236). Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal olduğundan, bu hal onun barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. Belə ki, CM-in 60.1-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 78, 148-149). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1 və 99-1.1.1-ci maddələrində göstərilmişdir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsində isə göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, hazırki cinayətin aləti olan və iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “X27” markalı, 38929 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan otağında saxlanılan mərhum Elnarə Qarayevaya məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli qadın alt paltarı və 01 ədəd parça, 01 ədəd jilet, 01 ədəd qara rəngli boğazlı jaket, 01 ədəd yaylığ, 01 ədəd yubka, 01 ədəd kapşonlu qadın sviteri, 02 cüt corab, çarpayının üzərindən götürülmüş 01 və 02 nömrə ilə işarələnmiş adyal, 01 ədəd yorğan üzü, 01 ədəd yastığ, 01 ədəd döşək üzlüyü, 01 ədəd yorğa, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qəhvəyi rəngli gödəkcə, 01 ədəd qəhvəyi rəngli qolu uzun sviter, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli idman ayaqqabı və 01 ədəd tünd göy rəngli papağ, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli mayka, hadisə yerindən götürülmüş 01 ədəd giliz, habelə 01 və 02 nömrə ilə işarələnmiş tıxaclar, 01 ədəd daş parçası, mərhum Elnarə Qarayevanın meyitinin daxili müayinəsi zamanı bədənindən xaric edilmiş 11 ədəd güllə qırması, Zərərçəkmiş şəxs göstərilmiş cərrahi əməliyyat zamanı onun bədənindən xaric edilmiş 13 ədəd güllə qırması, Təqsirləndirilən şəxs sağ və sol əlinin iç hissəsindən götürülmüş sürtgü nümunəsi və Təqsirləndirilən şəxs əl-barmaq izləri, 01, 02, 03 və 04 nömrəli qanabənzər ləkə nümunələri isə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 452 AZN (dörd yüz əlli iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinəödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan otağında saxlanılan - mərhum Elnarə Qarayevaya məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd qara rəngli qadın alt paltarı və 01 ədəd parça, 01 ədəd jilet, 01 ədəd qara rəngli boğazlı jaket, 01 ədəd yaylığ, 01 ədəd yubka, 01 ədəd kapşonlu qadın sviteri, 02 cüt corab, çarpayının üzərindən götürülmüş 01 və 02 nömrə ilə işarələnmiş adyal, 01 ədəd yorğan üzü, 01 ədəd yastığ, 01 ədəd döşək üzlüyü, 01 ədəd yorğa, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qəhvəyi rəngli gödəkcə, 01 ədəd qəhvəyi rəngli qolu uzun sviter, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli idman ayaqqabı və 01 ədəd tünd göy rəngli papağ, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli mayka, hadisə yerindən götürülmüş 01 ədəd giliz, habelə 01 və 02 nömrə ilə işarələnmiş tıxaclar, 01 ədəd daş parçası, mərhum Elnarə Qarayevanın meyitinin daxili müayinəsi zamanı bədənindən xaric edilmiş 11 ədəd güllə qırması, Zərərçəkmiş şəxs göstərilmiş cərrahi əməliyyat zamanı onun bədənindən xaric edilmiş 13 ədəd güllə qırması, Təqsirləndirilən şəxs sağ və sol əlinin iç hissəsindən götürülmüş sürtgü nümunəsi və Təqsirləndirilən şəxs əl-barmaq izləri, 01, 02, 03 və 04 nömrəli qanabənzər ləkə nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - 01 ədəd “X27” markalı, 38929 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilsin. İş üzrə 452 AZN (dörd yüz əlli iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar