Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-143/2024 17.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X21, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlərə məhkəmələrdə dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində tanışı X4 istəyi ilə aptekdən aldığı “Novokain” adlı dərman və tibbi şprisi götürüb sonuncunun rayon sakinləri Şahid3 və X24 ilə birlikdə əyləşdiyi İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 1, 3 saylı ünvanda yerləşən kafenin 1 nömrəli kabinetinə gəlmiş, qısa müddət sonra rayon sakini X22 da kabinetə gəlmiş, həmin vaxt Fizuli Ağamaliyev ona şprisi düzgün almadığını deyərək gedib başqa şpris almasını tələb etmiş, o, bununla razılaşmadıqda Fizuli Ağamaliyev kabinetdə olan digər şəxslərin yanında onu nalayiq ifadələrlə təhqir edib üz nahiyəsindən sillə ilə vuraraq sifətin sol yarısının, sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, Fizuli Ağamaliyevdən qeyd olunan hərəkətlərinə görə üzr istəməsini tələb etdikdə sonuncu onu nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, bundan sonra o, kabinetdən çıxaraq bir müddət düşündükdən sonra Fizuli Ağamaliyevi qorxudub kabinetdə olan şəxslərin yanında üzr istəməsinə nail olmaq məqsədi ilə bıçaq almaq üçün əvvəlcə “Mustafa” və “Al Market” adlı dükanlara getmiş, orada bıçaq tapmadığı üçün tanışı X3 işlətdiyi, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən “Dörd yol” adlı kafeyə gedib sonuncudan maşınındakı şlanqı kəsmək adı ilə mətbəx bıçağı alaraq təxminən saat 18:30 radələrində yenidən Fizuli Ağamaliyevin tanışları ilə birlikdə oturduğu kafenin 1 nömrəli kabinetinə qayıtmış, kabinetə daxil olduqda rayon sakinləri Şahid3 ilə Mirzəağa Talıbovun orada olduqlarını, Elnur Rəcəbovun isə getdiyini görmüş və yenidən Fizuli Ağamaliyevdən həmin şəxslərin yanında ondan üzr istəməsini tələb etmiş, sonuncu yenidən onu təhqir etməyə başladıqda o, Fizuli Ağamaliyevdən etdiyi hərəkətlərə görə qisas almaq məqsədi ilə özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, tiyəsinin uzunluğu 110 millimetr, dəstəyinin uzunluğu 130 millimetr təşkil edən, kəsici-deşici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı sağ əli ilə çıxarıb stolun qarşı tərəfində əyləşmiş vəziyyətdə olan Fizuli Ağamaliyevin sağ bud nahiyəsindən qəsdən bir dəfə zərbə endirməklə sonuncuya sağ bud nahiyəsində bud arteriayasının kəsilməsi ilə müşayət olunan yetirilən anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirmiş və İsmayıllı rayon X17 Hüquqi Şəxsinə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, sağ bud arteriyasının kəsilməsi ilə xaricə kütləvi qanitirmə, hemotravmatik şok nəticəsində həmin günü saat 19:20-də Fizuli Ağamaliyevin qəsdən sağlamlığına ağır zərər vurmaqla ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 sentyabr tarixində günortadan sonra tanış uşaqlarla dörd yol adlanan kafedə oturub pivə içməyə başlamışlar. Sözügedən kafedə olan vaxt mərhum da dostlarıyla əyləşib yeyib içmişdir. Sonra mərhum yanındakı tanışıyla sözlü mübahisə etməyə başlamışdır. Həmin vaxt mərhum tanışına təhqiramiz ifadələr işlətmişdir. Onlar da gedib onları ayırmış və təkrar öz stollarında əyləşmişlər. Bir saat yarım sonra kafedən qalxıb getmişlər. Bundan sonra mərhum ona zəng edib, “Novakain” iynəsi, bir də şpris istəmiş və çayxanada olduğunu bildirərək iynə və şprisi ora gətirməyini xahiş etmişdir. Sözün düzü nömrəsi mərhumda olmamışdır. Mərhum onun nömrəsini haradan tapdığı barədə isə məlumatı olmamışdır. İynə və şprisi alıb mərhumun oturduğu kafeyə getmişdir. Mərhum həmin vaxt onu çay içməyə dəvət etmiş, o isə çay içməyəcəyini və gedəcəyini bildirmişdir. Mübahisə məhz bu andan etibarən başlamışdır. Belə ki, mərhum ona iradını bildirmiş və demiş ki, ona bu iynəni deməmişdir, o fərqli iynə almışdır. O da ona demişdir ki, onun iynə dərmandan başı çıxmır, o ona demiş, o da alıb gətirmişdir. Bundan sonra mərhum onu təhqir etməyə başlamış və üzünə sillə ilə vurmuşdur. Mərhuma əl atdığına görə və söyüş söydüyünə görə üzr istəməsini bildirmişdir. O, isə üzr istəməmiş və onu yenə təhqir etməyə başlamışdır. Mərhuma demişdir ki, əgər ondan üzr istəməsə, onunla arasında başqa söz-söhbət olacaqdır. Bundan sonra küçəyə çıxmış və bıçaq alıb təkrar kafeyə getmişdir. Daha sonra məlum hadisə baş vermiş və o, mərhumu bıçaqla vurmuşdur. Əslində onu bıçaqlamaq yox, qorxutmaq niyyəti olmuşdur. Bıçaqla mərhumun sağ buduna vurmuşdur. Mərhuma bir bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş tərəf ondan şikayət etməmişdir. Mərhumu vurduqdan sonra hadisə yerindən çıxıb polisə təslim olmağa getmişdir. Bir saat sonra polis şöbəsində öyrənmişdir ki, artıq mərhum ölmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ibtidai araşdırma zamanı veridiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X11 onun atasıdır. Atası işsiz olmuş, hələ təqaüdə çıxmamışdır. Elçini İsmayılı rayon sakini kimi tanıyır, atasının yanında buyruğuna, qulluğuna gedən adam olmuş, atası ona iş tapşıranda bununla bağlı ona pul da vermişdir. Hadisə gününə qədər Elçinin atası ilə münasibəti yaxşı olmuş, atasına hörmətlə, böyük kimi yanaşmışdır. O, xasiyyətini bəyənmədiyinə görə Elçinlə münasibəti olmamışdır. Lakin indiyə qədər də bir hörmətsizliyini görməmişdir. Atası kef əhli olmuş, tez-tez dost-tanışıyla yeyib içmişdir. Elçin də çox vaxt onun yanında olmuşdur. Atasının Elçinlə bağlı nəsə bir narazıçılıq etdiyini eşitməmişdir. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 18:43 radələrində anasının əmisi oğlu Mirzəağa əmi ona zəng edərək üstü örtülü bir problem çıxdığını, İsmayıllı şəhəri ərazisində yerləşən, “Göbələk” adlanan kafeyə gəlməyini istəmiş, oraya çatdıqda kabinetə girəndə atasının qanlar içində yerdə uzandığını görmüşdür. Atası dizinin üstündən bir yerdən xəsarət aldığını, çox qan itirdiyini, lakin hələ yaşadığını, huşunun özündə olmadığını görmüşdür. O, oraya çatanda kabinetdə heç kəs olmamış, səhv eləmirsə, kabinetin çölündə 2 nəfər polis serjantı olmuş, onlar ona təcili tibbi yardıma bu barədə məlumat verdiklərini demişdirlər. Təxminən 2 dəqiqə sonra təcili tibbi yardım maşını gələrək atasını xəstəxanaya aparmışdır. Xəstəxananın acil şöbəsində həkimlər atasına müdaxilə eləsələr də, çox qan itirdiyindən və damarları yığıldığından onu xilas etmək mümkün olmamışdır. Həmçinin hadisə baş verən günə qədər Elçinin atası ilə heç bir probleminin olmadığını, nə baş vermişdirsə həmin günü içkili vəziyyətdə baş verdiyini düşündüyünü, atasının yeyib içən adam olduğunu, içkili vəziyyətdə həmişə danışığını, hərəkətini bildiyini, indiyədək heç kimlə probleminin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı rayon sakini X6 uzun müddətdir tanıyır. 30 sentyabr 2023-ci il tarixdə, təxmini olaraq saat 16-17 radələrində tanışı X19 şəhəri ərazisində olan Muzeyin arxa tərəfindən keçən zaman Fizuli ilə rastlaşmış, Fizuli ilə görüşən zaman onun içkili olduğunu hiss etmişdir. Fizuli rayon sakini kimi tanıdığı İkram adlı şəxsin İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Göbələk” adlı kafeni icarəyə götürüb işlətdiyini, İkramın yanına gedib çay içib şirinlik kimi 5 manat verəcəyini deyib onların da onunla getməklərini istəmiş, onlar da razılaşmışdırlar. Fizuli Elnura 10 manat verib gedib 1 ədəd ona, 1 ədəd də özünə siqaret alıb gətirməsini bildirmiş, Elnur ilk öncə ağrısı olduğuna görə gedə bilməyəcəyini söyləmiş, o, Elnura işarə edib gedib siqareti almasını demişdir. Elnur siqaret almağa gedən zaman ona “Göbələk” kafesinə gedəcəklərini deyib ora gəlməsini bildirmiş, Elnur da razılaşmışdır. Fizuli ilə birlikdə kafeyə gedib həyətdə olan birinci kabinetdə oturmuş, İkram gələn zaman onunla görüşüb xeyir-dua vermiş və çay sifariş vermişdirlər. İkram çölə çıxdıqdan sonra Elçin içəri girmiş, həmin vaxt Elnur aldığı siqareti və qalan pulu Fizuliyə verib Fizulinin yanında oturmuşdur. Fizuli yerindən durub ayaq üstə duran Elçinə yaxınlaşıb kağıza bükülü vəziyyətdə olan şprisi Elçindən götürmüş, gedib yerinə oturub kağızı açmışdır. Həmin vaxt rayon sakini kimi tanıdığı Mirzəağa da onların oturduqları kabinetə gəlib onlarla görüşüb onun sağ tərəfində oturmuşdur. Daha sonra Fizuli ayağa durub qapı tərəfdə ayaq üstə olan Elçinə yaxınlaşıb şprisin baş tərəfinin əyildiyini bildirmiş, Elçinin qulağına nəsə deyib şprisin təzəsini alıb gətirməsini istəmişdir. Elçin də təzə gəldiyini, yenidən getmək istəmədiyini demiş, Fizuli də ağsaqqal olduğunu, ona niyə hörmət qoymadığını soruşmuş, Elçin də bir qədər sonra gedəcəyini demiş, Fizuli buna etiraz edən zaman Elçin getməyəcəyini bildirmişdir. Fizuli də əsəbləşib Elçinin üzündən 2-3 dəfə sillə vurmuş, bu zaman Elnur, Mirzəağa və o ayağa durub onları ayırmışdırlar. Elçin Fizulidən niyə onu vurduğunu soruşmuş, onlar da Fizulinin əmi kimi ərk edərək vurduğunu demiş, Fizuli də yaxşı edib vurduğunu, yenə də vura biləcəyini demişdir. Fizuli Elçinin ünvanına nalayiq söyüşlər söymüş, həmçinin, Elçinə bundan sonra dediyi yerə getməməsini deyib gedənin ünvanına da nalayiq söyüş söymüşdür. Həmin vaxt da hamı ayaq üstə olmuş, onları ayırmağa çalışmışdırlar. Elçini çölə çıxardıqdan sonra getməsini bildirib gəlməməsini tapşırmış, İkram da həmin vaxt çöldə olduğu üçün İkrama Elçini uzaqlaşdırmasını bildirib kabinetə girmişdir. Elçin çölə çıxan zaman da Elnur kabinetdən çıxıb getmiş, İkram da kabinetə girib Fizuli ilə üzbəüz oturmuşdur. Onlar da oturub çay içib söhbət etməyə başlamışdırlar. Təxminən 20-25 dəqiqə sonra Elçin kabinetə girib Fizulinin yanında oturub Fizulidən niyə onu vurduğunu soruşmuş, Fizuli də bir əmi kimi vurduğunu demiş, onlar da Fizulinin dediyini təsdiqləmişdirlər. Həmçinin, Fizuli “qələt edib bir sillə vurmuşuq” demiş, Elçin Fizulidən onu vurmasının səbəbini soruşmuş, Fizuli də Elçindən gəlməsinin səbəbini soruşmuş, Elçin də ağlayaraq Fizulidən onu vurmasınının izahını istəmişdir. Fizulidə “sənə izah olunmadı istiyirsən birini də vurum” demiş, bu zaman Elçin anidən sağ əlini stolun altından çıxarıb stolun yan tərəfindən Fizulinin sağ buduna bıçaqla vurub geri çəkmiş, Elçin Fizulini bıçaqla vuran zaman əlindəki bıçağı görməmiş, yalnız bıçağı çıxaran zaman üzərində qan olan bıçağı görmüşdür. Elçin Fizulini vurduqdan sonra Fizuli ayağa qalxmaq istəyərkən arxası üstə yerə yıxılmış, həmin vaxt ilkin olaraq İkram yerindən durub Elçini arxadan tutmuş, o da Mirzəağa ilə ayağa durub Elçini kabinetdən çölə çıxarmış, çölə çıxdıqdan sonra İkram Elçini oradan uzaqlaşdırmış, İkramın oğlu Elnur da orada yaxınlıqda olan polislərə yaxınlaşıb məlumat vermişdir. Kabinetə girən zaman Fizulinin küncdə yerdə uzanıqlı vəziyyətdə olduğunu və yerə xeyli miqdarda qanının axdığını görmüş, orada olanlardan kimsə təcili tibbi yardıma zəng edərək çağırmışdır. Bir qədər sonra Fizulinin oğlu Səmid də gəlmiş, Səmid gəldikdən bir neçə dəqiqə sonra isə təcili tibbi yardım gəlmiş, həkimlər Fizulini nasılkaya qoyub aparmışdırlar. Həmçinin Elçin kabinetdə olan zaman Fizulidən bir neçə dəfə onu niyə vurduğunu soruşmuş, Fizuli də aqressiv formada yenə də vuracağını deyən zaman Elçin Fizuliyə xəsarət yetirmiş, səhv etmirsə Elçin xəsarət yetirən zaman “axırı belə olur” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X11 onun əmisi qızının yoldaşıdır. Əmisı qızı ona bacı əvəzi olduğundan onun yoldaşını da özünə yeznə kimi görmüşdür. 30 sentyabr 2023-cü il tarixdə, təxmini olaraq saat 17 radələrində onların “qocalar çayxanası” adlandırdıqları çayxanda oturub telefona baxır, çay içirmiş. Saat 7-yə 5-10 dəqiqə işləyirmiş. Əyni nazik olduğundan evə jaketini geyinməyə getmişdir. Evə tərəf gedəndə o, oturduğu çayxanadan bir az aralıda olan qonşusu İkramın işlətdiyi İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Göbələk” adlı kafedən yeznəsi Fizulinin səsinin gəldiyini eşitmiş, o da evə getməyib kafeyə tərəf dönmüşdür. Kafeyə girib Fizulinin oturduğu otağa baxan zaman bir neçə nəfər şəxsin içəridə olduğunu görmüşdür. Həmin vaxt kafenin həyətində olan İkramla görüşmüş, İkram Fizulinin yanında kənar şəxslərin olmadığını deyib onların yanına getməyini bildirmiş, o da otağa girmişdir. Həmin vaxt otaqda Fizulidən başqa İsmayıllı rayon sakini kimi tanıdığı Elçin və Zaman adlı şəxslər, bir nəfər də adını tanımadığı İsmayıllı bazarında soğan satışı ilə məşğul olan şəxs də olmuş, otağa girib kresloda oturmuşdur. Ona çay süzmüşdürlər. O və soğan satan oğlan çay içmiş, soğan satan oğlan çıxıb getmişdir. Fizuli Elçini nəyinsə dalıyca göndərmək istəmiş, onun qulağına nə isə demişdir. Elçin də getməmiş, “bir dəfə getmişəm, daha getmirəm” demiş, Fizuli də ayağa durub Elçinə “niyə getmirsən” deyə söyləmiş, hər ikisi qapıya tərəf getmişdir. Fizuli Elçinə “getmirsən, ha” deyib bir sillə sol üzündən, birini də sağ üzündən, sonra yenə də Elçinə “getmirsən” deyib bir dənə də sillə vurmuşdur. Fizuli Elçinə sillə vuran zaman o və Zaman dörd nəfər otaqda olmuş, o, yaşca böyük olduğundan ayağa durub onları aralaşdırmış, ikisi yenidən yerlərində oturmuşdurlar. Elçin çayından bir qurtum içib “Fizuli əmi, sən məni gərək vurub biabır eləməyərdin, mən də kişiyəm, camaatın yanında məni nəyi vurursan” deyib çıxıb getmiş, Elçin otaqdan çıxandan sonra İkram da gəlib onlarla oturmuşdur. Təxminən 25 dəqiqə sonra Elçin geri qayıtmış, əvvəl oturduğu yerdə Fizulinin yanında oturmuşdur. Elçin Fizuliyə qayıdıb “Fizuli əmi, mənə niyə vurdun, məni camaatın içində niyə biabır eləmisən, məni niyə söymüsən” demişdir. Fizuli də qayıdıb “mən sənin böyük əminəm, həmişə bir yerdə oluruq, mən sənə ərk eliyib sillə vurmuşam, qələt eləmişəm” demişdir. Elçin də qayıdıb “mən bilmirəm, mən bu hayfı yerdə qoymayacam, mən bu biabırçılığı yerdə qoymaram” demişdir. Həmin vaxt ikisi də oturmuşdur. Elçin Fizulinin sağ tərəfində olmuşdur. Elçin “qeyrətsizin qeyrətə gələn vaxtı olur hə” demiş və birdən səs gəlmişdir. İkisi də ayağa qalxmışdır. Elçin Fizulini bıçaqla vuran zaman əlindəki bıçağı görməmiş, lakin ikisi ayağa duran zaman Elçinin sağ əlində üzərində qan olan bıçaq olduğunu görmüşdür. Fizuli ayağa qalxan kimi yerə yıxılmışdır. Bu vaxt o, Zaman və İkram Elçini zorla çölə çıxarmışlar. Həmin vaxt bıçaq Elçinin əlində olmuşdur. O, İkramın oğluna gedib polisləri çağırmasını istəmişdir. Özü də təcili tibbi yardım xidmətinı, Fizulinin qardaşına, oğluna zəng edib bu barədə xəbərdar edib gəlmələrini istəmişdir. Polislər gəlib Elçini tutmuşdurlar. Fizulinin oğlu Səmid gəlmişdir. Hamısı bir yerdə köməkləşib Fizulinin təcili tibbi yardım maşınına qoyub xəstəxanaya aparmışlar. Təcili tibbi yardım maşını gələnə qədər Fizuli təxminən 4-5 litr qan itirmişdir. Fizulini xəstəxanaya çatdırdıqdan 10 dəqiqə sonra Fizuli rəhmətə getmişdir. Daha sonra polislər gəlib onlara şöbəyə aparmışlar. Fizulinin Elçinə sillə vurmasının səbəbi Elçinin Fizulinin qulluğuna baxmamasına görə olmuş, bu səbəbdən aralarında söz-söhbət düşmüş və nəticədə həmin hadisə baş vermişdir. Elçinin Fizulinin onu söydüyünü desə də, onun bunu eşitmədiyini, ola bilsin bu söhbətin o kabinetə gəlməmişdən qabaq baş verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə oğlu Elnur İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Aristokrat” adlı kafeni icarəyə götürüb oranı işlətməyə başlamış, həmin kafedə yalnız çay verilmişdir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs və X6 uzun müddətdir ki, rayon sakinləri kimi tanıyır. 30 sentyabr 2023-cü il tarixdə, saat 17-18 radələrində evdən kafeyə gələn zaman Elnur ona zəng edib mübahisə olduğunu deyib tez gəlməyini istəmiş, o da kafeyə çatan zaman Elnur kabinetdə Zaman, Mirzəağa və Fizulinin oturduğunu, Fizulinin Elçinlə mübahisə edərək Elçini sillə ilə vurduğunu, daha sonra Elçinin oradan getdiyini, onların çay içmək üçün onu kabinetə çağırdıqlarını bildirmişdir. O da içəri girib onlarla görüşmüş, həmin vaxt Fizuli girişdən qarşı tərəfdə, üzü qapıya tərəf, Mirzəağa ilə Zaman Fizulinin sol tərəfində oturmuşdur. O da Mirzəağagilin sol tərəfində, Fizuli ilə üzbəüz oturmuş, oturduqdan sonra Elnura çay gətirməsini bildirmiş, Elnur da gedib çay gətirmişdir. Təxmini olaraq 10-15 dəqiqə sonra Elçin içəri girmiş, həmin vaxt Elçinin əlində heç nə olmamışdır. Elçin içəri girib Fizulinin yan tərəfində, Mirzəağagillə üzbəüz oturmuş, Fizulidən onu niyə vurduğunu, uşaqların yanında onu vurub pərt etdiyini, onun vurulmalı oğlan olmadığını bildirmişdir. Fizuli də ərkyana əmi kimi vurduğunu, qələt elədiyini bildirmiş, Elçin yenə də dediklərini təkrarlamış, Fizuli hər iki əlini stolun üzərinə qoyub acıqlı şəkildə “nə deyirsən, istəyirsən bir də vurum” demişdir. Həmin vaxt Elçin ağlamağa başlamış, Fizuli Elçinə gedib çöldə ağlamasını bildirmişdir. Bu zaman Elçinin əli stolun altında olduğu üçün görünmürmüş. Elçin anidən sağ əlini stolun altından çıxarıb stolun yan tərəfindən Fizulinin sağ buduna vurub geri çəkmiş, bıçağı çıxaran zaman bıçağın uc hissəsində qan olduğunu görmüş, o, dərhal ayağa durub Elçinin arxa tərəfindən tutmuş, daha sonra Zamanla Mirzəağa da gəlib Elçini çıxarmağa ona kömək etmişdirlər. Elçin çölə çıxdıqdan sonra onu çayxananın giriş tərəfində maşın saxlanılan yerə aparmış, orada Elçinə nalayiq formada söyüş söyüb getməsini bildirmiş, Elçin də Mədəniyyət evinin yanı ilə getməyə başlamışdır. Fizulinin yanına qayıdan zaman X23 bıçaqlaması barədə polislərə məlumat verib kafeyə gəldiyini görmüş, kabinetə qayıdan zaman Mirzəağa və Zamanın ayaq üstə olduğunu, Fizulinin də qarşı tərəf sol küncdə yerdə uzanmış vəziyyətdə olduğunu görmüş, o da dərhal təcili tibbi yardım çağırmışdırlar. Bir neçə dəqiqə sonra Fizulinin oğlu Səmid də gəlmiş, Səmid də olanların şahidi olmuşdur. Səmid gəldikdən bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş və Fizulini xəstəxanaya aparmışdırlar. Daha sonra Fizulinin xəstəxanada öldüyünü eşitmişdir. Elçin ilk dəfə kabinetdə olan zaman kabinetdə olmamış, Fizulinin Elçini vurduğunu görməmiş, kabinetə gəldikdən sonra Fizuli Elçini söyməmiş və vurmamışdır. Elçin kabinetdə olan zaman Fizulidən bir neçə dəfə onu niyə vurduğunu soruşduğunu, Fizuli də aqressiv formada cavab verən zaman Elçinin Fizuliyə xəsarət yetirdiyini göstərmişdir. X27 bıçaqladıqdan sonra ona təslim olmaq üçün polisə gedəcəyini bildirməmiş, Elçindən hara getməsini soruşmamış, nalayiq formada oradan uzaqlaşmasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Aristokrat” adlı kafedə ofisiant işləməyə başlamışdır. Oranı işlədənlər kafeni təhvil verdiyi üçün atası İkramla oranı Kamran adlı şəxsdən icarəyə götürüb sentyabrın 22-dən işlətməyə başlamış və həmin yerdə yalnız çay vermişdirlər. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs və X6 uzun müddətdir rayon sakinləri kimi tanıyır. 30 sentyabr 2023-cü il tarixdə, təxminən saat 14-15 radələrində Elçin xalası oğlu Samir və tanışı Ziya ilə birlikdə çay içmək üçün kafeyə gəlmiş, çay içdikdən sonra durub getmişdirlər. Təxmini olaraq saat 17 radələrində Fizuli Zamanla birlikdə kafeyə gəlmiş və Fizuli kafeni açdığına görə şirinlik verməyə gəldiyini bildirmiş, Fizuli kabinetdə əyləşəcəyini deyib çay istəmiş, həmin vaxt atası da kafedə olmuşdur. Kabinetə çay aparan zaman Zamanla Fizuli oturmuş, Fizuli 5 manat verib şirinlik kimi verdiyini bildirmiş, həmin vaxt Fizuli sərxoş vəziyyətdə olmuşdur. Çay verib çıxdıqdan sonra Mirzəağa və Elnurun kabinetə girdiklərini görmüş, Fizuli əvvəlcədən dediyi üçün 4 ədəd stəkan vermiş, bir neçə dəqiqə sonra Elçin kafeyə gəlib onların oturduğu kabinetə girmiş, təxmini olaraq 15 dəqiqə sonra Elçini çölə çıxartmışdırlar. Həmin vaxt atası kafenin həyətində olduğuna görə onu görmüşdür. Sonra Elçin YAP-ın binası tərəfə getmiş, Elnur da həmin vaxtlar otaqdan çıxıb getmiş, o da işlədiyi üçün heç nə soruşmamışdır. Həmin vaxt atası da kabinetə çay aparmış, o da kabinetə 2 ədəd çay stəkanı aparıb qoymuşdur. Saat 18 radələrində Elçin aqressiv formada yenidən kafeyə gəlmiş, o da Elçinin əsəbi olduğunu görüb kabinetdə başqa şəxlərin olduğunu bildirmiş, Elçin də onu kənara itələyib kabinetə girmişdir. O da işlərini görməyə başlamış, təxminən 5 dəqiqə sonra qışqırıq səsi gəldiyini eşitmiş, kabinetə tərəf gedən zaman atası ilə Mirzəağanın Elçini kafenin çıxış hissəsinə tərəf uzaqlaşdırdıqlarını görmüşdür. O, kabinetə girən zaman Fizulinin sol küncdə yerdə uzanılı vəziyyətdə olduğunu, yerə qan axdığını görmüş, o da Elçinin Fizulini vurduğunu düşünüb mərkəz tərəfə qaçıb orada olan polislərə Elçinin Fizulini vuraraq kafedən uzaqlaşdığını bildirmişdir. Kabinetə qayıdan zaman atasıgilin orada olduğunu və təcili tibbi yardıma zəng edərək çağırdıqlarını öyrənmişdir. Bir qədər sonra Səmid də ora gəlmiş, təcili tibbi yardım gələn zaman kabinetə girib Fizulini nasılkaya qoyub aparmışdırlar. Daha sonra Fizulinin xəstəxanada öldüyünü eşitmişdir. Elçinin Fizulini vuracağı barədə ona heç nə demədiyini, Elçin ikinci dəfə kafeyə gələn zaman onu kabinetə qoymaq istəməsə də, güclə içəri girdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən hadisə yeri İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 1, 3 saylı ünvanda, İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin arxasında yerləşən kafedir. Kafenin giriş hissəsindəki yer daş örtüklüdür. Giriş hissədə fərqli ölçülərdə müxtəlif ağaclar vardır. Kafeyə piyada və avtomobillə girmək üçün giriş vardır, həmin yerlərdə giriş qapısı yoxdur. Avtomobil üçün nəzərdə tutulan yerdən daxil olaraq 5 metr irəlilədikə sol tərəfdə qarşısı dairə formasında şəffaf materialla örtülü, arxası isə dördkünc formada tikilmiş tikili vardır. Həmin tikilinin içərisində stol, stul və digər əşyalar vardır. Girişdən 21 metr irəlilədikdə qarşıda stol və bir neçə nəfərin əyləşməsi üçün nəzərdə tutulan 2 ədəd stul, həmin yerdən qarşıda da müxtəlif stol və stullar vardır. Həmin yerdən sağ tərəfdə 4,48 metr uzunluğunda, 4,14 metr enində, 2,67 metr hündürlüyündə, narıncı rəngli kabinet vardır. Kabinetin 1,25 metr mansar hissəsi vardır. Kabinetin sol tərəfində yarı aşmış vəziyyətdə plasmas stol vardır. Kabinetin 77 sm enində, 2,08 metr hündürlüyündə yarıdan çox hissəsi qeyri-şəffaf şüşəli narıncı rəngli plasmas qapısı, 1,36 metr enində, 1,37 metr hündürlüyündə qeyri-şəffaf şüşəli narıncı rəngli pəncərəsi vardır. Qapıdan daxil olduqda kabinetin içəri hissəsinin uzunluğu 4 metr, eni 3,7 metr, hündürlüyü isə 2,7 metrdir. Girişdən sol tərəf küncdə ayaqlı pletka, 60 sm hündürlüyündə televizor altı, onun üstündə isə televizor vardır. Həmin televizorun qarşı tərəfində üzərində 5 ədəd stəkan, 4 ədəd nəlbəki, 1 ədəd çaynik və 1 ədəd külqabı olan, 1 metr enində, 1 metr uzunluğunda, 80 sm hündürlüyündə, üzərində qanabənzər ləkə olan narıncı rəngli taxta stol, həmin stolun qarşı tərəfində 1 ədəd dəmir ayaqlı stul, həmin stulun qarşı tərəfində 3 ədəd plasmas stul vardır. Girişdən sağ tərəfdə 1 ədəd yaba, 1 ədəd lom, 1 ədəd plasmas stul vardır. Qarşıdakı sağ küncdə 2 ədəd kreslo, kresloların üzərində tərsinə çevrilmiş ayaq hissəsində qanabənzər ləkələr olan 1 ədəd plasmas stul, kresloların yan tərəfində bir hissəsi qırılmış plasmas stul vardır. Kresloların qarşısında 90 sm uzunluğunda, 50 sm enində, 55 sm hündürlüyündə stol vardır. Həmin stolun üzərində 2 ədəd stəkan, 2 ədəd nəlbəki və 1 ədəd bakal vardır. Otağın girişindən 3,2 metr irəlidə sol tərəfdə, otağın sol tərəfindəki stoldan 80 sm aralıda uzunluğu 190 sm, sol eni 27 sm, orta eni 80 sm, sağ eni 65 sm ölçülərdə qanabənzər maye vardır. Həmin qanabənzər maye 1 nömrə ilə nömrələndi. Həmin yerdən 80 sm aralıda olan stolun üzərində olan qanabənzər ləkə 2 nömrəsi ilə nömrələndi, 1 nömrə ilə nömrələnmiş yerdən 1,2 metr aralıda olan döşəmədə olan qanabənzər ləkə 3 nömrəsi ilə nömrələndi, 1 nömrə ilə nömrələnmiş yerdən 1,8 metr aralıda olan döşəmədə olan qanabənzər ləkə 4 nömrəsi ilə nömrələndi, 1 nömrə ilə nömrələnmiş yerdən 1,15 metr aralıda olan stulun ayaq hissəsində olan qanabənzər ləkə 5 nömrəsi ilə nömrələndi. Nömrələnmiş qanabənzər nümunələr pambığa hopdurulmaqla götürülərək müvafiq qaydada qablaşdırıldı və üzəri zərflər üçün möhürlə möhürlənərək götürüldü. Həmçinin döşəmənin üzərində müxtəlif ölçülərdə qanabənzər ləkələr vardır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində tanışları Fizuli, Mirzəağa, Zaman və Elçinlə birlikdə işlətdiyi kafenin kabinetində oturub çay içən zaman Fizuli ilə Elçin mübahisə etmiş, Elçin Fizulinin ona sillə vurmasına görə əsəbiləşərək bir dəfə bıçaqla Fizulini vurub xəsarət yetirmiş, daha sonra oradan uzaqlaşmışdır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və xüsusat aşkar olunmadı (cild 1, i.v. 5-14). Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”-dan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaxınlaşaraq əlindəki bıçağı onlara təqdim edərək hadisənin onun tərəfindən törədildiyi barədə məlumat vermiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-yə gəlmişdir (cild 1, i.v.-66). Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli telefonlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı telefonda zənglər tətbiqinə daxil olan zaman xx.xx.2023-cü il tarixdə saat 17:33-də X7 məxsus olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrəyə zəng daxil olduğunu, 1 dəqiqə 31 saniyə danışıqların baş tutduğunu, 17:35-də və 17:36-da Təqsirləndirilən şəxs F.S.Ağamaliyevə zəng edərək hər birində 8 saniyə danışıqlarının baş tutduğu, daha sonra F.S.Ağamaliyevin Təqsirləndirilən şəxs 17:39-da da zəng edərək 1 dəqiqə 16 saniyə danışıqlarının baş tutduğu, Təqsirləndirilən şəxs F.S.Ağamaliyevə 17:44-də zəng edərək 5 saniyə və 17:45-də zəng edərək 44 saniyə danışdıqları, F.S.Ağamaliyevin Təqsirləndirilən şəxs 17:46-da zəng edərək 9 saniyə danışıqlarının olduğu əks olunmuşdur. X8 məxsus olmuş “Samsung” markalı telefonda “Mesajlar” tətbiqinə daxil olan zaman Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:44-də buraxılmış zənglərin olduğu görünür (cild 1, i.v 169). Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani olaraq göstərmişdir (cild 2, i.v.-23-31). Cinayət işinə əlavə olunmuş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-54-1/2-433/2023 nömrəli məktub, həmin tarixli 2625 nömrəli arayış və xasiyyətnamədən görünür ki, İsmayıllı rayonunda anadan olmuş, azərbaycanlı, orta təhsilli Mirzəzadə X15 şəhəri N.Şalbuzov küçəsi, ev 11 ünvanında qeydiyyatda olmaqla xx.xx.1947-ci il təvəllüdlü atası X14 ilə birlikdə yaşayır. Ailəli olub ayrılmışdır, iki övladı var. Onun barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır (cild 1, i.v.-214-215). Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli, /1-3039/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11-də yaşayan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair İsmayıllı rayon məhkəməsində hər hansı işə baxılmamışdır (cild 1, i.v.-225). Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli, 3-17-1/2-246089/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər alt sisteminə, pensiya alt sisteminə əsasən filialdan heç bir növ sosial müavinət, təqaüd və pensiya almır (cild 1, i.v.-229). Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli, 18-1-47/2-925/2023 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 31-də qeydiyyatda olan və yaşayan xx.xx.1958-ci il təvəllüdlü X1 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetinlərində dispanser qeydiyyatda yoxdur (cild 1, i.v.-233). Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 18-1-47/2-932/2023 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan xx.xx.1979-cu il təvəllüdlü Mirzəzadə X15 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi- Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetinlərində dispanser qeydiyyatda yoxdur (cild 1, i.v.- 235). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v.-238- 239). Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 84/2-28293/23 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:50-də rayon prokurorluğuna X4 “sağ budun aşağı üçdə birinin içəri səthinin kəsilmiş deşilmiş yarası” xəsarəti ilə İsmayıllı RMX-yə daxil olması və aldığı xəsarətdən xəstəxanada ölməsi faktı istiqamətində zəruri əməliyyataxtarış tədbirləri keçirilmiş, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs ailəsi, yaxın qohumları, o cümlədən, mərhum X11 və kənd sakinləri ilə olan münasibətlərinin hansi formada olması ilə bağlı hər hansı əsaslı dəlilin(sübut) müəyyən edilməsi mümkün olmamış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 1, 3 saylı ünvanda yerləşən, “Göbələk” adlanan kafenin kabinetlərindən birində tanışı X12 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncuya bıçaq zərbəsini görmüş şəxslərin dairəsi müəyyən edilərək ifadələrinin alınması məqsədilə rayon prokurorluğuna göndərilməsi tərəflərindən təmin olunmuş, həmçinin, araşdırma üçün əhəmiyyət kəsb edəcək digər hallar barədə əsaslı dəlilin(sübut) müəyyən edilməsi mümkün olmamışdır (cild 2, i.v.-41). Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə Şahid1 ifadəsi arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, həmin istintaq hərəkətləri zamanı Şahid1 Təqsirləndirilən şəxs dediklərini təsdiqlədiyini bildirmiş, bununla da, ifadələr arasında olan ziddiyyətlər aradan qaldırılmışdır (cild 2, i.v.-78-80). Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə Şahid3 ifadəsi arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, həmin istintaq hərəkəti zamanı Z.A.X20 hansı vəziyyətdə vurduğunu görmədiyindən onun dediklərini təsdiqlədiyini bildirmiş, bununla da, ifadələr arasında olan ziddiyyətlər aradan qaldırılmışdır (cild 2, i.v.-81-83). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X29 alınmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sifətin sol yarısının, sol almacıq nahiyyəsinin qançırı yumşaq kənarlı küt əşya (əl zərbəsi) təsirindən müayinədən bir neçə saat əvvəl (xx.xx.2023-cü il tarixdə) kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Təqsirləndirilən şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1, i.v.-259-260). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X29 alınmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, 1958-ci il təvəllüdlü X5 meyitinin bədənində aşkar olunmuş xəsarət: sağ bud nahiyyəsində, bud arteriyasının kəsilməsi ilə nəticələnən deşilmiş - kəsilmiş yarası həyatidir, ölümündən əvvəl deşici-kəsici alət təsirindən kənar şəxs tərəfindən törənməklə, ekspertizaya təqdim olunmuş bıçaqla və ona oxşar digər deşici-kəsici alət təsirindən törənməsi mümkündür. X5 meyitinin sağ bud nahiyyəsində aşkar olunmuş deşilmiş-kəsilmiş yara canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilir. X5 ölümünə səbəb sağ bud arteriyasının kəsilməsi nəticəsində xaricə kütləvi qanitirmə, hemotravmatik şok olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, i.v.- 263-268). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X18” X29 alınmış, məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 522/2023-MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx təyinatlı bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı dəyişikliklər edilməmişdir. Ekspertizaya təqdim edilmiş X7 məxsus qara rəngli ağ zolaqlı şalvarın sağ ayağının ön hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş tuman, mayka, sviter, şalvar, gödəkçə və X7 məxsus köynək və mayka üzərində hər hansı bir zədə aşkar edilməmişdir. X4 meyitinin sağ bud nahiyəsində olan deşilmişkəsilmiş yara ekspertizaya təqdim edilmiş ona məxsus qara rəngli ağ zolaqlı şalvarın sağ ayağının ön hissəsində aşkar edilmiş deşijmiş-kəsilmiş zədə ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür (cild 2, 7-12). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X18” X29 alınmış, məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 702/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu: 0alfa,beta/l/. Ekspertizaya təqdim edilən mərhum X7 məxsus şalvar, köynək, mayka, trusik, Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi, şalvar, sviter, mayka, bıçağın və hadisə yerindən 05 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigenləri və əksər ləkələrdə, həmçinin, alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri 0-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X7 məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tədbiq olunan müvafiq müayinə metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərində aşkar olunan qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil (cild 2, i.v.-54-59). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X9” X29 alınmış, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 05 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Emosianal halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur (cild 2, i.v.-167-170). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X9” X29 alınmış, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməməsi səbəbindən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər-hansı bir ruhi-əsəb xəstəliyi keçirməməsi səbəbindən o, öz əməlinin faktiki xarakterini dərk etmək öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutmaq haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 42-43). Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İsmayıllı Rayon Məhkəməsinin qərarından görünür ki, həmin Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 160-163). Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Fizuli Ağamaliyevi qisas almaq məqsədi ilə bıçaqla vurmaq istəmədiyini sadəcə olaraq onu qorxudmaq məqsədi ilə vurmasına dair göstərdiyi bu halları onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 meyitinin bədənində aşkar olunmuş xəsarət: sağ bud nahiyyəsində, bud arteriyasının kəsilməsi ilə nəticələnən deşilmiş - kəsilmiş yarası həyatidir, ölümündən əvvəl deşici-kəsici alət təsirindən kənar şəxs tərəfindən törənməklə, ekspertizaya təqdim olunmuş bıçaqla və ona oxşar digər deşici-kəsici alət təsirindən törənməsi mümkündür. X5 meyitinin sağ bud nahiyyəsində aşkar olunmuş deşilmiş-kəsilmiş yara canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilir. X5 ölümünə səbəb sağ bud arteriyasının kəsilməsi nəticəsində xaricə kütləvi qanitirmə, hemotravmatik şok olmuşdur. Aparılmış araşdırma zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Fizuli Ağamaliyev arasında baş vermiş mübahisə zamanı Fizuli Ağamaliyev digər şəxslərin yanında Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir edib üz nahiyəsindən sillə ilə vuraraq sifətin sol yarısının, sol almacıq nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş (iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 326 nömrəli rəyi), o, Fizuli Ağamaliyevdən qeyd olunan hərəkətlərinə görə üzr istəməsini tələb etdikdə X31 Mirzəzadəni nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, bundan sonra Təqsirləndirilən şəxs kabinetdən çıxdıqdan sonra Fizuli Ağamaliyevi qorxudub kabinetdə olan şəxslərin yanında üzr istəməsinə nail olmaq məqsədi ilə bıçaq almaq üçün əvvəlcə “Mustafa” və “Al Market” adlı dükanlara getmiş, orada bıçaq tapmadığı üçün tanışı X3 işlətdiyi “Dörd yol” adlı kafeyə gedib Çingiz Adıgözəlovun maşınındakı şlanqı kəsmək adı ilə mətbəx bıçağı almış, yenidən Fizuli Ağamaliyevin tanışları ilə birlikdə oturduğu kafeyə qayıtmış və yenidən Fizuli Ağamaliyevdən həmin şəxslərin yanında ondan üzr istəməsini tələb etmişdir. Fizuli Ağamaliyev yenidən onu təhqir etməyə başladıqda X33 Ağamaliyevdən etdiyi hərəkətlərə görə qisas almaq məqsədi ilə özü ilə gətirdiyi bıçağı sağ əli ilə çıxarıb stolun qarşı tərəfində əyləşmiş vəziyyətdə olan Fizuli Ağamaliyevin sağ bud nahiyəsindən qəsdən bir dəfə zərbə endirmiş və İsmayıllı rayon X17 Hüquqi Şəxsinə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, sağ bud arteriyasının kəsilməsi ilə xaricə kütləvi qanitirmə, hemotravmatik şok nəticəsində Fizuli Ağamaliyevin sağlamlığına ağır zərər vurmaqla ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün tövsif olunduğu qənaətinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətməsi (CM-nin 59.1.8) və cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması (CM-nin 59.1.10) cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır və qiymətləndirilir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması (Cinayət Məcəlləsinin 59.1.10-cu maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 30 sentyabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan və İsmayıllı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan X7 məxsus 01 ədəd qara rəngli şalvar və 01 ədəd boz rəngli trusik, 01 ədəd göy rəngli qısaqol kofta və 01 ədəd bozumtul rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd göy rəngli şalvar, 01 ədəd idman gödəkçə və cinayətin predmeti olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs məxsus olan “Huawei” markalı telefon Təqsirləndirilən şəxs və X7 məxsus olmuş “Samsung” markalı telefon isə X8 qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan X7 məxsus 01 ədəd qara rəngli şalvar və 01 ədəd boz rəngli trusik, 01 ədəd göy rəngli qısaqol kofta və 01 ədəd bozumtul rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli sviter, 01 ədəd göy rəngli şalvar, 01 ədəd idman gödəkçə və cinayətin predmeti olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə, Təqsirləndirilən şəxs məxsus olan “Huawei” markalı telefon Təqsirləndirilən şəxs və X7 məxsus olmuş “Samsung” markalı telefon isə X8 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-143/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-143/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver