Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-144/2021 25.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X20, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxx 1960-cı il tarixdə Kəlbəcər rayonu, Soyuqbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və Zərdab rayonu, Bəyimli qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144-2.2.1, 144-2.2.2 və 144-2.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə məqsədi ilə vahid niyyətlə maddi və sosial təminatının aşağı olmasından istifadə edərək Rusiya Federasiyasının vətəndaşı Asilkhan Askerovanı və onun övladları - aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi 06 avqust 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 və xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 2019-cu ilin sentyabr ayının ortalarından yaşadığı Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan dəmir vaqonda bağlı halda saxlayıb fərdi təsərrüfatındakı iri və xırda buynuzlu heyvanlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onları hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq əl zərbələri və yad cisimlərlə Asilkhan Askerovanı, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 döyməklə, Asilkhan Askerova və Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda dərəcəsi təyin olunmayan xəsarətlər, Zərərçəkmiş şəxs2 isə yüngül xəsarətlər yetirərək zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa zərərçəkmiş şəxslərin azadlığını 2019-cu ilin oktyabr ayının 05-dək olan müddət ərzində məhdudlaşdırıb onları fərdi təsərrüfatında olan heyvanlara gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur etmiş, həmin tarixdə Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən yaşadığı ünvanda zərərçəkmiş şəxs Asilkhan Askerovanı insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü dəmir vaqonda, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 isə Zərdab rayonu, Qaravəlli kəndində yerləşən otlaq sahəsində azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb etməsi faktı yerində aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Asilkhan Askerova və övladlarına qarşı hər hansı cinayət törətməmiş, nəinki cinayət, sonunculara qarşı heç bir zaman hər hansı kobudluq belə etməmişdir. Asilkhan və övladlarını onun fermasına özünü Asilkhanın əri kimi təqdim edən Taleh gətirmiş, Taleh bir müddət Asilkhanla və uşaqları ilə fermamda qaldıqdan sonra bildirmişdir ki, əvvəl işlədiyi yerə 150 manat pul borcu var, həmçinin şəxsiyyət vəsiqəsi də əvvəlki yerdə qalmışdır, buna görə də onunla əmək müqaviləsi bağlamaq üçün həmin 150 manat borcu ödəməyini istəmişdir. Lakin Taleh onu aldatmış və Asilkhanla övladlarını onun fermasında qoyub çıxıb getmişdir. Bundan sonra Taleh bir daha fermaya qayıtmamışdır. Taleh gedəndən sonra Asilkhana bildirmişdir ki, Taleh gəlmir, Asilkhan cavabında qeyd etmişdir ki, getməyə başqa yerləri yoxdur. Asilkhana və uşaqlarına yazığı gəldiyi üçün sonuncuları çölə atmamış və Talehin gəlməyini gözləmişdir. Asilkhan və övladları fermasında qaldıqları müddətdə heç bir zaman hər hansı iş görmələrinin şahidi olmamış, nə o, nə də ailə üzvlərindən hər hansı biri Asilkhan və övladlarına müəyyən işlər görməyi tapşırmamışlar. Arabir Talehin özünə köməklik etmək üçün Asilkhan Talehin tapşırığı ilə müəyyən işlər görmüşdür. Lakin uşaqlar heç bir zaman hər hansı iş görməyiblər. O, uşaqları döyməmiş, əl qaldırmamış, bundan başqa da Asilkhanı iş görməyə məcbur etməmişdir. Asilkhan və uşaqları istədikləri vaxt istədikləri yerə gedə bilmişlər. Asilkhan və övladları fermada qaldıqları müddətdə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları bir neçə dəfə fermaya gəlmiş, uşaqları və Asilkhanı orada görmüşlər. Bu hadisə 2019-cu ilin avqust ayının sonlarına olmuşdur. O heç bir zaman hər hansı cinayəti törətməmiş, qanunlara qarşı hörmətli davranmış, polis əməkdaşlarının hər bir tələblərinə tabe olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Məhəmməd və onun arvadı Sənəm onu daim işlətmiş, yorulsa da dincəlməyə qoymamış, fermadan getmək istəsə də, Məhəmmədin qorxusundan gedə bilməmişdir. Belə ki, Məhəmməd və arvadı onu tapacağı ilə qorxutmuşdur. Ona görə də məcbur qalıb heç yerə getməmişdir. Məhəmməd özü və arvadı Sənəm də onu döymüşdür. Ayaz orda olduğu müddətdə onlara qarşı münasibət yaxşı olsa da, Ayaz getdikdən sonra onlara qarşı münasibət dəyişmişdir. Məhəmməd hətta öldüyü heyvanın acığını ondan çıxmış, onun səhvi ucbatından heyvanın öldüyünü bildirərək onu döymüş və işləməyə məcbur etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlar Məhəmmədgilə gəldikdən bir neçə gün sonra Ayaz oradan çıxıb getmiş, onlar isə orada qalıb işləmişlər. Sonra onlar da çıxıb getmek istəyəndə onları qoymamışlar. O, malların saxlandığı yeri səhər-axşam təmizləmişdir. Məhəmmədin yoldaşı onlara yeməyə xəstə, ölmüş toyuqların başını kəsib vermişdir. Oğlu İman qoyun-quzu, qızı Gülnarə isə mal-qara otarmışdır. Məhəmməd isə mal-heyvan otarmamış, onun oğlu səhv edən kimi onu döymüş, eyni zamanda onun qızını da döymüşdür. Onu telefon işlətməyə qoymamışlar. Ora polis gələndə onları gizlətmişlər. Məhəmməd onlara demişdir ki, onların ucbatından polis əməkdaşlarına quzu vermişdir. Polislər gələndə səs çıxartmamağı tapşırmış, əgər səs çıxsa onları döyəcəklərini demişdir. Onlar şəraitsiz vaqonda qalmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, 1999-cu ilin qış aylarında Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərində bazarda adını və anket məlumatlarını bilmədiyi dilənçi qadınla tanış olmuş, qadın onu oğluna arvad etmək istədiyini, Bakı şəhərində yaşayacaqlarını bildirmiş, bir neçə gündən sonra həmin qadın və sonuncunun oğlu ilə birlikdə avtobusla Bakı şəhəri istiqamətində yola düşmüş, onun heç bir sənədi olmamış, doğum haqqında şəhadətnaməsini Azərbaycana gəldiyi zaman götürməmişdir. Rusiya-Azərbaycan sərhədini keçdikləri zaman sənədlərini yoxlamamışlar, həmin qadın onu İran İslam Respublikası ilə həmsərhəd olan rayonların birinə aparmışdır. 1 ay qadın və oğlu ilə birlikdə qalmış, arvadın dilənçiliklə məşğul olduğunu görüb xəbər vermədən yanlarından qaçmışdır. Həmin qadın və oğlu ona qarşı hər hansı səhv hərəkət etməmiş, onu məcbur etməmişlər. Xahiş edə-edə, bir neçə avtobus dəyişə-dəyişə Bakı şəhərinə gəlmiş, Baksol deyilən yerdə dağıstanlı qadını tapmış, sonuncu adını və anket məlumatlarını bilmədiyi Tofiq adlı şəxsin ünvanını bilmədiyi donuzçuluq fermasında işləmiş, qadın təklif etmişdir ki, qalıb Tofiqin fermasında işləsin. Tofiq fermada qalıb işləməyinə etiraz etməmiş, bir müddət orada işləmiş və həmin fermada qalmışdır. Tofiq yaxşı insan olmuş, qalmağı üçün yaxşı şəraitli yer ayırmış, vaxtlı-vaxtında yeməyini vermişdir. Fermada işləyən Boris adlı şəxslə tanış olmuş, Borislə bir yerdə ər-arvad kimi yaşamışdır. Bir müddət sonra Boris onu Tofiqin fermasından çıxarmış və 2000-ci ilin ortalarında Salyan rayonunda yerləşən ünvanını bilmədiyi fermaya aparmışdır. Həmin ferma sahibinin adı Azər olmuş, həmin ərəfələr bir neçə fermada işləmiş, Boris ferma sahibləri ilə yola getmədiyi üçün tez-tez iş yerlərini dəyişmişdir. Qaldıqları fermada şəraiti normal olmuş, ona qarşı hər hansı cinayət törədilməmişdir. Azərin fermasında olanda, 2007-ci ildə qızı Gülnarə doğulmuş, Gülnarə fermada doğulduğu üçün heç bir sənədi olmamış, 2009-cu ildə Borislə birlikdə Bəşir adlı şəxsin Neftçala rayonunda olan fermasına getmiş, həmin fermada olanda oğlu İman dünyaya gəlmişdir. 2016-cı ildə o, Boris, Gülnarə və İman birlikdə Anar adlı şəxsin Neftçala rayonunda yerləşən fermasına getmiş və orada işləməyə başlamışdır. Fermalarda Boris xırda buynuzlu heyvanları otarır, o isə uşaqlara baxımışdır. Boris onların bütün ehtiyaclarını ödəmişdir. İşlədiyi fermalarda ferma sahibləri onu və uşaqlarını incitməmişlər. Anar qızı Gülnarəni kənddə məktəbə qoymuşdur. 2019-cu ilin fevral ayında Borislə mübahisə etdiyi üçün uşaqları da götürüb Bakı şəhərinə gəlmiş, metronun “28 May” stansiyasının yaxınlığında bir nəfər tanımadığı kişiyə yaxınlaşıb Xoşqədəmin proqramına getmək istədiyini bildirmiş, televiziya vasitəsilə Dağıstanda yaşayan qohumlarını tapmaq istəmiş, uşaqları ilə birlikdə həmin proqrama çıxmışdır. Boris ferma sahibi Anarın telefonu ilə Xoşqədəmlə əlaqə saxlamış, onları Xoşqədəmin proqramından götürmüş, yenidən Anarın fermasına qayıtmış və fermada yaşamağa başlamışlar. 2019-cu ilin iyul ayının sonlarına kimi Anarın fermasında qalmış, Borislə yenidən aralarında mübahisə olduğu üçün o, uşaqları da götürüb fermadan çıxmış, Neftçala rayonunun Tatarməhlə kəndində Borisin tanışı Yusif adlı şəxs ona Gəncə və Yevlax istiqamətində getməyini, orada işləmək üçün ferma tapacağını bildirmiş, Bakı şəhərinə gəlib oradan Yevlaxa gedən avtobusa minmiş, Gülnarə və İmanla birlikdə Yevlax şəhərinə gəlmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində təsadüfən yolda Yevlax rayonu ərazisində Ayazla tanış olmuş, sonuncu ona fermaların birində iş tapa biləcəyini bildirmiş, Ayazla ər-arvad kimi yaşamağa başlamışlar. Yevlax rayonunda təsadüfən Ayazla birlikdə İlkin adlı şəxslə rastlaşmış, Ayaz İlkinə iş tapmaq üçün müraciət etmiş, İlkin Zərdab rayonunda Məhəmməd adlı şəxsin fermasının olduğunu, Məhəmmədin fermasına getməklərini bildirmişdir. X17 danışmış, Rəhim Yevlax rayonuna gəlmiş, Ayazla Rəhim öz aralarında danışdıqdan sonra Rəhim idarə etdiyi avtomobil ilə onları Zərdab rayonu, Bəyimli qəsəbəsində atası Məhəmmədin yaşadığı həyətə aparmışdır. Həmin həyətdə Məhəmməd arvadı Sənəm, oğlu Allahyar, Allahyarın arvadı və Allahyarın iki azyaşlı uşaqları ilə bir yerdə yaşamış, həyətdə Məhəmməd və ailəsinin yaşadığı daş ev, dəmir vaqon və heyvanların saxlanması üçün tövlə olmuşdur. Məhəmməd onları dəmir vaqonda yerləşdirmiş, bildirmişdir ki, vaxt keçdikcə şərait daha yaxşı olacaq. Vaqonun içi taxta olmuş, vaqonda bir dəmir çarpayı və döşəklər olmuş, o, çarpayıda, uşaqlar isə yerdə döşəyin üzərində yatmışlar. Gəldiyi ilk günlərdə Məhəmməd və ailəsi onlara yaxşı davranmış, çünki Ayaz yanlarında olmuşdur. Ayaz Məhəmmədə heyvan işlərində köməklik etmiş, o, uşaqlara baxmışdır. Bir həftə-on gündən sonra Ayaz əvvəlki iş yerində problemləri olduğu üçün getməli olduğunu bildirmiş və Məhəmmədlə danışıb fermadan getmiş, Ayaz getdikdən bir-iki gün sonra Məhəmmədin onlara qarşı münasibəti dəyişmiş, ondan tələb etmişdir ki, Ayazın işlərini görsün, etiraz etdikdə isə onu döyəcəyi ilə hədələmişdir. Bununla kifayətlənməyib Məhəmməd övladlarını da iş dalınca göndərmiş, İman buzovları və quzuları evin yaxınlığında olan örüş yerində otarmış, heyvanlar örüşdən qayıtdıqdan sonra quzuları və buzovları inək və qoyunların yanına buraxmışdır. Məhəmməd ilk vaxtlar onlara yaxşı baxacağını desə də dediklərinə əməl etməmiş, buzovlardan birinin öldüyünü, həmin buzovu onların öldürdüyünü, buzovu yaxşı otarmadıqlarını, bu səbəbdən buzovun öldüyünü, buzovun pulunu verməli olduqlarını bildirmiş, Məhəmməd ölən buzovun pulunu ondan tələb etməyə başlamışdır. Bundan sonra Məhəmməd onunla və uşaqları ilə kobud davranmağa, onları döyməyə başlamış, o qərarlaşdırmışdır ki, çıxıb Məhəmmədin həyətindən getsin, lakin Məhəmməd onu və uşaqları döymüş, ölən buzovun pulunu qaytarmamış heç yerə gedə bilməyəcəyini bildirmişdir. Məhəmməd bir neçə quzunun itdiyini, həmin quzuları da İmanın itirdiyini qeyd etmişdir. Kimsəsiz olduqları üçün Məhəmməd onlara həyətindən çıxıb getməyə icazə verməmiş, quzuların pulunu qaytarmasa onu polisə verib tutduracağı ilə hədələmişdir. Bir neçə dəfə gizlincə Məhəmmədin həyətindən çıxıb qaçmağa cəhd göstərmiş, lakin Məhəmməd daim onları güdmüş, həyətə çıxan kimi evdən çıxıb onların hara getdiklərini soruşmuş, həm də Məhəmməd onu polisə verəcəyini dediyi üçün həyətdən çıxıb getməyə qorxmuşdur. Yeməkləri kartof və soğandan ibarət olmuş, bir də Məhəmmədin evində bişən yeməyin artığı onlara verilmişdir. Məhəmmədin arvadı Sənəmin onlara yazığı gəlsə də Məhəmməd heç kimin sözünə baxmamış, xəbərsiz onlara yardım edəcəkləri halda öz arvadını döyəcəyini bildirmişdir. Məhəmmədin ailəsi, hətta oğlu Allahyar belə Məhəmməddən çox qorxmuş, Məhəmmədin həyətində o və uşaqları tövləni təmizləyir, İman buzovları və quzuları otarır, heyvanlar örüşdən qayıtdıqdan sonra quzular və buzovları inək və qoyunların yanına buraxmışlar. Buzovları öz anasının deyil, başqa inəyin yanına buraxanda Məhəmməd Gülnarə və İmanı nar çubuğu ilə döymüş, onu isə qalın ağacla vurmuşdur. Bədənlərində göyərmələr olur, özü sağalıb gedirdi. Bütün bunları Məhəmməd onlar işləyib yorulanda etmişdir. Məhəmməd bildirmişdir ki, dediklərini etməlidirlər, əks halda onları bundan da pis vəziyyətə qoyar. Məhəmməd onu və uşaqlarını qeyd etdiyi işləri görməyə məcbur etmiş, Məhəmmədin qorxusundan ac, hədə-qorxu, döyülməklə bütün işləri məcburiyyət qarşısında görmüşlər. 2019-cu ilin sentyabr ayının sonlarında heyvanlar daha örüşə getməmiş, 01 oktyabr 2019-cu il tarixdə Məhəmməd oğlu Allahyarı bir qədər kənarda yerləşən yaylağa göndərmiş, Gülnarə və İmanı da məcbur etmişdir ki, oğlu Allahyara yemək aparsınlar. Məhəmməddən nə qədər xahiş etsə də onun sözünə qulaq asmamış, hətta oğlu Allahyar da Məhəmmədə bildirmişdir ki, uşaqlarla işi olmasın, bunun üstündə Məhəmməd Allahyarla mübahisə etmiş, bundan sonra Allahyar atasının işlərinə qarışmadığını qeyd etmişdir. Uşaqları həmin örüş yerinə səhər gedib axşam gəlməli olmuş, orada olan şəraitdən məlumatsız olmuşdur. Məhəmməd yalandan şəraitin yaxşı olduğunu bildirmiş, 01 oktyabr 2019-cu il tarixdə Gülnarə və İman getdikdən sonra o təkcə Məhəmmədin həyətində qalmışdır. Uşaqlar axşam həyətə yatmağa gəlmiş, heyvanlar olmadığı üçün Məhəmmədin tapşırığı ilə o boş durmamış, həyəti süpürür, həyətdə qalan quzulara baxmışdır. 05 oktyabr 2019-cu il tarixdə Gülnarə və İmanın polislə birlikdə həyətə gəldiklərini görmüş, polis əməkdaşlarını görəndə çox qorxmuş, lakin polis əməkdaşları qorxmamağını, onları xilas etmək üçün gəldiklərini bildirmişlər. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, sorğu zamanı polis əməkdaşlarına bədənlərində xəsarətlərin olduğunu qeyd etmişlər. Xəstəxanada həkim tərəfindən onlara baxış keçirilmiş, sonra baş verənlər barədə izahat vermişdir. Polis şöbəsində o Məhəmməddən şikayətçi olmağı barədə ərizə yazmışdır. Sonra onları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gətirmişlər. Məhəmməd onu və övladlarını işləməyə məcbur etmiş, işləmək istəmədikdə, yaxud yorulduqda, işi bacarmayanda isə onları döymüş və döyməklə hədələmişdir. Məhəmməd ona bildirmişdir ki, sənədləri olmadığı üçün işdən imtina etdiyi, yaxud qaçdığı halda onu tutduracaqdır. Məhəmməd onu qalın, bərk ağacla, uşaqlarını isə nar çubuğu ilə döymüş, bəzən isə ağacı ona və uşaqlarına göstərərək həmin ağacla vuracağı ilə hədələmişdir. Məhəmməd buzovu öldükdən, quzuları itdikdən sonra borclu olduğunu bildirib onu hədələməyə başlamış, bir neçə dəfə uşaqlarını götürüb getmək istəsə də Məhəmməd onları döymüş, ona və uşaqlarına getməyə icazə verməmişdir. Məhəmmədin qorxusundan heç yerə gedə bilməmiş, onun və uşaqlarının sərbəst hərəkət etmək imkanı olmamışdır. Məhəmməd daimi olaraq onlara nəzarət etmişdir. Ayaz və İlkin adlı şəxslər onu döyməmiş, hədə-qorxu gəlməmiş, azadlığını məhdudlaşdırmamışlar. Məhəmmədin fermasında olduğu müddətdə heç bir zaman hər hansı polis əməkdaşını görməmiş, polis şöbəsinin harada olduğunu bilməmiş, Məhəmməd onu polislə hədələmiş, bildirmişdir ki, sənədləri olmadığı üçün, bu vaxta qədər sənədsiz gəzdiyi üçün polisə bu barədə bildirəcək, onu tutduracaqdır. Təqsirləndirilən şəxs ailə üzvləri ona və övladlarına qarşı hər hansı təsir göstərməmiş, zor tətbiq etməmiş, azadlıqlarını məhdudlaşdırmamışlar. Bir neçə dəfə Məhəmmədin arvadı Sənəm, oğlu Allahyar onlara tərəf çıxmaq istəsələr də Məhəmməd tərəfindən hədələnmiş, işlərinə qarışmamağı, öz həyətində bildiyi kimi hərəkət edəcəyini qeyd etmişdir. Buna görə də Məhəmmədin ailəsi onların işlərinə qarışmamışlar. Məhəmmədin fermasından başqa bir çox fermalarda, həyətlərdə işləmiş, lakin heç bir zaman belə bir hala rast gəlməmişdir. Məhəmməd yeganə insan idi ki, onlara zülm edir, döyür, hədələyirdi. Digər ferma sahibləri hamısı onunlar və övladları ilə yaxşı davranmışlar. İlkin araşdırma zamanı ərizə ilə Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs və oğlu Allahyar Babakişiyev tərəfindən məcburi əmək cinayətinə məruz qaldığınızı qeyd etsə də həmin vaxt ola bilsin ki, fikrini düzgün ifadə edə bilməmiş, həmin vaxt elə hesab etmişdir ki, uşaqlarını Allahyar otlaqda incidir. Lakin sonradan ona məlum olmuşdur ki, Allahyar onun uşaqlarına qarşı heç bir səhv hərəkətə yol verməmişdir. Zərərçəkmiş şəxs Asilkhan Askerova həmçinin göstərmişdir ki, şahid qismində dindirilmiş X28, X30, X28, X10 və X5 yalnız Qiymət Babakişiyevanı və Rəhim Babakişiyevi tanıyır, digərlərini tanımır, həmin şəxslərlə hər hansı əlaqəsi olmamışdır. Rəhim sadəcə olaraq onları, yəni onu, Ayazı və övladlarını Məhəmmədin fermasına gətirmiş və sonradan çıxıb getmiş, bundan sonra Rəhimi bir daha görməmişdir. Qiymət də onların işlərinə qarışmamış, çünki Məhəmməddən qorxmuşdur. Qonşuluqda yaşayan şəxsləri tanımır, görməyini xatırlamır, ola bilsin ki, Ayaz onlarla birlikdə olanda qonşuları görmüş, lakin hazırda bunu dəqiq xatırlamır. Ayaz gedəndən sonra Məhəmməd onların təkbaşına qaldıqlarını görüb həyətdən çıxmağa qoymamış, onlara zor tətbiq etmiş, uşaqlarını və onu döymüşdür. Döyülməyini Məhəmməddən başqa heç kim görməmiş, çünki Məhəmməd bunu öz həyətində etmişdir. Bədənimdə olan xəsarətlərlə bağlı ekspertizadan keçmiş, həmin xəsarətləri də məhz Məhəmməd ona yetirmişdir. Onu Təqsirləndirilən şəxs oğlu Rəhim Babakişiyevlə tanış edən İlkin adlı şəxsin onun istismar edilməsində hər hansı rolu olmamış, konkret olaraq Məhəmməd onları təkbaşına, Ayaz yanından getdikdən sonra istismar etməyə başlamışdır. Bu da onların çıxılmaz vəziyyətdə olmağı ilə bağlı olmuşdur. Oğlu Allahyar, arvadı Qiymət də işlərinə qarışa bilməmişlər. Təqsirləndirilən şəxs fermasında qaldığı müddətdə hər hansı polis əməkdaşının fermaya gəlməsinin şahidi olmamışdır. Ayaz onunla ər-arvad münasibətində olan şəxs olmuş, sonuncudan heç bir narazılığı və şikayəti olmamış, işsiz qalmasınlar, dolana bilsinlər deyə iş axtarmış və buna görə də Məhəmmədin yanına gələsi olmuşlar. Ayaz onlarla olanda Məhəmməd onlara heç bir iş tapşırmamış, Ayaz bütün işləri görmüşdür. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin və müəllim-mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Məhəmməd onu tez-tez döymüş və onları çıxıb getməyə qoymamışdır. Məhəmmədlə yanaşı onun oğlu və arvadı da onları döymüşdür. Onlar işlərin görülməsinə məcbur edilmişdir. O günorta mal-qaranı otarmış, qardaşı qoyun-quzu otarmışdır. Məhəmməd onu mallar yonca sahəsinə girəndə döymüş, onu saçından tutub sürümüşdür. Onlar gecələr vaqonda yatmışlar. Vaqonun yaxşı şəraiti olmamışdır. Soyuq olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və həmin ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, uşaqlıqdan anası ilə birlikdə müxtəlif fermalarda olmuş, getdikləri yerlərdə anası həyətdə iş görmüş, o isə qardaşı ilə oynamışdır. Keçən il yayda anası Ayazla tanış olmuş, sonra anası və Ayaz onları Məhəmmədin həyətinə aparmış, həmin həyətdə böyük dəmir vaqonda yaşamağa başlamışlar. Vaqonda bir dənə çarpayı olmuş, anası və Ayaz həmin çarpayıda yatmış, onlar üçün isə yerdən döşək sərmişlər, İmanla o, həmin döşəkdə yatmışlar. Bir az sonra Ayaz çıxıb getmiş, Ayaz gedəndən sonra Məhəmməd anasını döyməyə başlamış, Məhəmməd pis insan olmuş, tez-tez anasının üstünə qışqırmış, onun da, İmanın da üstünə qışqırmış, ona bildirmişdir ki, heyvanlara niyə yaxşı baxmır. Məhəmməd səhər açılandan onlara bildirmişdir ki, heyvanlara baxsınlar, o yorulanda isə gəlib onu söymüş, arabir vurmuşdur ki, yaxşı işləsin. Anasın heyvanların altını təmizləyir, İman da quzuları otarmışdır. Məhəmməd onu və İmanı tez-tez döyür, heyvanlara nəsə olanda əsəbiləşir, onları vurmuşdur. Məhəmməd heç öz nəvələrini işlətmir, ancaq onları işlətmişdir. Bir gün Məhəmməd bildirmişdir ki, heyvanlar dağa çıxacaqlar. Məhəmmədin oğlu Allahyar da heyvanlarla getmişdir. Məhəmməd anasına bildirmişdir ki, o və İman Allahyara yemək aparmalıdırlar. Anası ağlamışdır ki, onları ayırmasın, ancaq Məhəmməd anasına fikir verməmiş, onları Allahyarın yanına göndərmişdir. Səhər Allahyara yemək aparır, axşam ordan qayıdıb anasının yanında yatmışlar. Bir gün səhər vaxtları Allahyarın yanında olanda polis formasında adamlar gəlmiş və onları polis şöbəsinə aparmışlar. Sonra anası da gəlmiş, bundan sonra Məhəmmədi bir daha görməmişdir. Məhəmməd heyvana yaxşı baxmayanda, işləməyəndə, uşaqlarla oynamağa gedəndə onu döymüş, həm də bildirmişdir ki, sözünə baxmasa daha pis döyəcəkdir. Məhəmməd onu və qardaşı İmanı nar çubuğu ilə döymüşdür. Məhəmmədin ferması açıqlıqda olmuş, Məhəmməd ona və İmana bildirmişdir ki, əgər fermadan çıxsalar çaqqallar onları yeyər. Kənddə çaqqal çox olmuş, anasını Məhəmməd döyəndə görmüşdür. Anası fermadan çıxmaq istəmiş, Məhəmməd də anasını döymüş və bildirmişdir ki, polisi çağırıb anasını tutduracaqdır. Bədəni üzərində olan xəsarətlər Məhəmmədin onu döyməsindən yaranmışdır. Məhəmməddən başqa heç kim onu döyməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin və müəllim-mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onu Məhəmmədin oğlu quzular itəndə, qoyun-quzunu tez otarıb gətirəndə döymüşdür. O, yorulanda ona istirahət etməyə icazə verməmişlər. Çıxıb getmək istəyəndə onları hədələmişlər. Onları tapıb döyəcəklərindən qorxmuşlar. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onu həm Məhəmməd, həm də onun oğlu döymüşdür. Əvvəllər onlara qarşı münasibət yaxşı olmuş, lakin sonradan onlara qarşı münasibət dəyişmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur və həmin ifadəsində zərərçəkmiş şəxs anası və bacısı ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 05 oktyabr 2019-cu il tarixdə Zərdab Rayon Polis Şöbəsinə çağırılmış, şöbədə müstəntiq Muradxan Zülfüqarov ona izah etmişdir ki, Zərdab rayonu, Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq fermasında baxış istintaq hərəkəti keçiriləcək, o da həmin istintaq hərəkətində hal şahidi qismində iştirak edəcəkdir. O hər hansı etiraz bildirməmiş, ona hal şahidinin hüquq və vəzifələri izah edilmiş, digər hal şahidi və polis əməkdaşları ilə birlikdə həmin gün saat 17 radələrində qeyd edilən ünvana getmişlər. Ünvanda onları qarşılayan və özünü həmin sahənin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs polis əməkdaşları istintaq hərəkəti keçirildiyini izah etmiş, sonuncu buna hər hansı etirazının olmadığını qeyd etmişdir. Baxış keçirilən ərazidə Təqsirləndirilən şəxs yaşadığı bir mərtəbəli daş tikili, həmin tikilidən təxminən 15-20 metr aralıda yerləşən dəmir vaqon və heyvanların saxlanıldığı sahə yerləşmiş, dəmir vaqonda özünü Asilkhan Askerova kimi təqdim edən şəxs aşkar edilmişdir. Sorğu-sual zamanı Asilkhan Askerova polis əməkdaşlarından qorxduğunu, Təqsirləndirilən şəxs tərəfindən həmin vaqonda uzun müddətdir məcburi yerləşdirildiyini, iradəsi əleyhinə işlər görməyə məcbur edildiyini, iş görmədikdə isə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü qeyd etmişdir. X22 qeyd etmişdir ki, övladları Məhəmmədə məxsus otlaq sahəsinə getmişlər. Baxışın davamı olaraq polis əməkdaşları ilə birlikdə Zərdab rayonu, Qaravəlli kəndi ərazisində yerləşən həmin otlaq sahəsinə getmiş, otlaq sahəsində çadır və bir neçə baş iri və xırda buynuzlu heyvanların olduğunu görmüşlər. Çadırın ətrafında iki nəfər biri qız, biri oğlan olmaqla azyaşlı uşaqlar aşkar edilmiş, özlərini Asilkhannın övladları İman və Gülnarə kimi təqdim etmiş və bildirmişlər ki, Təqsirləndirilən şəxs tərəfindən oraya göndərilmişlər. Otlaq sahəsində aşkar edilmiş Təqsirləndirilən şəxs oğlu Allahyar Babakişiyev deyilənləri təsdiq edərək atası Təqsirləndirilən şəxs İman və Gülnarəni yemək gətirmək üçün otlağa göndərdiyini qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İman və Gülnarə dörd gündür ki, həmin otlaq sahəsinə gedib-gəlirlər, Məhəmməd uşaqları həmin sahəyə göndərmişdir. Baxış keçirilən ərazidə bir neçə fotoşəkillər çəkilmiş və baxışa dair yerində protokol tərtib edilmişdir. Aşkar edilmiş şəxslər hər biri protokolla tanış olduqdan sonra imzalamışlar. Baxış keçirilərkən Təqsirləndirilən şəxs və ya ailə üzvlərinin Asilkhan Askerovaya qarşı zor tətbiq etmələri, zor tətbiq etməklə hədələmələri hallarına rast gəlinməsə də Asilkhan Askerova bildirmişdir ki, Təqsirləndirilən şəxs onu və uşaqlarını məcburi işlədir, işləməkdən imtina etdikdə isə döyür, polislə hədələyir. İman və Gülnarə özləri bildirmişlər ki, Təqsirləndirilən şəxs onları tez-tez heyvanlara baxmaq üçün göndərir, heyvanlara baxa bilmədikdə isə döyür. Həmçinin uşaqlar yalnız Məhəmməd tərəfindən döyüldüklərini qeyd etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X27 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, maddi ehtiyaclarını müxtəlif fermalarda çoban işləməklə ödəyir, adı Taleh olsa da uşaq yaşlarından hamı onu Ayaz kimi tanıyır, valideynləri ona uşaq yaşlarından Ayaz deyə müraciət etdikləri üçün hamı onun Ayaz olduğunu hesab edir. 2019-cu ilin yay aylarında Yevlax rayonunda fermada çoban işləyərkən orada Askerova Asilkhan və onun övladları ilə tanış olmuş, Asilkhan həmin fermada çoban işləmiş, sonuncu ilə yaxın münasibətləri yarandıqdan sonra ər-arvad kimi yaşamağa başlamış və bir yerdə qalmışlar. Arabir daha yaxşı yer tapmaq üçün Yevlax rayonunda yerləşən bazara getmiş, həmin bazarda təsadüfən bir şəxslə danışarkən ona təklif etmişdir ki, Zərdab rayonunda fermada iş var, çoban kimi işləyə bilər. Bundan sonra həmin şəxs onu Zərdabda ferma sahibi olan Məhəmmədin oğlu ilə əlaqələndirmiş və o Məhəmmədin oğlu ilə danışmış, aylıq 200-300 manat pula işləmək barədə razılaşmışlar. Asilkhanın işlədiyi fermaya qayıtdıqdan sonra bildirmişdir ki, Zərdabda işləməyə yer tapmış, istəsə onunla gəlsin, Asilkhan onunla getmək istədiyini qeyd etmiş, uşaqlarını da götürüb onunla birlikdə Zərdaba getmişdir. X12 onları qarşılamış və atasının fermasına aparmışdır. Fermaya hansı tarixdə getdiklərini xatırlamır. Ferma düzənlik yerdə olmuş, qalmaq üçün onlara vaqon verilmişdir. O, Asilkhan və iki övladı vaqonda qalmağa başlamış, işi fermada olan qoyuna baxmaq, otarmaq olmuşdur. Asilkhan və uşaqları isə süd sağır, həyət-bacanı təmizləmişlər. Həmin ərəfələr atası Elmar evdə xəstə yatmış, o da uzun müddət idi ki atasına baş çəkməmişdir. Buna görə də Məhəmmədə bildirmişdir ki, atasına baş çəkmək üçün Yevlaxa getməlidir. Məhəmməd getməyinə icazə vermiş, Asilkhan və uşaqları isə fermada qalmışlar. O Yevlaxa getdikdən bir neçə gün sonra atası ölmüş, yas mərasimi başa çatmamış anası da ölmüşdür. Buna görə də başı qarışmış, iki aya yaxın Yevlaxda qalmışdır. Özünə yeni iş tapmaq üçün Beyləqan rayonuna getmiş və orada çoban kimi işləməyə başlamışdır. Asilkhan və övladlarından isə məlumatı olmamışdır. Asilkhan və uşaqları ilə tanış olandan hər hansı sənədlərinə rast gəlməmiş, Asilkhanın əslən haradan olmasını da bilmir. O, Zərdabda Məhəmmədgilin fermasında işləyərkən orada Məhəmməd özü ailəsi ilə, oğlu Allahyar ailəsi ilə qalmışlar. Asilkhan öz uşaqlarına qarşı diqqətcil olmuş, heç bir zaman Asilkhannın uşaqlarını döyməsini görməmişdir. İman və Gülnarə sözə baxan uşaqlar olmuşlar. O fermada olduğum müddətdə Asilkhanın özünün, yaxud hər hansı digər şəxsin İman və Gülnarəyə şiddət göstərmələrinin şahidi olmamışdır. Məhəmmədgilin fermasından çıxıb Yevlax şəhərinə gedərkən Məhəmməddən pul alıb-almamağını xatırlamır, ola bilsin ki, Məhəmməddən pul almış, lakin dəqiq olaraq bunu xatırlamır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla, qonşusudur. Kəlbəcərdən məcburi köçkün kimi gələrək Zərdab rayonunda müvəqəti məskunlaşmışlar. O və bir çox ailələr vaqonda yaşamışlar. Həmin vaqonlar yaşayış üçün əlverişli şəraiti olan vaqonlar olmuşdur. O, seçki mətəqəsində sədr vəzifəsində işləmiş və hər dəfə məntəqəyə gedəndə vaqonların yanından keçib getmişdir. Həmin zaman Məhəmmədgilə gələn uşaqların aralarında həmin uşaqların oynadıqlarını görmüşdür. O və ailə üzvüləri heç vaxt onlar arasında mübahisə olmasını görməmişdir. Məhəmmədgilə gələn Ayazı da görmüş, Ayazın 4-5 gün Məhəmmədgildə işlədikdən sonra uşaqları və gəlini tərk edib getməsini eşitmişdir. O gördüyü qədəri ilə uşaqlarla Məhəmməd və onun ailəsi yaxşı rəftar etmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, uşaqların və anasının qaldığı vaqon şəraitli olmuş, bildiyi qədəri ilə Məhəmmədin təssərüfatında təxminən 30 baş iribuynuzlu heyvanı, 130-140 baş xırda buynuzlu heyvanı olmuş, uşaqlar Məhəmməd tərəfindən işə cəlb olunmamış, çünki heyvanlara Məhəmməd özü və oğlu Allahyar qulluq etmişdir. Məhəmməd heç vaxt uşaqları və onların anasını döyməmişdir. Onların evi Məhəmmədgilin evindən bir az aralıda olmuş və Məhəmmədi hər gün deyil, bir neçə gündən bir seçki məntəqəsinə gedərkən görmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Evləri arasındakı məsafə təxminən 100 metrdir və evləri arasında çəpər yoxdur. Məhəmmədi sakit bir şəxs kimi tanıyır, aralarında yaxşı qonşuluq münasibətləri vardır. Məhəmmədgilə bir-iki il bundan öncə çoban işləmək üçün Ayaz adlı biri gəlmiş, həmçinin ailəsi ilə, yəni arvadı və 2 uşağı ilə birlikdə gəlmişdir. 10-15 gün müddətində Ayaz Məhəmmədin təsərrüfatında çobanlıq etmişdir. Sonra isə Ayazın ailəsini, yəni arvadı və 2 uşağını tərk edərək qaçıb getdiyini bilmişdir. Gəlin və uşaqlar vaqonda qalmışdır. Həmin gəlin və uşaqlarına qarşı münasibət yaxşı olmuş, onlara daim qayğı göstərilmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ayaz getdikdən sonra həmin gəlin və uşaqların niyə getmədiyini bilməmiş, amma orda olduğu müddətdə onlar Məhəmməddən şikayət etməmiş, Məhəmmədin isə onları döydüyünü və məcburi işlətdiyinin şahidi olmamışdır. Bildiyi qədəri ilə Məhəmmədin təssərüfatında təxminən 30 baş iribuynuzlu heyvanı, 130-140 baş xırda buynuzlu heyvanı olmuş, uşaqlar Məhəmməd tərəfindən işə cəlb olunmamış, çünki heyvanlara Məhəmməd özü və oğlu Allahyar qulluq etmişdir. Cinayət işinin materiallarında olan 05.10.2019-cu il tarixli “Raport”dan görünür ki, Zərdab Rayon Polis Şöbəsinə bir ana və iki nəfər azyaşlı uşağın Zərdab rayonu, Bəyimli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus fermada məcburi əməyə cəlb edilmələri və onlara zor tətbiq edib, hədə-qorxu gəlməklə orada məcburi saxlanılmaları barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 09) Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 05 oktyabr 2019-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərdab rayonu, Bəyimli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədir. Askerova Asilkhan həmin sahədə azadlığı məhdudlaşdırılmaqla heyvanlara baxmağa məcbur edilmiş, həmçinin həmin sahədə heç bir şəraiti olmayan dəmir vaqonda ağzı bağlı şəkildə azyaşlı övladları ilə birlikdə yaşamışdır. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan 06.10.2019-cu il tarixli “Ərizə”dən görünür ki, Askerova Asilkhan həmin tarixdə Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək özü və iki azyaşlıuşağı iləbirlikdə Zərdab rayonu, Bəyimli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə məcburi əməyə cəlb edilməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2019cu il tarixli 611 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X15 adına təqdim edilmiş tibbi sənədə əsasən onda sol budun bayır səthinin dərialtı hematoması müəyyən edilmişdir. Bu xəsarət bərk küt (küt kənarlı) əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix (2019-cu ilin sentyabr-oktyabr ayları) və şəraitə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan xəsarətlərə aid olduqlarından sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 01, iş vər. 35-37). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2019cu il tarixli 611A nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X9 adına təqdim edilmiş tibbi sənədə əsasən onda hər iki budun yuxarı 1/3-nin bayır səthinin dərialtı qansızmaları (qançırları) müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix (2019-cu ilin sentyabr-oktyabr ayları) və şəraitə uyğun gələ bilərlər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur (cild 01, iş vər. 39-41). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2019cu il tarixli 611B nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X11 baldır nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Bu xəsarət bərk küt (küt kənarlı) əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarix (2019-cu ilin sentyabr-oktyabr ayları) və şəraitə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur (cild 01, iş vər.43-45). Cinayət işinin materiallarında olan 13.11.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, zərərçəkmiş şəxs Asilkhan Askerovanın ifadəsi yerində, yəni Zərdab rayonu, Bəyimli qəsəbəsində yoxlanılmış, Asilkhan Askerova ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs tərəfindən məcburi əmək cinayətinə məruz qaldığı yeri əyani şəkildə göstərmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 165-174). Cinayət işinin materiallarında olan 20.04.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs, X6, X10 və X16 barəsində CM-in 144-2.2.6-cı maddəsi ilə, X4 barəsində CM-in 318.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 97-116). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı CM-nin 144-2.2.1 və144-2.2.3 maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsinə əsasən məcburi əmək dedikdə - hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə başa düşülür. Eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə və yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə şəxsin əməli CM-in 144-2.2.1 və 144-2.2.3 maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının ortalarından həmin ilin oktyabr ayının 5-dək zərərçəkmiş şəxs X2 və onun iki azyaşlı uşağı olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə, yəni məcburi əməyə cəlb etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-nin 144- 2.2.1 və 144-2.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən həmçinin CM-nin 144-2.2.2-ci maddəsi ilə ittiham irəli sürülsə də, ibtidai istintaq orqanı tərəfindən bu hissədə yanlışlığa yol verilmişdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən vahid niyyətlə hərəkət etmiş, zərərçəkmiş şəxs X2 və onun iki azyaşlı uşağı olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 2019-cu ilin sentyabr ayının ortalarından həmin ilin oktyabr ayının 5-dək məcburi əməyə cəlb etmişdir. Onun əməlində cinayətin təkrar törədilməsi halı baş verməmişdir. Belə olan halda, ona əlavə olaraq CM-nin 144-2.2.2-ci maddəsi ilə ittiham irəli sürülməsi yanlış olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-nin 144-2.2.2-ci maddəsi ilə olan ittiham xaric edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələr arasındakı müəyyən ziddiyyətlərə münasibətdə (xüsusilə də Zərərçəkmiş şəxs3la bağlı) qeyd etməyi zəruri sayır ki, həmin şəxslər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə üz-üzə gəldiyi və ondan çəkindiyi üçün onların bu formada ifadə verməsi anlaşılandır. Ona görə də məhkəmə kollegiyası qeyd edilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahidlər X31 və X24 münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şəxslərin təqsirləndirilən şəxslə bir rayondan olmaqla eyni ərazidə yaşaması və qonşu olması faktı onların Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də məhkəmə həmin ifadələrə tənqidi yanaşır və əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Zərdab rayonu, Bəyimli qəsəbəsində yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 138-140). İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan məcburi köçkündür (cild 01, iş vər. 60). İş materiallarına əlavə edilmiş Zərdab Rayon Mərkəzi X26 Şəxsi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 528 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bronxial astma xəstəliyindən əziyyət çəkir və Ağ Ciyərin emfizeması diaqnozu ilə 2-ci dərəcəli əlillik almışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır (cild 01, iş vər. 102). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məcburi köçkün olmasını, ikinci dərəcəli əlil olmasını, 61 yaşının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar kimi cinayətin tamah niyəti ilə və azyaşlı şəxsə qarşı törədilməsini müəyyən etmişdir. Lakin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin sözügedən cinayəti tamah niyəti ilə törətməsi müəyyən olunmur. Odur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.7-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal, yəni cinayətin azyaşlı şəxsə qarşı törədilməsi müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsirini və yaşını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ilk dəfə törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31.03.2021-ci iltarixdə ibtidai istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 82-84). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həsb qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli hökm elan olunduğu vaxtdan, yəni 25 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X13 saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X19 yerləşdirilməsi üçün X14 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.2-ci maddəsi ilə olan ittiham xaric edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-144/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-144/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver