Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-144/2022 11.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X14 və Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü ildə Tərtər şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Tərtər şəhəri T.Rəhimov küçəsi ev 10-da qeydiyyatda olmaqla Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30, bina 1 mənzil 88-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxx 1990-cı ildə Qobustan rayonu Təklə kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə taksi sürücüsü kimi istifadə etdiyi tanışı Şahid5 idarə etdiyi “Toyota” Corolla markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 07 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Göyçay rayonun Qarayazı kəndi ərazisinə gələrək Təqsirləndirilən şəxs2 istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən Göyçay rayonun Qarayazı kəndi ərazisində, yol kənarındakı açıq sahədə olan paslı dəmir vaqonun içərisinə qoyulmuş üzərinə “Mələk Angel” sözləri yazılmış 1 ədəd göy rəngli sellofan torbada külli miqdar hesab edilən çəkilərdə, yəni 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 205,351 qram kustar üsulla hazrılanmış narkotik vasitə heroini, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 352,404 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 99,977 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofan bükümün içərisində hər birində 10 ədəd olmaqla 8 ədəd dərman konvolyutunda ümumilikdə 80 ədəd təmiz çəkisi 3,2 qram narkotik vasitə metadon həbləri, eləcə də 05(beş) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qr., 595,00 qr., 570,00 qr., 525,00 qr., 375,00 qr., ümumi təmiz çəkiləri 2515,00 qram çətənə bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə qurudulmuş marixuanaları həmin yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq gəldikləri avtomobilə tərəf üzərində daşımış, 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerdə saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, orada saat 0225-də videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əlində olan gəzdirdiyi həmin göy rəngli sellofan torbanın içərisində 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 205,351 qram həmin narkotik vəsitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 352,404 qram həmin narkotik vəsitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 99,977 qram psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümün içərisində hər birində 10 ədəd olmaqla 8 ədəd dərman konvolyutunda ümumilikdə 80 ədəd təmiz çəkisi 3,2 qram narkotik vasitə metadon həbləri, eləcə də 05 (beş) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qr., 595,00 qr., 570,00 qr., 525,00 qr., 375,00 qr., ümumilikdə külli miqdarda təmiz çəkiləri 2515,00 qram qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi istifadə etdiyi tanışı Şahid5 idarə etdiyi “Toyota Corolla” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Göyçay rayonun Qarayazı kəndi ərazisinə gəlmiş, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən tanışı tərəfindən Göyçay rayonunun Qarayazı kəndi ərazisində, avtomobil yolunun kənarındakı açıq sahədə olan paslı dəmir vaqonun içərisinə qoyulmuş üzərinə “Mələk Angel” sözləri yazılmış 1 ədəd göy rəngli sellofan torbada külli miqdar hesab edilən çəkilərdə, yəni 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 205,351 qram kustar üsulla hazrılanmış narkotik vasitə heroini, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 352,404 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi - 99,977 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofan bükümün içərisində hər birində 10 ədəd olmaqla 8 ədəd dərman konvolyutunda ümumilikdə 80 ədəd təmiz çəkisi 3,2 qram narkotik vasitə metadon həbləri, eləcə də 05(beş) ədəd şəffaf sellofan torbalarda, ayrıayrılıqda təmiz çəkiləri 450,00 qr., 595,00 qr., 570,00 qr., 525,00 qr., 375,00 qr., ümumi təmiz çəkiləri 2515,00 qramçətənə bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə qurudulmuş marixuanaları birlikdə axtarıb həmin yerdən taparaq satış məqsədilə qanunsuz olaraq əldə etdikdən sonra tanışı Təqsirləndirilən şəxs1 həmin sellofan torbanı əlində satış məqsədi ilə qanunsuz olaraq gəldikləri avtomobilə tərəf daşımış, 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerdə saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, orada tanışı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən birlikdə əldə etdikləri həmin göy rəngli sellofan torbanın içərisində 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 205,351 qram həmin narkotik vəsitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 352,404 qram həmin narkotik vəsitə tiryək, 01 ədəd şəffaf sellofan bükümdə olan külli miqdarda təmiz çəkisi 99,977 qram psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümün içərisində hər birində 10 ədəd olmaqla 8 ədəd dərman konvolyutunda ümumilikdə 80 ədəd təmiz çəkisi 3,2 qram narkotik vasitə metadon həbləri, eləcə də 05(beş) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qr.,595,00 qr., 570,00 qr., 525,00 qr., 375,00 qr., ümumilikdə külli miqdarda təmiz çəkiləri 2515,00 qramqurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə gündüz saatlarında tanışı Fəyaz ona zəng vuraraq görüşmələrini istəmiş, o da tanışı Nüsrətin idarə etdiyi avtomaşınla Fəyazı Qobustan rayonu ərazisindən götürüb oradan Göyçay rayonuna getmişlər. Fəyaz onlara tanışının Göyçay rayonu ərazisində narkotik vasitə qoyduğunu və həmin narkotik vasitəni götürməyə getdiklərini demişdir. Fəyazın dediyi Göyçay rayonu ərazisindəki yerə çatdıqda yolun kənarında olan dəmir vaqona yaxınlaşmaq istəyərkən polis əməkdaşları onlara yaxınlaşaraq saxlamış, sonra onları Göyçay rayon Polis Şöbəsinə gətirmişlər. Orada polis əməkdaşları onu döyərək içərisində narkotik vasitə olan paketin onda olduğunu iddia etmiş, lakin orada nə qədər narkotik vasitə olmasından məlumatı olmamışdır. Polislərin təzyiqinə görə videoçəkiliş zamanı paketin içərisində aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona həmin elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı bir şəxs onunla əlaqə saxlayaraq Göyçay rayonu Qarayazı kəndi ərazisində 300 qram marixuana olduğunu, həmin marixuananı götürməsini bildirmiş, avtomaşını olmadığına görə 06 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq onu avtomaşınla Şamaxı rayonu ərazisindən götürməsini xahiş etmişdir. Saat 19 radələrində Turqud sonuncunun tanışı Nüsrət adlı şəxsin idarə etdiyi Toyota Corolla markalı avtomaşınla onu Qobustan rayonu ərazisindən götürərək birlikdə Göyçay rayonuna getmişlər. Göyçay rayonuna çatanda Turquda narkotik vasitə üçün gəldiklərini bildirmiş, gecə saat 02 radələrində Qarayazı kəndi ərazisində onlar avtomaşından düşdükdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq əvvəlcə Turqudu, sonra isə onu tutaraq Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onlara təzyiq göstərərək hadisə yerində olan vaqonda aşkar olunmuş narkotik vasitənin onlara məxsus olmasını boyunlarına almalarını bildirmişlər. Onun ancaq 300 qram marixuana barəsində məlumatı olmuş, aşkar olunan digər narkotik vasitələr barədə məlumatı olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Ramiz adlı tanışı vatsap sosial şəbəkəsində ona zəng edərək Göyçay rayonu ərazisində narkotik vasitə marixuana qoyacağını və gedib həmin narkotik vasitəni götürməsini bildirmiş, xx.xx.2022-ci il tarixdə isə yenidən ona zəng edərək narkotik vasitəni Göyçay rayon Qarayazı kəndi ərazisində yol kənarında olan dəmir materiallı paslı vaqonun içərisinə qoyduğunu bildirmişdir. Bundan sonra o, həmin narkotik vasitəni Göyçay rayonu ərazisindən götürmək üçün Xırdalan şəhərində yaşayan tanışı Turqud Fərzəlizadəyə zəng edərək iranlı tanışının Göyçay rayonu ərazisinə narkotik qoyduğunu, həmin narkotik vasitəni oradan götürüb sonuncu ilə böləcəyini deyib birlikdə gedib götürmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşaraq saat 19 radələrində Şamaxı şəhəri ərazisində sonradan adının Nüsrət olduğunu bildiyi şəxslə Nüsrətə məxsus **-DJ-*** nömrəli Tayota Corolla markalı avtomobili ilə onu götürmüş, bundan sonra onlar İranlı tanışı Ramiz adlı şəxsin narkotik vasitəni qoyduğu yerin konumunu ona atdığı istiqamət üzrə Göyçay rayonuna doğru hərəkət etmişlər. Saat 02 radələrində onlar Göyçay rayonu ərazisinə çatıb iranlı tanışı Ramiz adlı şəxsin şəklini çəkib göndərdiyi narkotik vasitənin üzərinə “Mələk Angel” sözləri yazılmış göy rəngli sellofan torbada olduğu yol kənarında olan paslı vaqonu axtarmağa başlamışlar. Göyçay rayonu Qarayazı kəndi ərazisində yol kənarında Ramizin vatsapda ona atdığı Azərbaycan Bayrağının şəkili olan plakatı görüb avtomobili saxlamış, Turqudla birlikdə avtomobildən yerə düşüb həmin plakatın yaxınlığında olan paslı vaqonu axtarmağa başlamışlar. Turqudla aralarında 4-5 metr məsafədə həmin vaqonu axtarmış, Turqud ondan qarşıda olmuşdur. Hava qaranlıq olduğundan onlar ətrafı tam görə bilməmiş, təxminən 2-3 dəqiqə ərzində onlar vaqonu axtaran zaman Turqud onu çağıraraq həmin vaqonu tapıb oradan götürdüyü sellofan torbanın iranlı tanışı Ramizin göndərdiyi sellofan torbanın olubolmadığını soruşan zaman ətrafdan mülki geyimli şəxslər üzərlərinə gələrək onları ayrıayrılıqda saxlayıb birlikdə polis şöbəsinə gətirmişlər. Göyçay rayon Polis Şöbəsində həmin torbaya baxış keçirilən zaman içərisindən narkotik vasitə olan tiryək, heroin, marixuana, psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkar olunmuşdur. İranlı tanışı Ramiz adlı şəxs ona marixuana, tiryək və heroin göndərəcəyindən əvvəlcədən məlumatı olmuş, lakin torbada metanmetafin psixotrop maddəsi olmasından məlumatı olmamışdır. Belə ki, aralarındakı razılaşmaya əsasən tanışı Ramiz adlı şəxs ona kakos kimi tanıdığı heroindən götürməsini, yerdə qalan narkotik vasitələri isə Ramizin ona deyəcəyi yerlərə qoyacaqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin rəisi işləyən Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və Göyçay rayonu Qarayazı kəndi ərazisində yerləşən yol kənarında olan “Azərbaycan Bayrağı” plakatının yaxınlığında olan paslı vaqonun içərisinə qoyulmuş külli miqdarda narkotik vasitələr aparmaq üçün gələcəkləri barədə daxil məlumat əsasında axşam saatlarında əvvəlcədən həmin yerə yaxın məsafəyə gedib qruplara bölünərək həmin şəxslərin qeyd olunan ünvana gəlmələrini gözləmişlər. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yerə yaxınlıqda dayanmasını və avtomobildən sükan arxasından və qarşı oturacaqdan iki nəfər şəxsin düşərək ətrafa boylana-boylana narkotik vasitənin qoyudluğu paslı vaqona tərəf getmələrini kənardan görmüşlər. Vaqona tərəf irəlidə gedən şəxs vaqona daxil olub oradan əlində göy rəngli sellofan torba götürüb geri qayıdaraq özündən 5-6 addım arxada gözləyən tanışını səsləyib sellofan torbanı tapmasını deyərək yol kənarında saxladıqları avtomobilə doğru 10-15 metr hərəkət etsələr də, onlar ətrafdan çıxıb həmin şəxslərin üzərinə gedib özləri ilə saxlayıb Göyçay rayon Polis Şöbəsinə gətirmişlər. Rayon Polis Şöbəsində həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əlində olan torbadan heroin, metamfetamin, tiryək və maruxianaya bənzər kütlələr aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Saxlanılan zaman təqsirləndirilən şəxslərə qarşı zor tətbiq edilməmiş, sonunculara qarşı hansısa təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid4, Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Turqudu Göyçay rayonuna aparmasını xahiş etmiş, Göyçay rayonunda hansısa bir tanışı ilə görüçüb qayıdacağını bildirmişdir. Saat 19-20 radələrində Bakı şəhərindən çıxaraq Şamaxı rayonu ərazisində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 götürdükdən sonra Göyçay rayonu istiqamətində getmiş, gecə saat 01 radələrində polis əməkdaşları onları Göyçay rayonu Qarayazı kəndi ərazisində saxlayaraq Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları Turqudla Fəyazı dəmir tikiliyə daxil olmadan saxlamış, sonuncuların hər ikisinin əlində narkotik vasitə olmamışdır. Eyni zamanda Turqudla Fəyaz onun avtomaşınında narkotik vasitə barəsində heç bir söhbət etməmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək Şamaxı rayonuna getmək lazım olduğunu, orada Fəyaz adlı tanışı ilə görüşdükdən sonra Göyçay rayonuna gedib orada hansısa şəxsin evində çay içdikdən sonra nə isə əmanət götürüb gələcəklərini demişdir. Turqudun təklifi ilə razılaşaraq özünə məxsus olan **-DJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomaşınla Qobustan rayonu ərazisində Təqsirləndirilən şəxs2 götürdükdən sonra avtomaşını Turqud idarə etməklə Göyçay rayonu istiqamətinə getmişlər. Gecə saat 2 radələrində Göyçay rayonu Qaraməryəm kəndini keçdikdən sonra Azərbaycan Bayrağı olan plakatın yaxınlığında Turqud avtomaşını saxlayaraq Fəyazın mobil telefonu ilə hansısa ünvanı axtarmış, o da sonunculara tanışlarının yaşadıqları ünvanı axtardıqlarını və Turqudun da yorulduğunu hesab edərək avtomaşının sükanı arxasına keçmişdir. Turqudla Fəyaz avtomaşından bir neçə metr aralıda olan sahəyə tərəf getmiş, sonuncuların öz təbii ehtiyaclarını ödəməyə getdiklərini hesab etmişdir. Təxminən 2-3 dəqiqə sonra mülki geyimli şəxslərin ayaq səslərini eşidib kimlərinsə onlara qarşı quldurluq etdiyini düşünərək avtomaşından düşüb qaçmağa cəhd etmiş, təxminən 3-4 metr getdikdən sonra ayağı büdrəyərək üzü üstə yerə tıxılmışdır. Oraya gələn şəxslərin polis əməkdaşları olduğunu bilmiş, sonradan Fəyaz və Turqudu da sonuncunun əlində göy rəngli sellofan torba ilə birlikdə onun yanına gətirmişlər. Onları polis şöbəsinə apardıqdan sonra Turqudun əlindəki torbanın içərisində narkotik vasitə olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 17/18 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda “X1 götürülmüş 1 ədəd sellofan torba” sözləri və imzalar yazılmış 01(bir) ədəd göy rəngli şəffaf sellofan torbanın içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 205,351 qram kustar üsulla hazrılanmış narkotik vasitə - heroindir. 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 352,404 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə tiryəkdir. 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 99,977 qram olan maddə“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir. 05(beş) ədəd şəffaf sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 450,00 qr.,595,00 qr., 570,00 qr., 525,00 qr., 375,00 qr., ümumi təmiz çəkiləri 2515,00 qramçətənə bitkisindənkustar üsulla hazrılanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 05(beş) ədəd şəffaf sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmişüzərlərində “Methadone 40” yazısı olan 08(səkkiz) ədəd blisterlərdəki dərman həblərinin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 31 mart 2022-ci il tarixli 6/1304 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “AR ƏN Məhkəmə Ekspertiza mərkəzi Şəki RB-nə məxsus “N3” ştamp əkslər olan Məhkəmə ekspertiza mərkəzinə aid maddi sübutlar üçün nəzərdə tutulmuş bir ədəd kağız paketdəki 8 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 80 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 3.2 qram təşkil edir. Metodon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış” narkotik vasitələrin siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 468 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 469 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Qobustan RMX” X19 alınmış 14 aprel 2022-ci il tarixli 04-2022/30 saylı məktubda göstərilmişdir ki, Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkaloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Tərtər RMX” X15 alınmış 14 aprel 2022-ci il tarixli 381 saylı məktubda göstərilmişdir ki, Tərtər şəhəri T.Rəhimov küçəsi ev 10-da qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkaloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd göy rəngli sellofan torbanın içərisindən ümumilikdə 80 ədəd həb olan 8 list dərman preparatı, çəkiləri 487 qram, 537 qram, 585 qram, 402 qram və 624 qram olan beş ədəd slellofan torbada narkotik vasitə marixuanaya oxşar olan kütlə, çəkisi 211 qram olan bir ədəd sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlə, çəkisi 106 qram olan bir ədəd sellofan torbada olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, çəkisi 361 qram olan bir ədəd sellofan torbada narkotik vasitə olan tiryəkə bənzət kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məxsus “Samsung mini Duas” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Vatsap” soisal şəbəkəsində narkotik vasitələri əldə etdiyi adı “Ramiz” kimi qeyd olunan +98 914 821 4484 saylı mobil nömrənin sahibi İran vətəndaşı ilə və adını “Turqud ZauR” kimi yazdığı Təqsirləndirilən şəxs1 məxsus +994 55 826 01 01” saylı mobil nömrə ilə əlaqə yaratdığı mesajlaşmaların və səs yazılarının olması müəyyən edilmişdir. Baxış zamanı adı “Ramiz” kimi qeyd olunan şəxs Göyçay rayonu ərazisində qoyduğu narkotik vasitələrin olduğu üzərinə “Mələk Angel” sözü yazılan göy rəngli sellofan torbanın və və həmin torbanın qoyudluğu paslı vaqonun, həmin vaqonun yaxılığında olduğu üzərində “Azərbaycan Bayrağı” olan plakatın şəkillərini Təqsirləndirilən şəxs2 göndərməsi, eləcə də, aralarında bu mövzuda kifayət qədər səs yazılarının olması aşkar edilmişdir. Eləcə də, baxış zamanı Təqsirləndirilən şəxs2 hadisə baş verməzdən əvvəl qeyd olunan narkotik vasitələri götürmək üçün “Turqud ZauR”adı yazılmış +994 55 826 01 01” saylı mobil nömrənin sahibi Təqsirləndirilən şəxs1 ilə də aralarında qabacadan kifayət qədər səs yazılarının olması aşkar edilmişdir. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məxsus məxsus “İphone” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Vatsap” soisal şəbəkəsində narkotik vasitələri götürmək üçün qabaqcadan razılaşıb gəldiyi +995 *** ** ** 12 saylı İran dövlətinə məxsus mobil nömrəni istifadə edən Təqsirləndirilən şəxs2 ilə aralarında səs yazılarının olması müəyyən edilmiş, eləcə də baxış zamanı Təqsirləndirilən şəxs1 mobil telefonuna adını “Talış” kimi yazdığı şəxsə narkotik vasitə satması və aralarında bu mövzuda mesajlaşmanın olması da aşkar edilmişdir. İş materiallarında olan “Azerfon LLC” -nin 10 mart 2022-ci il tarixli AZF/LGL- 5258/22 nömrəli məktubu ilə daxil olmuş CD diskdə olan abunəçilər və telefon danışıqları haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi 070 258-47-00 saylı mobil telefon nömrəsində Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21 radələrindən sonra eləcə də, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Göyçay rayonu ərazisində olması və həmin mobil nömrədə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın şərtlərini pozduğuna görə Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırıması cəzası dəyişdirilərək 01 il 01 ay 05 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Hüseynov X11 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzadan azad edilməklə məhkumluğu üzərindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nın 5 saylı MTİİTS-dan alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30, bina 1 mənzil 88-də anası X7, bacısı X5 və azyaşlı qızı X8 ilə birlikdə yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X11 rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla atası X10 və anası X2 ilə birlikdə həmin ünvanda yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0305-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Göyçay rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Göyçay rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon Prokurorluğunun 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında tədqiq edilmiş SMS-lərin mətnindən də göründüyü kimi (Qaqa hardasan? Qaqa gec gelesense olar elimden cixacaq O qoyub e unvan) Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı Qobustan rayonu ərazisinə dəvət etmiş və sonuncunun narkotik vasitə götürəcəkləri barədə məlumatı olmuşdur. Bundan başqa polis əməkdaşları hadisə yerində saxlayan zaman narkotik vasitə və psixotrop maddənin içərisində olduğu torbanın Təqsirləndirilən şəxs1 əlində olması və yuxarıda barəsində bəhs olunan SMS məlumatlar Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan sövdələşməklə narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etdiklərini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edildiyini bildirsə də Göyçay rayon prokurorluğu tərəfindən bu faktla bağlı araşdırma aprılaraq preyudusial əhəmiyyət kəsb edən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar müdafiə tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa müdfiə tərəfinin “Azerfon LLC”-nin məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 saat 21 radələrində Göyçay rayonu ərazisində saxlanılması və faktiki olaraq həmin saatlarda polis əməkdaşları tərəfindən saxlanılmasına dair dəlillərinə gəldikdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslərin faktiki olaraq saat 21 radələrində Göyçay rayonu ərazisində olmaları onların həmin vaxt saxlanılması kimi qiymətləndirilə bilməz. Belə ki, Şahid5 də həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı saat 01 radələrində Göyçay rayonu Qaraməryəm kəndinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmalarını göstərmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir və təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadəni işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 168,65 AZN (yüz altmış səkkiz manat, altmış beş qəpik) ekspertiza xərcindən 84,33 AZN (səksən dörd manat otuz üç qəpik) Təqsirləndirilən şəxs2, 84,32 (səksən dörd manat otuz iki qəpik) Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2514,75 qram narkotik vasitə qurudulmuş marixuana, 205,301 qram narkotik vasitə heroin, 99,927 qram psixotrop maddə metamfetamin, 352,304 qram narkotik vasitə tiryək və üzərində “Methadone 40” yazısı olan təmiz çəkisi 3,2 qram təşkil edən 8 ədəd blisterdə 79 ədəd narkotik vasitə metadon tabletləri məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə məhkəmə məsrəfi olan 168,65 AZN (yüz altmış səkkiz manat, altmış beş qəpik) ekspertiza xərcindən 84,33 AZN (səksən dörd manat otuz üç qəpik) Təqsirləndirilən şəxs2, 84,32 (səksən dörd manat otuz iki qəpik) Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 2514,75 qram narkotik vasitə qurudulmuş marixuana, 205,301 qram narkotik vasitə heroin, 99,927 qram psixotrop maddə metamfetamin, 352,304 qram narkotik vasitə tiryək və üzərində “Methadone 40” yazısı olan təmiz çəkisi 3,2 qram təşkil edən 8 ədəd blisterdə 79 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-144/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-144/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver