Məhkəmə qərarları › İş №1(091)-144/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-144/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-144/2025 20.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 01:41-də X7 adına olmaqla faktiki olaraq özünə məxsus etibarnaməsi olmadan alkoqollu içkilərin qəbulu nəticəsində yaranmış orta dərəcəli sərxoşluq vəziyyətində idarə etdiyi “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində asfalt örtüklü yolda Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqolun istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, yol-nəqliyyat hadisəsi yerindən yayınmamalı, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, avtomobili yolda müəyyən edilmiş 50 km/saat sürət həddindən yuxarı təxminən 90-100 km/saat sürətlə sərxoş halda idarə etməklə idarə etməni itirmiş və avtomobilin yolun sağ kənarında olan ağaca çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ bud sümüyünün cisminin qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına və sərnişin X6 ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə qansızmalar, alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, alın nahiyəsinin sıyrığı, sağ İİİ qabırğanın yerdəyişən sınığı, sağ ağ ciyərin yuxarı payının cırılması, döş qəfəsinin sağ nahiyəsinin yumşaq toxumalarına qansızmalar, burun yəhərinin, sağ diz oynağının ön səthinin, sağ baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurulmasına və ağır kəllə beyin travması, beynin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar nəticəsində hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən əvvəl pivə içmiş, lakin sərxoş vəziyyətdə olmamışdır. Hadisə vaxtı avtomobili hansı sürətlə idarə etməsi xatirində qalmamış və hadisə baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmamışdır. Hadisədən sonra polis əməkdaşı Şahid3 ona yaxınlaşmış, lakin sonuncuya nə deməsi xatirində qalmamışdır. Hadisə baş verdikdən sonra əvvəlcə xəstəxanaya getmiş, orada iki-üç dəqiqə qaldıqdan sonra isə qorxduğu və övladını görmək məqsədilə oranı tərk edib yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı ifadəsi ona oxunmuş, həmin vaxt polis əməkdaşları ondan ancaq sənədə imza etdirmişlər, lakin hadisə ilə bağlı heç nə soruşmamışlar. İbtidai istintaq zamanı hansı məzmunda ifadə verməsi xatirində qalmamış, hadisə yerinə həkimin gəldiyini xatırlamamış, hadisə yerində hər hansı həkimi görməmiş və həkimləri ancaq xəstəxanaya getdikdən sonra görmüşdür. Törətdiyi əmələ görə peşmandır və barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin fevral ayında Xankişi adlı şəxsdən kreditlə almış, lakin həmin avtomobili öz adına qeydiyyata keçirməmiş və göstərilən avtomobili etibarnamə olmadan idarə etmişdir. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən Bazarın yanında atası Taleh Xankişiyevə məxsus meyvə piştaxtasının yanında olarkən X14 ilə birlikdə pivə içmiş, bir müddət sonra isə Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 da oraya gəlmişlər. 01 avqust 2024-cü il tarixdə saat təxminən 01:30 radələrində Elton Hüseynov onu evlərinə aparmasını xahiş etmiş, o da razılaşmışdır. Daha sonra o, avtomobilin ön sol oturacağında, Elton Hüseynov avtomobilin ön sağ oturacağında, Şahid2, Zərərçəkmiş şəxs və Şahid1 isə arxa oturacaqda əyləşmişlər və o, avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Elton Hüseynovun 1-2 dəfə Ağdaş şəhərinin ərazisini gəzmələrinə dair xahişinə əsasən o, Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının köhnə inzibati binasının yanındakı dairəvi yoldan Ağdaş şəhərinin içərisinə doğru dönmüş və Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Saat təxminən 01:41 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində 90-100 km sürətlə hərəkətdə olan zaman döngəli yola çatmağa təxminən 5-6 metr qalmış təhlükəni hiss etmiş, hadisədən yayınmaq üçün avtomobilin sürətini azaltmış və əyləci sıxmış, lakin hadisədən yayına bilməmiş, döngəli yolda qəflətən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayanmışdır. Həmin vaxt huşunu itirmiş, lakin 1-2 dəqiqə sonra ayılmış və bədənində ağrılar hiss etmişdir. Bundan sonra ətrafda olan şəxslər onu və avtomobildə olan digər şəxsləri çölə çıxarmışlar, bir qədər sonra isə hadisə yerinə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili və X9 Xidmətinin əməkdaşları gəlmiş və yaralanmış şəxsləri xəstəxanaya aparmışlar. O isə xəstəxanaya əvvəllər tanımadığı bir nəfər şəxsin avtomobili ilə aparılmış, xəstəxananın qarşısında olan zaman yol-nəqliyyat hadisəsi törətdiyi üçün polis əməkdaşları tərəfindən həbs olunacağından qorxmuş, bu səbəbdən xəsarətləri ilə bağlı xəstəxanaya müraciət etməmiş və buna görə də xəstəxananın qarşısından qaçaraq yaşadığı evə getmişdir. Bir müddət sonra Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişlər və onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, yol-nəqliyyat hadisəsi törətdiyini deyərək bədənində ağrılar hiss etdiyini bildirmiş, bu səbəbdən də polis əməkdaşları onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hərəkətdə olarkən sonuncu avtomobili yüksək sürətlə idarə etməmiş, lakin sonuncunun avtomobili hansı sürətlə idarə etməsini bilməmiş, hadisədən əvvəl avtomobilin sürət qeyd olunan hissəsinə baxmamış və sonuncunun avtomobili hansı sürətlə idarə etməsinə diqqət yetirməmişdir. Həmin avtomobil ilə hərəkətdə olarkən hadisə baş vermiş, lakin hadisənin hansı formada baş verməsi xatirində qalmamışdır. Hadisə vaxtı huşu getmiş və bir də Təcili və X9 Xidmətinin avtomobilində olarkən huşu ayılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs nə etməsindən məlumatı olmamış, sonuncunun harada olması ilə maraqlanmamış və ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və X8 Ağdaş rayon sakinləri kimi tanımışdır. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən Bazarın yanına gəldikdə Təqsirləndirilən şəxs, Elton Hüseynov və Şahid2 orada olduqlarını və pivə butulkasının olduğunu görmüş, oraya yaxınlaşıb söhbət etməyə başlamış, bir müddət sonra isə Şahid1 da oraya gəlmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs pivə içməsini görməmiş və sonuncunun sərxoş olmasını hiss etməmişdir. Bir müddət sonra 01 avqust 2024-cü il tarixdə gecə saatlarında X24 Xankişiyevdən onu evlərinə aparmasını xahiş etmiş, sonuncu isə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin ön sol oturacağında, Elton Hüseynov avtomobilin ön sağ oturacağında, o, Şahid2 və Şahid1 isə arxa oturacaqda əyləşmişlər və Təqsirləndirilən şəxs avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Elton Hüseynovun 1-2 dəfə Ağdaş şəhərinin ərazisini gəzmələrinə dair xahişinə əsasən Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının köhnə inzibati binasının yanındakı dairəvi yoldan Ağdaş şəhərinin içərisinə doğru dönmüş və Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Saat təxminən 01:41 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman o, avtomobilin sürət həddini göstərən hissəsinə baxmış və bu zaman avtomobilin 180 km sürətlə hərəkət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman döngəli yolda qəflətən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayanmışdır. Zərbənin təsirindən sağ ayağında xəsarət yarandığı üçün avtomobildən düşə bilməmiş və həmin yerə gələn tanımadığı şəxslər kömək edərək onu avtomobildən düşürmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən düşərək Elton Hüseynova yaxınlaşıb qulağına nə isə demiş, daha sonra isə onlarla maraqlanmayaraq və onlara hər hansı köməklik göstərməyərək hadisə yerini tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X14 onun oğlu olmuşdur. 01 avqust 2024-cü il tarixdə gecə saatlarında Ağdaş şəhərində yerləşən fərdi yaşayış evində olan zaman qohumları ona mobil telefon vasitəsilə zəng edərək oğlu Elton Hüseynovun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və Ağdaş Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişlər. Bundan sonra o, həmin xəstəxanaya getmiş, orada olan zaman oğlunun ölməsi ona məlum olmuş və sonradan oğlunun öldüyü yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən şəxsin Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs dərhal hadisə yerindən qaçmamış, bundan sonra o, sonuncunun atasını çağırmaq üçün getmiş və bir qədər sonra sonuncunun atası ilə birlikdə yenidən hadisə yerinə qayıtdıqda Təqsirləndirilən şəxs orada olduğunu görməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1, Zərərçəkmiş şəxs və X8 Ağdaş rayon sakinləri kimi tanımışdır. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən Bazarın yanına gəldikdə Təqsirləndirilən şəxs, Elton Hüseynov və Zərərçəkmiş şəxs orada olduqlarını görmüş, oraya yaxınlaşıb söhbət etməyə başlamış, bir müddət sonra isə Şahid1 da oraya gəlmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs sərxoş olmasını bilməmiş və sonuncunun Elton Hüseynova sərxoş olmasını dediyini eşitmişdir. Bir müddət sonra 01 avqust 2024-cü il tarixdə gecə saatlarında X24 Xankişiyevdən onu evlərinə aparmasını xahiş etmiş, sonuncu isə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin ön sol oturacağında, Elton Hüseynov avtomobilin ön sağ oturacağında, o, Şahid1 və Zərərçəkmiş şəxs isə arxa oturacaqda əyləşmişlər və Təqsirləndirilən şəxs avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Elton Hüseynovun 1-2 dəfə Ağdaş şəhərinin ərazisini gəzmələrinə dair xahişinə əsasən Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının köhnə inzibati binasının yanındakı dairəvi yoldan Ağdaş şəhərinin içərisinə doğru dönmüş və Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Saat təxminən 01:41 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman avtomobili yüksək sürətlə idarə etmiş, lakin sonuncunun avtomobili hansı surətlə idarə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman döngəli yolda qəflətən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayanmışdır. O, ciddi xəsarət almadığı üçün avtomobildən düşərək kənarda səkinin üzərində əyləşmiş, bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək Elton Hüseynova yaxınlaşmış, sonuncuya ölməməsini və tutulacağını demiş, daha sonra isə onlarla maraqlanmayaraq və onlara hər hansı köməklik göstərməyərək hadisə yerini tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2, Zərərçəkmiş şəxs və X8 Ağdaş rayon sakinləri kimi tanımışdır. 31 iyul 2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən Bazarın yanına gəldikdə Təqsirləndirilən şəxs, Elton Hüseynov, Zərərçəkmiş şəxs və Şahid2 orada olduqlarını görmüş və oraya yaxınlaşıb söhbət etməyə başlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs sərxoş olmasını bilməmiş və sonuncunun Elton Hüseynova sərxoş olmasını dediyini eşitmişdir. Bir müddət sonra 01 avqust 2024-cü il tarixdə gecə saatlarında X24 Xankişiyevdən onu evlərinə aparmasını xahiş etmiş, sonuncu isə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin ön sol oturacağında, Elton Hüseynov avtomobilin ön sağ oturacağında, o, Şahid2 və Zərərçəkmiş şəxs isə arxa oturacaqda əyləşmişlər və Təqsirləndirilən şəxs avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Elton Hüseynovun 1-2 dəfə Ağdaş şəhərinin ərazisini gəzmələrinə dair xahişinə əsasən Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının köhnə inzibati binasının yanındakı dairəvi yoldan Ağdaş şəhərinin içərisinə doğru dönmüş və Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Saat təxminən 01:41 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman avtomobili yüksək sürətlə idarə etmiş, lakin sonuncunun avtomobili hansı surətlə idarə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman döngəli yolda qəflətən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayanmışdır. Həmin vaxtı o, huşunu itirmiş, ayılan zaman isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında olması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Respublika Təcili və X9 Mərkəzi” publik hüquqi şəxsdə feldşer vəzifəsində işləyir. 01 avqust 2024-cü il tarixdə təxminən 01 radələrində xidmətdə olan zaman Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və dərhal xidməti avtomobillə sürücü Şahid5 ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Hadisə yerinə çatdıqda “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olduğunu, avtomobilin içərisində ön sağ oturacaqda isə 1 nəfər şəxsin olduğunu görmüşlər və baxış keçirən zaman həmin şəxsin artıq ölməsi müəyyən edilmişdir. Hadisə yerində 2 nəfər xəsarət alan şəxsin də olduğunu, həmin şəxslərin kənarda əyləşdiklərini, lakin avtomobili idarə edən sürücünün hadisə yerində olmamasını görmüşlər və bu barədə soruşduqda orada olan şəxslər sürücünün hadisə yerində xəsarət alan şəxslərə kömək etməyib hadisə yerindən qaçdığını demişlər. Daha sonra o, bu barədə həmin yerə gələn polis əməkdaşlarına məlumat vermiş, qeyd olunan avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu və adı çəkilən şəxsi Ağdaş şəhər sakini kimi tanıdığını bildirmişdir. Bundan sonra xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərmişlər, ardınca isə həmin şəxsləri müayinə və müalicə olunmaları üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında hadisə yerinə getmişlər, orada təqsirləndirilən şəxsi görməmiş, sürücü haqqında məlumat əldə etməmiş və şəxsin hadisə yerində olubolmadığını bilməmişdir. O, orada olarkən polis əməkdaşları oraya gəlməmişlər, o, polis şöbəsində ifadə verməmiş, ifadəsində qeyd olunanlar onun tərəfindən yazılmamış və tərtib edilən ifadə ona məxsus olmamışdır. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, “Respublika Təcili və X9 Mərkəzi” publik hüquqi şəxsdə sürücü vəzifəsində işləyir. 01 avqust 2024-cü il tarixdə təxminən 01 radələrində xidmətdə olan zaman Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və dərhal xidməti avtomobillə feldşer Şahid4 ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Hadisə yerinə çatdıqda “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olduğunu, avtomobilin içərisində ön sağ oturacaqda isə 1 nəfər şəxsin olduğunu görmüşlər və baxış keçirən zaman həmin şəxsin artıq ölməsi müəyyən edilmişdir. Hadisə yerində 2 nəfər xəsarət alan şəxsin də olduğunu, həmin şəxslərin kənarda əyləşdiklərini, lakin avtomobili idarə edən sürücünün hadisə yerində olmamasını görmüşlər və bu barədə soruşduqda orada olan şəxslər sürücünün hadisə yerində xəsarət alan şəxslərə kömək etməyib hadisə yerindən qaçdığını demişlər. Daha sonra Şahid4 bu barədə həmin yerə gələn polis əməkdaşlarına məlumat vermiş, qeyd olunan avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu və adı çəkilən şəxsi Ağdaş şəhər sakini kimi tanıdığını bildirmişdir. Bundan sonra xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərmişlər, ardınca isə həmin şəxsləri müayinə və müalicə olunmaları üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis X26 Polisi Bölməsinin baş inspektoru vəzifəsində xidmət edir. 01 avqust 2024-cü il tarixdə gecə saatlarında xidmətdə olan zaman Ağdaş Rayon Polis X4 Ağdaş şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat əldə etmiş və dərhal hadisənin baş verdiyi yerə getmişdir. Oraya çatdıqda “VAZ-21061” minik markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olduğunu görmüş, avtomobilin içərisində heç kəs olmamış və həmin vaxt hadisə yerində olan şəxslər yaralanmış şəxslərin Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişlər. O, yol-nəqliyyat hadisəsi yerində olan zaman sakinlərdən sürücünün harada olduğunu soruşmuş, orada olan şəxslər isə sürücünün hadisə yerində olmadığını bildirmişlər. O, həmin vaxt Təqsirləndirilən şəxs sürücünün kim olduğunu soruşmuş, sonuncu isə sürücünün özü olmadığını demişdir. Daha sonra hadisə yerində olan şəxslər avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini demişlər, lakin bundan sonra o, təkrarən Təqsirləndirilən şəxs avtomobili idarə edib-etmədiyini soruşmamışdır. Daha sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada olan zaman “VAZ-21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin xəstəxanaya müraciət etməyərək qaçması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə gizlənməsi müəyyən edilmiş və polis əməkdaşları həmin evə getmişlər. Oraya getdikdə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər aldığı müəyyən olunmuş və bu səbəbdən də sonuncu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Sonradan avtomobildə olan sərnişin X6 01 avqust 2024-cü il tarixdə aldığı xəsarətlər səbəbindən hadisə yerində ölməsi, avtomobildə olan digər sərnişinlər Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu zaman hadisə yerinin Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində asfalt örtüklü yol olması, həmin yerdə yolun döngəli və quru olması, yolun hərəkət hissəsinin ümumi eninin 11 metr, hər hərəkət zolağının eninin 5,5 metr olması və “VAZ-21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 25 metr tormoz izinin olması müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01:51-də özünü təqdim etməyən Ağdaş şəhər sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək yol-nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alan şəxslərin olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:15-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Ağdaş Rayon Polis Şöbəsinə zəng olunaraq X6 yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:15-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Ağdaş Rayon Polis Şöbəsinə zəng olunaraq Zərərçəkmiş şəxs sağ bud sümüklərinin sınıqları xəsarətlərini alaraq xəstəxayana daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətinə gedən asfalt örtüklü yoldur. Həmin yerdə yol döngəli, quru və hamardır. “VAZ 21061” minik markalı avtomobil yolun ortasında Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində yolun sol tərəfinə çevrilmiş formada dayanmışdır. Həmin yerdə yolun eni 11 metr, yolun orta xəttindən yolun sağ və sol çiyininə olan məsafə 5,5 metr, “VAZ 21061” minik markalı avtomobilin dəydiyi ağacdan dayandığı yerə qədər məsafə 12,40 metr, ağacdan orta xəttə qədər məsafə 6 metr, “VAZ 21061” minik markalı avtomobilin idarəetməni itirib yoldan çıxma anından ağaca qədər olan məsafə 25 metr, “VAZ 21061” minik markalı avtomobilin dayandığı yerdən yolun sol çiyininə qədər olan məsafə 5,80 metr, yolun sağ çiyininə qədər olan məsafə isə 4 metrdir. Hadisə yerinə baxış keçirilən zaman “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 25 metr tormoz izi aşkar edilmişdir. Həmin yerdə icazə verilən maksimum sürət həddi 50 km/saat olmuşdur. Hadisədən qabaq sürücü avtomobili 90-100 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsi “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət zolağında Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkət edən zaman döngəli yolda idarəetməni itirərək sağ ön hissəsinin yolun sağında olan ağaca dəyməsi nəticəsində baş vermişdir. “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə döngəli yolda olan zaman yaranmışdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə təhlükəsiz şəhər kameraları olmuş, həmin görüntülər cinayət işinə əlavə edilmişdir. Protokola hadisənin baş vermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X6 meyitinə baxış keçirilmişdir. Meyitin əynində qara rəngli qısaqol zəncirbəndli köynək, ağ rəngli mayka, göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, qara rəngli tursa və qara rəngli corablar vardır. Meyit qacıması müayinə olunan əzələ qruplarından çənə əzələlərində yaxşı inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yayılmış vəziyyətdə olub göyümtül-qırmızımtıl rəngdədirlər, barmaqla təzyiq etdikdə itirlər 0,5-1 dəqiqə sonra bərpa olunurlar. Sağ xarici qulaq keçəcəyində maye və laxta qan vardır. Alın nahiyəsində 5,0x4,0 sm ölçüdə, qırmızımtıl-çəhrayımtıl rəngli, ətraf toxumadan aşağı səviyyədə yerləşmiş qeyri-müəyyən formalı sıyrıq vardır. Burun yəhərində 2,0x6 sm ölçüdə, eyni xarakterli sıyrıq vardır. Sağ diz oynağının ön səthində və sağ baldırın ön səthində 8 ədəd 1,5x1,0 sm ölçüdən 0,5x0,3 sm ölçüyədək qırmızımtıl-çəhrayımtıl rəngli, qeyri-müəyyən formalı ətraf toxumadan aşağı səviyyədə yerləşmiş sıyrıqlar vardır. Meyitə baxış keçirilən zaman başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin gətirilməsi haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 01:41 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerində olmaması, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına qeydiyyata düşməməsi müəyyən edilmiş və sonuncunun ailə üzvlərinin məlumatına əsasən sonuncunun Ağdaş şəhərində yerləşən yaşadığı evdə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə getdikdə sonuncunun yaşadığı evdə olması müəyyən edilmiş və sonuncu yol-nəqliyyat hadisəsi törətdikdən sonra polis əməkdaşları tərəfindən həbs olunacağından qorxduğu üçün xəstəxananın qarşısından qaçıb evinə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin sonuncu bədənində ağrılar hiss etdiyini bildirdiyi üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 01 avqust 2024-cü il tarixli 328 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsinin qeydə aldığı videogörüntünün köçürüldüyü 01 ədəd disk götürülərək baxış keçirilmişdir. Baxış keçirilən zaman 2 ədəd avtomobilin Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində hərəkət etməsi, Ağdaş rayonunun Ləki qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ 21061” minik markalı avtomobilin idarəetməni itirib yolun kənarında olan ağaca dəyməsi və daha sonra yolun ortasında dayanması əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis X26 Polisi Bölməsindən daxil olmuş 08 avqust 2024-cü il tarixli 313- 62/2-20114/2024 nömrəli məktubdan görünür ki, yol-nəqliyyat hadisəsi 01 avqust 2024-cü il tarixdə 01:41 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində baş vermiş, həmin ərazidə sürət həddi 50 km/saat olmuş, qeyd olunan ərazidə müvafiq yol nişanları və üfiqi nişanlanma xətti olmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə müşahidə və təhlükəsiz şəhər kameraları olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsinin mərkəzi məlumat sistemində yoxlanılarkən Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün BD seriyalı, 210210 nömrəli, B1, B, C1, C kateqoriyalı 04 oktyabr 2032-ci tarixədək müddəti olan sürücülük hüququnun olması, əvvəllər yol hərəkəti qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2, 332.4 və 327.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi, “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması və həmin avtomobilin ünvan 3 ünvanında yaşayan X11 məxsus olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 avqust 2024-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, mərhum X6 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızma, başın yumşaq qatının iç səthinə qansızmalar, alın nahiyəsinin yumşaq qatının iç səthinə qansızma, alın nahiyəsinin sıyrığı, sağ İİİ qabırğanın yerdəyişən sınığı, sağ ağ ciyərin yuxarı payının cırılması, döş qəfəsinin sağ nahiyəsinin yumşaq toxumalarına qansızmalar, burun yəhərinin, sağ diz oynağının ön səthinin, sağ baldırın ön səthinin sıyrıqları” diaqnozu ilə, 01 avqust 2024-cü il tarixdə küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. Onun ölümü meyitin müayinəsindən ən azı 4, ən çoxu 8 saat əvvəl baş vermişdir. Onun ölümü ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 avqust 2024-cü il tarixli 395 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “sağ bud sümüyünün cisminin qapalı sınığı” diaqnozu ilə, 01 avqust 2024-cü il tarixdə küt alətin təsirindən törənmiş, yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X29 İdarəsindən daxil olmuş 19 avqust 2024-cü il tarixli 3-13-16/2-130404/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə (04 oktyabr 2032-ci il tarixədək etibarlı olan) BD seriyalı, 210210 nömrəli, “B1”, “B”, “C1”, “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 8/2497 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, “VAZ 21061” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263- 1.3 və 264-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş 18 oktyabr 2024-cü il tarixli ********* nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2024cü il tarixdə 01:41 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən hadisə yerindən xəstəxanaya gətirilməsi təsdiqini tapmamış və sonuncunun hadisə yerindən qaçaraq yaşadığı evə getməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 185-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı, 995064 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə dair çıxarışdan görünür ki, “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X12r. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının, yol hərəkəti qaydalarını alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda pozub-pozmamasının və yol-nəqliyyat hadisəsi yerindən qaçıbqaçmamasının müəyyənləşdirilməsidir. Məhz bu halların müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməlləri törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək 31 iyul 2024-cü il tarixdə axşam saatlarında X14 ilə birlikdə pivə içdiyini, daha sonra idarə etdiyi avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospektində 90-100 km sürətlə hərəkətdə olan zaman döngəli yola çatmağa təxminən 5-6 metr qalmış təhlükəni hiss etdiyini, hadisədən yayınmaq üçün avtomobilin sürətini azaltdığını və əyləci sıxdığını, lakin hadisədən yayına bilmədiyini, döngəli yolda qəflətən idarəetməni itirdiyini və idarə etdiyi avtomobilin yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayandığını, həmin vaxt huşunu itirdiyini, lakin 1-2 dəqiqə sonra ayıldığını, bədənində ağrılar hiss etdiyini, bundan sonra ətrafda olan şəxslərin onu və avtomobildə olan digər şəxsləri çölə çıxardıqlarını, bir qədər sonra isə hadisə yerinə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili və X9 Xidmətinin əməkdaşlarının gələrək yaralanmış şəxsləri xəstəxanaya apardıqlarını, özünün xəstəxanaya əvvəllər tanımadığı bir nəfər şəxsin avtomobili ilə aparıldığını, xəstəxananın qarşısında olan zaman yol-nəqliyyat hadisəsi törətdiyi üçün polis əməkdaşları tərəfindən həbs olunacağından qorxduğunu, bu səbəbdən xəsarətləri ilə bağlı xəstəxanaya müraciət etmədiyini, buna görə də xəstəxananın qarşısından qaçaraq yaşadığı evə getdiyini, bir müddət sonra Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadığı evə gələrək yolnəqliyyat hadisəsi törətdiyini bildirdiklərini və onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etdiklərini, həmin vaxt yol-nəqliyyat hadisəsi törətdiyini deyərək bədənində ağrılar hiss etdiyini polis əməkdaşlarına bildirdiyini, bu səbəbdən də polis əməkdaşlarının onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını və orada ona ilkin tibbi yardımın göstərildiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisədən əvvəl pivə içdiyini, lakin sərxoş vəziyyətdə olmadığını, hadisə vaxtı avtomobili hansı sürətlə idarə etməsinin xatirində qalmadığını, hadisə baş verdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmadığını, hadisədən sonra polis əməkdaşı Şahid3 ona yaxınlaşdığını, lakin sonuncuya nə deməsinin xatirində qalmadığını, hadisə baş verdikdən sonra əvvəlcə xəstəxanaya getdiyini, orada iki-üç dəqiqə qaldıqdan sonra isə qorxduğu və övladını görmək məqsədilə oranı tərk edib yaşadığı evə getdiyini, ibtidai istintaq zamanı ifadəsinin ona oxunduğunu, həmin vaxt polis əməkdaşlarının ona ancaq sənədə imza etdirdiklərini, lakin hadisə ilə bağlı heç nə soruşmadıqlarını, ibtidai istintaq zamanı hansı məzmunda ifadə verməsinin xatirində qalmadığını, hadisə yerinə həkimin gəldiyini xatırlamadığını, hadisə yerində hər hansı həkimi görmədiyini və həkimləri ancaq xəstəxanaya getdikdən sonra gördüyünü qeyd etmişdir. Hadisə vaxtı avtomobildə olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisədən əvvəl Təqsirləndirilən şəxs pivə içməsini görmədiyini, sonuncunun sərxoş olmasını hiss etmədiyini, bir müddət sonra sonuncunun idarə etdiyi avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman avtomobilin sürət həddini göstərən hissəsinə baxdığını, bu zaman avtomobilin 180 km sürətlə hərəkət etdiyini bildiyini, Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman döngəli yolda qəflətən idarəetməni itirdiyini, idarə etdiyi avtomobilin yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayandığını, zərbənin təsirindən sağ ayağında xəsarət yarandığı üçün avtomobildən düşə bilmədiyini, həmin yerə gələn tanımadığı şəxslərin kömək edərək onu avtomobildən düşürdüklərini, qeyd olunan vaxt Təqsirləndirilən şəxs avtomobildən düşərək Elton Hüseynova yaxınlaşıb qulağına nə isə dediyini, daha sonra isə onlarla maraqlanmayaraq və onlara hər hansı köməklik göstərməyərək hadisə yerini tərk edib getdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən sonuncunun avtomobili yüksək sürətlə idarə etmədiyini, lakin sonuncunun avtomobili hansı sürətlə idarə etməsini bilmədiyini, hadisədən əvvəl avtomobilin sürət qeyd olunan hissəsinə baxmadığını, sonuncunun avtomobili hansı sürətlə idarə etməsinə diqqət yetirmədiyini, həmin avtomobil ilə hərəkətdə olarkən hadisənin baş verdiyini, lakin hadisənin hansı formada baş verməsinin xatirində qalmadığını, hadisə vaxtı huşunun itdiyini, bir də Təcili və X9 Xidmətinin avtomobilində olarkən huşunun ayıldığını, hadisədən sonra Təqsirləndirilən şəxs nə etməsindən məlumatının olmadığını, sonuncunun harada olması ilə maraqlanmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etdiyini qeyd etmişdir. Hadisə vaxtı avtomobildə olan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisədən əvvəl Təqsirləndirilən şəxs sərxoş olmasını bilmədiyini, sonuncunun Elton Hüseynova sərxoş olmasını dediyini eşitdiyini, bir müddət sonra sonuncunun idarə etdiyi avtomobil ilə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman sonuncunun avtomobili yüksək sürətlə idarə etdiyini, lakin sonuncunun avtomobili hansı sürətlə idarə etməsini bilmədiyini, Təqsirləndirilən şəxs həmin avtomobili idarə edən zaman döngəli yolda qəflətən idarəetməni itirdiyini, idarə etdiyi avtomobilin yolun sağ tərəfində olan çinar ağacına çırpılaraq yolun ortasında dayandığını, ciddi xəsarət almadığı üçün avtomobildən düşərək kənarda səkinin üzərində əyləşdiyini, bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək Elton Hüseynova yaxınlaşdığını, sonuncuya ölməməsini və tutulacağını dediyini, daha sonra isə onlarla maraqlanmayaraq və onlara hər hansı köməklik göstərməyərək hadisə yerini tərk edib getdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs dərhal hadisə yerindən qaçmadığını, bundan sonra özünün sonuncunun atasını çağırmaq üçün getdiyini və bir qədər sonra sonuncunun atası ilə birlikdə hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs orada olduğunu görmədiyini qeyd etmişdir. Şahid5 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumata əsasən hadisənin baş verdiyi yerə getdiklərini, oraya çatdıqda avtomobili idarə edən sürücünün hadisə yerində olmamasını gördüklərini və bu barədə soruşduqda orada olan şəxslərin sürücünün hadisə yerində xəsarət alan şəxslərə kömək etməyib hadisə yerindən qaçdığını bildirdiklərini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində daxil olmuş məlumat əsasında hadisə yerinə getdikdə orada təqsirləndirilən şəxsi görmədiyini, sürücü haqqında məlumat əldə etmədiyini, şəxsin hadisə yerində olub-olmadığını bilmədiyini, orada olarkən polis əməkdaşlarının oraya gəlmədiklərini, polis şöbəsində ifadə vermədiyini, ifadəsində qeyd olunanların onun tərəfindən yazılmadığını və tərtib edilən ifadənin ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid5 isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadələr vermişlər. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 8/2497 nömrəli rəyində də istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, “VAZ 21061” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması, onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanının olması və onun avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etməsi səbəbindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluğun olması qeyd olunmuşdur. Habelə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 01 avqust 2024-cü il tarixli 328 nömrəli aktda Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluğun aşkar olunması öz əksini tapmışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadəsinin baş vermə şəraiti ilə bağlı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid5 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid5 ibtidai istintaq zamanı qeyd etdiklərinin, cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 oktyabr 2024-cü il tarixli 8/2497 nömrəli rəyində, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 01 avqust 2024-cü il tarixli 328 nömrəli aktda qeyd olunanların və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü maddəsinin (yol nəqliyyat hadisəsi yerindən qaçma) dispozisiyaları blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməmək mexaniki nəqliyyat vasitəsinin sürücüsünün vəzifəsidir. Bu Qanunun 37-ci maddəsinin İV hissəsinin 2-ci bəndinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Bu Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Habelə CM-in 264-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol-nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid5 məhkəmə istintaqı zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, qeyd olunan normativ-hüquqi aktların tələblərini pozması nəticəsində göstərilən hadisə baş vermiş, bundan sonra isə zərərçəkmiş şəxslərə kömək göstərilməsi ilə əlaqədar olmayan səbəbdən yol-nəqliyyat hadisəsi yerini tərk etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan AD seriyalı, 995064 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə dair çıxarışdan görünür ki, “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X12r. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan avtomobili 2024-cü ilin fevral ayında Xankişi adlı şəxsdən kreditlə aldığını, lakin həmin avtomobili öz adına qeydiyyata keçirmədiyini və göstərilən avtomobili etibarnamə olmadan idarə etdiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 264-cü maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 aprel 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X16 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdıqlarını və sonuncuya qarşı hər hansı şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 şəhəri, S.Məmmədov küçəsi, ev 11/19 ünvanında yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən X5 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, 29 dekabr 2022-ci il tarixdə doğulmuş həmin şəxsin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 7653 nömrəli “Cəbrayılın azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 4639 nömrəli “Xocavəndin azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 8467 nömrəli “Füzulinin azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 5264 nömrəli “Qubadlının azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 76785 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşayır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 şəhəri, İ.Millətoğlu küçəsi, ev 26 ünvanında yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmünün, surətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 24 oktyabr 2024-cü il tarixli c/1-1309 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs cəzasının 01 il 28 gün hissəsini çəkmiş və onun çəkilməmiş 11 ay 02 gün cəzası qalmışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq, sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs CM-in 263.1-3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək cəzasını çəkib qurtarmasa da CM-in 263.1-3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədildiyindən, CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, ehtiyatsızlıqdan törədilmiş cinayətlər residivi yaratmadığından və böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə, CM-in 263.1-3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs qismində törətməsini CM-in 59.1.9cu maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə, Vətən müharibəsində iştirak edərək dövlət təltifləri olan “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, habelə yaşadığı ərazi üzrə müsbət səciyyələndirilməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 264-cü maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. CM-in 263-1.3-cü maddəsinin dispozisiyasına əsasən, həmin cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməlidir və qeyd olunan maddənin sanksiyasına əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi beş ildir. CM-in 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə olmaqla, aşağı həddə olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 15 mart 2025-ci il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Habelə cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 11 ay 02 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 71.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edildiyi ərzində sınaq müddəti ərzində yenidən ehtiyatsızlıqdan hesab olunan və CM-in 263-1.3-cü maddəsində göstərilən, habelə qəsdən böyük ictimai təhlükə törətməyən hesab olunan və CM-in 264-cü maddəsində göstərilən cinayət əməllərini törətdiyindən CM-in 71.4-cü maddəsinə əsasən şərti məhkum etmə ləğv edilməli və CM-in 67.1-ci maddəsinə əsasən qeyd olunan cəza hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 07 avqust 2024-cü il tarixli 18-1-22/2-1102/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji xəstəlik üzrə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 29 noyabr 2024-cü il tarixli 198 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” müəyyən edilir. O, qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edən etmək iqtidarında olmuşdur. O, ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. O, hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. O, “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”ndən əziyyət çəkmişdir. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, o, təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”nin gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi onun ittiham olunduğu cinayət əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 07 avqust 2024cü il tarixli 18-1-22/2-1102/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirin təyin edilməsinə zərurət yoxdur. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə maddi sübut qismində tanınmış və Ağdaş Rayon Polis X26 Polisi Bölməsinin duracağına yerləşdirilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis X26 Polisi Bölməsinin duracağında saxlanılan “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əsas cəza əsas cəza ilə qismən toplanılmaqla, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza isə əlavə cəza ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis X26 Polisi Bölməsinin duracağında saxlanılan “VAZ 21061” minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar