Məhkəmə qərarları › İş №1(091)-145/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-145/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-145/2020 14.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X4, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1972-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli,əvvəllər məhkum olunmamış, Ağdaş rayon Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, 11may 2020-ci ildə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X12 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Pirəyir kəndindəki evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 17 ədəd-külli miqdarda, ümumi təmiz çəkisi 1 kq 425 qram olan 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini istixanada, 08ədəd narkotik tərkibli çətənə bitkilərini həyətyanı sahəsində torpaqda, təmiz çəkisi 2,17 qram olan 01 ədəd narkotik təbiətli çətənə bitkisinin şitilini dibçəkdə qanunsuz olaraq 2020-ci ilin mart ayının əvvəllərində əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmişdir. xx xxx 2020-ci ildə saat 16:15 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 16 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01ədəd narkotik təbiətli çətənə bitkisinin şitiliyaşadığı Ağdaş rayon Pirəyir kəndindəki evinin həyətyanı sahəsində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə verilmiş itttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Pirəyir kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində və həyətindəki istixanada 16 ədəd, 1 ədədi isə dibçəkdəşitil cəmi 17 ədəd narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək üçün əkmişdir. Onları suvarmış, diblərini yumşaltmış, becərmişdir. xx xxx 2020-ci ildə saat 16 radələrində polis əməkdaşları həmin narkotik tərkibli bitkilərə aşkar edərək götürmüşlər. Aşkar edilmiş narkotik tərkibli kolları 2020-ci ilin mart ayının əvvələrində özü istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsində çayın kənarında yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığınıbildirmişdir. Tutduğu əməldən peşmandır. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, məlumat əsasında xx.xx.2020-ci ildə saat 16:00 radələrində Ağdaş rayonu Pirəyir kəndində yaşayan Təqsirləndirilən şəxs həmin həyətinə baxış keçirilmiş, baxış zamanı Rüstəmin yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 07 sm-dən 167 sm-ə qədər cəmi 17 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edilib götürülmüşdür. Onlardan həyətdə olan istixanadan yerə əkilmiş 8 ədəd narkotik tərkibli çətənə kolu, həmin istixananın baş hissəsindəki su arxının kənarından 01 ədəd yerə əkilmiş narkotik tərkibli çətənə bitkisi, yaşadığı evin arxasından 01 ədəd yerə əkilmiş, 01 ədəd dibçəyə əkilmiş, həmçinin yaşadığı həyətdə olan su arxının kənarından 06 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunub kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Şahidlər Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 16 radələrində Ağdaş rayonu Pirəyir kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən hal şahidi qismində iştirak etmiş, baxış zamanı Rüstəmin yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq olunmuş hündürlükləri 07 sm-dən 167 sm-ə qədər cəmi 17 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Onlardan 8-i istixanada, 8 -i su arxının kənarında, 1-i isə dibçəkdə olmşdur. Şahid X11 məhkəmədə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşə əlavə edilmiş 09may 2020-ci il tarixli 17/279 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki bir ədəd dibçəkdə və 16 ədəd torpağa əkilmiş çətənə...” sözləri yazılmış sintetik kisənin içərisindəki 16 (on altı) ədəd hündürlükləri 30 sm-dən 167 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi – 1 kiloqram 425 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 01 (bir) ədəd hündürlüyü 7 sm, yaş vəziyyətdə, təmiz çəkisi – 2,17 qram olan bitki şitili əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilidir. X1 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş 16 (on altı) ədəd çətənə bitkilərinə və 01 (bir) ədəd çətənə bitkisinin şitilinə aqrotexniki qaydada qulluq göstərilmişdir. xx.xx.2020-ci tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı mərkəzi sinir sisteminin üzvi xəstəliyinin az ifadəli qalıq əlamətləri ( psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) X07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə CM-nin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasənTəqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal “Mərkəzi sinir sisteminin üzvi xəstəliyi, tez -tez nevrotiki reaksiyalarla” xəstəliyin olması, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə, məhkəməTəqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxx 2020-ci ildə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsbarəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbs edilməli və saxlanması üçün X5 təhvil verilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 35 (otuz beş) manat 97 qəpik təşkil edir. Həmin pul Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X5 təhvil verilsin. Təqsirləndirilən şəxs X5 çatdırılması və təhvil verilməsi X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədəkTəqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılantədqiqata sərf edildikdən sonra qalıq qalmış 16 ədəd 1 kq 424,20 qram narkotik vasitə olan çətənə (kannabis) bitkiləri və 01 ədəd 2.17 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisinin şitili məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X12 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar