Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-145/2024 31.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Göyçay rayonunun Hacalıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay şəhəri, X17 küçəsi, ev 71, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X1 qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qonşusu ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 narkotik vasitədən istifadə etməsi və bu səbəbdən Ruslan Süleymanovun yanına narkotik vasitədən istifadə edən şəxslərin gəlməsini irad bildirdiyi üçün sonuncu ilə aralarında əvvəldən də ədavət olmuş, 01 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanına gələrkən Ruslan Süleymanovun küçədə bir nəfər şəxslə mübahisə etməsini görüb sonuncuya irad bildirmiş, bundan sonra yenidən aralarında mübahisə yaranmış, bu səbəbdən oradan uzaqlaşıb getsə də, Ruslan Süleymanovun yaşadığı evə gələrək onu axtarmasından sonra yenidən saat 15 radələrində yaşadığı evə gələrkən, Ruslan Süleymanov yaşadığı küçədə onu görüb ona tərəf gəlmiş və əlində olan “kəsər” adlandırılan təmir-tikinti işlərində istifadə edilən dəmir alətlə onun baş nahiyəsinə zərbə vurmuş, bundan sonra qonşular tərəfindən bir-birilərindən aralaşdırılsalar da, Ruslan Süleymanovun yaşadığı evdən mətbəx bıçağını götürüb, ona tərəf gəlməsini gördükdən sonra qonşuların Ruslan Süleymanovun ona tərəf gəlməsinə mane olmalarına baxmayaraq, istintaqa məlum olmayan dəmir aləti götürüb Ruslan Süleymanova yaxınlaşaraq sonuncunun baş nahiyəsinə qəsdən bir zərbə vurmaqla Ruslan Süleymanova dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid edilən başın sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, baş beyin qişaları altına qansızma, sol beyin yarımkürəsinin təpə-alın-bazal şöbəsinə subaraxnoidal qansızma, alın payının beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları və dərəcəsinə görə sağlamlığa zərər vurmayan sol gözün üst qapağının qansızması, döş qəfəsinin sağ qabırğa qövsü nahiyəsinin sıyrığı, hər iki dizin ön səthinin xırda qançırları və sağ aşıq-baldır oynağının içtopuq nahiyəsinin hematoması xəsarətlərini yetirərək, həmin xəsarətlər nəticəsində ehtiyatsızlıqdan X3 08 avqust 2023-cü il tarixdə saat 07:30 dəqiqədə müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, X7 ilə qonşuluqda yaşamış, sonradan sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat əldə etmiş, sonuncunun yanına narkotik vasitədən istifadə edən başqa şəxslərin gəlməsini görmüş və hər dəfə Ruslan Süleymanova narkotik vasitədən istifadə etməsinə və həmin küçəyə narkotik vasitədən istifadə edən şəxslərin gəlməsinə görə irad bildirmişdir. 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində küçədə olarkən qonşusu X12 adlı şəxslə dalaşaraq bir-birilərinin ünvanına nalayiq sözlər işlətdiklərini görmüş və adları qeyd olunan şəxslərə mübahisələrini başqa yerdə həll etmələrini deyib irad bildirmişdir. Bundan sonra Ceyhun adlı şəxs həmin yeri tərk etmiş, Ruslan Süleymanov isə ona tərəf gələrək ondan nə istədiyini və nə ala bilmədiyini deyib onunla mübahisə etmiş, ona əl-qol ataraq boğaz nahiyəsini və üzünü dırnaqları ilə cırmış, o isə sonuncunu əli ilə itələyib özündən uzaqlaşdırmışdır. Daha sonra Ruslan Süleymanov ondan kənarlaşıb yaşadığı evə daxil olmuş, bir müddət sonra əli belində nə isə gizlədib ona tərəf gəlmiş və bu zaman o, Ruslan Süleymanovun bıçaq götürdüyünü zənn edib kənarlaşması üçün sonuncunun sinə nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Zərbənin təsirindən Ruslan Süleymanov geriyə doğru gedib əllərini açdıqda sonuncunun əlində dabankeşin olmasını görmüş, bu zaman əmisinin oğlu Şahid6 onu kənarlaşdırmış və daha sonra isə sonuncunun avtomobili ilə həmin yeri tərk etmişlər. Təxminın 5 dəqiqə sonra Şahid6lə birlikdə oraya qayıtdıqda Ruslan Süleymanov yenidən küçəyə çıxmış və ona tərəf gələrək onu döyməyə çalışmışdır. Həmin vaxt qonşuları Nəzakət Abdurrahmanova və Nailə adlı şəxs küçəyə çıxıb onu evinin həyətinə aparmışlar və bu zaman Ruslan Süleymanov onun ünvanına nalayiq sözlər demişdir. Bir müddət sonra evi tərk edib Azərbaycan Beynəlxalq Bankının Göyçay filialına getmiş və orada olan zaman dayısının oğlu Şahid5 arvadı Şahid3 ona zəng edərək qonşusu Ruslan Süleymanovun onun yaşadığı evə daxil olub onu axtardığını, anası Şahid4 təhqir etdiyini və evin giriş qapısının yanında olan kəsər alətini götürdüyünü bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş, bundan bir müddət sonra qonşuluqda yaşayan dayısıgilə getdikdə orada anası Şahid4 ona Ruslan Süleymanov tərəfindən təhqirlərə məruz qaldığını və sonuncunun evdən kəsər alətini götürdüyünü demişdir. Bundan sonra o, yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş və Ruslan Süleymanovun onun yaşadığı evə daxil olmasının və anasını təhqir etməsinin səbəbini öyrənmək üçün sonuncunun yaşadığı evə tərəf hərəkət etmişdir. Küçəyə çıxdıqda Ruslan Süleymanovun orada olduğunu görmüş və bu zaman sonuncu ona tərəf gəlib yaxasından tutaraq arvadından boşanmasında onu günahlandıraraq onu öldürəcəyini demiş, o isə bu məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra Ruslan Süleymanov həmin yeri tərk edib yaşadığı evə getmiş, bu zaman o, sonuncunun onun yaşadığı evdən kəsər alətini götürməsini bildiyi üçün sonuncunun həmin kəsər alətini götürüb ona zərbə vuracağını fikirləşərək sonuncunun tutub saxlamaq məqsədilə arxası ilə getmişdir. Ruslan Süleymanov yaşadığı evdən kəsər alətini götürmüş və bu zaman o, Ruslan Süleymanovun əlindən tutub sonuncunu itələyib yaşadığı evə salmaq istəmişdir. Həmin vaxt Ruslan Süleymanov kəsər aləti ilə onun baş nahiyəsinə bir zərbə vurmuş və zərbənin təsirindən onun başından qan axmağa başlamışdır. Daha sonra o, Ruslan Süleymanovu tutub saxlamış və bundan sonra qonşuluqda yaşayan Şahid2 oraya gəlib Ruslan Süleymanovu yaşadığı evə aparmışdır. Daha sonra o, yaşadığı evin həyətinə daxil olmuş və orada olan zaman yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra Ruslan Süleymanov əlində olan kərpic parçası ilə evindən çıxıb ona tərəf gələrək həmin kərpic parçasını ona tərəf atmış, lakin o, kənara çəkildiyi üçün kərpic parçası ona dəyməmişdir. Bundan sonra o, Ruslan Süleymanovu əli ilə itələyərək çıxıb getməsini demiş və bu zaman qonşuluqda yaşayan Şahid2 və Şahid7 Ruslan Süleymanovu yaşadığı evə aparmışlar. Bundan sonra o, yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş, təxminən 5-10 dəqiqə sonra Ruslan Süleymanov yenə də evdən çıxıb ona tərəf gəlmiş və bu zaman sonuncunun əlində bıçağın olduğunu görmüşdür. Ruslan Süleymanov yaşadığı evin darvasına bir neçə təpik zərbəsi vurduğu üçün qapı açılmış, bu zaman o, Ruslan Süleymanovun içəri daxil olub bıçaqla ona zərbə vuracağını fikiləşdiyi və qorxduğu üçün qapının kənarında olan dəmir borunu götürmüş və sonuncu qapıdan içəri girmək istəyərkən sonuncunun həmin yeri tərk etməsi üçün həmin dəmir borunu sonuncuya tərəf tullamışdır. Həmin vaxt o, Ruslan Süleymanovun baş nahiyəsinə zərbə vurmaq və sonuncunu öldürmək istəməmiş, lakin dəmir parçası sonuncunun baş nahiyəsinə dəymişdir. Ruslan Süleymanov zərbənin təsirindən yerə yıxılmış, bıçaq əlindən düşmüş, daha sonra isə sonuncu yerdən ayağa qalxıb yaşadığı evə getmişdir. Bir müddət sonra polis əməkdaşları oraya gəlmişlər, daha sonra isə o, dayısının oğlu Şahid5lə birlikdə müayinə olunmaq üçün xəstəxanaya getmiş və orada ona tibbi yardım göstərilmişdir. Daha sonra Ruslan Süleymanov da oraya gətirilmiş və sonuncu da müayinə olunmuşdur. Daha sonra o və Ruslan Süleymanov xəstəxanadan çıxmışlar. Səhəri gün Ruslan Süleymanovun vəziyyətinin ağırlaşması səbəbindən xəstəxanaya aparılması, oradan Bakı şəhərinə göndərilməsi, bir müddət sonra isə ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, hadisə baş zaman orada olmamış, lakin qonşuların deməsinə əsasən əvvəllər qardaşı Təqsirləndirilən şəxslə mərhum Ruslan Süleymanovun arasında mübahisələrin yaranması, hadisə vaxtı mərhum Ruslan Süleymanovun qardaşı Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi, sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə 3-4 dəfə zəng edib məlumat verməsi, mərhum Ruslan Süleymanovun qardaşı Təqsirləndirilən şəxs zərbə vurması, daha sonra isə əlində bıçaqla gələn zaman Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə əlində olan dəmir borunu Ruslan Süleymanova tərəf tullaması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X7 onun qardaşıdır, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qardaşı Ruslan Süleymanovla mübahisə etmişdir. 01 avqust 2023-cü il tarixdə X4 Süleymanov ona zəng edərək Ruslan Süleymanovun qonşuluqda yaşayan Təqsirləndirilən şəxslə dalaşdığını və Təcili və X10 Xidmətinin avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıldığını demiş, o da həmin xəstəxanaya getmişdir. Ruslan Süleymanov orada müayinə olunmuş, həkimlər tərəfindən stasionar qaydada xəstəxanada qalıb bir neçə gün müayinə olunması məsləhət görülsə də sonuncunun hərəkətləri normal olduğunundan və sonuncu xəstəxanada qalmaq istəmədiyindən bununla bağlı xəstəxanada olan jurnala imza etmiş və bundan sonra birlikdə onun yaşadığı evə getmişlər. Səhəri gün Ruslan Süleymanovun səhhəti pisləşdiyindən qardaşı İntiqam Süleymanovun avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılmış, həmin gün orada qaldıqdan sonra Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyyə olunmuşdur. Orada müayinə nəticəsində Ruslan Süleymanovun baş nahiyəsində daxili qansızmanın olması bildirilmiş, həmin tarixdə əməliyyat olunmuş, lakin bunlara baxmayaraq, sonuncu 08 avqust 2023-cü il tarixdə orada ölmüşdür. Sonradan qonşularının deməsinə əsasən Ruslan Süleymanovun başqa şəxslə küçədə söhbət edən zaman Təqsirləndirilən şəxs Ruslan Süleymanova irad bildirməsi, bu zəmində aralarında mübahisənin yaranması, bu zaman Təqsirləndirilən şəxs dəmir ilə Ruslan Süleymanovun baş nahiyəsinin arxa hissəsinə zərbə vurması, zərbənin təsirindən sonuncunun yerə yıxılması, bundan sonra isə Təqsirləndirilən şəxs Ruslan Süleymanova təpik zərbələri vurması ona məlum olmuşdur. Ruslan Süleymanovun baş, kürək və sağ çiyin nahiyələrində və sağ ayağının topuq hissəsində xəsarətlər olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X7 və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır. 01 avqust 2023-cü il tarixdə təxminən saat 15 radələrində Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən evində olarkən küçədə səs-küy olduğunu və X15 Şıxaliyevin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib nə baş verdiyini öyrənmək üçün küçəyə çıxdıqda Ruslan Süleymanovun əlində çəkic ilə evinə daxil olduğunu görmüş və nə baş verdiyini öyrənmək üçün sonuncunun arxası ilə həyətə daxil olmuşdur. Daha sonra o, Ruslan Süleymanovdan nə baş verdiyini soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxs görə küçəyə çıxa bilmədiyini ona demişdir. Bundan sonra o, Ruslan Süleymanovu sakitləşdirmiş və sonuncunun əlində olan çəkici götürüb həyətdə olan köhnə şkafın üzərinə qoymuşdur. Daha sonra o, yenidən evə daxil olduqda Ruslan Süleymanovun orada olmadığını görmüş, sonuncunun küçəyə çıxdığını və bu anda Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə Ruslan Süleymanovu vurması nəticəsində sonuncunun zərbənin təsirindən yerə yıxıldığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs və Ruslan Süleymanov yaşadıqları evlərə daxil olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs qeyd olunan dəmir parçasını haraya qoymasını bilməmişdir. Bir qədər sonra oraya polis əməkdaşları gəlmiş, ardınca isə o, Ruslan Süleymanovun arxası ilə həyətə daxil olduqda sonuncunun baş nahiyəsindən qanın axdığını görmüş və sonuncuya tibbi yardım göstərmişdir. Təxminən 5 dəqiqə sonra Təcili və X10 Xidmətinin əməkdaşları oraya gəlmişlər və Ruslan Süleymanova ilkin tibbi yardım göstərdikdən sonra sonuncunu Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra Ruslan Süleymanovun müalicəsinin davam etdirilməsi üçün oradan Bakı şəhərinə aparılması və Bakı şəhərində müalicə aldığı xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid2la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı Şahid4 oğludur, X7 isə onunla qonşuluqda yaşamışdır. 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində Şahid4 ilə birlikdə küçədə olan zaman Ruslan Süleymanovun tanımadığı bir nəfər şəxslə dalaşdığını görmüşlər və bir müddət sonra təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman Ruslan Süleymanovun küçədə Təqsirləndirilən şəxs səslədiyini eşitmişlər. Bu zaman Ruslan Süleymanov həmin evə daxil olub Təqsirləndirilən şəxs tapa bilməmiş, daha sonra isə evdən çıxarkən kəsər alətini götürmüşdür. Daha sonra küçəyə çıxdıqda Ruslan Süleymanov ona Təqsirləndirilən şəxs öldürəcəyini ona demiş və həmin vaxt Təqsirləndirilən şəxs kəsər aləti Ruslan Süleymanovun əlində olmuşdur. Daha sonra həmin yeri tərk etsə də Ruslan Süleymanov küçədə dayanıb Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermiş, daha sonra isə sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdiyini ona demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə gəlib ondan nə baş verdiyini soruşmuş, o isə Ruslan Süleymanovun qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs boyun nahiyəsini ona göstərərək Ruslan Süleymanovun günorta vaxtı onun boyun nahiyəsinə xəsarət yetirdiyini demiş və bu zaman yenidən Ruslan Süleymanovun küçədə nalayiq ifadələr işlətməsini eşitmişlər. Bundan sonra Təqsirləndirilən şəxs çölə çıxmış, lakin o, orada qalmış və həmin yeri tərk etməmişdir. Bundan bir neçə dəqiqə sonra küçədə qonşuların da səslərini eşidib nə baş verməsini öyrənmək üçün küçəyə çıxdıqda Təqsirləndirilən şəxs baş nahiyəsindən qanın axdığını görmüş və həmin vaxt Təqsirləndirilən şəxs və qonşuların deməsinə əsasən Ruslan Süleymanovun kəsər aləti ilə Təqsirləndirilən şəxs baş nahiyəsinə zərbə vurması ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətinə aparmışlar və tibbi yardım göstərməyə başlamışlar. Bir qədər sonra həyətdə olarkən Ruslan Süleymanov oraya daxil olub əlində bıçaqla birlikdə Təqsirləndirilən şəxs tərəf gəlmiş və sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs Ruslan Süleymanovun əlində bıçaqla gəldiyini görüb özünü müdafiə etmək məqsədilə yerdə olan dəmir parçasını götürmüş və həmin dəmir parçası ilə Ruslan Süleymanovun baş nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra polis əməkdaşları da oraya gəlmişlər, ardınca isə Təqsirləndirilən şəxs və Ruslan Süleymanov müayinə olunmaları üçün xəstəxanaya aparılmışlar. Axşam vaxtı Təqsirləndirilən şəxs evə qayıtsa da Ruslan Süleymanovun xəstəxanada olan zaman səhhətinin pisləşməsi səbəbindən Bakı şəhərinə aparılması və orada yerləşən xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin oğludur, mərhum X7 isə onunla qonşuluqda yaşamışdır. Ruslan Süleymanov narkotik vasitədən istifadə edən şəxs olduğu üçün mütəmadi olaraq sonuncunun yanına narkotik vasitədən istifadə edən şəxslər gəlmiş və küçədə narkotik vasitədən istifadə etmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs dəfələrlə Ruslan Süleymanova küçədə narkotik vasitədən istifadə etməməsini və hər hansı şəxsə şərait yaratmamasını demişdir. X20 Təqsirləndirilən şəxs sözünə məhəl qoymayıb öz həyat tərzinə davam etdiyi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə məlumat vermiş, qeyd olunan səbəbdən X21 Şıxaliyevlə düşmənçilik və ədavət aparmağa başlamışdır. 01 avqust 2023-cü il tarixdə təxminən 15:30 radələrində yaşadığı evə gəldikdə arvadı ona Təqsirləndirilən şəxslə Ruslan Süleymanovun dalaşdıqlarını demiş, o da dərhal nə baş verdiyini öyrənmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və oraya daxil olduqda sonuncunun dəsmal ilə başını sarıdığını və başından qanın axdığını görmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs Ruslan Süleymanovla dalaşmasının səbəbini soruşmuş, bu söhbətdən Ruslan Süleymanovun əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə sonuncunun anasının ünvanına nalayiq ifadələr işlətməsi və aralarında yaranmış mübahisə vaxtı Ruslan Süleymanovun əlində olan dəmir kəsərlə Təqsirləndirilən şəxs baş nahiyəsinə xəsarət yetirməsi ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermiş və bundan sonra Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə aparmışdır. Təxminən 10-15 dəqiqə sonra Ruslan Süleymanov əlində bıçaqla çölə çıxmış və Təqsirləndirilən şəxs yaşadığı evə tərəf getmişdir. Daha sonra X21 Şıxaliyevin yaşadığı evə daxil olmağa çalışmış, lakin bu zaman Şahid7 Ruslan Süleymanovun qolundan tutaraq buna mane olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs küçəyə çıxaraq Ruslan Süleymanovdan nə istədiyini soruşmuş, sonuncu isə əlində olan bıçaqla yenidən Təqsirləndirilən şəxs tərəf hərəkət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs qapının kənarında olan dəmir parçasını götürüb Ruslan Süleymanovu qorxutmaq üçün əlini sağa-sola tərəf hərəkət etdirməyə başlamış, həmin vaxt Ruslan Süleymanovun ayağı büdrəmiş və sonuncu Təqsirləndirilən şəxs tərəf yaxınlaşdıqda sonuncu əlində olan dəmir parçası ilə Ruslan Süleymanovun baş nahiyəsinə bir zərbə vurmuşdur. Ruslan Süleymanov zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt sonuncunun baş nahiyəsindən qan axmağa başlamış, daha sonra isə sonuncu həmin yeri tərk edib evinə getmişdir. Bu zaman oraya polis əməkdaşları gəlmişlər, ardınca isə Təqsirləndirilən şəxs və Ruslan Süleymanov müayinə olunmaları üçün xəstəxanaya aparılmışlar. Axşam vaxtı Təqsirləndirilən şəxs evə qayıtsa da Ruslan Süleymanovun xəstəxanada olan zaman səhhətinin pisləşməsi səbəbindən Bakı şəhərinə aparılması və orada yerləşən xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin oğludur, mərhum X7 isə onunla qonşuluqda yaşamışdır. 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı evin giriş hissəsində olan zaman Ruslan Süleymanovun tanımadığı şəxslə dalaşdıqlarını görmüşlər və bu zaman Təqsirləndirilən şəxs Ruslan Süleymanovla həmin şəxsə iradını bildirmişdir. Bundan sonra X21 Şıxaliyevə tərəf hərəkət edib sonuncuya əl-qol atmağa başlamış və bu zaman o, X16 Şıxaliyevi bir-birindən kənarlaşdırmışdır. Bundan sonra Ruslan Süleymanov həmin yeri tərk edib yaşadığı evə tərəf getmiş və bir müddət sonra hər iki əlləri arxa tərəfində olmaqla onlara tərəf gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs arxa tərəf istiqamətində hərəkət etməyə başlamış, Ruslan Süleymanov isə hər iki əlləri arxa tərəfində olmaqla Təqsirləndirilən şəxs tərəf hərəkət etdiyi üçün sonuncu Ruslan Süleymananova təpik zərbəsi vurmuş və zərbənin təsirindən Ruslan Süleymanovun əlləri açıldıqda sonuncunun əlində dəmir dabankeşin olduğunu görmüşdür. Bundan sonra Ruslan Süleymanov əlində olan dəmir dabankeşi Təqsirləndirilən şəxs baş nahiyəsinə vurmaq istədikdə sonuncu zərbədən yayınmış və həmin dabankeş Təqsirləndirilən şəxs sol çiyin nahiyəsinə dəymişdir. Bundan sonra o, adları qeyd edilən şəxsləri bir-birindən kənarlaşdırmış, Ruslan Süleymanovu yaşadığı evə aparmış və bundan sonra isə Təqsirləndirilən şəxslə birlikdə həmin yeri tərk edib getmişlər. Bundan bir qədər sonra Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı evin qarşısına gəlmişlər və bu zaman Ruslan Süleymanov yenə də yaşadığı evdən çölə çıxmışdır. O, adları qeyd edilən şəxslərin dalaşacağından ehtiyat etdiyi üçün onun müşayiəti ilə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuş və bundan sonra Ruslan Süleymanov da Təqsirləndirilən şəxs arxası ilə həyətə daxil olmaq istəsə də o, buna imkan verməmişdir. O, Ruslan Süleymanovun sərxoş halda olduğunu görüb sonuncu ilə söhbət etmək istəmədiyini demiş və qeyd olunan səbəbdən Ruslan Süleymanov onun ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra o, həmin yeri tərk edib getmiş və qeyd olunan tarixdə təxminən saat 15 radələrində əmisi Elton Şıxaliyev ona mobil telefonla zəng edib Təqsirləndirilən şəxs Ruslan Süleymanovu döydüyünü və Təqsirləndirilən şəxs xəstəxanaya getdiyini demişdir. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdıqda Ruslan Süleymanovun baş nahiyəsinin əski parçası ilə sarınmış halda olduğunu görmüş və yenidən mübahisə etməmələri məqsədilə Təqsirləndirilən şəxs həmin ərazidən kənarlaşdırmışdır. X8 Təqsirləndirilən şəxs baş nahiyəsinə kəsər aləti ilə zərbə vurması və bu səbəbdən sonuncunun baş nahiyəsində xəsarətin yaranması ona məlum olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı evə aparmış, Ruslan Süleymanovun xəstəxanada olan zaman səhhətinin pisləşməsi səbəbindən Bakı şəhərinə aparılması və orada yerləşən xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Babayev Şahid8 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, mərhum X7 və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamışdır. 01 avqust 2023-cü il tarixdə yaşadığı küçədə olan zaman Ruslan Süleymanovun evinin qarşısında polis əməkdaşlarının və təcili tibbi yardım xidmətinin avtomobilinin olmasını görüb nə baş verməsini öyrənmək üçün Ruslan Süleymanovun yaşadığı evə daxil olmuş və bu zaman sonuncunun yerdə uzanmış vəziyyətdə olduğunu və baş nahiyəsindən qanın axdığını görmüşdür. Həmin vaxt həkimlər Ruslan Süleymanova tibbi yardım göstərib xəstəxanaya aparmışlar, o isə küçəyə çıxıb nə baş verdiyini soruşduqda orada olan şəxslərin deməsinə əsasən Təqsirləndirilən şəxs Ruslan Süleymanovun baş nahiyəsinə dəmir boru ilə zərbə vurması ona məlum olmuşdur. X8 müalicə olunması üçün Bakı şəhərinə aparılması və orada yerləşən müalicə olunduğu xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:30-da Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq X3 “təpə nahiyəsinin geniş həcmdə əzilmiş, cırılmış yarası” xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 71 nömrəli fərdi yaşayış evinin qarşısıdır. Hadisə yerində asfalt örtüyün üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid2 evin həyətyanı sahəsində olan dolabın üzərindən 1 ədəd kəsər alətini təqdim edərək hadisə vaxtı həmin aləti Ruslan Süleymanovun əlindən alaraq qeyd olunan yerə qoyduğunu bildirmişdir. Bundan sonra baxışda iştirak edən Şahid2 Təqsirləndirilən şəxs evinin darvazasının sol tərəfində olan beton çıxıntının üzərində olan bir ədəd mətbəx bıçağını göstərib hadisə vaxtı həmin bıçağın Ruslan Süleymanovun əlində olduğunu və sonuncu xəsarət aldıqdan sonra yerə düşə biləcəyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan bıçağın hadisə vaxtı Ruslan Süleymanovun əlində olduğunu, həmin bıçaqla ona hücum etdiyini, lakin dəmir boru ilə sonuncunun baş nahiyəsinə zərbə vurması səbəbindən göstərilən bıçağın Ruslan Süleymanovun əlindən yerə düşdüyünü bildirmişdir. Daha sonra Ruslan Süleymanovun evinin giriş qapısının içəri hissədən sol tərəfində bir ədəd dabankeş aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin dabankeşin hadisə vaxtı Ruslan Süleymanovun əlində olduğunu bildirmişdir. Həmin çəkic, bıçaq və dabankeş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 01 avqust 2023cü il tarixli, 300 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 avqust 2023cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15:50-də Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq X3 “açıq kəlləbeyin travması, təpə sümüyünün sınığı, beyinə qansızma” xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında haqqında 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 avqust 2023cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:30-da Göyçay Rayon Mərkəzi Xəstəxanasından Göyçay Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq X3 ölməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd mətbəx bıçağına, bir ədəd kəsər alətinə və bir ədəd dabankeşə baxış keçirilmişdir. Bıçağın uzunluğu 265 mm, dəstək hissəsinin uzunluğu 120 mm, eni 25 mm, qalınlığı isə 15 mm, tiyə hissəsinin uzunluğu 145 mm, eni 23 mm, qalınlığı isə 2 mm-dir. Kəsər alətinin tiyə hissəsinin uzunluğu 135 mm, hündürlüyü 10 mm, küpü 30x35 mm, dəstək hissəsinin uzunluğu 435 mm, qalınlığı isə 25 mm-dir. Dabankeşin uzunluğu 385 mm, eni isə 40 mmdir. Həmin bir ədəd bıçaq, bir ədəd kəsər aləti və bir ədəd dabankeş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 avqust 2023-cü il tarixli 3-13-26/2-120/24 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 narkotik vasitədən istifadə etməsi, bu səbəbdən arvadı ilə aralarında mübahisənin olması, arvadının övladları ilə birlikdə ondan ayrı yaşaması, Təqsirləndirilən şəxs anası Şahid4 ilə birlikdə yaşaması, atası Eldar Şıxaliyevin uzun müddədir onları tərk etməsi səbəbindən sonuncu ilə münasibətlərinin normal olmaması, spirtli içki və narkotik vasitədən istifadə etməməsi, fərdi əməklə məşğul olması, X16 Şıxaliyevin bir-biriləri ilə tanışlığın Təqsirləndirilən şəxs Ruslan Süleymanovun qonşuluğuna köçməsindən sonra yaranması, Ruslan Süleymanovun narkotik vasitədən istifadə etməsi səbəbindən sonuncu ilə Təqsirləndirilən şəxs arasında əvvəllər də mübahisənin yaranması, Təqsirləndirilən şəxs əvvəlcədən Ruslan Süleymanova xəsarət yetirməyi planlaşdırmaması, Ruslan Süleymanovun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuş, lakin onun hər hansı şəxsə narkotik vasitə satıb-satmamasını və Təqsirləndirilən şəxs Ruslan Süleymanova xəsarət yetirdiyi dəmir alətin yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 84/MEŞ nömrəli rəyindən görünür ki, X3 meyitində “baş beyin qişaları altına qansızma, sol beyin yarımkürəsinin təpə-alın-bazal şöbəsinə subaraxnoidal qansızma, alın payının beyindaxili hematoması, sol alın-təpəgicgah sümüklərinin sınıqları, başın sol alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, diaqnozu ilə, 01 avqust 2023-cü il tarixdə və şəraitdə əmələ gəlmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, habelə “sol gözün üst qapağının qansızması, döş qəfəsinin sağ qabırğa qövsü nahiyəsinin sıyrığı, hər iki dizin ön səthinin xırda qançırları, sağ aşıq-baldır oynağının iç-topuq nahiyəsinin hematoması” diaqnozu ilə, 01 avqust 2023-cü il tarixdə və şəraitdə əmələ gəlmiş, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlər aşkar olunmuşdur. X3 ölümünün bilavasitə səbəbi başın alın-təpə nahiyəsinin ağır küt travması ilə əlaqədar kəllə tağı sümüklərinin sınıqları, beyin qişaları altına qansızma, beyindaxili hematoma və alın-bazal şöbəsinin qansızması olmuşdur. Ölüm 08 avqust 2023-cü il tarixdə saat 07:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 696/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Abeta (İİ)-dir. X3 ABO sistemi üzrə qan qrupu Balfa (İİİ)-dür (şəxsiyyət vəsiqəsinin surətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçağın üzərində zəif intevsivlikdə insan qanı aşkar olundu. Qan ləkəsinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “B” antigeni alındı. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də X5 məxsus ola bilər. Tədqiq olunan dabankeş və kəsərin üzərində isə qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi nəzərə alınmış və barəsində CM-in 120.1, 120.2.2, 120.2.4, 123.1, 130 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və aidiyyəti üzrə gönədrilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işinin materiallarından CM-in 128-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 şəhəri, H.Z.Tağıyev küçəsi, ev 78 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X1 qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CMin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 avqust 2023-cü il tarixli PHŞ- 6-40/2-1029/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2008-ci il tarixdən “Orta dərəcəli emosional davamsız şəxsiyyət şəxsiyyət pozuntusu, özünə xəsarət yetirmələrlə” diaqnozu ilə psixiatr-həkimdə qeydiyyatdadır, narkoloq-həkimdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26 oktyabr 2023-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Həmin psixi patologiya onda qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən öncə də müşahidə olunmuş və cinayət əməlini törədərkən hadisə vaxtı baş verənlər onun psixi vəziyyətinin dekompensasiya (pisləşmə) vəziyyətinə keçməsinə səbəb olmuşdur. Onda görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək qabiliyyəti saxlanıla bilər. Hər hansı cinayət əməlinə görə təqsirləndirilən şəxsin görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarında olması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları ölçüb-biçərək idarə etmək qabiliyyətinə malik olmasını söyləməyə əsas vermir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi pozuntusu dekompensasiya mərhələsində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onda hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Onun düçar olduğu həmin psixi patologiya uzun müddətdir qəbul etmədiyi medikamentoz terapiyanın nəticəsində hazırda da dekompensasiya vəziyyətində davam edir. Buna görə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Onda müşahidə olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» pozuntu yaranma və inkişaf dinamikasına görə uzun müddətli xroniki xarakterli olsa da onda həmin patalogiya ilk dəfə cinayət işinin materiallarına əsasən 2006-cı ildə klinik şəraitdə aşkar olunmuşdur. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» kimi psixi pozuntuda hal-hazırda dekompensasiya vəziyyəti müşahidə olunduğuna görə onun stasionar müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Buna görə həmin şəxsə qarşı CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun əməli CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Onun idrak prosseslərinin tədqiqi zamanı yaddasaxlama və yadasalma funksiyalarında çətinlik müəyyən edilmədi, qavramasının həcmi normaya uyğundur. Lakin onda müəyyən edilən psixi pozuntu əlamətləri ilə əlaqədar, o, törətdiyi hadisə zamanı öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır. O, psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun emosional vəziyyəti, onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, törətdiyi əməl zamanı o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman onun psixiemosional vəziyyətində qəzəb, gərginlik, impulsivlik kimi hallar əmələ gəlmiş, həmin halların yaranması əziyyət çəkdiyi psixi pozuntu fonunda situasiya ilə əlaqədar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 dekabr 2023-cü il tarixli 188 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmiş, qərarda göstərilən cinayət əməlini törətdiyi zaman düçar olduğu psixi patologiyanın gedişində dekompensasiya vəziyyəti yaranmışdır. O, qərarda göstərilən əməli törətdiyi zaman onun düçar olduğu “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olmuşdur. Buna görə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, ittiham olunan cinayət əməlini törədərkən dekompensasiya vəziyyətində olan “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu” nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onda aşkar edilən “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozlu psixi pozuntu hazırda da dekompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, hazırda “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu”ndan əziyyət çəkir. Onun əziyyət çəkdiyi psixi pozuntunun yeniyetmə dövründən biruzə verdiyi müəyyən edilir. Belə ki, təqdim edilərək cinayət işinə əlavə edilmiş tibbi sənədlərə görə o, Göyçay Rayon Mərkəzi Xəstəxanasında 01 avqust 2008-ci il tarixdən «Emosional davamsız şəxsiyyət pozuntusu, dayanıqlı və davamlı kompensasiya mərhələsi» diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. O, cinayət əməlini törətdiyi zaman onda müəyyən edilən “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun düçar olduğu “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu”nun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam etdiyi üçün o, özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Hazırda onun psixi vəziyyəti daimi müşahidə tələb etdiyi üçün onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, cinayət əməlini törədərkən, cinayət əməlini törətdikdən sonra və hal-hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkət və davranışını idarə etmək qabiliyyətinə malik olmamışdır. O, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Həmçinin hazırda da öz hərəkətlərinə tənqidi yanaşaraq etdiyi əməli tam dərk etmək iqtidarında deyildir. O, cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyətində gərginlik, impulsivlik, qıcığa qarşı yüksək həssaslıq, qəzəb kimi hallar əmələ gəlmiş, həmin halların yaranması əziyyət çəkdiyi psixi pozuntu ilə şərtləşmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2024-cü il tarixli 131 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” psixi xəstəliyinin dekompensasiya (kəskinləşmə) vəziyyətində olması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. O, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” psixi pozuntusunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyətində olmuşdur. Buna görə də o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Onda halhazırda “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” müəyyən edilir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun mübtəla olduğu “İmpulsiv tip, emosional davamsız şəxsiyyət pozuntusu”nun gedişində hal-hazırda da dekompensasiya vəziyyəti davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması nəticəsinə gəlinir. Onun psixi vəziyyətinə görə barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, onda müəyyən edilən “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində onun həmin psixi pozuntunu simulyasiya və yamsılama etmək iqtidarında olmadığı qənaətinə gəlinir, hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı onda simulyativ davranış aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 05 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətə olmaqla, 05 fevral 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay müddətə olmaqla, 05 mart 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay müddətə olmaqla, 05 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd mətbəx bıçağı, bir ədəd “kəsər” adlandırılan təmir-tikinti işlərində istifadə edilən alət və bir ədəd dabankeş həmin tarixdə maddi sübut qismində tanınmışdır və hazırda Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd mətbəx bıçağı, bir ədəd “kəsər” adlandırılan təmir-tikinti işlərində istifadə edilən alət və bir ədəd dabankeş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd mətbəx bıçağı, 01 ədəd “kəsər” adlandırılan təmir-tikinti işlərində istifadə edilən alət və 01 ədəd dabankeş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-145/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-145/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver