Məhkəmə qərarları › İş №1(091)-146/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-146/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-146/2021 14.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri (sədrlik edən) Əliyev Rafail Eyyub oğlu, (məruzəçi) Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qəribli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.2.4 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25.10.2020-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında yaşayan xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Ağdaş rayon Qəribli kənd yolunda Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Zərərçəkmiş şəxs onun qohumlarının ünvanına nalayiq ifadələr işlətməsindən sonra ona irad bildirərək qohumlarının əleyhinə nalayiq söyüşlər söyməsini dayandırmasını xahiş etsə də, Zərərçəkmiş şəxs onun dayısı Şahid2 və xalasının əri Şahid3 ünvanına nalayiq ifadələr işlətməsini dayandırmaması nəticəsində hiddətlənərək söylədiyi söyüşlərə görə ondan qisas almaq qərarına gəlmiş və üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sağ körpücükaltı nahiyəsinin daxilə keçən yarası, hemopnevmotoraks xəsarətləri ilə nəticələnən, daha sonra isə avtomobildən yerə düşərək ilkin baş vermiş mübahisənin davamı olaraq daşla baş nahiyəsindən vuraraq sonuncuya təpə sümüyünün kəllə əsasına keçən sınığı, baş beynin yüngül dərəcəli əzilməsi, sol təpə nahiyəsinin yarası, alnın sağ nahiyəsinin sıyrığı ilə nəticələnən ümumilikdə qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib, Ağdaş rayonunun Qəribli kənd yolundan talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilən Təqsirləndirilən şəxs bu xüsusatla bağlı ifadəsində göstərmişdir ki, avtomobili talamaq məqsədi olmamışdır, sadəcə axşam olduğuna görə avtomobilə minib sürərək yaşadığı evə getmişdir. Evə çatıb avtomobili həyətlərində saxlamışdır. Sonradan isə avtomobil zərərçəkmiş şəxsə təhvil verilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən Zərərçəkmiş şəxs bu xüsusatla bağlı ifadəsində göstərmişdir ki, ona məxsus VAZ 2107 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılsa da, sonradan avtomobil ona heç bir ziyan dəymədən qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 25.10.2020-ci il tarixdə axşam vaxtı evə Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Daha sonra isə həmin avtomobil sahibinə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 26.10.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonunun Qəribli kəndindəki evində baxış keçirilmiş, müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 23-27) Təqsirləndirilən şəxs qarşı CM-nin 185.1-ci maddəsi ilə irəli sürülən ittiham cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi ilə və s.) tam təsdiq olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qarşı CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs həmin maddə ilə məsuliyyətdən azad olunmalıdır. Belə ki, CM-nin 73-1.1-ci maddəsində bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, müttəhimə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham verildikdə və məhkəmə araşdırmaları zamanı məhkəmə onlardan bəziləri üzrə icraatın xitam olunması nəticəsinə gəldikdə, bu barədə də motivi qərar hökmlə birlikdə çıxarılan ayrıca qərardadda şərh edilir. Belə hallarda hökmün təsviri hissəsində göstərilməlidir ki, işin müttəhimin digər cinayətləri törətməsinə aid hissəsinin icraatına ayrıca qərardadla xitam verilmişdir. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar