Məhkəmə qərarları › İş №1(091)-146/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-146/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-146/2022 16.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: X15, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərəçəkmiş şəxsin hüquqi varisi: X9, Zərərçkəmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Bakı şəhəri 19 saylı Vəkil Börusunun vəkili X6 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Göyçay rayonu, Şəkər kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Göyçay rayonu, Şəkər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə günorta saatlarında Göyçay rayonu, Mırtı kəndində yerləşən “Əhmədin Kafesi” adlanan kafedə uzaq qohumu olmaqla yaxın münasibəti olmayan xx.xx.1979-cu il təvəllüdlü Göyçay rayonu, Mırtı kənd sakini X7 və tanışları ilə birlikdə hal-əhval tutmaqla yeyib-içdikdən sonra X7 yeyib-içdiklərinin qarşılığında hesabı ödəməsi üçün həmin vaxt onlarla birlikdə masada yeyib-içən tanışı Şahid6 verdiyi 2 ədəd 20 manatlıq əskinaz, ümumilikdə 40 manat məbləğində pulu ofisianta təqdim etməsini bildirmiş, Şahid6 X4 40 manat məbləğində pulu ona vermədiyini, pulun onda olmadığını israrla bildirməsindən sonra Cavanşir Şükürov və Şahid6 arasında pul məsələsinə görə yaranmış sözlü mübahisə zamanı X14 Hüseynovu kafenin kabinetindən bayıra çıxarıb sözlü mübahisəni davam etdirməsinə görə əsəbləşərək Şahid6 haqlı olmasını düşünüb sonuncunu müdafiə edərək Cavanşir Şükürovu aralaşdırıb sonuncuya 40 manat məbləğində pulu Şahid6 vermədiyini, Şahid6 yalan demədiyini deyib irad bildirmiş, X21 Əliyevə mane olmaması məqsədi ilə cibindən qara rəngli qatlanan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxardaraq onun qarnına dirəmiş, 40 manat məbləğində pulun Cavanşir Şükürov tərəfindən Şahid6 verilməsi məlum olduqdan sonra o, Cavanşir Şükürovla mübahisəni davam etdirib Cavanşir Şükürova “bıçaq çıxdısa vurmalısan” deməsindən sonra Cavanşir Şükürov həmin bıçaqla onun sol bud nahiyəsinə yüngül batırıb dərəcəsi təyin edilməyən xəsarət yetirib etdiyi hərəkətə görə ondan bir neçə dəfə üzr istəməklə aralarında olan mübahisəni yekunlaşdırsa da, Cavanşir Şükürovun onun üzərinə bıçaq çıxarmasını, lakin onu bıçaqla ölümcül vurmamasını özünə qarşı hörmətsizlik kimi qəbul edib öz düşüncəsinə və kriminal aləmin qaydalarına görə “bıçaq çıxdısa, bıçağın çıxdığı adam vurulmalıdır” prinsipi ilə hərəkət edib öz təfəkküründə Cavanşir Şükürovu öldürmək barədə fikir formalaşdırmış, saat 18 radələrində kafedən çıxmaqla X11 rayonu, Çayarxı kəndində yerləşən “Okean” adlı restorana yeyib-içmək məqsədi ilə getmək barədə təklifi ilə razılaşaraq Cavanşir Şükürova məxsus avtomobillə sonuncunun yaşadığı evə birlikdə getmiş, Cavanşir Şükürovun evdən odlu silah hesab edilməyən “Hatsan 125” modelli pnevmatik tüfəngi götürməsindən sonra Cavanşir Şükürovu mərhum atasından yadigar qalan ov tüfəngi ilə öldürmək qərarına gəlib, ölümün baş verməsini arzu etməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətmək yolu ilə sonlandırmaq məqsədi ilə öz cinayətkar niyyəti barədə heç kimin məlumatı olmaması üçün yolda Cavanşir Şükürovla mübahisənin yekunlaşması görüntüsü yaradaraq sonuncuya yalandan üzərində pul olmadığını deyib evdən pul götürmək bəhanəsi ilə Cavanşir Şükürovun avtomobilindən düşərək anasının yaşadığı Göyçay rayonu, Şəkər kəndindəki evə gedərək ov tüfəngini və 2 ədəd patronu evin qarşısında yetkinlik yaşına çatmayan qardaşı oğlu Əbülfəz Əliyevdən götürdükdən sonra patronları lülə kanalına yerləşdirib tüfəngi idarə etdiyi “VAZ 2107” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunun arxasına qoyub saat 20 radələrində Göyçay rayonu, Çayarxı kəndində yerləşən Cavanşir Şükürovun olduğunu bildiyi və onu yeyib-içmək məqsədi ilə dəvət etdiyi “Okean” adlı restorana gələrək kabinetə daxil olub Cavanşir Şükürovun tanışları olan Şahid2, Şahid3 və əvvəlcədən tanıdığı, sinif yoldaşı Şahid1 əyləşdiyi masada əyləşdikdən bir neçə dəqiqə sonra Cavanşir Şükürovdan onu bağışlayıb-bağışlamamasını soruşmuş, Cavanşir Şükürov cavabında onu bağışladığını desə də, o bağışlamadığını deyib əhval-ruhiyyəsinin yaxşı olması görüntüsü yaratmaqla birlikdə yeyib-içdikdən sonra Cavanşir Şükürovun onun üzərinə bıçaq çıxarmasını özünə qarşı hörmətsizlik kimi qəbul edib sonuncu ondan üzr istədiyi halda üzr istəməməsini bəhanə etməklə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini Cavanşir Şükürovun şəxsiyyətinin fövqündə qoymaqla, ümumi birgəyaşayış qaydalarına zidd olaraq restoranda əyləşdiyi kabinetə paralel olmaqla təxminən 50 metr məsafədə saxladığı Cavanşir Şükürovu öldürmək məqsədi ilə əvvəlcədən avtomobili ilə gətirdiyi qeydiyyatsız qoşa lüləli, 16 kalibirli, “TOЗ БM” modelli, X2799-67 nömrəli, yivsiz odlu ov tüfəngini avtomobilin salonundan götürərək yolda çaxmaqlarını çəkməklə atəşə hazır vəziyyətə gətirib, həmin gün, yəni 22 fevral 2022-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoş halda qapısı açıq vəziyyətdə olan kabinetdən qəflətən içəri daxil olaraq ov tüfənginin qundağını sağ bazu nahiyəsinə tərəf sıxıb lüləsini qapının girişi ilə üzbəüz masadakı stulda oturaqlı vəziyyətdə olan Cavanşir Şükürovun sinə nahiyəsinə 80 sm məsafədən öldürmək məqsədi ilə tuşlamaqla 1 dəfə atəş açaraq sonuncuya ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən “döş qəfəsinin ön sol yuxarı hissəsində İİ-İİİ qabırğaların döş sümüyünə birləşən hissədən çoxqəlpəli sınıqları ilə döş boşluğuna nüfuz edən, ürək kissəsinin, ürəyin, sol ağ ciyər yuxarı pay toxumasının zədələnməsi” ilə müşayiət olunan (kor) odlu silah–qırma yarası xəsarətləri yetirmiş, Cavanşir Şükürov sağ çiyni üstə döşəmənin üzərinə yıxıldıqdan sonra sonuncunun öldüyünə əmin olmaq məqsədi ilə içəri tam olaraq daxil olub Cavanşir Şükürova yaxınlaşaraq 2-ci dəfə atəş açmaqla sonuncuya dərəcəsinə görə səhhətin qısa müddət ərzində pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən “sağ saidin yuxarı 1\3-nin arxa səthində dərinin epidermis qatının və yumşaq toxuma çatışmamazlığı” ilə müşayiət olunan odlu silah-qırma yarası xəsarətləri yetirməklə Cavanşir Şükürovu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə Nazir adlı tanışına şəxsə zəng vurub harada olduğunu soruşmuş, sonuncu evdə olduğunu dedikdən sonra Nazirə Mırtı kəndində yerləşən çay evinə getməsini təklif etmişdir. Nazir avtomobili olmadığını bildirdikdən sonra öz avtomobili ilə Naziri götürüb birlikdə çayxanaya getmişlər. Çay evində bir müddət oturub çay içdikdən sonra mərhum Cavanşir çay evinə gəlib onlara araq içməyi təklif etmişdir. Onlar domino oynayıb qurtardıqdan sonra Cavanşir kafedə yeməyə nə isə olub-olmamasını soruşmuş, kafeni işlədən orada yemək olmadığını dedikdən sonra Cavanşir onlara Əhmədin kafesinə getməyi məsləhət görmüşdür. Cavanşirin bu təklifi ilə razılaşaraq Əhmədin kafesinə gedərək yemək və içki sifariş etmişlər. Bir müddət sonra Vüsal və Rauf kafeyə gəlmiş, bir yerdə yeyib-içmişlər. Yemək-içmək bitdikdən sonra Cavanşir ofisiantı çağırıb hesabı soruşmuş, ofisiant hesabın 40 manat olduğunu demişdir. Cavanşir ofisianta hesabı bir qədər sonra götürməsini bildirmiş, təxminən bir saat sonra Cavanşir çay sifarış edərək yenidən hesabı soruşmuşdur. Ofisiant Cavanşirə hesabı dedikdən sonra Cavanşir ofisianta “get sonra gəlib götürərsən” demiş, ofisiant getdikdən sonra Cavanşir cibindən pul çıxartsa da sonuncunun pulu kimə verməsini görüməmişdir. Bir müddət sonra ofisiant gəlmiş, Cavanşir Nazirə hesabı ödəməsini bildirmişdir. Nazir özündə pul olmadığını demiş, Cavanşir isə Nazirə pulu sonuncuya verdiyini bildirmişdir. Bu söhbət zamanı Vüsal ilə Rauf artıq kafedə olmamış, buna görə də Raufa zəng vurub Cavanşirin Nazirə pul verməsini görüb-görməməsini soruşmuşlar. X22 pul verdiyinə şahid olmadığını dedikdən sonra Vüsala zəng vurmuş, X17 pul verdiyini gördüyünü demişdir. Vüsalın cavabını eşitdikdən sonra Cavanşir Nazirin yaxasından tutub kafedən çıxarmış, kafedən kənarda Cavanşir Naziri bıçaqlamaq istəyən zaman sonuncuların arasına girib mane olaraq Cavanşirə “40 manata görə özünü problemə salma” demişdir. Həmin vaxt Naziri oradan uzaqlaşdırdıqdan sonra Cavanşirlə birlikdə yenidən kafeyə qayıtmış, bir müddət sonra isə Vüsal ilə Rauf yenidən kafeyə gəlmişlər. Sonra Arzu adlı şəxs kafeyə daxil olaraq 40 manat pulu masanın üzərinə atıb həmin pulu Nazirin cibindən çıxartdığını demişdir. Azru 40 manatı gətirməmişdən əvvəl Cavanşirə Nazirin üzərinə bıçaq çıxardığını və əgər pulun Narindən aşkar edilməyəcəyi halda bu hadisənin sonunun yaxşı olmayacağını demiş, Arzu pulu gətirdikdən sonra isə Cavanşir ona “bəyaq deyirdin hadisənin sonu yaxşı olmayacaq, bəs indi sənin sonun necə olacaq?” demişdir. Cavanşirdən üzr istəyərək Nazirin üzr istəyəcəyini demiş, bir müddət sonra Arzunun mobil nömrəsinə zəng gələrək zəng vuran şəxs Nazirin Cavanşirdən üzr istəmək istədiyini və 40 manat pulu ona şəxsən təqdim etmək istədiyini bildirmişdir. Arzu masada olan 40 manat pulu götürüb getmiş, onlar da “Okean” kafesinin açılışına getmək üçün kafedən çıxmışlar. Cavanşirə yenə Nazirin gəlib üzr itəyəcəyini, lakin Cavanşirin onun qarına bıçaq dirəsə də, ondan üzr istəmədiyini demiş, Cavanşir isə cavabında ona “mən səni vurmadığım üçün mənə yük qoyursan, mən bıçağı çıxartdığım zaman səni vurmalı idim” demişdir. O da cavabında bıçağı çıxartmışdısa vurmasını bildirmişdir. Onun sözü bitdikdən sonra Cavanşir bıçağı çıxardıb onun ayağından vurmuş, bundan sonra bıçağı Cavanşirin əlindən alıb kənara atmışdır. Cavanşirə sabah gəlib bıçağı tapıb sonuncuya verəcəyini demiş, Cavanşir isə ona itirəcəyi heç nəyin olmadığını, onu öldürəcəyini demişdir. Həmin vaxt kolluğun içərisində bıçağı axtaran Arzunu da çağırıb birlikdə Cavanşirin avtomobilinə əyləşib “Okean” kafesinin açılışına getmişlər. Yolun yarısında Cavanşirə zəng gəldikdən sonra sonuncu evə gedəcəyini demişdir. Cavanşirlə birgə sonuncunun evinə getmiş, orada bir müddət dayandıqdan sonra Cavanşir evdən əlində tüfənglə qayıtmışdır. Cavanşirdən tüfəngi nə üçün götürdüyünü soruşmuş, Cavanşir isə lazım olar deyə cavab vermişdir. Əhmədin kafesinin yanına çatanda Cavanşirdən avtomobili saxlamasını xahiş etmiş, avtomobildən düşüb öz evinə doğru getmişdir. Yolda qohumu Bəşirə zəng vurub harada olduğunu soruşmuş, Bəşir başqa rayonda olduğunu demişdir. Cavanşirin onu öldürəcəyindən qoxduğu üçün Bəşiri kafeyə çağırmaq istəmiş, sonuncunun gələ bilməyəcəyini öyrəndikdən sonra özünü müdafiə etmək niyyətilə evə gedib tüfəngini götürmüşdür. Tüfəngi avtomobilinin arxa hissəsinə qoyub kafenin açılışına getmiş, Kafedə açılışa gələn şəxslər ilə görüşüb sonuncuların yanında əyləşmişdir. Cavanşir baş vermiş hadisə haqda söhbət açdıqda yenidən Nazirin üzr istəyəcəyini, onun da üzr istədiyini demişdir. Mübahisə zamanı Cavanşir onun üzərinə gəlmək istəyən zaman kafedə olan şəxslərdən biri buna mane olmuş, Cavanşir isə sakitləşməyərək onu təhqir etməyə başlamışdır. Bundan sonra çölə çıxaraq avtomaşının arxasından tüfəngi götürüb içəri girərək Cavanşirə tərəf atəş açmışdır. Atəş açdıqdan sonra özünə gəlmiş, lakin artıq gec olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə səhər saatlarında Göyçay rayon, Veysəlli kənd sakini olan dostu Şahid6 zəng edərək Göyçay rayonu Mırtı kəndində yerləşən “Müşfiqin çayxanası” kimi tanınan çayxanaya gedib domino oynamağı təklif etmiş, Nazir onun təklifi ilə razılaşıb avtomaşınının digər tanışları Şahid5 olduğuna görə gəlib Veysəlli kəndindən Naziri götürməsini bildirmişdir. Evdən çıxaraq özünə məxsus “VAZ 2107” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nazirin yaşadığı Veysəlli kəndinə gedib Nazirin evinin qarşısına çatan zaman Raufun Nazirə məxsus “Vaz 2106” markalı avtomobilini qapının qarşısında saxladığını və Nazirin evinin darvazasından çıxdığını görmüşdür. Nazir Raufa da “Müşfiqin çayxanası” kimi tanınan çayxanaya gedəcəkləri barədə məlumat vermiş, Rauf da razılaşıb onlarla birlikdə Veysəlli kəndindən təxminən 4 km məsafədə yerləşən Mırtı kəndindəki çayxanaya getmişlər. Çayxanada çay içə-içə birlikdə domino oynamış, saat 12 radələrində tanışları Cavanşir Şükürov çayxanaya gələrək bir qədər onların oyununa baxdıqdan sonra birlikdə gedib yeyib-içmələrini təklif etmişdir. Cavanşirin təklifi ilə razılaşdıqdan sonra saat 13 radələrində birlikdə Mırtı kəndində yerləşən kənd camaatı arasında “Əhmədin kafesi” kimi tanınan kafeyə gedib yemək sifariş verdikdən sonra digər tanışları olan Şahid4 zəng edib oraya dəvət etmişlər. Birlikdə yeyib spirtli içki olan araq qəbul etməyə başlamış, təxminən 15 dəqiqə sonra Vüsal da həmin kabinetə gələrək Cavanşirin yanında əyləşmişdir. Saat 14 radələrində Vüsalın qardaşı Rauf da gəlib onların əyləşdiyi masada Nazirin yanında əyləşmişdir. Vüsal və Rauf istisna olmaqla spirtli içki qəbul edib söhbət etmiş, saat 1430 radələrində sinif yoldaşı olan tanışı Şahid1 kabinetə daxil olaraq hamı ilə görüşən vaxt o, masadan qalxaraq ayaqyoluna gedib gələcəyini demişdir. Ayaqyoluna gedib gələrək kabinetdən içəri daxil olan zaman Arzunun masada onun stulunda Cavanşir ilə üzbəüz əyləşdiyini, Vüsal və Raufun isə masada olmadıqlarını görmüşdür. Cavanşirdən Vüsal və Raufun harada olduğunu soruşduqda Cavanşir sonuncuların işləri olduğunu, bir qədər sonra gələcəkərini bildirmişdir. Arzunun sağında stulda əyləşib yenidən spirtli içki qəbul edərək söbət etməyə başlamış, həmin vaxt Nazir xeyli miqdarada qəbul etdiyi spirtli içkinin təsirindən özünü pis hiss etdiyini gördüyü üçün Nazirə ayaqyoluna gedib üzünə su vurub ayılmasını məsləhət görmüşdür. Nazir ayaqüstə qalxan zaman səndələdiyini görüb qolundan tutaraq kafenin həyətində olan ayaqyoluna aparmış, təxminən 10 dəqiqə müddətində Nazirin üzünə su vurub nisbətən özünə gətirdikdən sonra birlikdə kabinetə qayıdıb yenidən öz yerlərində əyləşmişlər. Masada yemək və sirtli içki qurtardığı üçün Cavanşir ofisiantı çağıraraq hesabı istəmış, ofisiant hesabın 40 manat olduğunu dedikdə Cavanşir ofisianta bir qədər sonra gəlib hesabı götürməsini demişdir. Həmin vaxt Arzu cibindən 10 manatlıq əskinaz çıxardıb masanın üzərinə qoyan zaman Cavanşir acıqlı şəkildə hesabı özünün verəcəyini, yeyib-içməyə onları özünün gətirdiyini dedikdən sonra uca səslə ofisiantı çağırmışdır. Ofisiant içəri daxil olduqdan sonra Cavanşir Nazirə baxaraq hesabı verməsini demiş, Nazir də təəccüblü halda Cavanşirə baxaraq hesabı niyə verməsini, pulu olmadığını demişdir. Cavanşir əsəbi halda Nazirə bir qədər əvvəl sonuncuya pul verdiyini dedikdə Nazir əsəbləşib ayaqüstə qalxaraq pul olmadığını deyib qapının qarşıısnda sağ və sol yan ciblərini boşaltmışdır. Nazirin cibindən bir qutu siqaret və avtomobilinin açarını çıxarıb yerə tullayaraq Cavanşirə sonuncunun ona pul vermədiyini demişdir. Həmin vaxt Cavanşir əsəbi halda hər iki əli ilə Nazirin yaxasından tutaraq pulun Nazirdə olduğunu demiş, bu zaman hər iki əli ilə Cavanşirin belindən tutub Nazirdən aralaşdıraraq kənara çəkdikdən sonra əli ilə Cavanşirin sinəsinə basıb Nazirin üzərinə getməsinə mane olmağa çalışıb acıqlı halda səhv etdiyini, 40 manat məbləğində pula görə söyüş söyməyin düzgün olmadığını, Nazirin yalan demədiyini bildirmişdir. Bu zaman Cavanşir qəflətən sağ cibindən açılıb-qatlanan qara rəngli bıçaq çıxardaraq bıçağı açıb tiyəsini onun qarnına dirəyib “bu dəqiqə səni vuracam Vicay, burax məni” demiş, bıçağı onun qarnına dirəsə də, batırmamışdır. Cavanşirin onun üzərinə bıçaq çıxarmasını özünə qarşı hörmətsizlik kimi qəbul edib Cavanşirə Raufa zəng edib bu barədə bir daha dəqiqləşdirməsini, əgər pul başqa adamdan çıxsa bıçaq çıxarmaq məsələsinin axırı yaxşı olmayacağını demişdir. Cavanşir bıçağı aşağı salaraq cibinə qoyub mobil telefonla Raufa zəng etmiş, Cavanşir Raufdan hesabın pulunu sonuncuya verib-vermədiyini soruşduqda Rauf 40 manat məbləğində puldan xəbəri olmadığını, ona heç kimin pul vermədiyini demişdir. Sonra yenə də dəqiqləşdirmək üçün Cavanşir mobil telefonla Vüsala zəng etdikdə sonuncu Cavanşirə 40 manat məbləğində hesabı Nazirə verdiyini gördüyünü, həmin vaxt orada olduğunu demişdir. Cavanşir telefonu söndürdükdən sonra ona baxaraq gülə-gülə ona “bayaq deyirdin, bu söhbətin axırı yaxşı olmayacaq, nətər edək indi bu söhbəti” demişdir. Həmin vaxt Cavanşirdən üzr istəsə də yenə də pulun Nazirdə olduğuna inanmamışdır. Həmin vaxt Rauf Nazirin içkili olduğuna görə oradan aparmış, lakin Arzu onların yanında olmuşdur. Bundan sonra o, Arzu və Cavanşir birlikdə yenidən kabinetə daxil olub masada əyləşib yenidən spirtli içki sifariş edərək birlikdə yeyib-içmişlər. Lakin Cavanşirin bıçağı onun qarnına dirəməsini özünə qarşı hörmətsizlik hesab etdiyi üçün Cavanşirin həmin hərəkətinə görə ondan üzr istəyəcəyini düşünüb məclisin sonunu gözləmişdir. Saat 17 radələlərində Arzunun mobil telefonuna zəng gəldiyinə görə çölə çıxmış, təxminən 10 dəqiqə sonra kabinetə daxil olaraq cibindən 2 ədəd 20 manatlıq əskinaz çıxardıb pulu Cavanşirə uzadaraq Nazirin cibindən çıxan həmin pulu Raufun gətirdiyini demişdir. Bu zaman Cavanşir pulu Arzudan götürüb acıqlı halda Nazirin ünvanına nalayiq söyüş işlədərək əsəbi halda ona baxıb “bayaq deyirdin pul Nazirdən çıxmasa yaxşı olmayacaq, indi de görüm sənin axırın necə olacaq” demişdir. Cavanşirin artıq-əskik danışacağını düşünüb kabinetdən bayıra çıxıb söhbətə aydınlıq gətirməklərini demiş, bayırda Cavanşirə səhv elədiyini və səhvinə görə üzr istədiyini, sonuncunun da onun üzərinə bıçaq çıxardığına görə üzr istəməsini demişdir. Bu zaman Cavanşir ona itirəcəyi, heç nəyin olmadığını, qalan bir anasına qardaşının baxacağını, onu öldürməyin az fərq edəcəyini deyib cibindən yenidən həmin qara rəngli açılıb qatlanan bıçağı çıxardıb bıçağın tiyəsi ilə onun sol ayağına yüngül batırmışdır. Həmin vaxt bıçağı Cavanşirin əlindən alaraq hasarın arxasındakı kolluq əraziyə tullamış, onlardan təxminən 20 metr aralıda olaz Arzu onlara mübahisə etməmələrini demişdir. Cavanşir yenə ona hərəkətinə görə cavab verməli olacağını demiş, Cavanşirə bıçaq söhbətinə görə üzr istəməsini, həmin bıçağı çıxartdığı halda onu vurmalı olduğunu demişdir. Bundan sonra onlar aralaşıb kafenin giriş qapısından bayıra çıxıb mağazanın yaxınlığında dayanmış avtomobillərə tərəf getmiş, Cavanşirin əlindən bıçağı alıb kənara tullamamışdan əvvəl Cavanşir ona lotuların kafesinə gedib yeyib-içəcəklərini deyib onu da həmin kafeyə dəvət etmişdir. İlkin olaraq Cavanşirlə getmək istəməsə də, sonradan Cavanşirin bıçaq çıxardıb ayağına batırmasına baxmayaraq ondan üzr istəməməsi səbəbindən Cavanşirlə münasibətlərə aydınlıq gətirib üzr istətdirmək üçün Cavanşirin təklifi ilə razılaşmışdır. Kafedən çıxdıqdan sonra Cavanşir məclisə tələsdiyini deyib Arzu və onunla ilə birlikdə “Mercedes Benz” markalı avtomobili ilə oradan uzaqlaşmışdır. Cavanşir avtomobili Mırtı kəndində hansısa evin yaxınlığına sürüb avtomobildən düşərək gələcəyini demiş, bir qədər sonra Cavanşir əlində qara rəngli tüfəng gətirərək tüfəngi avtomobilin yük yerinə qoymuşdur. Cavanşir avtomobilə əyləşdikdən sonra həmin tüfəngin tir tüfəngi olduğunu demiş, Cavanşirin həmin vaxt tir tüfəngini hansı məqsədlə götürməsi barədə o və Arzuya nəsə dediyini xatırlamamış və o da bu barədə Cavanşirdən heç nə soruşmamışdır. Amma Cavanşirin yaşadığı evdən tir tüfəngini götürüb avtomobilə qoyduğunu gördükdən sonra Cavanşirin ona bir neçə dəfə Əhmədin kafesində olan zaman “səni öldürərərm” məzmununda sözlər işlətməsi, tüfəngi də onu öldürmək məqsədi ilə götürməsi, eləcə də, əvvəlcədən Cavanşirin onun üzərinə bıçaq çıxarıb onu ölümcül olaraq vurmamasına görə Cavanşiri atasından yadigar qalan ov tüfəngi ilə öldürmək barədə qərara gəlməsinə, onu etdiyi hərəkətə görə peşman etmək nəticəsinə gəlməsinə səbəb olmuşdur. Cavanşir sakitcə silahı avtomobilə qoyduqdan sonra Arzu ilə deyib gülə-gülə avtomobili idarə edərək kənddən çıxan zaman o, Cavanşirə şübhələnməsin deyə yalandan üzərində pul olmadığını, evə gedib pul götürüb gələcəyini demişdir. Cavanşir öz avtomobilini Mırtı kəndində onun avtomobilinin yanında saxladıqdan sonra avtomobildən düşüb öz avtomobilinə əyləşərək mərhum atasından yadigar qalan qeydiyyatsız ov tüfəngini götürməyə gedən zaman bibisi oğlu Bəşir Bəşirova zəng edib ona qarşı səhv hərəkət olunduğunu, ona bıçaq çıxardıqlarını və bıçaq çıxardan şəxsə atacağını demişdir. Bəşir Cavanşirlə dost olduğuna görə sonuncu ona bıçaq çaxardan şəxsin Cavanşir olması barədə heç bir söz deməmişdir. Bir neçə dəqiqə sonra Cavanşir ona zəng edərək Bəşirlə danışdığını, Bəşirə kimisə öldürəcəyi məzmunda sözlər dedikdə onu əgər nəzərdə tutursa söhbəti həll etdiklərini dedikdə Cavanşirə yalandan niyyəti barədə məlumatı olmaması üçün problem olmadığını, zarafat etdiyini demişdir. Telefonu söndürdükdən sonra qardaşı Ayaz Əliyevlə birlikdə qalan anası Vəsiləyə zəng edərək evdə divarda xalçanın arxasında asılı vəziyyətdə olan qoşa lüləli ov tüfəngini çıxarmasını, evə gəlib həmin silahı götürəcəyini demişdir. Anası ondan silahı nə üçün istədiyini soruşduqda anasına sadəcə olaraq silahın lazım olduğunu demişdir. Saat 18 radələrində yaşadığı evdən təxminən 500 metr aralıda yerləşən anasının yaşadığı Şəkər kəndindəki evin giriş darvazasının yaxınlığına çatan zaman anası ilə birlikdə yaşayan qardaşı oğlu Əbülfəz Əliyev qoşalüləli ov tüfəngini açıq şəkildə yanında 2 ədəd patronla birlikdə ona təqdim etmişdir. Qoşalüləli ov tüfənginin hər lüləsinə patronları yerləşdirərək avtomobilinin oturacağının yanına qoyub kəndi tərk etdikdən sonra avtomobili yolun kənarında boş sahədə saxlayaraq silahı götürüb salondakı səs gücləndiricinin üzərinə qoyub kimsə görməsin deyə özünə məxsus gödəkçə ilə üzərini örtmüşdür. Göyçay-Ucar avtomobilin yolunun Ləkçılpaq kəndindən keçən hissəsində hərəkətdə olarkən əmisi oğlu Vüqar Əliyev zəng edərək hara getdiyini soruşduqda Vüqara tanışları ilə yeyib-içməyə getdiyini demişdir. Vüqar ona yaxınlıqda olduğunu, onunla işi olduğunu, buna görə də onu gözləməsini dedikdən bir neçə dəqiqə sonra Vüqar onun yanına gəlib avtomobilinə əyləşərək içkili halda avtomobil idarə etməsinə görə ona irad bildirirək avtomobili sürməməsini, evə getməsini desə də, o, yalandan Vüqara tanışları ilə yeyib-içməyə getdiyini, məclisdə onu gözlədiklərini demişdir. Vüqar onun yanından ayrılıb avtomobilinə əyləşək geriyə Şəkərli kəndinə qayıtmışdır. Yolda olarkən Cavanşirin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng etsə də, Cavanşir zəngə cavab verməmişdir. Göyçay şəhərinə çatmasına təxminən 10 km qalmış Arzunun istifadəsində olan mobil nömrəyə zəng etmiş, Arzu ona sakinlər arasında “Doktroun obyekti” kimi tanına “Okean” restoranında Cavanşirlə birlikdə olduğunu demişdir. Saat 20 radələrində avtomobili ilə restoranın həyətinə daxil olan zaman Cavanşirin avtomobilinə oxşayan avtomobilin ayaqyolunun yaxınlığında dayandığını görüb həmin avtomobilin Cavanşirə məxsus olduğunu ehtimal edib avtomobili Cavanşirin avtomobilinin yanında saxlamış, daha sonra avtomobildən düşüb Arzuya zəng edərək hansı kabinetdə oturduqlarını soruşduqda Arzu ona 1 dəqiqə müddətində çıxıb onu qarşılıyacağını demişdir. Silahı Cavanşiri öldürmək məqsədi ilə götürsə də, yolda olarkən 3 övladının gələcəyini fikirləşib əgər Cavanşir ondan üzr istəsə öldürməməyi qərara almışdır. Arzu ilə görüşüb birlikdə maşını saxladığı yerə paralel yerləşən təxminən 40-50 metr məsafədə olan həyətdəki kabinetə daxil olmuş, həmin vaxt otaqda Cavanşir, əlavə olaraq tanımadığı, adlarını sonradan bildiyi Pərviz və Arazın olduğunu görmüşdür. Arzunun solunda stulda əyləşmiş, həmin vaxt Cavanşir otağın giriş qapısının qarşısnda, Cavanşirin sağında Araz, masanın baş tərəfində isə Pərviz əyləşmişdir. Masada stulda əyləşib 1-2 rumka araq içdikdən sonra Cavanşirdən ona qarşı etdiyi hörmətsizliyə, yəni bıçaq çıxarmasına görə üzr istəyib-istəməməsini dəqiqləşdirmək məqsədi ilə söhbəti yenidən açıb Cavanşirə ondan bıçaq söhbətinə görə üzr istəməsini dedikdə Cavanşir ayaqüstə qalxaraq ona “Vicay mən bayaq dedim axı sənə mənim itirəcəyim heç nə yoxdu, sən mənə şərt qoya bilmərsən, səni öldürərəm” deyib masanın yanından onun tərəfə keçərək üzərinə gəlmək istəyən zaman masanın baş tərəfindən oturan Pərviz Cavanşirə mane olaraq oturmasını, ehtiyac olmadığını demişdir. Ona uşaqldıqdan kənd camaatı və dostları Vicay ləqəbi qoyduqlarından həmin adla müraciət etmişlər. Cavanşir stula oturduqdan sonra ona nalayiq sözlər demiş, Cavanşirin ondan bıçaq söhbətinə görə üzr istəməli olduğu halda yenidən özünü düzgün hesab edib onu tanımadığı və əvvəl heç vaxt görmədiyi Araz və Pərviz adlı dostlarının, həmçinin ortaq münasibətləri olan Arzunun yanında təhqir etməsi onun Cavanşiri öldürmək barədə əvvəlcədən olan niyyətini daha da dəqiqləşdirmişdir. Yalandan Cavanşirlə razılşaraq yarım saat müddətində masada oturub Cavanşiri öldürmək barədə olan niyyətini heç kim bilməməsi üçün yalandan ona qarşı kin saxlamaması görüntüsü yaradıb yenidən yeyibiçdikdən sonra masada əyləşən şəxslərə yalandan ayaqyoluna gedib gələcəyini demişdir. Masadan qalxıb kabinetdən bayıra çıxan zaman Arzu da onun arxasınca gəldiyindən məcbur olub ayaqyoluna getmiş, Arzunun mane ona tüfəngi götürməsinə mane olacağını düşünüb ayaqyoluna getdikdən sonra Arzu ilə birlikdə kabinetə qayıtmışdır Masada oturduqdan sonra ayaqüstə qalxıb havasını dəyişib gələcəyini demiş, həyətdə saxladığı avtomobilinə doğru gedib arxa qapını açaraq qoşalüləli ov tüfəngini götürərək tüfəngin hər iki çaxmaqlarını çəkərək atəşə hazır vəziyyətə gətirib lüləsini yerə istiqamətdə tutub kabinetin qapısına tərəf gəldikdən sonra qəflətən içəri daxil olub tüfəngin qundağını sağ bazu nahiyəsinə tərəf sıxıb lüləsini qapının girişi ilə üzbəüz masadakı stulda oturan Cavanşirin sinəsinə doğru tuşlayıb silahı nisbətən mailli saxlamaqla tətiyi basaraq atəş açmışdır. Silahın lüləsi ilə Cavanşirin sinə nahiyəsi arasında yaxın məsafə olmuş, atəşdən sonra Cavanşir sağ çiyni üstə yerə yıxılmışdır. Pərviz birinci atəşdən sonra ayaqüstə qalxaraq kabinetdən onun yanından bayıra çıxmış, Cavanşir sağ çiyni üstə yerə yıxıldıqdan sonra artıq içəri tam olaraq daxil olub silahın qundağını bazu nahiyəsindən çıxardıb tüfəngdə olan ikinci patronu Cavanşirin yıxıldığı yer istiqamətində tətiyə basaraq atəş açmışdır. Bundan sonra Cavanşiri vurduğu silahı özünə məxsus avtomobilin sərnişin oturacağının üzərinə qoyub restorandan çıxmış və Cavanşirin artıq öldüyünü düşünmüşdür. Avtomobili idarə edib Göyçay şəhərində yerləşən “Bolluq” marketə gələrək siqaret aldıqdan sonra marketin qarşısında Məlikkənd kənd sakini əvvəlcədən tanıdığı Zamin onun yanına gəlmiş, Zaminə adam öldürdüyünü, bibisi oğlu Bəşirə zəng edib bu barədə məlumat verməsini, şöbəyə gedib təslim olacağını demişdir. Saat 2130 radələrində qoşalüləli ov tüfəngi ilə birlikdə Göyçay rayon Polis Şöbəsinə yaxınlaşıb avtomobili şöbənin qarşısında saxlayıb nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq silahı və avtomobilin açarını polisə təqdim edib adam öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə axşam saatlarında azyaşlı övladı Cavanşirin himayəsində yaşayan anası Sevil Şükürovanın yanında olduğu üçün övladını götürmək məqsədi ilə Cavanşirin evinə getmiş, təxminən 10 dəqiqə müddətində anası və Cavanşirlə hal-əhval tutduqdan sonra ailəsi ilə birlikdə Mırtı kəndindəki evinə getmişdir. 22 fevral 2022-ci il tarixdə 23 radələrində yaşadığı evdə olarkən əri Bəşir Şıxıyev ona mobil telefon vasitəsi ilə zəng edərək qardaşı Cavanşirin öldürülməsi barədə məlumat vermişdir. Qardaşının ölüm xəbərini aldıqdan bir-iki saat sonra yaxınları baş-sağlığına yaşadığı evə gələrək Cavanşirin Göyçay rayonu, Şəkər kənd sakini olan sonradan uzaq qohumu olduğunu bildiyi Nicat adlı şəxs tərəfindən ov tüfəngi ilə Göyçay şəhərində yerləşən restoranların birində öldürülməsini öyrənmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 14 radələrində Göyçay rayonu, Mırtı kəndində yerləşən “Əhmədin kafesi” kimi tanınan kafeyə daxil olmuş, əvvəldən tanıdığı Cavanşir Şükürov da orada olduğuna görə sonuncunun olduğu kabinetə daxil olmuş, həmin vaxt orada olan Cavanşir, Nazir, Vüsal və tanışlar arasında “Vicay” ləqəbi ilə tanınan sinif yoldaşı, həmkəndlisi, yaxın münasibəti olan Təqsirləndirilən şəxslə birlikdə yeyib içmişlər. Vüsaldan başqa masada olan şəxslərin hamısı içkili olmuş, həmin vaxt Nazirin halı yaxşı olmadığına, yerində durmaqda çətinlik çəkdiyinə görə Nicat masadan ayaqüstə qalxaraq Nazirin vəziyyətinin pis olduğunu, ona görə ayılması üçün üzünə su vurmağa aparacağını deyib birlikdə kabinetdən çıxmışlar. Təxminən beş dəqiqə sonra Nazir və Nicat kabinetə daxil olmuş, bu zaman Cavanşirin yanındakı stulda əyləşən Vüsal masadan qalxaraq Nazirin spirtli içki qəbul etməsi səbəbindən halı olmadığına görə Cavanşirin yanındakı stulda əyləşməsini təklif etmişdir. Nazir masada Cavanşirin yanında əyləşdikdən sonra Nicatın istifadəsində olan mobil nömrəyə zəng gəldiyi üçün kabinetdən bayıra çıxmış, bu zaman kafeni işlədən Rauf adlı şəxs kababları masanın üzərində onun qarşısına qoymuşdur. Həmin vaxt Cavanşir Raufdan hesabın məbləğini soruşduqda sonuncu Cavanşirə hesabın 40 manat olduğunu deyib kabinetdən çıxmış, o da cibindən 10 manatlıq pul əskinazını çıxardıb masanın üzərinə qoyub Cavanşirə pulu götürməsini demişdir. Cavanşir ona ehtiyac olmadığını, digər şəxslərin də pulu olmadığına görə hesabı özünün ödəyəcəyini demişdir. Cavanşir ayaqüstə qalxaraq yan cibindən iki ədəd 20 manatlıq əskinaz çıxardıb yanında oturan Nazirin şalvarının cibinə qoyub sonuncuya hesabı verməsini demişdir. Nazir həmin vaxt spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuş, bundan sonra 10 manatlıq əskinazı götürüb cibinə qoymuşdur. Cavanşir ona və özünün rumkasına araq süzərək axşam saatlarında da “Şahin doktorun yeri” adlanan kafeyə qonaq çağırdıqlarını və onun da gəlməsini demişdir. Təxminən 5 dəqiqə sonra Nicat kabinetə daxil olub stulda oturduqdan sonra gülə-gülə spirtli içkini ləng içdiklərini dedikdə Cavanşir Nicatın rumkasına araq süzmüş və birlikdə yenidən araq içmişlər. Arağı içdikdən sonra Cavanşir çay sifariş etmiş, təxminən 15 dəqiqə sonra Rauf çaydanı gətirib masaya qoyan zaman Cavanşir Nazirə hesabı verməsini demiş, Nazir də təəcüblü halda Cavanşirə ”nə pul, mənə pul vermisən” demişdir. Bu zaman Cavanşir də Nazirə onu işarə edib gözünün qabağında pulu cibinə qoyduğunu demiş, o da Nazirə Cavanşirin pulu cibinə qoymasını gördüyünü demişdir. X12 pul verib-vermədiyini soruşduqda Nazir təkidlə Cavanşirin pul vermədiyini demiş, Nicat da Cavanşirə Nazirin 40 manata görə belə hərəkət etmədiyini, yəqin ki, pulu Nazirə vermədiyini demişdir. Həmin vaxt kafeni işlədən Rauf kabinetdən çıxıb getmiş, Cavanşir də bu zaman Nazirin qolundan tutaraq ayaqstə qaldırıb uca səslə Nazirə pulu sonuncuya verib-vermədiyini soruşmuş, Nazirə yenə də Cavanşirin pul vermədiyini demişdir. Bu zaman Nicat əsəbi halda ayaqüstə qalxaraq Naziri stuldan kənara çəkib Cavanşirin pul verib-vermədiyini soruşmuş, Nazir yenə də Cavanşirin pul vermədiyini demişdir. Nicat ayaqüstə üzünü Cavanşirə tutub əgər o pul Nazirdə olsa idi deyəcəyini demiş, bu zaman Cavanşir əsəbi halda Nazir və Nicata “siz məni partlatmaq istəyirsiz, niyə mənim səbrimi yoxlayırsız” deyib kabinetdən çölə çıxmışdır. Həmin vaxt Nicat da əsəbiləşərək Cavanşirin arxasınca kabinetdən bayıra çıxmış, sonra o da, Nazir də kabinetdən çıxmışlar. Kabinetin qarşısında həyətdə Cavanşir Nazirə pulu verən zaman orada olmuş Vüsala zəng etsə də Vüsal zənglərə cavab verməmiş, Cavanşir yenə də Nazir və Nicata 40 manat məbləğində pulu verdiyini dedikdə Nazir kabinetin qarşısında Cavanşirə “varyoxuna nəhlət mənə pul verilməyib” demişdir. Bu zaman Cavanşir Nazirə yaxınlaşıb sağ əli ilə qolundan tutan zaman Nicat araya girib Cavanşiri əlləri ilə qucaqlayıb aralaşdırıb hasarın qarşısına tərəf çəkdikdən sonra Cavanşirlə üzbəüz dayanıb əlləri ilə Cavanşirin Nazirin üzərinə gəlməsinə mane olmuşdur. Nicat fiziki cəhətdən idman cüssəli olduğundan Cavanşirlə Nicatı aralaşdıra bilməyəcəyini düşünüb Naziri 2-3 metr kənara aparıb yaxın münasibəti olan Vüsalın qardaşı Raufa zəng edərək “Əhmədin kafesi” adlanan kafeyə gəlməsini, Nicatla Cavanşirin içkili halda mübahisə etdiklərini demişdir. Rauf gəldikdən sonra orada Nazirin qolundan tutaraq nə baş verdiyini soruşduqda o, Nazirdən əvvəl Raufa hesab söhbəti olduğunu, Cavanşirin Nazirə 40 manat pul versə də, Nazirin həmin puldan xəbəri olmadığını dediyini və buna görə mübahisə yarandığını demişdir. Həmin vaxt onlardan təxminən 3 metr aralıda Cavanşir və Nicat həmin məsələ üstündə bir-birləri ilə üzbəüz dayanıb sözlü mübahisə etmiş, Rauf Nazirə əgər pul sonuncudadırsa verməsini dedikdə Nazir ucadan qışqırıb “varyoxuna nəhlət pul məndə yoxdu” deyib hər iki əlini şalvarının ön ciblərinə salıb ciblərini boşaltmışdır. Həmin vaxt Nazirin cibindən Nicatın avtomobilinin açarı, siqaret qutusu, alışqan və ağ kağız çıxmışdır. Bu zaman Cavanşirin qarşısında dayanan Nicat arxaya çönüb Nazirə baxdıqdan sonra Cavanşirə uca səslə “bu pis oldu, bu söhbətin axırı pis qurtara bilər” demişdir. Rauf əsəbi şəkildə Nazirin qolundan tutaraq kafedən bayıra çıxarmağa çalışmış, Nicat və Cavanşiri orada qoyub Raufla birlikdə Naziri kafedən bayıra çıxarıb avtomobilin yanına aparmışlar. Nazir yaxınlıqdakı marketdən aldığı suyu içdikdən sonra təkidlə Cavanşirlə söhbət edəcəyini, bu məsələni belə qoymayacağını deyib içəri kafeyə daxil olmağa çalışmışdır. Həmin vaxt Rauf Nazirə mane olub əlini Nazirin şalvarının arxa cibinə saldıqdan sonra Nazirin cibindən 2 ədəd 20 manatlıq əskinaz çıxarmış və Nazirə səhvin sonuncuda olduğunu deyib irad bildirmişdir. Rauf 40 manat məbləğində pulu Cavanşirə verməsi üçün ona təqdim etdikdən sonra Naziri avtomobilə əyləşdirib aparacağını demişdir. Kafeyə qayıdan zaman Cavanşir və Nicatın masada üzbəüz oturub söhbət edərək Nicatın Cavanşirə şalvarı Rusiyadan 100 manata aldığını demiş, Nicatdan bu məsələ ilə bağlı soruşduqda Nicat ona bıçaq çıxardan şəxs bıçağın çıxdığı adamı vurmalı olduğunu, Cavanşir də bıçağı çıxarıb ayağını deşdiyini, amma vurmadığını demişdir. Cavanşir də Nicata bıçağın ucu da olsa sənə batdığını, hardan istəyirsə şalvar ala biləcəyini demişdir. Nicat gülə-gülə Cavanşirə babasının mağazasında qəşəng şalvar olduğunu və oradan almasını dedikdə Cavanşir də Nicata problem olmadığını, hardan istəyirsə şalvar ala biləcəyini demişdir. Nicat da gülə-gülə Cavanşirə zarafat etdiyini, şalvar söhbəti edən olmadığını demişdir Həmin vaxt Cavanşir və Nicata irad bildirib söhbəti yekunlaşdırmalarını, 40 manat məbləğində pulun Nazirin cibindən çıxdığını deyib pulu çıxardaraq masanın üzərinə qoymuşdur. Yenidən çay sifariş edərək birlikdə çay içməyə başlamış, həmin vaxt Rauf ona zəng edərək Naziri evə apara bilmədiyini, ona verdiyi 40 manat məbləğində pulu Nazirin istədiyini, pulu özünün Cavanşirə verib üzr istəyəcəyini dediyini bildirmişdir. Cavanşir və Nicata Nazirin gəlib üzrə istəmək istədiyini demiş, Cavanşir buna ehtiyac olmadığını desə də Cavanşirə Nazirin içkili olduğunu, səhv etdiyini demişdir. Bundan sonra Cavanşir Nazirin gəlib üzr istəməsi ilə razılaşmış, kafedən çıxıb Raufa zəng edərək harada oduğunu soruşduqda Rauf ona Naziri artıq qardaşı Vüsalın avtomobili ilə birlikdə Veysəlli kəndindəki evinə gətirdiyini, Nazirin avtomobilini yolun kənarında saxladığını, açarın avtomobilin üzərində olduğunu, Nazirin icazəsi ilə avtomobilə əyləşib pulu Nazirin evinə gətirməsini demişdir. Kabinetdən çıxan zaman Cavanşir və Nicat otaqda tək qalmış, Nazirin avtomobili ilə Nazirin yaşadığı Veysəlli kəndində gedib evin həyətində Vüsal və Raufun yanında 40 manat məbləğində pulu Nazirin anasına təqdim etmişdir. Rauf da Nazirin anasına pulu Nazir ayıldıqdan sonra sonuncuya verməsini, Nazirin pulu sabah gedib Cavanşirə verib barışmasını demişdir. Sonra o, Raufla birlikdə Vüsalın avtomobili ilə Veysəlli kəndindən çıxmışlar. Vüsaldan onu Mırtı kəndində “Əhmədin kafesi”-nin yanında düşürməsini xahiş etmiş, kafeyə gəlib kafedəki Nicat və Cavanşirin oturduğu kabinetdə masada əyləşmişdir. Cavanşirə Nicatın yanında pulu Nazirin anasına verdiyini, növbəti gün Nazirin pulu gətirib verən zaman üzr istəyəcəyini demişdir. Cavanşir də problem olmadığını, Nicatın da onlarla birlikdə açılışı olan “Okean” adlı restorana gedəcəyini demişdir. Təxminən 2 dəqiqə sonra Nicat masada Cavanşirə kinayə ilə “sən məni bıçaqla vurdun, amma mən səni vurmadım” demiş, Cavanşir də cibindən qara rəngli açılıb-qatlanan bıçağı çıxardıb masanın üzərinə qoyaraq bıçağı götürüb əlinə batırmasını və əvəz-əvəz olmalarını demişdir. Nicat bıçağı Cavanşirə tərəf itələyərək bıçağı götürüb cibinə qoymasını demiş, X18 söhbətdə yalnış olduğu halda sonuncunu müdafiə etdiyinə görə Cavanşiri bağışladığını desə də, Nicat bir-iki dəfə Cavanşirə sonuncunu bağışlamadığını demişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamış, çaylarını içdikdən sonra Cavanşir restorana getmələrini, bir qədər sonra açılışın olacağını demişdir. Kabinetdən birlikdə çıxan zaman Nicat kabinetin qarşısında əsəbi halda Cavanşirə yenə də “sən məni bıçaqla vurdun, amma mən səni vurmadım” demiş, bu zaman Cavanşir cibindən yenidən həmin qara rəngli qatlanan bıçağı çıxardıb Nicata uzadaraq “götür sən də məni vur” dedikdə Nicat qəflətən Cavanşirin əlindən bıçağı alıb hasardan kənarda yerləşən kolluq sahəyə tullamışdır. Cavanşir bu zaman Nicata niyə elə hərəkət etdiyini, həmin bıçağın ona yadigar qaldığını demiş, Nicat isə Cavanşirə heç nə deməmişdir. Onlar birlikdə kafedən çıxdıqdan sonra o, hasarın ətrafından fırlanıb kolluq sahədə bıçağı axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt Cavanşir onu səsləyərək həmin sahənin kolluq olduğunu, bıçağı tapa bilməyəcəyini, növbəti gün kimisə həmin bıçağı tapmaq üçün göndərəcəyini, buna görə də onun yanına qayıtmasını demişdir. Təxminən 5 dəqiqə müddətində həmin bıçağı axtarıb tapa bilmədikdən sonra Nicatla Cavanşirin yanına qayıdan zaman Cavanşir və Nicat hər hansı formada mübahisə etməmişlər. Cavanşir öz istifadəsində olan “Mercedes Benz” markalı avtomobili işə saldıqdan sonra Nicata avtomobilə oturmasını, məclisə tələsdiyini demişdir. Yolda Cavanşir evə gedib evdən pul götürəcəyini və əvvəlcədən aldığı çörəyi evə verəcəyini demiş, Cavanşir kənddə evinə daxil olaraq təxminən 10 dəqiqə sonra evdən çıxan zaman əlində qara rəngli tir tüfənginə oxşayan tüfənglə çıxıb silahı avtomobilin yük yerinə qoymuşdur. Həmin vaxt Nicat heç nə deməmiş, Cavanşir avtomobilə əyləşib silahı gecə parnikə (istixanaya) aparacağını, gecə olduğundan təhlükəsizliyi üçün götürdüyünü demişdir. Avtomobillə hərəkət edən zaman Nicat “Əhmədin kafesi” adlanan kafenin yanına çatmağa az qalmış Cavanşirə üzərində pulu olmadığını, qonaq getdiklərinə görə evə gedib pul götürüb gələcəyini, avtomobili onun avtomobilinin yanına saxlamasını xahiş etmişdir. Cavanşir avtomobili saxladıqdan sonra Nicat öz avtomobilinə əyləşib yaşadığı Şəkər kəndi istiqamətində getmiş, Cavanşir mobil telefonunu götürüb kiməsə zəng edərək 200 manat məbləğində pul lazım olduğunu demişdir. Həmin tanımadığı şəxs də Cavanşirə gəlib pulu evdən götürməsini demiş, Cavanşir də təxminən 200 metr hərəkət edib yolun kənarında “Aysun” marketin yanındakı çayxanada avtomobili saxlayaraq ona avtomobildən düşməsini, pulu götürüb qayıdan zaman onu da götürəcəyini dedikdən sonra o, avtomobildən düşmüşdür. Təxminən 15 dəqiqə sonra Cavanşir sonuncunu gözlədiyi kafedən onu götürərək Okean kafesinə getmişlər. Yolda Cavanşir ona Nicatın qohumu Bəşirin Cavanşirə zəng edərək Nicatın kimisə tüfəngla atıb vuracağını dediyini, Nicatın başının xarab olduğunu demişdir. Cavanşirin özü də Nicatla danışdığını, problem olmadığını, elə hərəkət etməyəcəyini deyib avtomobilə əyləşmiş və onlar Göyçay şəhəri istiqamətinə getmişlər. Təxminən 5 dəqiqə sonra saat 1810 radələrində yolda olarkən Nicat Cavanşirin mobil telefonuna zəng edərək sonuncunu Mırtı kəndində gözlədiyini, gəlməməsinin səbəbini soruşduqda Cavanşir Nicat gəlmədiyinə görə “Okean” restoranı istiqamətində yolda olduğunu demişdir. Saat 19 radələrində Cavanşirlə birlikdə Göyçay rayonu, Çayarxı kəndində “Dəniz market”-in yanında yerləşən “Okean” restorana daxil olduqdan sonra Cavanşir həmin vaxt adını sonradan bildiyi Pərviz adlı şəxslə görüşüb onu da tanışı kimi Pərvizə təqdim etmişdir. Restoranın həyətində yerləşən kabinetə Cavanşirlə birlikdə daxil olub Cavanşir kabinetin giriş qapısı ilə üzbəüz stulda, o isə Cavanşirlə üzbəüz stulda əyləşmişdir. Cavanşir müxtəlif yeməklər və spirtli içki olan araq sifariş emiş, yeməklər gəldikdən sonra Pərviz və adını sonradan bildiyi Cavanşirin tanışı olan Araz birlikdə kabinetə daxil olub masanın giriş qapısı istiqamətində baş tərəfində Pərviz, Cavanşirin sağında isə Araz əyləşmişdir. Masada birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən 10 dəqiqə sonra Nicat ona zəng etdiyinə görə Cavanşirə Nicatın zəng etdiyini dedikdə Cavanşir ona zəngə cavab verməsini demiş, Nicatın məclisə yenidən Cavanşirə söz-söhbət salacağını düşünüb Cavanşirə Nicatın məclisə gəlməsini istəmədiyini demişdir. Lakin Cavanşir problem olmadığını, Nicatın gəlib onlarla yeyib içməsi üçün zəngə cavab verməsini bildirmişdir. Sonra Nicat özü Cavanşirə zəng vuraraq saat 20 radələrində onlar olan kabinetə daxil olmuş, masada əyləşdikdən 2-3 dəqiqə sonra anidən Cavanşirə baxıb “bağışladın?” deyə soruşduqda Cavanşir də Nicata “bağışladım” demiş, lakin Nicat Cavanşirə “amma mən bağışlamadım” demişdir. Bu zaman Cavanşir Nicata “mən səni bağışlayıram, amma sən məni bağışlamırsansa onda sən məni quruzduyursan” dedikdə Nicat Cavanşirə “mən quruzdamıram, amma bağışlamıram” demişdir. Bu zaman masada baş tərəfdə əyləşən Pərviz söhbətə müdaxilə edib nə baş verdiyini soruşduqda Cavanşir Pərvizə bir qədər əvvəl aralarında yüngülvari söhbət olduğunu, lakin ciddi məsələ olmadığını demişdir. Pərviz də Nicata söz-söhbətə ehtiyac olmadığını, bayram olduğunu, əl sıxıb barışmalarını demişdir. Nicat da heç nə demədən əlini Cavanşirə uzatmışdır. O, həmin vaxt Nicatın bir qədər əvvəl Mırtı kəndində “Əhmədin kafesi” deyilən kafedə Cavanşirlə arasında olan mübahisəni nəzərdə tutduğunu başa düşmüş, Cavanşir Nicatın əlini sıxdıqdan sonra Pərviz əlini onların əlinin üstünə qoyaraq məclisə olan hər kəsin qardaş olduğunu, dost məclisi olduğunu demişdir. Araz da həmin vaxt ”Allah şeytana nəhlət etsin” dedikdən sonra Nicat sakitləşmiş və yenidən yeyib-içməyə davam etmişlər. Təxminən 40 dəqiqə sonra Pərviz masadan qalxaraq kabinetdən çıxmış, ardınca Araz ayaqyoluna gedib gələcəyini deyib masadan qalxmışdır. Bundan sonra Nicat masadan qalxıb gülə-gülə ayaqyoluna gedib gələcəyini demiş, Nicat kabinetdən çıxan zaman Cavanşir ona Nicatın içkili olduğunu, restoranda kiminləsə mübahisə etməsin deyə sonuncu ilə birikdə getməsini xahiş etmişdir. Nicatın ardınca kabinetdən çıxdıqdan sonra Nicat kabinetdən 40-50 metr aralıda yerləşən ayaqyoluna daxil olmuş, təxminən 10 dəqiqə sonra, saat 21 radələrində Nicatın ayaqyolundan çıxmadığını görüb həmin istiqamətə getməyə hazırlaşan vaxt Nicatın əlində lüləsini aşağı tutduğu tüfəng sürətlə kabinetə doğru getdiyini görüb Nicatı uca səslə səsləyib “Vicay dayan, dayan” demiş, sonra Cavanşirin istifadəsində olan mobil nömrəyə zəng edib Cavanşirə qapını bağlamasını deyən zaman Nicat artıq kabinetin açıq qapısından içəri daxil olaraq bir dəfə atəş açmışdır. Kabinetə tərəf qaçaraq gedən zaman Pərviz kabinetdən çıxmış və ikinci dəfə atəş açılmışdır. Sonra Nicat əlində ov tüfəngi ilə kabinetdən çıxıb iri addımlarla ayaqyoluna tərəf getmiş, kabinetə daxil olan zaman Cavanşirin sağ çiyni üstə başı döşəmədə olmaqla yerə yıxıldığını, sağ qolunun stulun üzərində olduğunu, döşəmənin qan olduğunu görmüşdür. Restoranda olan tanımadığı xeyli şəxs kabinetin qarşısına cəmləşmiş, bundan sonra polisə hadisə barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 11 radələrində tanışı Cavanşir Şükürov ona zəng edib hal-əhval tutaraq harada olduğunu soruşduqda sonuncuya Göyçay rayonu, Çayarxı kəndinin yaxınlığında açılışı olduğu və tanışı Rövşən Behbudovun işlətidiyi “Okean” restoranında açılışla bağlı köməklik etdiyini demişdir. Günorta saatlarında Rövşənlə ortaq dostları olan Şahid2 zəng edərək restoranın açılışında sonuncunun da iştirak etməsini xahiş etmiş, Araz da onun təklifi ilə razılaşıb açılış barədə məlumatı olduğunu və axşam saatlarında işdən çıxdıqdan sonra gələcəyini demişdir. Saat 1830 radələrində Cavanşirə zəng edib restorana gəlib-gəlməməsi barədə maraqlandıqda sonuncu yolda olduğunu və restorana gələcəyini demişdir. Saat 19 radələrində restoranın həyətində gəzən vaxt X23 Ələkbərovla birlikdə restorana gəlmiş, həyətdə yerləşən kabinetə daxil olub masada əyləşmişlər. O da həmin kabinetə daxil olub Cavanşirə yemək sifariş etmələrini, Rövşənə köməklik edib 10- 15 dəqiqə ərzində gələcəyini demişdir. Təxminən 10 dəqiqə sonra dostu Araz da oraya gəlib Cavanşirin əyləşdiyi kabinetə daxil olduqdan sonra birlikdə yeyib-içməyə başlamışlar. Təxminən 10 dəqiqə sonra Arzunun mobil telefonuna zəng gəlmiş, Arzu mobil telefonu götürüb heçnə demədən masadan qalxıb kabinetdən çıxmağa hazırlaşan zaman mobil telefonla danışmadan qapıdan çıxmayıb masaya qayıdaraq yenidən stulda əyləşmişdir. Təxminən 2-3 dəqiqə sonra Cavanşirin mobil telefonuna zəng gəlmiş, Cavanşir zəngə cavab verib “Şahin doktorun” yeri kimi tanınan “Okean” restoranda olduğunu demişdir. Saat 20 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də kabinetə daxil olmuş, Cavanşir həmin şəxsi təqdim edərək adının Vicay olduğunu demişdir. Nicat masada oturan şəxslərlə görüşdükdən sonra Arzunun solundakı stulda əyləşmiş, təxminən 2 dəqiqə sonra Cavanşirlə alçaq səslə sözlü mübahisə etməyə başlamışdır. Həmin vaxt içkili olduğu üçün yenə də mübahisənin hansı mövzuda olmasına fikir verməmiş, Cavanşirin Nicata “mən səni bağışlayıram” dediyini, Nicatın isə acıqlı şəkildə Cavanşirə “mən səni bağışlamıram” dediyini eşitmişdir. Su çərşənbəsi olması və əhval-ruhiyyələrinin pozulmaması üçün Cavanşir və Nicata baxaraq söhbəti bağlamalarını, bayram olduğunu, mehribanlaşmalarını, əllərini uzadıb görüşmələrini demişdir. Nicat və Cavanşir bir-birlərinə əllərini uzadıb görüşən zaman o, əlini barışıq məqsədi ilə onların əllərinin üzərinə qoymuş, Araz da bu zaman “Allah şeytana nəhlət etsin, çörək yeyirik” dedikdən sonra Nicat və Cavanşir sakitləşib yenidən yeyib-içməyə davam etmişlər. Təxminən 40 dəqiqə müddətində masada yeyib-içdikdən sonra masadan qalxıb yan kabinetdə olan Ağdaş rayonundan gələn qonaqların yanına getmiş, həmin şəxslərlə 5-10 dəqiqə söhbət edib ayaqüstü spirtli içki qəbul etdikdən sonra yenidən Cavanşirin olduğu kabinetin açıq olan qapısından içəri daxil olan zaman Cavanşirin kabinetdə tək olduğunu, Arzu, Araz və Nicatın masada olmadığını görüb Cavanşirdən masada olan digər şəxslərin harada olduğunu soruşduqda Cavanşir həmin şəxslərin gələcəklərini demişdir. Yenidən əvvəl oturduğu masanın baş tərəfində stulda əyləşmiş, təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxs qəflətən əlində qoşalüləli ov tüfəngi ilə qapısı açıq vəziyyətdə olan kabientə daxil olub bir dəfə atəş açmışdır. Atəşdən sonra Cavanşir sağ çiyin üstə yerə yıxılmışdır. Həmin vaxt ayaq üstə qalxarkən Nicatın silahın lüləsini nisbətən aşağı salıb tam olaraq içəri daxil olduğunu görmüş, lakin ikinci dəfə atəş səsini eşitsə də, birinci atəşdən sonra kabinetdən arxaya baxmadan çıxdığı üçün konkret olaraq Nicatın hansı istiqamətə atəş açmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat 14-15 radələrində Göyçay rayonu, Veysəlli kəndindəki evində olarkən tanışı Təqsirləndirilən şəxs məxsus mobil nömrədən ona zəng gəlmiş, zəngə cavab verən zaman telefonda danışan Göyçay rayonu, Mırtı kənd sakini olan tanışı Cavanşir Şükürov onu Mırtı kəndində “Əhmədin kafesi” kimi tanınan kafesinə dəvət etdikdən sonra özünə məxsus olan avtomaşınla həmin kafeyə getmişdir. Cavanşirin kafeninin həyətindəki şüşəli kabinetdə oturduğunu görüb kabinetə daxil olarkən həmin vaxt kabinetdə Nazir, Cavanşir və Nicatın olduğunu görmüşdür. Cavanşir kafeni işlədən Raufa əlavə olaraq kabab sifariş etmiş və ona da içki içməyi təklif etmiş, bir qədər sonra qardaşı Rauf da gəlib masada əyləşmişdir. Həmin vaxt içkili halda olan Nazir, Cavanşir və Nicat deyib-gülərək zarafatlaşmışlar. Təxminən 1 saat sonra Şəkər kənd sakini Arzu da kabinetə daxil olaraq masada əyləşmiş, həmin vaxt qardaşı Rauf kənddə mal-qaraya baxmaq üçün getmişdir. Arzu masada kafeni işlədən Raufa kabab və araq sifariş etmiş, araq və yemək gəldikdən sonra yenidən masada Cavanşir, Nazir, Arzu və Nicat spirtli içki qəbul etmişlər. Nazir spirtli içkinin təsirindən özündə olmadığı üçün həmin vaxt Nicat Naziri əl-üzünü yumaq üçün kabinetdən bayıra çıxardıb bir qədər sonra yenidən gətirmiş, spirtli içki qurtardıqdan sonra Cavanşir kafeni işlədən Raufu çağıraraq hesabı gətirməsini demişdir. Rauf kabinetə daxil olaraq hesabın 40 manat olduğunu dedikdən sonra Cavanşir Raufa çay gətirməsini, çayı gətirən zaman hesabı verəcəyini dedikdən sonra ayaqüstə qalxaraq cibindən iki ədəd 20 manatlıq əskinaz çıxardıb yanında əyləşən Nazirə təqdim edərək hesabı ödəməsini demişdir. Nazir pulu götürərkən 20 manatıq əskinazın biri yerə düşmüş, Nazir əylilib həmin pulu da götürüb cibinə qoymuşdur. Həmin vaxt tanışı Aqil ona zəng edərək iri-buynuzlu heyvan almaq üçün yaşadığı evə gəldiyini və onu gözlədiyini dediyi üçün masada oturanlara işi olduğunu deyib masadan qalxıb getmiş, kabinetdən çıxan zaman kafeni işlədən Raufun masaya çay gətirdiyini görmüşdür. Saat 15 radələrində avtomobili evin həyətində saxlayıb evə daxil olmuş, 15 dəqiqə sonra mobil telefonunu avtomobildə unudub avtomobilə geri qayıdıb telefonu götürən zaman Cavanşirin istifadəsində nömrədən üç dəfə cavabsız zəng gəldiyini görüb Cavanşirin istifadəsində olan mobil nömrəyə zəng edən zaman Cavanşir ona əsəbi halda ona Nazirə bir az əvvəl 40 manat pul verməsini görüb-görmədiyini soruşduqda Cavanşirə həmin pulu Nazirə verdiyini gördüyünü, pulu onun yanında verdiyini demişdir. Saat 17 radələrində qardaşı Rauf ona zəng edərək Nazirin spirtli içkinin təsirindən özündə olmadığını, Mırtı kəndində avtomobil yuma məntəqəsinin yanında yıxılıb qaldığını, evə apara bilmədiyini, gəlib ona köməklik etməsini xahiş etmişdir. 15 dəqiqə müddətində həmin yerə çatan zaman Nazirin yerdə asfaltın üzərində uzandığını, danışa bilmədiyini, sərxoş olduğunu görmüşdür. Həmin vaxt Rauf ona Nicatla Cavanşir arasında 40 manat olan hesaba görə mübahisə yarandığını, həmin pulun da Nazirin cibindən çıxdığını və pulu Cavanşirə verməsi üçün Arzuya verdiyini demişdir. Raufun köməkliyi ilə Naziri avtomobilə qoyaraq yaşadığı kənddəki evinə aparmış, evə girdikdən sonra Nazir təkidlə ona 40 manat pulu özünün Cavanşirə aparıb verib üzr istəyəcəyini demiş, Rauf da Arzuya zəng edərək 40 manat pulu gətirməsini, Nazirə verməsini, Nazirin özünün pulu növbəti gün Cavanşirə verib üzr istəyəcəyini demişdir. Təxminən yarım saat sonra Arzu Nazirin yaşadığı evə gələrək 40 manat məbləğində pulu Nazirin anasına təqdim edərək pulu Nazir ayılandan sonra sonuncuya verməsini demişdir. Sonra Rauf, o və Arzu birlikdə evdən çıxaraq geri qayıdan zaman Arzu sonuncunu Mırtı kəndində Əhmədin kafesinin yanında düşürməsini dediyinə görə Arzunu həmin kafenin yanında düşürdükdən sonra Arzu kafenin yanındakı mağazaya daxil olmuş, o da qardaşı Raufa avtomobildə gözləməsini deyib Nicat və Cavanşirin mübahisə edib-etməmələrinə baxmaq üçün kafeyə girib kabinetə daxil olan zaman kabinetdə Cavanşir və Nicatın üzbəüz oturub yeyib-içdiklərini, əhval-ruhiyyələrinin yaxşı olduğunu görmüşdür. Ayaqüstə masadakı çaydan içən zaman Nicat Cavanşirə baxıb “ata, ana, bacı adamı bağışlayar, amma həyat səhvi bağışlamaz, 40 yaşında bir dənə səhv elədin həyat qurtardı” dediyini eşitmişdir. Çayı içdikdən sonra kabinetdən bayıra çıxan zaman Arzu kafedən içəri daxil olmuşdur. Bundan sonra Raufla birlikdə Veysəlli kəndinə geri qayıtmış, saat 19:30 radələrində qardaşı Raufla birlikdə avtomobillə Ləkçıplaq yolu istiqamətində hərəkətdə olarkən Nicatın məxsus “VAZ 2107” markalı avtomobilin məktəbin yanında saxladığını, özünün isə mağazaya daxil olduğunu görmüşdür. Saat 22 radələrində qardaşı Rauf evdə otağına girib onu yuxudan oyadaraq Nicatın Cavanşiri “Şahin doktorun” kafesi kimi tanınan “Okean” adlı restoranda ov tüfəngi ilə öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Veysəlli kəndində evdə olarkən tanışı Təqsirləndirilən şəxs ona zəng edərək hal-əhval tutmaq üçün görüşməyi təklif etmiş, Nicatın təklifi ilə razılaşdıqdan sonra avtomaşınını müvəqqəti idarə etməyə verdiyi digər tanışı Şahid5 ona zəng vuraqa həmin avtomobili ilə evin qarşısında olduğunu demişdir. Evdən çıxıb darvazanın qarşısında Raufla görüşən zaman Nicat da “VAZ 2107” markalı avtomobili ilə gəlib evin qarşısında saxlamışdır. Rauf onun avtmaşınını idarə edərək, o isə Nicatın avtomaşınını idarə edərək “Müşfiqin çayxanası” adlanan çayxanaya getmiş, orada çay sifariş edib domino oynamağa başlamılar. Təxminən bir saat sonra digər tanışları Cavanşir Şükürov kafeyə gəlmiş, Cavanşir çayxananı işlədən Nizamiyə yemək olubolmadığını soruşduqda Nizami yemək vermədiklərini demişdir. Cavanşir də yeyib-içmək istədiyini, oyunu yekunlaşdııb kənd camaatı arasında “Əhmədin kafesi” kimi tanınan kafeyə gedib yeyib-içməyi təklif etdikdən sonra razılaşıb “Əhmədin kafesi”-nə getmişlər. Həmin vaxt Rauf işi olduğunu, işini həll edib gələcəyini deyərək onlarla gəlməmişdir. Cavanşir və Nicat birlikdə kafeyə daxil olub kafenin həyətində şüşəli kabinetdə əyləşərək piti sifariş etmiş, sonra yaxınlıqdakı marketdən 1 litr həcmdə markasını xatırlamadığı araq alıb gəlmişlər. Bundan sonra hər üçü birlikdə yeyib-içməyə başlamış, bir qədər sonra onun istifadəsində olan mobil telefonda kontur olmadığı üçün Nicatın telefonunu götürüb Vüsala zəng edərək kafeyə dəvət etmişdir. Təxminən 20 dəqqiə sonra Vüsal və sonuncunun qardaşı Rauf kafeyə gəlib kabinetdə onlarla birlikdə əyləşmişlər. Vüsal və Rauf spirtli içki qəbul etməmiş, o, həddən artıq spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur. Bir qədər sonra Arzu da kabinetə gəlib onlarla birlikdə masada əyləşmiş, lakin həmin vaxt Vüsal və Rauf artıq getmişlər. Yenə də spirtli içki qəbul etdiklərindən sərxoş vəziyyətə düşüb özünü itirmiş, baş vermiş hadisələrin xartırlamamışdır. 23 fevral 2022-ci il tarixdə səhər saatlarında ayılıb özünə gələn zaman Vüsal yaşadığı evə gələrək 22 fevral 2022-ci il tarixdə axşam saatlarında Göyçay rayonu, Çayarxı kəndində yerləşən “Okean” adlanan restoranda Nicatın ov tüfəngi ilə Cavanşiri öldürdüyünü demişdir. Sonra Rauf ona 22 fevral 2022-ci il tarixdə “Əhmədin kafesi” adlanan kafedə olarkən hesab gələn zaman Cavanşirin 40 manat məlbəğində pulu hesabı ödəmək üçün ona verdiyini, onun isə pulun onda olmadığını dediyinə görə mübahisə yarandığını, Nicat və Cavanşirin də buna görə mübahisə etdiyini, sonra 2 ədəd 20 manat, ümumilikdə 40 manat məbləğində pulu onun cibindən çıxardığını, pulu gedib Arzuya Cavanşirə təqdim etməsi üçün verdiyini, sonra “Okean” adlı restoranda Nicatın Cavanşiri ov tüfəngi ilə vurub öldürdüyünü demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, X1 meyidinin xaricidaxili müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş döş qəfəsinin ön sol yuxarı hissəsində İİ-İİİ qabırğaların döş sümüyünə birləşən hissədən çoxqəlpəli sınıqları ilə döş boşluğuna nüfuz edən, ürək kisəsinin, ürəyin, sol ağ ciyər yuxarı pay toxumasının zədələnməsi ilə müşayiət edilən xəsarətlər (kor) odlu silah-qırma yarası patronu qırma ilə doldurulmuş odlu silahdan 1 (bir) dəfə açılan atəş nəticəsində baş vermişdir, həyatidir, ölümdən az əvvəl yetirilmişdir, hadisə anında atəş açan şəxslə üzbəüz oturaq vəziyyətdə və yaxın məsafədən açılması inkar edilmir, yara kanalının istiqaməti öndən-arxaya, bir qədər yuxarıdan-aşağıya doğru və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X1 meyidinin məhkəmə-tibb ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş sağ saidin yuxarı 1\3-nin arxa səthində dərinin epidermis qatının və yumşaq toxuma çatışmamazlığı ilə müşayiət edilən xəsarətlər 1 (bir) ədəd (dəyib, keçən) odlu silah-qırma yarası patronu qırma ilə doldurulmuş odlu silahdan açılan atəş nəticəsində baş vermişdir, həyatidir, ölümdən az əvvəl yaxın məsafədən İİ açılan atəş zamanı əmələ gəlməsi halı inkar edilmir, yara kanalının istiqaməti öndən-arxaya doğru və dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. X1 meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 0,98 %, sidikdə 2,2 % etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir. X1 ölümünə səbəb döş qəfəsinin ön sol yuxarı hissəsində İİ- İİİ qabırğaların döş sümüyünə birləşən hissədən çoxqəlpəli sınıqları ilə döş boşluğuna nüfuz edən, ürək kisəsinin, ürəyin, sol ağ ciyər yuxarı pay toxumasının zədələnməsi ilə müşayiət edilən (kor) odlu silah-qırma yarası fonunda kəskin daxili və xarici qanitirmə olmuşdur. X1 bədəni üzərində olan xəsarətlərlə hadisə zamanı onun əynində olan açıqboz rəngli, uzunqol və boz rəngli, öndən zəncirbəndli, uzunqol jaketlərin və qara rəngli, qısaqol mayka üzərində olan parça zədələri ilə üst-üstə düşür. X1 meyidinin məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində olan xəsarətlərin özü tərəfindən yetirilməsi halı inkar edilir. X1 ölümü ilkin meyid əlamətlərinə görə meyidin məhkəmə-tibb müayinəsindən 1,5-2 saat əvvələ uyğundur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji, daktiloskopik, məhkəmə soyuq-silah, məhkəmə-ballistik və lifli materialların kriminalistik ekspertizasınını 05 aprel 2022-ci il tarixli 3\314, 3\315, 3\316, 3\317, 3\318 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd silah 1967-ci il keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluqlarının uzunluğu 70 mm olan, 16 kalibrli, “TOЗ БM” modelli, X2799-67 №-li xarici çaxmaqlı, qoşalüləli tüfəngdiryivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz zavod üsuli ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronunun atəşlə ayrılmış hissələridir–gilizlərdir. Şərti olaraq “1” rəqəmi ilə işarələnmiş 1 (bir) ədəd giliz, təqdim edilmiş “TOЗ БM” modelli, X2799-67 №-li tüfənginin sol lüləsindən, şərti olaraq “2” rəqəmi ilə işarələnmiş 1(bir) ədəd giliz təqdim edilmiş “TOЗ БM” modelli, X2799-67 №-li ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş cəmi 23 (iyirmi üç) ədəd metal predmetlər müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridilər-qırmaralardır və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli, “TOЗ БM” modelli, X2799-67 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, həmçinin təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizə atəş komponenti kimi doldurulub-doldurulmamalarını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş 16 kalibrli, “TOЗ БM” modelli, X2799-67 №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd plastmas predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsuli ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir-tıxacdırlar (konteyner tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, TOЗ БM” modelli, X2799-67 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacların üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların təqdim edilmiş 16 kalibrli, “TOЗ БM” modelli, X2799-67 №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silhdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tüfəng zavod üsuli ilə hazırlanmış, “Hatsan 125” modelli, 4.5 mm kalibrli, hədəfə (o cümlədən canlı hədəfə) zədə yetirmək təyinatına malik olmayan, “Diablo” tipli pnevmatik silah mərmiciklərini atəş təlimləri prosesində 10 metr məsafədə qoyulan nişana atmaq üçün nəzərdə tutulmuş, hava təzyiqi iş prinsipinə malik olan, yaylı-porşenli, idman-məşq təyinatlı pnevmatik tüfəngdir, zavod işarələrində pozuntu, dəyişikilik yoxdur, detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir – odlu silah hesab edilmiş, təyinatı üzrə istifadəyə yararlıdır. Təyinatına uyğun olaraq, təqdim edilmiş Hatsan 125” modelli, pnevmatik tüfəng modelinin də aid olduğu pnevmatik tüfənglərdən 4,5 mm kalibrli, “Diablo” tipli mərmiciklər atılarkən, həmin mərmiciklər təxminən 40-50 metr məsafəyə uça bilirlər, lakin pnevmatik tüfənglər və həmin tip mərmiciklər kontruksiyasına görə hədəfi (o cümlədən canlı hədəfi) məhv etmək təyinatına malik deyillər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərüffat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Cavanşir Şükürova məxsus olan 01 ədəd boz rəngli, uzunqol zəncirbəndli jaket, 01 ədəd ağ rəngli uzunqol sviter, 01 ədəd qara rəngli maykanın ön və sağ qolluq hissəsində (mayka qısaqollu olduğundan qırmalar qolluqda zədə yaratmamışdır) tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında qurğuşun metal, his, yanıq izinin aşkar edilməməsinə, lakin atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədələri olmaqla, yivsiz oldu ov tüfəngindən açılan iki atəş nəticəsində, təxminən 20 sm-dən, 2 metrə qədər olan məsafə daxilində öndən-arxaya, nisbətən yuxarıdan-aşağıya doğru istiqamətdə qırmaların təsirindən yetirilməyə xarakterikdir. Bu zədələr qərarın təsviri hissəsində götərilən şəraitdə, təqdim edilmiş ov silahından açılan atəşlər nəticəsində yarana bilər və geyim əşyalarının üzərindəki öz yerləşmə sahələrinə görə mərhum Cavanşir Şükürovun məhkəmə-tibb ekspertizasının rəyində göstərilən bədən xəsarətləri ilə üst-üstə düşür. Tədqiqata təqdim edilmiş Cavanşir Şükürova məxsus 01 ədəd qara rəngli mayka, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 ədəd qara rəngli bellik, 01 ədəd qara rəngli tuman, 01 ədəd bozumtul rəngli isti alt tumanı. 02 ədəd corab, 01 cüt qəhvəyi rəngli ayaqqabı üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Cavanşir Şükürova məxsus olan 01 ədəd qara rəngli mayka, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar., 01 ədəd qara rəngli bellik, 01 ədəd qara rəngli tuman, 01 ədəd bozumtul rəngli isti alt tumanı, 02 ədəd corab, 01 cüt qəhvəyi rəngli ayaqqabı üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd bozumtul rəngli uzunqol isti köynək, 01 ədəd qolsuz ağ rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd bozumtul rəngli uzunqol isti köynək, 01 ədəd qolsuz ağ rəngli mayka, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş qoşalüləli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş(lər) açılmışdır. Müvafiq elmi metodika olmadığından açılan atəşin (atəşlərin) vaxtını və sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayağının ön hissəsində rəyin təsviri hissəsində qeyd edilən zədə vardır. Zədənin formasına, quruluşuna və.s ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmentin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 217/71 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin psioxpatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1ci maddəsinin təsir altına düşmür və onun hal hazırda tibbi xarakterli müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal hazırda öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 aprel 2022-ci il tarxili 145\2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H(İİ)-, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin ksersurəti), Ekspertizaya təqdim edilmiş C.H.Şükürova məxsus bir ədəd jaket, uzunqol sviter, bir ədəd bellik, qısaqol köynək, idman şalvarı, cins şalvar və bir ədəd pambıq tampon üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələlərdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda X4 məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halda həmçinin alfa, beta(İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar edilmir. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz mayka və cins şalvar üzərindəki ləkələrdə qan, C.H.Şükürova məxsus bir cüt kişi ayaqqabısı, bir cüt boz və göy rəngli corablar, kişi tumanı, Təqsirləndirilən şəxs məxsus uzunqol sviter, qara rəngli ayaqqabı və bir cüt kişi corabları üzərində isə qana şübhəli ləkələr aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəkər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən daxil olmuş arayışdan görünür ki, Əliyev X10 rayonu Şəkər kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində xx.xx.2006-cı ildə doğulmuş Vəfadar Əliyev bir yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu ildə doğulmuş Fərman Əliyev və xx.xx.2013-cü ildə doğulmuş Fərid Əliyev adlı iki azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş könüllü gəlib təqsirini boynuna alma haqqında 22 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2130-da Göyçay rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etiraf etmiş və cinayətin aləti olan bir ədəd qoşa lülə ov tüfəngini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci tarixdə saat 0011-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 24 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Əhlima oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 56 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Əhlima oğlunun ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.2-ci maddəsinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cavanşir Şükürovu sonuncunun ona nalayiq söyüşlər söyməsinə görə öldürdüyünü göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin mübahisə vaxtı orada olan şahidlər Şahid2 və Şahid3 da sözlə olan əhəmiyyətsiz mübahisənin artıq başa çatdığını və hər iki şəxsin sonradan birlikdə spirtli içki qəbul etdiklərini göstərmişlər. Bundan başqa Təqsirləndirilən şəxs Cavanşir Şükürovun tüfəngi onu vurmaq üçün götürdüyünü bildirsə də hadisəni törədən zaman, yəni Təqsirləndirilən şəxs Cavanşir Şükürova atəş açan zaman sonuncu həmin silahdan istifadə etməmiş, ümumiyyətlə qeyd edilən tüfəng hadisə baş verdikdən sonra Cavanşir Şükürovun avtomaşının arxa yük yerindən aşkar olunmuşdur. X8 Təqsirləndirilən şəxs ayağından bıçaqla vurmasını da hadisənin baş vermə səbəbi kimi sonuncunun buna görə qisas almaq məqsədilə C.Şükürovu qəsdən həyatdan məhrum etməsi kimi qiymətləndirmək olmaz. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Cavanşir Şükürov əlindəki bıçaqla Təqsirləndirilən şəxs ayağından bıçaqla vurub dərəcəsi təyin edilməyən xəasrət yetirdikdən sonra həmin mübahisə sona çatmış, hətta hər ikisi birlikdə oturub çay içdikdən sonra birlikdə digər restoranın açılışına getmişlər. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və onun əməlinin istintaq orqanı tərəfindən CM-in 120.2.2-ci maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin odlu silahdan istifadə etməklə törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlrının faktiki olaraq məhdudlaşdırıldığı, yəni könüllü olaraq istintaq orqanına təslim olduğu 22 fevral 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi alət olan 16 kalibrli “TOЗ БM” modelli, X2799-67 odlu silah hesab edilən yivsiz ov tüfəngi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 410,16 AZN (dörd yüz on manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunda saxlanılan 01 ədəd boz rəngli uzunqol zəncirbəndli jaket, 01 ədəd qara rəngli mayka, 01 ədəd ağ rəngli sviter, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 ədəd qara rəngli bellik, 01 ədəd qara rəngli tuman, 01 ədəd bozumtul rəngli isti alt tumanı, 02 cüt corab, 01 cüt qəhvəyi rəngli ayaqqabı və 01 ədəd “SAMSUNG Galaxy A41” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5, “Samsung” markalı düyməli idarəetməli mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd bozumtul rəngli uzunqol isti köynək, 01 ədəd qolsuz ağ rəngli mayka, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qanabənzər ləkələrdən nümunə, 1 ədəd soyuq silah hesab edilməyən təsərüffat-məişət təyinatlı turist bıçağı, 02 ədəd giliz, metal qırıntı(qırma) ümumilikdə 23 ədəd, 02 ədəd patron tıxacı məhv edilməli, odlu silah hesab edilməyən “Hatsan 125” modelli, 4.5 mm kalibrli pnevmatik tüfəng saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 410,16 AZN (dörd yüz on manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunda saxlanılan 01 ədəd boz rəngli uzunqol zəncirbəndli jaket, 01 ədəd qara rəngli mayka, 01 ədəd ağ rəngli sviter, 01 ədəd bel hissəsində kəmər olan göy rəngli cins şalvar, 01 ədəd qara rəngli bellik, 01 ədəd qara rəngli tuman, 01 ədəd bozumtul rəngli isti alt tumanı, 02 cüt corab, 01 cüt qəhvəyi rəngli ayaqqabı və 01 ədəd “SAMSUNG Galaxy A41” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5, “Samsung” markalı düyməli idarəetməli mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd bozumtul rəngli uzunqol isti köynək, 01 ədəd qolsuz ağ rəngli mayka, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli ayaqqabı və hadisə yerinə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qanabənzər ləkələrdən nümunə, 1 ədəd soyuq silah hesab edilməyən təsərüffat-məişət təyinatlı turist bıçağı, 02 ədəd giliz, metal qırıntı(qırma) ümumilikdə 23 ədəd, 02 ədəd patron tıxacı məhv edilsin, odlu silah hesab edilməyən “Hatsan 125” modelli, 4.5 mm kalibrli pnevmatik tüfəng saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi alət olan 16 kalibrli “TOЗ БM” modelli, X2799-67 odlu silah hesab edilən yivsiz ov tüfəngi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar