Məhkəmə qərarları › İş №1(091)-146/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-146/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-146/2023 05.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 31 oktyabr 2022-ci il tarixdə saat 20:28-də ayıq vəziyyətdə idarə etdiyi «Ford Transit» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində X9 yaxınlığındakı asfalt yolda Mingəçevir şəhəri, X18 istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən, velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi ilə həyata keçirildiyi halda, həmçinin qeyd olunan Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib sürücülük vəsiqəsi olmadan, hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində onun hərəkət istiqamətində yolu sağdan sola keçmək istəyən piyada X3 vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Əflatun Məhərrəmova dərəcələrinə görə ümumilikdə sağlam şəxslər üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi olan qapalı kəllə-beyin travması, baş-beyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sol gicgah sümüyünün və kəllə əsasının xətti sınıqları, bədənin çoxsaylı sıyrıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində üçüncü hərəkət zolağı ilə hərəkət edən zaman ikinci hərəkət zolağında avtomobillər olduğu, hava qaranlıq olduğu və səkiyə tərəf deyil, önünə tərəf baxdığı üçün piyadanın yola daxil olduğu anı görə bilməmişdir. İdarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman hərəkət istiqaməti üçün əvvəlcə qırmızı işıq yanmış və bu zaman ikinci hərəkət zolağında olan avtomobillərin sürücülərinin hərəkəti dayandırdıqlarını görmüşdür. Lakin işıqfora çatmağa az qalmış isə həm onun idarə etdiyi, həm də ikinci hərəkət zolağında olan avtomobillərin hərəkət istiqaməti üçün işıqforun yaşıl işığı yanmış, buna baxmayaraq, ikinci hərəkət zolağında olan avtomobillər hərəkəti davam etdirməmişlər. Həmin vaxt o, ikinci hərəkət zolağında olan avtomobillərin sürücülərinin hansı səbəbdən hərəkəti dayandırdıqlarından məlumatı olmamış və avtomobili idarə etməkdə davam etmişdir. Piyadanı ikinci hərəkət zolağında olan avtomobilin tinindən çıxandan sonra gördüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 28 mart 2023-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində əmisi Şahid1 məxsus olan və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən 60 km/saat sürətlə Mingəçevir şəhəri, H.Əliyev prospektində ikinci hərəkət zolağı ilə hərəkət edən zaman X9 yaxınlığında yerləşən işıqfora daxil olanda işıqforun yaşıl işığı yanmasına baxmayaraq, birinci və ikinci hərəkət zolaqlarında olan avtomobillərin dayandığını görmüş və işıqforun yaşıl işığında hərəkətini davam etdirmək üçün üçüncü hərəkət zolağına çıxmışdır. Həmin vaxt dayanmış digər avtomobillərin qarşısından qəflətən onun hərəkət istiqamətindən yolu sağdan sola qaçaraq keçməyə çalışan bir nəfər şəxsi görə bilməmiş, sonradan piyadanı gördüyü an aralarında təxminən 1-2 metr məsafə olmuş, səs siqnal versə də avtomobilin əyləcini sıxa bilməmiş, nəticədə idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə qeyd olunan şəxsi vurmuşdur. Zərbənin təsirindən piyada yerə yıxılmış və o, dərhal avtomobili yolun sağ kənarında saxlayıb avtomobildən düşərək həmin şəxsin yıxıldığı yerə yaxınlaşmışdır. Bir qədər sonra X17 avtomobili oraya gələrək piyadanı xəstəxanaya aparmış, lakin aparılmış tibbi müdaxilələrə baxmayaraq həmin şəxsin ölməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 31 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində hadisə baş verməmişdən əvvəl əmisi Şahid1 məxsus olan və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində təxminən 40-50 km/saat sürətlə hərəkət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Əflatun Məhərrəmov onun oğludur. 31 oktyabr 2022-ci il tarixdə saat 24 radələrində qonşuları onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək dərhal Mingəçevir şəhərinə gəlməsini xahiş etmişlər və o, hər hansı bədbəxt hadisənin baş verdiyini ehtimal edərək dərhal həmin tarixdə Mingəçevir şəhərinə gəlmişdir. Bu zaman isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində oğlu Əflatun Məhərrəmovun vəfat etməsi ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün qardaşının oğlu Təqsirləndirilən şəxs vermiş və sonuncu evi tərk etdikdən təxminən 15-20 dəqiqə sonra onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək idarə etdiyi avtomobil ilə X9 yaxınlığında bir nəfər piyadanı vurduğunu demişdir. O da dərhal hadisənin baş verdiyi yerə getmiş və bu zaman xəsarət alan piyadanın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılması, sonradan isə vəfat etməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis X15 Polisi Bölməsinin axtarış üzrə inspektoru vəzifəsində xidmət edir. 31 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində inspektor Şahid3 Samit oğlu ilə birlikdə xidmətdə olarkən Mingəçevir ŞPŞ-nin növbətçi hissəsindən Mingəçevir şəhəri, H.Əliyev prospektində, X9 yaxınlığında asfalt örtüklü yolda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər. Oraya çatdıqda sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində hərəkət edən zaman X9 yaxınlığında yolu sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək istəyən piyada X3 vurması, sonuncunun xəsarətlər alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılmasına baxmayaraq, vəfat etməsi ona məlum olmuşdur. Daha sonra sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol və sxem tərtib olunmuşdur. Sonradan sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Mingəçevir Şəhər Rayonlararası Narkoloji dispanserində müayinədən keçmiş və ayıq vəziyyətdə olması aşkar olunmuş, həmçinin sonuncunun yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin olmaması müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Samit oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid2 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, onun qarşısında videogörüntü əsasında iki sual qoyulmuşdur. Birinci sual piyadanın yolun hərəkət hissəsinə çıxdığı andan vurulan ana qədər keçən müddətin müəyyən edilməsi ilə bağlı olmuş və “Kinovea” proqramı vasitəsi ilə piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan toqquşma anına qədər keçən müddətin 03 saniyə olması müəyyən olunmuşdur. İkinci sual isə nəqliyyət vasitəsinin hərəkət sürətinin müəyyən olunması ilə bağlı olmuş, nəqliyyat vasitəsi yazma qurğusundan kifayət qədər uzaqda olduğundan və nəqliyyat vasitənin ön işığı nəqliyyat vasitəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan vermədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Piyadanın yolun hərəkət hissəsinə daxil olduğu vaxtdan toqquşma anına qədər olan vaxtı hesablamış və videogörüntüdə zərərçəkmiş şəxsin dirəyin arxasından çıxdığı an yolun hərəkət hissəsinə daxil olduğu an kimi götürülmüşdür. Piyadanın hansı andan sürücünün görünüş dairəsinə düşməsini tədqiq etmək video-texniki ekspertizanın araşdırma predmetinə aid olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisənin baş vermə mexanizminə əsasən yolu sağdan sola keçən piyadanın “Ford Transit” markalı avtomobil ilə vurulması və təqdim edilmiş məlumatlar əsasında sürücü üçün təhlükə yaranan andan, yəni piyadanın yolun hərəkət hissəsinə daxil olan vaxtdan toqquşma anına qədər olan vaxt video-texniki ekspertiza nəticəsində müəyyən edilmişdir. Həmin vaxt ərzində avtomobilin digər parametrləri, yəni hərəkət parametrləri və texniki göstəriciləri nəzərə alınmaqla əvvəlcə piyadanın yolu keçmək istədiyi andan toqquşma anına kimi olan məsafə, daha sonra həmin məsafədə hərəkət sürətinə uyğun dayanma yolu, ardınca isə dayanma yolu ilə həmin məsafə müəyyən olunmuş və sürücünün hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlinmişdir. Tədqiqat aparılarkən ona verilən parametrlər əsasında rəy vermiş və həmin parametrlər üzrə hadisəni törədən avtomobilin qarşısında maneənin olub-olmamasını nəzərə almamışdır. Tədqiqat apararkən yaranan təhlükənin real hadisənin mexanizminə uyğun olubolmamasını müəyyən etmiş və obyektin sürücünün görüş dairəsinə düşüb-düşməməsini müəyyən etmək müxtəlif hallardan asılı olmuşdur. Video-texniki ekspertiza nəticəsində real vaxt əldə olunduqdan sonra o da həmin məlumat əsasında tədqiqat aparmışdır. İbtidai istintaq zamanı istintaq orqanı tərəfindən sürücünün qarşısında iki avtomobilin dayanmasına baxmayaraq, piyadanın yolun sağ istiqamətindən sol istiqamətinə keçməsi anı sürücü üçün təhlükə anının olması qənaətinə gəlinmiş və o da tədqiqatı həmin istiqamətdə aparmışdır. Hadisə yerində avtomobilin qarşısında hər hansı predmetin dayanmasından asılı olmayaraq, o, ancaq təqdim edilmiş parametrlər əsasında tədqiqat aparmışdır. Videogörüntüyə görə obyektin sürücünün görüş dairəsinə düşüb-düşməməsini müəyyən etmək çox çətin məsələ olmuş və təhlükə anı ilə bağlı olan məsələni yolnəqliyyat ekspertizasının metodikası ilə müəyyən etmişdir. Tədqiqat apararkən piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan sürücünün həmin şəxsi görməli olduğunu qəbul etmiş və həmin fakt əsasında sürücünün hadisənin qarşısını almaq imkanına malik olduğunu hesab etmişdir. Ona təqdim edilmiş məlumatlarda sürücünün gördüyü andan yox, görə biləcəyi andan hesablama aparılmış və sürücü üçün təhlükənin piyadanın yolun sağ hissəsindən sol hissəsinə keçdiyi andan başlaması qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:55-də “Mingəçevir Şəhər Xəstəxanası” publik hüquqi şəxsin Acil şöbəsindən Mingəçevir Şəhər Polis Şöbəsinə Mingəçevir şəhəri, X18, 4-cü küçədə yaşayan X2 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bötün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 31 oktyabr 2022-ci il tarixli 916 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Mingəçevir şəhəri, H.Əliyev prospektində X9 yaxınlığında baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə avtomobilin hərəkəti istiqamətində yolu sağdan sola keçmək istəyən piyada X3 vurmuşdur. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, quru və düzdür. Hadisə yerində yolun eni 20 metr, hərəkət hissəsinin eni 8,5 metr, hərəkət zolaqlarının sayı isə 3 olmuşdur. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat oxunu ayırmaq üçün uzununa düz nişanlanma xətti vardır. Yol sağdan və soldan işıqlandırıcı dirəklər vasitəsilə işıqlandırılır. Hərəkət işıqfor vasitəsilə nizamlanır. Piyadanın vurulma nöqtəsindən yolun sol kənarına qədər məsafə 7,2 metr, əks istiqamətli nəqliyyat axınlarını ayıran xəttə qədər məsafə 1,3 metr, yolun sol kənarında olan işıqfora qədər məsafə 9,8 metrdir. Piyada vurulma nöqtəsindən son vəziyyətinə qədər 4 metr sürüklənmişdir. Piyada hadisə baş verməmişdən əvvəl “Ford Transit” markalı avtomobilin hərəkəti istiqamətində yolu sağdan sola istiqamətdə hərəkət etmişdir. Piyadanın vurulması zamanı «Ford Transit» markalı avtomobilin ön təkərindən yolun sol kənarına olan məsafə 7,3 metr, həmin təkərdən yolun sol kənarında olan işıq dirəyinə qədər olan məsafə 7,7 metr, avtomobilin sağ qabaq təkərindən yolun sağ kənarına qədər olan məsafə 11,8 metrdir. Yolda tormoz izləri yoxdur. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 meyitində meyit ləkələri bədənin arxa və yan səthlərində yaxşı inkişaf etmişdir, meyit qıcolması müayinə olunan bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir, sağ əlinin səthində, sol bilək oynağında, döş qəfəsinin sol yuxarı ön səthində qansızmalı sıyrıqlar, sağ ayağının arxa səthində, sağ diz oynağının ön səthində, sol içəri topuğunun ön hissəsində və sağ baldırın aşağı içəri hissəsində çoxsaylı sıyrıqlar vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:28-də Mingəçevir Şəhəri, H.Əliyev prospektində, X9 yaxınlığında hərəkətdə olan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu bir tərəfdən digər tərəfə qaçaraq keçən piyadanı vurması aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 31 oktyabr 2022-ci il tarixdə saat 20:28 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhərinin mərkəzindən H.Əliyev prospekti ilə şəhərin X18 istiqamətində üçüncü hərəkət zolağı ilə hərəkətdə olmuş, həmin vaxt ikinci hərəkət zolağında bir-birinin ardınca hərəkət edən iki nəqliyyat vasitəsi olmuş, işıqforun yaşıl işığı yanmasına baxmayaraq, Əflatun Məhərrəmov sürücünün hərəkəti istiqamətində yolu hərəkətin svetoforla nizamlandığı piyada keçidi ilə sağdan sola keçməyə çalışmış, bu zaman ikinci hərəkət zolağında bir-birinin ardınca hərəkət edən iki nəqliyyat vasitəsi dayanmış, üçüncü hərəkət zolağı ilə arxa tərəfdən hərəkət edən Ramin Hüseynli isə hərəkətə davam edərək Əflatun Məhərrəmovu idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vurmuş, nəticədə zərbənin təsirindən Əflatun Məhərrəmov yerə yıxılmış və həmin vəziyyətdə qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Mingəçevir Şəhər Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 02 noyabr 2022-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, X6 31 oktyabr 2022-ci il tarixdə saat 23:08-də X7 Stansiyasına “həkimə qədər ölüm” diaqnozu ilə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən xx xxxxxxxx 2004cü il tarixdə doğulmuş Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 noyabr 2022-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “qapalı kəllə-beyin travması, başbeyinin gicgah paylarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin qanaxması, sol gicgah sümüyünün və kəllə əsasının xətti sınıqları, bədənin çoxsaylı sıyrıqları” diaqnozu ilə, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 31 oktyabr 2022-ci il tarixdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkətdə olan piyadanı vurması zamanı əmələ gələ bilən, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə, yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır və onun ölümünə səbəb travmatik beyindaxili qanaxma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3437 nömrəli rəyindən görünür ki, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qoyulmuş tormoz izinə uyğun müəyyən edilir. Lakin hadisə yerində “Ford Transit” markalı avtomobildən tormoz izi qalmadığından mövcud ekspertiza yolu ilə “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 263.2-ci maddəsindən CM-in 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 fevral 2023-cü il tarixli 8/89-4/15 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD- R diskə yazılmış “ynh olumle” adlı videoyazıdakı görüntülərə görə piyada yolun hərəkət hissəsinə çıxaraq “Ford Transit” markalı avtomobil tərəfindən vurulana kimi keçən müddət t = 3 saniyə təşkil edir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “ynh olumle” adlı videyazının qeydə alındığı yazı qurğusunun proqram təminatının və qurğunun ayırdetmə qabiliyyətinin hadisənin baş verdiyi ərazidəki görüntülərin kifayət qədər aydınlaşdırılmasına, eləcə də “Ford Transit” markalı avtomobilin ön işıqlarının kamera istiqamətində işıqlandırılması avtomobilin və hesablama cisimlərinin konturlarının aydın görünməsinə imkan vermədiyindən video yazıdakı görüntülərə görə avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 mart 2023-cü il tarixli 8/675-4/376 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD- R diskə yazılmış “ynh olumle” adlı videoyazıdakı görüntülərə görə piyada yolun hərəkət hissəsinə çıxaraq “Ford Transit” markalı avtomobil tərəfindən vurulana kimi keçən müddət t = 3 saniyə təşkil edir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “ynh olumle” adlı videyazının qeydə alındığı yazı qurğusunun proqram təminatının və qurğunun ayırdetmə qabiliyyətinin hadisənin baş verdiyi ərazidəki görüntülərin kifayət qədər aydınlaşdırılmasına, eləcə də “Ford Transit” markalı avtomobilin ön işıqlarının kamera istiqamətində işıqlandırılması avtomobilin və hesablama cisimlərinin konturlarının aydın görünməsinə imkan vermədiyindən video yazıdakı görüntülərə görə avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin qaçıb gizləndiyi üçün ona həmin tarixdə qeyd olunan maddə ilə ittiham elan edilməsi mümkün olmamış və barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışda olan şəxsin tutulması haqqında 28 mart 2023-cü il tarixli protrokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı, 815199 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1dur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 185 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Hüseynli X5 şəhəri, C.Əliyev küçəsi, ev 9A ünvanında yaşayır və yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2023-cü il tarixli 8/2195- 4/1239 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “ynh olumle” adlı videoyazıdakı görüntülərə görə piyada öz hərəkət trayektoriyası üzrə 1-ci hərəkət zolağında solunda dayanmış sedan tipli avtomobilin qarşısından keçdiyi andan “Ford Transit” markalı avtomobil tərəfindən vurulmasına kimi t = 2,20 saniyə, 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı avtomobillə vurulmasına kimi isə t = 0,65 saniyə vaxt keçmişdir. Piyada 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı avtomobillə vurulmasına kimi S = 2,5 metr məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilənlərə əsasən, yəni piyadanın 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu ana qədər keçən vaxt vaxt ərzində, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən qərarda göstərilənlərə əsasən, yəni piyadanın öz hərəkət trayektoriyası üzrə 1-ci hərəkət zolağında solunda dayanmış sedan tipli avtomobilin qarşısından keçdiyi andan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu ana qədər keçən vaxt vaxt ərzində, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindəndir. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işi üzrə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham əsaslı olmadığından və onun əməlində cinayət tərkibi olmadığından, ona CM-in 263-1.3-cü maddəsi ilə bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən sübutların siyahısında yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli protokol, ona əlavə olunmuş sxem və fotoşəkillər, baxış keçirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli protokol, yol-nəqliyyat hadisəsi baş verən zaman videomüşahidə kamareları vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli protokol, habelə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3437 nömrəli, 03 fevral 2023-cü il tarixli 8/89-4/15 nömrəli və 15 mart 2023-cü il tarixli 8/675-4/376 nömrəli rəyləri, cinayət işi üzrə əldə olunan və cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının rəyi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ayrı-ayrılıqda verdikləri ifadələr çıxış etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə ayrı-ayrılıqda qiymət verərkən ilk növbədə hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, ona əlavə olunmuş hadisə yerinin sxemini və protokola əlavə olunmuş fotoşəkilləri, habelə yol-nəqliyyat hadisəsi baş verən zaman videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokolu araşdırır və qeyd etməyi zəruri sayır ki, hər hansı yol-nəqliyyat hadisəsi barədə ilkin təsəvvür yaradan, həmçinin də cinayət işinin gedişatında sonradan əsas hüquqi sənədə və sübut növünə çevrilən, sonradan bütün ittihamın onun üzərində qurulmasına zəmin yaradan prosessual sənəd hadisə yerinə baxış keçirilməsi haqqında protokol, onun əsasında tərtib olunan yolnəqliyyat hadisəsinin sxemi, habelə yol-nəqliyyat hadisəsi baş verən zaman videomüşahidə kamareları vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokoldur. Məhkəmə kollegiyası qeyd olunan sənədləri təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirlilik məsələsi həll olunan zaman təhlükə anı kimi məhz zərərçəkmiş şəxsin avtomobil yoluna daxil olduğu an qəbul edilmiş, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunması haqqında qərarlarda da məhz qeyd olunanlar əsas kimi götürülmüş və buna müvafiq olaraq da məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3437 nömrəli rəyində “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd olunmuş, habelə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 fevral 2023-cü il tarixli 8/89-4/15 nömrəli və 15 mart 2023-cü il tarixli 8/675-4/376 nömrəli rəylərində isə piyadanın yolun hərəkət hissəsinə çıxaraq “Ford Transit” markalı avtomobil tərəfindən vurulana kimi keçən müddətin 03 saniyə təşkil etməsi, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması göstərilmişdir. Məhkəmə şəxsin təqsirlilik məsələsini həll edən zaman ilk növbədə təhlükə anının aydınlaşdırılmasını zəruri sayır. Elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətini tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra - Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol-hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 33-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı-hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 6-cı maddənin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifəsidir. Həmin Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən yol hərəkəti qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmaq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq yol hərəkəti iştirakçılarının əsas vəzifələridir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etmək mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifəsidir. Həmin Qanunun 50-ci maddəsinin İ hisəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddənin İİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Həmin Qanunun 59-cu maddəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Svetoforun dairəvi formalı yaşıl rəngli işığının yanması hərəkətə icazə verir, qırmızı rəngli işığının yanması və ya yanıbsönməsi isə hərəkəti qadağan edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla yol-nəqliyyat hadisəsi baş verən zaman videomüşahidə kamareları vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü diski və həmin diskə baxış keçirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli protokolu qeyd olunan Qanunun tələbləri baxımından ətraflı və əlaqəli şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, videomüşahidə kamareları vasitəsilə qeydə alınmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhərinin mərkəzindən H.Əliyev prospekti ilə şəhərin X18 istiqamətində üçüncü hərəkət zolağı ilə hərəkətdə olmuş, həmin vaxt ikinci hərəkət zolağında bir-birinin ardınca hərəkət edən iki nəqliyyat vasitəsi olmuş, işıqforun yaşıl işığı yanmasına baxmayaraq, Əflatun Məhərrəmov sürücünün hərəkəti istiqamətində yolu hərəkətin svetoforla nizamlandığı piyada keçidi ilə sağdan sola keçməyə çalışmış, bu zaman ikinci hərəkət zolağında bir-birinin ardınca hərəkət edən iki nəqliyyat vasitəsi dayanmış, üçüncü hərəkət zolağı ilə arxa tərəfdən hərəkət edən Təqsirləndirilən şəxs isə hərəkətə davam edərək Əflatun Məhərrəmovu idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vurmuş, nəticədə zərbənin təsirindən Əflatun Məhərrəmov yerə yıxılmışdır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anının piyadanın hərəkət hissəsinə daxil olduğu andan yox, piyadanın Təqsirləndirilən şəxs sağında dayanmış avtomobillərin qarşısından keçib qurtardığı və bu nöqtədən təqsirləndirilən şəxsin görünüş dairəsinə düşdüyü andan hesablanmalı olduğunu qənaətinə gəlmişdir. Qeyd olunanlar əsas götürülməklə məhkəmə tərəfindən əlavə kompleks videotexniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmiş və 14 avqust 2023-cü il tarixli 8/2195-4/1239 nömrəli rəy alınmışdır. Həmin rəydən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskə yazılmış “ynh olumle” adlı videoyazıdakı görüntülərə görə piyada öz hərəkət trayektoriyası üzrə 1-ci hərəkət zolağında solunda dayanmış sedan tipli avtomobilin qarşısından keçdiyi andan “Ford Transit” markalı avtomobil tərəfindən vurulmasına kimi t = 2,20 saniyə, 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı avtomobillə vurulmasına kimi isə t = 0,65 saniyə vaxt keçmişdir. Piyada 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı avtomobillə vurulmasına kimi S = 2,5 metr məsafə qət etmişdir. Məhkəmə tərəfindən qərarda göstərilənlərə əsasən, yəni piyadanın 2-ci hərəkət zolağında dayanmış sedan tipli avtomobilin tin hissəsindən iti sürətli qaçışla çıxdığı andan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu ana qədər keçən vaxt vaxt ərzində, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən qərarda göstərilənlərə əsasən, yəni piyadanın öz hərəkət trayektoriyası üzrə 1-ci hərəkət zolağında solunda dayanmış sedan tipli avtomobilin qarşısından keçdiyi andan “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulduğu ana qədər keçən vaxt vaxt ərzində, “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini müəyyən olunmuş, saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumata əsasən “Paranoid şizofreniya” diaqnozu ilə İİ dərəcə əlilliyi olan şəxs olan X6 avtomobillərin hərəkəti üçün işıqforun yaşıl işığının yanmasından sonra piyada keçidinə daxil olub hərəkət edərək, qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxdığından, sonuncu hərəkət üçün təhlükənin yarandığını görə bilməmiş və görə bilmək imkanına malik olmamış, qeyd olunan səbəbdən hadisənin qarşısını almağa texniki imkanı olmamış, nəticədə həmin yol-nəqliyyat hadisəsi baş vermişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, həmin Qanunun 54-cü maddəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 54-cü maddəsinin “əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər” müddəası məhz nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmayan piyada keçidi ilə hərəkət qaydalarını tənzimləyir. Hazırki halda hadisə baş verən zaman Əflatun Məhərrəmovun hərəkət etdiyi qeyd olunan piyada keçidi svetoforla nizamlanan piyada keçidi olduğundan həmin müddəa hazırki işə tətbiq oluna bilməz və bu səbəbdən qeyd olunan vaxt ikinci hərəkət zolağında olan avtomobillərin dayanmasına görə üçüncü hərəkət zolağında hərəkətdə olan Təqsirləndirilən şəxs də yalnız qonşu zolaqda dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirməli olduğu kimi qəbul oluna bilməz. Bu hissədə məhkəmə qeyd olunan Qanunun 54-cü maddəsinin “nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar” müddəası ilə bağlı qeyd edir ki, həmin müddəa piyadanın hərəkət hissəsinə daxil olmasından sonra, hərəkət hissəsində olduğu anda avtomobillərin hərəkəti üçün svetoforun icazə siqnalının yandığı halı tənzimləyir. Videogörüntüdən də göründüyü kimi piyada Əflatun Məhərrəmov məhz avtomobillərin hərəkəti üçün icazə siqnalı yandıqdan sonra piyada keçidinə daxil olmuşdur. Yuxarıda göstərilənləri təkrar edərək məhkəmə bir daha qeyd edir ki, X6 avtomobillərin hərəkəti üçün işıqforun yaşıl işığının yanmasından sonra piyada keçidinə daxil olub hərəkət etdiyindən və həmin vaxt ikinci hərəkət zolağında olan avtomobillər qeyd olunan yerə yaxın məsafədə olduqları üçün Əflatun Məhərrəmovun yola daxil olmasını gördüklərindən avtomobilləri dayandırmışlar, qeyd olunan vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Əflatun Məhərrəmovun yola daxil olduğu yerə yaxın məsafədə olmadığından, Əflatun Məhərrəmov qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxdığından, Təqsirləndirilən şəxs hərəkət üçün təhlükənin yarandığını görə bilməmiş və görə bilmək imkanına malik olmamış, qeyd olunan səbəbdən hadisənin qarşısını almağa texniki imkanı olmamış, nəticədə həmin yolnəqliyyat hadisəsi baş vermişdir. Göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirlilik məsələsi həll olunan zaman təhlükə anı kimi məhz zərərçəkmiş şəxsin avtomobil yoluna daxil olduğu an qəbul edildiyindən, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin olunması haqqında qərarlarda da məhz qeyd olunanlar əsas kimi götürüldüyündən və buna müvafiq olaraq da məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3437 nömrəli, 03 fevral 2023-cü il tarixli 8/89- 4/15 nömrəli və 15 mart 2023-cü il tarixli 8/675-4/376 nömrəli rəylərində “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qeyd olunduğundan, lakin məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anının piyadanın hərəkət hissəsinə daxil olduğu andan yox, piyadanın Təqsirləndirilən şəxs sağında dayanmış avtomobillərin qarşısından keçib qurtardığı və bu nöqtədən təqsirləndirilən şəxsin görünüş dairəsinə düşdüyü andan hesablanmalı olduğu qənaətinə gəlindiyindən, əlavə kompleks video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunması haqqında qərarda da məhz qeyd olunanlar əsas kimi götürüldüyündən və buna müvafiq olaraq da məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2023-cü il tarixli 8/2195-4/1239 nömrəli rəyində “Ford Transit” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması göstərildiyindən məhkəmə məhz məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2023-cü il tarixli 8/2195- 4/1239 nömrəli rəyini əsas sübut növü kimi qəbul edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan bütün sübutlara məcmu halında qiymət verərək məhkəmə istintaqı zamanı müəyyən olunan hallara əsasən əldə olunan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2023-cü il tarixli 8/2195-4/1239 nömrəli rəyində göstərilənləri əsas götürərək Təqsirləndirilən şəxs baş verən hadisədə təqsirinin olmadığı, onun həmin şəraitdə hadisənin qarşısını almağa texniki imkanının olmadığı qənaətinə gəlir və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından hesab edir ki, ona qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən itiham əsassız olmuşdur və ona CM-nin 263-1.3-cü maddəsi ilə bəraət verilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona CM-in 263.1-3-cü maddəsi ilə bəraət verilməli, həmçinin barəsində bəraət hökmünün çıxarılması ilə bağlı nəticəyə gəlindiyindən, onun CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan «Ford Transit» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 685 (altı yüz səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 685 (altı yüz səksən beş) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan «Ford Transit» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 685 (altı yüz səksən beş) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar