Məhkəmə qərarları › İş №1(091)-146/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-146/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-146/2024 21.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X22, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin hüquqi varisi: X7 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X6 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 21 radələrində öz yaşadığı evdə qonşusu X20 və bacısı oğlu Şahid3 ilə spirtli içki qəbul etdikdən sonra qonşusu Zərərçəkmiş şəxs zəng edərək onunla görüşmək istədiyini və sonuncuya yaşadığı evin qarşısına çıxmasını bildirib evi tərk edərək orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən Ağdaş şəhəri, Şeyx Şamil küçəsinə gedib orada digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək onun sifət nahiyəsindən yumruqla vuraraq ona sağ gicgah nahiyəsinin şişkinliyi (dərialtı hematoması) kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, 06 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra öz yaşadığı evə qayıdaraq ona məxsus pul və bank kartını evdə tapmayıb pul və bank kartının qonşusu Araz Hacıyev tərəfindən oğurlanması qənaətinə gələrək 06 dekabr 2023-cü il tarixdə saat 2350 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində qonşusu Araz Hacıyevin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedib sonuncuya ona məxsus bank kartı və pul vəsaitini götürməsini bildirdikdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə Araz Hacıyevi qəsdən öldürmək qərarına gəlmiş və həmin niyyətlə sonuncunun yaşadığı evin qonaq otağında masanın üzərində olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək bıçaqla Araz Hacıyevə bir neçə dəfə zərbə vurduqdan sonra bıçağın tiyəsi qırıldığından qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdırmaq məqsədi ilə həmin masanın üzərində olan məişət təyinatlı qayçı və küt alətlərlə həyatdan məhrumetmə ərəfəsində əzab və xüsusi ağrılar verərək qəsdən Araz Hacıyevin bədəninin müxtəlif nahiyələrinə müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə çoxsaylı xəsarətlər yetirməklə ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin arxa səthinin sağ kürək xətti üzrə Vİİİ-İX qabırğaarası nahiyəsinin döş boşluğuna keçən, sağ ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan 1 ədəd yarası, sağ bel nahiyəsinin qara ciyərin zədələnməsi ilə müşayiət olunan daxilə keçən 2 ədəd yarası, sağ bel nahiyəsinin, sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan daxilə keçən 1 ədəd yarası, başın yumşaq qatının iç səthinə alın nahiyəsində qansızma, baş beyinin yumşaq qışasına ocaqlı qansızmalar kimi xəsarətlər, həmçinin bədən səthinin daxilə keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sağ bel nahiyəsinin 3 ədəd yarası, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 2 ədəd yarası, sağ bazu oynağının 3 ədəd yarası, onurğa sütununun döş fəqərələri proyeksiyasının 5 ədəd yarası, boynun arxa sağ nahiyəsinin 5 ədəd yarası, ənsə nahiyəsinin 2 ədəd yarası, üzün sağ nahiyəsinin 1 ədəd yarası, ənsə təpə nahiyəsinin 2 ədəd yarası, təpə nahiyəsinin 1 ədəd yarası, sağ gicgah-təpə nahiyəsinin 2 ədəd yarası, sağ qulaq seyvanının önünüdə 1 ədəd yarası, sol təpə nahiyəsinin 1 ədəd yarası, sol gicgah nahiyəsinin 1 ədəd yarası, boynun sol nahiyəsinin 2 ədəd yarası, sol körpücük nahiyəsinin 2 ədəd yarası, qarının epiqastral nahiyəsinin 1 ədəd yarası kimi ümumilikdə 39 xəsarət yetirərək kəskin daxili və xarici qanitirmədən ölümünə səbəb olmaqla sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni, X14 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.4 və 221.1-ci maddələri ilə elan edilmiş itthamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə günorta saatlarında bacısı oğlu Şahid3 zəng edərək yeyib-içmək məqsədilə sonuncunu yaşadığı ünvana dəvət etmiş, saat 14 radələrində Şahid3 onun yaşadığı ünvana gəldikdən sonra onlar birlikdə Fərhadın idarə etdiyi minik avtomobili ilə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Birinci” marketə gedərək bazarlıq edib ərzaq və spirtli içki olan “Banketnaya” markalı araq aldıqdan sonra yaşadığı ünvana qayıtmışlar. Şahid3 onu evin qarşısında avtomobildən düşürdüb “Səma” şadlıq sarayında keçirilən yas mərasimində iştirak edib tez bir zamanda qayıdacağını bildirmiş, bundan sonra aldığı ərzaqları evə aparıb yemək hazırlamışdır. Təxminən 2-3 saat sonra Fərhad yaşadığı ünvana gəlmiş, Fərhadla birlikdə evin ikinci mərtəbəsində yerləşən mətbəx otağında oturub yeyib-içmişlər. Saat 19 radələrində qonşuluqda yaşayan Araz Hacıyev də onlarla gələrək yeyib-içməyə davam etmiş, bacısı oğlu Fərhad və qonşusu Arazla birlikdə “Banketnaya” markalı spirtli içki olan arağı içib qurtardıqdan sonra onlara ikinci arağı da içməyi təklif etmişdir. İkinci arağı da içdikdən sonra artıq sərxoş vəziyyətdə olmuş, Şahid3 onun istifadəsində olan “Redmi” markalı mobil telefonla kontaktında olan Yusif adlı şəxsə zəng edib telefonu ona verməsini xahiş etmişdir. Şahid3 onun xahişi ilə mobil telefonun kontaktında olan Yusif adlı şəxsə zəng edərək telefonu ona vermiş, kontaktında bir neçə Yusif adlı şəxs olduğundan Fərhad səhvən qonşuluqda yaşayan Yusif adlı şəxsə zəng etmişdir. Həmin vaxt Yusif adlı şəxslə telefon danışığı zamanı nə haqda danışdıqlarını xatırlamamış, bundan sonra Fərhaddan kontaktında adı “Baba Yusif” kimi qeyd olunmuş şəxsə zəng etməsini xahiş etmişdir. Şahid3 telefonun kontaktında olan adı “Baba Yusif” kimi qeyd olunan Yusif adlı şəxsə zəng edərək telefonu ona vermiş, telefon danışığı zamanı “Baba Yusifdən” harada olduğunu soruşub onunla görüşmək istədiyini demişdir. “Baba Yusif” ona evdə olduğunu bildirdikdən sonra Şahid3la Araz Hacıyevi evdə qoyub Yusiflə görüşmək üçün evdən çıxıb küçə ilə hərəkət etməyə başlamış, bu zaman ilk dəfə zəng etdiyi Yusif adlı qonşusu ilə qarşılaşmışdır. Həmin vaxt Yusiflə onun arasında mübahisə baş verərək mübahisə zamanı xatırlamadığı şəraitdə burun, qaş və sağ əlin üst nahiyəsində xəsarətlər alaraq yaşadığı evə qayıtmış, evə qayıtdıqdan sonra Şahid3 onun üz nahiyəsində xəsarətləri görüb nə baş verdiyini soruşmuşdur. Fərhada Yusiflə mübahisə edib sonuncu ilə dalaşdığını bildirmiş, bundan sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu RPŞ-yə dəvət etmişlər. Ağdaş RPŞ-nin PPXB-nin xidməti avtomobilinə əyləşib polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nin inzibati binasına getmiş, orada izahatı alındıqdan sonra polis şöbəsindən çıxıb Şahid3la birlikdə ona məxsus minik avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək üz nahiyəsində olan yaralara sarğı yapışdırılmış, bundan sonra Şahid3la birlikdə yaşadığı ünvana qayıtmışdır. Onlar evə gəldikdən sonra masa arxasında oturmuş, həmin vaxt Araz Hacıyev artıq öz evinə qayıtmışdır. Onlar əyləşdikdən sonra həmin gün günorta saatlarında öz ailəsinə bazarlıq etməsi üçün oğlu Ömər Rüstəmliyə verdiyi və sonuncunun bank kartından istifadə etdikdən sonra geri qaytarıb yaşadığı evin mətbəx otağında masanın üzərinə qoyduğu bank kartının və təxminən 70-80 manat məbləğdə pulların masanın üzərində olmadığını görmüşdür. Bank kartının və 70-80 manat məbləğində pulu Arazın oğurladığını, buna görə də gedib onu öldürəcəyini bildirib evdən çıxmış, həmin vaxt onun Araz Hacıyevi öldürmək məqsədi olmamışdır. Yaşadığı evin darvazasından çıxaraq Araz Hacıyevin yaşadığı ev istiqamətində hərəkət etməyə başlamış, hava qaranlıq olduğundan Araz Hacıyevin yaşadığı evin darvazasının bağlı olduğunu düşünüb hasarın üstünə çıxıb həyətə düşmüşdür. Arazı səsləməyə başlamış, bu zaman Araz Hacıyev həyətin sağ tərəfində yerləşən evdən səs edərək həmin evdə olduğunu bildirmişdir. Arazın olduğu, darvazadan təxminən 10 metr irəlidə sağ tərəfdə yerləşən birmərtəbəli evə daxil olmuş, evin qapısından içəri daxil olub ilk olaraq mətbəx kimi istifadə edilən dəhlizdən keçib Araz Hacıyevin olduğu otağa daxil olmuşdur. Həmin vaxt Araz Hacıyev otağın mərkəzində yerləşən masanın arxasında üzü divara arxası isə pəncərəyə tərəf oturub televizora baxarkən sonuncudan onun evindən oğurladığı bank kartını və 70-80 manat məbləğdə pulu geri qaytarmasını tələb etmiş, Araz Hacıyev oturduğu stuldan ayağa qalxaraq ona məxsus bank kartını götürmədiyini bildirdikdən sonra aralarında mübahisə başlamışdır. Araz Hacıyev israrla bank kartını və 70-80 manat məbləğdə pulları götürmədiyini bildirmiş, bu zaman əsəblərini cilovlaya bilməyib masanın üzərində olan mətbəx bıçağını götürüb Arazın qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə vurmuşdur. Həmin bıçaqla ikinci dəfə Arazı vurmaq istəyərkən bıçağın tiyəsi qırıldığından bıçağın tutacaq hissəsini kənara atmış, bundan sonra Araz Hacıyev qorxaraq ona məxsus bank kartını və pulları geri qaytarmışdır. Araz Hacıyevin qaytardığı bank kartını və pulları sol ayağına corabın içinə qoymuş, bundan sonra Araza pulları götürdüyünü niyə etiraf etmədiyini soruşub daha sonra masanın üzərində olan şüşə materialdan hazırlanmış qabı götürüb Arazın baş nahiyəsinə vurmuşdur. Bu zaman qab qırılaraq qırıntıları ətrafa səpələnmiş, bundan sonra Araz Hacıyevi yerə yıxaraq xatırlamadığı kəsici-deşici alətlə sonuncuya bir neçə dəfə xəsarətlər yetirmişdir. Araz Hacıyevə neçə dəfə xəsarət yetirdiyini xatırlamamış, bundan sonra otaqdan çıxaraq həyətə çıxmışdır. Həmin vaxt darvazanın açıq olduğunu görüb qapıdan çıxaraq yaşadığı evə getmiş, evdə corabından bank kartını və pulları çıxardıb Şahid3 bank kartlarını geri qaytardığını, Arazı vurduğunu bildirmişdir. Şahid3 ilkin olaraq onunla zarafat etdiyini düşünmüş, lakin Fərhad həmin vaxt Araz Hacıyevin yaşadığı evdən səs-küy gəldiyini eşidib mətbəx otağını tərk edib küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Həmin vaxt yağış yağdığından üzərində olan paltarlar islanmış, buna görə üzərində olan paltarları dəyişib yaş paltarları isə mətbəx otağında ipdən asmışdır. Bundan bir müddət sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu Ağdaş RPŞ-yə aparmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən ona məxsus ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş, telefona cavab verərəkən həmin şəxs ona “xoruldama” sözünü demişdir. Rövşənin nömrəsinin onun telefonundakı kontaktlar siyahısında olmadığına görə zəng edən şəxsin Rövşən olduğunu bilməmiş, telefon danışığı zamanı Rövşən yanında olan şəxsə “bu böyük Yusifdi” sözlərini deyərək zəngi sonlandırmışdır. Onun yaşadığı küçədə ondan başqa Şahid6 adlı şəxs də yaşadığına görə ona “böyük Yusif”, Şahid6 isə “baba Yusif” deyə müraciət etmiş, Rövşən təkrar ona zəng edərək yaşadığı evin qapısının qarşısına çıxmağını istəmişdir. Bu dəfə həmin şəxsdən kim olduğunu soruşduqda danışan şəxsin Rövşən olduğunu bildirmiş, Rövşənə evdə işinin olduğunu, çölə çıxa bilməyəcəyini bildirmişdir. Qısa müddət sonra Rövşən yenidən ona zəng edərək “bədbəxt Yusif bir qapıya çıx” sözlərini demiş, bundan sonra o, yaşadığı evin qarşısına çıxmışdır. Darvazanın qapısını açaraq küçəyə çıxıb Təqsirləndirilən şəxs ilə qonşusu Şahid6 darvazanın qarşısında işıq dirəyinin yanında durduqlarını görmüş, Rövşən onu görən kimi heç bir səbəb göstərmədən ona qarşı nalayiq ifadələr işlədərək üzərinə gəlməyə başlamışdır. Rövşənə söyüş söyməməsini dedikdə, sonuncu onun sağ alın nahiyəsinə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Rövşən onun üzərinə gəlib onu yerdə vurmaq istəyərkən müvazinətini itirib üzü üstə yerə yıxılmış, həmin vaxt Rövşən sərxoş vəziyyətdə olmuşdur. Rövşən yerə yıxıldıqdan sonra da onun ünvanına nalayiq ifadələr işlədərək onu vurmağa çalışmış, həmin vaxt qonşuluqda yaşayan Ceyhun adlı şəxs səs-küyə küçəyə çıxmışdır. Ceyhun Şahid6lə birlikdə Rövşənin qolundan tutub onu vurmasına imkan verməmiş, həmin vaxt Təqsirləndirilən şəxs uca səslə qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Ayağa qalxaraq qaçıb yaşadığı evə girib darvazanın qapısını bağlamış, bundan təxminən 10-15 dəqiqə sonra, saat 2130 radələrində Təqsirləndirilən şəxs yenidən onun yaşadığı ünvana gəlib evin darvazasını döyərək ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Qorxusundan qapını açmamış, bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qısa müddətdən sonra Ağdaş RPŞ-nin polis əməkdaşları yaşadığı ünvana gələrək onu və Təqsirləndirilən şəxs polis şöbəsinə aparmış, polis şöbəsində ərizə yazdıqdan sonra yaşadığı evə qayıtmışdır. Həmin gün bir daha Rövşəni görməmiş, daha sonra isə Təqsirləndirilən şəxs qonşusu Araz Hacıyevi öldürdüyünü eşitmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X20 onun əri olmaqla Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, əri Araz Hacıyev uzun müddət ürək çatışmazlığından əziyyət çəkməklə keçirdiyi xəstəliklə əlaqədar ambulator və stasionar qaydada müalicələr almışdır. 6 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Araza mətbəx otağında yemək verdikdən sonra işlədiyi 12 saylı uşaq bağçasına getmiş, saat 18 radələrində evə qayıtmışdır. Həmin vaxt Araz evdə olmamış, sonuncunun harada olması barədə məlumatı olmamışdır. Saat 23 radələrində Araz qayıdaraq digər evə daxil olmuş, oğlu Elcan Arazı həyətdə qarşılayıb sonuncuya çay verib daha sonra onların olduğu evə qayıdıb dərslərini hazırlamağa başlamışdır. Təxminən yarım saat sonra Elcan evdən çıxaraq həyətyani sahədə yerləşən sanitar qovşağına getdikdən qısa müddət sonra qayıdaraq həyəcanlı şəkildə qonşuları Rövşənin hasardan aşaraq həyətyanı sahəyə daxil olduğunu, daha sonra isə Arazın olduğu evə girərək sonuncu ilə mübahisə etdiyini bildirmişdir. X28 səsinə oyandıqdan sonra birlikdə zal otağının digər evə baxan pəncərəsinin qarşısında dayanıb Arazla Rövşənin mübahisəsinə qulaq asmış, həmin vaxt Rövşənin Arazın ünvanına nalayiq ifadələr işlətdiyini, Arazın isə Rövşənə “məndən əl çək” sözlərini deməsini eşitmişdir. Həmin vaxt yağan yağışın səsindən Arazla Rövşənin dəqiq hansı səbəbdən mübahisə etdiklərini eşidə bilməmiş, Rövşənin onlara da xəsarət yetirəcəyindən qorxduqları üçün oraya getməmişdir. Elcan bir neçə dəfə DİN-in 102 zəng xidmətinə müraciət edərək qonşusu Rövşənin yaşadıqları ünvana gələrək Arazla mübahisə etməsi barədə məlumat vermiş, polislərin həyətə rahat daxil olması üçün darvazanın qapısını açıq qoyub tez evə qayıtmışdır. Elcan evə qayıdaraq darvazanın qapısını açdığını və darvazanın yaxınlığında küçədə iki nəfər tanımadığı şəxsi gördüyünü, həmin şəxs ondan “sən Arazın oğlunsan?” deyə soruşduğunu, Elcan isə həmin şəxslərə atasının evdə qonşusu ilə mübahisə etdiyini bildirib daha sonra tez evə qayıtdığını, həmin şəxslərin isə Elcana heç bir söz demədiyini bildirmişdir. Pəncərənin qarşısında durub onların mübahisənin qurtarmasını və polis əməkdaşlarının gəlməyini gözləmiş, evin pəncərələri tüllə örtüldüyündən evin içərisində baş verənləri görə bilməmişdir. Rövşənin spirtli içki alüdəçisi olduğunundan onların mübahisəsinin ciddi olmadığını, Rövşənin sakitləşərək çıxıb gedəcəyini düşünmüş, bir müddət sonra Arazla Rövşənin mübahisə səsləri kəsilmişdir. Rövşən həmin vaxt evdən çıxıb üzü darvaza tərəfə hərəkət edərək evin pəncərəsinin qarşısında olarkən əlində olan əşyanı yerə atıb qaçaraq həyətdən çıxıb getmiş, lakin havanın qaranlıq olması və yağış yağması səbəbindən həmin əşyanın nə olduğunu dəqiq görə bilməmişdir. Rövşən çıxıb getdikdən təxminən 5 dəqiqə sonra polis əməkdaşları Elcana zəng edib M.Ə.Rəsulzadə küçəsi ünvanında olduqlarını və polisləri qarşılamasını bildirmiş, Şahid1 darvazadan küçəyə çıxaraq polisləri qarşılayıb evə çağırmışdır. Həmin vaxt qorxu və həyəcan keçirtdiyindən evdən çölə çıxmamış, Elcan polis əməkdaşları ilə birlikdə Arazın olduğu evə daxil olub qişqıraraq çölə çıxmışdır. Elcandan nə baş verdiyini soruşmuş, sonuncu ona heç bir söz deməmişdir. Bundan sonra polis əməkdaşları həmin evdən çıxaraq ona Arazın öldürüldüyünü bildirmiş, təxminən 5 dəqiqə sonra təcili tibbi yardım briqadası həmin ünvana gələrək Arazı müayinə edib öldüyünü təsdiqləmişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Araz Hacıyev onun atası olmaqla uzun müddət ürək çatışmazlığından əziyyət çəkmiş, keçirdiyi xəstəliklə əlaqədar ambulator və stasionar qaydada müalicələr almışdır. 06 dekabr 2023-cü il tarixdə saat 23 radələrində evə qayıdarkən atasını evin həyətində görmüş, atası evə daxil olduqdan sonra sonuncunun arxası ilə evə daxil olub atasına çay və yemək təklif etmişdir. Atası ac olmadığını, çay içəcəyini bildirib otaqda olan termosdan çay süzüb divanda əyləşib televizora baxmağa başlamış, sonra ona mətbəx otağında olan “Go” spirtli içkisini gətirməsini xahiş etmişdir. Spirtli içkini atasına verib otaqdan çıxaraq digər evə gedib dərslərini hazırlamağa başlamış, həmin vaxt bacısı Şahid2 evdə yataq otağında yatmaqla anası Pərvanə həmin otaqda telefonla oynamışdır. Təxminən 30-40 dəqiqə sonra evdən çıxıb həyətyani sahənin darvazası istiqamətində yerləşən sanitar qovşağına getmiş, sanitar qovşağının qapısını açarkən qonşusu Rövşənin hasardan aşaraq atasının olduğu ev istiqamətində hərəkət etdiyini görmüşdür. Rövşəni səsləyib sonuncudan nə istədiyini soruşmuş, Rövşən ona cavab vermədən Arazın olduğu evə daxil olmuşdur. Rövşən evə daxil olduqdan sonra atası Arazla söhbət etməyə başlamış, təxminən 2-3 dəqiqə sonra Rövşən uca səslə atasını təhqir etməyə başlamışdır. Rövşən Arazdan təkrar-təkrar harada olmasını soruşmuş, atası ilə Rövşənin dəqiq hansı səbəbdən mübahisə etdiklərini və Rövşənin atasından nə istədiyini eşidə bilməmişdir. Həmin evin qarşısında durub atası ilə Rövşənə qulaq asmağa davam etmiş, lakin pəncərələrin qarşısı tüllə örtülü olduğundan və pəncərələrin şüşələri mat rəngində olduğu üçün içəridə nə baş verməsini görə bilməmişdir. Rövşən Arazın ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, atası isə Rövşəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Rövşənin ona da xəsarət yetirəcəyindən qorxduğu üçün evə daxil olmamış, dərhal digər evə qalxıb anasını çağıraraq qonşusu Rövşənin atası ilə mübahisə etdiyini demişdir. Həmin vaxt bacısı Aycan da onun səsinə oyanmış, bacısı ilə anası evin zal otağının pəncərəsinin qarşısında durub atası ilə Rövşənin mübahisəsinə qulaq asmışlar. Həmin vaxt Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək qonşusu Rövşənin atası Arazla dava etdiyini bildirmiş, bundan sonra polislərin həyətə daxil ola bilmələri üçün həyətə çıxıb darvazanın qapısını açmışdır. Darvazanın qapısını açaraq küçəyə baxıb Rövşənin yaşadığı evin darvazasının qarşısında iki nəfər şəxsin durduğunu görmüş, həmin şəxslərdən biri “Sən Arazın oğlusan” deyə ondan soruşduqda həmin şəxsə Arazın oğlu olduğunu, atasının evdə qonşu ilə mübahisə etdiyini bildirib darvazanın qapısını bağlayıb qaçaraq evə qayıtmışdır. Darvazanın qapısının cəftəsini açıq qoyaraq evə tərəf qaçmaqla pilləkənlə evə qalxıb anasıgilin yanında durub atası ilə Rövşənin mübahisəsinə qulaq asmağa davam etmiş, həmin vaxt atasının olduğu evdən şüşə qırıntılarının səslərini eşidib yenidən DİN-in 102 zəng xidmətinə zəng edib polislərin tez gəlməsini xahiş etmişdir. Bu zaman Rövşənin evdən çıxaraq darvaza istiqamətində tez-tez hərəkət etdiyini, evin qarşısında əlində olan əşyanı yerə atdığını görmüş, həmin əşya yerə dəyərək səs eləsə də hava qaranlıq olduğundan və yağış yağması səbəbindən həmin əşyanın nə olduğunu dəqiq görə bilməmişdir. Rövşən darvazanın qapısını açıb həyətdən çıxmış, sonuncunun darvazadan çıxdıqdan sonra hansı istiqamətdə getdiyini görməmişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları ona zəng edib M.Ə.Rəsulzadə küçəsi ünvanında olduqlarını bildirdikdən sonra darvazadan küçəyə çıxıb polisləri qarşılayıb evə çağırmış, polis əməkdaşları ondan atasının harada olduğunu soruşduqda hadisənin baş verdiyi evi göstərib atasının həmin evdə olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə evə daxil olub atasının qonaq otağında xalçanın üzərində uzanıqlı vəziyyətdə və hərəkətsiz görüb qorxudan dərhal otaqdan çölə çıxmış, həmin vaxt atasının üz və baş nahiyəsi qana bulaşmış, ətrafda üzərində qan ləkələri olan şüşə qırıntıları olmuşdur. Polis əməkdaşları hadisə yerinə təcili tibbi yardım çağırmış, təxminən 5 dəqiqə sonra təcili tibbi yardım briqadası həmin ünvana gələrək atasını müayinə edib artıq öldüyünü bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 6 dekabr 2023-cü il tarixdə saat 11 radələrində dayısı Rövşən ona zəng edərək öz evinə qonaq çağırmış, saat 14 radələrində idarə etdiyi avtomobillə dayısının yaşadığı ünvana gələrək sonuncu ilə birlikdə “Birinci” marketə gedib ərzaqlar və 1 litr “Banketnaya” markalı spirtli içki olan araq aldıqdan sonra dayısını evin qarşısında düşürdüb yeməkləri hazırlamasını, özünün isə yas mərasiminə gedib qayıdacağını bildirib Ağdaş şəhərində yerləşən “Səma” şadlıq sarayında keçirilən yas mərasiminə getmişdir. Saat 17 radələrində dayısı ona zəng edərək yeməyin hazır olduğunu, tez qayıtmasını xahiş etmiş, həmin vaxt dayısının yaşadığı ünvana gəlib birlikdə mətbəx otağında oturub yemək yeməyə və aldıqları “Banketnaya” markalı araqdan içməyə başlamışlar. Həmin vaxt Rövşənin oğlu Şahid5 da orada olmuş, lakin Şahid5 spirtli içki qəbul etməmiş və bir müddət sonra sağollaşıb öz yaşadığı ünvana getmişdir. Həmin vaxt dayısı ilə birlikdə 1 litr araq içmiş və araq qurtardığı üçün mağazaya gedərək əlavə 1 litrlik “Banketnaya” markalı araq alıb geri qayıtmışdır. Saat 19 radələrində həmin vaxt tanımadığı, sonradan adının Araz olduğunu öyrəndiyi şəxs dayısına məxsus yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq Rövşəni çağırmış, Rövşən həmin şəxsi evə dəvət etmişdir. Bundan sonra Araz onların olduğu mətbəx otağına gəlib masa arxasında əyləşmış, Təqsirləndirilən şəxs Araza birlikdə spirtli içki olan araq içməyi təklif etsə də Araz müalicə aldığını, lakin bir neçə kiçik araq stəkanında araq içə biləcəyini bildirmişdir. Araz onlarla birlikdə oturub 2 araq stəkanı miqdarında araq içmiş, X23 görüb-görmədiyini soruşduqda Araz Yusifi təxminən 2 gün əvvəl gördüyünü bildirmişdir. Bundan sonra Rövşən mobil telefonda Yusifin nömrəsini tapıb sonunucuya zəng etməyini xahiş etmiş, dayısına məxsus mobil telefonu götürüb mobil telefon kitabçasında “Yusif qonşu” və “Baba Yusif” adlarının qeyd olunduğunu görmüşdür. Dayısından həmin şəxslərdən hansına zəng etməsini soruşduqda, dayısı ona ikisindən birinə məxsus nömrəyə zəng edib telefonu ona verməyini demiş, o, da “Yusif qonşu” adı ilə qeydə alınmış şəxsə zəng etdikdən sonra dayısı həmin şəxslə danışıb bu “Böyük Yusifdi” sözlərini deyərək zəngi sonlandırmışdır. Sonra “Baba Yusif” adı ilə qeyd olunmuş şəxsə zəng edərək yaşadığı evin qarşısına çıxmasını demiş, həmin şəxs ilk öncə bundan imtina etsə də lakin Rövşənin yenidən həmin şəxsə zəng edərək yaşadığı evin qarşısına çıxmasını dedikdən sonra həmin şəxs razılaşmışdır. Rövşən evdən çıxıb getmiş, Yusif adlı şəxslə nə üçün görüşmək istədiyi barədə onlara heç bir söz deməmişdir. Rövşən getdikdən sonra Arazla oturub söhbət etməyə başlamış, təxminən 10 dəqiqə sonra dayısı evə qayıtmışdır. Dayısının üz nahiyəsindən qan axdığını, sağ əlində də xəsarət olduğunu görüb dayısından nə baş verdiyini soruşmuş, dayısı Yusiflə dalaşdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan zolaqlı uzunqol köynək və idman şalvarı qana bulaşmış, dayısından Yusifin onu hansı səbəbdən vurduğunu soruşduqda dayısı Yusifin başı ilə vurduğunu demişdir. Yusif adlı şəxsin Rövşəni nə üçün vurduğunu aydınlaşdırmaq məqsədilə Rövşənlə birlikdə evdən çıxaraq Yusifin yaşadığı evin qarşısına getmiş, Araz da onlarla birlikdə evdən çıxaraq öz yaşadığı evə gedəcəyini bildirmişdir. Yusifin yaşadığı evin qarşısına gəldikdən sonra Rövşən evin darvazasını döyərək Yusifin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin vaxt qonşuluqda yaşayan tanımadığı şəxs səsə həyətə çıxmışdır. Rövşəni sakitləşdirməyə çalışsa da buna nail ola bilməmiş, Rövşən uca səslə qışqıraraq Yüsifin barəsində nalayiq ifadələr işlətmişdir. Yusif adlı şəxs evdən çölə çıxmayaraq Rövşənə heç bir cavab verməmiş, Rövşənin yenidən Yusiflə dalaşacağından ehtiyat edib Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı olan tanışı Rəvan adlı şəxsə zəng edərək, dayısının Yusif adlı şəxslə mübahisə etdiyini, həmin şəxsin dayısını vurduğunu bildirib həmin ünvana polis əməkdaşlarının göndərməsini xahiş etmişdir. Qısa müddət sonra Rəvan yanında bir neçə polis əməkdaşı ilə birlikdə Yusifin yaşadığı evin qarşısına gəlib onu, Rövşəni və Yusif adlı şəxsi polis şöbəsinə aparmış, Ağdaş rayon Polis Şöbəsindən çıxdıqda sonra dayısı ilə birlikdə tanışı Elnur adlı şəxsin avtomobili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada dayısının qaş və burun nahiyələrində olan yaralara sarğı yapışdırılmış və onlar birlikdə dayısına məxsus evə gəlmişlər. Evə gəldikdən sonra dayısı ac olduğunu dediyinə görə birlikdə yemək yemiş, bu zaman hərəsi 1 araq stəkanı miqdarında araq içmişlər. Həmin vaxt dayısı özünə məxsus plastik kart və pulun masanın üzərində olmadığını, həmin kart və pulları Arazın oğurladığını bildirmiş, Araz Rövşənə məxsus evə getməmişdən əvvəl dayısı oğlu Ömər Rövşənə məxsus kartı götürüb getmiş, bir müddət sonra qayıdaraq kartı dayısına qaytarmışdır. Bundan başqa masanın üzərində Rövşənə məxsus bir neçə ədəd 10-luq və 20-lik pul əskinasları da olmuş, lakin onlar evdən çıxıb Yusiflə görüşməyə gedərkən həmin kart və pulların masanın üzərinə olub-olmamasına diqqət etməmişdir. Rövşən ona gedib Arazı boğub öldürəcəyini, “mən bilirəm ki, onun əli əyridir, mənim kartımı, pullarımı Araz oğurlayıb” sözlərini demiş, həmin vaxt dayısının həmin sözləri ciddi demədiyini düşünmüşdür. Dayısı evdən çıxıb Araza məxsus evə getdikdən sonra qabları yumağa başlamış, Rövşən Araza məxsus evə getdikdən təxminən 10 dəqiqə sonra qayıdaraq “Arazın işini həll elədim” sözlərini demişdir. Rövşəndən nə etdiyini soruşduqda Rövşən “Arazı öldürdüm, vurdum” sözlərini demiş, ilkin olaraq dayısının dediyi sözlərə inanmamış, dayısı ona qabları yuyub getməyini tapşırmışdır. Həmin vaxt qonşuluqdan səs-küy gəldiyini eşidib dərhal küçəyə çıxıb Arazın yaşadığı evin qarşısında polis əməkdaşlarının olduğunu görmüş, baş vermiş hadisələrdən qorxaraq dostu Elnura zəng edib onu həmin ünvandan götürməyini xahiş etmişdir. Oranı tərk edib yaşadığı evə getmiş, polis şöbəsində olarkən dayısının qonşusu Arazı öldürdüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid3 onun mobil nömrəsinə zəng edərək Ağdaş RPŞ-nin qarşısından götürməsini xahiş etmiş, həmin vaxt Mingəçevir- Xaldan avtomobil yolu ilə üzü Ağdaş istiqamətinə hərəkətdə olmaqla təxminən 30 dəqiqə sonra idarə etdiyi “Opel” markalı minik avtomobili ilə ünvan 7 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasının qarşısına çatmışdır. Həmin vaxt Şahid3 sərxoş olduğunu, buna görə avtomobil idarə etmədiyini, dayısı Rövşən xəsarət aldığına görə həmin şəxsləri Ağdaş RMX-ya aparmasını ondan xahiş etmişdir. Fərhadla Rövşəni idarə etdiyi avotmobillə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmış, orada Rövşənə ilkin tibbi yardım göstərilərək üz nahiyəsində olan yaralara sarğılar vurulmuşdur. Bundan sonra Fərhad onları Rövşənin evinə aparmasını xahiş etmiş, Fərhadla Rövşəni bazarın yaxınlığında Rövşənin yaşadığı evin qarşısında düşürdərək dostları ilə görüşmək üçün M.İsayev küçəsində yerləşən “İkimiz” adlanan çay evinə getmişdir. Bir müddət sonra Fərhad yenidən ona zəng edərək həmin ünvandan götürməsini xahiş etmiş, təxminən 5 dəqiqə sonra Rövşənin yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt Rövşənin yaşadığı evin qonşuluğunda yerləşən evin qarşısında 2 nəfər polis əməkdaşının dayandığını, 1 nəfər uşağın polislərə nəsə izah etdiyini görmüşdür. Polis əməkdaşlarına yaxınlaşıb nə baş verdiyi soruşduqda, polis əməkdaşları ona hadisə olduğunu bildirmiş, təxminən 1-2 dəqiqə sonra Fərhad evdən çıxıb avtomobilə əyləşmişdir. Fərhaddan nə baş verdiyini soruşduqda Fərhad ona dayısı Rövşənin qonşusu Arazla dalaşdığını bildirmiş, Fərhadı yaşadığı ünvan 9 ünvanında düşürdüb öz yaşadığı evə qayıtmışdır. Növbəti gün Şahid3 ona zəng edərək Rövşənin qonşusu Araz adlı şəxsi öldürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası olmaqla tır sürücüsü işləmiş, müntəzəm olaraq yükdaşıma ilə əlaqədar xarici ölkələrə səfərlər etmişdir. X3 əvvəllər tanımamış, həmin şəxslə atasının hər hansı bir düşmənçiliyi və ya ədavətinin olmasını eşitməmişdir. Atası 05 dekabr 2023-cü il tarixdə atası Türkiyə Respublikasından qayıtdıqdan sonra ona zəng edərək görüşmək üçün öz evinə çağırmış, atasına işdə olduğunu, növbəti gün gəlib atası ilə görüşəcəyini bildirmişdir. 6 dekabr 2023-cü il tarixdə saat 17 radələrində atasının yaşadığı ünvana getmiş, həmin vaxt bibisi oğlu Şahid3 da həmin ünvana gələrək Təqsirləndirilən şəxs ilə birlikdə mətbəx otağında oturub yeyib-içməyə başlamışlar. Atası ona masa arxasında birlikdə əyləşməyi təklif etsə də, spirlti içkini haram hesab etdiyi üçün masa arxasında əyləşməmiş, saat 19 radələrində atasının istifadəsində olan “Redmi” markalı mobil telefona zəng gəlmişdir. Atası zəng vuran şəxslə telefonla danışaraq evdə olduğunu bildirib sonuncunu evə çağırmış, atasından kiminlə danışdığını soruşmuşdur. Atası ona qonşusu Arazla danışdığını bildirdikdən sonra atasına evə gedəcəyini bildirib bazarlıq etmək üçün pul verməsini xahiş etmiş, atası ona özünə məxsus bank kartını verdikdən sonra təxminən 20 dəqiqə ərzində Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən “Birinci” marketdən bazarlıq edib həmin ünvana qayıtmışdır. Evə gəlib atası ilə Fərhadın yeyib içdiklərini görmüş, bank kartını atasına verib sağollaşıb öz yaşadığı ünvana qayıtmışdır. Növbəti gün atasının qonşusu Araz Hacıyevi öldürdüyünü eşitmiş, lakin atasının qonşusu Araz Hacıyevi hansı səbəbdən öldürdüyü barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 17 radələrində qonşusu Arazla küçədə qarşılaşıb birlikdə Ağdaş şəhərində bazarın qarşısında yerləşən çayxanada oturub saat 19 radələrinə kimi çay içib nərd oynamış, Araz ona evə gedəcəyini bildirdikdən sonra özü yaşadığı ünvana getmişdir. Təxminən 2 saat sonra, saat 21 radələrində qonşusu Rövşən ona zəng edərək yaşadığı evin qarşısına çıxmasını, onunla söhbət etmək istədiyini bildirmiş, evin qarşısına çıxıb Rövşənin gəlməyini gözləmişdir. Rövşən onun yanına çatan kimi onu qucaqlayıb görüşmüş, Rövşənin danışığından və hərəkətlərindən sərxoş olduğu hiss olunmuşdur. Həmin vaxt qonşusu Yusif adlı şəxs də yaşadığı evin darvazasından küçəyə çıxmış, Rövşən Yusifi görən kimi heç bir səbəb olmadan Yusifə qarşı nalayiq söyüşlər söyərək üstünə gedib sifət nahiyəsindən yumruqla vurmuşdur. Yusif zərbənin təsirindən yerə yıxılmış, Rövşən də sərxoş olduğundan müvazinətini itirərək Yusiflə birlikdə üzü üstə yerə yıxılmışdır. Həmin vaxt qonşuluqda yaşayan Ceyhun adlı şəxs səs-küyə küçəyə çıxıb onunla birlikdə Rövşənlə Yusifi aralaşdırmağa kömək etmiş, Rövşən Yusifin üzərinə gedib sonuncunu təhqir etməyə davam etmişdir. Yusifə evə getməsini tapşırıb Ceyhunla birlikdə Rövşənin qolundan tutaraq sonuncuya köməklik edib evə qədər yola salmış, həmin vaxt Rövşənin sifət nahiyəsindən qan axdığını görmüşdür. Rövşən Yusiflə mübahisə edən zaman üzü üstə yerə yıxılaraq xəsarət almış, Rövşəni yaşadığı evə apardıqdan sonra öz yaşadığı evə qayıtmışdır. Bundan sonra Yusifin polis şöbəsinə aparıldığını eşidib Ağdaş RPŞ-nin inzibati binasını qarşısına gəlmiş, təxminən 10-15 dəqiqə Yusifi Ağdaş RPŞ-nin qarşısında gözlədikdən sonra gec olduğu üçün öz evinə qayıtmışdır. Həmin gün bir daha Rövşəni görməmiş, sonradan Rövşənin qonşusu Arazı öldürdüyünü eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən küçədə səs-küy eşidib darvazadan yola çıxıb iki nəfər şəxsin qonşusu Zərərçəkmiş şəxs darvazasının qarşısında asfaltın üzərinə yıxılaraq dalaşdıqlarını, sonunculara yaxınlaşıb həmin şəxslərin qonşuları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğunu görmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerdə yaxasından tutub döyməyə çalışmışdır. Həmin vaxt qonşusu Şahid6 də orada olmuş, Şahid6lə birlikdə Rövşənlə Zərərçəkmiş şəxs aralaşdırıb yerdən qalxmalarına kömək etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olduğuna görə uca səslə qışqıraraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs isə heç bir cavab verməmişdir. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs alın nahiyəsindən xəsarət almış, Təqsirləndirilən şəxs isə alın, burun və əl nahiyəsində sıyrıqlar və xəsarətlər almaqla üz nahiyəsi qana bulaşmışdır. Rövşənlə Yusifi aralaşdırdıqdan sonra Şahid6lə birlikdə Rövşəni sakitləşdirməyə çalışmış, lakin Rövşən uca səslə qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs söyüş söyməməsini, ətrafda yaşayan insanları narahat etdiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs üzərinə gedib ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra qonşusu Şahid6lə birlikdə Təqsirləndirilən şəxs qolundan tutub sonuncunu küçədən çıxardıb öz yaşadığı evə qədər aparıb yola salmış, hadisənin baş verdiyi yerlə Təqsirləndirilən şəxs yaşadığı evin arasında təxminən 60-70 metr məsafə olmuşdur. Rövşəni evinin qarşısına qədər yola saldıqdan sonra hərəsi öz evinə qayıtmış, təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs evinin qarşısına gəlib Zərərçəkmiş şəxs səsləyərək çölə çağırmışdır. Səsə çölə çıxıb Təqsirləndirilən şəxs oradan uzaqlaşmasını bildirib daha sonra Zərərçəkmiş şəxs zəng edib baş vermiş hadisə ilə bağlı polis şöbəsinə məlumat verməyini məsləhət görmüş, Zərərçəkmiş şəxs artıq DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini, polislər gələnə qədər evdən çölə çıxmayacağını bildirmişdir. Həmin vaxt Rövşənin yanında olan bir nəfər şəxs Rövşənin qolundan tutub oradan uzaqlşadırmış, həmin gün Təqsirləndirilən şəxs bir daha görməmiş, növbəti gün Təqsirləndirilən şəxs qonşusu Araz Hacıyevi öldürdüyünü eşitmişdir. Məhkəmədə ifadəsi eelan olunaraq tədqiq edilmiş Ağdaş rayon X17 Bölməsinin təhqiqatçısı işləyən Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 21 radələrində xidmətdə olduğu zaman Ağdaş RPŞnin polis əməkdaşları Şahid9 və X29 şəhər sakini Təqsirləndirilən şəxs içkili vəziyətdə Ağdaş RPŞ-yə gətirərək aidiyyəti üzrə təhvil vermiş, həmin vaxt Təqsirləndirilən şəxs sifət və əl nahiyəsində xəsarətlər olmuşdur. Təqsirləndirilən şəxs qonşusu ilə dalaşdığını, qonşusu Yusif adlı şəxs tərəfindən vurulduğunu bildirmiş, bundan başqa həmin tarixdə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək qonşusu Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun ünvanına gələrk münaqişə yaratması barədə məlumat vermişdir. Daxil olmuş hər iki məlumat üzrə araşdırmanın aparılması ona həvalə edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şifahi ərizələri alınaraq tərəfindən protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinədən keçməsi təmin edilmiş və sonuncuya tibbi yardım göstərilməsi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına göndərilməsi təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində sərxoşluq müayinəsindən keçirilən zaman Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs sərxoş olduğunu nəzərə alaraq izahatının alınması mümkün olmamışdır. Xəstəxanadan çıxaraq öz yaşadığı ünvana getmiş, həmin gün saat 23 radələrində Ağdaş şəhər sakini Şahid1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək atasının qonşusu ilə dava etməsi barədə verdiyi məlumatla əlaqədar əməliyyat-istintaq qrupu ilə birlikdə həmin ünvana yola düşmüşdür. Hadisə yerinə çatdıqda Şahid1 onları qarşılayıb həyətyani sahədə olan evi göstərib atasının həmin evdə olduğunu bildirmiş, həmin evə daxil olub Araz Hacıyevi döşəmədə xalçanın üzərində ölmüş vəziyyətdə aşkar etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X24 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid9 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən bazarın ətrafında və həmin istiqamətdə olan ərazilərdə polis nəfəri Rəcəb Mailovla birlikdə xidmətdə olarkən tanışı Şahid3 ona zəng edərək dayısı Təqsirləndirilən şəxs qonşusu ilə dava etdiyini bildirdikdən sonra Şeyx Şamil küçəsinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs içkili vəziyyətdə nalayiq ifadələr işlətdiyini, üz nahiyəsində xəsarətlərin olduğunu, Şahid3 Rövşəni sakitləşdirməyə çalışdığını görmüş, Şahid3 onlara dayısının qonşusu ilə dalaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs üz nahiyəsində xəsarətlərin olduğu və sonuncunun içkili vəziyyətdə olduğunu nəzərə alıb növbətçi hissəyə məlumat verib daha sonra Ağdaş rayon Polis Şöbəsinə aparıb aidiyyəti üzrə təhvil vermişlər. Həmin gün bir daha Təqsirləndirilən şəxs görməmiş, xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs qonşusunu öldürdüyünü eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 552 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər - sol qaşüstü nahiyənin, burun yəhərinin səthi yaraları, sol gözaltı nahiyənin, sol əlin üst səthinin, sağ əlin İİ-İİİ barmaqlarının üst səthinin, sol bazu oynağının arxa səthinin, sol qoltuqaltı nahiyənin, sol dirsək oynağının arxa səthinin sıyrıqları, küt əşya (alət) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin müxtəlif şəraitlərdə küt əşyalarla vurulma zamanı həmçinin yıxılma zamanı əmələ gəlməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 577 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət- sağ gicgah nahiyəsinin şişkinliyi (dərialtı hematoması) küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 40 saylı rəyində göstərilmişdir ki, X13 bədənində olan xəsarətlərdən- (cəmi 39 ədəd) döş qəfəsinin arxa səthinin sağ kürək xətti üzrə Vİİİ-İX qabırğaarası nahiyənin, döş boşluğuna keçən sağ ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan yarası, şərti işarə olunan (7 saylı) yarası, sağ bel nahiyəsinin qara ciyərin zədələnməsi ilə müşayiət olunan daxilə keçən 2 ədəd yarası, şərti işarə olunan (5 və 3 saylı) sağ bel nahiyəsinin, sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan daxilə keçən yarası, (şərti işarə olunan 1 saylı) yarası (cəmi daxilə keçən 4 ədəd) bədən səthinin daxilə keçməyən çoxsaylı (cəmi 34 ədəd) yaraları, kəskin qanitirmə (2500 ml) deşici kəsici, qırxıcı alətlər (ola bilər bıçaq və qayçı) təsirindən törənmiş, başın yumşaq qatının iç səthinə alın nahiyəsində qansızma, baş beyinin yumşaq qişasına ocaqlı qansızmalar küt alətlə bir zərbənin (ola bilər hadisə yerində olan boşqab, nimçə, fincan) təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Ayrı-ayrılıqda döş qəfəsinin arxa səthinin sağ kürək xətti üzrə Vİİİ-İX qabırğarası nahiyənin, döş boşluğuna keçən sağ ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan yarası, (şərti işarə olunan 7 saylı) sağ bel nahiyəsinin qara ciyərin zədələnməsi ilə müşayət olunan daxilə keçən 2 ədəd yarası, şərti işarə olunan (5 və 3 saylı) sağ bel nahiyəsinin, sağ böyrəyin zədələnməsi ilə müşayət olunan daxilə keçən yarası, (şərti işarə olunan 1 saylı) başın yumşaq qatının iç səthinə alın nahiyəsində qansızma, baş beyinin yumşaq qişasına qansızmalar həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. Bədən səthində aşkar olunan digər xəsarətlər sağ bel nahiyəsinin 3 ədəd yarası, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 2 ədəd yarası, sağ bazu oynağının arxa səthində 3 ədəd yarası, onurğa sütununun döş fəqərələri proyeksiyasında 5 ədəd yarası, boynun arxa sağ nahiyəsində 5 ədəd yarası, ənsə nahiyəsində 2 ədəd yarası, üzün sağ nahiyəsində 1 ədəd yarası, ənsə təpə nahiyəsində 2 ədəd yarası, təpə nahiyəsində 1 ədəd yarası, sağ gicgah- təpə nahiyəsində 2 ədəd yarası, sağ qulaq seyvanının önündə 1 ədəd yarası, sol təpə nahiyəsində 1 ədəd yarası, sol gicgah nahiyəsində 1 ədəd yarası, boynun sol nahiyəsində 2 ədəd yarası, sol körpücük nahiyəsində 2 ədəd yarası, qarnın epiqastral nahiyəsində 1 ədəd yarası (cəmi 34 ədəd) sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid olunurlar. Meyitin xarici müayinəsində başqa xəsarət və dəyişiklik aşkar olunmadı. X13 ölümünə səbəb kəskin xarici və daxili qanitirmə olmuşdur. X13 meyitində aşkar olunan xəsarətlərin yerləşmə nahiyələri onun paltarlarında aşakar olunan zədələrin yerləşmə nahiyələrinə uyğun gəlir. X13 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 12 saat əvvəl baş vermişdir. X13 meyitində aşkar olunan xəsarətlər hadisə yerində ekspertizaya təqdim olunan bıçaq və qayçı ilə yetirilə bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 23 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Alkoqoldan istifadə edir. Alkoqoldan sui-istifadə nəticəsində yaranan Alkoqolizm xəstəliyindən əzab çəkir. Hal-hazırda alkoqol abstinensiya (spirtli içkilərin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 37 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq (əqli gerilik) xəstəliyindən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyə psixi pozuntu aşkar edilmədiyindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21.1, 21.3 və ya 22.1ci maddələrindən təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 04 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixi-emosional halda olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs X10 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə iclasıənda tədqiq edilmiş kompleks lifli materialların məhkəmə-kriminalistik, məhkəmə-soyuq silah və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/2180; 3/2182 nömrəli rəyinin məhkəməsoyuq silah və məhkəmə-trasoloji ekspertizası hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyəsi və dəstəyidir, üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yarasızdırlar. Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş üzərində "X2...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli uzunqol köynəyin, boz rəngli uzunqol alt köynəyinin, qara rəngli qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində "X2..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli uzunqol köynəyin səthində olan "a", "b", "ğ", "h" zədələri, boz rəngli uzunqol alt köynəyinin səthində olan "a", "b", "ğ", "h", "x", "j" zədələri, qara rəngli qolsuz maykanın səthində olan "a", "b", "d", "P" zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq tiyəsi) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Ümumi əlamətlərinə əsasən həmin zədələrinin tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsinin də təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yetirən alətin xüsusi əlamətləri əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində "X2..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli uzunqol köynəyin səthində olan "c", "d", “f”, “g” zədələri, boz rəngli uzunqol alt köynəyinin səthində olan "c", "d", "f", "g" zədələri, qara rəngli qolsuz maykanın səthində olan "c" zədəsi isə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (qayçının) təsirindən yaranmağa xarakterik kəsilmə zədələridir. Ümumi əlamətlərinə əsasən həmin zədələrin bir ədəd qayçının da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yetirən alətin xüsusi əlamətləri əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş qayçının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş "X2..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli uzunqol köynəyin, boz rəngli uzunqol alt köynəyinin, qara rəngli qolsuz maykanın material xüsusiyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə, kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində "X2..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş iki ədəd şalvarın, bir cüt corabın, alt tumanının, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş..." yazı qeydləri olan geyim əşyalarının, üzərində “Təqsirləndirilən şəxs hadisədən sonra geyindiyi...” yazı qeydləri olan geyim əşyalarının səthində trasoloji zədə, o cümlədən qarşılıqlı mübarizə nəticəsində yaranmağa xarakterik zədə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilımiş lifli materialların məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/6493 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X20 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, hadisə yerindən götürüldüyü qeyd edilən geyim əşyalarının, predmetlərin və 01 ədəd xalçanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus olduğu qeyd edilən idman şalvarının səthi üzərindən aşkar edilmiş qara rəngli matiraolunmuş kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən yaşadığı evdən götürülmüş idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən yaşadığı evdən götürülmüş köynəyin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X15 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürüldüyü qeyd edilən geyim əşyalarından -idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli matiraolunmuş uzununa zolaqlı kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən yaşadığı evdən götürülmüş köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, A.M.Hacıyevin və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus geyim əşyalarının, hadisə yerindən götürülmüş predmetlərin və geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürüldüyü qeyd edilən digər predmetlərin, geyim əşyalarının və 01 ədəd xalçanın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X12 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 841/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X13 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Ekspertizaya təqdim edilən mərhum X15 məxsus mayka, alt köynəyi, idman şalvarı, köynək, bir tay corab, alt şalvarı, bir cüt başmaq, trusik, hadisə yerindən götürülmüş balış üzü, əski parçası, fincana bənzər qab qırığı, boşqab qırığı, dəsmal, xalça, Təqsirləndirilən şəxs məxsus jilet, jiletin cibində olan 02 ədəd salfet kağızı, sviter, idman şalvarı, köynək, mayka üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd flakon daxilindəki plastik çubuqların bir ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X15 məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur /əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərindəki ləkələrdə, ona məxsus bir cüt ayaqqabı, hadisə yerindən götürülmüş bıçaq tiyəsi, bıçaq dəstəyi, qayçı üzərində qan, A.M.Hacıyevin sağ və sol əl barmaq dırnaq kəsikləri, ona məxsus digər tay corab, Təqsirləndirilən şəxs sağ və sol çeçələ barmaq dırnaq kəsikləri, ona məxsus papaqlı idman gödəkcəsi, iki cüt corab, çoxsaylı şüşə qırıqları üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görününür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon qara rəngli “Redmi” markalı, qara rənglidir. “Telefon” tətbiqinə daxil olumuş və həmin tətbiqdə xx.xx.2023-cü il tarixdə saat 23:57-də “Elniz.Bacı” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsindən 1 dəfə buraxılmış zəng, “Yusif Qonsu” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsinə saat 20:48-də 30 saniyəlik gedən zəng, saat 20:50-də rədd edilmiş zəng, saat 20:53-də 18 saniyəlik gedən zəng, saat 20:56 gedən zəng (cavabsız), saat 21:03 də gedən zəng (cavabsız), saat 21:15-də 27 saniyəlik gedən zəng, “Yusif Bəhrus” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsinə saat 21:11-də 37 saniyəlik gedən zəng, “Baba Yusif 2” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsinə saat 21:09-da gedən zəng (cavabsız), “Araz. Qonsu” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsindən saat 19:43də 23 saniyəlik gələn zəng, “Gülü” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsinə saat 16:46-da 27 saniyəlik gedən zəng, “Ömər” kimi qeyd olunmuş ***-***-**-** telefon nömrəsindən saat 13:24-də 1 dəfə buraxılmış zəng, saat 15:00-da 27 saniyəlik gələn zəng, saat 15:01-də 17 saniyəlik gələn zəngin olduğu müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X13 istifadəsində olmuş və hadisə yerinə baxış keçirilən zaman götürülmüş smartfon tipli “Samsung” markalı mobil telefon ağ rəngli ***- ***-**-** nömrəli mobil telefondur. Mobil telefonun proqram təminat sistemində çox saylı mobil proqramlar və oyun proqramları quraşdırılmışdır. Telefonda ***-***-**-** mobil nömrəsi işlək vəziyyətdədir. Telefonun zənglər tarixi bölməsinə daxil olduqda 5 dekabr 2023-cü il tarixdə saat 15:32-də “Rövşən Qonşu” kimi qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsindən 2 dəq 58 saniyəlik gələn zəng, “Yusif” kimi qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 18:25-də 48 saniyəlik gedən zəng, 6 dekabr 2023-cü il tarixdə saat 19:43-də “Rövşən Qonşu” kimi qeyd olunmuş 070-238-2353 mobil telefon nömrəsinə 23 saniyəlik gedən zəng olduğunu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 5-32- 12/2-608/2023 nömrəli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və arayışlara əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında yaşamış, onun barəsində icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Mingəçevir şəhər X1n daxil olmuş xx.xx.2023-cü il tarixli 751 nömrəli məktubda göstərilmişdir ki, ünvan 12 ünvanında qeydiyyatda olan 1973-cü il təvəllüdlü Rüstəmli X8 X1 psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli 854 nömrəli məktubda göstərilmişdir ki, ünvan 12 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Rüstəmli X8 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli xx/xx-15761 nömrəli məktbda göstərilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşəlr Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in (köhnə redaksoyada) 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməyə mütləq cəlb olunmaqla cəzası şərti təyin edilmiş, Gəncə şəhər Nizami rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə CM-in (köhnə redaksoyada) 50-ci maddəsinə əsasən 1 il 02 ay 16 gün müddətində şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü tarixdə saat 0700-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 09 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.4 və 221.1-cü maddələrinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Araz Hacıyevə sonuncudan özünə məxsus olan bank kartını qaytarmasını bildirməsinə görə aralarında yaranan mübahisə zamanı sonuncuya bir neçə xəsarət yetirdikdən sonra A.Hacıyev həmin bank kartını qaytardıqdan sonra spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə daha da əsəbiləşərək zərəçəkmişə qarşı çoxsaylı zərbələr yetirərək onu həyatdan məhrum etməklə öldürmüşdür. Bu zaman Təqsirləndirilən şəxs yetridiyi xəsarətlərin sayı, yetirdiyi alətin bıçağa nisbətən az kəsici olan və buna görə də zərərçəkmişə daha çox ağrı verən qayçı ilə yetirməsi, həmçinin zərərçəkmişin ürəyi xəstə olmaqla ona müqavimət göstərə bilmə imkanının olmaması məhkəmədə belə bir qənaətə gəlməyə əsas verir ki, o, Araz Hacıyevi xüsusi amansızlıqla öldürmüşdür. CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldıqdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Lakin məhkəmə, CM-in 221.1-ci maddəsinə münasibtədə həmin əməlin böyük ictimai təhlükə törətməyən əməl olmaqla zərərçəkmiş şəxsin onunla barışmasına baxmayaraq Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə həmin cinayət əməlini törətdikdən sonra daha ağır cinayət əməlini törətməsini və bununla da onun şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq onun barəsində həmin müddəanın tətbiq edilməməsini və onun barəsində cəza təyin edilməklə islah olumasını mümkün hesab edir. CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan heç bir şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.4 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə cəza təyin edərkən nəzərə alır ki, ona təyin olunan cəzanın müddəti həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 282 AZN (iki yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X13 yaşadığı fərdi yaşayış evindən götürülmüş 01 ədəd bıçaq tiyəsi, 01 ədəd taxta materialdan hazırlanmış bıçaq tutacağı, 01 ədəd zəncirbəndli gödəkcə, 01 ədəd əski parçası, 01 ədəd yastıq üzlüyü, 03 ədəd ayrı-ayrı qabların hissələri olan şüşə qırıntıları, 01 ədəd qayçı, 01 ədəd xalça, 01 cüt çəkələk, zərərçəkmiş şəxs X13 meyitinin xarici müayinəsi zamanı əynində olan 01 ədəd qara rəngli düyməli köynək, 01 ədəd boz rəngli alt köynəyi, 1 ədəd qara rəngli mayka, 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 ədəd sarı rəngli alt geyimi-şalvar, 01 ədəd ağ boz haşiyəli trusik, 01 cüt qara rəngli yun corab, Araz Hacıyevə məxsus sağ və sol əl dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zamanı onun evindən aşkar olunmuş 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd ağ zolaqlı qara rəngli köynək, 01 ədəd ağ rəngli mayka, 01 cüt qara rəngli corab, 01 ədəd ağ rəngli dəsmal, həmçinin fərdi yaşayış evinin və həyətyani sahəyə baxış keçirilən zaman kosmetik çubuq üzərindəki pambığa hopdurularaq götürülmüş 4 ədəd qan ləkələri. Təqsirləndirilən şəxs sağ və sol əlinin çeçələ barmaqlarından götürülmüş dırnaq kəsintiləri və Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli dəri ayaqqabı, 01 ədəd qara rəngli zəncirbəndli gödəkçə, 01 ədəd boz-mavi zolaqlı köynək, 01 cüt corab və 01 ədəd tünd göy rəngli zəncirbəndli qolsuz jilet, ekspertiza zamanı jiletin cibindən aşkar edilmiş 02 ədəd salfet, Araz Hacıyev və Təqsirləndirilən şəxs məxsus quru qan nümunələri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası tam toplanılaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 282 AZN (iki yüz səksən iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X13 yaşadığı fərdi yaşayış evindən götürülmüş 01 ədəd bıçaq tiyəsi, 01 ədəd taxta materialdan hazırlanmış bıçaq tutacağı, 01 ədəd zəncirbəndli gödəkcə, 01 ədəd əski parçası, 01 ədəd yastıq üzlüyü, 03 ədəd ayrı-ayrı qabların hissələri olan şüşə qırıntıları, 01 ədəd qayçı, 01 ədəd xalça, 01 cüt çəkələk, zərərçəkmiş şəxs X13 meyitinin xarici müayinəsi zamanı əynində olan 01 ədəd qara rəngli düyməli köynək, 01 ədəd boz rəngli alt köynəyi, 1 ədəd qara rəngli mayka, 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 ədəd sarı rəngli alt geyimi-şalvar, 01 ədəd ağ boz haşiyəli trusik, 01 cüt qara rəngli yun corab, Araz Hacıyevə məxsus sağ və sol əl dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zamanı onun evindən aşkar olunmuş 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd ağ zolaqlı qara rəngli köynək, 01 ədəd ağ rəngli mayka, 01 cüt qara rəngli corab, 01 ədəd ağ rəngli dəsmal, həmçinin fərdi yaşayış evinin və həyətyani sahəyə baxış keçirilən zaman kosmetik çubuq üzərindəki pambığa hopdurularaq götürülmüş 4 ədəd qan ləkələri, Təqsirləndirilən şəxs sağ və sol əlinin çeçələ barmaqlarından götürülmüş dırnaq kəsintiləri və Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd açıq göy rəngli cins şalvar, 01 cüt qara rəngli dəri ayaqqabı, 01 ədəd qara rəngli zəncirbəndli gödəkçə, 01 ədəd boz-mavi zolaqlı köynək, 01 cüt corab və 01 ədəd tünd göy rəngli zəncirbəndli qolsuz jilet, ekspertiza zamanı jiletin cibindən aşkar edilmiş 02 ədəd salfet, Araz Hacıyev və Təqsirləndirilən şəxs məxsus quru qan nümunələri məhv edilsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar