Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-147/2022 25.08.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağsu şəhəri M.V.Vidadi küçəsi ev 41 mənzil 29-da qeydiyyatda olmaqla Ağsu şəhəri M.V.Vidadi küçəsi küçəsi ev 74 mənzil 4-də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməklə üzərində daşımış və Ağsu şəhərinə gətirmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək niyyəti ilə 18 fevral 2022-ci il tarixdə, saat 20:54-də Abşeron rayonu, Xırdalan şəhəri, “Gənclər Şəhərciyi” yaşayış komleksində olan “Milli-Ön” ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı şəxsə göndərdiyi 155 маnat pul müqabilində sonuncunun Bakı şəhəri, Səbail rayonu, “Tarqovu” adlanan ərazidə yerləşən güldanın içərisində gizlətdiyi 30,063 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini götürərək, qanunsuz əldə edib üzərində saxlamış, 20 fevral 2022-ci il tarixdə yerini dəyişdirməklə daşıyıb Ağsu şəhərinə gətirmiş, 21 fevral 2022-ci il tarixdə, sааt 00:15 radələrində Ağsu RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” ərzaq mağazasının qarşısında saxlanılaraq gətirildiyi ünvan 1 ünvanda yerləşən inzibati binasında üzərinə həmin gün, saat 00:35-də keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin altından geyindiyi qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd yapışqanlı kağıza bükülmüş 30,063 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 234.4.3-cü elan edilmiş ittiham üzrə deyil, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Baba” adlı şəxslə telefon vasitəsilə danışaraq, ona 155 manat məbləğində pul göndərmişdir. “Baba” adlı şəxs narkotik vasitənin yerini Bakı şəhərində “Tarqovu” adlanan ərazidə tanımadığı küçədə olan güldanın içindən götürməyi ona deyərək, həmin ərazinin yerləşdiyi yerin kordinatını və həmin güldanın şəklini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona göndərmişdir. Daha sonra isə Bakı şəhərindən Ağsu şəhərinə qayıdan zaman polis əməkdaşları tərəfindən Ağsu şəhəri ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Baba” adlı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tapmışdır. “Baba” adlı şəxs Təqsirləndirilən şəxs 155 manat pulu ona məxsus olan bank kartına göndərməsini demişdir. Bu pulun qarşılığında Baba adlı şəxs Təqsirləndirilən şəxs 10 qram narkotik vasitə verməli imiş. Lakin onun üzərindən aşkar olunan narkotik vasitənin çəkisi 30 qram olmuşdur. O, “Baba” adlı şəxsdən 10 qram narkotik vasitə istəmişdir. O, həmin şəxsi əvvəllər tanımamış və nə üçün 10 qram yox, 30 qram narkotik vasitə verdiyini də bilməmişdir. 1-2 il əvvəl narkotik vasitə olan heroini stifadə etməyə başlamışdır. O, həmin narkotik vasitəni çəkərək qəbul etmişdir. Əvvəllər narkotik vasitədən çox istifadə etmişdir. 30 qram narkotik vasitəni 10 gün ərzində istifadə etməyi planlamışdır. Ağsu şəhərinə taksi ilə daxil olan zaman polislər ona yaxınlaşmış və onu saxlayaraq polis şöbəsinə aparmışlar. Həmin an üzərində şüşə qabda olmaqla, Bakı şəhərindən Ağsu rayonuna gəldiyi avtomobildə də narkotik vasitə olmuşdur. Narkotik vasitə bir bükümdə olmuşdur. Üzərində olan bükümün hansı rəngdə olduğuna fikir verməmişdir. Aşkar olunan narkotik vasitənin çəkilən zaman çəkisinin 10 qram yox, 30 qram olduğunu polis şöbəsində bilmişdir. Saxlanılan zaman polis tərəfindən ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Polis şöbəsində üç gün saxlanıldığı müddətdə müdafiəçi ilə təmin olunmamışdır. O, polis əməkdaşları tərəfindən 19 fevral 2022-ci ildə saxlanılmışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu Rayon Polis Şöbəsinin (bundan sonra Ağsu RPŞ) Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Ağsu şəhəri, Vidadi küçəsi, ev 41, mənzil 29da qeydiyyatda olmaqla, Ağsu şəhəri, Vidadi küçəsi, ev 74, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi, üzərində saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 20 fevral 2022-ci il tarixdə həmin məlumat tərəfindən raportla RPŞ-nın rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. 21 fevral 2022-ci il tarixdə Ağsu RPŞ-nın KTQ-nin baş inspektor-kriminalisti Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saat 00:15 radələrində Ağsu şəhərində Bolmart ərzaq mağazasının qarşısında **-BN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobildə olduğunu müəyyən edib, avtomobili saxlayaraq, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst gödəkcəsinin altından geyindiyi, qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən bir ədəd, ağ rəngli yapışqanlı kağız bükümdə narkotik vasitə olan heroini təqdim еtmiş və bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitəni 2 gün əvvəl internet sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının bank hesabına 150 manat pul göndərərək əldə etmişdir. Daha sonra narkotik vasitə qablaşdırılmışdır. Tərtib olunmuş protokollar ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şahid1 daha sonra ifadəsini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı daha ətraflı yoxlanılmış və Təqsirləndirilən şəxs Ağsu şəhəri ərazisində həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuş, lakin konkret müştəriləri və mənbələri barədə ətraflı məlumat almaq mümkün olmamışdır. Hələ təzə tutulan vaxt Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, üzərində aşkar olunan narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əvvəlcədən internet üzərindən aparılan yazışmalar vasitəsi ilə sövdələşərək əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri aldığı və satdığı şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində hazırda əməliyyat-axtarış tədbirləri tərəflərindən davam etdirilməkdədir və müsbət nəticə əldə olunacağı təqdirdə istintaq orqanına məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağsu rayonunun Pirhəsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus **- BN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobillə Bakı şəhərinə sərnişinləri aparıb-gətirməklə dolanışığını təmin edir. 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhərində Şamaxinka adlanan ərazidə Ağsu şəhərinə aparmaq üçün sərnişin gözləyərkən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun yanına yaxınlaşaraq, onu Ağsu şəhərinə aparmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Bir neçə dəqiqə sonra bir nəfər başqa sərnişin də gəldikdən sonra Ağsu şəhərinə getmək üçün yola düşmüşlər. 21 fevral 2022-ci il tarixdə, saat 00:10 radələrində Ağsu şəhərinə çatdıqdan sonra arxa oturacaqda əyləşən sərnişin düşmüş, sonra Təqsirləndirilən şəxs dediyi yerə düşürtmək üçün Ağsu şəhərində Bolmart mağazasının qarşısından keçərkən, polis əməkdaşları avtomobili saxlamağını tələb etmişlər. O da idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmiş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən rayon polis şöbəsinə getmişdir. Həmin vaxt polis əməkdaşları onu da poliş şöbəsinə dəvət edərək, avtomobili də polis şöbəsinə gətirməyi bildirmişlər. Bundan sonra o, avtomobili idarə edərək rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst gödəycəsinin altından geyindiyi, qara rəngli qısa qol gödəycəsinin sağ yan cibindən bir ədəd, ağ rəngli yapışqanlı kağız bükümdə, deməsinə görə narkotik vasitə olan heroini təqdim еtmiş və bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitəni 2 gün əvvəl internet sosial şəbəkəsində tanış olduğu İranlıya bankla 150 manat pul göndərərək əldə etmişdir. Daha sonra narkotik vasitə qablaşdırılmışdır. Bundan sonra onun icazəsi ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobildə heç bir qanunsuz əşya, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Daha sonra avtomobildə axtarış aparılması ilə bağlı tərtib olunmuş protokollar ucadan oxunmuş iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Daha sonra Şahid3 ifadəsini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərindən Ağsu rayonuna gətirən zaman Amidin üzərində narkotik vasitə saxlamasını bilməmişdir. Onun bundan xəbəri olmamışdır. O, bunu bilsəydi Amidin avtomobilinə əyləşməyinə icazə verməzdi. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, həmçinin narkotik vasitlərin alqı-satqısı ilə məşğul olduğunu yadında qalmayan rayon sakinlərindən eşitmişdir. Lakin onun narkotik vasitə istifadə etdiyini və yaxud satdığını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağsu şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olsa da, təxminən bir ildir ki, Bakı şəhəri, Ramana qəsəbəsində kirayədə yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla onun heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. ***-***- **-** saylı mobil nömrə ona məxsusdur. Həmin nömrəni təxminən 2 ildən çoxdur ki, işlədir. Əvvəllər bir neçə dəfə narkomanlar arasında kakos kimi tanınan, narkotik vasitə olan heroindən istifadə etmişdir. Lakin o, 2022-ci ilin yanvar ayından özünə söz vermiş və həmin vaxtdan bəri heç bir narkotik vasitədən istifadə etməmişdir. 2021-ci ilin sentyabr ayında Bakı şəhərində olan zaman ağrıları olduğu üçün narkotik vasitə olan heroin alıb istifadə etmək istəmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs zəng vurmuş, lakin Təqsirləndirilən şəxs zəng çatmamışdır. Sonra isə o, Amidin işlətdiyi ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Rayona gedirem kola lazimdi srocni ac isim var” məzmununda SMS yazmışdır. Narkotik vasitələrdən istifadə edən şəxslər narkotik vasitə olan heroini kola, kakos və s. formada adlandırırlar. Bundan sonra o, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəyə zəng edib Təqsirləndirilən şəxsla danışaraq onun Bakı şəhəri, Yasamal rayonunda qaldığı ünvana gedib Təqsirləndirilən şəxs 10 manat pul müqabilində bir çet, yəni 0,050 qram narkotik vasitə olan heroin almışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini aldıqdan sonra Ağsu rayonuna gəlmiş və Ağsu şəhərinə gəldikdən sonra yaşadığı küçədə, öz avtomobilində həmin narkotik vasitə olan heroindən istifadə etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs həmin vaxta qədər narkotik vasitə olan heroin almamışdır. Halhazırda heç bir narkotik vasitədən istifadə etmir. Belə ki, 2022-ci ilin yanvar ayında o, bununla bağlı müalicə almış və narkotik asılılığından qurtarmışdır. Daha sonra Şahid4 ifadəsini davam etdirərək göstərmişdir ki, xx-xx-2021-ci il tarixdə, 12:11:59-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Rayona gedirem kola lazimdi srocni ac isim var” məzmununda olan SMS-in onun tərəfindən yazıldığını təsdiq edir və bildirir ki, o, həmin vaxtı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin alıb Ağsu rayonuna gəlmək istədiyi üçün bu məzmunda SMS yazmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu yadında qalmayan Ağsu rayon sakinlərindən eşitmişdir. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan heroindən heç kimə pay verməmiş və yaxud satmamışdır. O, narkotik vasitənin aludəçisi olmuş, narkotik vasitə əldə edərək istifadə etmiş, lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və məlumat əsasında Təqsirləndirilən şəxs Bakı şəhərindən gəldiyi Mersedes Bens markalı ** BN *** dövlət nömrə nişanlı avtomobildə olarkən Ağsu şəhəri, Bolmart ərzaq mağazasının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli əməliyyat – axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və Bakı şəhərindən gəldiyi Mersedes Bens markalı ** BN *** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli şəxs olduğu üçün Təqsirləndirilən şəxs üzərində və Bakı şəhərindən gəldiyi Mersedes Bens markalı ** BN *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi üçün təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə hərəkətlərin aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə hərəkətlərin aparılması haqqında qərardan görünür ki, Şahid3 ** BN *** dövlət qeydiyyat nişanlı Mersedes Bens markalı avtomobildə axtarış aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 21 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin altından geyindiyi qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd yapışqanlı kağıza bükülmüş, təmiz çəkisi 30,063 qram olan narkotik vasitə heroin, həmin gödəkçənin içəri döş cibindən başlığına gümüşü rəngli boruşəkilli bükülü keçirilmiş şüşə qab, bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst gödəycəsinin içəri cibindən 2 ədəd mobil telefon, içərisində qəbz, 1 manatlıq əsginas, market və marşrut kartları olan pul qabı aşkar olunaraq götürülmüş, üzərinə DİN-in 93 nömrəli möhürü vurulmuş, zərfin üzərinə imza edilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan Bakcell MMC-nin 22 aprel 2022-ci il tarixli, BKC/LGL-5977/22 saylı məktubu ilə daxil olmuş CD diskə 29 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə
1. SMS Tarixçəsi **********2106_555866151
2. SMS Tarixçəsi **********2108 *********
3. Zənglərin Detallaşması **********3054 555866151
4. X1 **********3051 ********* BKC adlı 4 fayl aşkar edildi. Diskdə olan X1 **********3051 ********* BKC adlı fayla daxil olduqda müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Samir Muradov adlı şəxsin adına qeydiyyata alınmışdır. Zənglərin Detallaşması **********3054 ********* adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrlə aparılmış danışıqlar və daşıq aparılan zaman həmin nömrənin anten dairəsinin qeyd olunduğu ünvan göstərilmişdir . SMS Tarixçəsi **********2106 ********* adlı fayla daxil olduqda hamin faylda Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə bağlı SMS yazışmaları aşkar olunmamışdır. SMS Tarixçəsi **********2108 ********* adlı fayla daxil olduqda müəyyən olunur ki, həmin faylda Təqsirləndirilən şəxs əksər yazışmaları narkotik vasitələrin pul müqabilində satılması ilə bağlı olmuşdur. Həmin faylda xx-xx-2021-ci il tarixdə, saat 07:44 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Amid qaqa geklmek isteyirem.0.5 kola isteyirem" məzmununda SMS göndərilmişdir . Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saaat 04:07:dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqs patda prablem var zəy qatlib" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saat 18:32 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "10manatdiqlta pati verersen" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saat 02:13 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqa cavab ver tebiyi lazimdi hara gelim yer de gelim" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saat 12:11 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Rayona gedirem kola lazimdi srocni ac isim var" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 15:01 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Yar pati verde.30m" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 10:50 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "3 tustu zeheri adama qiymadun nolardi" məzmununda SMS göndərilmişdir . Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 14:55 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Amid ac varyoxun sikim soz derem yari das isdeyirem he yox de bilim" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 13:39 dəqiqədə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqa 20 X8 Mene Duzqos" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 20:39 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Seni petux elətdirə en gelib oturub Ağsuda mal buraxirsan" məzmununda SMS göndərilmişdi. Bundan başqa, Bakcell MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə 18.02.22-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi ərazisinin anten dairəsində olmuş və həmin mobil telefon nömrəsi vasitəsi ilə danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan Azərfon MMC-nin 05 may 2022-ci il tarixli, AZF/LGL- 11358/22 saylı məktubu ilə daxil olmuş CD diskə 17 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə
1. SMS Tarixçəsi **********0529 *********
2. SMS Tarixçəsi **********0532 ********* 3 . Zənglərin Detallaşması **********61423 *********
4. X1 **********61449 ********* adlı 4 ədəd fayl aşkar edildi. Diskdə olan X1 **********61449 ********* adlı fayla daxil olduqda müəyyən edildi ki, ***- ***-**-** saylı mobil nömrə Samir Muradov adlı şəxsin adına qeydiyyata alınmışdır. Zənglərin Detallaşması **********61423 ********* adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrlə aparılmış danışıqlar və danışıq aparılan zaman həmin nömrənin anten dairəsinin qeyd olunduğu ünvan göstərilmişdir. SMS Tarixçəsi **********0529 ********* adlı fayla daxil olduqda həmin faylda Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə bağlı SMS yazışmaları aşkar olunmamışdır. SMS Tarixçəsi **********0532 ********* adlı fayla daxil olduqda müəyyən olunur ki, həmin faylda Təqsirləndirilən şəxs əksər yazışmaları narkotik vasitələrin pul müqabilində satılması ilə bağlı olmuşdur. Həmin faylda xx-xx-2021-ci il tarixdə, saat 09:43 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Kola isdəyən var varındı" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saat 21:43 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Brat qonagim var qardawimsan az olsun yeke papires olsunda sene zehmet" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2021-ci il tarixdə, saat 09:49 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Bakıya gelmey isdiyirem tema lazımdı duranda menen elaqe saxla" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 21:47 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Yeke oğlansan onun agzna soxum sen ac teli mene kola pati verin gedim" məzmununda SMS göndərilmişdir. Bundan başqa, xx-xx-2022-ci il tarixdə, saat 21:47 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Yeke oğlansan onun agzna soxum sen ac teli mene kola pati verin gedim" məzmununda SMS göndərilmişdir. Bundan başqa xx-xx-2021-ci il tarixdə 00:33 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "n yox vaxdı hardasan mənim tərəzimi bir yerə qoy götrim" məzmununda SMS göndərilmişdir. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC-nin 15 aprel 2022-ci il tarixli, 157000/2-1883 saylı məktubundan görünür ki, 5239 15** **** 5095 nömrəli, 4169 73** **** 5114 nömrəli və 6768 67** **** 9628 nömrəli kartların PAN nömrələri tam qeyd edilmədiyi üçün araşdırma aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 fevral 2022-ci il tarixli 17/166 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki: - yapışqan kağıza bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi - 30,063 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - başlığına gümüşü rəngli boruşəkilli bükülü küçirilmiş bir ədəd şüşə qabdan aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 29 aprel 2022-ci il tarixli 573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 28 aprel 2022- ci il tarixli 1072 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə, saat 00:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu rayon mənzil istismar sahəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 42 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla, M.V.Vidadi küçəsi, ev 74, mənzil 4-də anası ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs barədə Ağsu rayon mənzil istismar sahəsinə heç bir ərizə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 93-3-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 42-1-ci maddəsi tətbiq edilərək hökmün icrası 2 il təxirə salınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir.. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Ümumilikdə, tədqiq edilmiş sübutlar ittihamın təsdiq edilməsi üçün yetərlidir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1-ci maddəsilə təqsirli bilməsi barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ona ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 30,063 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini götürərək, qanunsuz əldə edib üzərində saxlamaqla CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini törətmiş şəxsdir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin külli miqdarda satışında təqsirli bilməsə də, tədqiq edilmiş sübutlardan görünür ki, o, cəmiyyət üçün xüsusi təhlükə doğuran narkotik vasitələrin satışını xüsusi fəallıqla həyata keçirən bir şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS-dən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrəlrə narkotik vasitələrin satışı ilə bağlı 17 dəfə müraciət edilmişdir. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu əsasa görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməli və onun cəzasına hesablanmaqla çıxılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut olub Ağsu RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin tədqiqatdan sonrakı qalıqları, başlığına gümüşü rəngli boruşəkilli bükülü keçirilmiş şüşə qab məhv edilməli, bir ədəd ödəniş qəbzi və Samsung A20S markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 71,94 ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ:
Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Ağsu RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin tədqiqatdan sonrakı qalıqları, başlığına gümüşü rəngli boruşəkilli bükülü keçirilmiş şüşə qab məhv edilsin. Bir ədəd ödəniş qəbzi və Samsung A20S markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə yetmiş bir manat doxsan dörd qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov