Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-147/2023 08.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X10 kassir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2olisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı X11 ilə qəsdən satış məqsədi olmadan hər biri ayrı-ayrılıqda özlərinin şəxsi istifadələri üçün qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə etmək məqsədilə o, özü 15 manat pul, tanışı X11 isə 10 manat pul düzəldərək o, 03 yanvar 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri, Kür küçəsi, ev 38-də yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək sonuncu ilə yaşadığı həmin evdə görüşüb 25 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 özü üçün bir bükümdə 0,614 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin və Ayəddin Fərzəliyev üçün isə bir bükümdə 0,102 qram şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamin alıb əldə edərək, o, 0,614 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 0,102 qram şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamini isə Ayəddin Fərzəliyevə vermiş, 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax şəhəri, H.Əliyev prospektində işlədiyi "xxxx" QSC-nin X10 yerləşən bilet kassasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin gün saat 12:00-dan 12:30-dək olan müddətdə orada müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən üzərində olan və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib saxladığı həmin 01 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,614 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və satmış, qəsdən təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,716 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib saxlamış, həmin 0,716 qram psixotrop maddə olan metamfetamini 03 yanvar 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yaşadığı evdə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 Natiq oğluna və X5 25 manat pulun müqabilində qəsdən satmış, 03 yanvar 2023-cü il tarixdə saat 19:30-da X3 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin gün saat 20:10-dan 20:40-dək olan müddətdə orada müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən Ayəddin Fərzəliyevin Təqsirləndirilən şəxs1 qanunsuz olaraq pul müqabilində alaraq əldə edib saxladığı 01 (bir) ədəd bükümdə olan 0,102 qram şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamin Ayəddin Fərzəliyevin üzərindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş və 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin gün saat 12:00-dan 12:30-dək olan müddətdə orada müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qanunsuz olaraq pul müqabilində alaraq əldə edib saxladığı həmin 01 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,614 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, qəsdən təkrarən satış məqsədilə qanunsuz olaraq 03 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 2,249 qram, 0,118 qram və 0,321 qram olmaqla ümumi təmiz çəkisi 2,688 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,110 qram və 0,395 qram olmaqla ümumi təmiz çəkisi 5,505 qram miqdarında külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən evdə saxlamış, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 5 (039)-5/2023 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən evdə 09 yanvar 2023-cü ildə saat 16:30-dan saat 17:00-dək olan müddət ərzində axtarış aparılan zaman həmin evin yataq otağında olan stula asılmış Təqsirləndirilən şəxs1 məxsus qara rəngli gödəkçənin sol içəri cibindən Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 03 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 2,249 qram, 0,118 qram və 0,321 qram olmaqla ümumi təmiz çəkisi 2,688 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamin və həmin qara rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd sellofan bükümdə 5,110 qram, həmçinin həmin otaqda olan stulun üzərindən isə 01 ədəd gümüşü rəngli falqa kağızında 0,395 qram olmaqla ümumi təmiz çəkisi 5,505 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin hazırda istifadə etmir. Təqsirləndirilən şəxs1la birlikdə 3-4 dəfə psixotrop maddədən istifadə etmiş, lakin aralarında psixotrop maddənin alğı-satqısı ilə bağlı hər hansı sövdələşmə olmamış və sonuncudan pulun müqabilində psixotrop maddə almamışdır. 31 dekabr 2022-ci il tarixdə Ayəddin Fərzəliyev ona pulsuz psixotrop maddə metamfetamin vermiş, lakin sonuncunun psixotrop maddəni haradan əldə etdiyini bilməmiş və sonuncu Təqsirləndirilən şəxs1 psixotrop maddə alması üçün ona pul verməmişdir. Ayəddin Fərzəliyevin ona verdiyi psixotrop maddənin yarısını sonuncu ilə birlikdə istifadə etmiş, yarısını isə əynində olan gödəkçənin cibinə qoyub saxlamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 03 yanvar 2023-cü il tarixdə günorta saatlarında tanışı X11 ilə birlikdə Yevlax şəhərində olan zaman sonuncu ona psixotrop maddə metamfetamin almağı və istifadə etməyi təklif etmiş, aralarında əldə olunmuş razılaşmaya əsasən o, 15 manat, Ayəddin Fərzəliyev isə 10 manat məbləğində pulun qarşılığından hər birinə ayrı-ayrı metamfetamin almağı qərarlaşdırmışlar. Bundan sonra Ayəddin Fərzəliyev əvvəlcədən tanıdığı Yevlax şəhəri, Kür küçəsində yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs1 zəng edərək pul müqabilində metamfetamin verməsini xahiş etmiş, sonuncu razılıq verdikdən sonra isə Ayəddin Fərzəliyev həmin metamfetamini Təqsirləndirilən şəxs1 götürməsini ona təklif etmiş və onlar birlikdə Yevlax şəhəri, Kür küçəsinə getmişlər. Ayəddin Fərzəliyev yolda onu gözləmiş, o isə 25 manat pulu götürüb həmin küçədə yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olaraq sonuncudan 15 manat məbləğində pulun müqabilində özünə bir büküm və 10 manat pulun müqabilində isə Ayəddin Fərzəliyevə bir büküm olmaqla ümumilikdə 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Daha sonra o, həmin evi tərk edib bir ədəd bükümü Ayəddin Fərzəliyevə vermiş, sonuncu özünün bükümündən bir dəfə istifadə etmiş, o, isə öz bükümünü cibinə qoyub saxlamış, bir müddət sonra isə Ayəddin Fərzəliyevdən kənarlaşıb yaşadığı evə getmişdir. Sonradan o, metamfetamini istifadə etmək məqsədindən daşınmış, həmin metamfetamini tullamaq üçün cibinə qoyub saxlamış və 06 yanvar 2023-cü il tarixdə işə gedən zaman da həmin psixotrop maddə olan metamfetamin onun üzərində olmuşdur. Həmin tarixdə saat 10:30 radələrində işdə olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman əynindəki qara rəngli gödəkçənin sol döş cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmiş və o, həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra psixotrop maddə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evində aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmuş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 və Ayəddin Fərzəliyevə narkotik vasitə və ya psixotrop maddə verməmiş, Ayəddin Fərzəliyevlə aralarında narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısına dair sövdələşmə olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları həmin evə gələrək qeyd olunan evdə və evin həyətində axtarış aparılması barədə Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərarı ilə onu tanış edərək axtarış aparılmasının zəruri olduğunu bildirmişlər. Bundan sonra onun iştirakı ilə axtarış aparılan zaman evin yataq otağında olan stulun üzərindən 01 ədəd gümüşü rəngli falqa kağızının üzərində heroin, habelə həmin stulun üzərində olan və ona məxsus qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibindən kağıza bükülmüş olan 03 ədəd psixotrop maddə olan metamfetamin və 01 ədəd narkotik vasitə olan heroin aşkar edilmiş və o, qeyd olunan bükümlərdə olan kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümlərin ona aid olduğunu və bükülüləri bir ay əvvəl Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerdən tapdığını demişdir. Bundan sonra narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi çəkilərək müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 və Ayəddin Fərzəliyevə narkotik vasitə və ya psixotrop maddə satmamış və həmin şəxslərlə aralarında narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısına dair sövdələşmə olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddədən istifadə edir. Narkotik vasitə və psixotrop maddəni bir neçə dəfə əvvəlcədən tanıdığı Yevlax şəhər sakini Təqsirləndirilən şəxs1 almışdır. 03 yanvar 2023-cü il tarixdə günorta vaxtı əvvəlcədən tanıdığı Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Yevlax şəhərində olan zaman sonuncuya psixotrop maddə metamfetamin almağı və istifadə etməyi təklif etmiş, aralarında əldə olunmuş razılaşmaya əsasən o, 10 manat, Təqsirləndirilən şəxs2 isə 15 manat məbləğində pulun qarşılığından hər birinə ayrı-ayrı metamfetamin almağı qərarlaşdırmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satdığını demiş, daha sonra isə özünün adına olan və istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək metamfetamin verməsini demiş, sonuncu razılıq verdikdən sonra isə o, həmin metamfetamini Təqsirləndirilən şəxs1 götürməsini Təqsirləndirilən şəxs2 təklif etmiş və onlar birlikdə Yevlax şəhəri, Kür küçəsinə getmişlər. Bundan sonra o, metamfetamin almaq üçün Təqsirləndirilən şəxs2 10 manat məbləğində pul vermiş, o, küçədə gözləmiş, Təqsirləndirilən şəxs2 isə metamafetamini almaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığı 02 bükümdə metamfetaminin 01 bükümünü özündə saxlayıb onun üçün aldığı 01 büküm metamfetamini ona vermiş və onlar birlikdə kənara çəkildikdən sonra o, öz bükümündə olan metamfetaminin bir hissəsini istifadə etmiş, lakin Təqsirləndirilən şəxs2 həmin vaxt metamfetamindən istifadə etməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 kənarlaşıb yaşadığı evə tərəf gedən zaman metamfetaminin qalan hissəsini istifadə etmək məqsədilə üzərində saxlamış və 03 yanvar 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Yevlax şəhəri, İ.Quliyev küçəsi ilə evinə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2023-cü il tarixdə Yevlax şəhəri, Kür küçəsi, ev 53 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq saxlaması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 işlədiyi "xxxx" QSC-nin X13 gedərək saat təxminən 10:30 radələrində orada yerləşən bilet kassasında Təqsirləndirilən şəxs2 görüb özlərini təqdim etmişlər və polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman əynindəki qara rəngli gödəkçənin sol döş cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, 03 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan X4 narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxlaması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra saat təxminən 19:30 radələrində Yevlax şəhəri, İ.Quliyev küçəsində olan zaman Ayəddin Fərzəliyevi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər və polis şöbəsinə getməyi təklif etmişlər. Ayəddin Fərzəliyev etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində olan 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 yanvar 2023-cü il tarixdə Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlər saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində və evin həyətində Yevlax Rayon Məhkəməsinin göstərilən tarixli qərarı əsasında axtarış aparılması üçün müvafiq sənədləşmə işləri görülmüşdür. Bundan sonra həmin tarixdə Yevlax RPŞ-nin əməkdaşları ilə birlikdə qeyd olunan ünvana gedərək Təqsirləndirilən şəxs1 özlərini təqdim edib göstərilən ünvanda yerləşən evdə və evin həyətində narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetləri saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün həmin ünvanda yerləşən evdə və evin həyətində axtarış aparılması barədə Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərarını təqdim etmişlər və həmin evdə və evin həyətində axtarış aparılmasının zəruri olduğunu bildirmişlər. Daha sonra isə videoçəkilişdən istifadə edilməklə axtarış aparılan zaman həmin evin yataq otağında olan stulun üzərindən 01 ədəd gümüşü rəngli falqa kağızının üzərində heroin, habelə həmin stulun üzərində olan və ona məxsus qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibindən kağıza bükülmüş olan 03 ədəd psixotrop maddə olan metamfetamin və 01 ədəd narkotik vasitə olan heroin aşkar edilmiş, elektron tərəzi vasitəsi çəkilərək müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 yanvar 2023-cü il raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 11:30-da işlədiyi "xxxx" QSC-nin X10 saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli gödəkçənin sol döş cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 07 yanvar 2023-cü il tarixli 17/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş metamfetaminə bənzər maddə” sözləri, imzalar və adlar yazılmış sellofan bükümdə təmiz çəkisi-0,614 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialın cinayət işinə birləşdirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X4 barəsində araşdırılan material Təqsirləndirilən şəxs2 barəsində başlanmış cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis X1 psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X4 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 yanvar 2023-cü il raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında X11 metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 19:30-da Yevlax şəhəri, İ.Quliyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə X4 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 yanvar 2023-cü il tarixli 17/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs X4 üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,102 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də yaşadığı evdə satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışın aparılması haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 5 (039)-5/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun iştirakı ilə axtarış aparılmış və bu zaman yataq otağında olan stulun üzərindən 01 ədəd gümüşü rəngli falqa kağızının üzərində heroin, habelə həmin stulun üzərində olan və ona məxsus qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibindən kağıza bükülmüş olan 03 ədəd psixotrop maddə olan metamfetamin və 01 ədəd narkotik vasitə olan heroin aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarışın aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10 yanvar 2023-cü il tarixli 17/39 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38-dən aşkar edilmiş 02 ədəd bükümdə (01 ədəd ağ rəngli sellofan və 01 ədəd gümüşü siqaret kağızı bükümündə) narkotik vasitə heroinə bənzər maddələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli şəffaf sellofan bükümdə təmiz çəkisi – 5,110 qram və 01 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə təmiz çəkisi - 0,395 qram olmaqla ümumi çəkiləri – 5,505 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38-dən aşkar edilmiş 03 ədəd ağ sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 2,249 qram, 0,118 qram və 0,321 qram olmaqla ümumi çəkiləri - 2,688 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən CM-in 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 24 fevral 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X4 birlikdə əldə etdikləri 02 ədəd bükümdə 0,716 qram psixotrop maddə olan metamfetaminin pulunun 10 manatını Ayəddin Fərzəliyev, 15 manatını isə Təqsirləndirilən şəxs2 vermiş, lakin Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 Ayəddin Fərzəliyev ilə birlikdə hər biri ayrı-ayrılıqda istifadə etmək məqsədi ilə alıb gətirmişdir. Təqsirləndirilən şəxs2 həmin 02 ədəd bükümdə 0,716 qram psixotrop maddə olan metamfetamini 03 yanvar 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında Təqsirləndirilən şəxs1 25 manat pulun müqabilində həm özünün, həm də Ayədddin Fərzəliyevin istifadəsi üçün hər birinə ayrı-ayrı bükümlərdə almışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin onun özünə məxsus olmuş, həmin metamfetaminin Ayəddin Fərzəliyevə aidiyyəti olmamışdır. X8 üzərindən aşkar edilmiş metamfetamin onun özünə məxsus olmuş, həmin metamfetaminə Təqsirləndirilən şəxs2 aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 02 ədəd bükümdə cəmi 5,505 qram olan narkotik vasitə olan heroin və 03 ədəd bükümdə cəmi 2,688 qram psixotrop maddə olan metamfetamin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 02 ədəd bükümdə cəmi 5,505 qram olan narkotik vasitə olan heroin və 03 ədəd bükümdə cəmi 2,688 qram psixotrop maddə olan metamfetamini o, satış məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 02 ədəd bükümdə cəmi 5,505 qram olan narkotik vasitə olan heroini, 03 ədəd bükümdə cəmi 2,688 qram psixotrop maddə olan metamfetamini və Təqsirləndirilən şəxs2 satdığı 02 ədəd bükümdə 0,716 qram psixotrop maddə olan metamfetamini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 və X4 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatlar daxil olmamışdır. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında əlbirlik olması, onların qabaqcadan razılaşmaqla narkotik vasitə və psixotrop maddə satmaları və ya narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmələri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 02 ədəd bükümdə cəmi 5,505 qram olan narkotik vasitə olan heroini, 03 ədəd bükümdə cəmi 2,688 qram psixotrop maddə olan metamfetamini və Təqsirləndirilən şəxs2 satdığı 02 ədəd bükümdə 0,716 qram psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 tək əldə etmiş, həmin narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılmasında Təqsirləndirilən şəxs2 rolu olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ilə Ayəddin Fərzəliyev arasında əlbirlik müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsindən 16 noyabr 2022-ci il tarixdə 077 320-12-62 mobil telefon nömrəsinə “mennen nese isdemek deyendeki ozun.dilinle deysen o taya gedeceyik mende olsa zulm cekerik bele.yoxey qaqa seherden zeng catmr bilmirem nolub tutlubmu nese olubmu bilmirem.oncun xebersizem Birdeki men oz paymda olsa seni agrda qoyaram men beke qoymuwam ayib deyli deysen yig yermj danmwam birden ikiye sene aca bilsem danwaramda bawa duwrem lomkadasan ama senol heqqeten ayri yerdeyem ikincusdeki olsamda yoxumdu cunki butun gun zeng catmyib oz paymda arxeyn olub verdum uwax var ona ozum qaldim bele hecne gecen xeyre” məzmunlu, 19 noyabr 2022-ci il tarixdə 077 320-12-62 mobil telefon nömrəsinə “Yigibki it qurd gezr gedmirem qaqa bile bile “...” duwmey yersizdi oldu gecen xeyre” məzmunlu, 20 noyabr 2022-ci il tarixdə 055 457-78-19 mobil telefon nömrəsinə “Gozdeda demwem gelb qalmiwam qesebede senol.it qurd var deye gotrenmirem olar gudremki mament tutub ozmu soxum .yazma hecne” məzmunlu, 29 noyabr 2022-ci il tarixdə 050 490-44-60 mobil telefon nömrəsinə “Senne danwsaney indi durram bir ikincisdeki hele hecne yoxdu gelmiyib gelsin yigacamda” məzmunlu, 01 dekabr 2022-ci il tarixdə 050 490- 44-60 mobil telefon nömrəsinə “E cere ewt cehenneme ewt herdefe kesr pul vermisen dinmemweme aZ olub goturmezdin ikincisdeki alub verrem goturmel deyleme nese vapwem meni kankretni yigmrsan” məzmunlu, 03 dekabr 2022-ci il tarixdə 099 857-14-00 mobil telefon nömrəsinə “Ewtmirsen helemi ha deyrem senol defelerce bele bez pantovulux etmisen herdefede insannix edb sozune inamsizlix etmemwemki pis olmuyasan ama senol deyrem sene heqqetende hormet bilen deylsen herdefe vizivina cavsb verrem nese yigma ha meni ok meni yigma evdede uwax ystb iki saddi yigram acmrsane qalmiwam colde deyqede bir men eve girib cixacam camadi oyadacam size gore nese yigma senol seryoznuda deyrem ok” məzmunlu, 04 dekabr 2022-ci il tarixdə 055 846-36-46 mobil telefon nömrəsinə “Qaqa on sekkiz mad versen bew mad kessen deysen uc verecem men elmin pulnu verub allamki gelib gozdemyesen bunu evvelden njye demrsenki nesey qaqa ok” məzmunlu, 05 dekabr 2022-ci il tarixdə 050 490-44-60 mobil telefon nömrəsinə “Sen varyoxun s***m qardawimsan deyrdin yadinnan cixdi .sen dosdarna naxalka atrsanmiwe ha “...” deyb opwub goruwsen camada naxalka atrsan senol dosd kimi gorunub dosdarni arxadan vuransan .bilki sen mala gore herwey edersen tuprum o male onu men birdefeye edrem” məzmunlu, 15 dekabr 2022-ci il tarixdə 050 686-88-43 mobil telefon nömrəsinə “Qaqa uc bew madin ehemyeti birwey deyl guya deseydin sen bow qaytaras deyldimki nese oldu qaqa” məzmunlu, 23 dekabr 2022-ci il tarixdə 055 517-17-84 mobil telefon nömrəsinə “Ay qaqq men bir iki m sohbetni etmirem elin neyremey verlen pulun sayn deyremki 7 m 9 dedin oncun deyrem.guya hacan demsen vermemwemki konturum yoxdu qaqa seher danwarix yaziwmiyaxda qaqa qalir burda silinmir” məzmunlu, 24 dekabr 2022-ci il və 25 dekabr 2022-ci il tarixlərdə 055 467- 68-65 mobil telefon nömrəsinə “Noldu ramil aldi pulu sennen bir onu deyimki zeka cox heyf sene etdiyim hormete senol sen ne qeder yslsn and icirsenmiw ayibdeye senol nese men oncun siz Bunnan ikincidi sen hormetsizlik sdrsen mende neyse deyrem insanix da olar deyrem ama uje gorremki sen bilerek edrsen “...” mazqi edrsen baw beynimi aparsan tel sondyrsen lap alinmasin yigib deyenmisenki qaqa alunmadi cox sagol iwin duwende emogly deysen sennen mene emoglu olmaz Men ama sene dosdux yoldawlix emoglulux etdim halal xowun sende ne dosdugna ne yoldawligna helede emoglulugna ehtyacim yoxdu .sende gorduymu gordumda vecni sene hormet etdim yox desemde sora he dedim sen ama nesey zeka oldu” məzmunlu, 25 dekabr 2022-ci il tarixdə 099 857-14-00 mobil telefon nömrəsinə “Yanmda adam danwanmram ne qoymusane usde pylum olmuysn kimi nedi sen pulun olubke yoxsa sen pulun lazimde mene bawn getdi uje men sene vecni etmiwem sen ne danwsan bawa duwmedim hec milyonunda olsa senol innen sora sene nese komeklik etmerem duwmurey senol .pulumuz yoxdu danwgna bax nese men yigma akiwi” məzmunlu, 27 dekabr 2022-ci il tarixdə 050 686-88-43 mobil telefon nömrəsinə “Anar sene yarawar bele hereket ha vecni sene bam bawqa hormet etmiwem sene deyremki vezyrtim pisdi sen gelib bele hereket etsen men sene samnenya edib pulna baxmram sen guya men fikrimi ysyindrsan itdet var deyib sene ayib olsun senol tuprym o yirim mada ona gore deyer yani bu hereket nese” məzmunlu, 27 dekabr 2022-ci il tarixdə 050 686-88-43 mobil telefon nömrəsinə “Nedi o gun biraz eksik olub dedimki ozde men goturmuwem defelerce dedumki vezyetim pisdi .bes men etduklermin qarwligidi pulun olmuyub oldugun yere gondermiwem vecni eksuk pul vermisen vecnide cixardib civne pul basmwam gucum catsnnsn halalin olsuney ama sene yarawdrmadim senol sen ozne yarawdrdinsa ozun bilersen, Seni hamidan ferqli olarax hormetim varydi pula gore mala gore hormeti aramiDay munasibeti itirmeye deymezdi gun bu gun deylki salig olsun .ele olubki elli mad vermisen pulu yslan deyen “...” men onu 55 almiwM civimnen pul qoymuwam bildurmemwemde srne bu hormetlere goredda indi borca yuklenmiwem nesey” məzmunlu, 30 dekabr 2022-ci il tarixdə 055 467-68-65 mobil telefon nömrəsinə “Bune hereketde sef yigmisan yigmisan adam bir salammeleyki etmez adboy edrsen guyada sef yigmisan Demeli butun gun vizif atrdin seni her zenginr qaydrdim beyaxdan iki defedi yugram zanit versen sora hec yigmirsanda guya iwun varda ha vaxdin olmadi helemi saxdalix etmey lazm deyle nedeki men seni neyse yugmram yalannan meni yugsan guya sef duwmusen mene ewtdirsenki nese var deyrem senol uwax hereketi edrsenda” məzmunlu, 31 dekabr 2022-ci il tarixdə 055 467-68-65 mobil telefon nömrəsinə “Bayramin gunudu adsmin qanni qaraltma poxa cavab ver bilekki iwmizi bu qederde yoxdada Sen uje hormetsizlik edrsen ama hormetsizlik hele olmurha senj emmoglu yola ver deyib deye bir hrle tuxda hereketler edrsen dinmirem s***m 20 madada 30 madada mene ehtyacdike sen pulun yigib dil tokursen bayramdi qelbini qrmram gel deyrem bune hereketde guya gormursen zengi vapwem axrinci defe olsun men yugmagn sene dedjm senol” məzmunlu, 01 yanvar 2023-cü il tarixdə 050 686-88-43 mobil telefon nömrəsinə “Anar bayramin mubarek .men kinni oglan deylem nedeki one pulduki men kin besliyem sen deseydinde yoxdu bow getmezdin.nese tahiri yigmisan usdunnen on gun kecib men sef etmiwdimse niye acb demrdinki buna gore etdim. Sen defelerce zon adn cekmisen men ozumnende etmiwem pyl demsen bu qederdi eskiy olub men dinmemwem yarmda verdimki men admnan gonder defelerce pulun duz olmuyub cixardib civnede pul qoymuwam yola salmwam, Lomkada olmusan olsugun kende gondermiwem bura gelmisen etmiwem adam bu hormetin qarwsinda bele eder .deysen zona gedrdi az verib .yarm tema gonderirler zona uwagam men birdeki sene kurs etdimki vezyetim pisdi acca ozumcun gpturdum nolacaxdiki, Noldu cesdine deydiki az olub bes xeyrdimi men oz civimnen sen yerne pul qoyurdum borcunda olub demwem al qoy civne bunlari hara yazax .hamsi ne ucunuydu xetr hormete ama sef etmiwem senol itirmey lazm deyliydey men yatsamda yuxma girmezdiki sen bele hereket edesen senol Deneney tahir men qaqamdi ama duzgunne de yalannan zonu qatma kime desen gulerey yarm tema zona gonderirler neblimey anar nese hemwe sen men qapmnan hormetle yola salmwam men senin pulnu saymagi ozume ayb bildimey ozume yarawdrmadim .hele deysen itder dyrub guya baw qatrsan yaxwi soz deyley bilsenda nese oldu.” məzmunlu, 01 yanvar 2023-cü il tarixdə 055 801-40-69 mobil telefon nömrəsinə “Birdeki ata bilsen acix deyimda sen bilsen men burcudan adam deylem bir nece defe elwad xowa gelmez hereketler etdi men olmamw kimi ne ona nede size qarwi hecbir deyiwikliyim olmadi ama uje axrinci defe mawinka sohbetinde sende ysndaydin Menede cox pis tesr etdiki sen niye yol versenki men hele oglsnamki pully pulsuz hacan neyi esrgemwemkj gelib evinizdede oturmuwux biryerde bu munasibetin qarwsinda onun etdiyi yersizdi axi ata” məzmunlu, 06 yanvar 2023-cü il tarixdə 070 205-06-78 mobil telefon nömrəsinə “Musa tel bagliysan men o bew madin acizi deylemey qapma geldin orda ozum dinmedimki insandida ama sen telfonda niye demrdine beledi bele danwmwdin mennen sen gorsen indi sozunuzden emelniz duz gelmir .guya deseydin seni bow gedesiydinki hele halal xowda edesi oglanam ama bew d gellem deyib tel sondursen” məzmunlu, 07 yanvar 2023-cü il tarixdə 055 801-40-69 mobil telefon nömrəsinə “Ata deym bil men evde qalmram ozymde hec hara getmirem adam var deyecem onnan ozum gotresen yarm verir ha 30 za .koku yoxudu ozumde tergitmiwem kokunu oda ceken deyil lazmdisa pati deyerem gotrersen bu komekliy ederem” məzmunlu, 08 yanvar 2023-cü il tarixdə 055 334-87-57 mobil telefon nömrəsinə “Yigrdimki agrysansa vezyetden cixardim seni. Oda acmadin oncun yugirdim gecen xeyre” məzmunlu, 08 yanvar 2023-cü il tarixdə 050 882-23-08 mobil telefon nömrəsinə “Elnur sad bewde yigrsan men ibnemi qalsrsan guya hele deyrsenki atqaZ etmiyimda latarya adin ewdib .men uwagam guya cox bilirsen .menede o ehtyac deyilki ozume lazm olani verm sene on mada neyremki latarya dedin al yoxdu alma seni kim mecbur edrki belede hec almada ozum cekremda yuxuya getdiyim yerde yig rsan helem nesey oldu almada” məzmunlu, 08 yanvar 2023-cü il tarixdə 055 334-87-57 mobil telefon nömrəsinə “Yetm da yan gedrsen yugram acmrsan mesajda yazdm teki salamatcilix olsun .qalan weyler geldi gederdi .dunen deyrem salamatcilixdi sesin kuyun gelmir deysen pulsuzluxdu men seni pula gore yigramki sen pullu pulsuz ne vaxd nese esrgemwemki pulun olmuyandada yigib deyrdin ozumunde olsa senle bolmuwem .nese soyuqlux hiss etdim teki yaxwilix olsun qalan bow weylerdi ozunnen mugayet qaqa. Qaqa pulsuzlugun bizim munasibete ne dexli varki men seni neyse gore tsnmwamki ve ya yugramki.az olubki demsen pylum yoxdu seni agrda qoymuwamki oz payim da olsa etmiwem dunende dedin pisdi vezyet yigdim acmadin yazdimki gel vezyetden cixardm .duwunmeki sen yugramki nese gotrek neyniyek yox hergun danwb gorwen adamix adam marax etmiyende narahat olur teki yaxwilix olsun .oldu qaqa sagol.” məzmunlu, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinə 15 dekabr 2022-ci il tarixdə 099 876-36-56 mobil telefon nömrəsindən “GELDİN 25 M VAR” məzmunlu, 16 noyabr 2022-ci il tarixdə 077 320-12-62 mobil telefon nömrəsindən “AY QAQA SENDEN NE SE İSDEMEYE ZENG ETMİREM BU AXSAM O TAYA GEDECEYİK HE YOXSA YOX DE BİL” məzmunlu, 19 noyabr 2022-ci il tarixdə 055 801-40-69 mobil telefon nömrəsindən “X21,nolar Meni Sevindir,puluda Saxlamiwam” məzmunlu, 20 noyabr 2022-ci il tarixdə 055 457-78-19 mobil telefon nömrəsindən “Qaqa 10 manata da var deyirdim olar ne vax gelersen gozduyum yoxsa yatim” məzmunlu, 27 noyabr 2022-ci il tarixdə 050 490-44-60 mobil telefon nömrəsindən “Varyoxuna nehlet 20nagdi cibimde 10m 10deq catir yanima yoxsa kefimnen 10deq demedim, Qaqam neyese gore demirem. bidene zumrud alacam mene cox hormetin kecib..serovna bugunlukdu mende sabah sene eziyyet vermiyecem day, Zumrudun 30m borcuma dexili yoxdu..mene cox el tutmusan borca” məzmunlu, 28 noyabr 2022-ci il tarixdə 051 509-30-61 mobil telefon nömrəsindən “Axşamın xeyir kirvə 10luq torpax lazımdı istəsən dasda vere bilerem” məzmunlu mesaj göndərilmiş, 28 noyabr 2022-ci il tarixdə 051 509-30-61 mobil telefon nömrəsindən “Axşamın xeyir kirvə 10 luq torpax lazımdı istəsən dasda vere bilerem” məzmunlu, 23 dekabr 2022-ci il tarixdə 055 517-17-84 mobil telefon nömrəsindən “Qaqa qala əli 10 m pul verdi 1 m siqar aldım 9 m qaldı zeng ele soruş, Valla yalan demirəm ayıbdı nə bəhanə 10 m pulda səhər qytardm yada sal” məzmunlu, 28 dekabr 2022-ci il tarixdə 055 296-36-02 mobil telefon nömrəsindən “Yetim 15.m var nese elemek olar” məzmunlu, 06 yanvar 2023-cü il tarixdə 070 205-06-78 mobil telefon nömrəsindən “Bidene yari lazimdi alinar? Xbr de” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. Habelə Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 ***- **-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinə 31 dekabr 2022-ci il tarixdə “Ay qaqa men gelirem . Colde qalmiwam elimde demir dumur. Ac dana” məzmunlu, 31 dekabr 2022-ci il tarixdə “Qaqa men genceye gedesiyem. Eyer alinmirsa lengimiyim cixim yola” məzmunlu məzmunlu mesajların göndərilməsi, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinə 03 yanvar 2023-cü il tarixdə “Bu gunun sabahida var can sagolsun bu gunluk sabah baxarix .deyrem ki bele muraz olmuyuney senol oglana yarawmrey bele hereketler senol nese sen sen ol m ende men” məzmunlu, 30 dekabr 2022-ci il tarixdə “Elcin csmadi getrib gelmiyrsen senol pis olar” məzmunlu, 27 dekabr 2022-ci il tarixdə “Guya gormursenda gorub acmyan oglannigi yoxdu hec sen payna men yiganda innen bele menniyi yoxdu yigsan gorersen ok” məzmunlu, 25 dekabr 2022-ci il tarixdə “Da gelme ok” məzmunlu, 08 dekabr 2022-ci il tarixdə “Get tullaney burdan sene hormet edeninde deyecem lazim deyli alub eleme nede men yigma davsy” məzmunlu, 02 dekabr 2022-ci il tarixdə “Sarmisane ha neye yugsan inde acmrsan innen soram senol baxarix cox demwem ureyim agryib ama duwmur” məzmunlu, 30 noyabr 2022-ci il tarixdə “Elcin adama eseb verme and olsunki pewmancilix yaradrsan baxarix” məzmunlu, 27 noyabr 2022-ci il tarixdə “Seni yigsam men, Senol gelib eleme mene ehtyac olmuyan weye gore neyreme yugmada senol” məzmunlu, 17 noyabr 2022-ci il tarixdə “Yıgma, Ozun iwini hell et” məzmunlu, 12 noyabr 2022-ci il tarixdə “Sen bu hereketin vsra cox nisiryoznu hereketdi senol meni yigms ha davay” məzmunlu mesajların göndərilməsi müəyyən edilmişdir. X2 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinə 03 yanvar 2023-cü il tarixdə saat 15:27-də bir dəfə, saat 15:28-də üç dəfə, saat 17:14-də bir dəfə, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsindən X4 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinə 03 yanvar 2023-cü il tarixdə saat 17:17-də bir dəfə, saat 17:20-də bir dəfə, saat 17:21-də bir dəfə, saat 17:29-da bir dəfə, saat 18:48-də isə bir dəfə zəng edilmiş və danışılmışdır. Habelə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** mobil telefon nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsi arasında 03 yanvar 2023-cü il, 04 yanvar 2023-cü il və digər tarixlərdə zənglərin edilməsi və danışıqların olması müəyyən edilmişdir. Bundan başqa X4 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinə 03 yanvar 2023-cü il tarixdə saat 15:27-də bir dəfə, saat 15:28-də üç dəfə, saat 17:14-də bir dəfə, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsindən X4 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinə 03 yanvar 2023-cü il tarixdə saat 17:17-də bir dəfə, saat 17:20-də bir dəfə, saat 17:21-də bir dəfə, saat 17:29-da bir dəfə, saat 18:48-də isə bir dəfə zəng edilmiş və danışıq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 31 mart 2023-cü il tarixli 17/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd zərfin içərisindəki, X4 və Təqsirləndirilən şəxs2 üzərindən, habelə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş ümumilikdə 05 (beş) ədəd bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 599 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli 600 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 mart 2023-cü il tarixli PHŞ-1537/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax RMX PHŞ-nin Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 mart 2023-cü il tarixli PHŞ-1538/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax RMX PHŞ-nin Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 16 mart 2023-cü il tarixli 242 nömrəli məktubdan görünür ki, Məmmədov X12 ŞRND-də qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 16 mart 2023-cü il tarixli 246 nömrəli məktubdan görünür ki, İsmayılov X9 ŞRND-də qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 234.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.4.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.2 və 234.4.1-ci maddələri ilə, X4 isə barəsində CM-in 234.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin, Təqsirləndirilən şəxs2 əldə etdiyi psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar və həmin Siyahının psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən təmiz halda aşağı həddi 0,15 qram çəkidə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar və təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 03 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Polis X1 psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 06 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması, satması və metamfetaminin istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan əlavə, 09 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 5(039)-5/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun iştirakı ilə axtarış aparılmış və bu zaman narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Götürülmüş narkotik vasitə və psixotrop maddə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 03 yanvar 2023-cü il tarixdə X4, 06 yanvar 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış və cinayət işi başlandıqdan sonra 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılıb narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat və ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs2 qeyd olunan psixotrop maddəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,614 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin psixotrop maddə metamfetaminin bir bükümdə olması, başqa növ narkotik vasitənin və ya psixotrop maddənin, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı bir şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 0,614 qram psixotrop maddə metamfetamin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon nömrələrinə daxil olan və həmin mobil telefon nömrələrindən çıxan zənglərə və SMS mətnlərinə dair məlumatlar götürülmüş, lakin iş üçün hər hansı əhəmiyyətli hal müəyyən olunmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamış, onların bu xüsusatla bağlı verdiyi ifadələr ehtimallara əsaslanmışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və satmış, qəsdən təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş və saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsini, narkotik vasitənin və psixotrop maddənin satışına dair telefon zənglərinin və SMS mətnlərinin olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 və Ayəddin Fərzəliyevə narkotik vasitə və ya psixotrop maddə satmadığını və həmin şəxslərlə aralarında narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısına dair sövdələşmə olmadığını, habelə yaşadığı fərdi yaşayış evində aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi olmadan saxladığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (baxış keçirilməsi, şəxsi axtarış aparılması haqqında protokollar, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə keçirilən zaman sonuncudan psixotrop maddə metamfetamin aldığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. Habelə alınmış materialların məhkəmə ekspertizasının 31 mart 2023-cü il tarixli 17/283 nömrəli rəyində də X4 və Təqsirləndirilən şəxs2 üzərindən, Təqsirləndirilən şəxs1 isə yaşadığı evdən aşkar edilmiş metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olduğu qeyd edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinin arasında narkotik vasitənin və psixotrop maddənin satışına dair telefon zənglərinin və SMS mətnlərinin olması müəyyən olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Kür küçəsi, ev 38 ünvanında yaşayır, 2013-cü ildə doğulmuş qızı Zəhra İsmayılova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 06 aprel 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 06 aprel 2015-ci il tarixli hökmünə əsasən CMin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 əməlində isə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır, CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq məhdudlaşdırıldığı həmin tarixdə saat 11:30-dan şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq məhdudlaşdırıldığı həmin tarixdə saat 17:00-dan şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə hökmün çıxarıldığı 08 iyun 2023-cü il tarixdən hesablanmalı və onun 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəylərini və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,355 qram narkotik vasitə heroin və 3,154 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 284,92 (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 284,92 (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 190,10 (bir yüz doxsan manat on qəpik) manat və Təqsirləndirilən şəxs2 94,82 (doxsan dörd manat səksən iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,355 qram narkotik vasitə heroin və 3,154 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 284,92 (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 190,10 (bir yüz doxsan manat on qəpik) manat və Təqsirləndirilən şəxs2 94,82 (doxsan dörd manat səksən iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-147/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-147/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver