Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-148/2020 23.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə X5 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçilər Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə xx xxxx 2003-cü ildə Zaqatala rayonunun Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, məktəbli, Zaqatala rayonunun Mosul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X5 Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı X5 Məhkəməsinə aiddir. Həmin cinayət işi xx xxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. İşin hazırlıq iclasında baxılma müddəti xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci ildə bitir. Həmin cinayət işinə hazırlıq iclasında baxılması təkrarən xx xxxxxxxx 2020-ci il kimi təxirə salınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında yekun qərar qəbul edilənə kimi dəyişdirilmədən saxlanmışdır. Müdafiəçi F.A.Xəlilov orderi təqdim etmişdir. O, müdafiəçi qismində işə buraxılmışdır. Məhkəmədə dövlət ittihamçısı vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını bildirmişdir. Vəsatətini isə onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü ildə anadan olmuş yetkinlik yaşına çatmayan şəxs olduğu halda, onun hüquqları pozulmuş, qanuni nümayəndə ilə təmin edilməmişdir. Eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi R.F.Səmədova Azərbaycan dilində çətinliklə danışdığı, Azərbaycan dilini mükəmməl bilmədiyi halda tərcüməçi ilə təmin edilməmişdir. Bu isə nəticə etibarı ilə CPM-nin 303.3.1-ci və 303.3.8-ci maddələrinin müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair bu məcəllənin 284-286, maddələrinin tələblərinin pozulması olmuşdur. İş materiallarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət işi başlayandan ibtidai istintaq materialları il tanış edilib, iş məhkəməyə göndərilənə kimi qanuni nümayəndə ilə təmin edilməmişdir. Həmin dövrdə onunla aparılmış bütün istintaq hərəkətlərində qanuni nümayəndəsi olmamışdır. Eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi Azərbaycan dilində çətinliklə danışmasına baxmayaraq, tərcüməçi ilə təmin edilməmişdir. Qeyd edilən hallar CPM-in istintaq aparan, ittiham aktını tərtib edən şəxs üçün müəyyən etdiyi imperativ normadır və bu tələblərin pozulması CPMnin 303.3-cü maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntuları cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin kobud pozulmasıdır. Qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Eləcə də nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti məhkəmə hazırlıq iclasında yekun qərar qəbul edilənə kimi, yəni xx xxxxxxxx 2020-ci il tarixə kimi qüvvə saxlanmışdır. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinə baxlmasına xitam verilməsi və onun prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edildikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə 7 gün qalarsa və ya prokuror həbs müddətinin uzadılması barədə vəsatət verərsə məhkəmə həbs qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxmalıdır. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxxxxx 2020-ci ildə bitir. Prokuror tərəfindən də təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması haqqında vəsatət ilə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu cinayətin xarakter və ictimai təhlükəliliyinə uyğun qətimkan tədbiri seçilmişdir. Hazırda həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, q ə r a r a a l ı r: Cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bir ay, yəni xx xxxxxxx 2020-ci il tarixə kimi uzadılsın. Sədrlik edən Rəşid Hüseynov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-148/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-148/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver