Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-148/2022 03.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Təqsirləndirilən şəxs2 Aydın oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1975-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Hacıqabul Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 10 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yevlax şəhəri, Nizami prospekti ev 24, mənzil 17-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1982-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 7, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd sellofan torbada külli miqdar çəkidə 102,315 qram narkotik vasitə olan heroini və 3 ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 3 ünvanında yerləşən evində saxlamış, aralarında olan razılaşmaya əsasən 19 mart 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs2 həmin evdə satış məqsədilə saxladıqları 3 ədəd selofan bükümlərdə olan narkotik vasitə olan marixuanadan 1 ədəd selofan bükümdə olan hissəsini, yəni 104,32 qram marixuananı qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ünvan 3 ünvanından özü ilə götürüb Yevlax şəhəri İ.Dəmirov küçəsinə daşımış, 19 mart 2022-ci il tarixdə, saat 1630-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri İ.Dəmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə saat 1635-dən 1655-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş baxış nəticəsində evin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib saxladıqları 1 ədəd sellofan bükümdə külli miqdarda 102,315 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi və həmin evin ikinci mərtəbəsində olan eyvanın divarına söykənilmiş halda olan taxta lövhənin arxasından 02 (iki) ədəd sellofan torbada, ayrı-ayrılıqda 102,08 qram, 96,27 qram, ümumi çəkisi 198,35 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövrüyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri İ.Dəmirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 1915-dən saat 1945-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibində olan qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşıdığı 104,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd sellofan torbada külli miqdar çəkidə 102,315 qram narkotik vasitə olan heroini və 3 ədəd sellofan torbada, ayrı-ayrılıqda çəkiləri 104,32 qram, 102,08 və 96,27 qram olmaqla ümumi təmiz çəkisi 302,67 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə saxlamış, aralarında olan razılaşmaya əsasən 19 mart 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Təqsirləndirilən şəxs2 həmin evdə saxladıqları narkotik vasitə olan marixuanadan 1 ədəd selofan bükümdə olan 104,32 qram marixuananı qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ünvan 3 ünvanından özü ilə götürüb Yevlax şəhəri İ.Dəmirov küçəsinə daşımış, 19 mart 2022-ci il tarixdə, saat 1630-da Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri İ.Dəmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə saat 1635-dən 1655-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə video çəkilişlə və müdafiəçinin iştirakı keçirilmiş baxış nəticəsində evin ikinci mərtəbəsində yerləşən qonaq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib saxladıqları 1 ədəd sellofan bükümdə külli miqdarda 102,315 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi və həmin evin ikinci mərtəbəsində olan eyvanın divarına söykənilmiş halda olan taxta lövhənin arxasından 02 (iki) ədəd sellofan torbada, ayrı-ayrılıqda 102,08 qram, 96,27 qram, ümumi çəkisi 198,35 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri İ.Dəmirov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 1915-dən saat 1945-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin sağ yan cibində olan qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq daşıdığı 104,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumu olmaqla sonuncu ilə bir yerdə saxlanılmış, Anarın üzərində narkotik maddə olmamışdır. Anarın üzərindən aşkar edilən 100 qram miqdarında narkotik maddə polis əməkdaşları tərəfindən qoyulmuş, onun evində 200 qram miqdarında narkotik maddə olan marixuana olmuşdur. Lakin aşkar edilən heroin ona aid olmamış, həmin heroini polis əməkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs2 marixuana verməmiş, aşkar edilən tərəzi ona məxsus olmamışdır. Evində üç yerdə videokamera olmuş, evin həyətində, çölündə və qonaq otağında videoçəkiliş getmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhər İ.Dəmirov küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qadağan olunmuş hansısa əşya aşkar edilməmişdir. Daha sonra verilən suallara cavab olaraq yaşadığı Yevlax şəhəri M.Sübhi küçəsində yerləşən evində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyinə görə yaşadığı evə baxış zamanı evin ikinci mərtəbəsində olan qonaq otağındakı stolun üzərindən bir ədəd şəffaf rəngli sellofan torabnın içərisində çəkisi 103 qram olan narkotik vasitə-heroin və 01 ədəd elektron tərəzi, daha sonra həmin evin ikinci mərtəbəsinin eyvanında divara söykənilmiş taxtanın altından iki ədəd çəkiləri 105 və 99 qram olan şəffaf rəngli sellofan bükümlərdə olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İki ədəd sellofanda olan narkotik vasitə-qurudulmuş marixuanalar ona məxsus olmuş, lakin həmin evin ikinci mərtəbəsində yerləşən qonaq otağından aşkar edilərək götürülmüş narkotik vasitə-heroin və onun yanında olan elektron tərəzinin isə ona məxsus olmamışdır. Qurudulmuş marixuananları 13 mart 2022-ci il tarixdə təxminən saat 16 radələrində Yevlax rayonundan keçən Kür çayının sahilindən tapmış, özü istifadə etmək üçün saxlamışdır. 14 mart 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gələrək həmin vaxt yerə tökülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuanadan Təqsirləndirilən şəxs2 pay vermişdir. Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə əldə etməmiş, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən Yevlax şəhərinə gəlmiş, orada qohumu Razi ilə görüşüb sonuncunun evinə getmişdir. Razinin evində olanda marixuanadan istifadə etmiş, səhər tezdən Razi ilə birgə öz evinə doğru gedərkən yolda polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Daha sonra Razini evə aparıb sonuncunun evində baxış keçirilən zaman evdə heroin aşkar edilmişdir. Onun qabağına heroin qoysalar da həmin narkotik maddəni üzərinə götürməmiş, sonra onun qabağına qoyulmuş 100 qram marixuana ilə razılaşmış və həmin narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. Həmin narkotik vasitə ona məxsus olmamış, narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Razinin evində iki dəfə olmuş, orada narkotik vasitənin qablaşdırılmasında Raziyə köməklik etmişdir. Lakin Razi ilə birlikdə narkotik vasitə saxlamamış və dövriyyəsində iştirak etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhər İ.Dəmirov küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şpbəsində şübhəli şəxs qismində tutlduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxs axtarış zamanı əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş çəkisi 109,45 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı 13 mart 2022-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhərinin ərazisi olan dəmiryol stansiyasının yaxınlığında yolun kənarı ilə gedərkən yerdən, ağacın dibindən tapmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananın istifadəçisi olmaqla narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə verməmiş və satmamış, həmçinin heç kimdən narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmamış və onunla birlikdə narkotik vasitə əldə etməmiş və saxlamamışdır. Təqsirləndirilən şəxs1 evində olarkən sonuncuya narkotik vasitə olan qurudulmuş marixuananın çubuqlarından təmizlənməsinə köməklik göstərmiş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan və necə əldə etdiyini bilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 ona verməmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuananı tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 19 radələrində ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon X14 Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid5 ilə birlikdə həmin vaxt Yevlax şəhəri İ.Dəmirov küçəsində olan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər.Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən içərisində çəkisi 109,45 qram narkorik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd sellofan torbanı çıxararaq təqdim etmiş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə əvvəllər yaşadığı Sumqayıt şəhərində, küçədən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X14 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid5 oğlu eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X4 X9 əməliyyat müvəkkili işləyən Şahid2 Yusif oğlu ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, yaşadığı evdə saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvvəkili Şahid3 ilə birlikdə həmin tarixdə saat 18 radələrində Yevlax şəhər İ.Dəmirov küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşıb sonuncuya qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirərək Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Yevlax rayon Polis Şöbəsinə gətirdikdən sonra şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirilən zaman hər hansı qanunsuz əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 nömrəli evin 2-ci mərtəbəsində eyvanda 2 ədəd sellofanda narkotik vasitə saxladığını bildirdiyinə görə həmin ünvanda mənzilə baxış keçirilən zaman stolun üstündə bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində çəkisi 103 qram olan qəhvəyi rəngli kütlə olan bükülü və elektron tərəzi, eyvanda divara söykənmiş bir ədəd taxtanın altında olan 2 ədəd sellofanda çəkilərinin 105 və 99 qram olduğu qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 Yusif oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 evində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə olmuş, həmin vaxt evdə olan yerə tökülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Həmin narkotik vasitə-qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 17/255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 102,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 02 (iki) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 102,08qr., 96,27qr., ümumi təmiz çəkisi – 198,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektə 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 17/254 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 104,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 11 aprel 2022-ci il tarixli 17/301 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə üzərində “...Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş.....” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 733 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanındakı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 evin ikinci mərtəbəsindəki eyvanından divara söykənmiş bir ədəd taxtanın altında çəkiləri 105 qram və 99 qram olan 2 ədəd sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, həmçinin evin ikinci mərtəbəsində yerləşən otaqdakı stolun üzərindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində çəkisi 103 qram olan narkotik vasitə olan heroin və bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək götürülmşüdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən çəkisi 109,45 qram olan, içərisində narkotik vasitə olan marixunaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanına axtarış keçirilən zaman götürülmüş “EURONET HD+” markalı müşahidə kamerasının yaddaş blokuna baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 1546-dan başlayaraq Təqsirləndirilən şəxs1 yaşadığı evin birinci mərtəbəsində yerləşən qonaq otağında Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin olması, saat 1548-1549 radələrində Təqsirləndirilən şəxs2 mətbəx otağına keçərək oradan bir ədəd böyük ölçülü mavi rəngli sellofan torbanı qonaq otağına gətirməsi, həmin torbanı stolun üzərindən götürdüyü qarmaqlı elektron əl tərəzisində çəkməsi, həmin vaxt tərəzidəki çəkiyə digər şəxsin də diqqətlə baxması, daha sonra saat 1702-də Təqsirləndirilən şəxs1 yerə şəffaf rəngli sellofan sərməsi, Təqsirləndirilən şəxs2 həmin mavi rəngli sellofan torbanın içərisindən sarı rəngli sellofan torba çıxarması, sellofan torbanı açaraq içərisindən narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq yerə sərilmiş sellofan torbanın üzərinə tökməsi, həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 və digər şəxsin də olması, Təqsirləndirilən şəxs1 qurudulmuş marixuanaya bənzər kütləni Təqsirləndirilən şəxs2la birlikdə çubuqlarından təmizləməsi, daha sonra Təqsirləndirilən şəxs2 təkbaşına qayçıdan istifadə edərək qurudulmuş marixuanaya bənzər kütləni çubuqlarından təmizləməsi, digər şəxsin bir ədəd şəffaf rəngli sellofan torbanı Təqsirləndirilən şəxs2 təqdim etməsi, Təqsirləndirilən şəxs2 həmin sellofan torbaya narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütlə yığması, daha sonra həmin kütləni digər şəxsin elektron tərəzidə çəkməsi, həmin torbaya yenidən narkotik vasitə olanqurudulmuş marixuanaya bənzər kütlə yığması, daha sonra Təqsirləndirilən şəxs2 yerdə olan narkotik vasitə olan-qurudulmuş marixuanaya bənzər kütlələri şəffaf rəngli sellofan torbalara yığması və daha sonra saat 1726-da onları mavi rəngli sellofan torbaya qoyaraq həmin sellofan torbanı mətbəx otağına apararaq oraya qoyması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:08 radələrində Təqsirləndirilən şəxs1 yaşamış olduğu evin birinci mərtəbəsində yerləşən qonaq otağında Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs2 olması, Təqsirləndirilən şəxs2 mətbəx otağına keçərək oradan bir neçə ədəd şəffaf rəngli sellofan torbaları gətirərək qonaq otağındakı stolun üzərinə qoyması və daha sonra həmin sellofan torbalarla birlikdə evdən çıxaraq getmələri müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:58-də radələrində Təqsirləndirilən şəxs2 əlində bir ədəd qara rəngli çanta ilə Təqsirləndirilən şəxs1 yaşamış olduğu evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs1 və digər başqa bir şəxslə birlikdə evin həyətinə düşərək çantanı Toyota Prius markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyması, onlarla birlikdə düşən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin əlində olan ağ rəngli sellofan torba ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi Toyota Prius markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşməsi və çıxaraq getmələri müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:47 radələrində Təqsirləndirilən şəxs2 əlində bir ədəd ağ rəngli sellofan ilə Təqsirləndirilən şəxs1 yaşamış olduğu evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs1 və digər başqa bir şəxslə birlikdə evin həyətinə düşməsi və daha sonra çıxaraq getməsi, bundan sonra Təqsirləndirilən şəxs2 arxası ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxsin də evdən çıxaraq getməsi müəyyən edilmişdir. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A6” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonda olan Whatsapp proqramında “Anar Baki” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə arasında 19 mart 2022-ci il tarixdə saat 0633-də narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə şəkili göndərilmiş, Təqsirləndirilən şəxs2 saat 0659da yenidən Təqsirləndirilən şəxs1 mobil telefonunun “Whatsapp” tətbiqinə “narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə və qara rəngli elektron tərəzi şəkili göndərmiş, daha sonra Təqsirləndirilən şəxs2 saat 0838-də yenidən Təqsirləndirilən şəxs1 mobil telefonunun “Whatsapp” tətbiqinə şəffaf rəngli sellofan torbada olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə şəkli göndərmişdir. Bundan başqa Whatsapp-da “Xeyal” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 mobil telefonunun “Whatsapp” tətbiqinə 15 mart 2022-ci il tarixdə saat 1419-da “Narsan”, saat 1457-də “Sen ne vaxt kele bilirsen”, “10m vererem benzin pulu”, saat 1458-də “İndi kele bilersen?, 16 mart 2022-ci il saat 0024-də “Narsan”, “Bu tereflere kelmirsen?”, saat 0027-də “Aynoynu qiz kotürüb tulluyub”, “Qalmisam bele”, saat 0028-də “Heg Kim bilmesein”, “Qiz tullujub”, “Seherden zibillik eşirem”, saat 0030-da “bilmiyib tulluyub” məzmunlu, “Spiwka pagkasin igine qoymusam”, saat 0031-də “Buda ele bilib bowdu”, saat 0032-də “Binada yas var seher 3du”, “Zibil yesikini doldurublar”, saat 0033-də “Amma 70m 80m gixartmiwam”, saat 0034-də “Hardasa 40m qalib zibillikde”, “Seherde sen keg durarsan ona kore dedim indi kötürerdim”, saat 0153-də “Qaqa kelesen joxsa kozdemijim” məzmunlu mesajlar yazılmış, Təqsirləndirilən şəxs1 tərəfindən həmin nömrəyə saat 0243-də “2 3 saata welerem” məzmunlu mesaj yazmış, Xəyal adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 saat 0255-də “Qaqa telfon qojuram janima”, “Negede kelsen jiq duwum”, “Seher vurmaqa hegnejim joxdu”, saat 0256-da “Seher iki ug denede isdijenim var” , “Ona kore dejirem”, “Uzaniram ne vaxt kelsen jiq duwum” saat 0456-da “Qaqa neter deyirsen eleyek”, saat 0407-də “İsdisen men kelim yevlaxa”, “Seher vurmaqa hegnejim joxdu”, saat 0408-də “Pulu da isdemirem aparim jarim verim”, “Kelmesen megbur alagam jarim”, “Seher duranda vurmaqa”, saat 0409-da “İsdisen kelim yevlaxa seher qajidaram” məzmunlu mesajlar yazılmış, Təqsirləndirilən şəxs1 tərəfindən saat 0625-də “İndi welecem” məzmunlu mesaj yazılmış, daha sonra Xəyal adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 saat 0640-da “He yaxsi”, saat 0641-də “Terezini kötürersen”, “Talibdan”, saat 0642-də “Yadinan cixmasin sen gani”, saat 0835-də “Noldu aj qaqa”, saat 0836-da “Sen kelesi oldun joxsa jene qaldi”, 18 mart 2022-ci il tarixdə saat 2053-də “Narsan noldu kelmirsen?” saat 2055-də “Talibi köre bildin”, 19 mart 2022-ci il tarixdə saat 0914-də “Qaqa kelesi oldun” məzmunlu mesajlar yazılmışdır. Bundan başqa 17 mart 2022-ci il tarixdə saat 0129-da ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən 08 saniyəlik “qaqa maşını elə saxla ki, qıraqdan baxan elə bilsin ki buranın maşınıdı da, yolun ortasında zadda saxlama” səsli mesaj, saat 0212-də 01 dəqiqə 06 saniyəlik “ay qa, çıxmıyıfsansa, sənin qadan alım istiyirsənsə gəlmə sabahlarım günüz vaxtı görüşək belə vaxtı o PEPES zad fırlanır burda Allah uzaq eləsin gələrsən poxa zada düşərsən, o günnərim balamın canı şey getdi varey zülü, onlar bax tərpəndi maşınnan, iki dəqiqə keçmədi dalınnan o binanın qabağından gəldi o PEPES belə firrandı keçdi o maqazinin qabağı meçidin qabağı vare ora ordaca dayandı Allaha and olsun oların da o çeşkası düz binanın qabağında yolun ortasında saxlamışdılar içində də iki-üç dənə uşaq blət, anası namaz üstündə oldu ki, tez getdi bir ikicə dəqiqə, ona gör ədeyirəm ki, gələrsən buralarda rastına zada çıxar saxladar soruçar ki bu vaxtı nə gəzirsən nağasan bura qəhbəxanadı belə vaxtı gejə fır-fır fırranırlar amma belə də çıxıfasnsa gəl heşnə olmaz” məzmunlu səsli mesaj gəlmiş, 19 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə 12 saniyəlik “ceyhun sabahın xeyir, qaqa bir az şey var onu sən də köməklik elə dağıdaq qəşəy şeydi” məzmunlu səsli mesaj göndərmiş, ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən saat 0817-də 32 saniyəlik “o günkünnəndi yoxsa bu ayrısıdı deyirdin ey üş dənə gələjəy neçə gələjəy odu? yəni imennoy o günkünnən olmasın xatyabı vidi helədi, yekə-yekə qalovkadı, yoxsa belə nətər deyime məndə axırıncı dəfə olan kimioxantı zad belə balaca qalovka, obşim vidi qabax məndə olannar vare qəşəy yekə qalovka helədən var?” məzmunlu, 0818-də 35 saniyəlik “əgər helə yaxşı viddi varsa qaqulya şey var da bizim adamlar var, mənimki də indi səhərə-bürsüyünə patalok olar bir-iki günlük, ona kimi şey eliyim də verə bilərəm, indi onu ma neçiyə verəşsiniz ki, mənd ə verim ma da beş-on manat qalsın da, oğraşdı yalan deyən özümünkündən vare balamın canı düz üş min beş yüz manat ziyan eledim çatmır üş min beş yüz manat” məzmunlu, 0819-da 44 saniyəlik “çünki qaqa bilsən mən əvvəldən hamıya elə şey demişəm sizə dediyim qiymətə də səkkizə demişəm, çünki mən uje kimə desəm yanı səkkizdən mənnən bir manat da yuxarı alan yoxdu,yanı aşağı istiyirlər ki yuxarı istəmirlər özün bilmirsən əvvəldən elə demişəm deyə hammı elə məsəlçün birdən deyirəm bir əlli manat zad qoyum da üstünə dirənirlər ey səkkizə salmamış dirəşirlər e balamın canı axırda özüm məcbur olub deyirəm ki ə yaxşı xuy snim səkkizə götür” məzmunlu səsli mesaj gəlmiş, saat 0839-da Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə 22 saniyəlik “ceyhun vid fason bomba kimidi yekə sən istədiyin kimi kayfı da ki qəşəy sa onu verərəm ən aşağı yeddi yüz əlli yəni səndən əlli manat da aşağı verirəm qəşəy də məhsuldu” məzmunlu səsli mesaj, saat 0840-da şəffaf rəngli sellofan torbada narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə şəkili, saat 0841-də isə yerə sərilmiş şəffaf sellofan üzərinə tökülmüş narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə şəkili göndərmiş, “Beledi” məzmunlu mesaj yazmış, ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqindən saat 0849-da 55 saniyəlik “o gün sən ma verdiyini vare elə səkkiz yüz manata verdim da mən də mən demirəm elə əvvəldən hamıya səkkiz yüz demişəm elə o qiymətə elə lap atom bombası da gəlsə yəni ondan artıq alası döyüllər məndən başqa adamdan bəlkə həmin şeyi başqa qiymətə alallar amma məndən alası döyüllər belə indi qaqulya şey eliyərəm məndən istiyən çoxdu ey söylüyərəm xəbər eliyərəm yanı deyərəm sa intası şey ele bil bele görüm neçə dənə istiyən olur da xəbər eliyif deyəjəm intası heç olmuya yediyyə ver dana əlli manata görə heş risk eləməyə dəymir ona” məzmunlu səsli mesaj, saat 0852-də 01 dəqiqə 08 saniyəlik “onu ma verəndə varey ele bil ki hələm min manat qalmışdı o puldan o şeyi gətirib ma verəndə onu da mən səkkiz yüz manata vermişəm min manat da belə qalıb e balamın canı özün bilirsən də demişəm dörd yüz əlli manat pul verifdi təmiz qalan da ki nəbilim belə əlli-əlli keşmişəm o şeydə ki həmişə iyirmi manata verdiyi aynoyunu otuz uş manatdan verib demişəm ə xuy snim qoy azalsın qalanını tap gətir bax belədi yanı şey obşim var istiyən məndən çox vare hələ Bakıda vapşe yarım dənə istiyən var intası ora kimdey onu aparan burda indi belə yüz-yüz istiyənnərə şey elyərəm xəbər elyərəm verərik lijbi sənin işin getsin heşnə olmaz” məzmunlu səsli mesaj, 02 saniyəlik “Xəyala deyifsən ay Razi” məzmunlu səsli mesaj, saat 0853-də 37 saniyəlik “öz də bunun rəngi eləbil şeydi sən ma verdyin kimi döyül bunun rəngi elə bil çox karişnidi şəkil belə mutnu gəlmişdi yaxşı görüyhmürdü intası belə rəngi elə bil” şey yanıx belə nətər deyim qurumuş rəng olure belə yanıx fason ona oxşuyur e əsas odu ki yaxşı olsun e dadı yaxşı olsun dadı yaxşı olandan sora da vidi də ki helə olanda elə bomba kimidi” məzmunlu səsli mesaj, saat 0855-də 27 saniyəlik “görüm mənim özümə də bugün sabaxlıxdı daəgər mənim özümünkü gejiksə o Bakı deyirəm ey ordan beş-altı dənə istiyən var görüm bura gəlsə şey elliyərəm verərik ora aparmağa aparammaram amma özü gəlsə bura burda şey elliyərik verərəm” məzmunlu səsli mesaj gəlmişdir. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs2 məxsus “Redmi Note 10 5G” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefonun Whatsapp proqramında “Razi Qohum” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəya 19 mart 2022-ci il tarixdə saat 0838-də narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlənin fotoşəkili göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X6 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 644 nömrəli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 24/17-də yaşayan 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə “Narkomaniya (çətənə)” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 745 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X6 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 545 nömrəli arayışdan görünür ki, Yevlax şəhəri Q.Qarayev küçəsi 7/18-də yaşayan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 2013-cü il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə “Narkomaniya (çətənə)” diaqnozu ilə qyediyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 746 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 332 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, Nizami küçəsi, ev 24/17-də yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2009-ci ildə doğulmuş Aysel Cəfərli və xx.xx.2013-cü ildə doğulmuş İslam Cəfərli adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 250 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Q.Quliyev küçəsi, 7a/18-də yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 334.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Yevlax rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Salyan rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 05 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci və 69.3-cü, maddələri ilə 10 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CM-in 321.1-ci maddəsi ilə təqsirli bilinərək 01 şərti sınaq müddəti ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə xx.xx.2013-cü il tarixli hökm ləğv edilərək CM-in 234.4.1 və 234.4.3-cü maddələri CM-in 29, 234.1-ci maddəsinə tövsif edilərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ləğv edilərək iş yeni məhkəmə baxışına təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı X10 Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/44-104 nömrəli məktubdan görünür ki, CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs2 “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndində əsasən cəzadan azad olunmuşdur. CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətdikdən sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1630-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 21 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 21 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan Whatsapp yazışmalardan da onların bir-birlərinə narkotik vasitələrin şəklini göndərmələri müəyyən edilmiş, o cümlədən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanına axtarış keçirilən zaman götürülmüş müşahidə kamerasının görüntüsündə olan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində narkotik vasitələri çeşidləyərək aparması onların qabaqcadan razılaşmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə narkotik vasitələri saxlamaları iş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının rəyi, şahid ifadləri, Wapsap yazışmaları və işdə olan digər sənədlərlə təsdiq edilmişdir. Bundan başqa məhkəmə kollegiyası şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 eyni müdafiəçinin təqdim edilməsini və onların müdfiə hüquqlarının pozuntusu kimi qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 mart 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə əlaqədar olaraq ayrı-ayrı cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş, həmin şəxslərin narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq saxlamaları müəyyən edildikdən sonra isə cinayət işləri bir icraatda birləşdirilmişdir. Cinayət işləri bir icraatda birləşdirildikdən sonra isə hər iki təqsirləndirilən şəxslər başqa müdafiəçələrlə təmin olunduğundan və təqsirləndirilən şəxslərin mənafeləri arasında ziddiyyət olmadığından məhkəmə kollegiyası bu hissədə təqsirləndirilən şəxslərin hüquqlarının pozulması qənaətinə gəlmir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yaşadığı yer üzrə müsbət səciyyələndirilməsidir. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə isə üçdə ikisindən az ola bilməz. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduqları xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olmaları nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə oluması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 179,85 AZN (yüz yetmiş doqquz manat, səksən beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 89,93 AZN (səksən doqquz manat doxsan üç qəpik), Təqsirləndirilən şəxs2 isə 89,92 AZN (səksən doqquz manat doxsan iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 19 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 179,85 AZN (yüz yetmiş doqquz manat, səksən beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 89,93 AZN (səksən doqquz manat doxsan üç qəpik), Təqsirləndirilən şəxs2 isə 89,92 AZN (səksən doqquz manat doxsan iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 102,265 qram miqdarında narkotik vasitə - heroin, 198,21 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 104,25 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin, EURONET HD+” markalı müşahidə kamerasının yaddaş bloku, “Samsung Galaxy A6” markalı mobil telefon Təqsirləndirilən şəxs1, “Redmi Note 10 5G” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-148/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-148/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver