Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-148/2024 22.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8, təqsirləndirilən şəxsin müdafiəçiləri - Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən rayonunun Meşəşambul kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində idarə etdiyi Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhərindən Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin yolda təyin edilmiş maksimum sürət həddini, yəni 50 km/saat sürətlə hərəkət etməli olduğu halda 70 km/saat sürətlə hərəkət etmiş, eləcə də “Yol hərəkəti haqqında” Qаnunun 36-cı mаddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci mаddəsinin 1-ci hissəsinin tələblərini pоzaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək, idarə etdiyi Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını yolun sağ ehtiyat hissəsinə çəkmək istədiyi zaman idarəetməni itirib, yolun hərəkət hissəsində dövrə vuraraq əks hərəkət zolağına çıxıb, qarşıdan əks hərəkət istiqamətindən hərəkətdə olan Şahid2 idarə etdiyi Mercedes Benz 240 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan toqquşmuş, törətdiyi əməl nəticəsində idarə etdiyi avtomaşında sərnişin qismində əyləşmiş X35 ağır açıq kəllə-beyin travması, sağ gicgahın yuxarı orta hissəsindən təpə nahiyəsinə keçən böyük ölçülü yara, yara daxilində sağ gicgah sümüyündə və sağ təpə sümüyündə yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyində kobud əzilmə qansızma, əsas sümüyün sağ və sol böyük qanadında və burun çəpərinə birləşən yerində sınıqlarla nəticələnən dərəcələrinə görə, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, alt çənə sümüyündə az yerdəyişməli sınıq, dişlərində sınıqlar, döş nahiyyəsində sağda dəri altında qansızma, sağ 3-4-5-ci qabırğalarda orta körpücük xətlə yerdəyişməli sınıqlarla nəticələnən dərəcələrinə görə, sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, alnının sağ səthində sıyrıq, sağ qaşın bayır kənarında, sifətinin sağ almacıq nahiyəsində sıyrıqlar, sağ üst göz qapağında qançır, burnunun üst sağ yan səthində sıyrıq, damaqlarında qansızmalar, döş qəfəsinin ön səthində sıyrıq, yuxarı döş hissəsindən göbəyə kimi sıyrıq, gövdənin sağ yan səthinin aşağı şöbəsində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan, eləcə də, baş-beyində kobud əzilməqansızma, beyin ödemi ilə müşayiət olunan Şaban Elayevin ölümünə səbəb olmuş xəsarətlər, həmçinin Şahid2 idarə etdiyi Mercedes Benz 240 markalı avtomobildə sərnişin qismində əyləşmiş X14 ağır kəllə-beyin travması, alnında təpədə-ənsədə dərialtında qansızmalar, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem, ənsə sümüyünün daxili lövhəsinin çatı, sol körpücük arteriyasında hissəvi zədələnmə ilə nəticələnən dərəcələrinə görə, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, alın təpə nahiyəsində şişkinlik, sol qaş üstündə yaralar, sağ budun bayır səthində yara, sol baldırın aşağı 1/3-də ön səthdə qançır, sağ baldırın orta 1/3-də ön səthdə yara ilə nəticələnən sağlamlığa zərər vurmayan, eləcə də baş beyində əzilmə-qansızma, ödem ilə müşayiət olunan Günay İsmayılovanın ölümünə səbəb olmuş xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs2 ağır 2-3-cü travmatiki şokla müşayiət olunan alın nahiyəsində sıyrıq, boyun nahiyəsində əzilmə, sağ bazu sümüyünün orta 1/3nin qapalı qəlpəli yerini dəyişmiş sınığı, qarnın küt travması, dalağın travmatik patlaması(dalağın cərrahi yolla çıxarılması) ilə nəticələnən dərəcələrinə görə, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, bundan başqa Zərərçəkmiş şəxs1na oğluna alın nahiyəsində sıyrıq yara, burnunda yara, sağ və sol dizlərinin ön səthlərində, sol əlin üst səthində sıyrıqlar, burun sümüklərinin yerdəyişmiş açıq sınıqları, döş qəfəsinin hər iki tərəfində də 2,3,4,5,6,7-ci qabırğaların orta qoltuq xətti üzrə minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi ilə nəticələnən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dayısı oğlu Şaban Elayev ona zəng vuraraq, "pul götürməliyəm, məni Balakən rayonunun Qullar kəndinə apara bilərsən?" demişdir. Onun evinə getmiş və kəndə aparmışdır. İşləri bitəndən sonra Balakən rayonunun Şambul kəndinin ərazisindən keçəndə toy karvanının gəldiyini görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti 70 km/saat olmuşdur. Yenə də ehtiyat edərək, əyləcə basmışdır. Toy karvanına təxminən 5 metr məsafə qalanda, qəflətən VAZ 2101 markalı avtomobil qarşısına çıxmış və düz üstünə gəlmişdir. Həmin vaxt o, maşını sağ tərəfə, daşlı - çınqıllı yola çəkmişdir. 5-6 metr həmin yolla hərəkət edəndən sonra öz yoluna qayıtmaq istəmişdir. Qayıtmaq istəyəndə digər Mercedes-Benz markalı avtomobil onun maşını ilə toqquşmuşdur. Həmin vaxt Şaban Elayev maşından asfaltın üstünə düşmüşdür. Daha sonra arxadan qara "panarama" deyilən Mercedes gələrək, Şaban Elayevi vurmuşdur. Ən axırıncı sürət həddi 48 km/saat olmuşdur. Hadisə zamanı ayağı sınmışdır. Ayaq üstə dayana bilməmişdir. Dizləri üstə maşından çıxmışdır. Ona orada polis əməkdaşları kömək edərək, patrul avtomobilinə mindirmiş və Balakən RMX-ya aparacaqlarını demişlər. O isə “aparmayın” demişdir. Birinci zərərçəkmiş və rəhmətə gedənləri götürəndən sonra o, xəstəxanaya gedəcəyini demişdir. Daha sonra iki ədəd X47 maşını gəlmişdir. Orada olanlar xəstəxanaya gedəndən sonra o da getmişdir. Onun idarə etdiyi avtomobilin sürəti 70 km/saat olmuş, əyləci sıxaraq 50 km/saata endirmişdir. Ən axırıncı sürət həddi 48 km/saat olmuşdur. Maşının detalları, mühərrik daxil, qoparaq yerə düşmüşdür. Digər maşın toqquşmadan sonra hasara dəymiş və hasarı dağıtmışdır. Belə olan halda o maşının surəti necə 50 km/saat olur. Onlar onun üstünə gələrək, maşınını vurmuşlar. Onun maşını nə asfaltın üstündə, nə də kənar yolda fırlanmamışdır. Sənədlər saxtalaşdırılmış və maşının dayandığı yerdən istintaq başladılmışdır. Günahı yoxdur. Rəhmətə gedən dayısı oğlu Şaban Elayevin də günahı olmamışdır. Ona dəyən ziyanla və Şaban Elayevin ölümü ilə bağlı qarşı tərəfdən heç kim onlara gəlməmişdir. Buna görə həm VAZ 2101 markalı avtomobilin sürücüsündən, həm də digər sürücülərdən şikayətçidir. Daha sonra Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, VAZ 2101 markalı avtomobillə toqquşmamaq üçün yolun sağında olan daşlı-çınqıllı yola çıxmış və həmin an əyləcə basmışdır. VAZ 2101 markalı avtomobilə 7-10 metr məsafə qalmış əyləcə basmışdır. 70 km/saatla hərəkət edəndə qəflətən əyləcə basanda maşın hər an sürüşə bilərdi. Onun maşını tam dayandırmaq niyyəti olmuşdur. Ancaq məsafə az olduğu üçün maşını tam dayandırmaq mümkün olmamışdır. O, idarəetməni itirməmişdir. Daşlı-çınqıllı yoldan asfalta – öz yoluna qayıtmaq istəyəndə asfaltın üzərində gümüşü rəngli maşınla toqquşmuşdur. VAZ 2101 markalı avtomobildən sonra başqa maşınların gəldiyini bilsəydi, yolun sağ tərəfində toy karvanının keçib getməsini gözləyərdi. Onun maşınını qabaq sağ tərəfdən vurmuşlar. Zərbədən sonra maşın fırlanıb yolda dayanmışdır. O 70 km/saatla hərəkət etmişdir. VAZ 2101 markalı avtomobildən qaçmaq üçün maşını yolun ehtiyat hissəsinə sürmüşdür. Toy karvanı öz yolu ilə getmiş, lakin dörd avtomobil karvandan çıxaraq hərəkət etmişdir. Zərərçəkmiş şəxs1 məxsus maşının sol tərəfi ilə toqquşma olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı isə verdiyi ilkin ifadəsində özünü qismən təqsirli bilərək bildirmişdir ki, ..Onun bildiyi qədəri ilə idarə etdiyi Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X43 toqquşma zamanı zərbənin təsirindən sağ ön yan qapının açılması nəticəsində avtomobildən yerə düşmüşdür. Lakin həmin vaxt Şabanın maşından hansı şəraitdə düşməsini dəqiq görməmişdir. Sonradan adı ona məlum olan Şahid1 idarə etdiyi VAZ 2101 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy karvanından ayrılaraq yolun əks hərəkət zolağına keçib idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün idarəetməni itirmişdir. Hadisə zamanı tam sağlam olmuş, heç bir xəstəliyi olmamışdır. Hadisə zamanı döş qəfəsindən, sağ kürəyindən və sağ ayağından müxtəlif xəsarətlər almışdır. Ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, çünki hadisədən əvvəl Balakən rayonunun Şambul kəndi ərazisində asfalt yolla təxminən 70 km/saat sürətlə üzü Qabaqçöl qəsəbəsi istiqamətinə getmiş, Şambul kəndi ərazisində asfalt yolla hərəkətdə olduğu zaman üzü Balakən şəhəri istiqamətinə doğru toy karvanının hərəkət etdiyini görmüş və buna görə avtomobilin sürətini azaldıb 50 km/saata endirmiş və avtomobilini sağa tərəf istiqmaətləndirmiş, lakin ondan asılı olmayan səbəbə görə idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxsin ifadələrinə nəzər salanda müəyyən olunur ki, o, məhkəmə kollegiyasının iclasında ifadə verərkən ..həmin vaxt idarə etdiyi avtomobilin sürətinin 70 km/saat olduğunu, yenə də ehtiyat edərək, əyləcə basdığını, toy karvanına təxminən 5 metr məsafə qalanda, qəflətən VAZ 2101 markalı avtomobilin qarşısına çıxdığını və düz üstünə gəldiyini, həmin vaxt maşını sağ tərəfə, daşlı - çınqıllı yola çəkdiyini, 5-6 metr həmin yolla hərəkət edəndən sonra öz yoluna qayıtmaq istədiyini, qayıtmaq istəyəndə digər Mercedes-Benz markalı avtomobilin onun maşını ilə toqquşduğunu, həmin vaxt Şaban Elayevin maşından asfaltın üstünə düşdüyünü, daha sonra arxadan qara "panarama" deyilən Mercedesin gəlib, Şaban Elayevi vurduğunu, ən axırıncı sürət həddinin 48 km/saat olduğunu bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs İlkin Hetayin ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, hadisə vaxtı avtomobildə olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri ilə uzlaşır, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs dindirmələri müdafiəçilərin iştirakı ilə aparılmış, ona hüquqları izah edilmiş və o, həmin hüquqlarından istifadə etməklə hadisə barədə ifadə vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həmin gün bacısı oğlunun toy günü olmuşdur. Qabaqçöl kəndindən gəlin gətirməyə getmişlər. Qayıdan zaman hadisə baş vermişdir. Yolda süni tıxac yaranmışdır. Çölə baxanda qara rəngli maşının idarəetməni itirərək gəldiyini görmüşdür. O, maşını dayandıra bilərdi, amma sürücü əyləc yerinə qaz pedalına basdığı üçün maşını saxlaya bilməmişdir. Onların maşınını qardaşı oğlu idarə etmişdir. Başını çevirə bilmədiyi üçün qəza zamanı şüşəyə dəymişdir. O maşının haradan və necə çıxması ani olmuşdur. Qara maşın gəlmiş və yüksək surətlə onun da olduğu maşına dəymişdir. Burnunun üstündə hal-hazırda da kəsiklər vardır. Burununu müalicə etdirmək üçün ondan yüksək miqdarda pul istəyirlər. Hadisə anında o özünü itirmiş və heç nə hiss etməmişdir. Bir müddət sonra ayılmış və qapının açıldığını, yoldaşının yerdə, ayaqlarının isə maşında olduğunu görmüşdür. Yoldaşının sol tərəfində isə bacısı Gülarənin uzandığını görmüşdür. Xoşbəxtlikdən hasarla maşın arasında məsafə olmuşdur. Maşında əyləşən 3 xanımdan ikisini görmüş, lakin digər qardaşı qızı Günayı görə bilməmişdir. O, maşından düşəndə digər maşının sərnişini Şaban Elayevin onların maşının yanında olduğunu görmüşdür. Zərbənin təsirindən qapı açılmış və həmin şəxs ora düşmüşdür. O, maşının arxa sol qapsının altına düşmüşdür. Oradan adamın düşdüyü yer görünmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların avtomobili də toy karvanında olmuşdur. Həmin avtomobili Şahid2 sürmüşdür. O, avtomobildə ön oturacaqda oturmuş və fikri yolda olmuşdur. Onların olduğu avtomobil öz yolu ilə hərəkət etmişdir. Avtomobilin surəti 50 km/saat olmuşdur. Qarşıda süni tıxac yaradıldığı üçün surət düşmüşdür. Toqquşmaya səbəb qara rəngli avtomobilin fırlanması olmuşdur. O, həmin maşının fırlanmasını görmüşdür. Onların avtomobilindən qabaqda, təxminən 5 avtomobil olmuşdur. Qara rəngli avtomobilin nə üçün idarəetməni itirdiyini bilməmişdir. O, qara rəngli avtomobili görəndə, artıq həmin avtomobil idarəetməni itirmiş vəziyyətdə olmuşdur. Qara rəngli maşın daşlı-çınqıllı yola çıxmış və fırlanmağa başlamışdır. Qara rəngli maşının surəti 170-175 km/saat ola bilərdi. Toqquşma oturduğu sağ tərəfdə baş vermişdir. Qara rəngli maşını ilk dəfə görəndə aralarındakı məsafə təxminən 10 metr olmuşdur. Avtomobil onundur və maşın çox bərbad vəziyyətdədir. Müalicəyə 5 ay ərzində çox xərci çıxmışdır və hal-hazırda da müalicə alır. İstintaqda onun ifadəsində qeyd olunmuş “qara rəngli avtomobilin 70 km/saat sürətlə hərəkət edirdi” fikri ilə razı deyil. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və ona lazımi cəzanın verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs2 bildirmişdir ki, toqquşma səsini eşitmişdir. Ondan sonra yerə yıxıldığını və qolunun sındığını görmüşdür. Özünə gələndə digər maşının sərnişini Şaban Elayevin onların maşının altına düşdüyünü və camaatın onu çıxartmaq üçün avtomobili qaldırdıqlarını görmüşdür. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hadisədən sonra Balakən RMX-da əməliyyat olunaraq dalağı götürülmüş, Respublika Xəstəxanasında isə qoluna mil qoyulmuşdur. Hal-hazırda da müalicə alır. O, təqsirləndirilən şəxslə barışmamış, barışmaq da istəmir. Təqsirləndirilən şəxs cəzasını çəkməlidir. Məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxs X28 hüquqi varisi X19 ifadəsində göstərmişdir ki, ona zəng vuraraq, həyat yoldaşı Şaban Elayevin xəstəxanada olduğunu demişlər. 2 saatdan sonra isə onun vəfat etdiyini eşitmişdir. Yoldaşı İlkinin maşınından yerə düşərkən sağ olmuşdur. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayəti yoxdur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş zərərçəkmiş şəxs X12 hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, hadisə toy günü baş vermişdir. Uşaqlar gəlini gətirməyə, o və baldızı isə restorana getmişlər. Hadisə barədə 1 saat sonra eşitmişdir. Oradan xəstəxanaya getmiş və övladının öldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs bu gün burada özünü təmizə çıxarmaq üçün günahsız olduğunu bildirir. Onun avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Şaban Elayev maşından çıxıb, yerə düşmüşdür. Qarşı tərəfdən barışığa belə cəhd etməmişlər. O, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini istəyir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə toy olmuşdur. Qabaqçöl kəndində yaşayan gəlini götürüb qayıtmışlar. Gəlin konvoyu 5 avtomobildən ibarət olmuşdur. Avtomobil yolu gediş-gəliş istiqamətləri olmaqla, 2 hissədən ibarət olmaqla, dar yol olmuşdur. Tıxac olduğu üçün avtomobillər asta-asta hərəkət etmişlər. Birdən yuxarıdan aşağıya doğru yüksək surətlə maşın gəlmiş, onların yanına çatanda isə asfalt yola çıxmış və iki dövrə vurmuşdur. Üçüncü dövrədə avtomobil onların üstünə gəlmişdir. O, özünə gələndə asfaltdan kənara atıldığını və maşının hasara dəydiyini görmüşdür. Ayaqları sürücünün arxa hissəsində, özü isə kənarda olmuşdur. Uşaq arxa və ön oturacaqların arasında yumaq kimi qalmışdı. Hər yerindən qan axmışdır. Gəlin isə maşında olmamış, o, çölə atılmışdır. Hadisədən 6 ay keçsə də, onun sinirləri hələ də yaxşı olmamışdır. Pis vəziyyətdədir. Onları maşından uşaqlar çıxarmışdır. Başqa adamların onların maşınını qaldıraraq, altından Günayı çıxartdıqlarını görmüşdür. Orada Günayın yaşamasına dair heç bir ümid olmamışdır. Günayın qardaşı ona demişdir ki, Günayın dilin tutun, qatlanmasın. Günaya kömək etmək istəyəndə, ondan axan qanla uşağın üstü batmışdır. X47 avtomobili gəlmədiyi üçün orada olan adamlar yaralıları minik maşınlarına mindirərək xəstəxanaya aparmışlar. Onu xəstəxanada əməliyyat etmişlər. Sonrakı mərhələlər iynə-dərmanla olmuşdur. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, öz yolları ilə getdikləri üçün digər maşının dövrə vurduğunu aydın görmüşdür. Həmin maşın iki dövrə vurmuş, üçüncü dövrədə artıq üstlərinə gəlmişdir. Toqquşma zamanı digər maşın onların maşınının sol qabaq tərəfindən, sürücünün önündən dəymişdir. Digər avtomobilin isə sağ tərəfi dəymişdir. O, avtomobildə solda, sürücünün arxasında əyləşmişdir. Önə baxdığı üçün yolu və olanları görə bilmişdir. Hadisə baş verməzdən qabaq ötmə əməliyyatı etmək istəyən avtomobil görməmişdir. Toy karvanında olan maşınlar öz yolu ilə getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin iki təkəri asfaltda, digər iki təkəri isə qumda olmuşdur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, dostu Şahid3lə birlikdə Qabaqçöl qəsəbəsindən Balakən rayonu istiqamətinə gedərkən qarşısında toy karvanı olmuşdur. Getdiyi yol dar olduğu üçün təhlükəli yol olmuşdur. Onlar toy karvanının arxası ilə getmişlər. Karvanı ötüb keçməmişlər. Önlərində gümüşü rəngdə Mercedes markalı avtomobil olmuşdur. Digər qara rəngli Mercedes rayon istiqamətindən Qabaqçöl qəsəbəsinə doğru gəlmişdir. Həmin maşını daşlı-çınqıllı yolda görmüş və görəndə dayanmışdır. Qara rəngli Mercedes markalı avtomobil daşlı-çınqıllı yoldan çıxaraq, gümüşü rəngli Mercedes markalı avtomobilə dəymişdir. Hadisə zamanı onlar dayanmışlar. Maşın hasara dəymiş və müərriki yerindən çıxıb, sağ tərəfə düşmüşdür. Onlar maşından düşəndə yaralıların olduğunu görmüş və kömək etmişlər. Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qara rəngli Mercedes markalı avtomobil daşlı-çınqıllı yolla hərəkət etmişdir. Həmin Mercedes idarəetməni itirmiş və sola, gümüşü rəngli Mercedes markalı avtomobilin üstünə getmişdir. O, gümüşü rəngli Mercedes markalı avtomobilin təkərinin altında adamın olduğunu görmüşdür. Amma haradan və necə düşdüyünü bilməmişdir. Həmin şəxsin baş hissəsi təkəri saxlayan dəmirin altında, ayaqları isə çöl tərəfdə olmuşdur. Hadisə baş verən yerlə məsafələri təxminən 10 metr olmuşdur. Qara rəngli Mercedes markalı avtomobilin surəti və sağa çıxma səbəbi ilə bağlı nəsə deyə bilmir. Yəqinki, surətli olduğu üçün həmin maşının motoru yerindən çıxmışdır. Qara rəngli Mercedesin sağ tərəf qapısı açıq olmuşdur. Yağ izi toqquşma yerində olmuşdur. Onlar arxada olduğu üçün hadisə onların qabağında baş vermişdir. Gümüşü rəngdə olan Mercedes onların qabağında hərəkət etmişdir. Təqsirləndirilən şəxs daşlı-çınqıllı yolla düz gedə bilərdi, amma qabaqda bir qədər aralıda dirəklər olduğundan, dirəklərə dəyə bilərdi. Sağ tərəflə hərəkət edəndə maşın oynaya bilərdi. Arxada olduqları üçün Təqsirləndirilən şəxs nə üçün daşlı-çınqıllı yolla hərəkət etdiyini bilməmişdir. Toqquşma onlardan 10-12 metr qabaqda Balakən rayonuna gedən yol istiqamətində olmuşdur. Onların avtomobilinin ön hissəsinin dağılma səbəbi Təqsirləndirilən şəxs maşınından çıxan detalların həmin maşına dəyməsi olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun sağına, daşlı-çınqıllı hissəyə çıxmışdır və həmin hissədən istiqamətini yolun soluna, toy karvanına doğru dəyişmişdir. Təqsirləndirilən şəxs əyləcə basmasını görməmişdir. Qara rəngli Mercedes daşlı-çınqıllı yoldan çıxaraq, gümüşü rəngdə olan Mercedesə dəymişdir. Gümüşü rəngdə olan Mercedes öz yolu ilə getmişdir. Gümüşü rəngli Mercedes qarşı hərəkət zolağına çıxmamışdır. Qara rəngli Mercedes gümüşü rəngli Mercedesin qabaq sol tərəfindən dəymişdir. Toqquşmadan sonra gümüşü rəngli Mercedes arxa sağa doğru gəlmişdir. Daha sonra hasara dəyərək, hasarı dağıtmışdır. Motorun, sürətlər qutusunun çıxması ani zamanda baş vermişdir. Onlar çıxaraq qonşunun həyətinə düşmüşdür. Maşının təkəri altında qalan insanın necə çıxarıldığını bilməmişdir. Maşının təkəri altında qalan insanın ora necə düşməsini görməmişdir. Yol bağlandığı üçün gümüşü rəngli Mercedesin təkəri altında qalmış adamın üstündən hər-hansı avtomobil keçməmişdir. Həmçinin, o elə şeyin baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi maşın fırlanmışdır. Amma neçə dəfə fırlandığı yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qabaqçöl qəsəbəsindən Balakən rayonu istiqamətinə doğru hərəkət etmişdir. Qarşıda toy karvanı olmuşdur. Təsadüfən orada olmuşdur. Qarşıdan qara rəngli Mercedes markalı avtomobilin yüksək surətlə gəldiyini görmüşdür. Həmin maşın yolun sağına, daşlı-çınqıllı yola çıxmış və istiqamətini itirərək, gümüşü rəngli Mercedesə dəymiş və qəza baş vermişdir. Qəza baş verəndən sonra o, yaralılara kömək etmək üçün getmişdir. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, başqa maşını idarə etmişdir. Yanında dostu Şahid4 olmuş və o da hadisəni görmüşdür. Qara rəngli Mercedes markalı avtomobilin surətinin nə qədər olduğunu bilməmiş, lakin sürət çox olmuşdur. Toqquşmanın nə üçün baş verdiyini görməmişdir. Qara rəngli Mercedesin sağa, daşlıçınqıllı yola çıxdığını görmüşdür. Onun sağa çıxdığını görəndən sonra idarə etdiyi avtomobili saxlamışdır. Həmin maşın sağa çıxan kimi anidən sola dönmüş və idarəetməni itirmişdir. Onlar maşından düşəndə, yolun solunda, qarşı tərəfdə, qapının yanında mühərrik olmuşdur. Kömək etmək üçün gedəndə, maşını qaldırıb altından adam çıxardıqlarını görmüşdür. Adamın ora necə düşdüyünü isə bilməmiş, amma qara rəngli Mercedesin sağ qapısının açıq olduğunu görmüşdür. Qara rəngli Mercedesin sağ tərəfilə gümüşü rəngdə olan Mercedesin sol qabaq tərəfi toqquşmuşdur. Hadisədən sonra polis əməkdaşları gəlmişlər. İzahatı isə səhəri gün vermişdir. Yağ və su izi Qabaqçöl qəsəbəsindən Balakən rayonu istiqamətinə doğru hərəkət edəndə, yolun sağında olmuşdur. Dəqiq yadında deyil. Onunla birlikdə orada çox adam olmuşdur. Amma həmin adamları təsvir edə bilmir. İdarə etdiyi avtomobilin surəti 40-50 km/saat olmuşdur. Təqsirləndirilən şəxs idarəetməni itirməsəydi, daşlı-çınqıllı yolla axıra kimi gedə bilərdi. Xatırladığı qədər həmin maşının daşlı-çınqıllı yolla getməsində heç bir maneə olmamışdır. Qabağında çox maşın olduğu üçün onun qarşısına nəyin çıxdığını görməmişdir. Təqsirləndirilən şəxs idarəetməni itirmiş və maşının sol tərəfi oynamışdır. Maşının fırlanmasını xatırlamır. Baxış protokolunu saat neçədə imzaladığını xatırlamır. Həmin vaxt hava qaranlıq olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı gümüşü rəngdə olan Mercedes markalı avtomobilin sürücüsü olmuşdur. Aşağı surətlə toy karvanının sonunda hərəkət etmişdir. Qara rəngli maşının yoldan çıxdığını və üstlərinə gəldiyini görəndə, hadisədən qaçmaq üçün nəsə etmək mümkün olmamışdır. O, öz hərəkət zolağı ilə getmişdir. Təqsirləndirilən şəxs daşlı-çınqıllı yolda hansı surətlə gəlmişdirsə, həmin surətlə də dövrə vuraraq birbaşa onların maşınının üstünə gəlmişdir. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qara rəngli Mercedes surətlə gəldiyi üçün idarəetməni itirmişdir. İlkin Heyatev əyləcə basdığını və maşının surətini azaltdığını bildirsə də, lakin elə şey olmamışdır. Onun surəti təxminən 150-170 km/saat olmuş və həmin surətlə onun idarə etdiyi maşınla toqquşmuşdur. Əgər onun surəti 40-50 km/saat olsa idi və əyləcə bassaydı, belə hadisə baş verməzdi. Yüksək surətlə hərəkət etdiyi üçün idarəetməni itirərək daşlı-çınqıllı yola çıxmışdır. Həmin yolda 150-170 km/saat surət yığmaq olar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili təxminən 10 metr aralıqdan görmüşdür. İdarə etdiyi maşının surəti 50 km/saat olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun avtomobilin arasında təxminən 10 metr məsafə olmuşdur. Yola insanın düşdüyünü görmüş, amma bunun necə və hansı şəraitdə baş verdiyini bilməmişdir. Şaban Elayevin təkərin altına necə düşməsini bilməmişdir. Şaban Elayev maşının altından çıxarılanda, o maşında olmuş və Şaban Elayevin ölməsini bilməmişdir. Təqsirləndirilən şəxs avtomobili onun maşının sol ön hissəsindən dəymişdir. Hadisədən qaçmaq mümkün olmamışdır. Onun avtomobili öz hərəkət zolağında olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qabaqçöl qəsəbəsindən qayıdanda tələsdiyi üçün ötmə əməliyyatı etmişdir. Qarşıdan maşının gəldiyini görmüş və öz yoluna keçmişdir. Həmin maşın onun yanından ötüb keçmişdir. Sonra ona hadisə olduğunu demişlər. Geri qayıtmış və hadisə olduğunu görmüşdür. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qara rəngli Mercedes markalı avtomobilin surəti 170-180 km/saat olardı. Onun idarə etdiyi avtomobilin surəti 50-55 km/saat olmuşdur. İfadəsində və izahatında idarə etdiyi maşının surətini təxmini demişdir. O, toy karvanında olmuşdur. Qurbanın kəsilməsi üçün tələsdiyinə görə yolun əks istiqamətə keçərək, ötmə həyata keçirmişdir. Həmin maşınla onun arasındakı məsafə təxminən 30- 40 metr olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun avtomobili qarşıqarşıya eyni nöqtəyə təxminən 4-5 saniyə ərzində çatmışlar. O, ötmə əməliyyatı etməyib, öz yolu ilə hərəkət etsə idi belə hadisə baş verəcəkdi. Təqsirləndirilən şəxs avtomobili sağ tərəfə doğru çəkmişdir. Təqsirləndirilən şəxs daşlıçınqıllı yolla hərəkət edə bilərdi. Ötmə əməliyyatı etdiyi üçün əks hərəkət zolağına çıxmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X24 ifadəsində göstərmişdir ki, axşam vaxtı, evdə olanda qayını zəng vurmuş, evinin qarşısında avtoqəzanın olduğunu və qapının dağıldığını demişdir. Oraya getmiş, çatanda Qabaqçöl qəsəbəsindən Balakən rayonu istiqamətinə və əksinə gedən iki maşının toqquşduğunu, maşınlardan birinin motorunun həyət tərəfə düşdüyünü görmüşdür. Müstəntiq ona yaxınlaşmış və “şahid kimi iştirak edə bilərsənmi?” demiş, o da razılaşmışdır. Sonra hadisə yerinə baxılmış, orada maşında bir ədəd mobil telefon olmuşdur. Hadisə baş verən zaman orada olmamış, qayını zəng vurandan sonra hadisə yerinə getmişdir. Şahid Akif Mehdiyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra müstəntiq tərəfindən təqdim olunan sənədlərlə tanış olmuş və 6-7 sənədi imzalamışdır. Həmin sənədləri oxumuşdur. Həmin vaxt yanında Azər Mirzəyev, müstəntiq, digər polis əməkdaşları və yaxınlıqda yerləşən kəndin sakinləri olmuşdur. O, hadisə yerinə çatanda saat təxminən axşam tərəfi 7-8 arası olmuşdur. Sənədləri o və Azər Mirzəyev imzalamışdır. İmzalanan sənədlərin adını xatırlamır. Ora çatanda Qabaqçöl qəsəbəsindən rayon istiqamətinə və əksinə gedən iki maşının toqquşduğunu, maşınlardan birinin motorunun həyət tərəfə düşdüyünü görmüşdür. X18 qəsəbəsinə tərəf gedəndə yolun sol tərəfində toqquşmuşlar. Yerdə yağ izləri olmuşdur. X26 qəsəbəsinə tərəf gedəndə yolun sol tərəfində olmuşdur. Müstəntiq metrə ilə ölçmə işləri aparmışdır. Ölçü aparan zaman o və digər hal şahidi Azər Mirzəyev müstəntiqin yanında olmuşlar. Onlar müstəntiq tərəfindən verilmiş sənədləri imzalamışlar. Şahid qismində hadisə yerində iştirak edən zaman ona qarşı zor tətbiq edilməmiş, təsir və təzyiq göstərilməmişdir. Hadisə yerinə çatanda zərərçəkmiş şəxslər olmamışlar. Sxem çəkilmiş, sənədlər hazırlanmış, imzalanmış və oradan getmişlər. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X40 ifadəsində göstərmişdir ki, oradan maşınla keçərkən, insanların toplaşdığını görmüş, kömək lazım olar deyə düşünüb, maşını saxlamış və maşından düşmüşdür. İki maşının toqquşduğunu görmüşdür. Orada olanlar qəzada ölənin olduğunu demişlər. X47 maşını gəlmiş və orada olan zərərçəkmişləri aparmışdır. Daha sonra polis əməkdaşı ona yaxınlaşmış və “şahid kimi iştirak edə bilərsənmi?” demiş, o da razılaşmışdır. Maşında hansısa əşya olar deyə, baxış keçirilən zaman onlar şahid qismində iştirak etmişlər. Maşına baxış keçiriləndə bir ədəd mobil telefon aşkar edilmişdir. Şahid Azər Mirzəyev ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra müstəntiq tərəfindən ona təqdim olunan sənədlərlə tanış olmuşdur. Sənədlərdə şahid qismində iştirak etmək, polis əməkdaşlarının düzgün işləməsi barədə və sair məlumatlar qeyd olunmuşdur. İmzalanan sənədlərin adı yadında deyil. Dediyinə görə, hadisə keçən ilin noyabr ya da dekabr ayında baş vermişdir. Hadisədən 2-3 gün sonra Gürcüstan Respublikasına getmişdir. Həmin vaxt saat 5-6 radələri olarmış. Müstəntiq ölçü aparan zaman digər hal şahidi Akif Mehdiyev də onların yanında olmuşdur. Müstəntiq tərəfindən orada aparılan bütün prosessual hərəkətlərdə iştirak etmişdir. O, hadisə yerində olanda maşınlar yerində olmuşdur. X18 qəsəbəsinə tərəf gedəndə yolun sağ tərəfində toqquşmuşlar. Hadisə yerində ehtiyat hissələrinin qırıqları olmuşdur. Boz rəngli maşın yoldan çıxaraq, divara dirənmiş və qırıntılar ətrafa səpələnmişdir. Mühərrik isə həyətə düşmüşdür. Su və yağ izinin yolun hansı tərəfinə tökülməsinə qaranlıq olduğu üçün fikir verməmişdir. Şahid qismində hadisə yerində iştirak edən zaman ona qarşı zor tətbiq edilməmiş, təsir və təzyiq göstərilməmişdir. Faktiki olaraq, hadisə yerində iştirak etmişdir. Maşınlardan biri qara rəngdə, digəri isə gümüşü rəngdə olmuşdur. Sənədlər tərtib olunan zaman polislər, o və Akif Mehdiyev orada olmuşlar. Məhkəmə kollegiyası Şahid2 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, zərərçəkmiş şəxslərin və digər şahidlərin, o cümlədən Şahid4, Şahid3 və Şahid1 ifadələri ilə uzlaşır, çünki onlar da göstərmişlər ki, qarşıdan qara rəngli Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlə gəldiyini görmüşlər. Həmin maşın yolun sağına, daşlı-çınqıllı yola çıxmış və istiqamətini itirərək, gümüşü rəngli Mercedesə, yəni Mercedes Benz 240 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və qəza baş vermişdir. Şahid2 ifadəsi hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası onları dürüst hesab edir və hökmün əsasına qoyur, Təqsirləndirilən şəxs şahidlər tərəfindən böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Balakən RPŞ-nın İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X25 cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərarı ilə. Həmin qərardan görünür ki, HK-1/86 nömrəli material üzrə fakta görə CM-in 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (İ cild, i/v 1). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportla müəyyən olunur ki, Balakən rayonunun Şambul kənd sakini X36 ***-***- **-** mobil telefon nömrəsi ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, yol nəqliyyat hadisəsinin baş verməsi və 2-3 nəfərin xəsarət almasını bildirmişdir (İ cild, i/v 4). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, 29 noyabr 2023-cü il tarixdə, saat 17:50-də Balakən RMXdan həkim R.Mustafayeva məlumat verərək bildirdi ki, 1974-cü il təvəllüdlü Balakən rayonunun Şərif kənd sakini X3 baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən ölmüşdür (İ cild, i/v 5). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda bildirilir ki, 29 noyabr 2023-cü il tarixdə, saat 17:57-də Balakən RMXdan həkim Axundov məlumat verərək bildirdi ki, Balakən rayonunun Hənifə kənd sakini, 1997-ci il təvəllüdlü X1 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür (İ cild, i/v 6). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda göstərilmişdir ki, 29 noyabr 2023-cü il tarixdə, saat 17:57-də Balakən RMX-dan həkim Axundov məlumat verərək bildirdi ki, Balakən rayonunun Hənifə kənd sakini 1999-cu il təvəllüdlü Şahid2 döş qəfəsinin travması xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 7). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, 29 noyabr 2023-cü il tarixdə, saat 17:57-də Balakən RMXdan həkim Axundov məlumat verərək bildirmişdir ki, 1962-ci il təvəllüdlü Balakən şəhəri, Xətai küçəsində yaşayan Şahid5 Teyyubhacı qızı qapalı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 8). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda qeyd olunmuşdur ki, 29 noyabr 2023-cü il tarixdə, saat 17:57-də Balakən RMX-dan həkim Axundov məlumat verərək bildirdi ki, Balakən rayonunun Meşəşambul kənd sakini 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs döş qəfəsinin əziyi xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 9). Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 29 noyabr 2023-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, yol nəqliyyat hadisəsinin yeri Balakən rayonunun Şambul kəndidir. Yolun hərəkət hissəsi düz, asfalt-beton örtüklüdür, qurudur. Yol örtüyünün eni altı metrdir. Yolun hərəkət hissəsinin eni üç metrdir, hər istiqamətdə bir hərəkət zolağı olmaqla, iki hərəkət zolağı vardır. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq xəttlər var. Hərəkət hissəsinə sağdan yol çiyni və soldan yol çiyni birləşir. Sağdan fərdi yaşayış evləri, soldan fərdi yaşayış evləri daxildir. Yol işıqlandırılmır. Toqquşan nəqliyyat vasitələrinin sayı ikidir. Hadisədən əvvəl Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən şəhəri istiqamətinə, Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yolun sağ tərəfindəki hasara dəyib hasarı dağıdaraq, bir hissəsi həyətə keçmişdir. Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında, üzü Balakən şəhəri istiqamətinə, Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun əks hərəkət zolağında Qabaqçöl qəsəbəsi istiqamətinə dayanmışdır. Hadisə yerində əyləc (tormozlama) izləri aşkar edilmədi. Hadisə yerində nəqliyyat vasitələrinə məxsus müxtəlif detalların qırıntıları aşkar edildi. Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil mişar daşlarından tikilmiş hasara çırpılmışdır. Hadisə yerində hər iki avtomobildən yerə axıb tökülmüş yağ və su izləri aşkar edildi. Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət edərkən, idarəetməni itirib, yolun əks hərəkət zolağına keçərək, üzü Balakən şəhəri istiqamətinə hərəkət edən Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsinə çırpılmış, həmin avtomobillərin qırılmış detalları isə arxadan gələn Mercedes Benz E 270 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər yetirmiş, zərbənin təsirindən **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarına doğru hərəkət edib, hasara çırpılmış, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə əks hərəkət zolağında dayanmış, həmin avtomobilin mühərrik və surətlər qutusu qoparaq yolun kənarına düşmüşdür (İ cild, i/v 10-15). Yol nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemilə. Həmin sxemdən görünür ki, 29 noyabr 2023-cü ildə Balakən rayonunun Şambul kəndində yol nəqliyyat hadisəsi baş vermişdir. Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət edən Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkt zolağından çıxıb, Balakən şəhəri istiqamətində hərəkət edən Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yolun sağ kənarında, üzü Balakən şəhəri istiqamətində, Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun əks hərəkət zolağında Qabaqçöl qəsəbəsi istiqamətinə dayanmışdır. Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil mişar daşlarından tikilmiş hasara çırpılmışdır. Toqquşma yeri, eni 6 metr olan yolun üzü Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkət zolağının sağ tərəfindən sola tərəf 4,4 metr, sol tərəfindən isə sağa tərəf 1,8 metr məsafədədir (İ cild, i/v 16). Cinayət işinin materiallaraına əlavə edilmiş fotocədvəllə. Həmin fotocədvəldən görünür ki, Balakən rayonunun Şambul kəndi ərazisində, Qabaqçöl qəsəbəsi istiqamətində yol nəqliyyat hadisəsi baş vermişdir. Şambul kəndi ərazisindən Qabaqçöl qəsəbəsi istiqamətində olan ümumi görünüşdən yolun sol tərəfində, sol hərəkət zolağında qarşı-qarşıya dayanmış vəziyyətdə ciddi deformasiya vəziyyətində, qaraya oxşayan rəngdə iki nəqliyyat vasitəsi vardır. Yolun sol ehtiyat hissəsində isə gümüşü rəngdə görünən və qabaq sol tərəfi ciddi deformasiya uğramış daha bir avtomobil dayanmışdır. Avtomobilin qarşı tərəfində uçulub tökülən mişar daşları vardır. Mercedes Benz E 270 CDİ markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 toqquşan **-XJ-*** və **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşduğu yeri göstərir. Eyni zamanda, fotolardan Mercedes Benz **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun mühərriklə birlikdə avtomobildən qopub yolun kənarına düşməsi də müəyyən olunur. Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda göstərilmişdir ki, 29 noyabr 2023-cü il tarixdə, saat 20:21-də Balakən RMX-dan həkim Axundov məlumat verərək bildirdi ki, 1956-cı il təvəllüdlü Bakı sakini Zərərçəkmiş şəxs1 burun və başın açıq yaraları, burnun açıq qəlpəli sınığı, döş qəfəsinin əzilməsi xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 28). Balakən RPŞ-nın Qabaqçöl polis bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun 29 noyabr 2023-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, 29 noyabr 2023-cü il tarixdə, saat 20:24-də Balakən RMXdan məlumat verərək bildirmişdir ki, 1960-cı il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayon sakini Zərərçəkmiş şəxs2 qarının küt travması, daxili qanaxma, dalağın travmatik dağılması, sağ bazu sümüyünün orta hissəciyinin qapalı yerin dəyişən sınığı, travmatik şok 2, 3-cü dərəcəli boyun-baş nahiyəsinin əzilmiş yaraları xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 29). Məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2023-cü il tarixli 22 nömrəli rəyi ilə. Həmin rəydən görünür ki, X12 meyitində: a) Ağır kəllə-beyin travması. Alnında, təpədə-ənsədə dərialtında qansızmalar-baş beynin sərt yə yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem. Ənsə sümüyünün daxili lövhəsinin çatı. b) Sol körpücük arteriyasında hissəvi zədələnmə. c) Alın-təpə nahiyəsində şişkinlik. Sol qaşüstündə yaralar. Sağ budun bayır səthində yara, sol baldırın aşağı 1/3-də, ön səthdə qançır, sağ baldırın orta 1/3-də ön səthdə yara kimi xəsarətlər vardır. X13 yuxarıda qeyd edilmiş xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023cü ildə hərəkətdə olan avtomobilin salonunda hər-hansı bərk küt əşyalara dəyməklə əmələ gələ bilərdilər, canlı şəxslərdə təyin edildiyi kimi. a) və b) bəndində göstərilənlər canlı şəxslərdə təyin edildiyi kimi, onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmya aid edilirlər, c) bəndində göstərilənlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb yol nəqliyyat hadisəsi nəticəsində baş beyində əzilmə-qansızma, ödem olmuşdur (İ cild, i/v 107-108). Məhkəmə-tibbi ekspertizasının 16 dekabr 2023-cü il tarixli 21 nömrəli rəyi ilə. Həmin rəyə əsasən, X28 meyitinin müayinəsi zamanı: a) ağır açıq kəllə-beyin trayması,sağ gicgahın yuxarı orta hissəsindən təpə nahiyəsinə keçən böyük ölçülü yara, yara daxilində sağ gicgah sümüyündə və sağ təpə sümüyündə yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyində kobud əzilmə qansızma, əsas sümüyün sağ və sol böyük qanadında və burun çəpərinə birləşən yerində sınıqlar. b) alt çənə sümüyündə az yerdəyişməli sınıq. Dişlərində sınıqlar. Döş nahiyəsində sağda dərialtında qansızma, sağ 3-4-5-ci qabırğalarda orta körpücük, xətlə yerdəyişməli sınıqlar. c) alnının sağ səthində sıyrıq. Sağ qaşın bayır kənarında, sifətinin sağ almacıq nahiyəsində sıyrıqlar. Sağ üst göz qapağında qançır. Burnunun üst sağ yan səthində sıyrıq. Damaqlarında qansızmalar. Döş qəfəsinin ön səthində sıyrıq. Yuxarı döş hissəsindən göbəyə kimi sıyrıq. Gövdənin sağ yan səthinin aşağı şöbəsində sıyrıq. X29 yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk-küt əşyanın (əşyaların) dəyməsi-sıyırması təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin salonunda və eləcə də avtomildən düşərək yerdə bərk-küt əşyalara və əşyaların ona zərbə ilə dəymələri təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə, a) bəndində göstərilənlər canlı şəxslərdə təyin edildiyi kimi, ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b) bəndində göstərilənlər canlı şəxslərdə təyin edildiyi kimi onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər, c) bəndində gösərilənlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X28 ölümünə səbəb yol nəqliyyat hadisəsi nəticəsində baş-beyində kobud əzilməqansızma, beyin ödemi olmuşdur (İ cild, i/v 110-112). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli tələbnamə ilə. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i/v 146). Balakən RPŞ-nın məsul növbətçisi, polis kapitanı Ramazan Hüşənovun 09 dekabr 2023-cü il tarixli raportu ilə. 09 dekabr 2023-cü il tarixdə, saat 13:14-də Respublika Klinik Xəstəxanasından verilmiş məlumata görə, 1960-cı il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya müraciət etmişdir (İ cild, i/v 166). Məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2023-cü il tarixli 333 nömrəli rəyi ilə. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs1 alın nahiyəsində sıyrıq yara, burnun yarası, sağ və sol dizlərinin ön səthlərində, sol əlinin üst səthində sıyrıqlar, burun sümüklərinin yerdəyişmiş açıq sınıqları, döş qəfəsinin hər iki tərəfində 2, 3, 4, 5, 6 və 7-ci qabırğaların orta qoltuq xətti üzrə minimal yerdəyişmiş qapalı sınıqları xəsarətləri vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların ) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (İ cild, i/v 180-181). Məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2023-cü il tarixli 334 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Şahid5 müəyyən edilmiş xəsarətlər -təpə və alın nahiyələrində yaralar, baş beyin silkələnməsi - küt əşyanın (əşyaların ) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (İ cild, i/v 171-172). Məhkəmə-tibb ekspertizasının 12 dekabr 2023-cü il tarixli 335 nömrəli rəyi ilə. Həmin rəyə əsasən, X7 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsinin küt travması, sağ kürək sümüyünün çatı, sağ ayaq pəncəsində 5-ci daraq sümüyünün qəlpəli az yerdəyişən sınığı - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (İ cild, i/v 174-175). Məhkəmə-tibb ekspertizasının 12 dekabr 2023-cü il tarixli 336 nömrəli rəyi ilə. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər - ağır 2-3-cü travmatik şokla müşaiyət olunan alın nahiyəsində sıyrıq, boyu nahiyəsində əzilmə, sağ bazu sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişmiş sınığı, qarının kit travması, dalağın travmatik partlaması (dalağın cərrahi yolla çıxarılması) - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir (İ cild, i/v 177-178). Məhkəmə-tibb ekspertizasının 12 dekabr 2023-cü il tarixli 337 nömrəli rəyi ilə. Bu rəylə müəyyən edilmişdir ki, Şahid2 aşkar edilmiş xəsarətlər - burnunda sıyrıq, boynunda əzilmə, baş beyin silkələnməsi - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (İ cild, i/v 168-169). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli 8/263 nömrəli rəyi ilə. Həmin rəyə görə: 1a.2a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz E230 markalı 10XJ203 dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.M.X44 E230 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 1b.2b. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən müəyyən edildiyi kimi, təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda avtomobillər arasında 10 metrdən kifayət qədər böyük məsafə olmuşdur. İstintaq tərəfindən müəyyən edilən məlumat, yəni təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafənin olması real hadisə mexanizminə uyğun olmadığından, Mercedes Benz 240 markalı 90FN486 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. 1c.2c.3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-2101 markalı 08BA317 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin VAZ-2101 markalı avtomobil ilə Mercedes Benz E230 markalı avtomobil arasında toqquşma baş vermədiyindən, sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. Sürücü Şahid1 VAZ-2101 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 55 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (İ cild, i/v 227-230). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan iki nəfərin ölümünə, bir nəfərin ağır, bir nəfərin isə az ağır bədən xəsarəti almasına səbəb olan yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 263.3-cü maddəsilə tövsif etməyə imkan verir. Çünki, o 29 noyabr 2023-cü il tarixdə, saat 17:20-də idarə etdiyi Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərindən Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yolda təyin edilmiş maksimum sürət həddini, yəni 50 km/saat sürətlə hərəkət etməli olduğu halda 70 km/saat sürətlə hərəkət etmiş, eləcə də yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək, idarə etdiyi avtomobili yolun sağ ehtiyat hissəsinə çəkmək istədiyi zaman idarəetməni itirib, yolun hərəkət hissəsində dövrə vuraraq əks hərəkət zolağına çıxıb, qarşıdan əks hərəkət istiqamətində hərəkətdə olan Şahid2 idarə etdiyi Mercedes Benz 240 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X28 ölümünə səbəb olmuş çoxsaylı ağır xəsarətlər, Şahid2 idarə etdiyi Mercedes Benz 240 markalı avtomobildə sərnişin qismində əyləşmiş X12 ölümünə səbəb olmuş çoxsaylı ağır xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs2 sağlamlığına ağır xəsarətlər, Zərərçəkmiş şəxs1 isə sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaması, təqsirsiz olduğu üçün ona bəraət verilməli olması barədə dəlillərini əsaslı hesab etmir, çünki bu dəlillər təqsirləndirilən şəxs tərəfindən ona israr edilən cinayət hadisəsini törətməməsi faktını inkar edən şahid ifadələri ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı ..idarə etdiyi Mercedes Benz E230 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş X28 toqquşma zamanı zərbənin təsirindən sağ ön yan qapının açılması nəticəsində avtomobildən yerə düşməsini, Şahid1 idarə etdiyi VAZ 2101 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toy karvanından ayrılaraq yolun əks hərəkət zolağına keçib idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün idarəetməni itirdiyini, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini bildirən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında “..CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, toy karvanına təxminən 5 metr məsafə qalanda, qəflətən VAZ 2101 markalı avtomobilin qarşısına çıxdığını və düz üstünə gəldiyini, həmin vaxt maşını sağ tərəfə, daşlı - çınqıllı yola çəkdiyini, 5-6 metr həmin yolla hərəkət edəndən sonra öz yoluna qayıtmaq istədiyini, qayıtmaq istəyəndə digər Mercedes-Benz markalı avtomobilin onun maşını ilə toqquşduğunu, həmin vaxt Şaban Elayevin maşından asfaltın üstünə düşdüyünü, daha sonra arxadan qara "panarama" deyilən Mercedesin gəlib, Şaban Elayevi vurduğunu.. bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, işin faktiki hallarına, hadisənin baş vermə mexanizminə, hadisə vaxtı Hafiz Rövşən oğlunun idarə etdiyi **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri və hadisənin bilavasitə şahidləri olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs ilkin dindirmələri müdafiəçilərin iştirakı ilə aparılmış, ona hüquqları izah edilmiş və o, həmin hüquqlarından istifadə etməklə hadisə barədə ifadə vermişdir. Hadisənin bilavasitə şahidi olmuş Zərərçəkmiş şəxs1 ifadəsində hadisənin Qabaqçöl kəndindən qayıdan zaman yolda süni tıxac yarandığını və çölə baxanda qara rəngli maşının idarəetməni itirib, yüksək surətlə onun da olduğu maşına dəydiyini, maşından düşəndə digər maşının sərnişini Şaban Elayevin onların maşının yanında olduğunu gördüyünü, zərbənin təsirindən qapının açıldığını və həmin şəxsin maşının arxa sol qapsının altına düşdüyünü bildirmişdir. Digər Zərərçəkmiş şəxs2 toqquşma səsi eşitdiyini, ondan sonra yerə yıxıldığını və qolunun sındığını görmüş, özünə gələndə digər maşının sərnişini Şaban Elayevin onların maşının altına düşdüyünü və camaatın onu çıxartmaq üçün avtomobili qaldırdıqlarını gördüyünü bildirmişdir. Digər Şahid5 isə bildirmişdir ki, tıxac olduğu üçün avtomobillər asta-asta hərəkət etmişlər. Birdən yuxarıdan aşağıya doğru yüksək surətlə maşın gəlmiş, onların yanına çatanda isə asfalt yola çıxmış və iki dövrə vurmuş, üçüncü dövrədə avtomobil onların üstünə gəlmişdir. O, özünə gələndə asfaltdan kənara atıldığını və maşının hasara dəydiyini görmüşdür. Öz yolları ilə getdikləri üçün digər maşının dövrə vurduğunu aydın görmüşdür. Toqquşma zamanı digər maşın onların maşınının sol qabaq tərəfindən, sürücünün önündən dəymişdir. Digər avtomobilin isə sağ tərəfi dəymişdir. Digər Şahid2 demişdir ki, hadisə vaxtı gümüşü rəngdə olan Mercedes markalı avtomobilin sürücüsü olmuşdur. Aşağı surətlə toy karvanının sonunda hərəkət etmişdir. Qara rəngli maşının yoldan çıxdığını və üstlərinə gəldiyini görəndə, hadisədən qaçmaq üçün nəsə etmək mümkün olmamışdır. O, öz hərəkət zolağı ilə getmişdir. Təqsirləndirilən şəxs daşlı-çınqıllı yolda hansı surətlə gəlmişdirsə, həmin surətlə də dövrə vuraraq birbaşa onların maşınının üstünə gəlmişdir. Şahid4 isə bildirmişdir ki, ..Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun sağına, daşlı-çınqıllı hissəyə çıxmış, həmin hissədən istiqamətini yolun soluna, toy karvanına doğru dəyişmiş və gümüşü rəngli Mercedes markalı avtomobilə dəymişdir. Maşın hasara dəymiş və müəhərriki yerindən çıxıb, sağ tərəfə düşmüşdür. ..Yağ izi toqquşma yerində olmuşdur. Onlar arxada olduğu üçün hadisə onların qabağında baş vermişdir. Gümüşü rəngdə olan Mercedes onların qabağında hərəkət etmişdir. Təqsirləndirilən şəxs daşlı-çınqıllı yolla düz gedə bilərdi, amma qabaqda bir qədər aralıda dirəklər olduğundan, dirəklərə dəyə bilərdi. ..Toqquşma onlardan 10-12 metr qabaqda Balakən rayonuna gedən yol istiqamətində olmuşdur. ..Gümüşü rəngdə olan Mercedes öz yolu ilə getmiş, qarşı hərəkət zolağına çıxmamışdır. Toqquşmadan sonra gümüşü rəngli Mercedes arxa sağa doğru gəlmiş, sonra hasara dəyərək hasarı dağıtmışdır. Motorun, sürətlər qutusunun çıxması ani zamanda baş vermişdir. Şahid3 da bildirmişdir ki, ..Qarşıdan qara rəngli Mercedes markalı avtomobilin yüksək surətlə gəldiyini görmüşdür. Həmin maşın yolun sağına, daşlı-çınqıllı yola çıxmış və istiqamətini itirərək, gümüşü rəngli Mercedesə dəymiş və qəza baş vermişdir. ..Qara rəngli Mercedesin sağa, daşlı-çınqıllı yola çıxdığını görmüşdür. ..Yağ və su izi Qabaqçöl qəsəbəsindən Balakən rayonu istiqamətinə doğru hərəkət edəndə, yolun sağında olmuşdur.. Göstərilənlərlə yanaşı, müdafiə tərəfinin gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu ilə də təkzib olunur. Həmin protokola görə hadisədən əvvəl Mercedes Benz markalı **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobil Balakən şəhəri istiqamətinə, Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət edərkən, idarəetməni itirib, yolun əks hərəkət zolağına keçərək, üzü Balakən şəhəri istiqamətinə hərəkət edən Mercedes Benz markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsinə çırpılmış, həmin avtomobillərin qırılmış detalları isə arxadan gələn Mercedes Benz E 270 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər yetirmiş, zərbənin təsirindən **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarına doğru hərəkət edib, hasara çırpılmış, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə əks hərəkət zolağında dayanmış, həmin avtomobilin mühərrik və surətlər qutusu qoparaq yolun kənarına düşmüşdür. Yol nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemindən də görünür ki, 29 noyabr 2023-cü ildə Balakən rayonunun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkət edən Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkt zolağından çıxıb, Balakən şəhəri istiqamətində hərəkət edən Mercedes Benz markalı **- FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra yolun sağ kənarında, üzü Balakən şəhəri istiqamətində, Mercedes Benz markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun əks hərəkət zolağında Qabaqçöl qəsəbəsi istiqamətinə dayanmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən etirafedici ilkin ifadəsi, zərərçəkmiş şəxslərin və ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, yol nəqliyyat hadisəsi yerinə baxış protokolu, hadisə yerinin sxemi və digər sübutlarla təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil olaraq özünü CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əmələini törətməkdə təqsirli bilmədiyini deməsi onun təqsirsiz olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Çünki, aparılmış istintaqla Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun gətirdiyi dəlillər təkzib edilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq onun əməli CM-in 263.3-cü maddəsilə tövsif edilmiş və ona həmin maddə ilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəalarına uyğun olaraq, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinspdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur (İ cild, i/v 146). Bundan başqa, Balakən RİH başçısının Meşəşambul kənd İƏD tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli 90 nömrəli arayışda göstərilmişdir ki, X15 həqiqətən Balakən rayonunun Meşəşambul kəndinin sakinidir və onun anası – X17, arvadı – X30, 06 aprel 2009-cu il təvəllüdlü oğlu – X31 və 04 noyabr 2010-cu ildə doğulmuş oğlu - X21 ibarət ailə tərkibi vardır (İ cild, i/v 217-218). Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs orta təhsillidir, milliyətcə avardır, ailəlidir, iki övladı var, kənd təsərrüfatı işləri ilə məşğul olur. Kənddə qonşuları ilə yaxşı münasibəti olmuş və qonşulari ilə heç bir münaqişəsi olmamışdır. Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun haqqında heç bir şikayət daxil olmamışdır (İ cild, i/v 219). CM-in 59.1.4 və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağın olmasını, habelə yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin hüquqa zidd, təqsirli əməli nəticəsində ümumilikdə iki nəfərin ölməsi, bir nəfərin ağır, bir nəfərin az ağır (təqsirləndirilən şəxsin özünün də az ağır), iki nəfərin isə yüngül dərəcəli bədən xəsarətləri alması, habelə üç ədəd avtomobilə maddi ziyan dəyməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 263.3-cü maddəsilə təqsirli bilinib, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü bu əməldə təqsirli bilsə də, məhkəmə iclaslarında təqsirsiz olduğunu bildirmiş, zərərçəkmiş şəxslərlə barışmaq və onlara dəyən ziyanı ödəmək fikrində olmadığını və heç bir peşmançılıq hissi keçirmədiyini təzahür etdirmiş, zərərçəkmiş şəxslərin ifadələrinə görə isə hətta onlara hədə-qorxu gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə, yuxarıda qeyd olunan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı, müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak və mülki iddia yoxdur. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş bir yüz iyirmi səkkiz manat ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatının dəyərini təşkil edən bir yüz iyirmi səkkiz manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Mercedes Benz E230 markalı 10XJ203 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, Mercedes Benz 240 markalı 90FN486 dövlət qeydiyyat nişanlı avtomobil Şahid2, VAZ-2101 markalı 08BA317 dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 22 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş dörd il müddətə şamil edilsin. İş üzrə bir yüz iyirmi səkkiz manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nın Dövlət yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Mercedes Benz E230 markalı 10XJ203 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, Mercedes Benz 240 markalı 90FN486 dövlət qeydiyyat nişanlı avtomobil Şahid2, VAZ-2101 markalı 08BA317 dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-148/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-148/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver