Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-149/2020 21.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət təqibinə xitam verilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1989-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan və Ağdaş şəhəri İ.Qaradağlı küçəsindəki evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X6 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə xx xxx 2020-ci ildə saat 22:30 radələrində Şahid1 ilə Ağdaş rayon Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” restoranının sağ qabaq hissəsində aralarında baş vermiş şəxsi münasibətlər zəminində dava-dalaş edən zaman həmin vaxt onlara yaxınlaşıb Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək vurmaq istəyən, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələmiş, həmin vaxt yerə yıxılıb baş nahiyəsi beton pilləyə dəyən Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol gicgah sümüyünün xətti sınığı, sağ alın gicgah payının beyindaxilihematoması ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək ( ehtiyatsızlıqdan ağır xəsarət yetirməyə görə özünü təqsirli bilir.) ifadəsində göstərmişdir ki,xx xxx 2020-ci ildə axşam saatlarında Qorqud, Səməndər, Müzahir ilə Ağdaş rayonu Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” restoranına yeyib içməyə getmiş, təxminən 300 qram araq içmişdir. Orada Daşqın və Arazda olmuşlar. Daşqınla zarafat etmiş, bu mübahisəyə çevrildikdə kənara çəkilmişlər. Mübahsə zamanı biri-birlərinə əl-qol atmışlar. Araz onlara yaxınlaşmış və ona nalayiq ifadələr işlətməklə onu vurmaq istəyəndə Arazın sinəsindən əli ilə bərk itələmiş, Araz arxası üstə yerə yıxılmış, onun baş nahiyəsi orada olan beton köbəyə dəymiş və xəsarət almışdır. Orada olan şəxslər onları aralamışlar. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış, onunla razılıq əldə etmişdir. Onun müalicəsi üçün maddi köməklik etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə axşam saatlarında Daşqınla Ağdaş rayonu Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” restoranında yemək yeyib spirtli içki qəbul etmişlər. Restoranda Nicat və başqa şəxslər də olmuşlar. Daşqını Nicat çağırmış, masadan bir qədər aralanmışlar. 1-2 dəqiqədən sonra onların mübahisə etmələrini və əlbəyaxa olmalarını görmüş, Daşqınla üzbəüz olanda və bir birinin yaxasından tutan vaxtı onlara yaxınlaşıb Nicata nalayiq ifadələr işlətdərək niyə dalaşmalarını soruşmuş, Nicat da ona nalayiq ifadələr işlətmiş, Nicatın üzərinə gedən zaman Nicat əli ilə sinəsindən itələmişdir. Sərxoş olduğu üçün müvazinətini saxlaya bilməmiş, yıxılmışdır. Başı betona dəymiş, orada olan piləkəndən yumalanmış, baş və sifət nahiyəsindən xəsarətlər almışdır. Özünə gələndə xəstəxanada olduğunu, ona tibbi yardım göstərildiyini və hadisə zamanı da ağır xəsarət aldığını bilmişdir. Onun müalicəsinə Nicat tərəfindən köməklik göstərilmişdir. Onunla barışmışdır, razılıq əldə etmişlər. Ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə axşam tərəfi Zərərçəkmiş şəxs ilə Ağdaş rayonu Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” restoranında yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt orada digər masada Nicat və digər şəxslər olmuşdur. Nicat onu çölə çağırmış, əvvəlcədən aralarında söyüşlə zarafat olduğu üçün Nicata nalayiq ifadələr işlətmişdir. Nicat da ona nalayiq ifadələr işlətmişdir. Əlbəyaxa olmuşlar. Nicat kəllə ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş, onun qabaq üst sonradan qoyulma dişləri qırılaraq yerə tökülmüşdür. Onun boğaz nahiyəsindən tutub özündən aralanması üçün arxaya itələmişdir. Bu vaxt Araz onun yanına gəlmiş və Nicatla dalaşdığını görüb Nicata nalayiq ifadələr işlətmişdir. Nicatın üstünə gedib onu vurmaq istəyəndə Nicat Arazı əli ilə itələmiş, Araz gicəllənib arxası üstə yerə yıxılmış, baş nahiyəsi betona dəymişdir. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, Ağdaş rayon Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” adlı restoranı işlədir. xx xxx 2020-ci ildə axşamtərəfi masaların birində Daşqın və Araz ilə, digər masada Nicat və 3 nəfər əyləşmişlər. Hər iki masada yemək eyib spirtli içi qəbul etmişlər. Nicat ona digər masada oturan Daşqını yanına gəlməsi üçün çağırmasını bildirmiş, Daşqına Nicatınonu çağırmasını demiş və getmişdir. Qayıdanda Daşqının burunundan qan gəldiyini, Arazın isə yeməkxananın böyük otağının giriş qapısının ağzında yıxılı vəziyyətdə görmüşdür. Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Arazın xx.xx.2020-ci ildə narahat olduğunu eşitmiş, onu xəstəxanaya aparmışlar, Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunmuşdur. Sonradan bilmişdir ki, Nicat qardaşı Arazı kəllə ilə sifət nahiyəsindən vurmuş, Araz yerə yıxılaraq başı orada olan beton köbəyə dəymişdir. Nicatın qardaşı və Arazın müalicəsinə köməklik göstərmişlər. Şahid X5 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə axşamtərəfi Nicat, Qorqud və Müzahirlə Ağdaş rayonu Aşağı Zeynəddin kənd ərazisində yerləşən “İka” restoranına yeyib içməyə getmişlər. Orada yemək yeyib, spirtli içki qəbul etmişlər. Daşqın və Araz da başqa stolda oturmuşlar. Nicat Daşqınla zarafat etmiş, bir az sonra Nicat masadan bir az aralanmış və 2-3 dəqiqə sonra arxaya çevriləndə Araz adlı şəxsin yerdə arxası üstə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Nicat və Daşqın biri-birilərinin köynəklərindən tutmuş, Müzahir, Qorqudla onları aralamışlar. Araz götürüb orada olan divana uzandırmışlar. Sonradan Nicatdan nə baş verdiyini soruşduqda o bildirmişdir ki, Daşqın ilə əlbəyaxa olan zaman Araz onların yanına gəlib ona nalayiq söyüş söyən zaman onun sinəsindən itələmiş, Araz yıxılmış və başı beton dirəyə dəymişdir. Şahid6 məhkəmədə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sol bazunun orta 1/3-nin ön və arxa səthinin, sol mil bilək oynağının üst səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 221 saylı rəyindən görünür ki, Şahid1 bədənində olan xəsarətlər –burun yəhərinin əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Dişləri protez (suni dişlərdir) olduğundan üst protez dişin sınması sağlamlığa zərər vurmanın təyinində qiymətləndirilmir. Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 365 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin ağır dərəcədə əzilməsi, sol gicgah sümüyünün xətti sınığı, sağ alın gicgah payının beyndaxili hematoması, sol gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Ayrı ayrılıqda qapalı kəllə beyin travması, baş beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sol gicgah sümüyünün xətti sınığı, sağ alın gicgah payının beyindaxili hematoması, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Sol gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs ilkin zərbə sol gözətrafı nahiyəyə yetirildikdən sonra onun yerə yıxılaraq aldığı xəsarətin başının bərk küt əşyaya dəyməsindən əmələ gələ bilərlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmi cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs və D.Rəşadov ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs kəllə ilə Zərərçəkmiş şəxs vurmuş, Zərərçəkmiş şəxs yerə yıxılaraq başı betona dəyməsi nəticəsində xəsarət almışdır. Eləcə də şahidlər Şahid5, Ə.Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs kəllə ilə onu vurmuş, o yerə yıxılaraq başı betona dirəyə dəymiş, xəsarət almışdır. İstər məhkəmə istintaqı zamanı istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, Daşqın ilə əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs onun üzərinə gələn zaman onu əli ilə sinəsindən itələmiş, o, yerə yıxılaraq başı betona dəyməklə pillələrdən yumalanmış və xəsarət almışdır. Şahidlər Şahid4 Şahid6 istər ibtida araşdırma zamanı və istərsə də məhkəmə istintaqı zamanı bildirmişlər ki, Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Arazın sinəsindən itələmiş və o yıxılaraq onun başı betona dəymiş, xəsarət almışdır. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı sərbəst ifadəsində zərbə ilə vurulmasını, sual- cavab zamanı kəllə ilə vurulmasını bildirsə də məhkəmədə ifadəsində Nicatın onun sinəsində itələməsi nəticəsində yerə yıxılaraq beton pillələrdən yumalanması və başının betona dəyməsi nəticəsində xəsarət almasını bildirmişdir. D.Rəşadov isə Nicatın Arazı kəllə ilə vurmasını bildirsə də məhkəmə istintaqı zamanı yaxalaşan zaman Arazı əli ilə itələməsini bildirmişdir. İşin faktiki hallarından görünür ki, Nicat və Daşqın ələbyaxa, üzbəüz olan zaman Araz ona yaxınlaşmışdır. Belə vəziyyətdə də Nicat Daşqın ilə üzbəüz olan zaman Arazı kəllə ilə vurması adekvat görünmür. Bu baxımdan da məhkəmə D.Rəşadov və A.Ə.Yedigarov, Şahid5, Ə.Şahid3 ibtidai araşdıma zamanı Nicatın kəllə ilə Arazı vurmasına dair ifadələrində göstərdikləri xüsusatı təkzibedilməz sübutlarla ziddiyyət təşkil etdiyinə, işin faktiki hallarına uyğun gəlmədiyinə görə səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. D.Rəşadov və A.Ə.Yedigarovun məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Belə vəziyyətdə isə işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməklə nəticəyə münasibəti ehtiyatsızlıq olmuşdur. Ona ağır dərəcəli bədən xəsarəti yetirmək fikri olmamış və bunu arzu etməmişdir. Məhkəmə tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş ağır dərəcəli zərər ona yetirilmiş zərbə ilə deyil, onun yerə yıxılarkən baş nahiyəsinin betona dəyməsi nəticəsində yaranmışdır. Hətta, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəllə ilə qəsdən vurmuş olsaydı da onun nəticəyə münasibəti ehtiyatsızlıq olmuşur. Belə vəziyyətdə isə əməl CM-nin 126.1-ci maddəsindən CM-nin 131.2-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, müdafiə tərəfi xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətinin ehtiyatsızlıqdan yetirilməsini və cinayət təqibinə xitam verilməsini bildirmişlər. CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxs ilə barışmış oduqda və ona dəymiş ziyanı tam ödədikdə cinayət təqibinə xitam verilir. İş materialından görünür ki, zərərçəkmiş şəxs A.Ə.Yedıyarov ilə Təqsirləndirilən şəxs barışmış, razılıq əldə etmiş, onun müalicəsi üçün köməklik etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü Nilay və 2019-cu il təvəllüdlü Eyvaz adlı iki azyaşlı uşağı vardır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsindən CM-nin 131.2-ci maddəsinə tövsif edilməli və zərərçəkmiş şəxs ilə barışdığırına və dəymiş ziyanı aradan qaldırdığına görə barəsinə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, xx xxx 2020-ci ildə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 3 (gün) həbsdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza xərci və maddi sübut yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 40.2-ci, 43.3-cü maddələrini rəhbər tutub, məhkəmə qərara alır: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən CM-nin 131.2-ci maddəsinə tövsif edilsin. CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu 20 gün müddətində X6 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə qərar qəbul olunduğu gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-149/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-149/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver