Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-149/2022 06.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1980-cı il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 2ində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının axırlarında ünvan 2inin kənarındakı meşəlik ərazidən tapdığı yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən toxumlarını yığıb Gərəkli kəndində yaşadığı evdə gizlətmiş, yaşadığı evdə gizlətdiyi həmin 25 ədəd toxumları qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə 2022ci ilin mart ayınının axırlarında Gərəkli kəndində yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərə altlığının üzərinə qoyduğu 01 ədəd taxta yeşiyin içərisindəki polietilen torbalarda və 01 ədəd plastik qabda əkmiş, əkdiyi toxumlardan cücərərək bitmiş 17 (on yeddi) ədəd hündürlükləri 3 sm-dən 12 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1,61 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 14 aprel 2022-ci il tarixdə saat 10:10-dan 11:15-dək olan müddət ərzində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvan 2ində yerləşən evinə baxış keçirilən zaman yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərə altlığının üzərinə qoyduğu 01 ədəd taxta yeşiyin içərisindəki polietilen torbalarda və 01 ədəd plastik qabda əkib qulluq göstərib yetişdirərək kultivasiya etdiyi həmin 17 (on yeddi) ədəd hündürlükləri 3 sm-dən 12 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1,61 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin avqust ayının axırlarında yaşadığı Gərəkli kəndinin kənarında yerləşən meşə sahəsinə otlamaq üçün göndərdiyi ona məxsus olan mal-qaranı evə gətirmək üçün getdiyi zaman orada, hazırda xatırlamadığı yerdə yabanı halda bitmiş bir ədəd çətənə bitkisini tapmışdır. Həmin bir ədəd çətənə bitkisinin üzərindən dəqiq sayını xatırlamadığı qədər toxumlarını yığmış, narkotik tərkibli çətənə bitkisinin özünü isə qırıb məhv etmişdir. Çətənə bitkisinin üzərindən yığdığı toxumları yaşadığı evə gətirib gizlətmişdir. 2022-ci ilin mart ayının sonlarında evdə gizlədib saxladığı həmin narkotik tərkibli çətənə bitkisinin təxminən 25 ədəd toxumunu yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otaqda taxta yeşiyin içərisinə qoyduğu polietilen torbalarda və bir ədəd əlavə plastik qabda əkmişdir. Narkotik bitkilərini əkməyindən ailə üzvlərinin və ya başqa heç bir şəxsin məlumatı olmamışdır. Əkdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarından cəmi 23 ədədi cücərmişdir. Toxumların çoxu tez cücərmiş, 5-6 ədəd toxum isə gec cücərmişdir. Cücərməyənlər də olmuşdur. Həmin cücərmiş cəmi 23 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə qulluq etməyə başlamış, onları suvarmışdır, kənarlarını alaq otlarından təmizləmişdir. Özü narkotik vasitə aludəçisi olduğundan həmin narkotik tərkibli bitkiləri gələcəkdə özü istifadə etmək üçün əkmişdir. 14 aprel 2022-ci il tarixdə səhər radələrində Balakən RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəlib onu küçəyə çağıraraq yaşadığı evdə və evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı Gərəkli kəndində yerləşən evinə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə qərarla onu tanış edərək etirazının olub olmadığını soruşmuşlar. Etirazının olmadığını bildirərək yaşadığı evin içərisində narkotik tərkibli bitkiləri əkibbecərdiyini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşlarının və mütəxəssis kimi dəvət edilmiş aqronomun iştirakı ilə yaşadığı evə baxış keçirilərkən evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərə altlığının üzərinə qoyub saxladığı taxta yeşiyin içərisindəki polietilen torbalarda və 01 ədəd plastik qabda əkib-becərdiyi narkotik tərkibli çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları və aqronom həmin bitkilərə baxış keçirmişlər. Əkdiyi narkotik tərkibli çətənə bitkisinin şitilləri kökündən çıxarılıb sayıldıqda böyük şitillər və xırda şitillər birlikdə cəmi 23 ədəd olmuşdur. Baxışda iştirak edən aqronom onun əkdiyi narkotik tərkibli çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özü narkotik vasitə olan qurudulmuş marixuanadan 3-4 ildir ki, istifadə edir, narkotik vasitə aludəçisidir. Bu səbəbdən də yaşadığı evdə narkotik tərkibli çətənə bitkilərini əkibbecərmişdir. Əkdiyi narkotik tərkibli bitkilər yetişdikdən sonra onlardan özü istifadə edəcəkdi. Əvvəllər narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, narkotik vasitələrin satışı və ya saxlanılması ilə məşğul olmamışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı evində və evin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə ona məlumat daxil olmuşdur. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü rəhbərliyə həmin tarixdə raportla məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməsinə etirazının olmadığını və yaşadığı evində narkotik tərkibli çətənə bitkisi şitillərini əkdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərəsinin pəncərə altlığının üzərində saxladığı 1 ədəd taxta yeşiyin içərisindəki polietilen torbaların içərisində və həmin yeşiyin yanında olan plastik qabın içərisində əkilmiş ümumi sayı 23 ədəd olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar şitillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu, onların dəqiq sayını bilmədiyini, təxminən 15-20 ədəd olduğunu, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, onların toxumlarını 2021-ci ildə meşə ərazisində tapdığı yabanı halda bitmiş olan 01 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq saxladığını bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid1 aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını, alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri 01 ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə və oradakı yardımçı tikililərə baxış keçirilən zaman əlavə hər hansı bir qanunsuz əşya, narkotik vasitə aşkar edilməmişdir. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayon X9 Mərkəzində bitkiçilik şöbəsinin müdiri vəzifəsində işləyir. İxtisasca ali təhsilli alim-aqranomdur. 14 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olması barədə məlumat verərək bununla bağlı olaraq qeyd edilən əraziyə baxış keçirilməli olduğunu deyərək baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuşdur, mütəxəssis kimi dəvət olunması barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 10-11 radələrində ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməsinə etirazının olmadığını və yaşadığı evində narkotik tərkibli çətənə bitkisi şitillərini əkdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərəsinin pəncərə altlığının üzərində saxladığı 1 ədəd taxta yeşiyin içərisindəki polietilen torbaların içərisində və həmin yeşiyin yanında olan plastik qabın içərisində əkilmiş ümumi sayı 23 ədəd olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar şitillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu, onların dəqiq sayını bilmədiyini, təxminən 15-20 ədəd olduğunu, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, onların toxumlarını 2021-ci ildə meşə ərazisində tapdığı yabanı halda bitmiş olan 01 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq saxladığını bildirmişdir. Narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar həmin bitki şitillərinə baxış keçirilən zaman onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldıqlarını müəyyən etmiş və bu barədə baxış iştirakçılarına bildirmişdir. Aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri 01 ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə və oradakı yardımçı tikililərə baxış keçirilən zaman əlavə hər hansı bir qanunsuz əşya, narkotik vasitə aşkar edilməmişdir. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı evində və evin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təxirəsalınmaz əməliyyat tədbiri kimi Təqsirləndirilən şəxs ünvan 2ində yerləşən evinə baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında onun yaşadığı evə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 12). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 2 sakini Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndində yerləşən evə və evin həyətyanı sahəsinə polis əməkdaşları və aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evində narkotik tərkibli çətənə bitkisi şitillərini əkdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki təmirsiz otağın pəncərəsinin pəncərə altlığının üzərində saxladığı 1 ədəd taxta yeşiyin içərisindəki polietilen torbaların içərisində və həmin yeşiyin yanında olan plastik qabın içərisində əkilmiş ümumi sayı 23 ədəd olan hündürlükləri 3 smdən 12 sm-dək, ümumi çəkiləri 3,31 qram narkotik tərkibli çətənə – bitki şitillərinə oxşar şitillər aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu, onların dəqiq sayını bilmədiyini, təxminən 15-20 ədəd olduğunu, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini, onların toxumlarını 2021-ci ilin avqust ayında meşə ərazisində bitmiş yabanı halda olan 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq saxladığını bildirmişdir. Baxışda iştirak edən alim-aqronom Şahid1 aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını, alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş 23 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri 1 ədəd kağız zərfə qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış «Panaconic» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 13-17). Cinayət işinin materiallarında olan 14 aprel 2022-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunan 17 (on yeddi) ədəd hündürlükləri 3 sm.-dən 12sm.-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1,61 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. 06 (altı) ədəd, hündürlükləri 1,5 sm.-dən 2 sm.-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,13 qram olan bitki cücərtiləri inkişaflarının erkən fazasında olduqlarına görə hansı növə aid olduqlarını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunmuş çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 aprel 2022-ci il tarixli 17/338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş....bitki şitilləri...” sözləri yazılmış zərfin içərisindəki 17 (on yeddi) ədəd hündürlükləri 3 sm.-dən 12sm.-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1,61 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. 06 (altı) ədəd, hündürlükləri 1,5 sm.-dən 2 sm.-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 0,13 qram olan bitki cücərtiləri inkişaflarının erkən fazasında olduqlarına görə hansı növə aid olduqlarını müəyyən etmək mümkün olmadı. Aqronom Şahid1 tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 45-47). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspert komissiyasının 25 aprel 2022-ci il tarixli 555 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 46-47). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 5(019)-14/2021 saylı qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Balakən Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı Natiq Muradov tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli qərar qanuni sayılmışdır (cild 01, iş vər. 84-85). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan, şəxsiyyət vəsiqəsinin surətlərindən və xasiyyətnamədən görünür ki, Dibirov X3 rayonu Gərəkli kəndində qeydiyyatdadır və barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamışdır, himayəsində 2006 və 2011-ci il təvəlldülü biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var, barəsində heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 93-97). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 86). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halın olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, aşkar edilən narkotik tərkibli bitkilərin sayını və inkişaf səviyyəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər.28). Cinayət işinin materiallarında olan 15 aprel 2022-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 76-79). Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 17 (on yeddi ) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 06 (altı) ədəd bitki cücərtiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Balakən Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 17 (on yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 06 (altı) ədəd bitki cücərtiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-149/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-149/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver