Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-149/2024 27.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Yevlax rayonu, Nizami küçəsində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib Ağdaş rayonuna gələn zaman həmin tarixdə saat 23 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs avtomobili dayandırmasından sonra sonuncunun əmlakını ələ keçirmək məqsədilə həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bel kəmərinin arxa hissəsində olan silah qismində istifadə edilən dəstəyi göy rəngli mətbəx bıçağını Zərərçəkmiş şəxs sinə nahiyəsinə dirəyib basqın edərək sonuncunun şalvarının arxa sağ cibindən 154 (yüz əlli dörd) manat pulunu quldurluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 yanvar 204-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsi onu buraxdıqdan sonra birbaşa yeznəsigilə getmiş, oradan yaşadığı evə getmişdir. Kiçik bacısı ona zəng vuraraq götürüləsi əşyaların olduğunu bildirmiş, bacısının ona verdiyi 50 manat pulu öz evində saxlamışdır. Cibində olan 2 manat pul ilə Yevlax şəhərində yaşayan bacısıgilə getmiş, bacısıgildən çıxdıqdan sonra yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsinə getmək üçün Yevlax şəhərində marketin qarşısında olan taksi sürücüsünə yaxınlaşıb onu Ləki qəsəbəsinə hansı qiymətə apara biləcəklərini soruşmuşdur. Həmin sürücü müştərisinin olduğunu bildirib orada olan digər göy rəngli VAZ 2106 markalı avtomaşının sürücüsü ondan Ləkinin hansı tərəfinə getməsini soruşmuşdur. Həmin şəxsə qəsəbəyə getdiyini deyib neçəyə apara biləcəyini soruşduqda sonuncu 15 manata apara biləcəyini demişdir. Sürücüyə pulu evində olduğuna görə evə çatanda verəcəyini demiş, yolda özözünə “azadlıq nə gözəl şeydir” demişdir. Sürücü ondan nəyə görə belə dediyini maraqlandıqda sürücüyə həbsdən təzəliklə çıxdığını bildirmişdir. Həmin vaxt sürücü telefonunda kiminlə isə yazışmış, lakin nə yazıldığını görə bilməmişdir. Sürücü gülə-gülə ona baxaraq “əmi neçə yaşın var” demiş, sürücüdən siqaret almaq üçün 5 manat borc istəmişdir. Ləki qəsəbəsində marketə girib bir qutu siqaret və yandıran almış, kassir ona 1 manat 20 qəpik qaytarmışdır. Sonra həmin avtomaşınla evinə gələrək evdən sürücüyə olan 21 manat borcunu vermişdir. Evdə olan zaman Ağdaş rayon X3 Saxlama Yerinin rəisi Pünhan müəllim onu qeydiyyat adı ilə evdən Polis Şöbəsinə aparmış, orada Zərərçəkmiş şəxs adlı sürücünü onun barəsində şikayət etdiyi ona məlum olmuşdur. Polis Şöbəsində cinayət-axtarış bölməsinin rəisi Samit onun qabağına qara qutuda narkotik vasitə qoyaraq ondan şikayət olunduğunu, əgər boynuna almasa onun narkotik vasitə ilə şərləyib göndərəcəklərinui bildirmiş, narkotik vasitə ilə şərlənmək istəmədiyinə görə həmin vaxt hadisəni boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Yevlax şəhərində yaşayan bacısıgilə qonaq getmiş, saat 22 radələrində bacısıgildən çıxıb evə qayıtmaq üçün Yevlax şəhəri Nizami prospektinə taksilər olan yerə gəlmişdir. Üstündə pul olmadığı üçün taksilərdən biri ilə evə qayıtmağı və ünvana çatdıqdan sonra pulu verəcəyini söyləyib aldatmaq qərarına gəldikdən sonra taksilərdən birində iki nəfər olduğunu görüb həmin avtomobilə yaxınlaşmış, həmin vaxt avtomobilin qabaq sərnişin oturacağında əyləşən şəxs avtomobildən düşərək yanında əyləşən sürücünün növbəsi olduğunu dedikdən sonra həmin şəxs ona yaxınlaşıb Ləki Qəsəbəsinə apara biləcəyini bildirmişdir. Həmin sürücüyə 15 manat verə biləcəyini söyləmiş, lakin həmin sürücü ilə razılaşmamışlar. Bundan sonra əvvəlcə ona yaxınlaşan adının sonradan Elmin olduğunu şəxsin onu 15 manata dediyi ünvana apara biləcəyini bildirdiyinə görə sonuncu ilə razılaşıb “VAZ 2106” minik markalı, yaşıl rəngli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə əyləşib yola düşmüşlər. Elmin əvvəlcə Yevlax şəhərində yanacaq doldurma məntəqəsindən yanacaq vurmuş, Bakı-Qazax magistral yolu ilə Ağdaş rayonu Ləki kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Ləki kəndi ərazisində qarşı hərəkət zolağında magistral yolun kənarında yerləşən Ləki marketin qarşında sürücüyə avtomobili saxlamasını söyləmiş, avtomobili saxladıqdan sonra Elmindən 5 manat istəyərək özünə siqaret alacağını, ünvana çatdıqdan sonra gediş haqqı ilə birlikdə həmin pulu qaytaracağını söyləmişdir. Elmin onunla razılaşıb arxa cibindən topa pul çıxarıb həmin puldan 5 manatı ona vermiş, topa pulu gördüyü andan həmin pulu ələ keçirməyi planlaşdırmışdır. Marketdən siqaret aldıqdan sonra geri qayıtmış, avtomobil hərəkət etdikdən sonra geriyə manevr etmişdir. Pulu ələ keçirdikdən sonra Elminin onu izləyə bilməməsi üçün Ləki restoranına çatmamış yolun sağında yerləşən küçəyə manevr etməsini söyləmiş, həmin küçə ilə hərəkət edərək dalana çatmışlar. Avtomobili saxladıqdan dərhal sonra Elminə pula ehtiyacı olduğunu və üstündə olan pulu verməsini söyləmiş, Elmin pulu olmadığını bildirərək ertiraz etdikdən sonra sağ əli ilə arxa bel nahiyəsindən kəmərində olan bıçağı çıxararaq Elminin sağ qarın hissəsinə dirəyib, sol əli ilə şalvarının arxa sağ cibində olan topa pulu götürərək əynində olan göy rəngli cins gödəkçənin sol cibinə qoymuşdur. Daha sonra dərhal avtomobildən düşüb qaçaraq dəmir yolu xəttlərini keçib oradan uzaqlaşmış, Ağdaş rayonu Ləki Qəsəbəsi C.Məmmədov küçəsində yerləşən evinə gəldikdən sonra bıçağı evin eyvanında olan dolaba qoymuşdur. Daha sonra ac olduğu üçün “Ləki Store”-yə gedərək özünə ərzaq alıb evə qayıtmışdır. 140 manat kimi bildiyi həmin pulun bir hissəsini “Ləki Store”-dən kolbasa və çörək aldığını xatırlamış, pulun qalan hissəsini isə hadisədən əvvəl və sonra içkili olduğu üçün xatırlamamışdır. Üzərində olan iki ədəd bir manatlıq pul əsginasını isə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 2245-də Yevlax şəhəri, Nizami prospektində yerləşən “OBA” marketin qarşısında tanışı Şahidla sonuncuya məxsus “VAZ 2107” markalı, ağ rəngli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdikləri vaxt sonradan adının Araz olduğunu bildiyi şəxs yaxınlaşaraq ona məxsus avtomobili göstərib taksinin kimə məxsus olmasını soruşmuş, avtomobildən düşərək Azərin növbəsi olduğunu bildirdikdən sonra Azər avtomobildən düşərək ona yaxınlaşmışdır. X10 Qəsəbəsində bir nəfər olduğunu, həmin ünvandan şəxsi götürüb geri qayıtmağa 15 manat verə biləcəyini söyləmiş, Azərin tərəddüd etdiyini görüb Arazı 15 manata dediyi ünvana apara biləcəyini bildirmişdir. Araz onunla razılaşıb avtomobilə əyləşmiş, Yexlax şəhərində Yanacaq doldurma məntəqəsindən 7 manatlıq yanacaq vurub Bakı-Qazax magistral yolu ilə Ağdaş rayonu Ləki kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Ləki kəndi ərazisində qarşı hərəkət zolağında magistral yolun kənarında yerləşən Ləki marketin qarşısında Araz ona avtomobili saxlamasını bildirmiş, avtomobili saxladıqdan sonra Araz ondan 5 manat istəyərək özünə siqaret alacağını, ünvana çatdıqdan sonra gediş haqqı ilə birlikdə verəcəyini demişdir. Araza 5 manat vermiş, sonuncu marketdən siqaret aldıqdan sonra geri qayıtmışdır. Avtomobil ilə hərəkət etməyə başladıqdan sonra geriyə manevr etmiş, Ləki restoranına çatmamış Araz ona yolun sağında yerləşən küçəyə dönməsini söyləmiş, həmin küçə ilə hərəkət edərək dalan olan yerə çatmışlar. Avtomobili saxladıqdan dərhal sonra Araz ona “pulu ver” demiş, Araza “Nə pulu?” sualını verdikdə sonuncu ona “üstündəki pulu” deyə cavabını vermişdir. Araza “sənə niyə verirəm?” sualını verdikdən sonra sonuncu sağ əli ilə arxa bel nahiyəsindən kəmərində olan bıçağı çıxararaq sinəsinə dirəyib sol əli ilə əvvəlcə şalvarının ön ciblərini, boş olduqlarını gördükdən sonra isə arxa ciblərini yoxlamış, bundan sonra şalvarının arxa sağ cibində olan 154 manat pulu götürərək əynində olan göy rəngli cins gödəkçənin sol cibinə qoymuşdur. Daha sonra əyləşdiyi oturacağın sağ tərəfində olan sənədləri saxladığı çantanı yoxlamış, pul olmadığını gördükdən sonra heç bir şey götürmədən dərhal avtomobildən düşərək qaçmağa başlamışdır. Avtomobildən düşüb onu izləmək üçün asta sürətlə arxası ilə getmiş, Arazın dəmir yolu xəttlərini keçdikdən sonra oradan uzaqlaşdığı görsə də hava qaranlıq olduğu üçün konkret hansı istiqamətdə getdiyini görməmişdir. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının DİN-nin “102” xidməti–zəng mərkəzi sisteminə zəng edərək məlumat verdikdən sonra Ağdaş rayon Polis Şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 2245-də Yevlax şəhəri Nizami prospektində yerləşən “OBA” marketin qarşısında taksi fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs ilə ona məxsus “VAZ 2107” minik markalı, ağ rəngli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdikləri vaxt tanımadıqları bir nəfər şəxs onlara yaxınlaşaraq Elminə məxsus avtomobili göstərib taksinin kimə məxsus olmasını soruşmuş, Elmin avtomobildən düşərək həmin şəxsə onun növbəsi olduğunu bildirmişdir. Avtomobildən düşdükdən sonra Elmin ona Ləki Qəsəbəsində bir nəfər olduğunu, həmin ünvadan şəxsi düşürüb geri qayıtmağa 15 manat verə biləcəyini söyləmiş, razılaşmadığına görə Elmin həmin şəxsi 15 manata dediyi ünvana apara biləcəyini söylədikdən sonra hər ikisi razılaşıb avtomobilə əyləşib getmişlər. Təxminən bir saat sonra Elmin ona zəng edərək həmin şəxsin Elmini bıçaqla hədələyərək pulunu ələ keçirdiyini bildirmiş, bundan sonra Elmin ilə birlikdə Ağdaş rayon Polis Şöbəsinə getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində baş vermişdir, ilkin olaraq Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, yaşıl rəngli **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yeri daha sonra isə ona qarşı quldurluq edən şəxsin avtomobilin ön oturacağında əyləşdiyi yeri göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs quldurluq yolu ilə pulunu ələ keçirən zaman istifadə etdiyi bıçağı və 02 ədəd bir manatı təqdim etmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı evin eyvanında olan dolabdakı qab rəfindən sap (dəstək) hissəsi göy rəngli olub üzəri şəffaf skoç ilə sarılmış, kəsici hissəsi isə boz rəngli 01 ədəd mətbəx bıçağı tərəfimdən götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs A95457660 və A95457661 seriyalı 02 ədəd bir manatlıq pul əsginaslarını təqdim etmiş və tərəfimdən götülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, tanınması üçün 03 ədəd bıçaq zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu təqdim edilən bıçaqları nəzərdən keçirib 2 sayı ilə nömrələnmiş sap (dəstək) hissəsi göy rəngli və üzəri skoçlanmış vəziyyətdə, kəsici hissəsi isə boz rəngli mətbəx bıçağı ilə Təqsirləndirilən şəxs onu hədələyərək 154 manat pulunu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilk öncə xx.xx.2024-cü il saat 22:58-dən 23:01-dək Yevlax rayonu 5 saylı məktəbin yanında yerləşən “OBA” marketə yaxınlaşmış, daha sonra Zərərçəkmiş şəxs və Şahid yaxınlaşaraq bir müddət aralarında söhbət etdikdən sonra Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs həmin tarixdə idarə etdiyi “VAZ 2106” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli avtomobillə yanacaq doldurma məntəqəsinə daxil olmuş, daha sonra avtomobildən düşərək avtomobilə yanacaq vurulduqdan sonra yanacağın pulunu ödəmiş, sonra yenidən avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:25-dən 23:27-dək marketə daxil olmuş, əvvəlcə kassaya yaxınlaşaraq 01 ədəd siqaret aldıqdan sonra satıcıya 01 ədəd beş manatlıq pul əsginası vermiş, satıcı Təqsirləndirilən şəxs 2 manat kağız pul əsginası, 01 ədəd əlli qəpik və 01 ədəd on qəpik dəmir pul əsginası vermiş, daha sonra Təqsirləndirilən şəxs yenidən kassaya yaxınlaşmış və 01 ədəd alışqan aldıqdan sonra mağazadan çıxmış və qaçaraq uzaqaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsinə əsasən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Yevlax və Ağdaş rayonu ərazisində olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 17/94 nömrəli məktubunda göstərilmişdir ki, təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, konstruksiyasında dəyişikliklər edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 152-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə barəsində CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 315.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasından şərti olaraq 02 ay 14 gün qabaq azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 128ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilmişdir. CM-in 18-ci maddəsinə əsasən məhkumluqları ödənildiyinə və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş 31 yanvar 2024-ci il tarixli 18-1-22/2-146/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 saylı ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1700-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 181.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 7-ci bəndinin ikinci cümləsində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədi ilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olduğu bıçaqla Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək sonuncudan pul verilməsini tələb etdiyi andan artıq quldurcasına basqın hərəkətləri başa çatmışdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir pul tələb etməməsi, sonuncunun onu şərləməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Belə ki, Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə istitnaqı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs məhkəməyədk icraat zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən və video-çəkiliş vasitəsilə ifadəsi yerində yoxlanılarkən törətdiyi əməli etiraf edərək cinayətin aləti olan bir ədəd bıçağı könüllü təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilmədiyini, lakin narkotik vasitə ilə şərlənməkdən qorxuduğuna görə həmin əməli boynuna aldığını göstərmişdir. Bununla əlaqədar məhkəmə tərkibi Təqsirləndirilən şəxs ittiham olunduğu ağırlaşdırıcı hallarda quldurluq əməli narkotik vasitələrin qanunsuz dövriyəsi əməlinə münasibətdə daha ağır cinayət olduğunu nəzərə alaraq onun ifadəsini səmimi və düzgün olmayan ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı onların şübhəli şəxs kimi tutulduğu 14 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün azadlıqdan məhum etmə cəzası hesab edilməli və həmin çəkilməmiş cəza təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməli, cinayət işi materiallarında saxlaınlın iki ədəd bir manatlıq pul əskinazı isə Zərərçəkmiş şəxs qaytarılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 03 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 01 (bir) il 01 (bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası hesab edilsin və həmin çəkilməmiş cəza təyin edilmiş cəzaya qismən birləşdirilərək üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, cinayət işi materiallarında saxlanılan iki ədəd 1 manatlıq pul əskinasları Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-149/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-149/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver