Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-149/2025 15.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, 11 avqust 2006-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, 11 avqust 2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilərək sonuncu ilə ər-arvad münasibətinə girib birlikdə yaşamaq barədə razılığa gələrək 2024-cü ilin oktyabr ayının ortalarında, istintaqla dəqiq olaraq müəyyən edilə bilməyən gündə Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək orada Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları müddətdə ilk dəfə 20 oktyabr 2024-cü il tarixdə günorta saatlarında həmin evin yataq otağında xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə gərginləşmiş (ereksiya) vəziyyətində olan kişi cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə daxil edərək qeyri-təbii yolla cinsi əlaqədə olmaqla qəsdən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilərək sonuncu ilə ər-arvad münasibətinə girib Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşayarkən 2024-cü ilin oktyabr ayının sonlarında istintaqla dəqiq olaraq müəyyən edilə bilməyən gündə, günorta saatlarında fərdi yaşayış evinin özünə aid yataq otağında xx xxxxxx 2011ci il tarixdə doğulmaqla həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs qızılıq bəkarətinin tamlığını pozmaqla qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bundan əlavə, o, əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilərək sonuncu ilə ər-arvad münasibətinə girib Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşayarkən 2024-cü ilin noyabr ayının əvvəllərində istintaqla dəqiq olaraq müəyyən edilə bilməyən gündə, günorta saatlarında fərdi yaşayış evinin özünə aid yataq otağında xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olaraq qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bundan savayı, o, əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilərək sonuncu ilə ər-arvad münasibətinə girib Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşayarkən 2024-cü ilin noyabr ayının ortalarında istintaqla dəqiq olaraq müəyyən edilə bilməyən gündə, günorta saatlarında fərdi yaşayış evinin özünə aid yataq otağında xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olaraq qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bunlarla yanaşı, o, əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını bilərək sonuncu ilə ər-arvad münasibətinə girib Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşayarkən 2024-cü ilin noyabr ayının sonlarında istintaqla dəqiq olaraq müəyyən edilə bilməyən gündə, günorta saatlarında, fərdi yaşayış evinin özünə aid yataq otağında xx xxxxxx 2011-ci il tarixdə doğulmaqla həmin vaxt on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olaraq qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 152.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 8-ci sinfə qədər orta təhsil almış, o, bir neçə dəfə sonuncu ilə cinsi əlaqədə olmuş və bu zaman sonuncu ona 16 yaşının olduğunu demişdir. O, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinə baxmamış və sonuncunun anası ona qızının şəxsiyyət vəsiqəsinin nənəsində olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 6-7 aydır xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Yevlax şəhər sakini Zərərçəkmiş şəxs ilə sevgi münasibətləri yaşamış, sonuncu ilə evlənmək istəmiş, bununla bağlı həm özünün, həm də sonuncunun valideynlərinə məlumat vermiş, onun və Zərərçəkmiş şəxs valideynləri buna etiraz etməmişlər, lakin valideynləri Zərərçəkmiş şəxs yaşının tamam olmasını gözləməli olduqlarını demişlər. Lakin buna baxmayaraq, 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək onunla birlikdə yaşamaq istədiyini, ondan ayrı yaşamaq istəmədiyini demiş, o da sonuncunu öz evinə göndərə biləməyəcəyi üçün sonuncunun onun evində qalmasına razılıq vermişdir. Anası Şahid ilə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə Zərərçəkmiş şəxs onun evində qalmasına razılıq vermişlər və sonuncunun nikah yaşına çatanadək anası Şahid ilə birlikdə bir otaqda qalmalı olduğuna dair razılaşmışlar. Zərərçəkmiş şəxs onun evinə gəldikdən sonra o, ilk dəfə sonuncu ilə yaşadığı evin ikinci mərtəbəsində, öz yataq otağında 20 oktyabr 2024-cü il tarixdə günorta saatlarında qeyritəbii yolla cinsi əlaqədə olmuş, bundan sonra 2024-cü ilin oktyabr ayının sonlarında günorta saatlarında təbii yolla Zərərçəkmiş şəxs ilə öz yataq otağında cinsi əlaqədə olmuş və həmin cinsi əlaqə zamanı Zərərçəkmiş şəxs qızlıq bəkarətinin tamlığı pozulmuşdur. Daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində günorta saatlarında, 2024-cü ilin noyabr ayının ortalarında günorta saatlarında və sonuncu dəfə isə 2024-cü ilin noyabr ayının sonlarında günorta saatlarında Zərərçəkmiş şəxs ilə təbii yolla öz yataq otağında cinsi əlaqədə olmuş, bundan sonra isə polis şöbəsində araşdırma aparıldığından o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışdır. O, Zərərçəkmiş şəxs 2009-cu ildə doğulmaqla 15 yaşının olduğunu zənn etmiş, sonuncu onunla cinsi əlaqədə olan zaman cinsi əlaqə aktının mahiyyətini dərk etmiş və sonuncunun onun evinə gəlməsi və ya onunla cinsi əlaqədə olması üçün hər hansı təsir göstərməmiş, hədə-qorxu gəlməmiş və fiziki müdaxilə etməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, onun şəxsiyyəti təsdiq edən sənədi anasında olmuş, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinə baxmamışdır. Təqsirləndirilən şəxs ondan neçə yaşının olduğunu soruşmuş, o da 16 yaşının olduğunu sonuncuya demişdir. Təqsirləndirilən şəxs 16 yaşının olduğunu hansı səbəbə görə dediyini xatırlamır, lakin sonuncunun onun yaşının çox olduğunu düşünməsi üçün sonuncuya 16 yaşının olduğunu demiş və həmin vaxt 18 yaşının olduğunu deməsi fikrinə gəlməmişdir. Azyaşlı sözünün mahiyyətini bilmir, lakin yaşı 18-dən aşağı olan şəxslərin azyaşlı şəxslər olduğunu düşünür. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 1 ildir Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə sevgi münasibətləri yaşamış, sonuncu onun azyaşlı olduğunu bilmiş, lakin dəqiq yaşını bilməmişdir. O, Təqsirləndirilən şəxs ilə evlənmək qərarına gəldiyi üçün sonuncu ilə bir evdə yaşamaq məqsədilə öz razılığı ilə 2024-cü ilin oktyabr ayının ortalarında sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmiş və həmin gündən sonra sonuncu ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. O, gecə saatlarında Təqsirləndirilən şəxs anasının yatdığı otaqda yatdığı üçün sonuncu ilə öz istəyi ilə ilk dəfə 20 oktyabr 2024-cü il tarixdə günorta saatlarında qeyri-təbii yolla, arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmuş, bundan sonra 2024-cü ilin oktyabr ayının sonlarında günorta saatlarında təbii yolla Təqsirləndirilən şəxsla sonuncunun yataq otağında cinsi əlaqədə olmuş və həmin cinsi əlaqə zamanı onun qızlıq bəkarətinin tamlığı pozulmuşdur. Daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində günorta saatlarında, 2024-cü ilin noyabr ayının ortalarında günorta saatlarında və sonuncu dəfə isə 2024-cü ilin noyabr ayının sonlarında günorta saatlarında Təqsirləndirilən şəxsla təbii yolla sonuncunun yataq otağında cinsi əlaqədə olmuşdur, lakin dəqiq olaraq hansı günlərdə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olduğunu xatırlamır. Anası Qanuni nümayəndə Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, sonuncunun anası Şahid ilə söhbət etmiş və valideynləri onların gələcəkdə evlənmələri ilə bağlı razılığa gəlmişlər. O, cinsi əlaqə aktının mahiyyətini dərk etmiş, əvvəllər hər hansı şəxsin cinsi əlaqədə olduğunu real olaraq görməsə də mobil telefonunda pornoqrafik videolara baxmışdır. Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmazdan öncə cinsi əlaqə aktının mahiyyətini, qızıl bəkarətinin tamlığının pozulma prosesini tam olaraq dərk etmiş və Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman onun hamilə qalmamasına diqqət yetirmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onun qızı Zərərçəkmiş şəxs təxminən 1 ildir Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə sevgi münasibətləri yaşamış, sonuncu ilə evlənmək qərarına gəldiyi üçün sonuncu ilə bir evdə yaşamaq üçün 2024-cü ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmiş və həmin gündən sonra qızı Təqsirləndirilən şəxsla birlikdə qeyd olunan evdə yaşamağa başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı evə gedərək qızının neçə yaşının olduğunu Təqsirləndirilən şəxs anası Şahid demiş, qızının hansı tarixdə doğulmasını Təqsirləndirilən şəxs sonradan bilmiş, ilk dəfə sonuncunun anası ilə görüşən zaman qızının hansı tarixdə doğulmasını deməmiş, ancaq qızının yaşının az olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs anasına qızının 16 yaşı bitən kimi üzük taxıb nişan etməsini məsləhət görmüş, qızının şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs anasına təqdim etməmiş, qızının yaşını dəqiq bilmədiyini və yaşının az olduğunu Təqsirləndirilən şəxs anasına demiş, Təqsirləndirilən şəxs onun qızının azyaşlı olduğunu bilməmişdir. Sonradan qızı Zərərçəkmiş şəxs deməsinə əsasən sonuncunun ilk dəfə 2024-cü ilin oktyabr ayının ortalarında Fərdi Məmmədovla sonuncunu evində cinsi əlaqədə olması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs 14 yaşı olmuş, lakin sonuncu ona və Təqsirləndirilən şəxs 16 yaşının olduğunu dediyi üçün o və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 16 yaşının olduğunu düşünmüşlər. Zərərçəkmiş şəxs anası qızının 14 yaşının olduğunu ona demiş, lakin o, Zərərçəkmiş şəxs doğulduğu tarix ilə maraqlanmamışdır. O, Zərərçəkmiş şəxs azyaşlı olduğunu bilib sonuncuya anasının yaşadığı evə getməsini məsləhət görmüş, lakin Zərərçəkmiş şəxs getməmişdir. Sonradan ibtidai istintaq zamanı polis şöbəsində olarkən Zərərçəkmiş şəxs 14 yaşının olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs məktəbə gedibgetməməsini soruşmamış, bu barədə maraqlanmamış və sonuncu orta məktəbin 9-cu sinfində təhsil almışdır. Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu 13 yaşı olan Zərərçəkmiş şəxs ilə ailə həyatı quracağını bildirərək təxminən 2024-cü ilin oktyabr ayının ortalarında sonuncunu öz razılığı ilə yaşadıqları evə gətirmiş və Zərərçəkmiş şəxs əksər vaxtlarda gününü Təqsirləndirilən şəxs otağında keçirmişdir. O, Zərərçəkmiş şəxs gecələr Təqsirləndirilən şəxs otağında qalmasına icazə verməmiş, lakin Zərərçəkmiş şəxs tam olaraq nəzarət edə bilməmişdir. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə onun evinə gəlmiş və gələcəkdə övladlarının nikaha daxil olması ilə bağlı razılığa gəlmişlər. Sonradan Zərərçəkmiş şəxs onun evində olduğu müddətdə öz istəyi ilə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olması ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:54-də şəxsiyyətinin gizli qalmasını istəyən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib Təqsirləndirilən şəxs 15 yaşlı Zərərçəkmiş şəxs evlənmək məqsədilə öz evində saxlaması və onların evlənmələri üçün Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə tərəfindən şəraitin yaradılması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yetkinlik yaşına çatmayan xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamaqda davam etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr-noyabr aylarında öz istəyi ilə hər hansı təsirə məruz qalmadan Təqsirləndirilən şəxs ilə sonuncunun yaşadığı Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evində təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması və bu zaman qızlıq bəkarətinin tamlığının pozulması barədə məlumat verərək sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 noyabr 2024-cü il tarixli 727 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, çapıq və s.) aşkar edilmədi. Onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. Onun düz bağırsağının selikli qişasında çat olmuşdur. Bu xəsarət gərginləşmiş (ereksiya) vəziyyətdə olan kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 152.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaşadığı Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində, həmin mərtəbənin giriş hissəsində, sol tərəfdə yerləşən, özünə aid birinci yataq otağında cinsi əlaqədə olduqlarını demişdir. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 dekabr 2024-cü il tarixli 939 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalmazdan əvvəl, ona qarşı cinayət əməli törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlikdən əziyyət çəkmir. O, halhazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlikdən əziyyət çəkmir. O, ona qarşı edilən hərəkətlərin mənasını və xarakterini anlamış və həmin əməllər barədə düzgün ifadə vermək qabiliyyətindədir. O, hadisə zamanı müqavimət göstərmək imkanında olmuşdur. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi əsas fərdi psixi xüsusiyyətlərə malikdir. O, ona qarşı edilən hüqaqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Onun yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətləri və mənasını anlaya bilərdi. O, özündən uydurmağa meylli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin CM-in digər maddəsinə tövsif edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 152.2-ci maddəsindən həmin Məcəllənin 152.4.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 152.4.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 144, 150.3 və 151-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 16 dekabr 2024cü il tarixli PHŞ-7453/24 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində CM-in 152.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun 2009-cu ildə doğulmaqla 15 yaşının olduğunu zənn etdiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə CM-in 152.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman sonuncunun 16 yaşının tamam olduğunu düşündüyünü demişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun azyaşlı olduğunu bildiyini, lakin dəqiq yaşını bilmədiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şəxsiyyətinin təsdiq edən sənədin anasında olduğunu, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinə baxmadığını, sonuncunun ondan neçə yaşının olduğunu soruşduğunu, 16 yaşının olduğunu sonuncuya dediyini, Təqsirləndirilən şəxs 16 yaşının olduğunu hansı səbəbə görə dediyini xatırlamadığını, lakin sonuncunun onun yaşının çox olduğunu düşünməsi üçün sonuncuya 16 yaşının olduğunu dediyini, həmin vaxt 18 yaşının olduğunu deməsinin fikrinə gəlmədiyini, azyaşlı sözünün mahiyyətini bilmədiyini, lakin yaşı 18-dən aşağı olan şəxslərin azyaşlı şəxslər olduğunu düşündüyünü qeyd etmişdir. Şahid isə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxs 13 yaşı olan Zərərçəkmiş şəxs ilə evlənəcəyini bildirərək təxminən 2024-cü ilin oktyabr ayının ortalarında sonuncunu öz razılığı ilə yaşadıqları evə gətirdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə baş verən zaman Zərərçəkmiş şəxs 14 yaşının olduğunu, sonuncunun ona və Təqsirləndirilən şəxs 16 yaşının olduğunu deməsi səbəbindən özünün və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 16 yaşının olduğunu düşündüklərini, Zərərçəkmiş şəxs anasının qızının 14 yaşının olduğunu ona dediyini, lakin Zərərçəkmiş şəxs doğulduğu tarix ilə maraqlanmadığını, Zərərçəkmiş şəxs azyaşlı olduğunu bilib sonuncuya anasının yaşadığı evə getməsini məsləhət gördüyünü, lakin Zərərçəkmiş şəxs getmədiyini, sonradan ibtidai istintaq zamanı polis şöbəsində olarkən Zərərçəkmiş şəxs 14 yaşının olduğunu bildiyini, sonuncudan məktəbə gedib-getməməsini soruşmadığını, bu barədə maraqlanmadığını və sonuncunun orta məktəbin 9-cu sinfində təhsil aldığını qeyd etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Qanuni nümayəndə məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Zərərçəkmiş şəxs yaşının ona və Təqsirləndirilən şəxs məlum olub-olmaması ilə bağlı bir-birinə zidd ifadələr işlətmiş, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək qızının neçə yaşının olduğunu Təqsirləndirilən şəxs anası Şahid dediyini bildirsə də, daha sonra isə qızının hansı tarixdə doğulmasını Təqsirləndirilən şəxs sonradan bildiyini, ilk dəfə Təqsirləndirilən şəxs anası ilə görüşən zaman qızının hansı tarixdə doğulmasını demədiyini, ancaq qızının yaşının az olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs anasına qızının 16 yaşı bitən kimi üzük taxıb nişan etməsini məsləhət gördüyünü, qızının şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs anasına təqdim etmədiyini, qızının yaşını dəqiq bilmədiyini, yaşının az olduğunu Təqsirləndirilən şəxs anasına dediyini və Təqsirləndirilən şəxs onun qızının azyaşlı olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla evlənmək məqsədi olduğuna, Şahid isə Təqsirləndirilən şəxs onun oğlu olması səbəbindən məhkəmə istintaqı zamanı, Qanuni nümayəndə isə qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evlənmək məqsədi olmasına görə məhkəmə istintaqı zamanı ifadəsinin sonrakı mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Zərərçəkmiş şəxs yaşının Təqsirləndirilən şəxs məlum olub-olmaması ilə bağlı sonuncunun ibtidai istintaq və məhkəmə istintaqı zamanı, Zərərçəkmiş şəxs və Şahid məhkəmə istintaqı zamanı, şahid Qanuni nümayəndə isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sonrakı mərhələsində qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələri məsuliyyəti yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaq zamanı verdikləri ifadələrinin, şahid Qanuni nümayəndə isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ilkin mərhələsində qeyd etdiklərinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən təkrarən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 152.4.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 152.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Hüseyn küçəsi, ev 33 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşayır, təhsil aldığı müəssisə üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 152.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq və yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və digər müəssisədə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, CM-in 46.1-ci maddəsində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.3-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq və yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və digər müəssisədə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 152.4.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 16 dekabr 2024-cü il tarixli PHŞ-7452/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd və Zərərçəkmiş şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd disk həmin tarixdə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd və Zərərçəkmiş şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq və yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və digər müəssisədə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd və Zərərçəkmiş şəxs qismində dindirilməsinin əks olunduğu videogörüntünün köçürüldüyü 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-149/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-149/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver