Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-15/2021 12.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X5 Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X20 oğlu və Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə xx xxxxxx 1965-ci ildə Zərdab rayon Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zərdab rayon Məlikli kəndində pasport qeydiyyatda olmaqla, həbs edilənə kimi həmin ünvanda yaşamış, 11 noyabr 2019cu ildən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 188.1-ci, 234.4.3-cü və 237.1-ci maddələri ilə ; xx xxxx 1986-cı ildə Zərdab rayon Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, hazırda Zərdab rayon Məlikli kəndində pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X21 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Zərdab rayon Məlikli kənd bələdiyyəsinin mülkiyyətində olan, Şor kanalı ilə pay torpaqların arasında olan, “İydəliyin yanı” adlanan yerdə 0,03 hektar torpaq sahəsində 2019-cu ilin mart ayında 12 (on iki) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkməklə kultivasiya edib yetişdirmiş, onların hissələrini toplamaqla Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1658,04 qram, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, satış məqsədi ilə qanunsuz olaraq qonşusu X14 yaşayış olmayan fərdi yaşayış evinin həyətindəki tut ağacının altında torpağa basdırmaqla saxlamış, həmin narkotik vasitənin üzərindən 424,14 qramını götürüb 2019-cu ilin noyabr ayının əvvəllərində saat 19:00 radələrində yaşadığı Zərdab rayon Məlikli kəndində «Axmazaltı» adlanan yerdə tanışı X6 qanunsuz olaraq 70 manata satmış, qalıq ümumi təmiz çəkisi 1233,90 qram marixuananı isə 100 ədəd kibrit qutusunda təmiz çəkisi 650,00 qram, 8 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,23 qram, 15,47 qram, 7,49 qram, 1,77 qram, 1,09 qram, 30,01 qram, 15,19 qram, 15,65 qram, ümumi təmiz çəkisi 103,90 qram, bir ədəd sellofan torbada təmiz çəkisi 480 qram olmaqla həmin yerdə saxlamış xx xxxxxx 2019-cu ildə saat 10:20-də Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. X11 2019-cu ilin noyabr ayının əvvəllərində saat 19:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 70 manata kağız bükümdə 424,14 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz alaraq qəsdən əldə edib Zərdab rayon Məlikli kəndində olan fərdi yaşayış evlərinin həyətlərindəki yardımçı tikililərdə saxlamış, həmin narkotik vasitənin üzərindən 3,84 qramını götürərək daşıyıb 2,82 qramını xx xxxxxx 2019-cu ildə saat 20 radələrində yaşadığı Zərdab rayon Məlikli kəndindəki fərdi yaşayış evlərinin yaxınlığında tanışı X3 70 manata satmışdır. xx xxxxxx 2019-cu ildə saat 00:45-də Şahid7 Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq, həmin gün saat 00:50-də üzərindən bir ədəd kibrit qutusunda 2,82 qram narkotik vasitə aşkar edilərək götürülmüşdür. xx xxxxxx 2019-cu ildə saat 21:30-da isə M.M.İsmayılzadə Zərdab rayon PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq həmin gün saat 22:10-da evinin həyətindəki yardımçı tikilidən götürmüş olduğu narkotik vasitənin qalığı, yəni 1,02 qram qurudulmuş marixuana üzərindən, xx xxxxxx 2019-cu ildə saat 21:10-da evində aparılmış baxış və axtarış zamanı tünd-sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,30 qram qurudulmuş marixuana həyətdə olan yardımçı tikilidəki soğanların altından, sarı rəngli sellofan torbada təmiz çəkisi 420,00 qram qurudulmuş marixuana isə digər yardımçı tikilidə olan işlənməyən əlüz yuyanın içərisndən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 188.1-ci, 237.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. M.M.İsmayılzadə ilə Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərdab rayon Məlikli kənd bələdiyyəsinin mülkiyyətində olan, Şor kanalı ilə pay torpaqların arasında olan, “İydəliyin yanı” adlanan yerdə 0,03 hektar torpaq sahəsində 2019-cu ilin mart ayında kolların arasında narkotik vasitə olan 12 marixuana əkmiş və davamlı olaraq onlara qulluq etmişlər. 2019-cu ilin avqust ayının sonlarında həmin narkotik vasitələrin yarpaqlarını özü istifadə etmək üçün yığaraq qurutmuşlar. M.M.İsmayılzadə öz payını götürmüşdür. M.M.İsmayılzadəyə narkotik vasitə satmamışdır. Öz payına düşən narkotik vasitəni, həmin qurumuş yarpaqları kibrit qutularına, kağız bükümlərə və sellofan torbalara yığaraq, öz istifadəsi üçün saxlamışdır. Həmin kibrit qutularına, kağız bükümlərə və sellofan torbalara yığdığı narkotik vasitələri başqa bir sellofan torbaya, daha sonra parçaya büküb yenidən sellofan torbaya qoyub qonşusu X14 fərdi yaşayış evinin həyətindəki tut ağacının altında torpağa basdırmışdır. X1 evdə heç kəs yaşamamışdır. xx xxxxxx 2019-cu ildə saat 21:40 radələrində polis əməkdaşları onların həyətinə gəlmiş, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt üzərində hər hansı qanunsuz əşyə və ya predmet aşkar edilməmişdir. xx xxxxxx 2019-cu ildə müdafiəçinin işritakı ilə Zərdab rayonu Məlikli kəndində qonşusu Şirazın həyətində narkotiki gizlətdiyi yerə baxış keçirilmiş, orada tut ağacının altında torpağa basdırılmış formada sellofan torbada saxladığı narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə narkotik vasitəyə baxış keçirilmiş, oradan 100 ədəd kibrit qutusunda, 8 ədəd kağız bükümdə, bir ədəd sellofan bükümdə nəşə aşkar olunaraq götürülmüş, həmçinin orada əkmək üçün saxladığı nəşə toxumları da aşkarlanaraq götürülmüşdür. Həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 12 ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, M.M.İsmayılzadəyə dəqiq tarixi və vaxtı xatırlamadığı zaman həmin narkotik vasitənin üzərindən bir kibrit qutusu götürərək yaşadığı evin yaxınlığında, küçədə «Axmazaltı» deyilən yerdə ikilikdə 70 manata satmış, başqa digər şəxs və ya şəxslərə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs X11 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ( ibtidai araşdırma zamanı özünü təqsirli bilmişdir.) ifadəsində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitələr onun deyildir. İbtidai araşdırma zamanı isə M.M.İsmayılzadə ifadəsində göstərmişdir ki, 2016-cı ildən narkotik vasitələrdən arabir istifadə edir. xx xxxxxx 2019-cu ildə saat 19 radələrində küçədə Elgün ilə rastlaşıb söhbət etmiş, söhbət əsasında Elgün onun narkotik istifadəçisi olduğunu bildiyi üçün onda narkotik vasitə olub-olmadığını soruşmuş, o da 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, ümumilikdə 70 manat almaqla 01 ədəd kibrit qutusunda olan narkotik vasitə- qurudulmuş marixuananı 70 manata Elgünə satmışdır. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 70 manata almışdır. xx xxxxxx 2019-cu ildə eşitmişdir ki, Elgünü polislər tutublar. Həmin gün saat 21:30 radələrində polis əməkdaşları onların həyətinə gəlmiş, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirərək onu Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt üzərində olan pulları, siqaret və yandıranı, əynində olan cins şalvarın ön sağ cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində axtarış aparılmış, axtarış zamanı həyətində olan xeyir-şər mağarının içərisində, giriş darvazasının üstündən kağıza bükülmüş halda 01 ədəd kibrit qutusunda, həmçinin həyətdə olan tövlənin divarının üstündə 01 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Elgünə satdığı və fərdi yaşayış evilərinin həyətində yardımçı tikililərdə aşkar edilmiş narkotik vasitəni həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 noyabr ayının əvvəllərində 70 manata kəndlərində təklikdə «Axmazaltı» deyilən yerdə almış, əvvəllər Surxayın narkotik vasitə satdığını və istifadə etdiyini bilmişdir. Elgün həmin bir kibrit qutusu narkotik vasitəni ondan istəyəndə bir qədər üstündən götürmüşdür ki, özü istifadə edər. Kağıza bükülmüş vəziyyətdə özü bir dəfə istifadə etmiş, qalanı da öz istifadəsi üçün saxlamışdır. Polis əməkdaşları onu saxlayan zaman həmin narkotik vasitənin qalığı da onun üzərində olmuşdur. Şahid7 başqa heç kimə heç vaxt nəşə satmamışdır. Təqsirləndirilən şəxs1 ilə narkotik vasitə əkib becərməmişdir. İbtidai araşdırma zamanı isə M.M.İsmayılzadə ifadəsində bildirmişdir ki, Surxaydan aldığı nəşənin bir qismini həyətlərində anbarda soğanların altında və tikilidə olan əl-üz yuyanın içərisində gizlətmişdir ki, özü istifadə edər. Həmin narkotik vasitədən də bir neçə dəfə özü istifadə etmişdir. Şahid X7 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə Məlikli kəndinə nənəsinin yas yerinə getmiş, orada Məğrur ilə görüşmüşdür. Məğrurun narkotik istifadəçisi olduğunu bildiyi üçün ondan 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 70 manata -bir ədəd 50 manat, bir ədəd 20 manat əskinazlar verərək almışdır. Narkotik vasitəni bir hissəsini siqaretin kağızına doldurmaqla çəkmiş, qalan hissəsi əynində olan qara rəngli gödəkçənin sol yan cibində olmuşdur. Sadiqin idarə etdiyi Mercedes Benz 190 markalı avtomobili ilə kəndə əmisigilə getmiş, saat təxminən gecə 23:30 radələrində gedib əmisigilin evinin qarşısına çatmışlar. Sadiq çöldə maşında gözləmiş, o, həyətə girmiş, ancaq əmisigilin yatdıqlarını görmüş, ona görə əmisigili çağırmadan geriyə qayıtmış və Sadiqə gecdir, Zərdab şəhərinə qayıtmalarını demiş, maşına əyləşib geriyə qayıtmışlar. Məlikli kəndindən çıxan kimi cibindəki 01 ədəd kibrit qutusunda olan nəşəni çıxarıb siqaretə dolduraraq çəkmiş, Sadiq həmin vaxt başa düşmüşdür ki, o, nəşə çəkir. Sadiq ona nəşəni haradan aldığını soruşmuş, o da, özündə olduğunu demiş, Sadiqə də çəkməyi təklif etmiş, o da nəşədən bir-iki qullam çəkmişdir. Saat 01 radələrində Məmmədqasımlı kəndinin ərazisində polislər Sadiqin avtomobilini saxlatmış, polislərin avtomobili saxlatdığını görüb əynində olan gödəkçənin içəri sol cibinə qoyduğu 01 ədəd kibrit qutusunda olan marixuananı yerə tullamış, ancaq polislər onu saxlamışlar və narkotik vasitənin onun olduğunu demişlər. O da, narkotik vasitənin həqiqətən özünün olduğunu və istifadə etdiyini, onları görüb qorxduğu üçün yerə tulladığını demişdir. Sonra narkotik vasitəni götürərək üzərində saxlamışdır. Həmin narkotik vasitə çəkilmiş, çəkisi 6,30 qram olmuşdur. Narkotik vasitə qablaşdırılaraq 01 ədəd kağız zərfdə götürülmüş, üzərində olan pul və maşınının açarı isə ona qaytarılmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildən Zərdab rayon Məlikli kənd Bələdiyyəsinin sədri işləyir. Təqsirləndirilən şəxs1 mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərdab rayon Məlikli kənd bələdiyyəsinin mülkiyyətində olan Şor kanalı ilə pay torpaqların arasında olan mühafizə zonasında “İydəliyin yanı” adlanan yerdə 0,03 hektar torpaq sahəsini 2019-cu ilin mart ayında özbaşına tutub becərməklə orada qanunsuz 12 (on iki) ədəd, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini xeyli miqdarda əkməklə kultivasiya etmişdir. Onunla barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid8 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə X11 şöbəyə gətirilmişdir. Onun üzərindən göy rəngli cins şalvarın sağ cibində kağız parçasına bükülmüş tünd yaşıl rəngli spesfik iyə malik bitki tərkibli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. M.İsmayılzadə həmin kütlənin marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitə olan marixuana 1,40 qram olmuşdur. M.İsmayılzadənin Zərdab rayon Məlikli kəndində yaşadığı fərdi yaşayış evinin həyətinin və həyətyanı sahəsində olan yardımçı tikililərə baxış zamanı həyətin giriş qapısının sağ tərəfində yerləşən anbar kimi istifadə olunan tikilinin dəmir giriş qapısının üzərində tavana yaxın olan boşluqda ağ kağız vərəqin içərisində 08 (səkkiz) ədəd filtrsiz siqaret (papiros), eyni zamanda bir ədəd kibrit qutusunun içərisində 41 ədəd narkotik vasitə sayılan marixuananın toxumlarına bənzər bitki toxumları, həmçinin həyətin giriş qapısının sol tərəfində yerləşən tövlənin tavan hissəsində olan döşəmənin arasına keçirilmiş vəziyyətdə olan 01 (bir) ədəd kibrit qutusunun içərisində 29 ədəd narkotik vasitə sayılan marixuananın toxumlarına bənzər bitki toxumları aşkar olunmuşdur. M.İsmayılzadə xx.xx.2019-cu ildə Elgün Məmmədquluyevə 1 kibrit qutusunu 70 manata satdığı narkotik vasitə olan marixuananı və eləcə də evində gizlətdiyi narkotikin hamısını 2019-cu ilin noyabr ayının əvvəllərində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 Qoçay oğlundan 70 manata aldığını bildirmişdir. Daha sonra həyətdə olan yardımçı tikililərdə aparılan axtarış zamanı həyətin giriş qapısının sağ tərəfində yerləşən anbar kimi istifadə olan tikilidə baş tərəfdə olan soğanların arasında, sarı rəngli kağızın içərisindən yaşıl rəngli spesfik iyə malik narkotik vasitəyə oxşar kütləni M.İsmayılzadə təqdim etmiş, digər narkotik vasitəni həyətdə olan digər yardımçı tikilinin içərisində olduğunu bildirmiş, həmin yerdə aparılan axtarışdan öncə M.İsmayılzadə orada olan istifadə olunmayan əl üz yuyanın su tökülən yerindən 1 ədəd sellofan torbanın içərisində qəzetə bükülmüş yaşımtıl rəngli spesfik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Şahid8 bildirmişdir ki, Qurbanov X19 rayon polis şöbəsinə dəvət olunmuş və narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2019cu ilin mart ayında Zərdab rayon Məlikli kəndinin ərazisində kolluq sahədə narkotik vasitə olan marixuana əkmiş, avqust ayının sonlarında həmin narkotik vasitənin yarpaqlarını yığmış və qurutmuş, həmin qurumuş yarpaqları kibrit qutularına sellofan torbalara, kağız bükümlərə yığaraq qonşusu X14 fərdi yaşayış evinin həyətindəki tut ağacının altında basdırmışdır. Həmin yerdən - Şiraz Soltanovun həyətindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Sellofan torbada 100 ədəd kibrit qutusunda 8 ədəd ağ rəngli kağız bükümlərdə və bir ədəd sellofan torbada yaşıl rəngli spesifik iyə malik marixuanaya bənzər kütlələr və 1 ədəd göy rənglı qabda bitki toxumları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, bundan sonra götürülmüş kütlələr göy rəngli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Şahidlər Şahid2, Şahid4, Şahid3, Şahid5, Şahid6 məhkəmədə Şahid8 ifadəsinə uyğun ifadə vermişlər. 14 noyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünün ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayında narkotik tərkibli çətənə bitkilərini əkdiyini dediyi, Zərdab rayonu Məlikli kəndi ərazisində əkin sahələrinin aşağı hissəsində, kanalın üstündə kolluğun içərisində kollardan təmizlənmiş sahəsi 2x4 metr torpaq sahəsində bellə qazılaraq bitkilərin çıxarılması və kökündən çıxarılan bitkilərin yerində çuxurlar müəyyən edilmişdir. Həmin torpaq sahəsində bellənmə və suvarma işləri aparılmış, torpaq sahəsi alaq otlarından təmizlənmiş, orada əkilimiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Torpaq sahəsində kökündən qırılaraq kənara atılmış narkotik vasitə olan bir ədəd çətənə koluna bənzər kol, çuxurlardan isə iki ədəd bitki kökü aşkar edilərək götürülmüşdür. Həmin torpaq sahəsində narkotik vasitələrin əkilib-becərilməsi üçün münbit şəraitin olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 586 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid7 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman götürülmüş bir ədəd kibrit qutusunda...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 2,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx xxxxxx 2019-cu il tarixli 587 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “X4 evində axtarış və götürmə həyata keçirilən zaman götürülmüş...” sözləri yazılımış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana və üzərində “Şahid7 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman götürülmüş 01 (bir) ədəd kibrit qutusunda...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidir. xx xxxxxx 2019-cu il tarixli 589 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ X4 fərdi yaşayış evindən aşkar edilərək götürülmüş kütlələr” yazısı yazılmış zərfi açdıqda, içərisindəki 01(bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi - 420,00 qram və 01(bir) ədəd tünd-sarı rəngli kağız bükümdə, təmiz çəkisi - 0,30 qram, ümumi təmiz çəkiləri - 420,30 qram olan bitki mənşəli kütlələr tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş 01 (bir) ədəd sarı rəngli sellofan torbada və 01 (bir) ədəd tünd-sarı rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar ilə üzərində “X4 üzərinə şəxsi axtarış həyata keçirilən zaman götürülmüş kağız bükümdə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana tərkibkərinə görə eynidirlər. xx xxxxxx 2019-cu il tarixli 590 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət Təqsirləndirilən şəxs1 Qaçay oğlundan götürülmüş kütlələr..” yazısı yazılmış sellofan torbanın içərisindəki- 100 (bir yüz) ədəd kirbit qutularında, ümumi təmiz çəkiləri-650,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - 08 (səkkiz) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-17,23 qr, 15,47 qr., 7,49 qr., 1,77 qr., 1,09 qr., 30,01 qr., 15,19qr., 15,65 qram, ümumi təmiz çəkiləri-103,90 qram olan bitki mənşəli lütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. – 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi- 480,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabiş) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş 100 (bir yüz) ədəd kibrit qutusunda, 08 (səkkiz) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar ilə üzərində “X4 üzərinə şəxsi axtarış həyata keçirilən zaman götürülmüş kağız bükümdə ..” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana və üzərində “X4 fərdi yaşayış evindən aşkar edilərək götürülmüş kütlələr. “ yazısı yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sarı rəndli sellofan torbada və 01 (bir) ədəd tünd-sarı rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. xx xxxxxx 2019-cu il tarixli 633 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “.. Təqsirləndirilən şəxs1 Qoçay oğlunun narkotik vasitəni əkdiyi yerdən götürülmüş..” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi- 100,46 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin hissəsi və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin torbanın içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki torpaq nümunəsində olan cüzi miqdarda bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Təqdim olunmuş torpaq nümunəsində olan çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan onların çətənə bitkisinin hissəsi vən qurudulmuş marixuanalar ilə müqaisəli tədqiqatını aparmaq mümkün olmadı. Həmin sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki olan 02 (iki) ədəd bitki kökləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökləridir. Ümumiyyətlə çətənə (kannabis) bitkilərinin köklərində narkotik aktivliyə malik komponentlər yoxdur. Bu səbəbdən onların təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin hissəsi və qurudulmuş marixuanalar ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd çətənə bitkisinin hissəsinin üzərində torpaq hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş 02 (iki) ədəd torpaq nümunəsi qrup və cinsi əlamətlərə görə eynidirlər. Təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsi mümkün edir. Aqronom-mütəxəssis Hüseyn Hüseynovun xx.xx.2019cu il tarixli rəyinə əsasən 01 (bir)ədəd çətənə bitkisinin hissəsinə aqrotexniki qaydada qulluq etmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 892 və 897 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 Qoçay oğlu və X4 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmirlər. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmaları məsləhət görülür. xx xxxxxx 2019-cu il tarixli 664 nömrəli və xx xxxx 2020-ci il tarixli 152 saylı rəylərdən görünür ki, X11 və Təqsirləndirilən şəxs1 Qoçay oğlu hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişlər. Onlar halhazırda hec bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmirlər. M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməli törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşlar, yəni anlaqlı olmuşlar. M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 törətmiş olduqları hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədirlər. Onlar hal-hazırda özlərinə və ətrafdakılara qarşı təhlükəli deyillər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, M.İsmayılova bir kibrit qutusunu 70 manata vermişdir. Onda aşkar edilən digər narkotik vaksitələri ona verməmişdir. Özündə olan narkotik vasitələri isə özü istifadə etmək üçün əkmişdir. Daha sonra bildirmişdir ki, M.M.İsmayılzadə ilə birlikdə həmin narkotik vasitələri əkmiş, M.M.İsmayılzadə öz payını götürmüşdür. M.M.İsmayılzadə isə ifadəsində göstərmişdir ki, umuvalnik və soğanların altında aşkar edilmiş narkotik vasitələr onun olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai aradırmaza zamanı vermiş olduğu ifadəsindən və məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsindən görünür ki, Ş.Soltanovun həyətində aşkar edilmiş narkotik vasitələr onun olmuş və o, həmin narkotik vasitələrdən M.M.İsmayılzadəyə satmışdır. Təqsirləndirilən şəxs M.M.İsmayılzadənin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, ekspert rəyləri, götürmə protokollarından görünür ki, M.M.İsmayılzadədə aşkar edilən narkotik vasitə onun olmuş və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 almışdır. Hətta ekspert rəylərindən görünür ki, aşkar edilmiş narkotik vasitələr eyni təkiblidirlər. Odur ki, məhkəmə təkzibedilməz sübutlar ilə ziddiyyət təşkil etdiyinə görə bu hissədə Təqsirləndirilən şəxs1 və M.M.İsmayılzadənin ifadəsini səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Onların ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini daha səmimi, obyektiv və həqiq8i ifadə kimi qəbul edir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir. İş materialından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilən çətənə bitkisi kolları 12 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil etmir. Eləcə də narkotik vasitə olan qurudulmuş marixuananın (kannabisin) şəxsi istehlak miqdarından artıq miqdarı dedikdə onun 5 qramdan yuxarı 50 qramdan az miqdarda olması, külli miqdar isə 500 qramdan çox olması nəzərdə tutulur. Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitə1658,04 qram, M.M.İsmayılzadədə aşkar edilən narkotik vasitə isə 424, 30 qram olmuşdur. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs1 CM-nin 188.1-ci maddəsi ilə də ittiham vrilmişdir ki, Zərdab rayon Məlikli kənd bələdiyyəsinin mülkiyyətində olan, Şor kanalı ilə pay torpaqların arasında olan, “İydəliyin yanı” adlanan yerdə 0,03 hektar torpaq sahəsini 2019-cu ilin mart ayında mülkiyyət, sərəncam və istifadə hüququ olmadan zəbt edərək 12 ədəd narkotik tərkibli çətənə kollarını əkib, becərib, yetişdirmişdir. Məhkəmə hesab edir ki, həmin ərazi narkotik vasitə əkilməi məqsədi ilə zəbt edildiyindən əməldə CM-nin 188.1-ci maddəsinin tərkibi yoxdur. CM-nin 237.1-ci maddəsi həmin maddəni də ehtiva edir. Odur ki, həmin maddə ilə verilmiş ittihama bəraət verilməlidir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onların tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 əməli CMnin 237.1-ci və 234.4.3-cü maddələrinə, M.M.İsmayılzadənin əməli CM-nin 234.2-ci maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxslər M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Onlar göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə CM-nin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngüləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. M.M.İsmayılzadənin himayəsində 2008-ci il təvəllüdlü Eyyub və 2019-cu il təvəllüdlü Evru adlı iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs1 aşkar elilmiş narkotik vasitələrin dövriyyədən çıxarılmasında polis əməkdaşlarına yaxından köməklik etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən M.M.İsmayılzadənin cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, M.M.İsmayılzadənin cəzasını yüngülləşdirən halları, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, M.M.İsmayılzadə xx xxxxxx 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş və 11 noyabr 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2019-cu ildə həbsdən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq M.M.İsmayılzadə 1 (bir) ay 20 (iyirmi) gün həbsdə saxlanmışdır. Onun həbsdə olduğu həmin müddət təyin ediləcək cəzaya hesablanmaqla çıxılmalıdır. Təqsirləndirilən şəxs1 isə 11 noyabr 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş və 12 noyabr 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun da şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. M.M.İsmayılzadə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbs edilməli və saxlanması üçün X13 təhvil verilməlidir. M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. M.M.İsmayılzadənin törətdiyi Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsində nəzərdə tutulmuş cinayət az ağır, Təqsirləndirilən şəxs1 törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə ekspertiza xərci 141 (bir yüz qırx bir) manat 04 qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxslər M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 hər birindən 70 (yetmiş) manat 52 qəpik olmaqla tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Azərbaycan Respublikası CM-nin 234.4.3-ci, 237.1-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət həmin cəzaya hesablansın. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla üzərində qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu ildən hesablansın. X17 oğlu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu 1 (bir) ay 20 (iyirmi) gün həmin cəzaya hesablanmaqla çıxılsın. Üzərində qəti cəza 2 (iki) il 10 (on) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. M.M.İsmayılzadə təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci ildən hesablansın. M.M.İsmayılzadənin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X13 təhvil verilsin. M.M.X9 Müəssisəsinə çatdırılması və təhvil verilməsi X10 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 141 (bir yüz qırx bir ) manat 04 (dörd) qəpik M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 hər birindən 70 (yetmiş) manat 52 (əlli iki) qəpik olmaqla tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Zərdab Rayon Polis Şöbəsində saxlanılan təmiz qalıq 2,78 qram, qalıq 0,96 qram, qalıq 420,22 qram, qalıq çəkisi 1233,50 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, 01 ədəd üzərində yarpaq və toxumlar olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsi, 02 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin kökü və narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri olan torpaq nümunəsi məhv edilsin. Hökmdən elan olunduğu, M.M.İsmayılzadə və Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı gündən 20 gün müddətində X21 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-15/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-15/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver