Məhkəmə qərarları › İş №1(091)-15/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-15/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-15/2022 11.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru X10, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Yevlax şəhəri ünvan 6-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dəqiq tarixi məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamış, həmin narkotik vasitədən qeyri-müəyyən miqdarda özü istifadə etmiş, 24 fevral 2021-ci il tarixdə Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X7 yaşadığı evə qonaq gələn zaman həmin narkotik vasitə olan heroini və heroini istifadə etmək üçün digər vasitələri əlində olan 01 ədəd sellofan paketdə daşımaqla gətirib həmin evin zalında olan divanın arxasında gizlədərək saxlamış, orada olan zaman həmin vasitədən qeyri-müəyyən miqdarda istifadə etmiş, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 11,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01(bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yəni hər ikisi eyni tərkibə malik, ümumi təmiz çəkisi 11,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02 (iki) ədəd şüşə flakonun və 01(bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən cüzi miqdarda- heroin hissəcikləri, həmçinin 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən cüzi miqdarda - heroin məhlulunun qalıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 fevral 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Binə qəsəbəsində dosdu Sadiq ilə birlikdə ad günü məclisində olmuş, məclisdə yeyib içən zaman Sadiq ona Ucar Rayon Polis Şöbəsinə gedib hər həftənin 5-ci günləri imza etdiyini, onunla birgə Ucar Rayon Polis Şöbəsinə getməyi xahiş etmi, belə olub onunla Ucar rayonuna getməyi razılaşmışdır. Sadiq üstündə pulunun olmadığını, yol xərclərini onun çəkməyini, sonra özü kənddən pul götürüb ona qaytaracağını demişdir. Ad günü məclisindən çıxıb Binə bazarının yaxınlığında taksiyə minərək Ucar rayonuna yola düşmüşlər. Əvvəlcə taksi sürücüsü ilə yol xərcini 100 manata razılaşmış, yol getdikdə isə 85 manata razılıq əldə etmişlər. Ucar rayonuna çatdıqdan sonra hava şəraiti pis olduğundan, yollar buz bağladığından və Bərgüşad kəndinə gedən yol bərbad vəziyyətdə olduğundan, taksi sürücüsü onları Bərgüşad kəndinə aparmaqdan imtina etmişdir. Bu vaxt Sadiq telefon vasitəsi ilə kimləsə danışmış və onlar belə olub Alpoud kəndində gedib Arazın evində qalmışlar. Səhərisi gün də Arazın evində qalmışlar, Sadiqə tezdən tez qalxıb polis şöbəsinə getməyi xahiş etmiş, daha sonra Bakı şəhərinə qayıtmaq lazım olduğunu demişdir. 26 fevral 2021-ci il tarixdə yerində uzandığı vaxt qapı açılmış və içəri təxminən 30-40 nəfər polis əməkdaşları daxil olmuşdur. Onu uzandığı yerdən qaldırıb evin başqa otağına aparmışlar. Həmin otaqda stolun üzərində bir neçə şüşə flakon, səhv etmirsə üç ədəd şpris və bir sellofan bükümdə heroinə bənzər kütlə olmuş və ondan bunların kimə məxsus olması soruşulmuş, ona aid olmadığını dedikdə isə döyülmüş, təzyiqə məruz qalmış və nəticədə təsirlərə dözməyib stolun üstündə olanların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadələri təzyiq altında verdiyini, polis şöbəsində ona ifadəsində yazılanların dikdə edildiyini, əslində isə narkotik vasitənin ona məxsus olmadığını, özünün narkotik vasitə heroin istifadəçisi olduğunu, lakin həmin günü onun üzərində narkotik vasitə olmadığını və Ucar rayonuna gedərkən özü ilə narkotik vasitə heroin aparmadığını, Araz Nuriyevi ümumiyyətlə həmin vaxta qədər tanımadığını, həmin evə onu dostu Sadiqin apardığını, həmin narkotik vasitənin Arazın evinə məhz polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, qeyd olunanlara əsasən məhkəmədən barəsində ədalətli hökmün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, bədənində ağrılar olduğundan təxminən 1 ildir narkotik vasitəni-heroini inyeksiya vasitəsiylə qəbulu ilə məşğuldur. Narkotik qəbul etsə də, ondan asılı deyildir. 24 fevral 2021-ci il tarixdə Ucar rayonuna gəlmişdir. Bundan təxminən 2-3 gün əvvəl isə Bakı şəhərində Qala qəsəbəsində olarkən zibillikdən 1 ədəd yumru formalı sellofan büküm tapmış və tapdığı həmin sellofan bükümü açdıqda kütlənin narkotik vasitə olan heroin olmasını görmüşdür. Tapdığı narkotikdən özü bir neçə dəfə istifadə etmişdir. Narkotiki tapdığı yer hazırda yadında qalmamışdır. Bakı şəhərində olarkən Ucar rayonu Alpout kəndindən olan tanışı Araz Nuriyevlə telefonla danışarkən Yevlax şəhərinə gedəcəyini demişdir. O, həm də Ucar rayonundan olan digər tanışı Sadiq Qocamanovla da danışmışdır. 24 fevral 2021-ci il tarixdə günorta saatlarında Ucar rayonuna gəlib çatmışdır. Gələrkən özü ilə tapdığı narkotikini də əlində olan şirniyyat və su olan sellofan torbasına qoymuşdur. Torbaya həm də narkotiki istifadə etmək üçün şprisləri, şüşə qabda limon duzunu və bir neçə ədəd şüşə flakonu da qoymuşdur. Ucar rayonuna çatdıqda Avtovağzal ərazisində Araz Nuriyevlə görüşüb çay içmiş və sonuncunun təklifi ilə Arazın yaşadığı evə gəlmişdir. Evə gəldikdə əlində olan 1 ədəd sellofan torbada olan şirniyyatı və suyu götürüb qalan əşyaları isə evin zalında olan divanın arxasında Arazın xəbəri olmadan gizlətmişdir. Az müddət sonra Yevlax şəhərinə getmək istədiyini bildirsə də Araz ailə üzvlərinin Bakı şəhərində olduğunu, evdə tək olduğunu və orada qala biləcəyini bildirmişdir. O, Arazın təklifi ilə razılaşmış və həmin ünvanda Arazla birlikdə qalmışdır. Gecə Araz yatandan sonra divanın arxasından gizlətdiyi narkotiki çıxarıb istifadə etmiş və bundan sonra həmin əşyaları sellofana qoymadan divanın arxasına yerə qoymuşdur. Bu minvalla 26 fevral 2021-ci il tarixə qədər o, Arazın evində qalmışdır. Həmin tarixdə günorta saatlarında tanışı Sadiq də məlum ünvana gəlmişdir. Üçü birlikdə məlum ünvanda olarkən saat 17 radələrində Arazın yaşadığı ünvanın giriş qapısı döyülmüş, o və Araz qapıya çıxdıqda gələnlərin polis əməkdaşları olmasını görmüşlər. Polis əməkdaşları özlərini təqdim edərək ev sahibi Araz Nuriyevə hazırda yaşadığı ünvanda olan Yevlax şəhəri sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onun həmin ünvanda olduğunu bildirmişlər. Araz bunu bir daha təsdiq etmiş və onu göstərmişdir. Özü də bunu bir daha təsdiq etmişdir. Bunun ardınca Araz Nuriyevin yaşadığı ünvana baxış keçirilməsi üçün icazə istənilmiş və Araz buna etirazının olmadığını bildirməklə bu barədə eyni məzmunlu ərizə yazmışdır. Bunun ardınca onlara hüquq və vəzifələri izah edilmişdir. Məlum ünvana 2 nəfər hal şahidi də dəvət edilmiş, həmin 2 nəfər hal şahidinin, özünün, Arazın və Sadiqin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, az əvvəl evin zalında əyləşdiyi divanın arxasına-divarın dibinə gedərək orada gizlətdiyi 3 ədəd şprisləri, 5 ədəd şüşə qabları və 1 ədəd ağızını göy rəngli sapla bağladığı şəffaf rəngli sellofan bükümü iştirakçılara zaldakı stulun üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin həmin vaxtı stulun üzərində biraz əvvəl qoyduğu 4 manat pulu olmuşdur. Pulu sonradan ona qaytarılmışdır. Bundan sonra isə ağzı sapla bağlı 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 12,55 qram olması müəyyən edilmişdir. O, polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, aşkar edilmiş cinayət xarakterli predmetlərin hamısı özünə məxsusdur, 1 ədəd ağzı bağlı sellofan bükümdə olan kütlə narkotik vasitə olan heroindir, həmin əşyaları da necə əldə etdiyini olduğu kimi demiş, eyni zamanda narkotikdən istifadə etməyindən və məlum əşyalardan tanışları Arazın və Sadiqin xəbərlərinin olmadığını, narkotikdən Araz gecə yatandan sonra istifadə etdiyini qeyd etmişdir. Baxış davam etdirilsə də məlum ünvandan başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bütün predmetlər müvafiq qaydada qablaşdırılmış, ardınca protokol tərtib edilmiş, protokol bütün iştirakçılar və özü tərəfindən imzalanmışdır. Sonra isə eyni tərkibdə Ucar RPŞ-nə gəlmişlər. RPŞ-də ona bir daha hüquq və vəzifələri izah edilmişdir. Vəkillərin siyahısı ona təqdim edilmiş, həmin siyahıdan özünə dövlət hesabına vəkil seçmişdir. Az müddət sonra həmin vəkil ona təqdim edilmiş, ardınca Ucar RPŞ-nin Növbətçi Hissəsində müdafiəçisinin, 2 nəfər hal şahidlərinin də iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərindən hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş, həmin protokola bütün iştirakçılar və özü imza etmişdir. Narkotikin satışı ilə heç vaxt məşğul olmamış, baxış zamanı və Ucar RPŞ-də olduğu zaman ona hər hansı formada zor və ya hədə tətbiq edən olmamışdır. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilir və buna görə peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri ünvan 6-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni Məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Ucar rayonu Alpout kənd sakini X7 yaşadığı ünvanda olması barədə məlumat daxil olduğundan raportu əsasında rəhbərliyin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılmışdır. 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində o, qrupun digər üzvləri ilə birlikdə Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X7 həmin kənddəki yaşadığı ünvana gedərək məlum ünvanın giriş qapısını döymüş, ev sahibi Araz Nuriyev və şübhəli şəxs Təqsirləndirilən şəxs ikisi birlikdə qapıya çıxdıqda gələnlərin polis əməkdaşları olmasını görmüşlər. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ev sahibi olan Araz Nuriyevə hazırda yaşadığı ünvanda olan Yevlax şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Araz bir daha yanında olan Təqsirləndirilən şəxs onlara göstərmişdir. Təqsirləndirilən şəxs eyniylə öz şəxsiyyətini bir daha təsdiq etmişdir. Bunun ardınca onlar ev sahibi Araz Nuriyevin yaşadığı ünvana baxış keçirilməsi üçün icazə istəmiş və ev sahibi olan Araz Nuriyev buna heç bir etirazının olmadığını bildirməklə bu barədə ərizə yazmışdır. Məlum ünvana baxış keçirmək məqsədi ilə 2 nəfər şəxs hal şahidi qismində dəvət edilmiş, dəvət edilmiş həmin 2 nəfər hal şahidinin, ev sahibi Arazın, Ruslanın özünün və tanışı Sadiqin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin zalında olan divanın arxasına-divarın dibinə gedərək orada gizlətdiyi 3 ədəd şprisi, 5 ədəd şüşə qabı və 1 ədəd ağzını göy rəngli sapla bağladığı şəffaf rəngli sellofan bükümü iştirakçılara həmin zaldakı stulun üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi cinayət xarakterli əşyaların özünə məxsus olmasını, bundan ev sahibi Arazın və digər tanışı Sadiqin xəbərinin olmamasını, 1 ədəd sellofan bükümdə olan ağ kütlənin isə narkotik vasitə olan heroin olmasını və onu Bakı şəhərində Qala qəsəbəsində hazırda yeri yadında qalmayan zibillikdən tapmasını bildirmişdir. Bundan sonra 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və bükümün çəkisinin 12,55 qram olması müəyyən edilmişdir. Məlum ünvana baxış davam etdirilsə də həmin ünvandan başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bütün predmetlər müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olan agentura məlumatı onun narkotik vasitə istifadəçisi və narkotik vasitəni özündə saxlaması ilə bağlı olmuş, onun barəsində əməliyyat qeydiyyat işi açılmamış, saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 26.02.2021-ci il tarixdə Araz Nuriyevin evinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən hal şahidi qismində iştirak etmiş, həmin baxış zamanı evdə Araz Nuriyev, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Sadiq Qocamanıv olmuş, Təqsirləndirilən şəxs evin zalında az əvvəl divanda əyləşdiyi bildirdikdən sonra həmin divanın arxasına –divarın dibi tərəfinə keçərək oradan 5 ədəd şüşə qab, 3 ədəd üzərinə “insulin” yazılmış şpris və 1 ədəd ağzı göy sapla bağlı şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim edərək, yəni zalda stulun üzərinə qoyaraq həmin əşyaların hamısının özünə məxsus olmasını, təxminən 2-3 gün əvvəl tanışı Arazın evinə qonaq gəldiyini, bu zaman həmin əşyaları gətirdiyini, həmin əşyalardan 1 ədəd ağzı göy sapla bağlı şəffaf rəngli sellofan bükümdə isə narkotik vasitə olan heroin olmasını, həmin 1 ədəd sellofan bükümü bir neçə gün əvvəl Bakı şəhərində Qala qəsəbəsində zibillikdən tapdığını, hazırda həmin yerin dəqiq olaraq yadında qalmadığını, narkotikdən Bakı şəhərində olarkən və burada gecə vaxtı Araz Nuriyev yatdıqdan sonra istifadə etdiyini, qalan əşyaları da narkotiki qəbul etmək üçün aldığını və onlardan da narkotik qəbulu zamanı istifadə etdiyini bildirmişdir. Baxış zamanı 1 ədəd sellofan bükümdə olan kütlə, yəni heroin elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 12,55 qram olması aşkar edilmişdir. Baxış zamanı ev sahibi Araz Nuriyev və digər evə qonaq qismində gəlmiş şəxs Sadiq Qocamanov aşkar edilmiş cinayət xarakterli əşyalardan əvvəlcədən xəbərlərinin olmadıqlarını bildirmişlər. Baxış davam etdirilsə də başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, baxış həmin günü günortadan sonra aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiq olmamışdır. Özü isə əvvəllər bir dəfə şahid qismində cinayət işlərində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahid X5 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Bakı şəhərinə ad günü münasibəti ilə qonaq getmiş, ad günü məclisində Təqsirləndirilən şəxs görmüş, birgə yeyib-içdikdən sonra ona zamində olduğuna görə qol çəkmək üçün Ucar Rayon Polis Şöbəsinə getmək məcburiyyətində olduğunu bildirmişdir. Belə qərara almışlar ki, Təqsirləndirilən şəxs da onunla birgə Ucar rayonuna gəlsin. Qış vaxtları olduğuna görə avtomobil tapmaqda çətinlik çəkmişlər, lakin axırda taksi sifariş edərək Ucar rayonuna getmişlər. Əslində gedəcəkləri ünvan ünvan 5ə yerləşdiyi üçün, hava şəraiti də qarlı olduğuna görə kəndə getmək üçün avtomobil tapmaq çətin məsələ olmuş, məhz bu səbəbdən Araz Nuriyevə telefon ilə zəng edərək ona qonaq gələcəklərini bildirmişdir. Belə olub Təqsirləndirilən şəxs ilə birgə Araz Nuriyevin yaşadığı ünvana getmişdir. Araz Nuriyevin evində bir gün qalmış, səhərisi gün yanılmırsa saat 11-12 radələri olarmış ki, içəri mülkü geyimdə polis əməkdaşları daxil olmuş, onları yerdə yatılı vəziyyətə gətirərək, stolun üzərində olan narkotik vasitənin kimə aid olduğunu soruşmuşlar. Polis əməkdaşları gələnə qədər stolun üzərində elə bir narkotik vasitə olmamışdır. O, polis əməkdaşlarına narkotik vasitənin ona aid olmadığını bildirmiş, sonra polis əməkdaşları narkotik vasitənin Təqsirləndirilən şəxs aid olduğunu demişlər. Daha sonra onu və Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Bir gün sonra isə o, polis şöbəsindən çıxmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs Araz Nuriyevi tanımamış, onu həmin evə o özü aparmış, polis əməkdaşları evə daxil olan zaman Araz Nuriyev evdə olmamış, o, sonradan evə polis əməkdaşları tərəfindən gətirilmişdir. Həmin vaxt stolun üstündə heç nə olmamış, polis əməkdaşları stolun ətrafına yığışmış və sonra orda müəyyən əşyalar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs təzyiq olunduğu üçün məcbur qalıb narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. O, heç vaxt polis əməkdaşları ilə əməkdaşlıq etməmiş, heç bir işdə hal şahidi qismində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının sonlarında tanışı Sadiq ona zəng etmişdir ki, Bakı şəhərindən gəlmişdir, yanında da qonağı var, kəndə getməyə maşın tapılmır. Belə olduqda onlara gəlməyi təklif etmiş və Sadiq qonağı ilə onun Alpaud kəndində yaşadığı evə gəlmişdir. O, Sadiqi və onunla gələn Ruslanı qarşılamış, onlara çay, çörək vermişdir. Səhəri gün onlar məhkum olunduqları üçün polis bölməsinə imza etməyə getməli olmuşlar, belə olub Sadiqə demişdir ki, qalsınlar sabah polis bölməsinə birlikdə gedərlər, sonra isə onları yola salar. Sadiq də razılaşmışdır. Səhər olmuş, 09–10 radələrində yuxudan oyanmış, hazırlaşırmış ki, Sadiq ilə birlikdə polis bölməsinə getsinlər. Bir də görmüşdür ki, maşın gəlmiş və polis əməkdaşları hasardan tullanmışdır. Əvvəlcə elə başa düşmüşdür ki, polis əməkdaşları ona aparmaq üçün gəlib, ona görə də qaçıb tövləyə girmişdir. Polis əməkdaşları evə daxil olmuşlar, 10–15 dəqiqə sonra onu da tapıb evə aparmışlar. Görmüşdür ki, Sadiq, Ruslan və polis əməkdaşları evdədi. Sadiqin və Ruslanın əllərində qandal olmuşdur, Ruslan yıxılmış vəziyyətdə yerdə olmuşdur. Stolun üzərində də narkotik vasitələr olmuşdur. Ona sual vermişlər ki, narkotik vasitə kimindir? O da bilmirəm demişdir. Sadiqdən də soruşduqda, o da bilmirəm demişdir. Ruslandan da narkotik vasitənin kimin olduğunu soruşduqda, əvvəlcə bilmirəm demiş, lakin sonra polis əməkdaşlarının təzyiqinə tab gətirməyib, ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları evdə axtarış tədbirini davam etdirib, evdə olan su matorunu, tozsoranı göstərdilər və həmin əşyaların oğurluq olub-olmamasını, Ruslan və Sadiqin də oğurluqda onunla birgə iştirak edib–etməmələri barədə ondan soruşmuşlar. O da Sadiq və Ruslan ilə birgə oğurluq etmədiyimi, onların yaşadığı evə qonaq gəldiklərini bildirmişdir. Həmin vaxt stolun üzərində şprislər, tərəzi və narkotik vasitə yığıldığını görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs və Sadiq Qocamanova həmin günü onlarda qalmağı özü təklif etmiş, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, o, Sadiqin dostu kimi onun evinə qonaq gəlmiş, özü narkotik vasitə heroindən istifadə etsə də, həmin vaxt evində narkotik vasitə olmamış, Sadiq və Ruslan onlarda olduğu müddətdə narkoti vasitə ilə bağlı hər hansı söhbətləri olmamış, evdə narkotik vasitə qəbul edilməmiş, Təqsirləndirilən şəxs təzyiq olunduğu üçün məcbur qalıb narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. O, heç vaxt polis əməkdaşları ilə əməkdaşlıq etməmiş, şərti alıcı olmamış, heç bir işdə hal şahidi qismində iştirak etməmişdir. Cinayət işinin materiallarında olan 26.02.2021-ci il tarixli “Raport”dan görünür ki, Ucar Rayon Polis Şöbəsinə Yevlax şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Ucar rayonu Alpoud kənd sakini X7 yaşadığı ünvanda olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 3). Cinayət işinin materiallarında olan 26.02.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə və Ucar rayonu Alpoud kənd sakini X7 yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan 26.02.2021-ci il tarixli “Ərizə”dən görünür ki, X13 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 8) Cinayət işinin materiallarında olan 26.02.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:08 dəqiqədən saat 17:49 dəqiqəyədək olan müddət ərzində Ucar rayonu Alpoud kəndində yaşayan Araz Nuriyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 3 ədəd şpris, 5 ədəd şüşə qab və 1 ədəd ağzı göy rəngli sapla bağlanmış şəffaf rəngli sellofan büküm aşkar olunmuş, büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 12,55 qram olduğu müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunanların ona məxsus olduğunu, sellofan bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 15). Cinayət işinin materiallarında olan 27.02.2021-ci il tarixli 17/160 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X11 məxsus ünvandan... Təqsirləndirilən şəxs məxsus predmetlər...” sözləri yazılmış zərfin içərisindəki; - 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 11,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, - 01(bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi – 0,047 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, - Digər 02(iki) ədəd şüşə flakonların içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 01(bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən aşkar edilmiş cüzi miqdarda olan maye qalıqları – heroin məhlulunun qalıqlarıdır. Həmin heroin məhlulunun qalıqları cüzi miqdarda olduqlarına görə tərkiblərindəki heroinin quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 01(bir) ədəd ağzı bağlı şüşə flakonda, təmiz çəkisi – 3,609 qram olan maddə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan bükümdə olan heroin ilə 01(bir) ədəd şüşə flakonda olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 03(üç) ədəd 1 ml-lik şprisdən aşkar edilmiş heroin məhlulunun qalıqları və 02(iki) ədəd şüşə flakondan, həmçinin 01(bir) ədəd başlığı qırıq şüşə ampuladan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01(bir) ədəd sellofan bükümdə və 01(bir) ədəd şüşə flakonda olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 60-61) Cinayət işinin materiallarında olan məcburi ambulator məhkəmə-psixiatrik ekspertizasının 01.03.2021-ci il tarixli 113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (cild 01, iş vər. 185-186). Cinayət işinin materiallarında olan məcburi ambulator məhkəmə narkoloji ekspertizasının 08.50.2021-ci il tarixli 543 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 188). Cinayət işinin materiallarında olan Ucar RPŞ-nə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş, eləcə də əvvəllər Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitədən istifadə etməsi, ünvan 10 ünvandan aşkar edilmiş özünə məxsus narkotik vasitə olan heroini tutulmazdan təxminən 2-3 gün əvvəl Bakı şəhərində Qala qəsəbəsində bizə dəqiq yeri məlum olmayan zibillikdən tapması, məlum ünvanda ev sahibi olan Araz Nuriyevin və digər tanışı Sadiq Qocamanovun xəbəri olmadan narkotik vasitə olan heroindən istifadə etməsi barədə əməliyyat yolu ilə məlumatlar əldə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs başqa şəxslərlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin həmin narkotik vasitəni başqa şəxslərə satması və ya əvvəllər məhkum olunmuş digər şəxslərlə əlaqəsinin olması və sairə bu kimi digər cinayət əməlləri, eləcə də cinayət törətmiş şəxslərlə hər hansı əlaqəsinin olması barədə hər hansı məlumat əldə edilməmişdir (cild 01, iş vər. 178). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, narkotikin mənbəyi ilə bağlı 23.05.2021-ci il tarixli cavabda göstərilmiş xüsusatlardan başqa hər hansı əhəmiyyət kəsb edən mötəbər məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Ucar rayon sakinləri Sadiq Qocamanovla və Araz Nuriyevlə tanışlığının olması, normal münasibətlərinin olması, lakin Təqsirləndirilən şəxs adları çəkilən şəxslərlə narkotiklə bağlı aralarında hər hansı cinayət xarakterli (alqı-satqı və.s. bu kimi) əlaqələrinin olmadığı müəyyən edilmişdir (cild 02, iş vər. 55). Cinayət işinin materiallarında olan məktublardan görünür ki, Orucov X3 Şəhər Dispanserinin Yevlax rayon Psixonevroloji və Narkoloji kabinetlərində qeydiyyatda deyildir (cild 01, iş vər. 176-177). Cinayət işinin materiallarında olan 14.07.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ucar RPŞ-nin MSY-nə aid olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabına” baxış keçirilmiş və həmin kitabda Təqsirləndirilən şəxs tibbi müayinədən keçirildikdə hər hansı bədən xəsarətinin olmadığı aşkar edilmişdir (cild 02, iş vər. 60-63). Cinayət işinin materiallarına əlavə olunmuş Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş 05.02.2022-ci il tarixli 187-2407-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Polis Şöbəsində hər hansı əməliyyat qeydiyyat işi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 26.02.2021-ci il tarxdə Ucar Rayon Polis Şöbəsinə Yevlax şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Ucar rayonu Alpoud kənd sakini X7 yaşadığı ünvanda olması əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, hal şahidlərinin və ev sahibi Araz Nuriyevin iştirakı və yazılı razılığı ilə ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə və sair əşyalar aşkar olunmuşdur. Götürülmüş maddələr materialların ekspertizasına məhkəmə təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 26.02.2021-ci il tarixdə Araz Nuriyevə məxsus evə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, dəqiq tarixi məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, həmin narkotik vasitədən qeyri-müəyyən miqdarda özü istifadə etmiş, 24 fevral 2021-ci il tarixdə Ucar rayonu Alpout kənd sakini - 16.03.1986-cı ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X7 yaşadığı evə qonaq gələn zaman həmin narkotik vasitə olan heroini və heroini istifadə etmək üçün digər vasitələri əlində olan 01 ədəd sellofan paketdə daşımaqla gətirib həmin evin zalında olan divanın arxasında gizlədərək saxlamış, orada olan zaman həmin vasitədən qeyri-müəyyən miqdarda istifadə etmiş, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 11,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01(bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yəni hər ikisi eyni tərkibə malik, ümumi təmiz çəkisi 11,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02(iki) ədəd şüşə flakonun və 01(bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən cüzi miqdarda- heroin hissəcikləri, həmçinin 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən cüzi miqdarda- heroin məhlulunun qalıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi sonuncunun yaşadığı evdən aşkar olunan narkotik vasitə olan heroinin çəkisinin şəxsi istehlak miqdarından çox olması, yəni 11,2 qram olması ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik vasitənin çəkisinə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib saxlaması və özü ilə Ucar rayonuna daşıması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərimişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən, bilavasitə heroini realizə edərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün Ucar rayonu Alpoud kəndində yerləşən Araz Nuriyevə məxsus evdə saxlanılmış, üzərindən heç bir qeyriqanuni əşya əşakr olunmamış, lakin qonaq kimi qaldığı həmin evdən 11,2 qram miqdarında narkotik vasitə - heroin aşkar olunmuşdur. Habelə şahid ifadələrindən və Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, o, əməliyyat nəzarətində olmamış, onun tərəfindən narkotik vasitənin alğısatqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca bir bükümdə, əvvəlcədən hazırlanaraq xırda-xırda çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, evdən eyni zamanda heroinin istifadəsini təmin etmək üçün saxlanılan şüşə flakonların və bir neçə şpirisin aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması onu deməyə əsas verir ki, Araz Nuriyevə məxsus evdən aşkar olunan 11,2 qram heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Bundan əlavə əməliyyat tapşırığına verilən cavab məktublarından da göründüyü kimi, Təqsirləndirilən şəxs başqa şəxslərlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin həmin narkotik vasitəni başqa şəxslərə satması və ya əvvəllər məhkum olunmuş digər şəxslərlə əlaqəsinin olması və sairə bu kimi digər cinayət əməlləri, eləcə də cinayət törətmiş şəxslərlə hər hansı əlaqəsinin olması barədə hər hansı məlumat əldə edilməmiş, əksinə X16 rayon sakinləri Sadiq Qocamanovla və Araz Nuriyevlə tanışlığının olması, normal münasibətlərinin olması, lakin onun adları çəkilən şəxslərlə narkotiklə bağlı aralarında hər hansı cinayət xarakterli (alğı-satqı və.s. bu kimi) əlaqələrinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarının çoxluğunu nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dəqiq tarixi məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamış, həmin narkotik vasitədən qeyri-müəyyən miqdarda özü istifadə etmiş, 24 fevral 2021-ci il tarixdə Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X7 yaşadığı evə qonaq gələn zaman həmin narkotik vasitə olan heroini və heroini istifadə etmək üçün digər vasitələri əlində olan 01 ədəd sellofan paketdə daşımaqla gətirib həmin evin zalında olan divanın arxasında gizlədərək saxlamış, orada olan zaman həmin vasitədən qeyri-müəyyən miqdarda istifadə etmiş, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 11,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01(bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yəni hər ikisi eyni tərkibə malik, ümumi təmiz çəkisi 11,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02 (iki) ədəd şüşə flakonun və 01(bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən cüzi miqdarda- heroin hissəcikləri, həmçinin 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən cüzi miqdarda - heroin məhlulunun qalıqları aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə şübhəli şəxs (video çəkilişlə) və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi 26.02.2021-ci il tarixdə narkotik vasitə olan heroinin və digər əşyaların Araz Nuriyevə məxsus evdən cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə, yəni Araz Nuriyevə məxsus evdən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən həmin evə qoyulması, habelə təsir və təzyiqə məruz qalıb etirafedici ifadə verməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə ümumiyyətlə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Həmin ifadələr cinayət işinin materiallarında olan biri-digərinə uyğun gələn sübutlarla təkzib edildiyindən, məhkəmə həmin ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası iş üzrə müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahidlər X6 və X7 ifadələrinə münasibətdə isə qeyd edir ki, hər iki şahid təqsirləndirilən şəxslə yaxın münasibətdə, yəni dostluq münasibətində olan şəxslərdir. Odur ki, bu hal onların Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə bu şəxslərin ifadəsinə tənqidi yanaşır və onları əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən, o cümlədən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni məhəllədə ailəsi (arvadı, 2010-cu və 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı) ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 155-158) İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin arayışına əsasən 02 noyabr 2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 133-134, 149-154). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin şəxsdən aşkar olunan narkotik vasitənin növünü və onun çəkisinin çoxluğunu, habelə əvvəllər də məhkum olunmasını əsas götürərək sonuncuya azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması protokolu”ndan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ucar Rayon Məhkəməsinin 28.02.2021-ci il tarixli qərarı ilə əvvəli 26.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 26-27, 108-110) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 26.02.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 11,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 ədəd şüşə flakonlarda və 01 ədəd başlığı qırıq şüşə flakonda cüzi miqdarda heroin hissəcikləri, 3 ədəd 1 ml-lik şprislərdə cüzi miqdarda heroin məhlulunun qalıqları və 01 ədəd ağzı bağlı şüşə flakonda, təmiz çəkisi 3,609 qram narkotik vasitə olmayan maddə (limon duzu) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 26.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 11,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 2 ədəd şüşə flakonlarda və 01 ədəd başlığı qırıq şüşə flakonda cüzi miqdarda heroin hissəcikləri, 3 ədəd 1 ml-lik şprislərdə cüzi miqdarda heroin məhlulunun qalıqları və 01 ədəd ağzı bağlı şüşə flakonda, təmiz çəkisi 3,609 qram narkotik vasitə olmayan maddə (limon duzu) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar