Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-15/2023 27.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, Zərərçəkmiş şəxs X5 nümayəndəsi – Nümayəndə1 Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 22 sentyabr 2020-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbə sakini Zərərçəkmiş şəxs1 ilə ondan qoyun və quzu olmaqla xırdabuynuzlu heyvanları götürərək həmin heyvanları saxlamaq, güdmək, yemləmək, eləcə də tələf olanlara görə cavabdehliyi öz üzərinə götürmək şərti ilə, həmin heyvanlardan yeni doğulmuş heyvanları, eləcə də gələcəkdə erkək cinsli quzular alaraq bir müddət saxlamaqla böyüdüb satdıqdan sonra əldə ediləcək qazancı aralarında şərikli olaraq bölməyə dair yalan vəd verib bu cür uydurduğu yalana daha da inandırmaq üçün öz aralarında müqavilə bağlayıb aldadaraq əvvəlcə Zərərçəkmiş şəxs1 həmin tarixdə Qəbələ rayonu Zərgərli kəndi ərazisində dişi cinsli, 2-3 yaşlı, hər birinin diri çəkisi 40 kq, 1 başının dəyəri 200 manat olmaqla ümumilikdə 32.000 (otuz iki min) manat dəyərində 160 baş ana qoyun, 3 yaşlı, diri çəkisi 50 kq, 1 başının dəyəri 250 manat olan, 1.750 (bir min yeddi yüz əlli) manat dəyərində 7 baş erkək cinsli qoyun, 4 yaşlı, diri çəkisi 40 kq, 1 başı 200 manat olmaqla 200 (iki yüz) manat dəyərində 1 baş ana keçi, işə yeni başladığını bəhanə gətirib həmin heyvanlara baxmaq haqqı adı ilə 500 manat pul, bundan başqa hər dəfəsində Qəbələ rayonu Bum qəsəbəsində Zərərçəkmiş şəxs1 məxsus evdə əvvəlcə 90 baş quzu almaq adı ilə 2020-ci ilin oktyabr ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə 10.700 (on min yeddi yüz) manat pul, 2020-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə yenidən 78 baş ana qoyun almaq adı ilə 10.000 (on min) manat pul, 2020-ci ilin noyabr ayının əvvəllərində isə istintaqa dəqiq məlum olmayan tarixdə əlavə 176 baş quzu almaq adı ilə 22. 000 (iyirmi iki min) manat pul alaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 77.150 (yetmiş yedddi min bir yüz əlli) manat dəyərində külli miqdarda əmlakı vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş, həmin heyvanlardan bir qismini satıb ilkin olaraq əldə edilmiş qazanc kimi göstərib dələduzluq əməllərini ört-basdır etmək, yəni Zərərçəkmiş şəxs1 etibarını bir qədər də qazanmaq və onu uydurduğu yalana daha da inandırmaq üçün 2020-ci ilin oktyabr ayında dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla 21.200 (iyirmi bir min iki yüz) manat pulu sonuncuya qaytarsa da, onun qalan 55.950 (əlli beş min doqquz yüz əlli) manat dəyərində əmlakını öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Eyni zamanda o, təkrarən etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Bum qəsəbə sakini Zərərçəkmiş şəxs2 ilə onun pul vəsaiti hesabına qoyun və keçi olmaqla xırdabuynuzlu heyvanları alaraq həmin heyvanları, eləcə də onlardan yeni doğlacaq balaları bir müddət saxlamaqla böyüdüb satdıqdan sonra əldə ediləcək qazancı aralarında şərikli olaraq bölməyə dair yalan vəd verib aldadaraq 2020-ci ilin oktyabr ayının sonlarından 2021-ci ilin mart ayının sonlarına kimi olan müddətlərdə istintaqa dəqiq məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs2 1-ci dəfə 61 baş ana qoyun və 9 baş erkək quzu almaq adı ilə Qəbələ rayonunun Zarağan kəndi ərazisində 11.000 (on bir min) manat, 2-ci dəfə 59 baş ana qoyun almaq adı ilə Oğuz rayonunun Söyüdlü kəndi ərazisində 9.735 (doqquz min yeddi yüz otuz beş) manat, 3-cü dəfə 28 baş ana qoyun almaq adı ilə Zərərçəkmiş şəxs2 Qəbələ rayonunun Bum qəsəbəsində yaşadığı evdə 5.100 (beş min bir yüz) manat, 4-cü dəfə 75 baş ana qoyun almaq adı ilə Qəbələ rayonunun mərkəzi bazarında 11.850 (on bir min səkkiz yüz əlli) manat, 5-ci dəfə 16 baş keçi almaq adı ilə Qəbələ rayonunun Zarağan kəndi ərazisində 1.760 (bir min yeddi yüz altmış) manat, 6-cı dəfə 9 baş ana qoyun almaq adı ilə Qəbələ rayonunun mərkəzi bazarında 1.450 (bir min dörd yüz əlli) manat, sonuncu dəfə isə 53 baş keçi almaq adı ilə Zərərçəkmiş şəxs2 Qəbələ rayonunun Bum qəsəbəsində yaşadığı evdə 5.000 (beş min) manat olmaqla sonuncuya məxsus ümumilikdə 45.895 (qırx beş min səkkiz yüz doxsan beş) manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək vədinə əməl etmədən həmin pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, Zərərçəkmiş şəxs2 qarşı ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmək və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin noyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə X6 təsərrüffatına məxsus dişi cinsli, 3-5 yaşlı, diri çəkisi 70-80 kq olan 85 baş boğaz doğar qoyunları 15.000 (on beş min) manat pul müqabilində ondan nisyə almağa dair razılığa gəlib satdıqdan sonra pulunu verəcəyi barədə yalan vəd verib aldatdıqdan sonra Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində həmin 85 baş qoyunu ələ keçirib apararaq 15.000 (on beş min) manata satmış və dələduzluq əməllərini ört-basdır etmək, yəni Ələkbər Mikayılovun etibarını bir qədər də qazanmaq və onu uydurduğu yalana daha da inandırmaq üçün heyvanları sataraq əldə etdiyi puldan 4.000 (dörd min) manat pulu 2020-ci ilin noyabr ayında dəqiq məlum olmayan tarixdə sonuncuya qaytarsa da, qalan 11.000 (on bir min) manat dəyərində pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, zərər çəkmiş şəxs Ələkbər Mikayılova məxsus 11.000 (on bir min) manat dəyərində xırdabuynuzlu heyvanları dələduzluq yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona CM-in 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış, Saşa Əsgərov adlı tanışı ona demişdir ki, Məmməd kişidə qoyunlar vardır və Məmməd kişi qoyunları müqavilə əsasında əldə olunan gəlirə şərik olmaq şərti ilə çobanlara verir. O da həmin ərəfələrdə Saşa adlı şəxsin çobanı işləmişdir. Saşadan soruşmuşdur ki, bəs necə olacaq? Saşa da ona izah etmişdir ki, Məmməd kişi qoyunları verir. Soruşmuşdur ki, neçə baş qoyun vardır? Saşa ona demişdir ki, 169 baş qoyun vardır. O, Saşaya demişdir ki, yaxşı bəs o 169 baş qoyunu gətirib harada saxlayacağaq? Saşa ona demişdir ki, narahat olma, Məmməd kişi hamısını özü edir. Bir müddət sonra, Saşa ona zəng edərək bildirmişdir ki, Məmməd dayı Süleymangilə gəlir, o da oraya gəlsin. O da Süleymangilə getmişdir. Həmin vaxt Saşa onu Məmməd dayı ilə tanış etmişdir. Məmməd dayı ilə aralarında müqavilə bağlamışlar. Müqaviləyə görə Məmməd dayıdan 169 baş qoyun götürmüş, qoyunları götürdüyü zaman əgər səhv etmirsə, 35-36 baş qoyun əksik olmuşdur. Bir müddət sonra, Məmməd dayı qoyunların geri qalan hissəsini də ona vermişdir. Daha sonra, Məmməd dayı ilə söhbət etmişlər. Məmməd dayıya bildirmişdir ki, ona quzu da alıb versin və bundan da gəlir əldə etsinlər. Sonra Məmməd dayı ona pul vermişdir. O da çoban tanışı Vaqif adlı şəxslə Ağdaş, Xaldan, Göyçay və Ucar şəhərlərinə gedərək qoyun tapmışdır. Həmin şəhərlərdən 90 baş bir, 60 baş da bir quzu almışlar. Ümumilikdə 150 baş quzu almışdır. Həmin heyvanların təxmini qiyməti 90-100 manat dəyərində olmuşdur. 150 baş quzuya ümumilikdə 16500 manat pul vermişdir. Həmin pulu da Məmməd dayı vermişdir. Ümumilikdə Məmməd dayıdan 169 baş qoyun bir almış, 150 baş qoyun da bir almışdır. Daha sonra həmin heyvanlara baxmış və onların pulunu Məmməd dayıya ödəmişdir. Belə ki, həmin heyvanların 85 başını 53 manatdan, 50 başını 80 manatdan, 10 başını 110 manatdan, 15 başını 73 manatdan sataraq pulunu Məmməd kişiyə vermişdir. Daha sonra, 150 baş quzunu sataraq, 17850 manat pulu Məmməd kişiyə vermişdir. Əlavə olaraq da 8000 manat arpa pulu vermişdir. Həmin qoyunları satarkən Vaqif, Valeh və İmran adlı şəxslər də yanında olmuşdur. Məmməd dayıya 10750 manat, 6000 manat, 4500 manat, 2000 manat və 8000 manat pul vermişdir. Ümumilikdə Məmməd dayıya 31200 manat pul vermişdir. Həmin heyvanları kimə və nə qədər pul qarşılığında satdığını da bilir. Həmin qoyunlar qoca olmuşdur. Yaşları çox olduğu üçün ucuz qiymətə satılmışdır. Hal-hazırda da həmin qoyunların bazar qiyməti 50 manatdır. Zərərçəkmiş şəxs2 ümumilikdə 40 baş bir, 30 baş da bir qoyun almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs2 70 baş qoyun almışdır. Həmin heyvanları da satıb pulunu Zərərçəkmiş şəxs2 vermişdir. Ələkbər Mikayılovdan isə ümumilikdə 85 baş qoyun almışdır. Həmin qoyunları Ələkbər Mikayılovdan 15000 manat pul qarşılığında almış, qoyunları aldıqdan sonra, 4000 manat pulu Ələkbərə vermişdir. Hazırda isə Ələkbər Mikayılova 11000 manat borcu qalmışdır. Xəstəlik düşüb deyə heyvanların bir qismi ölmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, ilk dəfə Zərərçəkmiş şəxs1la razılaşarkən, sonuncu ona 160 baş qoyun verəcəyini demiş, daha sonra Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamışdır. Müqaviləyə görə həmin heyvanların arpasını da, otunu da Zərərçəkmiş şəxs1 verməyi öhdəsinə götürmüş, doğan quzuların da 80 ədədi ona, digər 80 ədədi isə Zərərçəkmiş şəxs1 çatmalıymış. Sonradan qoyunları satıb pulunu Zərərçəkmiş şəxs1 vermişdir. O, Zərərçəkmiş şəxs1 qoyunların yaşlı olduğunu və xəstə olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 həmin qoyunları satmağını və pulunu da ona verməyini bildirmişdir. O da həmin qoyunları sataraq, pulunu Zərərçəkmiş şəxs1 vermişdir. Qoyunlara xəstəlik düşdüyü üçün, qoyunlar qırılmışdır. Məhz bu səbəbdən qoyunları satmışdır. Satdığı zaman Zərərçəkmiş şəxs1 səbəbini bildirmişdir. O, həmin qoyunların bir hissəsini 53 manata satmışdır. Çünki qoyunlar xəstə olmuşdur. Həmin vaxt pandemiya dövrü olduğundan, qoyunların qiyməti ucuz olmuşdur. Qoyunları satdığı şəxslərlə müqavilə bağlamamışdır. Zərərçəkmiş şəxs2 ümumilikdə 70 baş qoyun almışdır. Zərərçəkmiş şəxs2 pul olaraq isə 200 manat almışdır. İttiham aktında isə Zərərçəkmiş şəxs2la bağlı epizodda yazılanların yalan olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslərlə arasında ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 70 baş qoyunu yanvar ayında almışdır. Sonra satıb pulunu vermişdir. O, qoyunlara çobanlıq etməmişdir. Onun özünün 3 çobanı olmuş, çobanların pulunu özü ödəmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun qoyunlarının bir qismini 53 manatdan satacaq, Zərərçəkmiş şəxs1 isə ona demişdir ki, qoyunları bu qiymətə sata bilər. O, Zərərçəkmiş şəxs1 31200 manat pul vermişdir. Ancaq istintaq orqanı həmin məbləği az qeyd etmişdir. Qoyunları satarkən Vaqif adlı şəxs onun yanında olmuşdur. Onun özünə məxsus 210 qoyunu olmuşdur. Ancaq ziyan etdiyi üçün hamısı satılmışdır. Zərərçəkmiş şəxs1 169 baş qoyun bir, 150 baş quzu da bir almışdır. Zərərçəkmiş şəxs2 isə 40 baş qoyun bir, 30 baş qoyun isə bir almışdır. Bu heyvanları da satıb, pulunu onlara vermişdir. Zərərçəkmiş şəxs2 ona qoyun almaq üçün 2400 manat pul vermiş, həmin pula 70 baş qoyun almışdır. Sonra həmin qoyunları 2600 manat dəyərində satmışdır. Həmin puldan 2500 manatını Akifə vermiş, 100 manat da onun xeyri olmuşdur. Zərərçəkmiş şəxs1la bağlı ittihamı qəbul etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qoyunlarını noyabr ayında satmamış, qoyunlar fevral və mart aylarında satılmışdır. Zərərçəkmiş şəxs1 ilə onun arasında müqavilə olmuşdur. Müqavilənin mahiyyəti bundan ibarət olmuşdur ki, 169 baş ana qoyunu Zərərçəkmiş şəxs1 ona verəcəkmiş, həmin qoyunlara o baxacaqmış. Qoyunlar qalsa da, ölsə də hamısı onun cavabdehliyində olmuşdur. Həmin müqaviləyə sonradan, 70 baş qoyun əlavə olunmuşdur. Həmin qoyunları satıb, pulunu Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs2 ona 200 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 45895 min manat pul almamışdır. Zərərçəkmiş şəxs2 qoyun almaq üçün bir dəfə 2400 manat pul almış, həmin pulu da qoyunları satıb, Akifə geri qaytarmışdır. Ələkbər Mikayılovdan isə 85 baş qoyun almış, həmin qoyunları satmışdır. 4 min manat pul Ələkbər Mikayılova ödəmiş, hazırda Ələkbər Mikayılova borcu vardır. 85 ədəd qoyunu 53 manatdan satmışdır. Zərərçəkmiş şəxs2 45895 min manat pulun alınmasını təsdiq etməmiş, belə bir hal baş vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bankdan 10 min manat pul almış və güya həmin pulun 9735 manatını ona vermişdir. Ancaq işin əsli isə belə olmamışdır. Zərərçəkmiş şəxs2 10 min manat puldan ona 5 min manat pul vermişdir ki, həmin pulu yol patrul xidmətinin əməkdaşı olan Rəşada versin. O da həmin 5 min manat pulu aparıb Rəşada vermişdir. O, Zərərçəkmiş şəxs2la müxtəlif vaxtlarda bazara gedib qoyun almamışdır. Zərərçəkmiş şəxs2 ona demişdir ki, pul lazımdır, ancaq banklar ona zaminsiz pul vermir. O da Rəşad adlı tanışına zəng edərək, Akifə zamin durmasını xahiş etmişdir. Rəşad ona etiraz etməmişdir. Sonra Zərərçəkmiş şəxs2 bankdan 10 min manat pul almışdır. Həmin pulun 5 min manatını ona vermişdir ki, aparıb Rəşada versin. O da 5 min manat pulu Rəşada vermişdir. Hazırda özünü təqsirli bilmir, yalnız Ələkbər Mikayılova pul borclu qalmışdır. Həmin borcu isə imkansızlıqdan ödəyə bilməmişdir. Mülki iddiaları qəbul etmir. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 heç bir borcu yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Qəbələ rayon Bum qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. 2000-ci il tarixdən heyvandarlıqla məşğul olur. Sonuncu dəfə ona məxsus xırdabuynuzlu heyvanlarını Qəbələ rayon Zərgərli kənd sakini Süleyman Səbzəliyev çobanlıq edib güdmüşdür. 2020-ci ilin sentyabr ayında heyvanlarına çobanlıq edən Süleyman Səbzəliyev ona yaşlaşdığını, heyvanları güdməkdə çətinlik çəkdiyini, qonşusu Saşa Əsgərovun onun qoyunlarına baxmaq istədiyini bildirmişdir. Belə olub o, Zərgərli kəndinə gedərək Süleyman Səbzəliyevin iştirakı ilə Saşa Əsgərovla görüşmüşdür. Həmin vaxtı Saşa Əsgərovun yanında Təqsirləndirilən şəxs olmuşdur. Söhbət zamanı Saşa ona Xəyalın ona məxsus qoyunları güddüyünü, hər şeyə cavabdeh olub bu məsələdən narahat olmamasını, heyvanlarını güdməsi üçün ona verməsini demişdir. Xəyaldan qoyunları saxlanması üçün fermasının olub olmamasını soruşduqda Saşa ona “sən narahat olma əgər olmasa mən sənin qoyunlarını öz qoyunlarıma qatıb qış vaxtı arana aparacam və orada güddürəcəm” sözlərini desə də bununla razı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus heyvanlara baxmaq istədiyini bildirərək ona dəfələrlə zəng vurmuşdur. Xəyala onu tanımadığını və ona heyvanlarını etibar etmədiyini deyərək ancaq Saşa Əsgərov bu məsələdə cavabdeh olarsa heyvanları ona verə biləcəyini bildirmişdir. Sonra Saşa bu məsələdə cavabdeh olduğu üçün heyvanları Xəyala vermək razılığına gəlmişdir. Xəyal ilə razılıqları belə olmuşdur ki, qoyunlara baxacağı təqdirdə yeni doğulmuş quzuları yarı yarılığına olacaq, ona verdiyi heyvanlar öldüyü və tələf olduğu halda Xəyalın boynuna olacaqdır. xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Zərgərli kəndində çobanı olmuş Süleymanın və oğlu Zərərçəkmiş şəxs2 iştirakı ilə təssərüfütına məxsus 160 baş ana, 8 baş erkək qoyunu və 1 baş keçini sayaraq Xəyala təhvil vermişdir. Buna görə Xəyal ilə ikisi arasında müqavilə bağlanmışdır. Hətta Xəyala qoyunlara baxmaq üçün 500 manat pul vermişdir. Xəyal ona məxsus heyvanları təhvil aldıqdan sonra Oğuz rayonu Söyüdlü kəndinə aparıb orada baxmağa başlamışdır. Tez-tez qoyunların olduğu yerə gedərək heyvanlarına nəzarət edirmiş və həqiqətəndə görmüş ki, Xəyal ona məxsus qoyunlara baxır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Xəyal ona təklif etmiş ki, ona 1 yaşında quzular alıb versin, həmin quzulara baxsın, onları kökəldərək satsın, onlara nə qədər pul veribsə həmin pulu geri qaytarıb versin, qalan qazancı yarı bölsünlər. Belə olub Xəyala 10 700 manat dəyərində 1 yaşında 90 baş quzu alaraq vermişdir. Təxminən Xəyal həmin quzulara 2 ay yarım baxdıqdan sonra onları satıb quzulara verdiyi 10 700 manat pulu və əlavə qazanc kimi 2 000 manat pul vermişdir. Bundan sonra Xəyal 2020-ci ilin noyabr ayının sonlarında yaşadığı Bum qəsəbəsindəki evinə gələrək ondan ana qoyun almaq üçün 10 000 manat pul almışdır. Xəyal həmin pula 78 baş qoyun alaraq aralarında olan müqaviləyə imza etmişdir. Xəyalın heyvanlara baxdığı Oğuz rayonu Söyüdlü kəndindəki qoyun sürüsünə baxdıqda Xəyal sürünün içərisində olan 78 baş qoyunu göstərib onun puluna aldığını bildirmişdir. Bundan əlavə 2020-ci ilin noyabr ayının sonlarında 22.000 manat dəyərində 176 baş quzu alaraq baxması üçün Xəyala vermişdi. Xəyal həmin qoyunlara görə ona 6000 və 4500 manat pul vermişdir. Qalan pulu isə vermədiyi üçün Xəyalın qoyunlara baxdığı Oğuz rayonu Söyüdlü kəndinə gedərkən Xəyal ona 60-70 baş quzunu göstərərək həmin qoyunlara ayrıca baxdığını, onları kökəldib sataraq 11500 manat pulu verəcəyinə söz vermişdir. 2021-ci ilin Ramazan ayı ərəfəsində Xəyala zəng vuraraq ona verəcəyi pulu istəmiş, Xəyal ona xx.xx.2021-ci il tarixdə yaşadıqları evdə yemək içmək hazırlatmasını onlara gəlib yeyib içməklə 11 500 manat pulunu qaytaracağını demişdir. Qeyd olunan tarixdə Xəyalı gözləsə də Xəyal onlara gəlməmiş və ona dəfələrlə zəng vursa da telefonuna cavab verməmişdir. Buna görə Xəyalın ondan eləcə də digər şəxslərdən baxmaq üçün aldığı heyvanları güdən Vaqifə zəng vuraraq Xəyalın harada olmasını soruşmuşdur. Vaqif ona Xəyalın ona, eləcə də digər şəxslərin qoyunlarını sataraq ortalıqda olmadığını və yerini bilmədiyini demişdir. Belə olub Qəbələ RPŞ-nə gələrək rəsmi şikayət etmişdir..Zərərçəkmiş şəxs1 əlavə olaraq onu da qeyd etmişdir ki, heyvanlarını baxmaq üçün Xəyala verərkən yanlarında əvvəlki çoban Süleyman və oğlu Akif olmuşdur. Xəyal ona məxsus qoyunları nə vaxtı kiməsə satmasından heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə birinci dəfə diri çəkiləri təxminən 40 kq, 2-3 yaşında 160 baş ana qoyun, çəkisi 50 kq olan 3 yaşında 8 baş erkək qoyun, 2 baş isə diri çəkisi 40 kq 4 yaşında ana keçi vermişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Xəyal ondan 10700 manat dəyərində 90 baş quzu almaq üçün pul almış, həmin heyvanları sataraq pulunu vermiş, həmçinin 2020-ci ilin oktyabr ayının ortalarında 78 baş ana qoyun almaq üçün 10000 manat pul almış, lakin həmin pulu qaytararaq verməmiş, eyni zamanda sonuncu dəfə 2020-ci ilin noyabr ayının əvvəllərində 176 baş quzu almaq üçün 22000 manat pul almış, lakin həmin puldan ona 10500 manatını qaytarsa da, qalan pulunu qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 ona xırdabuynuzlu heyvan almaq adı ilə ümumilikdə 45 000 manatdan artıq pul almışdır. 2020-ci ilin oktyabr ayının sonlarında Xəyala verilməsi üçün oğlu Akifə 5 000 manat həmin ilin noyabr ayının əvvəlində isə 7000 manat borc pul vermişdir. Xəyal həmin pulları gələrək yaşadığı Qəbələ rayon Bum qəsəbəsindəki evlərindən götürmüşdür. X35 üçün qoyun almayaraq həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Mülki iddianı müdafiə etmiş və onun təmin olunmasını, həmçinin, təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ona dəyən ziyanla bağlı ödəniş olunmamış, Təqsirləndirilən şəxs 7-8 dəfə ona zəng edib qoyunu ona verməyi təkidlə istəmişdir. Saşa Təqsirləndirilən şəxs cavabdeh olacağını bildirmiş, o, yoxlayanda ilk vaxtlarda Təqsirləndirilən şəxs ona qoyunları göstərmiş, sonradan alınan quzuları isə görməmişdir. Vaqif bildirmişdir ki, Təqsirləndirilən şəxs qoyunları satıb getmişdir. Onlar Təqsirləndirilən şəxs sonra dəlixanadan tapmışlar və polislər onu gəlib aparmışdır. Dəlixanada olanda Təqsirləndirilən şəxs onu tanımadığını bildirmişdir. Saşadan Təqsirləndirilən şəxs harada olmasını soruşduqda, harda olsa gələcəyini bildirmişdir. Saşa ona demişdir ki, o, gətirən qoyun M.Əzəmmova aid qoyunlar deyil. Təqsirləndirilən şəxs qoyunu kimə satmasını bilməmişdir. O, ilk dəfə 160 baş qoyunu Təqsirləndirilən şəxs vermiş, daha sonra isə 78 baş qoyun alınmışdır. Ona Təqsirləndirilən şəxs 10700 manat bir dəfə, 10000-ə yaxın pulu isə sonra vermişdir. O, təxminən may ayının 15-i qoyunların satıldığını öyrənmiş və polisə gəlmişdir. Təqsirləndirilən şəxs onunla işləyən zaman psixi pozğunluq olmamışdır. Ona deyilmişdir ki, qoyun satılanda Xəyal orada olmamışdır. O, hadisə yerinə getməmiş, çoban Vaqifin məlumatı ilə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxsla aralarında müqavilə olmuşdur. Müqavilədə 160+44+34 baş heyvan qeyd olunmuşdur. Təqsirləndirilən şəxsla bağladığı müqavilədə məhkəməyə müraciət nəzərdə tutulmuşdur. Saşanı əvvəldən tanıyırmış. Saşa ilə əvvəllər heyvan saxlamaqla bağlı münasibəti olmamışdır. Saşa Təqsirləndirilən şəxs cavabdeh olacağını demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Qəbələ rayon Bum qəsəbəsində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır. Belə ki, Xəyal ilə əvəllər fındıq-alqı satqısı ilə məşğul olmuşdur. 2020-ci ilin oktyabr ayında Xəyal ona təklif etmiş ki, qoyun-quzu alıb versin, təssərrüfatla məşğul olsunlar. Təqsirləndirilən şəxs ilə razılıqları belə olmuşdur ki, ona qoyun alıb verəcək, o, qoyunlara baxaraq onlardan əldə edilmiş pendiri, eləcə də yeni doğulmuş quzuları böyüdüb satmaqla əldə edilmiş pul yarı yarılığına olacaqdır. Xəyalın təklifi ilə razılaşıb 2020-ci ilin oktyabr ayının sonlarında xırdabuynuzlu heyvan almaq üçün Qəbələ rayon Zarağan kəndi ərzaisində Xəyala 11 000 manat pul vermişdir. Xəyal ona zəng vuraraq bildirmişdir ki, ona verdiyi həmin pula 61 baş doğar qoyun, 9 baş erkək quzu almış və həmin heyvanlar Qəbələ rayon Solquca kəndində Rövşən müəllimə aid bağ sahəsində qoyun sürüsünün içərsindədir. Həmin yerə gedərək heyvanlara baxdıqda Xəyal sürünün içərsində rənglənmiş vəziyyətdə heyvanları ona göstərərək bildirmiş ki, ondan aldığı pula həmin heyvanları alıbdır. Buna görə Xəyala inanmışdır. Bundan sonra 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayına olan müddət ərzində Xəyala heyvan almaq üçün müxtəlif məbləğlərdə pul vermişdir. Belə ki, 2-ci dəfə 1 başı 165 manat olmaq şərti ilə 59 ana qoyun almaq üçün Xəyala 9735 manat, 3-cü dəfə 1 başı 182 manat olmaq şərti ilə 28 baş qoyun üçün yaşadığı evdə 5100 manat, 4-cü dəfə 1 başı 158 manat olmaqla 75 baş ana qoyun üçün 1185 manat, 5-ci dəfə Qəbələ rayon bazarında 1 başı 116 manat olmaqla 16 baş keçi almaq üçün 1760 manat, 6-cı dəfə 1 başı 161 manat olmaqla 9 baş ana qoyun üçün 1450 manat, sonuncu dəfə 2021-ci ilin mart ayının 20-dən sonra Təqsirləndirilən şəxs 1 başı 94 manat olmaqla 53 baş keçi üçün 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan xırdabuynuzlu heyvan almaq adı ilə ümumilikdə 45 895 manat pul almışdır. Bundan əlavə Xəyala atası Məmməd üçün atası Məmmədin ona verdiyi pula 2020-ci ilin oktyabr ayından həmin ilin dekabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla 90 baş bir, 178 baş bir olmaqla kökəldib satmaq üçün quzu alıb vermişdir. Təqsirləndirilən şəxs ondan əlavə bir neçə şəxsdən də heyvan alaraq onlara Oğuz rayon Söyüdlü kəndindəki fermada baxırmış. 2021-ci ilin may ayının 9-u və ya 10-u olarmış Təqsirləndirilən şəxs heyvanlara baxdığı Söyüdlü kəndindəki fermaya getmiş və görmüş ki, 1000 başdan artıq xırdabuynuzlu heyvanlar var. Xəyal ona heyvanları yaylağa aparmaq üçün bir neçə gün ərzində Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən yatağa gətirəcəyini demişdir. Bundan bir neçə gün keçdikdən sonra Xəyaldan heyvanları Xaçmaz kəndinə gətirib gətirməməsini öyrənmək üçün ona zəng vurmuş, lakin Xəyalın mobil telefonuna zəng çatmamışdır. Bir-iki gün keçmiş baş çoban Vaqifə zəng vuraraq Xəyala zəng çatmadığını onun harada olub olmamasını soruşarkən Vaqif ona Xəyalın ortalıqda olımadığını, gizləndiyini buna görə heyvan sahiblərinin şikayəti əsasında Qəbələ RPŞ-də olduğunu demişdir. Belə olub Qəbələ RPŞ-nə gələrək Xəyal barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs hisə-hissə bir neçə dəfə xırdabuynuzlu heyvan almaq üçün pul versə də aralarında heç bir qazanc olmamış, Xəyal ona heçnə verməmişdir. Sonradan bilmiş ki, Təqsirləndirilən şəxs ona göstərdiyi qoyun sürüsündəki heyvanlar başqa şəxslərə məxsus olmuş, onu aldadaraq puluna guya ki həmin heyvanları almışdır. Zərərçəkmiş şəxs2 əlavə olaraq onu da qeyd etmiş ki, Təqsirləndirilən şəxs ondan başqa atası Məmmədi, Mıxlıqovaq kəndindən olan Ələkbəri və Bakı şəhər sakini Əhməd adlı şəxsi aldatmışdır. Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan almaq üçün ayrı-ayrı vaxtlarda pul verdiyini atası Məmməd, həmkəndliləri Şahid3 və Şahid4 təsdiq edə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Mülki iddianı müdafiə etmiş və onun təmin olunmasını, həmçinin, təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, tək özünə 45.895 manat ziyan dəyib və bununla bağlı ödəniş olunmamışdır. Onlar sonradan Təqsirləndirilən şəxs dəlixanada görmüşlər, Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmamışdır. O özünə dəyən ziyanla bağlı Təqsirləndirilən şəxs verdiyi pullarla bağlı hər hansı qəbz və ya sənəd almamış, lakin bu pulları Təqsirləndirilən şəxs ondan iş yerində gəlib almışdır və bunu iş yerində olan şahidlər bu halı təsdiq edə bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X6 nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Mikayıl Ələkbərov qardaşı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Qardaşı Ələkbər 2021-ci ilin oktyabr ayından Rusiya Federasiyasına gedərək hal-hazırda Rusiya Federasiyasında yaşayır. Buna görə qardaşı Ələkbərin adından iştirak etmək üçün Ələkbər tərəfindən ona etibarnamə verilmişdir. X21 2019-cu ilin mart ayında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrək yaşadıqları Mıxlıqovaq kəndində ona məxsus həyətdə qoyun ferması inşa edərək 85 baş ana qoyun alıb təssərrüfatla məşğul olmağa başlamışdır. Həmin vaxtlarda Koronovirus xəstəliyi ilə əlaqədar pandemiya səbəbindən 2020-ci ilin noyabr ayında pandemiya şəraitinin bir qədər yumşalması, sərhədlərin açılmasından sonra qardaşı Ələkbər yenidən Rusiya Federasiyasına getmək qərarına gəldiyi üçün aldığı 85 baş qoyunları 2020-ci ilin noyabr ayının sonlarında topa şəkildə satmaq qərarına gəlmişdir. Bu barədə Təqsirləndirilən şəxs müraciət edərkən Xəyal ona həmin qoyunları topa şəkildə heç kimin almayacağını, lazım gələrəsə qoyunları onun tərəfindən alacağını bildirmişdir. Həmin ərəfədə o, qardaşı Ələkbərə məxsus qoyunları Tikanlı kəndinin ərazisində güdürkən Xəyal qardaşı Ələkbər ilə birlikdə qoyunların olduğu yerə gəlmişlər. Xəyal qoyunlara baxdıqdan sonra 85 baş qoyunu 15 000 manat dəyərində qiymətləndirmişlər. Ələkbərə ödəməli olduğu məbləğin 4000 manatını tez, digər yerdə qalan 11000 manat hissəsini isə 2021-ci ilin may ayında verəcəyinə vəd vermişdir. Ələkbər Xəyalın təklifi ilə razılaşmış, Xəyal həmin gün Ələkbərə məxsus 85 baş qoyunu Elsəfa, İnşallah, Cavid adlı şəxslərin yük avtomobillərinə yükləyərək onları Oğuz rayon Söyüdlü kəndindəki qoyuna baxdığı fermaya aparmışdır. Bundan təxminən bir ay sonra Təqsirləndirilən şəxs Ələkbərə 4000 manat pul vermiş, qalan digər 11000 manat pulu verəcəyinə söz versə də həmin pulu bu vaxta kimi verməmiş, qeyd olunan məbləğdə olan pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxslə aralarında razılığa gəlsələr də, Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi yenə də yerinə yetirməkdən yayındığından, ondan şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Nümayəndə1 bildirmişdir ki, Xəyal qoyunları noyabr ayında götürmüş və onlara demişdir ki, pulun tamamını may ayında verəcəkdir. Lakin may ayında pulu ödəməmişdir. Xəyal qoyunları aldıqdan 10 gün sonra 4 min manat pulu qardaşına vermişdir. Xəyal 4 min manatı verdikdən sonra bildirmişdir ki, qoyunlar doğduqdan sonra, quzuları satıb geri qalan pulu da ödəyəcəkdir. Xəyal pulu ödəməmiş, onlar da polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs qardaşına 15 min manat pul qarşılığında qoyunları almaq istədiyini bildirmiş, pulun 4 min manatını ödəmişdir. Lakin geri qalan 11 min manatı may ayında ödəyəcəyini bildirmişdir. Ancaq həmin vaxt gəlib çatdıqda, Xəyal pulu ödəməmişdir. Hadisə 2019-cu ilin noyabr ayında baş vermişdir. Təqsirləndirilən şəxs ilə aralarında borc müqaviləsi bağlamışlar. Müqavilə əsasında 150 manatdan 300 manata qədər Xəyal pulun geri qalanını ödəyəcəkdir. Xəyal onlara Zərərçəkmiş şəxs1 qoyunlarının bir hissəsinin onda olduğunu demişdir. Qardaşının 85 baş qoyunu olmuş, qoyunların hamısı dişi olmuşdur. Qoyunların bir hissəsi doğası qoyunlar olmuşdur. Qoyunların hər birinin çəkisi təxminən 40-45 kiloqram olmuşdur. Hal hazırda qardaşının təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsi əvvəllər tanıyırmış. Qardaşı hazırda Rusiya Federasiyasında yaşayır. Qardaşı Xəyala demişdir ki, qoyunları satıb pulunu ona versin. Çünki qardaşı ölkədən getməyi düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, noyabr ayında Təqsirləndirilən şəxs çobanı kimi işə başlamış, daha sonra Oğuz rayonunun Yeni Söyüdlü kəndində Təqsirləndirilən şəxs icarəyə götürdüyü fermaya 350 baş heyvanla getmiş, sonra Zərərçəkmiş şəxs2 150 baş quzunu Xaldandan, Ucardan və Göyçaydan alıb gətirmişdir. Bundan başqa qoyun alınmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 bildirmişdir ki, 150 baş quzunun pulunu Zərərçəkmiş şəxs2 vermişdir. 150 baş quzu satılması üçün kökəldildikdən sonra Təqsirləndirilən şəxs həmin heyvanları satdığını demiş və pulu Zərərçəkmiş şəxs2 verdiyini bildirmişdir. 150 baş quzunu Xəyal bazarda alverçilərə satmışdır. 150 baş quzu 30-40 gün sonra satılmış, belə ki, həmin heyvanlar gələndə də kök olanları olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, 150 baş quzunu kökəldib satmaq üçün almışlar. Zərərçəkmiş şəxs2 Xaldanda, Ucarda və Göyçayda aldığı quzuların pulunu özü vermişdir. O, işə başladığı noyabr ayında qoyunların içərisində zəif qoca qoyunlar var imiş. O, işə yeni başlayanda Zərərçəkmiş şəxs1 sürüdə qoyunlarının olmasını bilməmişdir. O, sürüdə Zərərçəkmiş şəxs1 heyvanlarının olmasını sonradan öyrənmişdir. Sürüdə olan qoyunların hamısı zəif olmuşdur. Onlar Oğuz rayonunun Yeni Söyüdlü qəsəbəsinə gedəndə onlarda 350 baş heyvan olmuşdur. O, əmək haqqını ilə bağlı razılaşıb işə başlayandan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 da sürüdə qoyunları vardır. Zərərçəkmiş şəxs1 168 baş qoyunu və bir baş keçisi olduğunu bildirmişdir. O işləyən vaxtı Zərərçəkmiş şəxs1 fermaya 78 baş qoyun alıb gətirməmişdir. Onun əmək haqqını, heyvanın otlaq yerinin və yeminin pulunu Təqsirləndirilən şəxs vermişdir. O, işlədiyi vaxtı qoyunların balalarının hamısı tələf olmuş və qoyunlardan da ölənləri olmuşdur. Xeyli qoyun ölmüş, lakin ölən qoyunların kimə məxsus olduğunu dəqiq bilməmişdir. Qalan qoyunların kimin tərəfindən aparılması ilə bağlı bildirmişdir ki, sürüdə kimin qoyunu var idisə, onlar öz qoyununu aparmışdır. Saşa da öz qoyununu aparmışdır. Təqsirləndirilən şəxs barədə cinayət işi açılmamışdan əvvəl ümumi sürüdə 800-də çox heyvan olmuşdur. Burada 4 nəfər çobanın qoyunu olmuşdur. Aprel ayında Təqsirləndirilən şəxs 53, 70 və 80 manatdan bütün heyvanları satmışdır ki, qoyunların sahibinə pulu ödəyəcəkdir. Sürüyə nəzarəti Xəyal etmişdir. Zərərçəkmiş şəxs1 3 dəfə qoyunlara baxmağa gəlmişdir. Hətta o, bir dəfə Xəyalla Məmməd kişinin yanına gələndə ona demişlər ki, onlar öz aralarında danışırlar, ona isə gedib qoyunlara ot verməyi tapşırmışlar. Zərərçəkmiş şəxs1 sonuncu dəfə aprel ayında gəlmişdir. Zərərçəkmiş şəxs1 gedəndən sonra Xəyal demişdir ki, onlar razılaşmışdır və qoyunları satacaqdır. Həmin pulları Xəyal Zərərçəkmiş şəxs1 verəcəyini demişdir. Qoyunlarını yeminin pulunu, qışlağın icarə pulunu, 28 ton arpanın pulunu, 1800 ədəd tay yonca otunun pulunu, 600 tay arpa samanının pulunu, qoyunları içdiyi suyun pulunu və çobanların əmək haqqılarının pulunu Xəyal vermişdir. Xəyalın həmin pulları haradan əldə etməsini bilməmişdir. Heyvanların hər birindən 10 manat gəlir əldə etməsini ona Xəyal demişdir. Son dəfə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yaylaq axtarmaq üçün getmişdir. Zərərçəkmiş şəxs1 o bu barədə məlumat vermişdir. Sonra isə evinə getmişdir. O, Xəyalın atası Akifə demişdir ki, sürünü dağıdırlar. O, Xəyalın balansında olan işarə qoyulmuş 198 baş qoyunu Xəyalın atası Akifə təhvil vermişdir. 39 baş heyvan o, işə başlamazdan əvvəl Xəyalgilin həyətində kökəldilib satılmışdır. 100-150 manata satılan heyvanlar kökəltmə heyvanları olmuşdur. O dediyi qiymətlər kökəltmə heyvanları ilə bağlı olmuşdur. Qalan heyvanları isə 53, 70 və 80 manata satdığını Xəyal ona demişdir. Xəyalın kimdənsə pulu almasını və satmasını faktiki görməmişdir. O, alverçidən bir dəfə Xəyalın pul aldığını görmüşdür. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Qəbələ rayon Zərgərli kəndində yaşayır və orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında tanımış, Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2020-cilin oktaybr ayının sonlarında həmkəndlisi Əliyusif ona Mıxlıqovaq kəndindən olan Təqsirləndirilən şəxs qoyun güdmək üçün çoban axtardığını, Əliyusifə qiymətdə razılaşacağı halda Xəyala çobanlıq edəcəyini bildirmişdir. Bu məsələdən 1-2 gün sonra 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Xəyal ilə Qəbələ rayon Nic qəsəbəsi ərazisində dairə yaxınlığında olan moykanın yanındakı çayxanada görüşmüşlər. Az keçmiş yanlarına həmkəndlisi Saşa Əsgərov da gəlmiş, belə ki, o, əvəllər Saşaya məxsus heyvanlara çobanlıq etmişdir. Saşanı oraya Xəyal dəvət etmişdir. Söhbət zamanı Xəyala məxsus qoyunları güdəcəyi halda aylıq ərzaq və 400 manat pul verəcəyini, əlavə kökəltmə qoyunlara baxacağı təqdirdə 100 manat pul verəcəyini bildirmişdir. Saşa onu Xəyala təqdim edərək onun təsərrüffatçıl adam olduğunu və bu məsələdən başı çıxan şəxs kimi təqdim etmişdir. Xəyala məxsus qoyunların sayını əvvəlcədən bilmirmiş. Xəyal ona bildirmiş ki, onun qoyunları Qəbələ rayon Solqıca kəndi ərazisində Rövşən adlı şəxsin bağındadır və qoyunlara baxmaq üçün həmin bağı müvəqqəti olaraq 2 000 manata alıbdır. Xəyal ilə razılaşdıqdan sonra ona 5-6 günlük həyətində şəxsi işinin olduğunu, işini görüb qutardıqdan sonra onun qoyunlarını güdəcəyini demişdir. Bundan 3 gün sonra 2020-ci ilin oktyabr ayının sonlarında tam günü və tarixi yadına gəlmir, Xəyal ona zəng edərək demiş ki, kökəldib satmaq məqsədi ilə gedib birlikdə erkək qoyunlar qoyun alsınlar. Belə olub Təqsirləndirilən şəxs Bum qəsəbə sakini Məmmədin oğlu Akif adlı şəxslə birlikdə Ağdaş rayon bazarına gedərək oradan Akif 39 baş erkək dişi cinsli qarışıq qoyun alaraq Xəyala vermişdir. Oradan Qəbələ rayonuna gələrək o, yaşadığı Zərgərli kəndinə getmiş, Xəyal ilə Akif isə birlikdə olmuşlar, onlar almış olduqları heyvanları haraya apardıqlarını görməsə də, sonradan bildiyinə görə Xəyal həmin heyvanlara öz həyətindəki bordaqda baxmışdır. xx.xx.2020-ci il tarixdə Xəyalın qoyunlarını güdmək üçün qoyunların olduğu yerə Qəbələ rayon Solquca kəndində olan Rövşənin bağına getmişdir. Xəyal ona orada olan qoyunların sayının ümumilikdə 405 baş olduğunu bildirsə də Xəyalın özünə inanmayıb Xəyalın iştiraki ilə qoyunları saydıqdan sonra 404 baş qoyun olduğu məlum olmuşdur. Lakin kimə nə qədər məxsus olduğunu bilməsə də həmin heyvanlar Qəbələ rayon Bum qəsəbə sakini Məmmədə və Zərgərli kənd sakini Saşa Əsgərova məxsus olmuşlar. Xəyal bildirmiş ki, həmin heyvanların 169 baş qoyun, Bum qəsəbə sakini Məmmədə, yerdə qalanı isə Zərgərli kənd sakini Saşa Əsgərova və özünə məxsusdur. Əlavə 10-12 baş heyvan isə bağın sahibi Rövşənin qardaşı oğlu Cavidana məxsusdur. Saşanın heyvanlarının sayını dəqiq bilməsə də onların tanınmaları üçün qulaqlarına kəsilərək işarə qoyulmuşdur. Məmmədin heyvanlarının tanınmaları üçün hər birinin belinə qırmızı rəng vurulmuşdu. Məmmədin heyvanlarının içərsində boğaz və qısır olanları əlavə 1 keçi olmuşdur. Həmin ərazidə Xəyalın özü ilə birlikdə 10-12 günə kimi 404 baş qoyunu güddükdən sonra Xəyal işlərinin olduğunu çatdıra bilmədiyini əsas gətirərək əlavə Qəbələ rayon Dandıq kənd sakini İlham adlı şəxsi qoyun güdmək üçün çoban kimi gətirmişdir. İlham ilə təxminən 15 günə kimi qoyunları orada güdərək havaların yağmurlu keçməsi səbəbindən qoyunlara baxmaq çətinləşdiyi üçün, həmçinin bağın sahibi Rövşənin yeri şumlatmasına görə Xəyal onunla birlikdə Oğuz rayonu Söyüdlü (Kirovka) kəndi ərazisində olan fermaya getmişdir. Hələ Qəbələ rayon Dandıq kəndində olarkən 2 baş qoyun ölmüşdür. Bundan əlavə zəif olan qoyunların 130 başını Xəyal öz həyətinə aparmış ki, onlara bordaqda baxsın. Həmin heyvanların bir qismi Saşaya, bir qismi Məmmədə və bir qismi isə özünə məxsus olmuşdur ki, lakin kimə nə qədər məxsus heyvan olduğunu bilməmişdir. Həmin ferma Qəbələ rayon sakini Vaqif adlı şəxsə məxsus olmuş ki, fermaya, 2000 başa kimi qoyun sığarmış. Həmin yer qış hörüşündən ötürü əlverişli olduğu üçün Xəyal yeri bəyənərək 2021-ci ilin may ayına kimi Vaqifdən 2 000 manata icarəyə götürmüşdür. Bundan sonra Xəyal ilə birlikdə qoyunların olduğu Qəbələ rayon Solquca kəndində Rövşən bağına qayıdaraq İlham da birlikdə olmaqla 3 gün qoyunların yanında qalmışlar. Sonra Xəyal yük maşini sifariş etmiş, heyvanları maşınlarla Oğuz rayonu Söyüdlü kəndinə fermaya aparmışlar. Həmin yük maşınlarının sürücüsünün birinin adı İnşallah, digərinin adını isə tanımır. Beləliklə Dandıq kəndindəki hörüş sahəsindən 355 baş qoyunu Oğuz rayon Söyüdlü kəndinə fermaya aparmışlar. Həmin heyvanlar yük avtomobilləri ilə aparılarkən 4 başı ölmüşdür. Bundan 2-3 gün sonra Xəyal həyətinə apardığı 130 baş qoyundan 81 başını qaytararaq Söyüdlü kəndindəki fermaya qoyunların olduğu yerə gətirmişdir. Oğuz rayonu Söyüdlü kəndinə yenicə gəlmiş Xəyal apardıqları qoyunlardan 15 baş qoyunu tanımadığı şəxsə sataraq heyvanlara yem və ot almışdır. Həmin satılan heyvanların içərsində sayını bilmədiyi Məmmədə məxsus heyvanlarda olmuşdur. Bundan əlavə Qəbələ rayon Solquca kəndindən olan adını bilmədiyi şəxsə onun qoyunları olduğu üçün 10 başını ona, bundan əlavə Xəyal Oğuz rayon Söyüdlü kəndindəki fermanın sahibi Vaqifə yer haqqı pul vermək üçün Vaqifin oraya göndərdiyi tanımadığı şəxlərə 20 baş biri 100 manata olmaqla sataraq 2000 manat pul vermişdir. Həmin heyvanlar özünə və Saşaya məxsus heyvanlar olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində tam günü və tarixi yadına gəlmir, Xəyal Qəbələ rayon Mıxlıqovaq kənd sakini Ələkbərdən 84 baş qoyun alıb gətirərək sürüyə qatmış və demiş ki, həmin heyvanların bir başını 160 manatdan almış, heyvanları ümumilikdə 15 000 manata razılaşıb Ələkbərə 4 000 manat pul vermiş, 11 000 manat pulu isə 2021-ci ilin may ayının sonlarına kimi verəcəyinə söz vermişdir. Xəyal Ələkbərin heyvanlarına orada 2-3 gün baxdıqdan sonra 2 dəfəyə tanımadığı digər rayon sakinlərinə hamısını satmışdır. Neçəyə satdığını bilməsə də Xəyal ona hər heyvana görə 10 manat xeyir tutduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Xəyal baxmaq üçün Oğuz rayon sakini Fariz adlı şəxsdən 70 baş qoyun gətirdib heyvanlara qatmışdır. 13 dekabr 2021-ci il tarixdə çoban İlham bir dəfəlik çıxıb getmişdir. Xəyal İlhamın əvəzinə çoban kimi qardaşı Valehi və həmkəndlisi İmranı gətirmişdir. Valeh və İmran qoyun güdməyə gələrkən Valeh özünə məxsus 85 baş, İmran isə 47 baş qoyun gətirərək baxmaq üçün sürüyə qatmışlar. Xəyal onlarla yeməklərini və hər ayda çoban haqqı 300 manat pul verməyi razılaşmışdır. Həmçinin, Xəyal İmranın 47 baş qoyununa əlavə 9 baş qoyun alaraq qatmışdır. Beləliklə yuxarıda sadalanan qoyunlar satıldıqdan sonra sürüdə 598 baş qoyun qalmışdı. 2020-ci ilin dekabr ayının sonlarında o, Xəyal və Məmmədin oğlu Akif birlikdə 53 baş Xaldandan 16 baş dişi erkək cinsli qarışıq quzuları alıb gətirərək fermadakı bordağa salmışlar. Heyvanların pulunu Akif vermişdir. Bundan 3-4 gün sonra Göyçay və Ucar rayonundan Akif Xəyala 90 baş quzu alıb vermişdir. Akifin Xəyala alıb verdiyi quzulara bordaqda baxılırmış, sürüyə qatılmırmış.Həmin quzulara görə əldə ediləcək gəlir Xəyal, Akif və ya Akifin atası Məmməd arasında yarıyarılığına bölünməli imiş. 15.01. 2021-ci il tarixdə Xəyal Akifin ona əvvəlcədən kökəltmək məqsədi ilə alıb vermiş olduğu qoyunlardan 1 başını 165 manata olmaqla ümumildə 53 başını Bakı şəhərindən olan Rafiq adlı şəxsə, yanvar ayının sonlarında yatağın sahibi Vaqifin göndərdiyi şəxslərə 1 başı 110 manat olmaqla 30 baş, fevral ayının əvvəllərində isə tanımadığı şəxsə 39 baş, 4-5 gün sonra həmin heyvanlardan 40 başını heyvanlara ot və su almaq adı ilə Şamaxı rayonundan olan Rafiqə satmışdır. 2021-ci ilin fevral ayının sonlarında erkək və dişi cinsli olmaqla Xəyal Şamaxı rayonundan Rafiqdən 70 baş toxlu alıb gətirərək həmin heyvanları 10 gün saxladıqdan sonra satmaqla Rafiqin pulunu vermiş və hər heyvana görə özünə də xeyir qalmışdır. 2021-ci ilin fevral ayında Xəyalın deməsinə görə Qusar rayonundan 1-ci dəfə 82 baş, 2ci dəfə isə 83 baş olmaqla ana quzu qarışıq heyvan gətirib sürüyə və bordağa qatmadan 2 saat ərzində tanımadığı şəxsə, bundan bir həftə sonra yenidən Qusar rayonundan 128 baş ana quzu qarışıq heyvan gətirib 2-3 gün fermada saxlayıb lakin çöldə güdülən heyvalara qatmadan tanımadığı şəxslərə satmışdır. Xəyal ona Qusardan aldığı heyvalara görə pulu Saşanın ona verdiyini demişdir. Bundan əvvəl isə xx.xx.2021ci il tarixdə Xəyal bildiyi qədər Şamaxı tərəfdən 34 baş qırmızı qulaq deyilən zəif ana qoyun alıb gətirərək baxmaq üçün ayrıca bordağa salmış, Xəyal ona demiş ki, həmin heyvanlara ümumilikdə 850 manat pul verib. Həmin heyvanlara 2021-ci ilin mart ayının sonlarına kimi baxmışlar. 34 baş heyvan kökəldikdən sonra Xəyal 13 başını hər birini 130 manatdan satmış, 5 başını ona vermiş, qalan 16 başını özünə saxlamış yerdə qalan digər heyvanları sonradan az-az satmışdır. 2021-ci ilin fevral ayında Xəyal Qəbələ rayon Mıxlıqovaq kənd sakini Ağakərimə məxsus təxminən 135 baş qoyun, 81 baş quzu, Qəbələ rayon Zərgərli kənd sakini Adil Mikayılova məxsus isə 40 baş qoyun və 30 baş quzu gətirərək sürüyə qatmışdır. Adilə məxsus heyvanların əksəriyyəti xəstəlikdən ölərək tələf olmuşdur. Bundan sonra Xəyal 2021-ci ilin mart ayının sonlarında Qobustan rayonu ərazisindən Əhməd adlı şəxsə məxsus 450 baş qoyun, 277 baş quzu, 61 baş rus keçisi, 34 baş ərəb keçisi və 14 baş yerli keçi gətirərək Oğuz rayonu Söyüdlü kəndinə gətirərək baxmaq üçün sürüyə qatmışdır. Bir həftə sonra Əhməd sürünün olduğu Oğuz rayon Söyüdlü kəndinə gələrək heyvanları sayıb Xəyala təhvil verməklə çıxıb getdi. Bundan 3-4 gün keçmiş Xəyal ona Bakı şəhəri Qobu qəsəbəsindəki yaşayış evinin plana düşdüyü üçün bununla bağlı dövlət tərəfindən ona kart verildiyini və karta 47 min manat pul vurulmaqla həmin kartı Əhmədə verdiyini, bundan əlavə 2021-ci ilin aprel ayının 20-nə kimi Əhmədə 20 000 manat pul verməli olduğunu deyərək Əhmədin heyvanlarına Söyüdlü kəndində olan fermada baxdığıqları müddətdə 2021-ci ilin aprel ayında Xəyal Əhmədin qoyunlarından Rafiq adlı şəxsə hər başı 140 manatdan olmaqla 60 baş, daha sonra 260 baş ana quzu bir yerdə, ana-bala 1 başdan hesablanmaqla hər başı 140 manatdan, Fariz adlı şəxsə 20 baş, Oğuz rayon Kərimli kəndindən olan adını bilmədyi şəxsə 20 baş, 40 baş yanı balalı olan qoyunları, əsgər yoldaşı olan Qəbələ rayon Yenikənd kəndindən olan Elməddin adlı şəxsə fermada olarkən, 35 baş qoyun və 45 baş keçini isə Bakı şəhərinə tanımadığı şəxsə satmışdır. 32 baş keçini isə onun vasitəçiliyi ilə Arif adlı şəxsin kamaz markalı yük avtomobili ilə Göyçay rayonuna aparıb Ramin adlı şəxsə ümumilikdə 34 000 manata satıb pulunu gətirib Xəyala vermişdir. Bildiyinə görə Xəyal həmin pullardan 20 000 civarında pulu Zarağan kənd sakini Yasərin vasitəçiliyi ilə Əhmədə veribdir.Bundan sonra artıq yay mövsümü ilə əlaqədar yaylağa köç başladığından Oğuz rayon Söyüdlü kəndindən heyvanları köç etdirərək Oğuz rayon Xaçmaz kəndinə gətirmək qərarına gələrək 2021-ci ilin may ayının əvvəllərində heyvanları Söyüdlü kəndindəki fermadan çıxarıb köçə başlamışlar. Həmin vaxtı sürüdə Qəbələ rayon Mıxlıqovaq kənd sakini Ələkbərə, Bum qəsəbə sakinləri Məmmədə və ya Akifə məxsus heyvan qalmamışdır.Çünki onlara məxsus heyvanlar fermada olarkən Xəyal tərəfindən satılmışdır.Sürüdə Əhmədə məxsus 240-250 baş ana bala qarşıq qoyun, 14 baş yerli keçi, Ağakərimə məxsus 200-dən artıq, Adilə məxsus 30 başdan artıq, çobanlar Allahverdiyə məxsus 200 başa yaxın, Pərviz və Ceyhuna məxsus 45 başa yaxın, Xəyal və Saşaya məxsus 150-dən artıq və ona məxsus isə 17 baş heyvan olmuşdur. Bir neçə gün ərzində heyvanları köç etdirməklə 2021-ci ilin may ayının ortalarında heyvanları Oğuz rayon Xaçmaz kəndi ərazisindəki meşəlik ərazisinə gətirmişlər.Oraya gəldikdən sonra digər çobanlar Pərviz və Allahverdi orada qalmaqla 2 günlük yaşadığı Qəbələ rayon Zərgərli kəndinə gəlmişdir. İki gün sonra sürünün yanına qayıdarkən Xəyalın orada olmadığını, belə ki onun qaçaraq gizləndiyini, sürünün isə dağılmış formada olduğunu görmüşdür.Şahid qismində dindirilmiş Şahid1 əlavə olaraq onuda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 tərəfindən onun güddüyü heyvanlara güdmək üçün heyvan qatılmamış, Akif Xəyala kökəldib satmaq üçün 39 baş bir, 90 baş bir və 63 baş bir olmaqla quzu alıb vermiş, həmin heyvanları Söyüdlü kəndindəki fermada ayrıca baxıb kökəltmiş, Xəyal isə onları satmış, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs baxmaq üçün 232 baş ana qoyun, 9 baş erkək keçi və 69 baş ana qoyun alıb verdiyini görməmiş, Zərərçəkmiş şəxs1 aid ümumilikdə 169 baş qoyun olmuş, əlavə olaraq Məmməd həmin qoyun sürüsünə heyvan alıb gətirməklə qatmamış, Akifin yuxarıda qeyd etdiyi almış olduğu quzular atası Məmmədə məxsus olmuş, həmin 169 baş heyvanı Xəyal bildiyinə görə satıb pulunu Məmmədə vermiş, Xəyal ilə birlikdə güddükləri sürüdə Məmmədə məxsus 169 baş ana qoyun, 2 baş keçi, sonradan oğlu Akif tərəfindən alınıb verilən 153 baş toğlu olmuş, Məmmədin sürüyə əlavə 78 baş ana qoyun və digər sayda quzu alıb qatdığının şahidi olmamış, əlavə isə Akif tərəfindən 39 baş quzu alınaraq Xəyala vermiş, Xəyal həmin heyvanlara ayrıca öz həyətində baxmış, qeyd olunanlardan başqa Məmmədin və oğlu Akifin Xəyala əlavə heyvan alıb vermələrindən məlumatı olmamış, Xəyal Ələkbərdən 84 baş qoyun alıb gətirərək sürüyə qatmış, həmin heyvanların bir başını 160 manatdan almış, heyvanları ümumilikdə 15 000 manat razılaşıb Ələkbərə 4 000 manat pul vermiş, 11 000 manat pulu isə 2021-ci ilin may ayının sonlarına kimi verəcəyinə söz vermiş, lakin bildiyinə görə həmin pulu Ələkbərə verməmiş, Xəyal sonuncu dəfə 2021-ci ilin mart ayının sonlarında Qobustan rayonu ərazisindən Əhməd adlı şəxsə məxsus 450 baş qoyun, 250 baş quzu, 61 baş rus keçisi, 34 baş ərəb keçisi və 14 baş yerli keçi gətirərək güddüyü sürüyə qatmış, güddüyü qoyun sürüsünü 2021-ci ilin may ayında Oğuz rayon Söyüdlü kəndindən Oğuz rayon Xaçmaz kəndində yerləşən meşəlik ərazisindəki yatağa apararkən həmin sürüdə təxminən 800 başdan artıq 900 başa yaxın heyvan olmuş, Təqsirləndirilən şəxs Saşa Əsgərova pul və ya heyvan borcu olub-olmaması məsələsinə gəlincə isə Xəyalın Saşaya 21 000 manat nəğd şəkildə pul borcu və 240 baş isə qoyun borcu olmuş, Xəyal ona 970 baş qoyun sayıb verməmiş, Xəyal baxmaq məqsədi ilə ayrı-ayrı şəxslərdən aldığı heyvanları özü satmış, sonra həmin məsələni gizlədib öt basdır etmək məqsədi ilə yalandan ruhi xəstə kimi Şəki rayon Psixatrik xəstaxanasına müraciət edərək orada gizləndiyini bildirmişdir (cild 01 iş vər. 246-252). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən 5 il müddətinə Zərərçəkmiş şəxs1 ilə aralarında olan müqavilə əsasında onun şəxsi təssərrüfatına məxsus 160 baş ana qoyunu, 9 baş erkək cinsli qoyunu və 1 baş ana keçini təhvil alıb həmin heyvanları güdərək çobanlıq etmişdir. Heyvanlara baxmaq məsuliyyəti onun üzərinə düşürmüş, belə ki, həmin heyvanlardan öldükdə və tələf olduqda əvəzinə öz vəsaiti hesabına alıb digərini yerinə qoyurmuş. Zərərçəkmiş şəxs1 ilə aralarında razılaşmaya əsasən heyvanların yemi Məmmədlik, otu və dərmanı isə onluq olmuş, yeni doğulmuş quzuları böyüdüb satmaqla əldə etdikləri gəlir yarı-yarılığına bölünürmüş. Bu şərtlə Zərərçəkmiş şəxs1 şəxsi təsərrüfatına məxsus heyvanları güdərək çobanlıq etmişdir. Artıq Zərərçəkmiş şəxs1 ilə aralarında olan 5 il müddətə olan müqavilə sona çatdığından, həmçinin yaşlandığından, eləcə də heyvanları güdmək üçün hörüş sahəsi olmadığı üçün 2020-ci ilin sentyabr ayında Məmmədə məxsus heyvanları güdməkdən imtina edərək heyvanlarını Zərərçəkmiş şəxs1 təhvil vermək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Zərgərli kəndinin örüş sahəsində olarkən Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxsla birlikdə sürünün olduğu yerə gəlmiş, Zərərçəkmiş şəxs1 ona məxsus güddüyü qoyunları ondan təhvil alaraq güdmək üçün Təqsirləndirilən şəxs təhvil vermişdir. Hər birinin orada iştirakı ilə o, Zərərçəkmiş şəxs1 məxsus 160 baş ana qoyunu, 9 baş erkək cinsli qoyunu və 1 baş dişi cinsli keçini Zərərçəkmiş şəxs1 sayıb təhvil verməklə Təqsirləndirilən şəxs həmin heyvanları baxmaq üçün bir-bir sayaraq xarici görünüşünə, dişlərinə baxaraq təhvil alıb qarşısına qataraq aparmış, lakin haraya apardığını bilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualara cavab olaraq Süleyman Səbzəliyev bildirmişdir ki, o, 160 baş doğar qoyun, 9 baş erkək qoç və 1 baş keçi təhvil vermiş, Təqsirləndirilən şəxs bütün heyvanlara baxaraq ondan təhvil almışdır. Həmin heyvanların içərisində 28 baş heyvan bəyənilməmişdir. O, həmin 28 baş heyvanın əvəzinə heyvan alıb təhvil vermişdir. Təqsirləndirilən şəxs onun yanında heyvanların pis olması ilə bağlı hər hansı etiraz etməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 aralarında yazılı müqavilə bağlamış, lakin onlar arasında olan müqavilənin məzmunundan xəbəri olmamışdır. Qoyunlarının çəkisini gözəyarı təxmini bildirmişdir. Zarağanda çayxanada Zərərçəkmiş şəxs1 və onun oğlu Zərərçəkmiş şəxs2la 135 manata qoyunu satıb onda qalması barədə danışmışlar. O, 130 manat təklif etmiş, Zərərçəkmiş şəxs1 isə 135 manata razı olacağınızı bildirmişdir. Buna görə də, razılaşmamışlar. O, 125-130 manata qoyunları tədricən satıb pulu Zərərçəkmiş şəxs1 vermək istəyirmiş. O, təhvil verəndə Zərərçəkmiş şəxs1 zəif qoyunlarının çəkisi 30-40 kq, digərləri isə 50-60 kq olarmış. Zərərçəkmiş şəxs1 qoyunu satmağı təklif etmiş, o, 125-130 manata qoyunları satmağı təklif etsə də, Zərərçəkmiş şəxs1 135 manatdan aşağı satmaq istəmədiyini bildirmişdir. Qoyunların 50-si Şəki sortu, yerdə qalanları yerli sort ana heyvanlar və 9 baş erkək qoç olmuşdur. Quzular olduqca satılıb pulu böülünürmüş. O hər il 10 heyvanı satıb yerinə cavan heyvanlar alırmış. Digər qoyunlar 4-5 yaşda qoyunlar olarmış. Qoyunlar ildə 1 dəfə bala verirmiş. Qoyunlar yaylağa getmədiyi üçün ildə 1 dəfə quzu verirmiş. Qoyunların əkiz balası olan və ya ildə 2 dəfə bala verəni də olurmuş. O, təhvil verdiyi qoyunların içərisində 10-20 və ya 30-40 manata gedəsi qoyunlar olmamışdır. 15-20 manata Qəbələdə qoyun almağın mümkün olmadığını bildirmişdir. Yaşlı qoyunları 50-60 manata almağın mümkün olduğunu bildirmişdir. Bundan aşağı qiymətə qoyun satmadıqlarını bildirmişdir. O, müqavilədə göstərilən müddət başa çatdığı üçün, otlaq sahələrinin azalması və onun yaylağa gedə bilməməyi səbəbi ilə qoyunları təhvil vermişdir. Qoyunları o, 2020-ci ilin payızında təhvil vermişdir. Pandemiya dövründə alıcılıq qabiliyyəti zəif olmuşdur. Pandemiya dövründə 130 manata o, heyvan almışdır. Qeyd etdiyi 28 baş heyvanı həmin qiymətə almışdır. Həmin qoyunlar damazlıq heyvanlar olmuşdur. O, Zərərçəkmiş şəxs1 qoyunlarına baxanda arpanı Zərərçəkmiş şəxs1 vermiş, otu və güdməsi isə ona aid olmuşdur. Eyni zamanda, qoyunlara o, dərman alırmış. O, yalnız 80 quzunun xeyrini Zərərçəkmiş şəxs1 verirmiş. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında nə danışıq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildən artqı müddətdir ki, tanıyrır. Belə ki, həmin vaxtlarda dayısı oğlu Zərərçəkmiş şəxs2 ilə eləcə də qardaşı Şahid4 ilə birlikdə fındıq alveri ilə məşğul olduqları vaxtda Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində onlara bir neçə dəfə fındıq satmışdır. 2020 ci ilin sentyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddətdə Zərərçəkmiş şəxs2 ilə quru meyvələrin alqı-satqısı ilə məşğul olmuşlar. 2021-ci ilin yanvar ayından həmin ilin mart ayına kimi olan vaxtda Qəbələ rayon mərkəzi bazarında meyvə alqı-satqısı ilə məşğul olduqları vaxtı Təqsirləndirilən şəxs bir neçə dəfə bazara gələrək məbləğini bilmədiyi qədər Akifdən pul alıb getdiyinin şahidi olmuşdur. Bunu görərək Akifdən nə məsələ olduğunu soruşarkən Akif ona bildirmişdir ki, Xəyala pul verir, Xəyal həmin pula qoyun alır və həmin qoyunlara baxıb artırmaqla satdıqdan sonra pulunu yarı-yarılığına böləcəklər. 2021-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs2 qoyun almaq üçün Təqsirləndirilən şəxs pul verməli olduğundan, kredit almaq üçün ona zamin durmasını xahiş etmişdir. Bu məqsədlə həmin vaxtı qardaşı Fərahimin avtomobili ilə Şəki rayonuna gedərək Akifə zamin durmaqla “Bank of Baku” adlanan bankdan Akif 10000 manat nəğd şəkildə pul götürmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs da onlarla birlikdə olmuş, pulu alıb geri qayıdarkən Oğuz rayon ərazisində Akif həmin kreditə götürdüyü 10000 manat pulu sayaraq qoyun almaq adı ilə Təqsirləndirilən şəxs vermişdir. Xəyal həmin pulu Akifdən aldıqdan sonra Oğuz rayon Söyüdlü kəndi ərazisində qoyun saxladığı yatağa gedəcəyini bildirərək avtomobildən düşüb onlardan ayrılmışdır. Təqsirləndirilən şəxs zahiri görünüşündən, hərəkətlərindən başa düşürmüş ki, o çobana oxşamır və bu barədə qardaşı Fərahimlə Akifə demişlər ki, Xəyaldan şübhələnirlər ona pul verməsin. Lakin Akif isə cavab olaraq demiş ki, görərik bunun axırı yaxşı olacaqdır. Bu məsələdən bir-iki ay keçmiş eşitmiş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 eləcə də onun kimi bir neçə nəfər şəxsi aldatmış, Zərərçəkmiş şəxs2 ümumilikdə hisə-hissə qoyun almaq adı ilə 45000 manatdan artıq pul almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla şərikli qoyun saxlamış, Akiflə bankdan aldıqları pulu məhz həmin məqsədlə Təqsirləndirilən şəxs vermişlər. Zərərçəkmiş şəxs2 onlarla birlikdə başqa işdə işləmişdir. Əlavə olaraq qoyun işi ilə də məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 bankdan pul almaq üçün onun zamin durmağını xahiş etmiş, o da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs həmin pula qoyun alacaqmış. 10 min manat pul onun yanında Təqsirləndirilən şəxs verilmişdir. Onlar “Bank of Baku” adlanan banka getmiş, yanında qardaşı Fərhad, dayısı oğlu Akif, Təqsirləndirilən şəxs və Rəşad adlı şəxs olmuşdur. Həmin bankdan 10 min manat pul alınmışdır. Kredit dayısı oğlu Zərərçəkmiş şəxs2 adına götürülmüşdür. Zamin 2 nəfər şəxs olmuşdur. O və Rəşad adlı şəxs zamin olmuşdur. Akif 10 min manat pulu Təqsirləndirilən şəxs maşında gedərkən vermişdir. O, həmin zaman maşında olmuşdur. Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan almaq adı ilə Zərərçəkmiş şəxs2 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonlarına kimi olan müddətdə məbləğini bilmədiyi qədər bir neçə dəfə pul aldığının şahidi olmuş, lakin ümumilikdə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs dəqiq nə qədər pul verdiyini bilməmişdir. Lakin onun yanında 10 min manat pul Təqsirləndirilən şəxs verilmişdir. İbtidai istintaq zamanı demişdir ki, dayısı oğlu Akif Təqsirləndirilən şəxs ümumilikdə 45 min manat pul vermişdir. Onu da dayısı oğlundan eşitdikləri əsasında demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 vəfat etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. Özünə məxsus Ford Tranzit markalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobili var ki, həmin avtomobil ilə sifariş əsasında yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. 2020-ci ilin noyabr ayında Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs ona zəng vuraraq həmkəndlisi Ələkbər Mikayılovdan qoyun aldığını, həmin qoyunların Mıxlıqovaq kəndinin girəcəyində olduğunu, onları Oğuz rayon Söyüdlü kəndi ərazisindəki fermaya aparmağını xahiş etmişdir. İdarə etdiyi yük avtomobili ilə Xəyalın dediyi yerə gəlmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs başqa orada qoyunların sahibi Ələkbər Mikayılov, onun qardaşları Ələsgər, Elmdar və Vəfadar da orada olmuşlar. Ona məxsus yük avtomobilinə 30 baş qoyun yükləyərək onları gətirib Oğuz rayon Söyüdlü kəndindəki Xəyalın qoyunlara baxdığı fermaya boşaltmış buna görə Xəyal ona yol haqqı kimi 60 manat pul vermişdir (cild 02 iş vər. 68-71). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Ford Tranzit markalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobili var ki, həmin avtomobil ilə sifariş əsasında yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanımışdır. 2020-ci ilin noyabr ayında xatırlamadığı gün və tarixdə Qəbələ rayon Mıxlıqovaq kənd sakini Ələkbər Mikayılov ona zəng vuraraq Qəbələ rayon Mıxılıqovaq kəndi ərazisində ona məxsus qoyunlar olduğunu və həmin qoyunları Oğuz rayon söyüdlü kəndi ərazisindəki fermaya aparmağını xahiş etmişdir. Həmin qoyunları 50 manat müqabilində Söyüdlü kəndinə aparacağını bildirmişdir. Belə olub o, idarə etdiyi yük avtomobili ilə Ələkbərin dediyi yerə gəlmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs orada olub-olmamasını xatırlamamışdır. Ələkbər ilə qardaşı Ələsgər onun idarə etdiyi yük avtomobilinə 30 baş qoyun yükləmiş və o həmin heyvanları Oğuz rayonu Söyüdlü kəndindəki Təqsirləndirilən şəxs məxsus fermaya apararaq boşaltmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 İmadəddin oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayının sonlarında Qəbələ rayon Zarağan kəndində yerləşən işlətdiyi “Yeni Həyat” istirahət mərkəzində olarkən həmin vaxtı oraya Təqsirləndirilən şəxs və Ələkbər Mikayılov çörək yeməyə gəlmişlər. Orada gedən söhbət zamanı Ələkbər təsərrüfatına məxsus olan 85 baş qoyunu hamısını 15000 manata Təqsirləndirilən şəxs ilə razılaşıb ona verdiyini, Xəyal ona 4000 manat pulu əvvəlcədən, yerdə qalan 11000 manat pulu isə 2021-ci ilin may ayında verəcəyini demişdir. Bu söhbətdən bir neçə gün keçdikdən sonra Ələkbər ilə qarşılaşaraq ona Xəyalın hərəkətlərindən xoşu gəlmədiyini, heyvanlarını ona verərkən gərək ki, notarial qaydada müqavilə bağlamalı olduğunu bildirmişdir. Ələkbər Xəyalın onun həmkəndlisi olduğunu, onu heç vaxtı aldatmağına inanmadığını demişdir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ələkbərdən aldığı 85 baş qoyuna görə ona 4000 manat pul vermiş, verəcəyinə söz verdiyi 11000 manat pulu isə verməyərək onu aldadaraq həmin məbləğdə olan pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid7 bildirmişdir ki, o, Ələkbər tərəfindən Xəyala 85 baş qoyunun verilməsi ilə bağlı söhbətin olmasını bilmişdir, lakin qoyunların verilməsinə faktiki şahid olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ona zəng edib demişdir ki, ona çoban lazımdır. O, Hətəm Məmmədovu ona çoban kimi məsləhət görmüş, lakin onlar bu barədə razılığa gələ bilməmişlər. Zərərçəkmiş şəxs1 ona zəng vuranda Təqsirləndirilən şəxs onun yanında olmuş və Təqsirləndirilən şəxs demişdir ki, həmin qoyunları saxlamaq üçün götürmək istəyir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. Onlar qoyuna baxmağa getmiş və qoyunlara baxanda Xəyala demişdir ki, bu qoyunlar zəifdir, qışdan salamat çıxarmaq olmayacaq və məsləhət görmüşdür ki, bu qoyunları götürməsin. Onlar qoyuna baxandan sonra razılaşmayıb getmişlər. Hətta Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Xəyalın onun qoyununu saxlamaq üçün götürməsinə icazə verməmişdir. O, qoyunların zəif olduğunu demişdir. 5-10 gün sonra eşitmişdir ki, Xəyal 168 baş qoyunu saxlamaq üçün götürmüşdür. Bundan sonra o öz heyvanını qışlağa Kürdəmirə aparmış, 6 ay sonra qayıtmış və qalan məsələlərdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Saşa Əkbərov bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 168 baş zəif qoyunu saxlamaq üçün götürdüyü barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, qoyunların qışda ölənləri də olub və o, yerdə qalan qoyunları satmış, pulunu isə Zərərçəkmiş şəxs1 vermişdir. Təqsirləndirilən şəxsla qoyunlara baxanda onların zəif olduğunu görmüş və əgər həmin heyvanlara qışda yaxşı qulluq edilməsə, heyvanlar tələf olarmış deyə düşünmüşdür. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında ilk dəfə danışıq olanda Zərərçəkmiş şəxs1 qoyunların quzuları olanda həmin quzulara şərik olacaqları barədə Təqsirləndirilən şəxsla danışdıqlarını eşitmişdir. 168 baş qoyunun yarısından çoxu zəif olmuşdur. Qoyunlara Xəyaldan əvvəl Süleyman baxmış və buna görə də, qoyunları tanımış və bildirmişdir ki, qoyunlar zəifdir. Onun yalnız Zərərçəkmiş şəxs1la bağlı epizoddan xəbəri olmuşdur. O özü qoyunu götürmək üçün Zərərçəkmiş şəxs1gilə gəlməmiş, Xəyalın qoyuna baxması üçün Xəyalı onlara gətirmişdir. O, Təqsirləndirilən şəxs qoyunu vermək barədə Zərərçəkmiş şəxs1 məsləhət də verməmiş və Xəyala cavabdeh olacağını bildirməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi 168 baş qoyunların təxminən 1 ədədinin maya dəyəri 50-70 manat olarmış və bir az da pis baxılsa idi, qoyunun qiyməti 10-20 manata olarmış. O, 78 baş qoyunun sonradan Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs verilməsindən məlumatsızdır. O, Təqsirləndirilən şəxs qoyunları satıb Zərərçəkmiş şəxs1 nə qədər pul verdiyini dəqiq bilməmişdir. Zərərçəkmiş şəxs1 Xəyalın qoyunları götürməyinə onun razılıq verməməsinə görə “Sən oğraşsan, sən alçaxsan, mənim qoyunumu almağa qoymadın” deyə bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, o, təxminən 10-12 aprel tarixində yaylağa aparmaq üçün heyvan gətirmişdir. Onlar 3 nəfər yoldaş 4 gün evdə, 8 gün isə qoyunun yanında olmuşdur. Bir müddətdən sonra, qaldıqları yer yaxşı olmadığından, yəni bit, birə olduğu üçün həmin yerdən Oğuz rayonu Mıxlıqovaq kəndinin yaxınlığına gəlmişdirlər. May ayında o öz növbəsində qoyunların yanına gələndə heyvanın sayının azaldığını görmüşdür. Bu heyvanın içində onun və Ağakərimin də qoyunu olmuşdur. Orada ona demişlər ki, Adil adlı şəxs sürüdən heyvan ayırıb aparıb. Onlar polisə zəng etsə də, qoyunu tapa bilməmişdir. Məlum olmuşdur ki, Adil təxminən 49 baş heyvan aparmışdır. Bundan sonra Saşa öz heyvanını ayırıb aparmışdır. Ağakərim və o görmüşlər ki, hərə öz heyvanını aparır və burada qarışıqlıq var. Onlar düşünmüşlər ki, tək öz heyvanlarını ayrırsalar, söz-söhbət olar. Daha sonra onlar da öz heyvanlarını ayırandan sonra sürüdə 130-140 baş heyvan qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs Fariz adlı şəxsə təxminən 20 quzunu (toğlunu) satdığını xatırladığını bildirmişdir. Adil adlı şəxs apardığı heyvanların özünə məxsus olduğunu iddia etmişdir. O, ümumilikdə otardığı qoyunların əksəriyyətinin Təqsirləndirilən şəxs məxsus olduğunu düşünmüş və başqa şəxsləri tanımamışdır. Sürüdə olan heyvanların içində qoca və ya cavan, kök və ya arıq heyvanlar olmuşdur. O qoyunların kim tərəfindən aparıldığını bilməmişdir. Təxminən 1000 başdan çox heyvanı aprel ayında görmüşdür. Heyvan sürüsünün içində Ağakərimin, Təqsirləndirilən şəxs, yanlarında olan uşaqlara məxsus 30- 35 heyvan və ona məxsus 214 baş heyvan olmuşdur. Sürü təxminən may ayının 9-14-ü arası dağıdılmışdır. Mayın 9-u o, növbədən gələndə heyvanlar yerində olmuş və o, 14-ü qayıtmalı imiş. Təxminən 13-ü 14-ü ona zəng vurmuşlar ki, Adil gəlib heyvanını aparıb. Daha sonra Saşa da öz heyvanını aparmışdır. O, əvvəllər Ağakərimin qoyunu olduğunu bilmiş, sürü dağılanda məlum olmuşdur ki, burada Saşa və başqa şəxslərin qoyunu var imiş. Qoyunları fəqləndirə bilmək üçün nişanə kimi boya vurulmuş, o, özünə məxsus qoyunlara göy rəngdə boya vurmuş, Təqsirləndirilən şəxs məxsus heyvanlara yaşıl rəng boya, Ağakərimə məxsus heyvanların çiyninə yaşıl rəngli boya vurulmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan müqavilə ilə və ya digər münasibətlər barədə məlumatı olmamışdır. Saydıqları 977 baş heyvanın içərisində onun və Ağakərimin heyvanları da olmuşdur. O, Təqsirləndirilən şəxs aprel ayında tanımış, Təqsirləndirilən şəxs qoyun saxlayan bir adam kimi tanımışdır. Onlar ilk dəfə sürünü saymaq istəsələr də, saya bilməmiş, lakin sonradan Saşa kişinin uşaqları ilə təxminən 977 baş heyvan saymışlar. Təqsirləndirilən şəxs dəqiq nə qədər heyvanının olduğunu bilməmişdir. Sürüdən hər kəs qoyununu aparandan sonra 130-140 baş Təqsirləndirilən şəxs məxsus heyvan qalmışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, Şahid9 ibtidai istintaq zamanı elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, Qəbələ rayon Daşca kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs qaynatası Şahid1 vasitəçiliyi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Söyüdlü kəndi ərazisində qoyun sürüsünə baxarkən qaynatası Şahid1 onun çobanı olmuşdur. Şəxsi təsərrüfatına məxsus 118 baş ana qoyun, 98 quzu və 11 baş keçi olduğu üçün 2021-ci ilin aprel ayında qaynatası Vaqif ona təklif etmiş ki, təsərrüfatına məxsus heyvanları Xəyalın baxdığı qoyunlara qataraq beş gündən bir simen üzrə gözətçilik etmək şərti ilə heyvanlarını yaşadığı Qəbələ rayon Daşca kəndindəki həyətindən Oğuz rayonu Söyüdlü kəndinə apararaq Xəyalın sürüsünə qataraq bir yerdə güdsünlər. Belə olub təsərrüfatına məxsus heyvanları Xəyalın sürüsünə qatmışdır. Ümumilikdə heyvanların sayı təxminən 1200 baş olarmış. Həmin ilin aprel ayının sonlarında qarşıdan yay mövsümü gəldiyindən heyvanları yaylağa aparmaq üçün sürünü Oğuz rayonundan Mıxlıqovaq kəndinə gətirmişlər. Xəyalın Saşa adlı şəxsə pul borcu olduğundan Saşanın göstərişi ilə orada Xəyalın, Vaqifin, Saşanın oğlu Bəhruzun, çobanlar Ceyhunun və Pərvizin birgə iştirakı ilə heyvanları sayaraq ümumi sayı 978 baş olmuşdur. Həmin günün axşamı evinə gəlmiş, ertəsi gün yenidən sürünün yanına getmişdir. Bundan 3-4 gün sonra Vaqif ilə Ceyhun sürünü Mıxlıqovaq kəndi ərazisindən Solquca kəndi ərazisinə aparmışlar. Onun qoyun güdmə növbəsi çatdığı üçün sürünün olduğu yerə getmiş və Ceyhun ilə sürünün yanında qalmışlar. Növbəsi başa çatdığı üçün sürünün yanından yaşadığı evə gəlmiş, evdə olarkən Pərviz ona zəng vuraraq Saşa ilə Adilin sürüdən qoyunlar apardığını demişdir. Qoyun sürüsünün dağıldığı üçün sürüdə qoyunları olan Ağakərim ilə gələrək özünə məxsus 114 baş qoyun 84 baş quzu, Ağakərim isə 139 baş qoyun 80 baş quzu aparmışdır. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs sürüdən Fariz adlı şəxs olmaqla dəfələrlə ayrı-ayrı şəxslərə bir neçə dəfə qoyun satdığının şahidi olmuş, həmçinin Saşa sürünü sayaraq Xəyaldan alıb çoban Vaqifə verməmiş, həmin qoyun sürüsü Xəyalın nəzarətində olmuşdur (cild 02 iş vər. 34-37). Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Zərgərli kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Latın qrafikalı Azərbaycan əlifbası sərbəst yazıb-oxuya bilir, ifadəsinin onun sözləri ilə latın qrafikalı Azərbaycan əlifbası ilə müstəntiq tərəfindən kompüterdə yazılmasına etirazı olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 30 ildən artıq müddətdir ki, o, çobançılıqla məşğul olur. Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanıyır. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Zərgərli kəndinə gələrək onunla görüşmüş, Oğuz rayonu Söyüdlü kədində qoyun sürüsü olduğunu, həmin heyvanlara baxmaq üçün onun yemək içməyini və ayda 300 manat pul verəcəyini, heyvanların yemini özü təşkil edəcəyini bildirmişdir. Belə olub Xəyalın təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə qoyunları güdmək məqsədi iə Oğuz Söyüdlü kəndinə getmişdir. O oraya gedərkən hətta öz şəxsi təsərrüfatına məxsus 83 baş qoyunu aparmış ki, güdəcəyi heyvanlara qatıb onlara da baxsın. Xəyalın ona güddürdüyü heyvanlar keçi və qoyun olmaqla təxminən sayı 320-340 baş olarmış. Ora gedəndə bilmiş ki, həmin heyvanların bir qismi Xəyala, bir qismi Saşa Əsgərova və bir qismi isə Zərərçəkmiş şəxs1 məxsusdur. Lakin tam dəqiq sayını bilmirmiş ki, kimin neçə baş qoyunu var. Ondan başqa həmin sürüyə qardaşı Şahid1 və həmkəndlisi Valeh Abdullayev çobançılıq edirmiş. Vaqif orada baş çoban olmuşdur. Bundan başqa Xəyal Söyüdlü kəndindəki fermada bordaqda quzulara kənarda isə Oğuz rayon Yenikənd kənd sakinləri Pərviz və Ceyhun adlı şəxslərin güddükləri qoyun sürüsü olmuşdur. Həmin qoyunların onun güddüyü heyvanlara heç bir aidiyyəti olmamış və həmin heyvanların və kimlərəsə məxsus olduğunu bilməmişdir. O, Xəyala aid qoyunları güddüyü vaxt ərzində Saşa Əsgərov, X17 Məmmədov ilə bir dəfə oraya gələrək güddükləri heyvanlara baş çəkmişlər. O, Xəyala aid qoyunları güddüyü vaxt ərzində Xəyal heyvanların vaxtı-vaxtında yemini təşkil etmiş, həmçinin onun və digər çobanların yeməkiçməyini verməklə aylıq pullarını vermişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onlara Ceyhun və Pərvizin ayrı güddükləri hacı Əhməd adlı şəxsə məxsus heyvanları onların güddüyü heyvanlara qatıb birgə güdərək yaylağa aparmaq üçün Xaçmaz kəndi ərazisindəki meşəlik sahəsində olan yatağa aparmağı bildirmişdir. Lakin o, eləcə də, çoban İmran həmin ərazinin şəraiti yaxşı olmadığından, orada qoyunları güdmək çətin olduğu üçün belə qərara gəlmişlər ki, onlar hər ikisi Xəyalın onlara güddürdüyü qoyunları güdməkdən imtina etsinlər. Belə olub İmran və o, həmin tarixdən həmin qoyunları güdməkdən imtina etmişlər. İbtidai istintaq zaman ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Saşa Əsgərov qoyunların güdülməsi ilə bağlı heç bir göstəriş verməmişdir. Sadəcə o, orada çoban olduğu müddətdə 1 dəfə gəlib heyvanlara baxmışdır. O qoyun güddüyü Oğuz rayon Söyüdlü kəndindəki fermadan müvəqqəti olaraq Qəbələ rayon Zərgərli kəndinə yaşadığı evə baş çəkməyə gələrkən Saşanın yolda sürünün yanına getdiyini görmüşdür. Təqsirləndirilən şəxs o güddüyü heyvanlardan kimsə qoyun satdığını görməmiş, lakin həmin heyvanlardan yaşlı və yeriyəbilməyən heyvanları ayıraraq fermada saxlamış, lakin həmin fermadan qoyun satıb-satmadığını bilməmişdir. Təqsirləndirilən şəxs o, güddüyü heyvanlara Əhmədə məxsus heyvanları gətirərək qatmamışdır, lakin onu bilir ki, Xəyal Hacı ləqəbli, yəni Əhmədə məxsus sayını bilmədiyi heyvaları Oğuz rayon Söyüdlü kəndinə gətirmişdir. Həmin qoyunlara Oğuz rayon sakinləri Ceyhun və Pərviz adlı şəxslər baxmışlar. O güddüyü heyvanların içərisində Akifə məxsus heyvan olmamışdır. O Xəyala, Məmmədə və Saşaya məxsus qoyunların sayını dəqiq bilməmiş, bir onu deyə bilər ki, həmin heyvanların sayı ümümilikdə 320-340 baş olarmış. Heyvanlardan qoyunlardan təxminən 60-70 başı, eləcə də doğulmuş təxminən 200-dən artıq quzular ölərək tələf olmuşdur (cild 03 iş vər. 116-118). Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Zərgərli kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb-oxuya bilir. İfadəsinin onun sözləri ilə latın qrafikalı Azərbaycan əlifbası ilə müstəntiq tərəfindən kompüterdə yazılmasına etirazı olmamışdır. 30 ildən artıq müddətdir ki, o, çobançılıqla məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyır. Belə ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Zərgərli kəndinə gələrək onunla görüşüb Oğuz rayonu Söyüdlü kəndində qoyun sürüsü olduğunu, həmin heyvanlara baxmaq üçün onun yemək-içməyini və eləcə də ayda 300 manat pul verəcəyini, heyvanların yemini özü təşkil edəcəyini bildirmişdir. Belə olub o Xəyalın təklifi ilə razılaşıb. xx.xx.2020-ci il tarixdə qoyunları güdmək məqsədi ilə Oğuz rayon Söyüdlü kəndinə getmişdir. O oraya gedərkən hətta öz şəxsi təsərrüfatına məxsus 47 baş qoyunu aparmış ki, güdəcəyi heyvanlara qatıb onlara da baxsın. Xəyalın ona güdürdüyü heyvanlar keçi və qoyun olmaqla təxminən sayı 450-500 baş olarmış. Ora gedəndə bilmiş ki, həmin heyvanların bir qismi Xəyala, bir qismi Saşa Əsgərova və bir qismi isə Zərərçəkmiş şəxs1 məxsusdur. Lakin tam dəqiq sayını bilmirmiş ki, kimin neçə baş qoyunu vardır. Ondan başqa həmin sürüyə həmkəndliləri Şahid1 və Valeh Abdullayev çobançılıq etmişdir. Vaqif orada baş çoban olmuşdur. Bundan başqa Xəyal Söyüdlü kəndindəki fermada bordaqda quzulara kənarda isə Oğuz rayon Yenikənd kənd sakinləri Pərviz və Ceyhun adlı şəxslərin güddükləri qoyun sürüsü olmuşdur. Həmin qoyunların onun güddüyü heyvanlara heç bir aidiyyəti olmamış və həmin heyvanların kimə və kimlərəsə məxsus olduğunu bilməmişdir. O Xəyala aid qoyunları güddüyü vaxt ərzində Saşa Əsgərov oraya iki dəfə Əzəmməd Məmmədov isə oğlu Məmmədov ilə bir dəfə gələrək güddükləri heyvanaların baş çəkmişlər. O, Xəyala aid qoyunları güddüyü vaxt ərzində Xəyal heyvanların vaxt-vaxtında yemini təşkil etmiş, həmçinin onun və digər çobanların yemək-içməyini verməklə aylıq pullarını vermişdir. Artıq yaz mövsümü başladığından, güddükləri heyvanları yaylağa aparmaq lazım olduğu üçün, lakin həmin ərazidə yaylaq olmadığından, ancaq Oğuz rayonunun Xaçmaz kəndi ərazisindəki meşədə baxmaq çətin olduğu üçün o Xəyala aid qoyunlara baxmaqdan imtina edərək xx.xx.2021-ci il tarixdən həmin qoyunları güdməkdən imtina etmişdir. İbtidai istintaq zamanı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Saşa Əsgərov qoyunların güdülməsi ilə bağlı heç bir göstəriş verməmişdir. Sadəcə o orada çoban olduğu müddətdə 2 dəfə gəlib heyvanlara baxmışdır. Təqsirləndirilən şəxs o güddüyü heyvanlardan kiməsə qoyun satdığını görməmişdir, lakin həmin heyvanlardan yaşlı və yeriyə bilməyən heyvanları ayıraraq fermada saxlamış, lakin həmin fermadan qoyun satıb satmadığını bilməmişdir. Təqsirləndirilən şəxs o güddüyü heyvanlara Əhmədə məxsus heyvanları gətirərək qatmamışdır, lakin onu bilir ki, Xəyal Hacı ləqəbli yəni Əhmədə məxsus sayını bilmədiyi heyvaları Oğuz rayon Söyüdlü kəndinə gətirmişdir. Həmin qoyunlara Oğuz rayon sakinləri Ceyhun və Pərviz adlı şəxslər baxmışlar. O güddüyü heyvanların içərsində Akifə məxsus heyvan olmamışdır. O, Xəyala, Məmmədə və Saşaya məxsus qoyunların sayını tam bilməmiş, bir onu deyə bilər ki, həmin heyvanların sayı ümümilikdə 450-500 baş olarmış. Heyvanlardan 70 dən şoxunun həmin heyvanların doğduğu yeni doğulmuş təxminən 200-dən artıq quzular ölərək tələf olmuşdur (cild 03 iş vər. 120-122). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X1 Rayon Polis Şöbəsinə müraciət edərək, 2020-ci ilin noyabr ayında həmkəndlisi Təqsirləndirilən şəxs 85 baş xırda buynuzlu doğar heyvanını 15000 manat pul müqabilində satdığını, lakin Təqsirləndirilən şəxs ona 4000 manat pul ödəsə də, 11000 manat pulu isə ödəmədiyindən, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir (cild 01 iş vər. 17). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Qəbələ Rayon Polis Şöbəsinə müraciət edərək, 2020-ci ilin sentyabr ayında Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs yeni doğulan quzulara ortaq olmağı, heyvanlara qulluq etmək və ölən heyvanlara görə məsuliyyətin Xəyala aid olması şərti ilə 238 baş ana qoyun, 8 baş erkək qoyun və 2 baş keçi vermiş, lakin Xəyala verdiyi heyvanlardan müqavilədən sonra sadəcə 1 baş quzu götürmüş və buna görə də, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01. İş vər. 21). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Qəbələ Rayon Polis Şöbəsinə müraciət edərək, 2020-ci ilin oktyabr ayının sonlarından güdmək öhdəliyini öz üzərinə götürməsi və tələf olan heyvanlara cavabdeh olması şərti ilə Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs baxması və gələcəkdə doğacaq yeni quzulara ortaq olmaları şərti ilə 232 baş ana qoyun, 9 baş erkək quzu və 69 baş ana keçi təhvil vermiş, Təqsirləndirilən şəxs isə qeyd olunan heyvanları mənimsədiyindən, Təqsirləndirilən şəxs barəsində qanunu tədbir görülməsini xahiş etmişdir (cild 01 iş vər. 38). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ayrı-ayrı şəxslərdən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayı ərzində təhvil aldığı xırda buynuzlu heyvanları yaylağa aparmaq məqsədi ilə sonuncu dəfə 2021-ci il may ayında gətirdiyi və heyvanların müəyyən hissəsinin yoxa çıxdığı və sürünün dağıldığı ərazini göstərdikdə həmin ərazinin Oğuz rayon Xaçmaz kəndi ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir (cild 03 iş vər. 44-47). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərdən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayı ərzində təhvil aldığı xırda buynuzlu heyvanlara baxdığı fermaya xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı həmin fermanın Oğuz rayon Böyük Söyüdlü kəndi ərazisində olduğu müəyyən edilmişdir (cild 03 iş vər. 37-43). Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 ifadələri arasında ziddiyyətlər mövcud olduğu üçün xx.xx.2021-ci il tarixdə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ortaqlı şəkildə yeni doğulmuş quzuları böyüdüb satmaq şərti ilə ondan 169 baş qoyun, 150 baş quzu aldığını, həmin heyvanları sataraq pulunu ona verdiyini, həmin heyvanlardan 33 başını sataraq heyvanlara baxdığı üçün onların otuna və yeminə verdiyini bildirsə də, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs bunu inkar edərək ona 238 baş ana qoyun, 7 baş erkək cinsli qoyun, 2 baş keçi verdiyini həmin heyvanları satmaqla ona cəmi 21700 manat pul verdiyini, yerdə qalan heyvanlarını və heyvan almaq üçün ona verdiyi pulları geri qaytarmadığını üzünə qarşı bildirmişdir (cild 02 iş vər. 51-52 ). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 ifadələri arasında ziddiyyətlər mövcud olduğu üçün xx.xx.2022-ci il tarixdə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ondan xırdabuynuzlu heyvan almaq üçün pul almadığını bildirsə də, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bunu inkar edərək 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi olan müddətdə ondan xırdabuynuyuzlu heyvan almaq adı ilə hissə-hissə olmaqla ümumilikdə 45895 manat pul aldığını üzünə qarşı bildirmişdir (cild 03 iş vər. 150-151). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 ifadələri arasında ziddiyyətlər mövcud olduğu üçün xx.xx.2022-ci il tarixdə tərəfimdən onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid3 Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvan almaq adı ilə pul almadığını bildirsə də, Şahid3 Təqsirləndirilən şəxs bunu inkar edərək Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan almaq adı ilə Zərərçəkmiş şəxs2 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonlarına kimi olan müddətdə məbləğini bilmədiyi qədər bir neçə dəfə pul aldığının şahidi olduğunu, eləcə də onun zaminliyi ilə Zərərçəkmiş şəxs2 kredit aldığı 10000 manat pulu heyvan almaq üçün onun yanında Xəyala verdiyini sonuncunun üzünə qarşı bildirmişdir (cild 03 iş vər. 144- 145). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında xx.xx.2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs Şahid4 Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvan almaq adı ilə pul almadığını bildirsə də, Şahid4 Təqsirləndirilən şəxs bunu inkar edərək Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan almaq adı ilə Zərərçəkmiş şəxs2 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonlarına kimi olan müddətdə məbləğini bilmədiyi qədər bir neçə dəfə pul aldığının şahidi olduğunu, eləcə də qardaşı Şahid3 zaminliyi ilə Zərərçəkmiş şəxs2 öz adına kredit aldığı 10000 manat pulu heyvan almaq üçün Akifin onun yanında ona verdiyini üzünə qarşı bildirmişdir (cild 03 iş vər. 148-149). Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/59 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti bir baş dişi cinsli, boğaz, 2-3 yaşında, diri çəkisi 35-40 kq arası olan ana qoyunun 2021-ci ilin mart ayına olan qiyməti 200 manat, bir baş dişi cinsli, boğaz, 1 yaş yarımında diri çəkisi 32-33 kaq ana qoyunun 2021-ci ilin mart ayına olan qiyməti 165 manat, bir baş erkək cinsli, 2-3 yaş arasında, diri çəkisi 50-55 kq qoyun 2021-ci ilin mart ayına olan qiyməti 300 manat, bir baş erkək cinsli 5 yaşında, diri çəkisi 40-45 kq olan Hələb keçisi 2021-ci ilin mart ayına olan qiyməti 350 manat, bir baş erkək cinsli 1 yaş yarımında diri çəkisi 32-33 kq olan Hələb keçisi 2021-ci ilin mart ayına olan qiyməti 250 manat, bir baş dişi cinsli, 3-4 yaşında, diri çəkisi 40-45 kq olan Hələb keçisi 2021-ci ilin mart ayına olan qiyməti 400 manat, bir baş erkək cinsli, 5 uaşında diri çəkisi 60 kq olan Rus keçisi 2021-ci ilin mart ayına olan qiyməti 270 manat, bir baş dişi cinsli 6 aylıq diri çəkisi 10 kq Rus çəpişi 2021-ci ilin mart ayına olan qiyməti 70 manat, bir baş dişi cinsli, 2-3 yaşında, diri çəkisi 35-37 kq olan ana Rus keçisi 2021-ci ilin mart ayına olan qiyməti 190 manat, bir baş dişi cinsli 2-5 yaş arasında, diri çəkisi 50-60 kq ana qoyun 2020-ci ilin mart ayından oktyabr ayına olan orta bazar qiyməti 275 manat, bir baş erkək cinsli, 1 yaşlı, diri çəkisi 14-16 kq arası qoyun 2020-ci ilin mart ayından oktyabr ayına olan orta bazar qiyməti 155 manat, bir baş dişi cinsli, 2-4 yaş arasında, diri çəkisi 60 kq südlük keçi 2020-ci ilin mart ayından oktyabr ayına olan orta bazar qiyməti 300 manat, bir baş dişi cinsli, 2-3 yaş yaşında, diri çəkisi 40 kq olan ana qoyun 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 200 manat, bir baş erkək cinsli, 3 yaşında, diri çəkisi 50 kq olan qoyun 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 250 manat, bir baş dişi cinsli, 4 yaşında, diri çəkisi 40 kq olan ana keçi 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 200 manat, bir baş dişi cinsli, 3-4 yaşında, diri çəkisi 35-40 kq olan ana qoyun 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 175 manat, bir baş dişi cinsli, boğaz 3-5 yaşında, diri çəkisi 70-80 kq olan ana qoyunun 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 400 manat təşkil etdiyi bildirilmişdir (cild 02 iş vər. 193-196). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasının 10 avqust 2021-ci il tarixli 790 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Bipoliyar affektiv pozğunluq növbəti maniya epizodu psixotik simptomlarsız” diaqnozu ilə Şəki rayon Psixiatriya xəstəxanasında stosionar müalicəyə qəbul edildiyi, xx.xx.2021-ci il tarixdə polis əməkdaşlarının müşayəti ilə xəstəxanadan buraxıldığı, Təqsirləndirilən şəxs iştirakı ilə istintaq hərəkətlərinin aparılması və digər istintaq hərəkətlərinin keçirilməsinin mümkün olduğu bildirilmişdir (cild 01 iş vər. 180). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 12 avqust 2021-ci il tarixli 464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. (cild 02 iş vər. 149-151) Cinayət işi materiallarında olan 22 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 160 baş ana qoyundan ildə 50 faiz hesabı ilə 80 baş bala, az və ya çox bala olmasından asılı olmayaraq sağsalamat saxlamaqla Zərərçəkmiş şəxs1 verməli, ona verilmiş 160 baş ana qoyundan ildə 80 baş bala az və ya çox olmasından asılı olmayaraq sağ-salamat saxlamalı, 160 baş sağlam və cavan ana qoyun, 8 baş törədici qoç və 1 baş keçi cəmi 169 baş heyvanı sağ salamat təhvil almış, təhvil almış heyvanları Zərərçəkmiş şəxs1 qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, həmin müqavilədən görünür ki, 160 baş ana qoyun sözünün qarşısına 44 baş+34 baş=238 baş yazılmış və qarşısında Təqsirləndirilən şəxs imzası çəkilmişdir (cild 01 iş vər. 23). Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 ilə “Bank of Baku” adlı Bank arasında bağlanmış 12 mart 2021-ci il tarixli kiredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 12 mart 2021-ci il tarixdə illik faiz dərəcəsi 25,9 % olan 24 ay müdətinə adı çəkilən Bank ilə aylıq ödənişi 528.71 manat, sonuncu ayın ödənişi isə 534.43 manat olmaqla kreditə 10000 manat pul götürmüş və həmin Bankla MK/59918/79/13 saylı kredit müqaviləsi imzalanmışdır (cild 03 iş vər. 155-161). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X10” X38 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021ci il tarixli 3/826 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. (cild 01 iş vər. 241 Cinayət işinin materiallarında olan 06 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs X9, X12 və X19 məxsus heyvanları etibardan sui istifadə etməklə və ya aldatma yolu ilə ələ keçirməsi barədə xüsusatlar öz təsdiqini tapmadığından, Sahib Nəsibov ilə bağlı xüsusat Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarılmış, bundan başqa Ağakərim Kərimov və Adil Mikayılov ilə bağlı xüsusatlar Təqsirləndirilən şəxs elan ediləcək yeni ittihama daxil edilməmişdir. Həmçinin, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməklə bu barədə material ayrılmışdır (cild 03, iş vər. 174-205). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeylli miqdarda əmlakını təkrar ələ keçirmə CM-in 178.2.2 və 178.2.4-cü maddələri, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə isə CM-in 178.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hər üç zərərçəkmiş şəxsə münasibətdə əvvəlcədən niyyəti onlara məxsus əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, etibardan sui-istifadə və ya aldatma yolu ilə həmin şəxslərin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş, beləliklə də onun tərəfindən dələduzluq cinayəti törədilmişdir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, törədilən əməllə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın məzmunu ilə bağlı ibtidai istintaq orqanı tərəfindən düzgün nəticəyə gəlinsə də, onun əməlləri səhvən CM-in 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülən ittiham ona qarşı CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülən ittihamla əhatə edildiyindən, əlavə olaraq ona qarşı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Məhkəmə istintaqı zaman dövlət ittihamçısı da həmin mövqedən çıxış etmiş və Təqsirləndirilən şəxs məhz CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 31-ci bəndində də göstərilmişdir ki, dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında da göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ümumi ittihamdan CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə əks olunan rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs cinayət əməli ilə bağlı təqsirliliyi iş üzrə dindirilən zərərçəkmiş şəxslərin və şahidlər X7, Şahid3, Şahid4, Şahid6 və Şahid7 İmadəddin oğlunun məhkəmə istintaqı zamanı verdiyi, şahidlər Şahid5, Şahid1 və Şahid9 isə ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, həmçinin, iş materiallarında olan ekspert rəyləri, istintaq hərəkətinin protokolları və digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamalayan və üst-üstə düşən sübutlar (zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və s.) vasitəsi ilə tam təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verdiyi ifadələrin iş materialları ilə uyğunluq təşkil etmədiyi və iş üzrə obyektiv halları əks etdirmədiyi üçün, həmin ifadələri əsaslı saymır və onlarla razılaşmır. Eyni zamanda, məhkəmə kollegiyası Şahid1, Şahid9 və X14 məhkəmə istintaqı zamanı verdiyi şahid ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş X15 və X8 məhkəməyədək icraat zamanı verdikləri şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, sözügedən şəxslər Təqsirləndirilən şəxsla yaxınlığı ilə seçilən, onunla yaxşı münasibəti olan, bəziləri isə hətta onun yanında çalışmış şəxslərdir. Bu səbəbdən həmin şəxslərin onun xeyrinə ifadə verməsi anlaşılandır. Bundan əlavə, iş materiallarında olan digər sübutlarla sözügedən şahid ifadələrinin həqiqəti əks etdirmədiyi aşıkardır. Yəni, həmin ifadələrdə göstərilənlər cinayət işinin materiallarında olan və biri digəri ilə üst-üstə düşən sübutlar (zərərçəkmiş şəxslərin ifadəsi və s.) vasitəsi ilə tam təkzib oğlunur. Ona görə də, məhkəmə həmin ifadələri əsaslı saymır və onlarla da razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Mıxlıqovaq kəndində ailəsi ilə (arvadı və xx.xx.2021ci il təvəllüdlü uşağı ilə) birlikdə yaşayır və qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur (cild 01 iş vər. 244-245). Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsin şəxsiyyətini, təqsirli bilindiyi epizodların sayını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini və həmin şəxslərin ondan şikayətçi olmasını, eyni zamanda yuxarıda adı çəkilən Plenum qərarında göstərilənləri əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər və yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 184). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 01 iş vər. 228- 229) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. (cild 03 iş vər. 33) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmiş və barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (cild 03 iş vər. 48-49) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuşdur. (cild 03 iş vər. 136) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmiş və barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (cild 03 iş vər. 48-49) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun tutulduğu 03 (gün) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkmə müddətinin xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınçalıdır. Habelə, barəsindən seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-in 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, iş üzrə xüsusi müsadirənin əsaslarının olmamasının müəyyən edilməsi nəzərə alınmalıdır. Mülki iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq 55950 (əlli beş min doqquz yüz əli) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 (iki yüz əlli səkkiz) manat isə ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 56208 (əlli altı min iki yüz səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs2 mülki iddia qaldıraraq 45895 (qırx beş min səkkiz yüz doxsan beş) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 (iki yüz iyirmi səkkiz) manat isə ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 46.123 (qırx altı min bir yüz iyirmi üç) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən və maddi ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən qaldırılan mülki iddialar təmin edilməli və 55950 (əlli beş min doqquz yüz əli) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 (iki yüz əlli səkkiz) manat isə ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 56208 (əlli altı min iki yüz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs1, 45895 (qırx beş min səkkiz yüz doxsan beş) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 (iki yüz iyirmi səkkiz) manat isə ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 46.123 (qırx altı min bir yüz iyirmi üç) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Eyni zamanda, iş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 06 (altı) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X11 yerləşdirilməsi üçün X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin və 55950 AZN (əlli beş min doqquz yüz əli manat) cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 AZN (bir yüz on yeddi manat) ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 56208 AZN (əlli altı min iki yüz səkkiz manat) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin və 45895 AZN (qırx beş min səkkiz yüz doxsan beş) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 228 (iki yüz iyirmi səkkiz) manat isə ödənilmiş dövlət rüsumuna görə, ümumilikdə 46123 AZN (qırx altı min bir yüz iyirmi üç manat) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-15/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-15/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver