Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-15/2024 18.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1983-cü ildə Zaqatala rayonunun Qımır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 405 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Qax rayonunun İlisu kəndinin ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb özünün razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 405 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 689,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 29,08 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, qalan 660 qramını bir ədəd sintetik kisədə qablaşdırıb idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-də Zaqatala rayonunun Yuxarı Tala kəndinin ərazisindəki “Selin” marketin yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış aparılarkən onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 29,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə saat 20:55-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilə Zaqatala Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sintetik kisənin içərisindəki sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitədən və psixotrop maddədən istifadə etməmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, 050 656-66-16 və 050 738-32-95 mobil telefon nömrələrindən istifadə etmişdir. 23 iyul 2022-ci il tarixdə gün ərzində Zaqatala rayonunun ərazisində olmuş və həmin tarixdə Qax şəhərində olmamışdır. Qax RPŞ-nin əməkdaşı X21 RPŞ-nin əməkdaşı Daşqın adlı şəxsin arasında ədavət olmuş, qeyd olunan səbəbdən 23 iyul 2022-ci il tarixdə saat 15:00-17:00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndində X25 üçün ucaldılmış abidənin yaxınlığında olan zaman Qax Rayon Polis Şöbəsinin əməkdaşları olan Azər Nəsirov, Araz Yusifli və Şahid3 da daxil olmaqla 4-5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və bu hal Daşqın adlı şəxsdə narazılıq yaratmışdır. O, saxlanılan zaman təxminən 5 metr məsafədə taksi fəaliyyəti ilə məşğul olan şəxslər dayanmışlar, bu zaman onun üzərində və ya avtomobilində narkotik vasitə olmamış və üzərində şəxsi axtarış və götürmə aparılmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən əlləri qandallanıb “Chevrolet Niva” markalı, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 606 olan avtomobilə əyləşdirilərək Qax Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin avtomobili Azər Nəsirov idarə etmiş, bir nəfər polis əməkdaşı avtomobilin ön oturacağında, Şahid3 isə onun yanında əyləşmişdir. Bu zaman ona məxsus olan avtomobilin qapılarının kilidi nasaz olduğu üçün ümumiyyətlə bağlanmamış, avtomobilin açarını adını və soyadını xatırlamadığı əməliyyat müvəkkilərindən biri götürmüş, ona məxsus olan avtomobil oraya polis əməkdaşı Aqşin Məhyəddinov tərəfindən idarə olunaraq gətirilmiş və həmin vaxt qeyd olunan avtomobildə ancaq Aqşin Məhyəddinov olmuşdur. Qax RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən avtomobilinə narkotik vasitə yerləşdirilmiş, orada olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmış, lakin ona qarşı zor tətbiq olunmamışdır. Polis əməkdaşları Azər Nəsirov və Şahid3 istədikləri kimi ifadə verməsini, narahat olmamasını, hər şeyin yaxşı olacağını və ayağına elektron qolbaq vurulacağını dedikləri üçün, habelə yaşadığı fərdi yaşayış evinin həyətinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdiklərinə görə narkotik vasitənin ona məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Üzərində şəxsi axtarış aparılan zaman avtomobilin açarları onda olmamış, bu zaman pul qabından aşkar olunan açar avtomobilin yük yerinin açarı olmuş, açarın biri yük yerinin açarı, digəri isə avtomobilin mühərrikini işə salan açar olmuş və hər iki açar bir halqanın üzərində olmuşdur. Polis şöbəsində olan zaman əvvəlcə ona narkotik vasitənin satışı ilə məşğul olması barədə sənədləşmənin aparılacağı deyilmiş, lakin ardınca CM-in 234.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verib onu azad etmişlər. Bundan sonra məhkəmə-narkoloji ekspertizasından keçmək üçün Gəncə şəhərinə getmiş, orada müayinədən keçən zaman həkim ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, o isə narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Həmin müayinədən keçib qayıdan zaman Qax RPŞ-yə gedib ekspert rəyini müstəntiqə vermiş, daha sonra isə Zaqatala rayonunun Yuxarı Tala kəndinə getmişdir. Bundan bir gün sonra, yəni 01 avqust 2022-ci il tarixdə saat 18:00-19:00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən çayxanada olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlar tərəfindən saxlanılmış, əllərinə qandal vurulmuş, ciblərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Daha sonra Qax RPŞ-nin inzibati binasına aparılmış, onun saxlanılmasında Şahid1 iştirak etməmiş və polis şöbəsinə aparılan zaman onun avtomobilini polis əməkdaşlarından biri idarə etmişdir. Qax RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə narkotik vasitə yerləşdirilmiş, orada olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalmış və polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün narkotik vasitənin ona məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Daha sonra Qax RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən 29 qram çəkidə narkotik vasitə, ardınca isə gecə saat 02:00- 03:00 radələrində avtomobilinə baxış keçirilən zaman oradan 600 qram çəkidə narkotik vasitə aşkar edilmişdir. 48 saat müddətində Zaqatala RPŞ-də, daha sonra isə 48 saat müddətində Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsində saxlanılmışdır. Polis şöbəsində saxlanılan zaman utandığı üçün atasına zəng etməmiş, polis əməkdaşları ona mobil telefon ilə danışmağa imkan yaratdıqları üçün 04 avqust və ya 05 avqust 2022-ci il tarixlərdə əmisi Mahmud Rəcəbovun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng etmişdir. Polis şöbəsində olan zaman onu pis vəziyyətə sadıqları üçün ona qarşı edilmiş qeyd olunan qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş və 04 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Penitensiar müəssisəyə daxil olan zaman bədənində xəsarət olsa da müayinə olunmamış, o da bu barədə heç nə deməmiş və ona məxsus olan qeyd olunan avtomobil sonradan satılmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, ayda 1-2 dələ narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 2022-ci ilin əvvəllərində yaşadığı evin damında iki ədəd çətənə bitkisini əkib yetişdirmiş, yarpaqlarını yığıb evin damında gizlincə qurutmuş və sonradan həmin marixuanadan az-az istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutulmamışdan öncə qurudulmuş marixuananı sellofon torbaya qoyub özünə məxsus “VAZ 2101” markalı, **- BH-*** qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının alt hissəsində gizlətmiş, 23 iyul 2022-ci il tarixdə axşam saatlarında həmin avtomobillə Zaqatala rayonundan çıxıb Qax rayonunun İlisu kəndinə gəzməyə getmiş və bu zaman qurudulmuş marixuana sellofan torbada sürücü oturacağının alt hissəsində olmuşdur. Həmin tarixdə saat 19 radələrində Qax rayonunun İlisu kəndində yerləşən «Ulu körpü» adlanan ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitəni qanunsuz gəzdirməsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər, o, polis əməkdaşları ilə birlikdə Qax Rayon Polis Şöbəsinə gəlmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Bu zaman o, avtomobilində narkotik vasitə olmasını dediyi üçün müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba aşkar edilmişdir. O, həmin torbada olan maddənin qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 450 qram olması müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa o, 04 avqust 2022ci il tarixdə saat 18:50 radələrində yaşadığı Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən “Selin” marketin yaxınlığında idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gəlmiş, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd büküm aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra o, avtomobilində narkotik vasitə olmasını dediyi üçün müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba aşkar edilmişdir. Ardınca həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 055 ***-**-** mobil telefon nömrəsindən istifadə edir, Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 iyul 2022-ci il tarixdə Qax RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitədən istifadə etməsi, idarə etdiyi avtomobildə və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18:00-19:00 radələrində Araz Yusiflinin avtomobili ilə Qax rayonunun İlisu kəndinin ərazisində “Ulukörpü” adlanan yerə getmişlər, həmin əməliyyat-axtarış tədbirində o və Araz Yusiflidən başqa heç kəs iştirak etməmiş, əməliyyat qrupuna rəhbərliyi Araz Yusifli etmiş və əməliyyat qrupunda beş nəfər polis əməkdaşı olmamışdır. Azər Nəsirov bilavasitə onların yanında olmamış, Təqsirləndirilən şəxs şəxsin saxlanılmasında iştirak etməmiş, digər polis əməkdaşları ancaq müşahidə aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs orada saxlanılaraq “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Qax RPŞ-yə aparılmış və bu zaman avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Qax RPŞ-nin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmiş və avtomobilin qapısının açarları Təqsirləndirilən şəxs cibində olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs atomobilində narkotik vasitə olmasını dediyi üçün müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun polis şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl avtomobilin qapıları bağlı olmuş, avtomobilin qapısının açarı Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs avtomobili özü açarla açmış və həmin vaxt avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər madddə olan sellofan torba aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 450 qram olduğu müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 07 mart 2024-cü il tarixdə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonuncuya məxsus olan avtomobili Araz Yusifli idarə etmiş, bu zaman Araz Yusifliyə məxsus olan avtomobili o, idarə etmiş, Təqsirləndirilən şəxs isə avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, sonuncu polis şöbəsinə gətirilən zaman Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2101” markalı, sarı rəngli avtomobili kimin idarə etdiyini görməmişdir və avtomobilin açarının kimdə olduğunu xatırlamır. Qax Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman iştirak etmiş və bu zaman sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin qapısını Təqsirləndirilən şəxs özü açmış, bu zaman sürücünün oturacağının altında olan sellofan torbanın içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək məqsədilə əkərək əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı 18 aprel 2024-cü il tarixdə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan avtomobilin qapılarının bağlanıb-bağlanmadığını və avtomobilin açarının kimdə olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir, istifadələrində “Chevrolet Niva” markalı, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 606 olan avtomobil vardır, 077 304-54-44 mobil telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə Qax RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirinə rəhbərliyi o, edərək əməliyyat tədbirində iştirak etsə də əməliyyat tədbirinin gedişatı ilə əlaqədar olaraq dayanma nöqtəsi və hərəkət marşrutunun dəyişilməsi halları olmuş, qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs saxlanılan zaman o, orada deyil, bir qədər kənarda olmuşdur. Qeyd olunan əməliyyat tədbirinə gedən zaman o və başqa bir nəfər əməkdaş bir avtomobildə, digər üç nəfər əməkdaş isə başqa avtomobildə olmuş, əməliyyat tədbirində 5 nəfər polis əməkdaşı iştirak etmiş, onlardan iki nəfəri Şahid3 və Şahin Əhmədov olmuşdur. Təqsirləndirilən şəxs Qax şəhərinin ərazisində saxlanılmış və sonuncu Qax Rayon Polis şöbəsinə “VAZ 2101” markalı avtomobili ilə birlikdə gətirilmişdir. Lakin Təqsirləndirilən şəxs avtomobilini kimin idarə etdiyini və əməliyyat müvəkkillərinin hansı avtomobildə gəldiklərini xatırlamır. Daha sonra polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilmiş və bu zaman avtomobilin oturacağının alt hissəsindən narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. O, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında və avtomobilə baxış keçirilməsində birbaşa iştirak etməmişdir, lakin əməliyyat müvəkkiləri narkotik vasitənin haradan aşkar olunması barədə ona məlumat vermişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütləni şəxsi istifadəsi üçün əkdiyi 01 və ya 02 ədəd narkotik tərkibli çətənə bitkisindən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 055 ***-**-** mobil telefon nömrəsindən istifadə edir. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında 3-4 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna Azər Nəsirov rəhbərlik etmişdir. Daha sonra həmin tarixdə saat 18:00-19:00 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Qax rayonunun İlisu kəndinin ərazisində “Ulukörpü” adlanan ərazidə o, Şahid3, Azər Nəsirov, Aqşin Məhyəddinov və X33 Rəcəbova yaxınlaşaraq sonuncunun saxlanılmasında iştirak etmişlər, daha sonra isə sonuncu “VAZ 2101” markalı, sarı rəngli avtomobili ilə Qax RPŞyə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşmiş, avtomobili adını və soyadını xatırlamadığı polis əməkdaşı idarə etmiş və həmin vaxt o da qeyd olunan avtomobildə əyləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilərkən o, iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 055 ***-**-** mobil telefon nömrəsindən istifadə edir. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupuna Azər Nəsirov rəhbərlik etmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qax rayonunun İlisu kəndinin ərazisində saxlanılmış, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yanına gedərək sonuncunun saxlanılmasında iştirak etmişlər. Təqsirləndirilən şəxs “VAZ 2101” markalı, sarı rəngli avtomobili ilə birlikdə Qax RPŞ-yə gətirilmişdir, lakin həmin vaxt hansı avtomobildə əyləşdiyini xatırlamır. Bundan sonra avtomobil duracağa qoyulmuş, lakin avtomobilin qapısının kimin tərəfindən bağlandığını və ya ümumiyyətlə qapısının bağlanıb-bağlanmadığını xatırlamır. Daha sonra videoçəkilişdən istifadə edilməklə avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilərkən iştirak edib-etmədiyini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin məsul növbətçisi vəzifəsində xidmət edir. Təxminən 01 il 06 ay əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirdiyinə görə Qax rayonunun İlisu kəndinin ərazisində saxlanılaraq “VAZ 2101” markalı, sarı rəngli avtomobili ilə birlikdə həmin avtomobildə Qax RPŞ-yə gətirilmiş, həmin vaxt əməliyyat tədbirinə Azər Nəsirov rəhbərlik etmiş və o da qeyd olunan əməliyyat tədbirində iştirak etmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs məxsus olan avtomobil ilə qayıtmış, həmin avtomobildə ondan başqa Araz Yusifli və adını və soyadını xatırlamadığı daha bir nəfər polis əməkdaşı olmuş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən nə qədər vaxt sonra sonuncunun avtomobilinə baxış keçirildiyini və üzərində şəxsi axtarış aparıldığını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. Hər hansı avtomobil polis şöbəsinə gətirildikdən sonra duracaqda saxlanılır və qapıları bağlanılır. Təqsirləndirilən şəxs məxsus olan avtomobil Qax RPŞ-yə gətirildikdən sonra avtomobilin mühafizəsi təmin olunmuş və videomüşahidə kameraları vasitəsilə nəzarət aparılmışdır. Avtomobilin duracağa qoyulmasının şahidi olmamışdır və avtomobilin polis şöbəsinə nə vaxt gətirilməsi barədə məlumatı yoxdur. Avtomobilin açarını Təqsirləndirilən şəxs təhvil veribvermədiklərini və avtomobilin qapısının açarla açılıb-açılmadığını xatırlamır. Hər hansı şəxs polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunur, müdafiəçilərin siyahısı təqdim olunur, müdafiəçiyə məlumat verilir, müdafiəçi gəldikdən sonra şübhəli şəxsə təqdim olunur və bundan sonra isə şübhəli şəxs qismində tutulma həyata keçirilir. Şübhəli şəxs qismində tutulduqdan 45 dəqiqə sonra şəxsi axtarış aparılmasının və bundan 44 dəqiqə sonra avtomobilə baxış keçirilməsinin səbəbini xatırlamadığını, lakin müdafiəçinin vaxt verilməsini xahiş etdiyini hesab etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Qax RPŞ-nin uçot-qeydiyyat bölməsində inspektor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilən zaman videoçəkiliş aparmışdır, lakin həmin vaxt avtomobilin qapısının açarla bağlanıb-bağlanmadığını xatırlamır. Narkotik vasitəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir və həmin vaxta kimi açarların kimdə olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edib Zaqatala və qonşu rayonların ərazilərində satışını təşkil etməsi barədə həmin İdarəyə məlumat daxil olmuş, məlumat əsasında 04 avqust 2022-ci il tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra qeyd olunan tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs Zaqatala rayonunun Yuxarı Tala kəndinin ərazisindəki “Selin” marketin yaxınlığında “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər madddə olan bir ədəd büküm aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitəyə bənzər maddə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan maddənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 03 ay əvvəl yaşadığı evin həyətində əkdiyi çətənə bitkisinin kollarından əldə etdiyini və qurudulmuş marixuananın qalan hissəsini polis şöbəsinin həyətində olan avtomobilində saxladığını bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilmişdir. Ardınca həmin narkotik vasitəyə bənzər maddə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında günorta saatlarından sonra üç-dörd nəfər şəxs Təqsirləndirilən şəxs Zaqatala rayonunda yerləşən X25 üçün ucaldılmış abidənin yanında saxlayaraq ciblərini yoxlamışlar, daha sonra isə “Chevrolet” markalı, ağ rəngli avtomobilə əyləşdirmişlər və bundan sonra avtomobil Qax şəhəri istiqamətində hərəkət etmişdir. Bundan sonra isə bir nəfər şəxs də Təqsirləndirilən şəxs məxsus avtomobilini idarə edərək Qax şəhəri istiqamətində hərəkət etdirmişdir. Həmin vaxt o, qeyd olunan yerə yaxınlıqda dayanmış, bu zaman Təqsirləndirilən şəxs tək olmuş və sonuncunun hansı səbəbdən saxlanılması ilə maraqlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə, havanın isti olduğu vaxtda günorta saat 15:00-16:00 radələrində Zaqatala rayonunda yerləşən X25 üçün ucaldılmış abidənin yanında üç-dörd nəfər şəxs Təqsirləndirilən şəxs zor tətbiq edərək əyləşdiyi avtomobildən çıxarıb “Chevrolet” markalı, ağ rəngli avtomobilə əyləşdirmişlər və bundan sonra avtomobil Qax şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt o, qeyd olunan yerdən uzaq məsafədə olduğu üçün Təqsirləndirilən şəxs hər hansı reaksiya verib-vermədiyini görməmiş və həmin vaxt daha bir nəfər şəxs də Təqsirləndirilən şəxs avtomobilinə əyləşib avtomobili idarə edərək Qax şəhəri istiqamətində hərəkət etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zaqatala rayonunda yerləşən X25 üçün ucaldılmış abidənin yanında, əvvəlki adı “Nihad Market”, hazırkı adı isə “Oba Market” olan marketin qarşısında üç-dörd nəfər şəxs Təqsirləndirilən şəxs “Chevrolet” markalı, ağ rəngli avtomobilə əyləşdirmişlər və bundan sonra avtomobil Qax şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt o, qeyd olunan yerdən təxminən yüz metr məsafə uzaqlıqda olmuş, bu zaman Təqsirləndirilən şəxs tək olmuş və sonuncuya qarşı zor tətbiq olunmasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun yanında olmamış və bu barədə sonradan məlumat əldə etmişdir. Gecə vaxtı onun istifadəsində olan mobil telefon nömrəsinə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirən şəxs mobil telefon vasitəsilə zəng edərək səhəri gün polis şöbəsinə gəlməsini demiş, lakin o, çağırılmasının səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gündən sonrakı gün, yəni 01 avqust və ya 02 avqust 2022-ci il tarixdə polis şöbəsinə getdikdən sonra ondan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşına yaxınlaşmasını bildirmişlər, həmin əməkdaşa yaxınlaşdıqda isə əməkdaş əlinə qandal vurulmuş Təqsirləndirilən şəxs otaqdan çıxarmış və onu otağa dəvət etmişdir. Daha sonra əməkdaş Təqsirləndirilən şəxs narkotik vasitəyə görə tutulduğunu deyərək ondan Təqsirləndirilən şəxs Qax RPŞ-dən buraxılmasının səbəbini soruşmuş, o isə Təqsirləndirilən şəxs üç gün ərzində Qax rayonunda qaldığını və sürücülük vəsiqəsi olmadığına görə onu götürmək üçün Qax rayonuna getdiyini demişdir. 04 avqust və ya 05 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsindən onun istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə zəng olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi və tez-tez Qax rayonuna gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2022-ci il raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi və Qax rayonuna gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:45-dən saat 21:01-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz predmet aşkar olunmamışdır. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə sat 21:45-dən saat 21:57-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs Qax Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyul 2022-ci il tarixli 17/583 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlə.” yazısı olan sellofan torbanın içərisindəki təmiz çəkisi 405,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 24 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın qərarının yoxlanılmasının nəticələri haqqında Qax Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarından görünür ki, Qax Rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş 23 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 avqust 2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Zaqatala rayonunun ərazisində üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 avqust 2022-ci il raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Zaqatala rayonunun ərazisində üzərində gəzdirməsi şübhəsi ilə həmin tarixdə saat 18:50-də Zaqata rayonunun Yuxarı Tala kəndində yerləşən “Selin” marketin yaxınlığında “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 18:50-dən tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:05-dən saat 20:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər madddə olan bir ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:10-dan saat 21:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 17/611 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 29,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş edilmiş” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 660 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 26 avqust 2022-ci il tarixli 008-8307-1222 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz əldə etməkdə və satmaqda digər şəxslərlə əlbirliyinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarın geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul olunmuş 04 avqust 2022-ci il tarixli qərar yoxlanılmadan geri qaytarılmışdır. Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Qax Rayon Polis Şöbəsində araşdırılan cinayət işi sonuncunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli 7/1303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-ə məxsus 1 №-li qəhvəyi rəngli kağız torbada üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlə” yazılar və imzalar olan sellofan torbada, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazılar və imzalar olan 2 №-li ağ rəngli zərfdə sellofan bağlamada, MEM-ə məxsus 3 №-li qəhvəyi rəngli kağız torbada ağ kağız üzərində “Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlə” yazılar və imzalar olan qara rəngli sellofan torbada olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla 04 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 dekabr 2022-ci il tarixli 7684 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsn narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 04 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla 04 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 03 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməlləri CM-in 234.1 və 234.4.3cü maddələrindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, barəsində CM-in 237-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş etibarnamələr üzrə çıxarışdan görünür ki, X1 tərəfindən Təqsirləndirilən şəxs “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 08 avqust 2022-ci il tarixli 1003 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Rəcəbov X12 rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşamışdır, 14 dekabr 2013-cü ildə doğulmuş Səyyarə Rəcəbova və 16 iyul 2021-ci ildə doğulmuş Nəzrin Rəcəbli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən X9 və X6 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli 3-13-118/2- 21321/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsindən daxil olmuş 04 noyabr 2023-cü il tarixli 3-13-87/2-17186/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qax RPŞ-yə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Qax RPŞ-yə 23 iyul 2022-ci il tarixdə saat 19:30-da gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Qax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Rəcəbov X12 RPŞ-yə 04 avqust 2022-ci il tarixdə saat 18:45-də və ya 19:45-də gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Rəcəbov X12 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X4 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sağ said, sağ diz və topuq nahiyələrində köhnə çapıqlar” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 738-32-95 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 23 iyul 2022-ci il tarixdə danışıqlar aparılmış, son danışıq qeyd olunan tarixdə saat 17:15-də aparılmış və göstərilən tarixdə qeyd olunan mobil telefon nömrəsi “Qax sheheri” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 656-66-16 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 23 iyul 2022-ci il tarixdə hər hansı danışıqlar aparılmamış, mesajlar göndərilməmiş və qəbul edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 3-13-7/2-9440/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material, 02 (iki) ədəd bağlama, 01 (bir) ədəd mobil telefon və 02 (iki) ədəd DVD disk 05 avqust 2022-ci il tarixli məktubla aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim olunmuş və qeyd olunan prosessual hərəkətlərlə bağlı videogörüntülər Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli 6/75 nömrəli məktubdan görünür ki, 04 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri bir ədəd DVD-R diskə köçürülərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsində CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə istintaqı aparılmış cinayət işinə əlavə edilmiş və cinayət işi ilə birlikdə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı DVD-R dskin əlavə nüsxəsi hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Polis Şöbəsindən daxil olmuş 05 aprel 2024-cü il tarixli 3-13-87/2-5201/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2101” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qax RPŞ-nin inzibati binasının yerləşdiyi əraziyə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə ilk öncə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş 23 iyul 2022-ci il tarixdə ona məxsus olan avtomobilə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 405 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Qax rayonunun İlisu kəndinin ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb özünün razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 405 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin bənd üzrə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs avtomobilində maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunduğu 23 iyul 2022-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, məhkəmə-bioloji ekspertizasının 24 iyul 2022-ci il tarixli 17/583 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə şübhəli şəxs, habelə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri və Qax Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid3 və Şahid4 cinayət işi üzrə şahid qismində dindirilərkən verdikləri ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın həmin bənd üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 23 iyul 2022-ci il tarixli protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahidlərin ifadələr və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən bənd üzrə ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə baxış keçirilməsi və götürmə aparılması haqqında 23 iyul 2022-ci il tarixli protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 23 iyul 2022-ci il tarixdə Qax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi və tez-tez Qax rayonuna gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 20:45-dən saat 21:01-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz predmet aşkar olunmamış, bundan sonra isə saat 21:45dən saat 21:57-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun avtomobilinə baxış keçirilmiş və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın qeyd olunan bəndinin əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 23 iyul 2022-ci il tarixdə saat 19:15, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 20:00 radələri göstərilsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində 23 iyul 2022-ci il tarixdə saat 15:00-17:00 radələrində Qax rayonunun İlisu kəndinin ərazisində deyil, Zaqatala rayonunun Yuxarı Tala kəndində X25 üçün ucaldılmış abidənin yaxınlığında olan Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən deyil, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparıldığını və qeyd olunan tarixdən və vaxtdan faktiki saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatlar məhkəmə istintaqı zamanı araşdırılmış, lakin saxlanılma vaxtını dəqiq müəyyən etmək mümkün olmasa da cinayət işi üzrə dindirilmiş şahid X19 ifadəsində Təqsirləndirilən şəxs günorta saatlarından sonra, şahid X20 isə ifadəsində Təqsirləndirilən şəxs günorta saat 15:00-16:00 radələrində saxlanıldığını bildirmişlər. Habelə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı ilə cinayət işində olan rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilməsinə baxmayaraq, 45 dəqiqə sonra olmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulması, bundan 45 dəqiqə sonra olmaqla saat 20:45-də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlaması və saat 21:01-də başa çatması, bundan 44 dəqiqə sonra olmaqla saat 21:45-də baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlaması və saat 21:57-də başa çatması, nəticədə şəxsin saat 19:15-də polis əməkdaşları tərəfindən saxlanılmasından maddi sübut hesab olunan qurudulmuş marixuananın aşkar olunduğu avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlandığı saat 21:45-dək təxminən 2-3 saat vaxt boşluğunun mövcudluğu məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın qeyd olunan bəndinin əsası qismində çıxış edən və onun barəsində hazırkı cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı heç vaxt narkotik vasitədən və psixotrop maddədən istifadə etməməsi və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, 23 iyul 2022-ci il tarixdə gün ərzində Zaqatala rayonunun ərazisində olması və həmin gün Qax şəhərində olmaması, Qax RPŞnin əməkdaşı X21 RPŞ-nin əməkdaşı Daşqın adlı şəxsin arasında ədavətin olması, qeyd olunan səbəbdən 23 iyul 2022-ci il tarixdə saat 19:15-də deyil, saat 15:00-17:00 radələrində Qax rayonunun İlisu kəndinin ərazisində deyil, Zaqatala rayonunun Yuxarı Tala kəndində X25 üçün ucaldılmış abidənin yaxınlığında olan zaman Qax Rayon Polis Şöbəsinin əməkdaşları olan Azər Nəsirov, Araz Yusifli və Şahid3 da daxil olmaqla 4-5 nəfər polis əməkdaşı tərəfindən saxlanılması, saxlanılan zaman təxminən 5 metr məsafədə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin dayanması, bu zaman onun üzərində və ya avtomobilində narkotik vasitə olmaması, üzərində şəxsi axtarış və götürmə aparılmaması, bundan sonra polis əməkdaşları tərəfindən əlləri qandallanıb “Chevrolet Niva” markalı, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 606 olan avtomobilə əyləşdirilərək Qax Rayon Polis Şöbəsinin inzibati binasına aparılması, həmin avtomobili Azər Nəsirovun idarə etməsi, bir nəfər polis əməkdaşının avtomobilin ön oturacağında, Şahid3 isə onun yanında əyləşməsi, bu zaman ona məxsus olan avtomobilin qapılarının kilidinin nasaz olması səbəbindən ümumiyyətlə bağlanmaması, avtomobilin açarını adını və soyadını xatırlamadığı əməliyyat müvəkkilərindən birinin götürməsi, ona məxsus olan avtomobilin oraya polis əməkdaşı Aqşin Məhyəddinov tərəfindən idarə olunaraq gətirilməsi, həmin vaxt qeyd olunan avtomobildə ancaq Aqşin Məhyəddinovun olması, Qax RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən avtomobilinə narkotik vasitə yerləşdirilməsi, orada olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə məruz qalması, polis əməkdaşları Azər Nəsirov və Şahid3 ondan istədikləri kimi ifadə verməsini, narahat olmamasını, hər şeyin yaxşı olacağını və ayağına elektron qolbaq vurulacağını dedikləri üçün, habelə yaşadığı fərdi yaşayış evinin həyətinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdiklərinə görə məcbur qalıb narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olması barədə etirafedici ifadələr verməsi, üzərində şəxsi axtarış aparılan zaman avtomobilin açarlarının onda olmaması, bu zaman pul qabından aşkar olunan açarın avtomobilin yük yerinin açarı olması, açarın birinin avtomobilin yük yerinin açarı, digərinin isə avtomobilin mühərrikini işə salan açar olması, hər iki açarın bir halqanın üzərində olması, polis şöbəsində olan zaman əvvəlcə ona narkotik vasitənin satışı ilə məşğul olması barədə sənədləşmənin aparılacağının deyilməsi, lakin ardınca CM-in 234.1-ci maddəsi ilə aparılan cinayət işinə xitam verib onu azad etmələri haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs avtomobilindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 6-cı maddəsinin də pozuntularını müəyyən etmiş və həmin qərarında bir sıra digər məsələlərlə yanaşı göstərmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X15rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 17 mart 2005-ci il tarixdə polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Bundan başqa, “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarında məhkəmə Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999-cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10:45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxanda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirməninbaşlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç də 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində deyil, məhz həmin tarixdə qeyd olunan vaxtdan əvvəlki saatda saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və avtomobilinə baxışın keçirilməsinin onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış və avtomobilə baxış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından saatlar sonra aparılmışdır. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs Qax RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs Qax RPŞ-yə gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 23 iyul 2022-ci il tarixdə saat 19:15-də deyil, saat 15:00-17:00 radələrində saxlanıldığı bildirmiş, sonuncu saxlanılan zaman onun yanında olduğu şübhə doğurmayan şahidlər X19 və X20 isə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsinə oxşar ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 738-32-95 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsi vasitəsilə 23 iyul 2022-ci il tarixdə danışıqlar aparılmış, son danışıq həmin tarixdə saat 17:15-də aparılmış və göstərilən tarixdə qeyd olunan mobil telefon nömrəsi “Qax sheheri” anten dairəsində olmuşdur. Məhz yuxarıda qeyd olunanlar da Təqsirləndirilən şəxs polis əməkdaşlarının qeyd etdiklərinə əsasən 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində deyil, həmin tarixdə qeyd olunan vaxtdan əvvəlki saatda saxlanıldığını təsdiq edir. Habelə Qax Rayon Polis Şöbəsindən daxil olmuş 04 noyabr 2023-cü il tarixli 3-13- 87/2-17186/2023 nömrəli məktubda Təqsirləndirilən şəxs Qax RPŞ-yə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Xüsusilə vurğulanmalıdır ki, cinayət işində olan rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilməsinə baxmayaraq, 45 dəqiqə sonra olmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, bundan 45 dəqiqə sonra olmaqla saat 20:45-də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmış və saat 21:01-də başa çatmış, bundan 44 dəqiqə sonra olmaqla saat 21:45-də baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmış və saat 21:57də başa çatmış, nəticədə Təqsirləndirilən şəxs saat 19:15-də polis əməkdaşları tərəfindən saxlanılmasından maddi sübut hesab olunan qurudulmuş marixuananın aşkar olunduğu avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlandığı saat 21:45-dək təxminən 2-3 saat vaxt boşluğu olmuşdur. Habelə digər maraqlı məqam isə Təqsirləndirilən şəxs məxsus olan avtomobilə baxış keçirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk tədqiq olunarkən aşkar olunmuşdur. Belə ki, həmin videogörüntüdən görünür ki, qeyd olunan tarixdə saat 21:45-dən saat 21:57-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin qapısı açarla bağlanmış vəziyyətdə olmamış, açıq vəziyyətdə olmuş, avtomobilin açarının kimdə olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs avtomobilin ön sol qapısına yaxınlaşaraq hər hansı açardan istifadə etmədən qapını rahatca açmış, daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilib götürülmüşdür. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən əlləri qandallanıb “Chevrolet Niva” markalı, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 606 olan avtomobilə əyləşdirilərək Qax Rayon Polis Şöbəsinin inzibati binasına aparıldığını, həmin avtomobili Azər Nəsirovun idarə etdiyini, bir nəfər polis əməkdaşının avtomobilin ön oturacağında, Şahid3 isə onun yanında əyləşdiyini, bu zaman ona məxsus olan avtomobilin qapılarının kilidinin nasaz olması səbəbindən ümumiyyətlə bağlanmadığını, avtomobilin açarını adını və soyadını xatırlamadığı əməliyyat müvəkkilərindən birinin götürdüyünü, ona məxsus olan avtomobilin isə oraya polis əməkdaşı Aqşin Məhyəddinov tərəfindən idarə olunaraq gətirildiyini, həmin vaxt qeyd olunan avtomobildə ancaq Aqşin Məhyəddinovun olduğunu və Qax RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən avtomobilinə narkotik vasitə yerləşdirildiyini bildirmişdir. Qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs saxlanılması tədbirində iştirak edən Şahid3 məhkəmə istintaqı zamanı bir-birinə zidd ifadələr vermiş, 10 avqust 2023-cü il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılaraq Qax RPŞ-yə aparılan zaman “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun özünün idarə etdiyini demiş, lakin məhkəmə istintaqının gedişində 07 mart 2024-cü il tarixdə şahid qismində dindirilən zaman verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonuncuya məxsus olan avtomobili Araz Yusiflinin idarə etdiyini qeyd etmişdir. Habelə Şahid3 ifadələrində avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobilin qapılarının bağlı olduğunu, avtomobilin qapısının açarının Təqsirləndirilən şəxs olduğunu və Təqsirləndirilən şəxs özünün avtomobilin qapısını açarla açdığını qeyd etmişdir. Göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsində iştirak edən Şahid4 da məhkəmə istintaqı zamanı bir-birinə zidd ifadələr vermiş, 13 noyabr 2023-cü cü il tarixdə verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünün avtomobilin qapısını açarla açdığını qeyd etmiş, lakin məhkəmə istintaqının gedişində 18 aprel 2024-cü il tarixdə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs məxsus olan avtomobilin qapılarının bağlanıb-bağlanmadığını və avtomobilin qapısının açarının kimdə olduğunu xatırlamadığını qeyd etmişdir. Müvafiq halla bağlı avtomobilə baxış keçirilməsində iştirak etmiş Ramil Məbudov isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hər hansı avtomobilin polis şöbəsinə gətirilməsindən sonra duracaqda saxlanıldığını, qapılarının bağlandığını, Təqsirləndirilən şəxs məxsus olan avtomobil də Qax RPŞ-yə gətirildikdən sonra avtomobilin mühafizəsinin təmin olunduğunu və videomüşahidə kameraları vasitəsilə nəzarət edildiyini demiş, habelə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından 45 dəqiqə sonra üzərində şəxsi axtarış aparılmasının və bundan 44 dəqiqə sonra avtomobilə baxış keçirilməsinin səbəbini xatırlamadığını, lakin müdafiəçinin vaxt verilməsini xahiş etdiyini hesab etdiyini qeyd etmişdir. Həmçinin Qax Rayon Polis Şöbəsindən daxil olmuş 05 aprel 2024-cü il tarixli 3-13- 87/2-5201/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qax RPŞ-nin inzibati binasının yerləşdiyi əraziyə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi cinayət işində olan rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilməsinə baxmayaraq, 45 dəqiqə sonra olmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, bundan 45 dəqiqə sonra olmaqla saat 20:45-də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmış və saat 21:01-də başa çatmış, bundan 44 dəqiqə sonra olmaqla saat 21:45-də baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmış, bu zaman avtomobilin qapısı açarla bağlanmış vəziyyətdə olmamış, açıq vəziyyətdə olmuş, avtomobilin açarının kimdə olması müəyyən olunmamış, Təqsirləndirilən şəxs avtomobilin ön sol qapısına yaxınlaşaraq hər hansı açardan istifadə etmədən qapını rahatca açmış, daha sonra avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilib götürülmüş, istintaq hərəkəti saat 21:57-də başa çatmış, nəticədə Təqsirləndirilən şəxs saat 19:15-də polis əməkdaşları tərəfindən saxlanılmasından maddi sübut hesab olunan qurudulmuş marixuananın aşkar olunduğu avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlandığı saat 21:45-dək təxminən 2-3 saat vaxt boşluğu olmuşdur. Məhz yuxarıda qeyd olunanlar, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində deyil, həmin tarixdə qeyd olunan vaxtdan əvvəlki saatda saxlanılmasının şübhə doğurmamasına və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs və sonuncunun avtomobilinin Qax RPŞ-yə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın qeyd olunan bəndinin əsası qismində çıxış edən və onun barəsində hazırkı cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmaması, cinayət işi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri olan şəxslərin şahid qismində dindirilməmələri və bu prosesdən kənarda saxlanılmalarıdır. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması və avtomobilinə baxış keçirilməsi arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs və sonuncuya məxsus olan avtomobil Qax Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarış aparılmasının və avtomobilə baxış keçirilməsinin Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Digər tərəfdən məhkəmə istintaqı ilə müəyyən olunan hallarla, yəni Təqsirləndirilən şəxs saxlanılmasında hansı polis əməkdaşlarının iştirak etməsi ilə bağlı ziddiyyət yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun saxlanılmasında Azər Nəsirov, Araz Yusifli və Şahid3 da daxil olmaqla 4-5 nəfər polis əməkdaşının iştirak etdiyini bildirmiş, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan əməliyyat tədbirində onunla birlikdə yalnız Araz Yusiflinin iştirak etdiyini bildirmiş, Araz Yusifli həmin əməliyyat tədbirində onunla birlikdə Şahid3, Azər Nəsirov, Aqşin Məhyəddinov və Şahin Əhmədovun iştirak etdiyini demiş, Azər Nəsirov isə əməliyyat tədbirinə rəhbərlik etdiyini, əməliyyat tədbirində iştirak etsə də əməliyyat tədbirinin gedişatı ilə əlaqədar olaraq dayanma nöqtəsi və hərəkət marşrutunun dəyişilməsinin hallarının olduğunu, qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs saxlanılan zaman orada deyil, bir qədər kənarda olduğunu qeyd etmişdir. Odur ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 23 iyul 2022-ci il tarixdə saat 19:15-də deyil, həmin tarixdə qeyd olunan vaxtdan əvvəlki saatda saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək və avtomobilə baxış keçirilənədək keçən müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin avtomobilindən aşkar olunmuş maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübut maddi sübutun (qurudulmuş marixuananın) aşkar olunduğu baxış keçirilməsi və götürmə aparılması haqqında 23 iyul 2022-ci il tarixli istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid3 və Şahid4 cinayət işi üzrə şahid qismində dindirilərkən verdikləri ifadələri və Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təsir-təzyiqlərə məruz qaldığını, lakin ona qarşı zor tətbiq olunmadığını bildirmiş, buna müvafiq olaraq da müvafiq müayinələrdən keçən zaman bədən səthi üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Qax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Rəcəbov X12 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X4 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sağ said, sağ diz və topuq nahiyələrində köhnə çapıqlar” xəsarətləri aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, X4 qəbul olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ said, sağ diz və topuq nahiyələrində köhnə çapıqlar” xəsarətləri isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ said, sağ diz və topuq nahiyələrində köhnə çapıqlar” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yoxlanılması zamanı onun uzun müddət polis şöbəsində saxlanılması və müvafiq sorğular verilib cinayət işinin materiallarına əlavə olunan rəsmi sənədlər ona təsir-təzyiq göstərilməsi ilə bağlı məhkəmə üçün müvafiq şübhələrin yaranması üçün yetərlidir. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, habelə avtomobilə baxış keçirilərkən qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrindən saatlar öncə baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Qax Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs avtomobilindən ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman və avtomobilinə baxış keçirilərkən qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən şahidlər X19 və X11 ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olması ilə bağlı materialların məhkəmə ekspertizasının rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırkı halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qənaəti formalaşdıran məhkəmə-narkoloji ekspertizasının rəyi isə dolayısı ilə narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs məxsus olması ilə bağlı şübhələr yaradır. Eləcə də cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt 23 iyul 2022-ci il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə gəlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş, formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul edilməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyyat-axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. CPM-ə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. CPM-in 447.2-ci maddəsinə görə məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci madəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və Başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Lakin cinayət işinin materialları ilə müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli nömrəli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Qax RPŞ-nin CAB-nin rəisi Azər Nəsirov tərəfindən qəbul edilmiş 23 iyul 2022-ci il tarixli qərarının qanunihesab edilməsi nəticəsinə gəlinmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 65.1 və 65.2.4cü maddələrinin tələbinə əsasən həmin qərar məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Belə ki, məhkəmə nəzarətini həyata keçirən məhkəmə əməliyyat-axtarış tədbirinin keçirilməsinin qanuniliyi məsələsinə baxarkən məhdud sayda sübutlar əsasında yalnız keçirilən prosedurun qanuniliyini yoxlamışdır ki, həmin qərar sonradan mahiyyəti üzrə işə baxan məhkəmə üçün şəxsin təqsirliliyinin müəyyən edilməsi baxımından əvvəlcədən heç bir preyudisial qüvvəyə malik olmamaqla məhkəmənin həmin halları yenidən yoxlayıb qiymətləndirməsinə maneə deyildir. Artıq yuxarıda qeyd edildiyi kimi cinayət işində olan rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində deyil, həmin tarixdə qeyd olunan vaxtdan əvvəlki saatda saxlanılaraq Qax RPŞ-yə gətirilməsinə baxmayaraq, 45 dəqiqə sonra olmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulmasını, bundan 45 dəqiqə sonra olmaqla saat 20:45-də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmasını və saat 21:01-də başa çatmasını, bundan 44 dəqiqə sonra olmaqla saat 21:45-də baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkəti başlanmasını, bu zaman avtomobilin qapısının açarla bağlanmış vəziyyətdə olmamasını, açıq vəziyyətdə olmasını, avtomobilin açarının kimdə olmasının müəyyən olunmamasını, Təqsirləndirilən şəxs avtomobilin ön sol qapısına yaxınlaşaraq hər hansı açardan istifadə etmədən qapını rahatca açmasını, üzərində şəxsi axtarış aparılanadək və avtomobilə baxış keçirilənədək keçən müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin avtomobilindən aşkar olunmuş maddi sübutun (narkotik vasitə qurudulmuş marixuananın) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq qeyd olunanların Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət etməsi qənaətinə gəlmişdir. Baxmayaraq ki, həmin qərarı müdafiə tərəfi mübahisələndirməyib, qeyd olunan qərar hazırda qüvvədədir, göstərilən qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. CPM-in 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sözügedən qərar da Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Məhkəmə daha sonra ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş 04 avqust 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman və ona məxsus olan avtomobilə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 689,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 29,08 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, qalan 660 qramını bir ədəd sintetik kisədə qablaşdırıb idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:50-də Zaqatala rayonunun Yuxarı Tala kəndinin ərazisindəki “Selin” marketin yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış aparılarkən onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 29,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə saat 20:55-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Zaqatala Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sintetik kisənin içərisindəki sellofan torbada aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, 04 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Zaqatala rayonunun ərazisində üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, bundan sonra qeyd olunan tarixdə saat 18:50də Zaqata rayonunun Yuxarı Tala kəndində yerləşən “Selin” marketin yaxınlığında “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında olan zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, avtomobil isə şöbənin həyətinə yerləşdirilmiş, daha sonra müdafiəçi ilə təmin edilərək videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və avtomobilinə baxış keçirilmişdir. Bu zaman üzərindən və avtomobilindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Lakin həmin vaxt təhqiqatçı tərəfindən bütün aşkar olunanlar CPM-in tələblərinə əsasən videoçəkilişdən istifadə edilməklə rəsmiləşdirilməli olduğu halda, qeyd olunan tələblər pozulmuş, videoçəkiliş müvafiq protokola əlavə edilməmiş, nəticədə məhkəmə istintaqı zamanı da həm Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, avtomobilə baxış keçirilməsini və bu zaman narkotik vasitələrin hansı qaydada götürülməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:05-dən saat 20:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər madddə olan bir ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:10-dan saat 21:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilib götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Göründüyü kimi şəxsi axtarış və götürmə aparılması, habelə baxış keçirilməsi və götürmə aparılması haqqında protokollarda müvafiq videogörüntülərin DVD disklərə köçürülərək protokola əlavə olunması qeyd olunsa da ümumilikdə cinayət işinə 03 ədəd diskin əlavə olunduğu müəyyən olunmuş, həmin DVD disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən 01 ədəd diskə 23 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntünün köçürülməsi, digər 01 ədəd diskə 23 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün köçürülməsi məlum olmuş, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və həmin tarixdə avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin köçürülməsi ehtimal olunan digər digər 01 ədəd disk tədqiq edilərkən isə həmin diskə hər hansı videogörüntünün köçürülməməsi, nəticədə qeyd olunan diskdə hər hansı videogörüntünün olmaması və göstərilən diskin boş olması aşkar olunmuşdur. Habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 738-32-95 mobil telefon nömrəsinə dair məlumatlar "xxxx" MMC-dən götürülərək müvafiq məlumatlara baxış keçirilməsi haqqında protokol tərtib olunsa da göstərilən CD disk ümumiyyətlə cinayət işinin materiallarına əlavə olunmamış və ibtidai istintaq tamamlanıb cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən zaman da müvafiq CD disk məhkəməyə təqdim olunmamış, eləcə də cinayət işinin Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinə dair çap üsulu ilə tərtib olunmuş müşayiət məktubunda disklərin sayı ilə bağlı hissədə əlyazma ilə müvafiq düzəliş edilərək disklərin sayının 3 ədəd olması göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq müvafiq videogörüntülərin nüsxəsinin saxlanılıbsaxlanılmaması ilə bağlı həm ilkin təhqiqatı aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə, həm də ibtidai istintaqı aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müvafiq sorğuılar verilmiş, nəticədə Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 3-13-7/2-9440/2023 nömrəli məktubda Təqsirləndirilən şəxs barəsində toplanmış materialın, 02 (iki) ədəd bağlamanın, 01 (bir) ədəd mobil telefonun və 02 (iki) ədəd DVD diskin 05 avqust 2022-ci il tarixli məktubla aidiyyəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim olunması və qeyd olunan prosessual hərəkətərlə bağlı videogörüntülərin Baş Narkotiklərlə Mübarizə İdarəsində saxlanılmaması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli 6/75 nömrəli məktubda isə 04 avqust 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntülərinin bir ədəd DVD-R diskə köçürülərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə istintaqı aparılmış cinayət işinə əlavə edilməsi, cinayət işi ilə birlikdə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı DVD-R diskin əlavə nüsxəsinin hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmadığı qeyd olunmuşdur. Habelə sonradan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə dair məlumatların əldə olunması üçün müvafiq mobil operatorlara sorğular verilmiş və bu zaman Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumatlar əldə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 128-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun, şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 134-cü maddəsinə əsasən istintaq hərəkətlərinin protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş baxış istintaq hərəkətinin protokolu sübut kimi istifadə oluna bilər. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. CPM-in 236-cı maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Baxış qurtardıqda müvafiq məlumatlarla yanaşı, həmçinin müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar qeyd olunur. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. CPM-in 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. CPM-in 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair protokol tərtib edir, protokolda müvafiq məlumatlarla yanaşı, həmçinin axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar qeyd olunur və axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və ona məxsus olan avtomobilə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitələr videoçəkilişdən istifadə edilmədən və videoçəkilişdən istifadə olunmasa belə hal şahidlərinin iştirakı olmadan götürüldüyündən və istintaq hərəkəti protokolundakı həmin natamamlıq ittiham etmək məqsədi ilə ifadələrlə aradan qaldırıla bilmədiyindən məhkəmə sübutların mümkünlüyü haqqında CPM-in yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən təhqiqat orqanının iş üzrə əldə etdiyi həmin sübutları əsaslı saymır və hesab edir ki, həmin sübutlar qanunun tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilməməli, hüquqi qüvvəsi olmayan hesab edilməli və hər hansı halın sübut olunmasında istifadə edilməməlidir. Bunlarla yanaşı, cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt 04 avqust 2022-ci il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə gəlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş, formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmiş, habelə həmin qərarda şəxsin yaşayış yerinə baxış keçirilməsi qeyd olunsa da məhkəməyə təqdim edilən məlumatlar natamam olmuşdur. Halbuki qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul edilməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyyat-axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. Artıq məhkəmə yuxarı hissədə digər bənd üzrə məhkəmə nəzarəti məsələləri təznimləyən həm daxili qanunvericiliyi, həm də Avropa Məhkəməsinin müvafiq qərarını ətraflı şəkildə təhlil etdiyindən bu hissədə yenidən qeyd olunanların aydınlaşdırılmasını zəruri hesab etmir. Lakin məhkəmə qeyd edir ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarına əsasən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 04 avqust 2022-ci il tarixli qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılmasından imtina edilmiş və qərar yoxlanılmadan geri qaytarılmışdır. Göründüyü kimi, cinayət işi başlamadan öncə məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmiş və məhkəmə bununla bağlı qərarını əsaslandıraraq onun qanuniliyinə hüquqi qiymət vermişdir. Beləliklə, artıq hazırkı iş üzrə əməliyyat-axtarış tədbiri keçirilmədən öncə polis əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlər (daha doğrusu hərəkətsizliklər) gələcəkdə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunacaq sübutun legitimliyinə şübhə yaratmışdır. Bunlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 avqust 2022-ci il raporta əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-də Zaqata rayonunun Yuxarı Tala kəndində yerləşən “Selin” marketin yaxınlığında “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və şübhəli şəxsin tutulması haqqında 04 avqust 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lakin bunlara baxmayaraq, Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışda Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə 04 avqust 2022-ci il tarixdə gətirilməsi ilə bağlı hissədə saat qrafasında əlyazma ilə müvafiq düzəliş edilmiş, gətirilmə saatının 18:45, 19:45 və ya digər vaxt olmasını müəyyən etmək mümkün olmamışdır ki, bu hal da məhkəmə heyətində müvafiq şübhələr yaratmışdır. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1093,93 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və ona məxsus olan avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs 141,10 (yüz qırx bir manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 1093,93 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və ona məxsus olan avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 141,10 (yüz qırx bir manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-15/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-15/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver