Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-150/2020 02.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X16, Dövlət ittihamçısı – X5, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7, xx xxxxxx 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 44 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri Az.İES-in arxasında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə arvadı X2 şəxslə danışıb qadın-kişi münasibəti qurduğundan şübhələnmiş, bu səbəbdən təxminən 2020-ci ilin aprel ayının əvvəllərindən başlayaraq Fərqanə İsayeva ilə münasibətlərində gərginlik yaşamış, qısqanclıq zəminində bir neçə dəfə mübahisə edərək Fərqanə İsayevanı yaşadıqları Mingəçevir şəhəri Az.İES-in arxasında yerləşən fərdi yaşayış evində döymüş, hadisənin baş verdiyi təxminən 1 ay əvvəl yenə də sonuncu ilə mübahisə edib dalaşdıqdan sonra Fərqanə İsayeva bibisi Şahid6 yaşadığı ünvan 3 ünvanına gedib orada qalmasına baxmayaraq Fərqanə İsayevanı geri qaytarmaq istəmiş, lakin cəhdlərinin boşa çıxdığını gördükdən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində hər axşam sonuncunu ünvan 3-nın həyətində güdmüş, xx.xx.2020-ci il tarixdə Fərqanə İsayevanı qeyd olunan ünvanda güdərək onun başqa şəxslə danışmağa davam etdiyinin bir daha şahidi olduqdan sonra Fərqanə İsayevanı öldürməyi qərara almış və xx.xx.2020-ci il tarixdə yaşadığı evdən mətbəx bıçağını götürərək ilk öncə «Energetik» klubuna yollanaraq orada iki bakal pivə içmiş, havanın qaraldığını və arvadını öldürmək üçün əlverişli şəraitin olduğunu görüb klubdan çıxaraq təqribən saat 21 radələrində ünvan 3 ünvanına gedərək gizli şəkildə evin bağ tərəfində dayanıb Fərqanə İsayevanın çölə çıxmasını gözləmiş, qısa müddət sonra Fərqanə İsayevanın çölə çıxdığını görüb sağ ayağının topuq hissəsində gizlətdiyi soyuq silah hesab edilməyən, qatlanmayan mətbəx bıçağını da əlinə götürərək səssiz şəkildə arxa tərəfdən ona yaxınlaşmış, qışqırmasının qarşısını almaq üçün ilk növbədə sol əli ilə ağız nahiyəsindən tutub, sağ əlində saxladığı bıçaqla sinə nahiyəsinə iki zərbə endirmiş, Fərqanə İsayeva zərbələrdən yerə yıxıldığı zaman tez bir zamanda öldürmək niyyəti ilə əlavə olaraq yerdə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa davam edərək cəmi 9 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən sol çiyin qurşağının üst səthində bir ədəd, sol döş giləsinin üstündə bir ədəd, sol döş vəzinin bayır səthində bir ədəd, sol epiqastral nahiyədə bir ədəd, epiqastral nahiyədə bir ədəd, sağ said nahiyədə iki ədəd, sol əlin 3-cü barmağının 2-ci falanqasında bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid və ürəyin açıq zədələnməsi nəticəsində kəskin qanaxmaya səbəb olan sol döş vəzinin aşağı kənarında ürəyin və ağ ciyərin zədələnməsi ilə döş boşluğuna dəlib-keçən dərəcəsinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd xəsarət yetirərək X8 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, X14 onu başqa şəxslə aldatdığı eşidəndən sonra Tahir İsmayılova müraciət etmişdir. Tahir İsmayılov isə ona gözü ilə görməsə, inanmamağını bildirmişdir. Arabir arvadı Fərqanə İsayeva ilə arasında mübahisələr olsa da, bu qədər ciddi münaqişə baş verməmişdir. Daha sonra arvadının başqa şəxslə telefon danışıqlarının olduğunu görmüş və bu barədə Fərqanənin atası Tahir İsmayılova bildirdikdə Tahir İsmayılov telefonda ona “kişi deyilsən, boşa, mən qəbul edirəm” demişdir. O, bir ay yarım arvadını izləmiş və arvadının ona xəyanət etdiyini öz gözləri ilə görmüş, onun gecə telefonla danışdığının şahidi olmuşdur. Anası ailəsinin dağılmaması üçün Tahir İsmayılovun evinə getsə də, həmin vaxt onlar onun ünvanına xoşagəlməz ifadələr işlətdiklərinə görə anası ağlayıb oradan geri qayıtmışdır. Bir gün gizli olaraq Fərqanənin qaldığı sonuncunun bibisinə məxsus evdə yataq otağının pəncərəsinə yaxınlaşaraq izləməyə başlamış və otağın pəncərəsinin yuxarı hissəsinin azca açıq olduğundan Fərqanənin yavaş səslə kiminləsə danışdığını görmüşdür. Fərqanə İsayeva həmin vaxt telefonda danışdığı şəxsə boşandığını və həmin şəxsin yanına gələcəyini demişdir. X14 telefonda danışdığı həmin şəxs isə Şahid8 olmuşdur. Bu zaman artıq onu öldürməyə qərar vermişdir. Hadisə günü Fərqanənin qaldığı ünvana çatdıqda evin bağ hissəsinin arxa tərəfindən bağa daxil olaraq Fərqanəni öldürmək üçün əlverişli şəraitin olmağını gözləmiş, təqribən orada gizli gözlədikdən 10 dəqiqə sonra Fərqanənin çölə çıxdığını və qab yumağa başladığını görmüşdür. Bu səbəbdən o, ayaqqabılarından səsin çıxmaması üçün ayaqqabılarını soyunaraq sağ ayağının topuq hissəsində gizlətdiyi bıçağı da çıxararaq gizli olaraq Fərqanəyə arxa tərəfdən yaxınlaşmağa başlamışdır. Arxa hissədən Fərqanəyə gizli yaxınlaşdıqda Fərqanənin qışqırmaması üçün ilk növbədə onun ağız nahiyəsindən tutaraq sağ əlindəki tutduğu bıçaq ilə onun sinə nahiyəsinə iki zərbə endirmiş, zərbələrdən sonra Fərqanə yerə yıxılıb qışqırmağa başlamışdır. Bu zaman Fərqanə yerdə uzandığı zaman o, Fərqanəyə bıçaqla dayanmadan bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam etmişdir. Fərqanənin artıq öldüyünü görüb hadisə yerini tərk etmişdir. Hadisə yerini tərk edərkən bıçağı da özü ilə aparmışdır. Oradan çıxıb bir başa təslim olmaq üçün Mingəçevir Şəhər Polis Şöbəsinə gələrək arvadı Fərqanəni öldürdüyü barədə məlumat vermişdir. Əməlindən peşman deyil, namusunu təmizləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əlavə olaraq ifadəsində göstərdi ki, mərhum qızı X20 İsayev ilə ailə həyatı qurduğu 23 il ərzində Təqsirləndirilən şəxs qızını döydüyü üçün onu hər dəfə gedib öz evinə gətirmişdir. Bir dəfə Təqsirləndirilən şəxs onun iş yerinə gələrək qızı X15 Hüseynov ilə münasibətdə olduğunu bildirmişdir. O isə həmin vaxt Təqsirləndirilən şəxs “qızımı başqa şəxslə tutmusansa, öldür, qanı halaldır” demişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Tahir İsmayılov ona ünvanlanan suallara cavab verərək qızı Fərqanə İsayeva əri Təqsirləndirilən şəxs tərəfindən tez-tez döyüldüyü üçün qızını yaşadığı evə gətirdiyini, qızını hər dəfə yaşadığı evə gətirəndə qızının əri ilə münasibətlərinin qaydasına düşəcəyini fikirləşdiyi üçün onu Elnurla barışdırdığını, övladları olduğu üçün qızının boşanmasını istəmədiyini və buna görə də, Elnuru etdiyi hərəkətlərə görə hər dəfə bağışladığını, hazırda təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, təqribən carı ilin aprel ayının sonlarında səhər saatlarında işlətdiyi mobil nömrəsinə zəng gəlmiş və zəngə cavab verdikdə Könül adlı qadın özünü təqdim edərək Fərqanənin iş yoldaşı olduğunu və Fərqanənin onunla söhbət etmək istədiyini bildirmişdir. Fərqanə onunla danışarkən həyəcanlı şəkildə ağlayaraq onu təcili oradan götürməyini, əks halda əri Elnur tərəfindən öldürüləcəyini bildirmişdir. O da həmin vaxt işdə olsa da, dərhal həmin zəngdən sonra Fərqanənin işlədiyi yerə gedərək sonuncunu oradan aparmışdır. Belə ki, o, Fərqanəni götürərkən Fərqanə psixoloji sarsıntı keçirmiş, həmçinin qorxudan bütün bədəni qızdırmış vəziyyətdə olmuşdur. O, Fərqanəni yaşadığı ünvan 5 ev 2 ünvanına apardıqdan sonra qardaşı Tahirə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Qardaşı Tahir arvadı Səlmi ilə yaşadığı evə gələrək Fərqanəni aparmaq istədikdə Fərqanə buna qəti şəkildə etiraz edərək getməkdən imtina etmişdir. Bu səbəbdən Fərqanə onunla yaşamağa başlamışdır. xx xxx 2020-ci il tarixdə günorta vaxtlarında Elnurun anası Məryəm yaşadığı ünvana gələrək Fərqanəni evə geri qayıtmağa razı salmağa çalışmışdır. Belə ki, Məryəm Fərqanə ilə danışaraq onun Elnura qayıtmayacağı təqdirdə Elnurun onu öldürəcəyi barədə xəbərdarlıq etsə də, onlar bu sözlərə əhəmiyyət verməmişlər. Fərqanə orada da artıq Elnura geri qayıtmayacağını, boşanmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə boşanma üçün ərizə ünvanladığını bildirmişdir. Məryəm bu zaman ağlayaraq Elnurun gündə içərək evdə dava saldığını, bu səbəbdən ikinci əri ilə mübahisə etdiklərini, Elnurun bu hərəkətlərini ikinci ərinin qəbul etmədiyi bildirərək ara vermədən Fərqanədən geri dönməsini xahiş etmişdir. Lakin Fərqanədən bir daha rədd cavabını aldıqdan sonra Məryəm onun yaşadığı evdən çıxaraq getmişdir. xx.xx.2020-ci il tarixdə təqribən saat 19 radələrində işdən evə qayıtdığı zaman Fərqanə və oğlu Pərvin evdə olmuşlar. Belə ki, işdən qayıdarkən Fərqanə ona yaxınlaşaraq iftar üçün ona yemək hazırladığını bildirib iftar süfrəsini hazırlamağa başlamışdır. Beləliklə, saat təqribən 20:15 radələrində o, Fərqanə və oğlu Pərvin süfrə arxasına oturaraq yemək yeməyə başlamışlar. Bu zaman Fərqanə yeməyi yedikdən dərhal sonra çölə çıxaraq qabları yumağa başlamışdır. Fərqanənin təqribən 1-2 dəqiqə çölə çıxdığından sonra sonuncunun çöldən qışqırtı səsini eşitmişlər. O, həmin vaxt Pərvin ilə qonaq otağında hələ masa arxasından durmamışdır. Səsi eşidərkən Pərvin ilə dərhal otaqdan çıxıb giriş qapısına baxdıqda Fərqanə qanlı şəkildə özünü evin içərisinə ataraq “bibi, qan, qapını bağla, Elnur sizi də öldürəcək” deyə qışqırmağa davam etmişdir. Belə ki, Fərqanənin üzərində olan kofta qan içində, özü isə halsız vəziyyətdə ayaqüstə durmağa gücsüz olmuşdur. Bu zaman o, Fərqanəni qanlı vəziyyətdə görüb dərhal giriş qapını açarla bağlayaraq arxa tərəfdən qonşuları yardıma çağırmağa başlamışdır. Fərqanə yataq otağına keçmək istəyərkən haldan düşüb yerdə qapının ağzında oturmuş və artıq tərpənməmişdir. Fərqanəni bütün qan içində gördükdə o da, oğlu Pərvin də psixoloji sarsıntı keçirmişlər. Lakin buna baxmayaraq o, özünü toplayaraq xəstəxanaya zəng edib yardım istəmiş, lakin Fərqanənin həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və sonuncunun Şahid6 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Fərqanə İsayeva ilə münasibətdə olduğunu bildirərək onu dəfələrlə hədələmişdir. O isə hər dəfə Təqsirləndirilən şəxs onun arvadı ilə aralarında heç bir münasibət olmadığını, belə bir şeyin olduğunu sübut etdikdən sonra onunla bu barədə danışmalı olduğunu bildirmişdir. İfadəsinin davamında ona ünvanlanan sualları cavablandırarkən Şahid8 Fərqanə İsayeva ilə telefonla danışmadığını, özünün alverçi olduğu üçün Fərqanənin ondan bazarlıq etdiyini, ibtidai istintaq zamanı da Fərqanə İsayeva ilə münasibətinin olmadığını bildirdiyini, Fərqanə nə isə alan zaman telefon vasitəsilə onunla əlaqə saxladığını, Fərqanə İsayeva bibisigilə gedəndən sonra aralarında telefon danışığı olmadığını, hadisə baş verən zaman aralarında telefon danışıqları olduğunu, aralarında hər hansı bir yaxın və ya intim münasibət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Elnur onun ən böyük övladı olmuşdur. Cari ilin aprel aylarının əvvəllərində Elnur ona zəng edərək Fərqanəni döydüyünü, bu səbəbdən Fərqanənin evdən gedərək qayıtmadığını bildirmişdir. O, nə baş verdiyini soruşduqda Elnur cavab olaraq “sözümə baxmadı döydüm” deyə bildirmişdir. Təqribən 4 gün sonra Elnura polis şöbəsindən zəng edilərək Fərqanənin tapıldığını, bu səbəbdən şöbəyə gəlməli olduğu bildirilmişdir. Elnurun Fərqanəni döyməsinə baxmayaraq Tahirgil şikayətçi olmadıqları üçün Mingəçevir şəhər polis şöbəsindəki araşdırma başa çatmışdır. Fərqanə şöbədən atası evinə getsə də, təqribən 2 gün sonra Tahir onları yenidən barışdırmış və onlar Qres qəsəbəsində yerləşən bağ evlərində yaşamağa davam etmişlər. Aprel ayının təqribən ortalarında Elnur ilə Fərqanə həmişə olduğu kimi onlara qonaq gəlmişlər. Axşam Elnur və Fərqanə orada qalmış, səhər isə Fərqanə xəmir yoğurub işə getmişdir. Daha sonra Elnur Fərqanənin iş yerinə gedib qayıtdıqdan sonra Fərqanənin bibisi Təranə tərəfindən götürülüb aparıldığını bildirmişdir. Belə ki, eşitdiyinə görə, Fərqanənin halı iş yerində pisləşmiş və o, bir daha Elnura qayıtmayacağını bildirmişdir. O, Elnurdan aralarında nə baş verdiyini soruşduqda sonuncu “mən Fərqanəyə yaxınlaşmaq istəyirəm məndən qaçır, buna görə məndə əsəbləşirəm ona” deyə cavab vermişdir. Həmin ərəfələrdə Elnur bir neçə dəfə Fərqanə ilə həm uşaqları vasitəsi ilə, həm də özü birbaşa barışmağa cəhd göstərməyə çalışsa da, Fərqanə barışmaqdan qəti şəkildə imtina etmişdir. May ayının ortalarında istifadəsində olan mobil nömrəyə zəng gəldiyini görmüşdür. Bu zaman ondan öncə zəngə Elnur cavab vermiş, telefonla danışa-danışa Elnur ucadan “Habil ailəmi dağıtmısan, nə üz ilə bura zəng eləyirsən” deyə cümlələr istifadə etməyə, ona isə “bax mənim ailəmi Habil dağıdır, Fərqanə ilə münasibətdədir” deyə bildirməyə başladıqda, o, tez telefonu Elnurun əlindən götürərək Habil ilə danışmağa başlamışdır. Belə ki, Habil telefonda “Elnur məndən nə istəyir, Tahir məndən nə istəyir, niyə məndən əl çəkmirlər, mənə şər atır Elnur” deyə qışqırdıqda, o, “Habil, get Tahirin yanına və de ki, bu söhbətlər yalandı, sən də, Elnur da, Fərqanə də oturun aydınlaşdırın hər şeyi” deyə bildirmiş və onların söhbətləri sona çatmışdır. Bundan sonra o, Habil ilə nə görüşmüş, nə də onunla danışmışdır. Təqribən hadisədən 4 gün öncə o, Təranəgilə getmiş, orada bir daha bu yaşda ailə dağıtmağın ayıb olduğunu bildirib Fərqanədən geri qayıtmasını xahiş etmişdir. Söhbət əsnasında Fərqanənin son zaman keçirdiyi stress səbəbindən müalicə aldığı barədə məlumat almış və o, Fərqanəni lazım olan müalicə kurslarından keçirəcəyini, nə lazım olacaqsa, edəcəyini vəd etsə də, Fərqanə onunla getməyə razılıq verməmişdir. Lakin həmin söhbət zamanı Təranə Fərqanəyə müraciət edərək “onda sən get sabah boşanmaq üçün verdiyin ərizəni hələlik götür” dedikdə o, Fərqanənin Elnurdan boşanmaq üçün ərizə verdiyini öyrənmişdir. Nəticədə 5-6 gün keçdikdən sonra Təranəgilə gəlib Fərqanə ilə Elnurun Təranənin bina evindəki mənzilinə kirayəyə köçməyə köməklik göstərəcəyi barədə sözləşmişlər. O, oradan qayıtdıqdan sonra Elnur ilə danışıb Fərqanənin yaxşı olduğunu, heç bir şeyə narahat olmağa əsasın olmadığını, təqribən 5-6 gün sonra onları barışdıracağını bildirmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdə gecə təqribən saat 23 radələrində Elnurun Fərqanəni bıçaqlayaraq öldürdüyü barədə məlumat almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Fərqanə ölümündən təqribən 3 il əvvəl onun kurasiyasında Yaşıllaşdırma və sanitar təmizlik idarəsində süpürgəçi vəzifəsində çalışmağa başlamışdır. Fərqanə mobil telefondan istifadə etmədiyi üçün əri Elnura onun nömrəsini vermiş və Elnur Fərqanə işdə olduğu müddətdə daima onun nömrəsinə zəng edərək Fərqanə ilə danışmışdır. Lakin bir müddət keçdikdən sonra bu hal onun xoşuna gəlmədiyi üçün o, Fərqanədən onun nömrəsini ərinin telefonundan silməsini tələb etmişdir. Buna cavab olaraq Fərqanə əri tərəfindən incidildiyini, hər addım yoxlanıldığını və izləndiyini bildirmişdir. Bundan sonra Elnur onun nömrəsinə zəng etməsə də, daima Fərqanənin iş yerinə gəlib onu kənardan izləmişdir. Dəfələrlə Elnur idarəyə gəlib Fərqanəni təhqir edib onu məcburi evə aparmaq istəmiş, o, Elnurun hərəkətlərinin qarşısını alaraq Fərqanənin vəzifə başında olduğunu və ailə problemlərini evdə həll etməli olduğunu bildirmişdir. X21 mütəmadi olaraq izləməyə və onun adını müxtəlif kişilərlə hallandırmağa davam etmişdir. Təqribən aprel aylarının sonlarında Fərqanənin uzaqdan həyəcanlı vəziyyətdə işə gəldiyini görüb sonuncuya yaxınlaşaraq nə baş verdiyini soruşduqda, Fərqanə əsə-əsə “bax Elnur məni izləyir, məni öldürəcək” deyə cavab vermişdir. Fərqanə ondan zəng üçün mobil telefonunu istəmiş, o isə balansında vəsaitinin olmadığını bildirmiş, buna görə, Fərqanə digər işçi Şahid2 eyni məzmunlu müraciət etmişdir. Yeganə mobil telefonunu Fərqanəyə verdikdə Fərqanə bibisi Təranəyə zəng edərək “bibi, Elnur yenə məni narahat edir, mən narahatam gəl məni iş yerimdən götür” deyə ağlaya-ağlaya bildirmişdir. Təqribən 10 dəqiqəyə Fərqanənin bibisi Təranə oraya gəlib Fərqanəni götürərək aparmışdır. Həmin gün saat 11-12 radələrində iş yerində işçilər Çiçək Qurbanova ilə Şahid2 ilə oturduğu zaman birdən qapının açıldığını və içəriyə Elnurun daxil olduğunu görmüşdür. Bu zaman Çiçək Elnura müraciət edərək “Niyə gəlmisən buraya” soruşduqda Elnur “icazə verin söz deyim sonra nə deyirsiniz deyin” deyə cavab vermişdir. Bu zaman Çiçək ona “kişi arvadının adına söz çıxartmaz, Fərqanə çox namuslu qadındır, yaşına yaraşırmı belə hərəkətlər” deyə öyüd-nəsihət verdikdə Elnur “elə mən də bunu aydınlaşdırmaq istəyirdim, ürəyimdə şübhə var idi, deyirsinizsə gəzəyən deyilsə, sizə inanıram” deyib oradan uzaqlaşaraq getmişdir. Bundan sonra həmin gün Fərqanə günorta vaxtları yenidən işə gəlib narahatçılığa əsasın olmadığını, işə gəlməyə davam edəcəyini bildirmişdir. Həmin hadisədən sonra Elnur bir daha iş yerinə gələrək Fərqanəni narahat etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində 36 nömrəli mənzil-istismar idarəsinin yanında dayanıb dostlarını gözləyərkən təqribən 35-40 yaş aralalarında əvvəllər heç vaxt görmədiyi və tanımadığı bir xanım ona yaxınlaşaraq mobil telefonunda zəng üçün pul vəsaitinin olub-olmadığı barədə maraqlanmış, o da müsbət cavab verdikdə, həmin xanım bir şəxsə zəng etmək istədiyini bildirib mobil telefonunu ondan götürmüşdür. Həmin xanım telefonunu götürüb kiminləsə əlaqə saxlamağa çalışsa da, həmin şəxs ona cavab verməmişdir. Bu səbəbdən həmin xanım bir daha ona hazırda xatırlamadığı nömrəyə yazıb Fərqanə xanıma zəng etməyini bildirə bilərsənmi?” deyə müraciət etmiş, o isə həmin nömrəyə “Mene dediler ki, size deyim ki Ferqane xanima zeng edesiniz” məzmunlu sms göndərmişdir. Həmin xanım ona təşəkkür edərək oradan uzaqlaşmışdır. Bundan sonra həmin xanımla bir daha heç vaxt qarşılaşmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən həyətyanı sahəyə malik fərdi yaşayış evidir. (cild 01, iş vər. 8-24) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (cild 01, iş vər. 148) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən göstərdiyi xüsusatları ifadəsi hadisə yerində yoxlanılarkən bir daha əyani şəkildə göstərməklə təsdiq etmişdir. (cild 01, iş vər. 80-85) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 15 nömrəli rəyində göstərilmişdir ki, X6 ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir, X6 ölümünə səbəb ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma olmuşdur, 1982-ci ildə anadan olmuş X6 bədəni üzərində aşkar olunan xəsarətlər: sol çiyin qurşağının üst səthində bir ədəd, sol döş giləsinin üstündə bir ədəd, sol döş vəzinin bayır səthində bir ədəd, sol döş vəzinin aşağı kənarında bir ədəd, sol epiqastral nahiyədə bir ədəd, epiqastral nahiyədə bir ədəd, sağ said nahiyədə iki ədəd, sol əlin 3-cü barmağının 2-ci falanqasında bir ədəd kəsilmiş-deşilmiş yaralar deşici-kəsici əşyanın (alət-lərin), ola bilsin, bıçağın təsirindən əmələ gələ bilərlər, ağırlıq dərəcələrinə görə: sol döş vəzinin aşağı kənarında ürəyin və ağ ciyərin zədələnməsi ilə döş boşluğuna dəlib keçən bir ədəd yara yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aiddir, yuxarıda göstərilən digər xəsarətlər sağlam şəxslər üçün götürüldükdə yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər, xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir və X6 bədənində olan xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilərdi. (cild 01, iş vər. 98-101) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 740 nömrəli rəyində göstərilmişdir ki: 1) X1 bint kəsiyinə hopdurulmuş qanının qrup göstəricisi O(l) alfa, abetadır; 2) Təqsirləndirilən şəxs bint kəsiyinə hopdurulmuş qanının qrup göstəricisi B (İİİ) alfadır; 3) Bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(l) alfa, abeta olduğundan X9 məxsus ola bilər; 4) Təqdim olunmuş hadisə yerindən götürülmüş yeddi ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(l) alfa, abeta olduğundan X9 məxsus ola bilər; 5) Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd şalvar) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(l) alfa, abeta olduğundan X9 məxsus ola bilər; 6) Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək üzərində qana bənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi; 7) X3 məxsus bir ədəd şalvar, bir ədəd kofta üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(l) alfa, abeta olduğundan onun özünə məxsus ola bilər. (cild 02, iş vər. 23-27) Məhkəmə istintaqı zamanı tədqiq edilmişmaterialların məhkəmə ekspertizasının “Lifli materialların tədqiqi” xx.xx.2020-ci il tarixli, 16/459 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X9 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X9 məxsus 01 ədəd köynəyin üzərində tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X9 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. (cild 02, iş vər. 28-34) Məhkəmə istintaqı zamanı tədqiq edilmişkompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/459 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan X9 məxsus köynəyin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyinin üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən X9 məxsus şalvarın və Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin üzərində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 15 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X9 məxsus köynəyin üzərində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “ağ ciyərin ürəyin zədələnmələriylə döş boşluğunu dəlib keçən iki ədəd deşilmiş-kəsilmiş yaralar, sol çiyin qurşağının üst səthinin deşilmiş-kəsilmiş yara, sol döş vəzində kəsilmiş-deşilmiş yaralar, epiqastrol nahiyədə deşilmiş-kəsilmiş yaralar, sağ said nahiyəsində deşilmişkəsilmiş yara” xəsarəti ilə köynəyin üzərində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. (cild 02, iş vər. 35-39) Məhkəmə istintaqı zamanı tədqiq edilmişkompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 369/154A nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin psixoloji ekspertiza ilə bağlı hissəsində göstərilmişdir ki, 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu emosional halın yaranma səbəblərindən biri keçmiş həyat yoldaşı Fərqanə İsayevanı qısqanması ola bilər. 3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 02, iş vər. 40-43) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilməsinə dair protokoldan müəyyən edilir ki, Şahid8 məxsus +**********30 mobil nömrə ilə X9 məxsus +**********25 nömrə arasında xx.xx.2020-c il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə 35 dəfə, Şahid8 məxsus +**********30 mobil nömrə ilə Şahid8 məxsus +**********71 nömrə arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 1937 dəfə müxtəlif saniyələrdən ibarət danışıqlar olmuşdur. Həmçinin +**********30 mobil nömrənin digər mobil nömrələr arasında olan sms yazışmalarının mətnini və vaxtını özündə əks etdirən fayla baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şahid8 məxsus +**********30 mobil nömrə ilə Şahid7 məxsus +**********25 nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 11:46:36-da “Emin zeng vurdu ona gore adboy etdim hekme gedibmis on deyirdi” məzmunlu, xx.xx.2020-ci il tarixdə saat 16:31:03də “Sen Allah meni yigma emin telfon nomresin ozune yonledirib nese edib men kimnense acib danssam qulaq asa bilir seslere feqisin basi ağrımasın” məzmunlu, Şahid8 məxsus +**********30 mobil nömrə ilə +**********40 nömrə arasında isə xx.xx.2020-ci il tarixdə saat 16:11:50-də “Mene dediler ki, size deyim ki Ferqane xanima zeng edesiniz” məzmunlu sms yazışmaları olmuşdur. (cild 01, iş vər. 207-209) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilməsinə dair protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus +**********04 mobil nömrədən X11 məxsus +**********12 mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 08:21:40-da “Emln salam gel bu meselenl hel et menlm alieml dagldan habildi baslnda bunu bilir men istemirem ailem daglsin sene yalvarlram” məzmunlu; Təqsirləndirilən şəxs məxsus +**********04 mobil nömrədən Şahid6 məxsus olan +**********69 mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 17:15:09-da “Meni baqisda ferqane”, xx.xx.2020-ci il tarixdə saat 21:04:15-də, 21:07:41-də, xx.xx.2020-ci il tarixdə saat 12:49:25-də “Xais edirem ferqanenin sesini eşidim” məzmunlu sms mətnləri daxil olmuşdur. SMS_Tarixçəsi_**********3152_554708404.pdf baxış zamanı müəyyən edimişdir ki: X11 məxsus +**********12 mobil nömrədən Təqsirləndirilən şəxs məxsus +**********04 mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 08:27:22-də “l biraz keçsin.uşağlarda gəlsin.dağılmlycağ ailə biraz vaxt keçsin” məzmunlu sms mətni daxil olmuşdur. Zənglərin Detallaşması_554708404.pdf fayla baxış zamanı müəyyən edimişdir ki, Şahid8 məxsus +**********30 mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus +**********04 nömrə arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarix arasında ümumilikdə 12 dəfə müxtəlif saniyələrdən ibarət danışıq zəngləri olmuşdur. (cild 01, iş vər. 6-7) Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Cinayət işinin materiallarında yer alan və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs arvadı Fərqanə İsayevanı qəsdən həyatdan məhrum etmək məqsədi ilə əlində olan mətbəx bıçağı ilə doqquz dəfə vuraraq sol çiyin qurşağının üst səthində bir ədəd, sol döş giləsinin üstündə bir ədəd, sol döş vəzinin bayır səthində bir ədəd, sol epiqastral nahiyədə bir ədəd, epiqastral nahiyədə bir ədəd, sağ said nahiyədə iki ədəd, sol əlin 3-cü barmağının 2-ci falanqasında bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid və ürəyin açıq zədələnməsi nəticəsində kəskin qanaxmaya səbəb olan sol döş vəzinin aşağı kənarında ürəyin və ağ ciyərin zədələnməsi ilə döş boşluğuna dəlib-keçən dərəcəsinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd xəsarət (cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 15 nömrəli rəyinə əsasən) yetirmiş, bu hərəkətləri edərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu edərək Fərqanə İsayevanı qəsdən öldürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir və təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, İsayev X10 şəhəri A.Şaiq küçəsi ev 11 mənzil 44-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri Az.İES-nin arxasında yerləşən fərdi yaşayış evində yaşamış, onun barəsində yaşadığı ünvan üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 21, 56) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. (cild 01, iş vər. 193) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə X6 ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 128ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. X4 xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə təkrar ərizə ilə müraciət edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirib araşdırmaya xitam verilməsini xahiş etmiş, bu səbəbdən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilmişdir. (cild 02, iş vər. 53-55) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:05-də Mingəçevir Şəhər Polis Şöbəsinə könüllü gələrək arvadı X8 bıçaqlayaraq öldürməsi barədə məlumat vermiş, həmçinin cinayət aləti kimi istifadə etdiyi 01 ədəd bıçağı təqdim etmişdir. Həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 69-73) Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü gələrək özünü polis əməkdaşlarına təslim etməsini, təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyasıTəqsirləndirilən şəxsəməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 44, 111-112) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli klassik köynək, 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar təqsirləndirilən şəxsə qaytarılmalı, X3 məxsus 01 (bir) ədəd yaşıl rəngli qısaqol kofta, 01 (bir) ədəd tünd göy rəngli idman şalvarı tələb edilmədiyindən, bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mobil telefon vasitəsi ilə ötürülən məlumatları özündə əks etdirən 02 ədəd diskin və ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokoluna əlavə edilmiş 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 127,8 AZN (yüz iyirmi yeddi manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli klassik köynək, 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar Təqsirləndirilən şəxs qaytarılsın, X3 məxsus 01 (bir) ədəd yaşıl rəngli qısaqol kofta, 01 (bir) ədəd tünd göy rəngli idman şalvarı tələb edilmədiyindən, bir ədəd bıçaq dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mobil telefon vasitəsi ilə ötürülən məlumatları özündə əks etdirən 02 ədəd diskin və ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokoluna əlavə edilmiş 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 127,8 AZN (yüz iyirmi yeddi manat, səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X24 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-150/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-150/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver