Məhkəmə qərarları › İş №1(091)-150/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-150/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-150/2021 26.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X8, 02 avqust 1984-cü il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdə saat 11 radələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Göyçay şəhəri, Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Əsgəroğlu” adlanan mağazaya 42 (qırx iki) manat borcu olan Göyçay şəhər sakini X4 mağazanın qarşısında görüb sonuncudan götürdüyü ərzaq məhsullarının pulunu qaytarmasını tələb etdikdə, dediklərinə cavab olaraq Polad Salehovun onu nalayiq ifadələrlə təhqir etməsindən hiddətlənərək şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə son qoymaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün mağazada istifadə etdiyi, dəstəyinin uzunluğu 125 mm, tiyəsinin uzunluğu 175 mm olan məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı götürüb mağazanın qarşısında Polad Salehovun sol yan hissəsinə ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan, sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində sol bud arteriyasının zədələnməsi ilə müşayət edilən yara kanalının dərinliyi 17.5 sm olan 01(bir) ədəd kəsilmiş-deşilmiş xəsarət yetirməklə Polad Salehovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Göyçay şəhəri, Heydər Əliyev prospektində, “yanan şadlıq evi” deyilən yerin yaxınlığında dayısı Təhmasib Əkbərova məxsus “Əsgəroğlu” marketi işlətmişdir. X4 tanımış, belə ki, sonuncu işlətdiyi mağazanın yaxınlığında kirayə yaşamışdır. Polad Salehov təxminən 2 aydır ki, işlətdiyi mağazadan alver etmişdir. Hadisədən təxminən 20 gün əvvəl Polad mağazaya gələrək, ona borca ərzaq verməyisini istəmiş, həmin gün Polada borca 25 manatlıq ərzaq vermişdir. Polad isə həmin borcunu tezliklə ödəcəyini bildirmişdir. Təxminən, hadisədən 10 gün əvvəl isə Polad yenidən mağazaya gələrək, ona borca ərzaq verməsini istəmişdir. Bu zaman Polada əvvəl aldığı ərzağın pulunu vermədiyini, ona görə də, yenidən borca ərzaq verməyəcəyini bildirmişdir. Lakin, sonuncu evində qonaq olduğunu, onu utandırmamağını və aldığı ərzağın pulunu əvvəlki borcu ilə birlikdə növbəti gün verəcəyini bildirmişdir. Polada yenidən borca ərzaq vermiş və sonuncunun ona ümumilikdə 42 manat borcu yaranmışdır. Buna baxmayaraq, Polad növbəti gün borcunu gətirməmişdir. Təxminən, hadisədən 5 gün əvvəl isə Poladı gördükdə, ona yenə də borcunu ödəməsini demişdir. Polad bu dəfə də növbəti gün borcunu verəcəyini bildirmiş, lakin, növbəti gündə pulunu gətirməmişdir. Hadisə günü, yəni 18.02.2021-ci il tarixdə saat 11 radələrində mağazada olarkən, Poladın mağaza ilə üzbəüz yolun digər tərəfində olduğunu görmüş, sonuncunu gördükdə, mağazadan çıxmış və Polada yanına gəlməsini demişdir. Polad isə ona “anqırma” demiş və yolu keçərək onun tərəfə gəlmişdir. Bu zaman Polada mağazaya keçməsini, belə ki, səslərinin ətrafdan heç kimin eşitməməsini demişdir. Polad mağazaya girərkən, yenə də “nə anqırırsan” demişdir. Həmin vaxt Polada günah özündə ola-ola, qarşındakını da borclu çıxardığını demiş və itələmişdir. Bu zaman Polad arxa-arxaya gedib, mağazanın qapısına dəymişdir. Mağazanın qapısına dəydikdə səs yarandığı üçün, həmçinin Poladın səsinə gələrək onu mağazadan çıxarmışlar. Lakin, Poladı mağazadan çıxaran şəxslərin kim olmasını və neçə nəfər olmasını bilməmişdir. Belə ki, həmin şəxsləri görməmişdir. Poladı çölə çıxardıqdan sonra isə, Polad mağazanın qarşısında dayanmış və oradan onu “varyox” söyüşü ilə təhqir etmişdir. Həmin vaxt artıq söyüşlərə dözə bilməmiş və mağazada istifadə etdiyim bıçağı götürərək, Polada tərəf getmişdir. Polad onun əlində bıçağı gördükdə, çevrilib getmək istəmişdir. Bu zaman, sağ əli ilə tutduğu bıçaqla onun sol yanından bir dəfə vurmuş və bıçağı çıxarmışdır. Bu zaman Polad bir qədər irəli yəni mağaza tərəfə gedib dayanmışdır. Bunda sonra, bıçaqla mağazaya girmiş və bıçağı mağazanın içərisinə qoymuşdur. Həmçinin, telefonunuda mağazaya qoymuş və mağazanın qapısını bağlayıb, dayısı və qayınatası olan Sahilin evinə getmişdir. Həmin vaxt evdə, dayısının həyat yoldaşı Rəna, dayısı oğlu Elxan, Elxanın həyat yoldaşı Əfsanə və həyat yoldaşı Əzimə olmuşdur. Bu zaman, sonunculara mağazaya borcu olan bir nəfər şəxsi söyüş söydüyü üçün, bıçaqla vurduğumu demişdir. Bundan sonra, dayısı oğlu Elxan dayısı Sahilə zəng etmişdir. Dayısı gəldikdən sonra, sonucuya da bu barədə məlumat vermişdir. Dayısının həyat yoldaşı Rəna isə evlərinə gedərək atası və anasını çağırmışdır. Sonunculara da baş vermiş hadisə barədə danışmış, bu zaman atasıgil ona təslim olmasını bildirmişlər. Bu zaman, atasıgillə razılaşmış və dayısı oğlu Elxanın telefonu ilə dostu Murada zəng etmiş və dayısının evinə gəlməsini bildirmişdir. Muradda digər dostu Kənanla birlikdə, sonuncuya məxsus ağ rəngli “Ford” markalı avtomobil ilə dayısının evinə gəlmişlər. Ailə üzvləri ilə görüşdükdən sonra, Kənan və Murad ilə Kənanın maşınına oturmuşlar. X6 hissəsinin yanına çatdıqda, acdığını demiş, bu zaman Murad dönər alıb gətirmiş və dönəri yemişdir. Bundan sonra, Kənanın maşınından düşmüş və özü tək gedib təslim olacağını demişdir. Belə ki, Kənanla Muradın onunla getməsini istəməmişdir. Muradgil getdikdən sonra isə, fikrini dəyişmiş və ilk əvvəl dayısı Elton Əkbərovun “Şəhidlər Xiyabanı”nda yerləşən qəbrini ziyarətə getmişdir. Həmin vaxtdan növbəti gün səhər saatlarına kimi dayısının qəbrinin yanında qalmışdır. Növbəti gün isə şəhər ərazisində bir az dolaşdıqdan sonra saat 18 radələrində dayısı Sahilin evinə getmişdir. Həmin vaxt evin qarşısında polis əməkdaşları dayanmış, sonuncular onu gördükdən sonra, polis şöbəsinə məlumat vermişlər. Həmin vaxt dayısının evində gözləmiş, bundan sonra, rayon Polis Şöbəsinin əməkdaşları gələrək, onu ilk əvvəl polis şöbəsinə, oradan isə prokurorluğa gətirmişlər. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman, Polad mağazanın qarşısında dayanıb onu “var-yox” söyüşü ilə təhqir etmiş, həmin vaxt söyüşlərə dözə bilmədiyi üçün, mağazadan bıçağı götürüb, Poladı bıçaqla vurmuşdur ki, söyüşlərə davam etməsin. Polad Salehovun üzərinə gedərkən, sonuncu onunla üzbəüz dayanmış, əlində bıçağı gördükdə Polad addım atıb dönərkən, bıçağı onun yan tərəfinə vurmuşdur. Onun Poladı öldürmək niyyəti olmamışdır. Sadəcə olaraq yetirilən xəsarətin nəticəsində Polad ölmüşdür. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, 18.02.2021-ci il tarixdə Bakı şəhərinə getmiş, Bakı şəhərinə çatmağına az qalmış həyat yoldaşı zəng edərək, Poladın vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Bundan sonra Göyçay rayonuna qayıtmış və Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda isə Poladın bıçaqlandığını, lakin xəstəxanaya gətirilsə də, xəstəxanada vəfat etdiyini öyrənmişdir. Onun mərhum oğlu Poladın təqsirləndirilən şəxsə hər hansı məbləğdə pul borclu olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti təhlükəlidir, çünki onun əvvəllər də eyni məzmunlu hərəkətləri olmuş, lakin nədənsə məsuliyyətə cəlb olunmamışdır. O, hesab edir ki, Təqsirləndirilən şəxs onun oğlunu ictimai yerdə, hamının gözü qarşısında xuliqanlıq niyyəti ilə öldürdüyü üçün onun əməli CM-nin 120.2-ci maddəsinə tövsif olunmalı və ona həmin maddədə nəzərdə tutulan ən ağır cəza təyin edilməlidir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onu bağışlamır, onunla barışmır. Məhkəmədən ona qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi X8 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X9 onun həyat yoldaşı olmuşdur. Polad ilə 02 noyabr 2019-cu ildə ailə həyatı qurmuşdur. Belə ki, Poladla rəsmi nigahları olmamış, sonuncu ilə sadəcə olaraq “dini kəbin” bağlamışdır. Birgə nigahdan bir oğlan uşaqları olmuşdur. Poladla ailə həyatı qurduqdan sonra, bir müddət kənddə Poladın ailəsi ilə birlikdə yaşamışlar, lakin sonradan Poladın ailəsigildən ayrılmış və Göyçay şəhəri, Heydər Əliyev prospektində Aybəniz Siracovaya məxsus evdə kirayə yaşamağa başlamışlar. Polad fəhləlik etməklə ailəsini dolandırmışdır. Polad 18.02.2021-ci il tarixdə saat 11 radələrində iş axtarmaq adı ilə evdən çıxmışdır. Təxminən, bir qədər sonra qonşuluqda yaşayan Fərman adlı şəxs qapını döyərək onu çağırmış və Poladın evin yaxınlığında yerə yıxıldığını demişdir. Bu zaman tez çölə çıxmış və Poladın yaşadıqları evə dönən yolun yanındakı evin qarşısında, elektrik dirəyinin yanında yerə yıxıldığını görmüşdür. Həmin vaxtda oraya X20 maşını gəlmiş və Poladı xəstəxanaya aparmaq üçün X20 maşınına qoymuşlar. Həmin vaxt Poladla birlikdə X20 maşınına əyləşmişdir. Belə ki, Poladdan hadisənin necə baş verməsi barədə soruşsa da, sonuncu konkret olaraq heç nə deməmişdir. Sonradan isə Poladın artıq vəfat etdiyini öyrənmişdir. Kirayə yaşadıqları evə köçdükləri vaxtdan Polad həmin mağazadan alver etmişdir. Poladın Təqsirləndirilən şəxs işlətdiyi mağazaya nə qədər borcu olmasından dəqiq məlumatı olmamış, Polad özü də bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs da borca görə onların yaşadığı evə gəlməmiş və ya əvvəllər Poladla Ruslanın borca görə mübahisə etmələrindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Məhəmməd oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X4 qonşuluqda yaşayan Aybəniz adlı şəxsin evində kirayə yaşayan şəxs kimi tanımışdır. Poladla hər hansı yaxın münasibəti olmamış, sadəcə olaraq qonşu kimi əlaqə saxlamışdır. 18.02.2021-ci il tarixdə saat 11 radələrində evdə olarkən təsadüfi olaraq çölə çıxmış, bu zaman bir nəfər şəxsin evindən bir qədər aralıda dəmir elektrik dirəklərinin arasında uzanmış vəziyyətdə olduğunu görmüşdür. Nə baş verdiyini öyrənmək üçün oraya getmiş, həmin şəxsə yaxınlaşdıqda, yerdə uzanan şəxsin qonşuluqda kirayədə yaşayan Polad olduğunu görmüşdür. Poladın paltarlarının qanlı olduğunu gördükdə, Poladdan nə baş verdiyini soruşmuş, lakin Poladın huşu özündə olsa da, danışa bilməmişdir. Poladın üzərinin qanlı olduğunu görüb, tez X16 məlumat vermiş, həmçinin, Poladın yaşadığı evə gedərək, qapını döyüb həyat yoldaşını səsləmiş və ona Poladın vəziyyətinin yaxşı olmadığını və oturması üçün stul gətirməsini demişdir. Bu zaman Poladın həyat yoldaşı da oraya gəlmiş, həmçinin X20 maşını da gəlmişdir. Həkimlər gəldikdən sonra, Poladı X20 maşınına qoyaraq, xəstəxanaya aparmışlar, həmin vaxt həyat yoldaşı da X20 maşını ilə getmişdir. Təxminən 1 saat sonra isə Poladın xəstəxanada vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 18.02.2020-ci il tarixdə təxminən 12 radələrində yaşdığı evdən çıxıb Göyçay şəhəri, H.Əliyev prospekti istiqamətində piyada getmişdir. 20 Yanvar küçəsinin H.Əliyev prospekti ilə kəsişməsinə çatmağına bir qədər məsafə qalmış kiminsə “əl çək məndən, məni zibilə salma” dediyini eşitmişdir. Bundan sonra, nə baş verdiyini öyrənmək üçün bir qədər tez addımlarla həmin səs gələn tərəfə getmişdir. 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə çatdıqda, orada əvvəldən tanıdığı Ruslan adlı şəxsin mağazanın qarşısında dayanıb bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Ruslanın mübahisə etdiyi şəxs Ruslana “var-yox” söyüşü söymüşdür. Bu zaman Ruslanın əlində bıçaq mübahisə etdiyi şəxsə tərəf getdiyini görmüş, həmin şəxs Ruslanın əlində bıçaq gəldiyini gördükdə, çevrilib qaçmaq istəmişdir. Lakin, Ruslan mübahisə etdiyi şəxsə çatıb bıçağı irəli elədikdə bıçaq sonuncunun yan tərəfinə dəymişdir. Bu zaman həmin şəxs bir qədər irəli gəlmiş və yıxılmışdır. Bundan sonra isə yerindən qalxıb yolun digər tərəfinə keçmişdir. Həmin vaxt Ruslan mağazaya girmiş və mağazanı bağlayıb getmişdir. Hadisə ani anda baş verdiyi üçün Ruslanın bıçağı haradan götürməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğludur, eyni zamanda qızı Şahid11 həyat yoldaşıdır. Ruslan təxminən 4-5 aydır ki, Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Bakı şəhərində yaşayan qardaşı Təhmasibə məxsus “Əsgəroğlu” adlı marketi işlətmişdir. 18.02.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində oğlu Şahid10 zəng edərək kürəkəni Ruslanın adam vurduğunu və evlərində olduğunu bildirmişdir. Dərhal yaşadığı evə getmişdir. Həmin vaxt evdə yoldaşı Şahid9, qızı Şahid11, oğlu Şahid10, gəlini Şahid12 və Ruslan olmuşdur. Həmin vaxt onlar qonaq otağında əyləşmiş və qadınlar ağlamışdırlar. Ruslanı görüb ona əsəbiləşmiş və danlamağa başlamışdır. Daha sonra hadisənin necə baş verdiyini soruşmuş, Ruslan isə işlətdiyi mağazaya borclu olan Polad adlı adam olduğunu, həmin adamdan mağazaya olan 50 manat borcunu qaytarmasını tələb etdiyini, həmin adamın ona “kişisəndə, adamın adama borcu olar” dediyini, daha sonra aralarında mübahisə yarandığını, mübahisə zamanı həmin adamın “var-yox” söyüşü söydüyünü, bu səbəbdən də həmin adamı bir dəfə bıçaqla vurduğunu, daha sonra onun evinə gəldiyini bildirmişdir. Bir qədər sonra Ruslanın atası Şahid7 və anası Şahid8 da evlərinə gəlmişdir. Ruslan onlara da hadisəni olduğu kimi danışmışdır. Daha sonra Ruslanın gedib hüquq mühafizə orqanlarına təslim olmasını və hadisəni etiraf etməsini qərara almışlar. Bundan sonra Ruslan özünün gedib polisə təslim olacağını bildirib evdən çıxmış, lakin sonradan Ruslanın polisə təslim olmadığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid9 Şahid6 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin iş üzrə şahidlər X12, Şahid11 və Şahid12 Qədir qızının ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq olunmuş və həmin şəxslərin də Şahid6 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Göyçay şəhəri, 20 Yanvar küçəsində yaşayır. Səhər saat 08 radələrində 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində dayanır və taksi fəaliyyəti ilə məşğul olur. 18.02.2021-ci il tarixdə müştəri düşürüb, həmin yerə qayıtmış və maşından düşüb, Ruslanın işlətdiyi mağazanın yanında yerləşən qohumu olan Seymur adlı şəxsin işlətdiyi çayxanaya getmişdir. Çayxanaya girmiş və onlardan çay istəmişdir. Həmin vaxt hava soyuq olduğu üçün və qar yağdığına görə çöldə demək olar ki, heç kim olmamış, Ruslanın mağazası isə açıq olmuşdur. Lakin, müştəri zəng etdiyi üçün, çayxanadan çölə çıxmış, müştərinin arxasınca getmişdir. Geri qayıtdıqda, Ruslanın mağazanı bağlayıb getdiyini görmüş, lakin həmin vaxt nə baş verdiyini bilməmişdir. Yenidən çayxanaya getdikdə isə, bir nəfərin yolun digər tərəfində, olan evin qarşısında yerdə uzandığını görmüşdür. Həmin vaxt yenə də nə baş verdiyini bilməmişdir. Lakin həmin vaxt orada yaşayan Fərman adlı şəxs evindən çıxıb, həmin yıxılan şəxsə tərəf getmişdir. Sonradan həmin yerdə uzanan şəxsin, yaxınlıqda kirayə yaşayan Polad Salehov olduğunu, Ruslanla mübahisə etdiyini və Ruslanın bıçaqla Poladı vurduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki,1986-cı ildən etibarən X20 stansiyasının çağırışçı - həkimi vəzifəsində işləyir. 18.02.2021-ci il tarixdə saat 11:40-da ***-***-**-** nömrəsindən zəng gələrək H.Əliyev prospektində, “yanan şadlıq” evinin arxa ətrafına gəlmələri, orada bıçaq xəsarəti almış şəxsin olduğunu bildirmişlər. Bundan sonra dərhal təcili yardım maşını ilə göstərilən ünvana getmiş, təxminən 10 dəqiqə ərzində H. Əliyev prospektinə çatıb, orada ətrafda yığışan insanların yönləndirməsi ilə hadisə yerinə çatmışlar. Hadisə yerində bir nəfər kişi cinsinə mənsub olan, daha sonra adının Polad Salehov olduğunu öyrəndikləri şəxsin küçədə yaş yerdə uzanmış, aldığı xəsarətin nəticəsində qışqıran vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt xəstənin baş ucunda sonuncunun arvadı ağlayaraq, Polad Salehovdan ona kimin xəsarət yetirdiyini soruşmuş, lakin sonuncu cavab verməmişdir. Polad Salehovun bədəni üzərində sol sağrı nahiyyəsində kəsilmiş-deşilmiş bıçaq yarası səbəbindən qanaxması olmuşdur. Həmin yerə çatdıqda, xəstənin xeyli qan itirdiyini görmüşlər. Belə ki, xəstənin üzərində olan paltarlar qanlı olmuşdur. Xəstənin xeyli qan itirdiyini və vəziyyətin ağır olduğunu görüb, xəstəyə ilkin tibbi yardım göstərib, tez bir zamanda Göyçay Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinə təhvil vermişlər. Daha sonra satnsiyaya qayıtmış və bununla bağlı stansiyanın çağırış jurnalında qeydiyyat aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostu olmuşdur. 18.02.2021-ci il tarixdə saat 12:59-da Ruslan dayısı oğlu Elxanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən ona zəng etmişdir. Həmin vaxt Ruslan ona dayısı Sahilin evinin yanına gəlməsini demiş, maşını olmadığı üçün Ruslanla ortaq dostu olan, Kənana zəng etmiş və Ruslanın onu çağırdığını və gəlib onu götürməsini demişdir. Bundan sonra Kənan idarə etdiyi “Ford” markalı avtomobil ilə onun yaşadığı evə gəlib onu oradan götürmüş və birlikdə Ruslanın dayısının evinə getmişlər. Oraya çatdıqda isə Ruslanın və ailə üzvlərinin darvazanın qarşısında olduğunu görmüşlər. Həmin vaxt orada Ruslanın anası, atası, dayısı oğlu Elxan, dayısı Sahil olmuşdur. Ruslan onlarla görüşmüş və Kənanın maşınına arxa oturacağa oturmuşdur. Belə ki, ora gələnədək, artıq Ruslanın bıçaqla adam vurduğunu eşitmişdir. Ruslan maşında olarkən, nə baş verdiyini soruşduqda isə, Ruslan bir nəfərin onun işlətdiyi mağazaya borclu olduğunu, həmin şəxsdən borcunu ödəməsini istədiyini, bu zaman həmin şəxslə aralarında mübahisə yarandığını və mübahisə zamanı həmin şəxs ona “varyox” söyüşü ilə təhqir etdiyi üçün, bıçaqla onu vurduğunu demişdir. Ruslanla birlikdə X13 Mühavizə hissəsinin yanına qədər gedib orada dayanmışlar. Həmçinin, Ruslana təslim olmasını məsləhət görmüşlər. Ruslan özü də təslim olacağını bildirmişdir. Bundan sonra, Ruslan ac olduğunu demiş və o, Göyçay şəhəri ərazisində “Tontiş Dönər” adlanan yerdən dönər almağa getmişdir. Kənanla Ruslan isə maşında qalmışlar. Piyada gedib dönər alıb qayıtmış və Ruslan dönəri yeyib maşından düşmüşdür. Maşından düşdükdən sonra Ruslan onlarla sağollaşmış və təslim olmaq üçün Göyçay Rayon Polis Şöbəsinə getdiyini demişdir. Ruslan onlardan ayrıldıqdan sonra Ağdaş yolu istiqamətinə tərəf piyada getmişdir. Bundan sonra Kənan onu gətirib evlərinə düşürüb işə getmişdir. Lakin sonradan Ruslanın təslim olmadığını və qaçdığını öyrənmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Şahid16 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmuş və Heydər Əliyev prospektində “Əsgəroğlu” marketi işlətmişdir. 18.02.2021-ci il tarixdə səhər 09 radələrində Ruslanın işlətdiyi mağazaya getmişdir. Belə ki, özünə məxsus “Vaz 2104” markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə taksi kimi də fəaliyyət göstərmiş və həmin gün onun avtomobili ilə gedib mağazaya mal gətirməli olmuşlar. Bir qədər Ruslanın yanında qalmış və saat 10 radələrində isə öz şəxsi işləri üçün şəhərin mərkəzinə gəlmişdir. Təxminən 1 saat sonra isə rayonda eşitmişdir ki, “yanan şadlıq” evi adlanan ərazidə bir nəfəri bıçaqla vurub öldürmüşlər. Belə ki, Ruslanın işlətdiyi mağazada orada olmuşdur. Oraya getdikdə isə, Ruslanın mağazasının bağlı olduğunu və orada polis əməkdaşları olduğunu görmüşdür. Bundan sonra orada gedən söhbətlərdən Ruslanın bıçaqla adam vurduğunu öyrənmişdir. Bundan sonra, Ruslanın istifadə etdiyi ***- ***-**-** mobil nömrəsinə zəng etmişdir. Lakin nömrəsinə zəng çatmamışdır. Bundan sonra Ruslanla ortaq dostu olan Fuada yığmışdır. Fuad isə hadisədən xəbəri olduğunu, halhazırda Bakı şəhərində olduğunu və gələcəyini demişdir. Bundan sonra Ruslanın təslim olmadığını və qaçıb gizləndiyini öyrənmişdir. Həmin günü ümumi olaraq dostları ilə söhbət etmişlər, lakin heç kəs Ruslanın harada olduğunu bilmədiyini demişdir. Növbəti gün, yəni 19.02.2021-ci il tarixdə isə ailəsi ilə birlikdə İsmayıllı rayonuna getmişdir. Belə, İsmayıllı rayonunun, Xanagah kəndində olduqda ona tanımadığı mobil nömrədən zəng gəlmiş, zəngə cavab verdikdə zəng edənin Ruslan olduğunu görmüşdür. Ruslan ondan vəziyyətin necə olduğunu soruşmuş, o isə ona təslim olmağın daha doğru olduğunu, atası və anasının da polis şöbəsində olduğunu demişdir. Lakin, Ruslan harada olması barədə ona heç bir şey deməmişdir. Yenidən uşaqlarla danışıb vəziyyətin necə olduğunu soruşmuş, sonra öz mobil nömrəsinin hesabında vəsait olmadığı üçün, ona mesajla “ata və anasının polis şöbəsində olduğunu dedim”. Həmçinin, həyat yoldaşı Aytən İsmayılovanın adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrədən ona zəng etmişdir. Lakin, Ruslan telefonu açmamışdır. Həmin gün axşam saatlarında isə, Ruslanın polis şöbəsinə təslim olduğunu öyrənmişdir. Ruslanın istintaqdan yayındığı müddətdə harada olmasından məlumatı olmamışdır. Ruslan ona zəng edib onunla mobil telefon vasitəsilə əlaqə saxladıqda yalnız ümumi vəziyyəti soruşmuş, lakin, ona harada olması ilə bağlı heç bir şey deməmişdir. Həmçinin, ondan harada olmasını soruşmamışdır. 19.02.2021-ci il tarixdə İsmayıllı rayonuna ailəsi ilə birlikdə istirahət üçün getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsi elan olunmaqla tədqiq olunan Şahid18 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Ruslan təxminən 4-5 aydır ki, Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Bakı şəhərində yaşayan qardaşı Təhmasibə məxsus “Əsgəroğlu” adlı marketi işlətmişdir. 18.02.2021-ci il tarixdə təxminən saat 16 radələrində bacısıgil zəng edərək Ruslanın adam vurduğunu və hal-hazırda tapılmadığını demişlər. Bundan sonra, qardaşı Sahilin evinə getmişdir. Oraya gedərkən Ruslanın işlətdiyi mağazanın və Sahilin evinin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt qardaşı Sahil darvazanın qarşısına çıxmışdır. Sahildən nə baş verdiyini soruşduqda, sonuncu Ruslanın mazağazaya borcu olan bir nəfər şəxslə mübahisə etdiyini və onu bıçaqla vurub öldürdüyünü demişdir. 19.02.2021-ci il tarixdə tanımadığı nömrədən ona zəng gəlmişdir. Telefonu açdıqda zəng edənin Ruslan olduğunu görmüşdür. Ruslanla danışdıqda, sonuncunu danlamış, qaçmağın düzgün iş olmadığını və təslim olmasını bildirmişdir. Ruslan isə gələcəyini demişdir. Bundan sonra Ruslan telefonu söndürmüşdür. Bir qədər sonra isə, Sahilin evinin yaxınlığında olarkən, Ruslan yenidən zəng etmiş və yenə də eyni qaydada ona təslim olmasını bildirmişdir. Həmin vaxt Ruslan gəldiyini demişdir. Sahilin evinin qarşısına gəlib, yenidən mağazaya siqaret almağa gedərkən, Ruslan yenidən zəng etmiş, gəldiyini və getməməyini demişdir. Həmin vaxt Ruslanın Sahilin evinin yerləşdiyi 20 Yanvar küçəsinin avtovağzala tərəf olan istiqamətindən tək şəkildə gəldiyini görmüşdür. BUndan sonar Ruslan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin PPX-də çalışır. X3 Göyçay şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən öldürüldükdən sonra, qaçması ilə bağlı iş yoldaşı Şahid21lə birlikdə Təqsirləndirilən şəxs dayısı Şahid6 evinin qarşısında qurulmuş postda olmuşdur. Belə ki, 19.02.2021-ci il tarixdə həmin evin qarşısında səhər saat 09 radələrində postda gəlib xidmətə başlamışlar. Həmin gün saat 17 radələrində orada xidmətdə olarkən Təqsirləndirilən şəxs dayısı Əkbər Salehovun evinin yerləşdiyi 20 Yanvar küçəsinin aşağı tərəfindən, yəni Əli Kərim küçəsi istiqamətində olan tərəfdən piyada və tək şəkildə dayısının evinə gəldiyini görmüşlər. Ruslan həmin evə yaxınlaşdıqda onun qolundan yapışıb saxlamışlar. Bu zaman onun dayısı Şahid6 darvazadan çölə çıxmışdır. Ruslanı darvazadan içəri salıb, həyətdə saxlamışlar və Göyçay RPŞ-nin PPX-nin komandirinə məlumat vermişlər. Həmin vaxt Ruslan ailəsi ilə görüşüb sağollaşmışdır. Təxminən 5-10 dəqiqə sonra isə polis şöbəsindən əməkdaşlar gələrək, Ruslanı şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin şahidin də Şahid22 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ruslanla dostdur, uşaqlıqdan bir yerdə böyümüşlər və aralarında yaxın münasibət vardır. X17 prospektində “Əsgəroğlu” marketi işlətmişdir. 18.02.2021-ci il tarixdə Ruslanla ortaq dostları olan Anarla Bakı şəhərinə sonuncuya maşın almaq üçün getmişlər. Bakıda olarkən isə Ruslanın bir nəfərlə dalaşdığını və onu bıçaqla vuraraq öldürdüyünü eşitmişlər. Həmin gün Göyçay rayonuna qayıtmış, lakin gecə çatdıqları üçün, növbəti gün səhər Ruslanın yaşadığı küçədə dayısı Sahillə görüşmüşdür. Belə ki, həmin vaxt Ruslanın atası və anasını polis şöbəsinə aparmışlar. Bu zaman öz dostları arasında Ruslan kiminləsə əlaqə saxlasa, ona vəziyyəti başa salmaq və təslim olmasını izah etmək üçün məsləhətləşmişlər. Həmin gün təxminən 15 radələrində istifadəsində olan ***-***-**-** nömrəsinə tanımadığı mobil nömrədən zəng gəlmişdir. Telefonu açdıqda zəng edənin Ruslan olduğunu görmüşdür. Ruslana atası və anasının şöbədə olduğunu demiş və təslim olmasını bildirmişdir. Ruslan isə ona yeni bir nömrə almağını xahiş etmiş və dayısı Sahillə danışmaq istədiyini demişdir. Bundan sonra, Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Telefon evi”-dən həmin ***-***-**-** mobil nömrəsini öz adıma almış və Göyçay şəhəri, “Dördyol” adlanan əraziyə gedərək, orada Ruslanla görüşmüş və mobil nömrəni ona vermişdir. Belə ki, Ruslan onu “Dördyol” adlanan ərazidə gözlədiyini demişdir. Ruslanla “Dördyol” adlanan ərazidə avtovağzalın yanında yerləşən aralıq yerdə görüşüb, mobil nömrəni ona vermişdir. Həmin vaxt Ruslana yenidən təslim olmasını bildirmiş, həmin vaxt Ruslan yenidən dayısı ilə danışıb, sonra təslim olacağını bildirmişdir. Bundan sonra, Ruslan ondan ayrılıb getmiş, özü isə iş yerinə qayıtmışdır. Həmin gün saat 18 radələrində isə Ruslanın artıq təslim olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, sonuncu ilə dostdur və yaxın münasibətləri vardır. Ruslanı sonuncu dəfə, hadisədən təxminən 3-4 gün qabaq Ruslanın işlətdiyi “Əsgəroğlu” marketin yanında görmüşdür. 18.02.2021-ci il tarixdə evdə olarkən, Ruslanla ortaq dostları olan Kənan zəng edərək, Ruslanın işlətdiyi marketin qarşısında olduğunu və Ruslanın bıçaqla adam vurduğunu demişdir. Bundan sonra, Kənana gəlib onu evdən götürməsini demiş, Kənan gəlib, onu evdən götürmüş və xəstəxanaya getmişlər. Xəstəxanada olarkən isə artıq Ruslanın bıçaqla vurduğu şəxsin öldüyünü öyrənmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid26 Şahid25 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18.02.2021-ci il tarixli təqrirdən görünür ki, Göyçay rayon prokurorluğunun müstəntiqi X18 rayon prokuroru, ədliyyə müşaviri Ramin Hüseynova müraciət edərək bildirmişdir ki, 18.02.2021-ci il tarixdə saat 12:30 dəqiqədə Göyçay Rayon Polis Şöbəsinin növbətçi hissəsindən daxil olmuş məlumatda bi nəfər naməlum şəxsin bıçaq xəsarəti nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi göstərilmişdir. (cild 01, iş vər. 3) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, Heydər Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Əsgəroğlu” adlanan mağazanın ətrafında yerləşən ərazidir. (cild 01, iş vər. 5-15) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30.03.2021-ci il tarixli 03 №-li rəyindən görünür ki, mərhum P.R.Salehovun bədəni üzərində aşağıdakı xəsarətlər vardır:a) Sağ-sol almacıq sümükləri proyeksiyalarında və sol əlin İİİ barmağın orta falanqasında sıyrıqlar kül-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum P.R.Salehovun ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi ilə əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlməsi inkar olunmur və bu da canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, ölümlə səbəbli əlaqəsi yoxdur. b) Sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində sol bud arteriyasının zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla P.R.Salehovun ölümündən əvvəl yetirilmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraılcə əmələ gəlməsi inkar olunmur və canlı şəxslərdə dərəcəsinə görə həyal üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum P.R.Salehov RMX-dan morqa gətirilərkən onun əynində olan tünd İ göy rəngli döş və sol nahiyyələrini əhatə edən, yaşıl - qırmızı cizgiləri olan, sol döş nahiyyəsində “ürək içərisində ÇG yazılı, yun materialda uzunqol jaket, mavi rəngli,, sol döş nahiyyəsində cibi olan, boyun hissəsi ağ - qara naxışlı, 2 (iki) düyməli qısaqol köynək və qara rəngli, qısaqol mayka üzərində hər hansı bir zədə əlamətləri aşkar edilməmişdir. Mərhum P.R.Salehov RMX-dan morqa gətirilərkən onun əynində olan, idman şalvarının və trusiyin arxa səthlərində sol tərəfdə parça zədələri aşkar edildi və aşkar edilmiş zədələr onun bədəni üzərində aşkar olunmuş xəsarətlə yəni “sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində” deşilmiş-kəsilmiş yarası ilə üstüstə düşür. Mərhum P.R.Salehovun ölümünə səbəb - sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində sol bud arteriyasının zədələnməsi fonunda baş verən kəskin xarici qanitirmə olmuşdur və ölüm meyitin müayinəsindən 2-3 saat əvvəl Göyçay RMX-da baş vermişdir. Mərhum P.R.Salehovun bədəni üzərində aşkar edilmiş yara kanalının istiqaməti arxadan önə, bir qədər düz-çəp olmaqla, yara kanalının dərinliyi 17.5 sm-dir. Mərhum P.R.Salehovun bədəni üzərində aşkar edilmiş yara kanalının istiqaməti arxadan önə bir qədər düz-çəp istiqamətlidir. Mərhum P.R.Salehovun meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 02, iş vər. 100-103) Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” 20.02.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdə baş vermiş cinayət hadisəsini törətdiyi yeri göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha ətraflı şəkildə bildirmişdir. (cild 01, iş vər. 160-162) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20.02.2021-ci il tarixli 03/1 saylı əlavə rəyindən görünür ki, mərhum X3 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində yumşaq toxumanın deşilmiş kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla P.R.Salehovun ölümündən əvvəl yetirilmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlmişdir və ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd bıçağın təsirindən törənməsi inkar edilmir. (cild 02, iş vər. 104-105) Cinayət işinin materiallarında olan məhkəmə-fiziki və məhkəmə-lifli ekspertizasının 31.03.2021-ci il tarixli 6/846 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd sviterin, 01 ədəd şalvarın, 01 ədəd gödəkçənin; X5 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd poliverin, 01 ədəd şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X5 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X5 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarının sethi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflərin cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (cild 02, iş vər. 91-97) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 09.04.2021-ci il tarixli 123/2020-MTBŞ №-li rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu: O/İ. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ. Ekspertizaya təqdim edilən X5 məxsus gödəkcə, sviter, şalvar, qısaqol köynək, mayka, trusik, bir cüt corab, bir cüt idman ayaqqabısı, bir ədəd bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 06 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,betaİ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X5 və eyni qruplu Təqsirləndirilən şəxs əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa, məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə, mayka, vodolazka üzərində qana şübhəli hər hansı bir ləkə, ona məxsus şalvar, üzərindəki ləkələrdə və 01 cüt yarımboğaz çəkmə üzərində isə qan aşkar olunmadı. (cild 02, iş vər. 161-168) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 14.04.2021-ci il tarixli 87/20212 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X5 məxsus idman şalvarın arxa sol yuxarı nahiyəsində bir ədəd; cins şalvarın arxa sol yuxarı nahiyəsində bir ədəd və tumanın arxa sol yuxarı nahiyəsində bir ədəd (hərəsində cəmi bir ədəd) dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, 0 cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş mərhum X5 məxsus puloverin sol qolun iç tikişi üzərində bir ədəd və tumanın arxa sol yuxatı nahiyəsində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar, qeyd edilən paltarlar üzərinə küt qüvvə tətbiq etməklə qərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş mərhum X5 məxsus gödəkçə, köynək, mayka, bir cüt corab və bir cüt idman ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş təqsirlənririlən şəxs Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter, mayka, şalvar və bir cüt cüt botinka üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 02, iş vər. 169-175) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 16.04.2021-ci il tarixli 808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hadisə dövründə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Həmçinin, Təqsirləndirilən şəxs ona itttiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş hadisə baş verən zaman şüur və fəaliyyətinə mühüm təsir göstərə biləcək psixi- emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini anlamaq iqtidarında olmuşdur. (cild 02, iş vər. 176-190) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 221 və 120.2.2-ci maddələrinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 201-228) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materialarında yer alan sübutları qarşılıqlı şəkildə araşdıran, yuxarıda istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, X9 18.02.2021-ci il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbəsi nəticəsində yaranan ağır bədən xəsarəti səbəbindən ölmüşdür. (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə ictimai təhlükəli əməllə baş verən ölüm arasında olan səbəbli əlaqə müəyyən edilmişdir) Mübahisə məqamı zərərçəkmiş şəxsin vəfat etməsinin Təqsirləndirilən şəxs qəsdi, eyni zamanda niyyəti ilə əhatə olunub-olunmaması ilə bağlıdır. Belə ki, müdafiə tərəfi əməlin qəsdən sağlamlığa ağır zərər vurma cinayəti olduğunu və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğunu bildirib Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini xahiş etmiş, ittiham tərəfi isə əməlin qəsdən adam öldürmə cinayəti kimi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunduğunu və ona uyğun olaraq ittiham hökmünün çıxarılmasını israr etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2 və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş, yox əgər şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli məhz Polad Salehovu dolayı olaraq qəsdən öldürməyə yönəlmiş, o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Belə ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı mərhum zərərçəkmiş şxəs Polad Salehovun Təqsirləndirilən şəxs qarşı nalayiq formada söyüş söyməsindən hiddətlənib ondan qisas almaq niyyəti ilə sonuncu çalışdığı mağazada istifadə olunan soyuq silah hesab edilməyən məişət bıçağı ilə Polad Salehova sol sağrı nahiyyəsinin yuxarı iç hissəsində sol bud arteriyasının zədələnməsi ilə müşayət edilən yara kanalının dərinliyi 17.5 sm olan 1 ədəd bədən xəsarəti yetirmişdir ki, bu halda məhkəmə kollegiyası hesab edir ki, yetirilmiş xəsarətin sağrı nahiyəyə yetirilməsi, o cümlədən həmin xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs onun arxasınca qaçıb onu öldürmək niyətini davam etdirməməsi onun qəsdən Polad Salehovu öldürmək istəməməsi nəticəsinə gəlməyə və Təqsirləndirilən şəxs əməlinin qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasına əsas verə bilməz. Təqsirləndirilən şəxs mərhum Polad Salehovun arxasınca qaçmaması onun sonuncunu birbaşa qəsdlə öldümək istəməməsi ilə əlaqədar olmuşdur. Lakin istifadə olunan bışağın ölçüləri nəzərə alındığında və yetirilən xəsarətin dərinliyi əsas götürüləndə görünür ki, Təqsirləndirilən şəxs bunu arzu etməsə də, belə əməlin yekunda nə ilə nəticələnəcəyi ehtimalını qabaqcadan görmüş, hadisənin baş verməsinə şüurlu sürətdə yol verməklə niyətinin məhz Polad Salehovu öldümək olduğunu öz əməli ilə təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası bu halda ibtidai istintaq orqanının gəldiyi qənaətin düzgün olduğu nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş tərəf Təqsirləndirilən şəxs Polad Salehovu ictimai yerdə, hamının gözü qarşısında xuliqanlıq niyyəti ilə öldürdüyü üçün onun əməlinin CM-nin 120.2-ci maddəsinə tövsif olunması və ona həmin maddədə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən işə yalnız verilən ittiham daxilində baxıldığından və yalnız təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malik olduğundan, nəticə etibarı ilə zərərçəkmiş tərəfin tələbinin isə faktiki olaraq təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına yönəldiyindən, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin bu hala qiymət verərək irəli sürülmüş ittihamdan kənara çıxmaq səlahiyyəti cinayət prosessual qanunvericiliklə istisna olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında 15.05.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar mövcuddur ki, həmin qərarla Təqsirləndirilən şəxs əməlində CM-nin 221 və 120.2.2-ci maddələrinin tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən isə qeyd edilən qərar mübahisələndirilməmişdir və həmin qərar hazırda qüvvədədir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Onun barəsində icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 02, iş vər. 14-16) Cinayət işinin materiallarına əlavə edilmiş Göyçay Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 05.03.2021-ci il tarixli 995 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetdə qeydiyyatda yoxdur, lakin 13.12.2011-ci il tarixdən ağ ciyər xəstəlikləri kabinetində “Sol ağ ciyərin fibroz sirrotik vərəmi” diaqnozu ilə qeydiyyatdadır. (cild 02, iş vər. 37) Cinayət işinin materiallarına əlavə edilmiş “Doğum haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, 13.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs övladı Göyçay Rayon Xəstəxanasında doğulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər.33) Odur ki, məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, vərəm xəstəsi olmasını isə CM-nin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19.02.2021ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli 19.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 149-150, 186-188) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 19 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd mayka, 01 ədəd sviter və 01 cüt ayaqqabı tələb edildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalı, 01 ədəd bıçaq, mərhum X5 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd trusik, 01 ədəd mayka, 01 ədəd qolsuz köynək, 01 ədəd poliver, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, 06 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr isə tələb edilmdiyindən və dəyəri müəyyən edilmədiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 104,16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd mayka, 01 ədəd sviter və 01 cüt ayaqqabı hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın, 01 ədəd bıçaq, mərhum X5 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd trusik, 01 ədəd mayka, 01 ədəd qolsuz köynək, 01 ədəd poliver, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, 06 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr isə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 104,16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar