Məhkəmə qərarları › İş №1(091)-150/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-150/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-150/2022 17.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X22, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X10, zərərçəkmiş şəxsin hüquqi varisi: X11 iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonu, Abdal kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Tərtər RQİİ-nin Mingəçevir xidmət sahəsində ictimai işlər üzrə köməkçi peşəsində işləmiş, orta təhsilli, Ağdam rayonu, Abdal kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində B-64 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə 2011-ci il təvəllüdlü azyaşlı oğlu Şahid2 hadisədən təxminən 9 ay əvvəl qonşuları X23 və sonuncunun dayısıoğlu X6 tərəfindən zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edilməsi haqqında məlumat aldıqdan və həmin məlumatı oğlu Şahid2 ilə dəqiqləşdirərək real hadisənin baş verdiyinə əmin olduqdan sonra istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi 64B ünvanında yerləşən fərdi yaşayış evinin əldamında saxladığı yivli odlu döyüş silahı hesab olunan 9 mm kalibrli “Makarov” konstruksiyalı, “ИП 1579” nömrəli yarım avtomatik tapançanı və üzərində ümumilikdə 11 ədəd döyüş sursatı hesab olunan patron olan həmin silahın komplekt hissəsi sayılan iki ədəd sandıqcanı götürərək qisas almaq niyyəti ilə üzərində daşıyaraq gəzdirmiş və 18 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Yeni Həyat qəsəbəsi, 64 B saylı evin yerləşdiyi küçədə qarşısına çıxan X14 qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi tapançanı 1-1,5 metr məsafədən ona tuşlayıb sonuncunun bədəninin müxtəlif, o cümlədən həyati vacib nahiyələrinə 5 dəfə atəş açaraq, alt çənə sümüyün sınığı ilə müşaiyət olunan, boynunun sağ yan yuxarı 1/3-də daxil olan alt çənədən xaric olan bir ədəd, qırtlağın sağ yan səthindən daxil olmaqla sol yan səthindən xaric olaraq sol çiyin və sol bazunun yumşaq toxumalarını deşməklə xaric olan bir ədəd, sağ ağciyəri, diafraqmanı, qara ciyəri zədələməklə bel nahiyəsindən xaric olan bir ədəd, sol ağciyərin, diafraqmanın və dalağın zədələnməsi ilə sol bel nahiyəsindən xaric olan bir ədəd və sol böyrəyin zədələnməsi ilə sol bazu və qarın boşluğuna dəlibkeçən bir ədəd olmaqla cəmi 5 ədəd dəlib-keçən güllə yaraları, hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə daxili orqanların zədələnmələri nəticəsində inkişaf edən daxili və xarici qanitirmədən ölümə səbəbiyyət verməklə zərərçəkmiş şəxs X14 qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində yaşadığı Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi B 64 ünvanında yerləşən fərdi evində bir sıra təmir-bərpa işləri zərurəti yarandığından şəhər ərazisində usta kimi fəaliyyət göstərən və qonşuluqda yaşayan Tofiq Kərimova gəlib evindəki təmir-bərpa işlərini yerinə yetirməsini xahiş etmiş, Tofiq Kərimovla gəldiyi şifahi razılığa əsasən sonuncu pul qarşılığında gəlib fərdi yaşayış evinin tavanın astarındakı çatları təmir etmişdir. Tofiq Kərimov yaşadığı evdə təmir işləri yerinə yetirərkən kömək üçün oğlu Orxan Kərimovu da özü ilə gətirmiş, tarixini dəqiq xatırlamadığı gün Tofiq Kərimov evdə təmir işləri icra edərkən ona zəruri tikinti materialı lazım olduğunu bildirdiyinə görə yaşadığı evi tərk etmiş, həmin vaxt evdə oğlu Şahid2, qızı Zeynəb Qasımzadə, arvadı Xəyalə Qasımzadə, usta Tofiq Kərimov və sonuncunun oğlu Orxan Kərimov olmuşdur. Təbriz küçəsində yerləşən “MRT” inşaatdan tikinti materialını alıb evə qayıdarkən Qaz idarəsindən ona zəng gələrək Yeni Həyat qəsəbəsində fərdi yaşayış evində qazın istismarında problem olduğunu və həmin ünvana gedib yaranmış problemi aradan qaldırmağı tapşırılmışdır. Təxminən 2-3 saat sonra evə qayıdarkən oğlu Şahid2 evdə olmadığını görüb arvadı və qızından oğlu Ömərin harada olduğunu soruşmuş, Şahid3 usta Tofiq Kərimovun istəyi ilə oğlu X26 evindən tikinti aləti götürməyə getdiyini bildirmişdir. Belə olan halda qonşuluğunda yaşayan Tofiq Kərimovun yaşadığı evə getmiş, evin darvazasının qarşısına çatdıqda uca səslə oğlu Ömər Qasımovu səsləmişdir. Təxminən bir-iki dəqiqə sonra oğlu Şahid2 evdən çölə çıxdığı zaman biraz həyacanlı və rəngi avazımış olmuşdur. Oğlundan nə olduğunu soruşsa da heç bir şey olmadığını bildirmiş, həmin gündən sonra oğlu Şahid2 əhvalruhiyyəsi dəyişmiş və bir qədər aqressiv olmuşdur. Belə ki, oğlu həm idmanla məşğul olmasına, həm də dərslərini mükəmməl oxumasına baxmayaraq həmin gündən sonra oğlunun psixoloji vəziyyəti dəyişmiş, danışmamağa, söhbət etməməyə özünə qapanmağa başlamışdır. 2021-ci il noyabr ayının əvvəlində yaşdığı evin qarşısında təmir işləri icra edərkən Məhəmməd İsmayılov yanında bir nəfər şəxslə yaşadığı evin qarşısından keçərkən həmin tanımadığı oğlan Öməri işarə edərək “dörd təkərə qaldırdığınız bu idi?” sözlərini demiş, həmin sözü oğlu eşitməsə də o, eşitmişdir. Bu vaxt onun həmin sözü eşitdiyini bilən Məhəmməd İsmayılov həmin oğlana “sakit dur atası burdadı” sözünü demiş, bu söz ona çox pis təsir edərək oğlu Ömərlə danışmaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə oğlu Şahid2 nəyə görə bu cür vəziyyətdə olduğunu, səmimi şəkildə deməsini xahiş etmiş, Ömər nəsə demək istəsə də sanki ondan utanıb danışa bilməmişdir. Təkidlərindən sonra oğlu Şahid2 Novruz bayramı ərəfəsində müvafiq tikinti alətini götürmək üçün Orxan Kərimovun yaşadığı evə gedərkən sonuncunun dayısı oğlu Məhəmmədlə əlbir olub oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etdiyini bildirmişdir. Oğlu Ömərin deməsinə görə Məhəmməd Ömərin əl-qolunu tutmuş, Orxan Kərimov isə Ömərin arxasına keçib seksual xarakterli zorakılıq hərəkətlər etdikdən sonra isə X32 əlini qolunu tutmaqla Məhəmməd Ömərin arxa tərəfinə keçib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bu söhbətdən sonra çox fikirləşərək oğluna qarşı bu hərəkəti edən Orxan Kərimovu öldürmək qərarına gəlmişdir. Elə həmin gün axşam saatlarında qonşusu və kəndçisi Elmin Əlizadə vətən uğrundə gedən döyüşlərdə şəhid olduğuna görə sonuncunun dəfn mərasimində iştirak etmək üçün yaşadığı evə getmişdir. Şəhid xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə yaşadığı evə gətirilmiş, yas mərasimi zamanı Orxan Kərimovun həmyaşıdları ilə birlikdə oturub söhbət etdiyini görmüşdür. Yas qurtardıqdan sonra axşam tərəfi yaşadığı evə getmiş, yaşadığı evin həyətində faktiki istifadə olunmayan köhnə tikili evdə tikinti alətləri saxladığı sandıqla divarın arasında gizlətdiyi silahı götürərək gödəkçəsinin sol tərəfindəki içəri cibinə qoyduqdan sonra yaşadığı evi tərk etmişdir. Saat 1834-də Qədiroğlu marketdən siqaret alıb çıxarkən Orxan Kərimovun tək piyada çayxanaya tərəf getdiyini görmüş, Qədiroğlunun yanında yerləşən avtobus dayancağında dayanıb siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqə sonra Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyini görmüş, Yeni Həyat qəsəbəsi B küçəsinin başında Orxan Kərimovun bir neçə həm yaşıdlısı ilə toplaşmışdır. Orxangilin yanından keçərkən Orxan Kərimovun və yanındakı həmyaşıdları ilə uca səslə gülməyə başlamışdır. Təxminən bir iki metr həmin şəxslərdən uzaqlaşsa da artıq səbri çatmamış və yığılmış kütləyə tərəf geri qayıtmışdır. Əlini gödəkçənin iç cibinə salıb üzərində gəzdirdiyi “Makarov” tipli tapançanı cibindən çıxartmış, silahını görən şəxslər bir anda qaçmağa başladığı zaman gözü Orxan Kərimovu axtarmış və uca səslə Orxan Kərimov deyə qışqıraraq tapançanı hazır vəziyyətə gətirmişdir. Elə dayandığı hissədən sağ tərəfə baxanda Orxan Kərimovu görmüş, Orxan Kərimovu görən kimi tapançanı sonuncuya tərəf tuşlayaraq ard-arda tətiyə basmışdır. Silahda güllə qurtardığından atəşi dayandırmış, daha sonra silahı əlində saxlayıb evə getmişdir. Evə daxil olan kimi oğlu Ömərə baxaraq öldürdüyünü demiş, arvadı və qızından evə daxil olmalarını bildirmişdir. Ailəsi ilə vidalaşdığı zaman polis əməkdaşları gəlmiş və təslim olaraq odlu silahını könüllü olaraq polis əməkdaşına təhvil vermişdir. N nömrəli hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edərkən 2002-ci ilin aprel ayında erməni zabitini əsir götürüb gətirdiyi zaman həmin “Makarov tipli odlu silahı həmin zabitdən götürmüş, həmin silahı özündə saxlamışdır. həmin silahın Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatda olması və N saylı hərbi hissənin döyüş itkisi olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailəsi yaşadığı Yeni Həyat qəsəbəsində qonşu mənzildə yaşamış, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs məxsus mənzildə üç günlük təmir işləri aparmışdır. Əlvanın evində qonaq otağının tavanında çatlar olduğu üçün üç günlük işlər aparmış, həmin vaxt oğlu Orxan Kərimov da ona köməklik etmişdir. Birinci günü Əlvana məxsus mənzilin qonaq otağının tavanının soyulan qatını təmizləyib ikinci günü isə üzlük vurmuşdur. İkinci iş günündə Əlvan evdən çıxıb işlədiyi qaz idarəsinə getmiş, həmin gün üzlük qat vurmaq üçün oğlu Orxan Kərimovdan istifadə etdiyi malanı gətirməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid2 də övladı Orxan Kərimov ilə birlikdə malanı gətirmək üçün onun yaşadığı evə getmək istədiyini demişdir. Ömərə malanın yerinin harada olduğunu deyib evə çatanda arvadı Atlasa malanın yerini deməsini istəmiş, həmin vaxt Ömər tək yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs ilə yaşadığı mənzilin arasındakı məsafə az olduğundan təqribən 3 dəqiqə sonra Ömər mala ilə birlikdə evlərinə qayıtmışdır. Bundan sonra növbəti günü işini yekunlaşdırıb Əlvana məxsus mənzildən çıxmışdır. Üçüncü iş günündən sonra Ömər onun yaşadığı mənzilə gələrək atası Təqsirləndirilən şəxs onu nahar yeməyinə çağırdığını dediyinə görə sonuncunun yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs mənzilində olan təmir işlərini yekunlaşdırdıqdan sonra sonuncu 50 manat məbləğində əl haqqı vermiş, bundan sonra Təqsirləndirilən şəxs ilə qonşu münasibətləri davam etmişdir. 22 iyun 2021-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmiş, 18 noyabr 2021-ci il tarixdə qaynı Vidadi İsmayılov zəng vuraraq övladı Orxan Kərimovun qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində öldürülməsi barədə məlumat vermişdir. Həmin məlumatı aldıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində yaşadığı evdə təmir işləri görülməli olduğundan Tofiq Kərimov onların evlərində evin tavanını təmir etmiş, Tofiqin oğlu Orxanı da atasının yanında onlarda işləmişdir. Təmir başlayan gün Tofiq oğlu Orxana yaşadıqları evdən təmir aləti olan şpaker gətirməsini bildirmiş, o da həmin vaxt Orxanla birlikdə sonuncunun yaşadığı evə getmişdir. Evlərinə çatan zaman Orxanın dayısı oğlu Məhəmməd də qarşı tərəfdən gəlmiş, küçədə görüşdükdən sonra birlikdə Orxangilin evinin həyətinə girmişlər. Həyətə girdikdən sonra şpakeri götürmək üçün həyətdə olan hinə daxil olmuş, hinə girdikdən sonra Orxan və Məhəmməd bir-birlərinin qulaqlarına nəsə pıçıldamışlar. Bundan sonra Orxan ona şalvarını aşağı çəkməsini və öz cinsiyyət orqanlarını da onun arxa keçəcək nahiyəsinə sürtməsini təklif etmiş, buna etiraz etdikdən sonra Məhəmməd qəflətən onun boynundan tutmuşdur. Orxan da həmin vaxt onun əynində olan qara rəngli cins şalvarı və ağ rəngli trusikini aşağı çəkmiş, daha sonra Orxan öz şalvarını da aşağı çəkərək cinsiyyəti orqanını çıxartdıqdan sonra onun arxa nahiyyəsinə sürtməyə başlamışdır. Təxminən 2 dəqiqə Orxan sürtdükdən sonra onun boynundan tutmağa başlamış və Məhəmməd onun arxa nahiyəsinə keçmiş, Məhəmməd də öz şalvarını aşağı çəkdikdən sonra öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtməyə başlamışdır. Məhəmməd də sürtdükdən sonra şalvarını yuxarı çəkmiş, bundan sonra onu buraxmışlar. O, bu barədə atasına deyəcəyini bildirsə də Məhəmmədlə Orxan ona atasına deyəcəyi təqdirdə bu hadisəni hər kəsə yayacaqları ilə hədələmiş, hadisənin yayılmasından qorxduğu üçün bu barədə heç kəsə danışmamışdır. Həmin günün ertəsi günü Tofiq drelin sverlosunu ona verərək öz evlərinə aparmağını istəmiş, həmin sverlonu götürərək Orxangilin evinə aparmışdır. Həmin vaxt evdə olan Orxan onu həyətlərinə çağıraraq həyətdə olan ağ-qara rəngli itin balasını ona verməyi təklif etmiş, Orxanla razılaşmayaraq itin balasını istəmədiyini bildirmişdir. Bundan sonra Orxan yenə də onunla cinsi əlaqədə olmağı təklif etmiş, Orxanla razılaşmayaraq evdən çıxaraq öz evlərinə tərəf qaçmışdır. Tofiqin onların evdəki işi bitikdən təxminən 3-4 gün sonra Orxan və Məhəmməd onun yaşadığı evə gələrək qapını döymüş, qapını açdıqda Orxan ona atasına məxsus olan drelin Orxangilin yaşadığı evdə qaldığını bildirmişdir. Həmin dreli götürmək üçün Orxangilin evinə getmiş, sonuncunun evinə gəldikdə Orxan və Məhəmmədlə birlikdə həyətlərində olan toyuq hininə getdikdə həqiqətən də atasına məxsus drelin orada olduğunu görmüşdür. Bu vaxt Məhəmməd qəflətən onun boynundan tutmuş, Orxan da onun arxa tərəfinə keçərək əynində olan şalvarı və trusiki aşağı çəkdikdən sonra öz şalvarını aşağı çəkərək cinsiyyət orqanını çıxarmış və onun arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Bir neçə dəqiqə sonra Orxan onun boynundan tutmuş və Məhəmməd arxa tərəfinə keçmiş, sonuncu da şalvarını aşağı çəkdikdən sonra cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Bir neçə dəqiqə sonra onu buraxaraq yenə də bu hadisəni kiməsə deyəcəyi təqdirdə hər kəsə yayacaqları ilə onu hədələmişlər. Dreli götürərək evə getmiş və qorxduğu üçün bu barədə heç kəsə heçnə deməmişdir. Bundan sonra Orxan və Məhəmməd ilə onun arasında belə bir hadisə baş verməmişdir. Bir neçə gün sonra atası ilə birlikdə həyət qapısından çöl tərəfə çıxmış və atası siqaret çəkən zaman Orxan və Məhəmməd də küçədən keçərkən Məhəmməd onu işarə edərək Orxana “dörd təkər qaldırdığımız bu deyildi?” bildirmişdir. Orxan da Məhəmməddən susmasını istəmiş, atası da Məhəmmədin bu sözündən şübhələndiyindən təxminən 2 gün əvvəl evdə onunla təkbətək söhbət edərkən atasına Orxan və Məhəmmədin ona elədiklərini danışmışdır. 18 noyabr 2021-ci il tarixdə axşam saatlarında evdə dərslərini oxuyarkən küçədən hərkəsin qaçdığını görmüş, bir neçə dəqiqə sonra atası əlində tapança ilə evə gələrək “oğlum öldürdüm” dedikdən sonra anama evə daxil olmasını bildirdi. Bir neçə dəqiqə sonra dayısı Tural onlara gəlmiş, sonra hadisə yerinə və evlərinə polis əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla bir qəsəbədə yaşayan şəxs kimi tanımış, sonuncularla heç bir ədavət və düşmənçilikləri olmamışdır. X37 təqribən 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs mənzilində təqribən üç günlük iş olduğunu həmin mənzildədə işləyəcəyini bildirmişdir. 2021-ci ilin may ayının sonlarında atası Tofiq Əlvana məxsus mənzildə təmir-bərpa işlərinə başlamış, həmin vaxt X30 da atası Tofiqlə birlikdə Əlvanın mənzilində görüləcək təmir işlərinə kömək üçün getmişdir. Təmir işləri üç gün müddətinə başa çatdıqdan sonra atası Əlvanın mənzilindən çıxmış, qonşuluq münasibətləri davam etmişdir. 17 noyabr 2021-ci il tarixdə qonşuluqda yaşayan Samir adlı şəxsin övladı Elminin şəhid olması ilə əlaqədar olaraq X30la birlikdə Elminin nəşini qarşılamaq üçün sonuncunun yaşadığı mənzilə getmiş, həmin gün yas mərasiminin keçirilməsinə hazırlıq görmək üçün qardaşı Ayxanla birlikdə köməklik edib masaları və oturacaqları daşımışlar. Həmin gün Təqsirləndirilən şəxs yas mərasiminin keçiriləcəyi mənzildə görməmiş, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısında övladları Zeynəb və Ömərlə birlikdə görmüşdür. 16 noyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olarkən küçədən səs gəldiyini eşidib həyətyanı sahəyə çıxarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğlu Ömər Qasımova qışqırdığını və təhqir etdiyini eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid2 ifadəsi mümkün olmayan nalayiq ifadələr işlətmiş, Əlvan Ömərin üstünə hücum etmək istəyəndə qonşuluqda yaşayan poçt idarəsində işləyən X21 sakitləşdirmişdir. 18 noyabr 2021-ci il tarixdə şəhid Elminin dəfni üçün qonşuluqda yaşayan Fərhad və Nicatla birlikdə ictimai nəqliyyatla Şəhidlər xiyabanına getmiş, X30 isə taksi ilə Şəhidlər Xiyabanına getmişdir. Şəhidlər Xiyabanında dəfn başa çatdıqdan sonra evə qayıtmağa hazırlaşarkən X30un tək oturacaqda oturduğunu və əhvalının yaxşı olmadığını görüb sonuncudan nə baş verdiyini soruşduqda Orxan ona Əlvanın üstünə qışqırdığını demişdir. Həmin vaxt digər yoldaşlar gəldiyi üçün Orxandan Əlvanın nə məqsədlə qardaşının üstünə qışqırmasını soruşa bilməmişdir. Şəhidlər Xiyabanının qapısından çıxarkən Təqsirləndirilən şəxs qapının ağzında tanımadığı üç dörd nəfər şəxslə söhbət etdiyini görmüş, Təqsirləndirilən şəxs salam versə də sonuncu onun salamını qəbul etməyib üzünə tərs baxmışdır. Şəhidlər Xiyabanından çıxaraq yaşadığı mənzilə gəldikdən təxminən 3 saat sonra X30 evə gəlmiş, Hadisə baş verdikdən sonra dostu Zamirin deməsinə görə həmin 3 saat müddətinə qardaşı Orxan Zamirə paltar almaq üçün getmiş, sonra dostları Şahid8 və sonuncunun qardaşı Şahid7, Şahid5 ilə söhbət etdikdən sonra X30un siqaret çəkərək çayxanaya gəldiyini görmüşdür. Çayxanadan çıxaraq qardaşı Orxanın siqaret çəkməsinə əsəbləşib yaşadığı mənzilə aparmış, sonra yenidən çayxanaya qayıtmışdır. Qardaşı Orxan ikinci dəfə yenə də çayxanaya gəlmiş, bu dəfə qardaşı Orxanın çayxanaya girməsinə icazə vermişdir. Həmin vaxt dayısı oğlu Məhəmməd İsmayılov dostları Teymur, Murad, Rəşad ilə birlikdə yan masada əyləşmiş, qardaşı Orxan ondan qabaq çayxanadan çıxmışdır. Çayxanadan çıxdıqdan sonra yas mərasiminin keçirildiyi yerə getdiyini düşünmüş, çayxanadan çıxıb yaşadığı mənzilə geri qayıtmışdır. X30 da yaşadığı mənzilə gəlmiş, qardaşı Orxan anasına acdığını və mağazada satılan hazır sulu qidalardan almaq istədiyini bildirmişdir. Anası Atlas qardaşına bir manat verib marketə göndərmiş, evdə şam yeməyini yedikdən sonra yaşadığı mənzildən çıxmışdır. Küçənin giriş hissəsində yerləşən “Şamil” marketin qarşısında qardaşı Orxan ilə qarşılaşmış, həmin vaxt sonuncu sulu qida almaq üçün həmin marketə girmişdir. Həmin vaxt qardaşı Orxanla birlikdə qonşuluqda yaşayan dayısı oğlu Şahid4, dostu Şahid9, Şahid8 sonuncunun qardaşı Şahid7, Şahid5, Şahid6 və X12 olmuş, Riyad Vəlizadə digər şəxslərdən ayrılıb onunla birlikdə yolun qarşı tərəfinə keçib özünə siqaret almağa getmişdir. Riyad Vəlizadənin mobil telefonuna atası Eldənizdən zəng gəlmiş, "Şamil” marketin qarşısından sağa yaşadıqları küçəyə dönən kimi silahdan iki dəfə atəş açılmasını eşitmişdir. Silahdan açılmış iki atəş səsindən sonra Təqsirləndirilən şəxs “Sən mənə cavab qaytarırdın, mənnən dilləşirdin” sözlərini demişdir. Silah səsi kəsildikdən sonra o, irəli doğru qaçmağa başlamış, atəş səsinin gəldiyi yerə yaxınlaşdıqdan sonra qardaşının Orxan Kərimovun yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb bibisigilin yaşadığı mənzilə doğru qaçmağa başlamışdır. Bundan sonra Mingəçevir şəhər mərkəzi xəstəxanasından gəlib qardaşının ölməsi barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X15 eyni məzmunlu ifadə verərək X8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Orxan Kərimov bibisi oğlu olmaqla 18 noyabr 2021-ci il tarixdə saat 18 radələrində dostları ilə birlikdə çayxanada əyləşən vaxt Orxan Kərimov da onların yanına gəlmiş, çay içdikdən sonra şəhidin yas məclisinə kömək etmək üçün oradan çıxmışlar. Yas yerinə gedən vaxt Təqsirləndirilən şəxs onların qabağına çıxaraq əvvəl Orxanı səslədikdən sonra sonuncuya tərəf atəş açmışdır. Atəş açdıqdan sonra onların hamısı oradan dağılışmış, Orxan da qaçmaq istəyərkən Əlvan yenidən Orxana tərəf atəş açmışdır. Bundan sonra Orxan yerə yıxılmış, digər küçədən fırlanıb hadisə yerinə gələrkən Orxanın yerdə uzandığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid8, Şahid7, Şahid9 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdikərini təsdiq etmişlər. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 1730 radələrində uşaqları Şahid2 qızı Zeynəb Qasımzadə ilə birlikdə evə qayıtdıqdan sonra saat 18 radələrində əri Təqsirləndirilən şəxs yemək yeyib yaşadıqları evdən çıxaraq bir azdan gələcəyini demişdir. Əri evdən çıxdıqdan təxminən bir saat sonra küçədən partlayışa bənzər səs gəlmiş, oğlu Şahid2 atəşfəşanlıq olduğunu deyib istədiyi təqdirdə çölə çıxıb baxa biləcəyini bildirmişdir. Yaşadıqları evin giriş qapısını açdıqda bir anda çöldən səs-küy səsləri eşidib həmin səsin atəşfəşanlıq olmadığını başa düşüb oğlu Ömərin çölə çıxmasına icazə verməmişdir. Atəş səslərindən 5 dəqiqə sonra əri Təqsirləndirilən şəxs giriş darvazasının qapısını öz kilit açarı ilə açıb evə daxil olduqdan sonra oğlu Ömərin üzünə baxaraq “oğlum öldürdüm” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində tapanca olduğunu görmüş, belə olan halda əri Təqsirləndirilən şəxs üzərinə gedib nə etdiyini, kimi öldürdüyünü, niyə görə etdiyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qızı Zeynəbi götürüb evə daxil olmağı, bu işlərə qarışmamağı bildirmişdir. Qızı Zeynəbi götürüb evə daxil olmuş, həyətdə qalan Təqsirləndirilən şəxs oğlu Ömərlə söhbət etdiksən təxminən 5 dəqiqə sonra polis əməkdaşları evin giriş qapısını döyməyə başlamışlar. Təqsirləndirilən şəxs qapını açmış və könüllü olaraq əlindəki silahı polis əməkdaşlarına təhvil verib təslim olmuşdur. Sonradan 1 oğlu Ömər ona Orxanın öz qohumu Məhəmmədlə birlikdə Ömərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini, 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Tofiq Kərimov yaşadığı evdə təmirbərpa işləri yerinə yetirərkən tarixini dəqiq xatırlamadığı vaxtda əri işi ilə əlaqədar evdə olmadığı zaman Tofiq Kərimovun tələbi ilə sonuncunun yaşadığı evə gedib təmir aləti olan şpakeri götürmək üçün Tofiq Kərimovun yaşadığı evin qarşısına çatdığı zaman Orxanın dayısı oğlu Məhəmməd ilə birlikdə qarşı tərəfdən gəlmiş küçədə görüşdükdən sonra üçü də Orxangilin evinin həyətindəki yarım tikili və toyuq hinindən şpakeri götürərkən Orxan və Məhəmməd bir-birinin qulaqlarına nəsə pıçıldayaraq, oğluna şalvarını aşağı çəkməyini və öz cinsiyyət orqanlarını da oğlu Ömərin arxa keçəcək nahiyyəsinə sürtməklərini təklif etmişdir. Oğlu Orxan və Məhəmmədin təklifləri ilə razılaşmadığına görə Məhəmməd qəflətən oğlunun boynundan tutmuş, Orxan da həmin vaxt Ömərin əynindəki cins şalvarı aşağı çəkib cinsiyyət orqanını çıxarıb və Ömərin arxa nahiyyəsinə sürtməyə başlamışdır. Orxan fəaliyyətini bitirdikdən təxminən 2 dəqiqə sonra Orxan Ömərin boynundan tutmağa başlamış və Məhəmməd Ömərin arxa nahiyəsinə keçib, öz cinsiyyət orqanını arxa tərəfinə sürtmüşdür. Daha sonra oğlu Ömər bu barədə atasına deyəcəyini bildirdiyini zaman atana deyəcəyin təqdirdə bu hadisəni hər kəsə yayacaqlarını bildirərək oğlu Ömərə qorxutmuşlar. Həmin günün ertəsi günü Tofiq drelin sverlosunu Ömərə verərək öz evlərinə aparmağını istəmiş, bundan başqa Tofıqin evdəki usta işi də bitikdən sonra Orxan və Məhəmməd evə gəlib qapını döyüb, qapını açdıqda Orxan Ömərə atasına məxsus olan drelin onların evində qaldığını bildirib həmin dreli götürmək üçün Orxangilin evinə getmişdir. Onların evinə gəldikdə Orxan və Məhəmməd Öməri toyuq hininə aparıb sonuncunun boynundan qəflətən tutmuş, Orxan da onun arxa tərəfinə keçərək əynində olan şalvarı aşağı çəkdikdən sonra öz şalvarını aşağı çəkərək cinsiyyət orqanını çıxarıb oğlu Ömərin arxa keçəcək nahiyyəsinə sürtməyə başlamışdır. Bır neçə dəqiqə sonra Orxan oğlu Ömərin boynundan tutmuş və Məhəmməd arxa tərəfinə keçib, şalvarını aşağı çəkdikdən sonra cinsiyyət orqanını Ömərin arxa keçəcək nahiyəsinə sürtməyə başlamışdır. Şahid2 dərslərində daima müvəffəqiyyət əldə edən şagird olmuş, lakin son bir ildə dərslərini yaxşı oxumamış və aqressiv davranışlar icra etməyə başlamışdır. Sonradan əri Əlvan bu barədə xəbər tutduqdan sonra qeyd olunan hadisə baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 31 nömrəli rəyində göstərilmişdir ki, X13 meyidinin məhkəmə müayinəsi zamanı aşkar olunan xəsarətlər:- alt çənə sümüyünün sınığı ilə müşayət olunan, boynunun sağ yan yuxarı 1/3-də daxil olan alt çənədən xaric olan bir ədəd, qırtlağın sağ yan səthindən daxil olmaqla sol yan səthindən xaric olaraq sol çiyin və sol bazunun yumşaq toxumalarını deşməklə xaric olan bir ədəd, sağ ağ ciyəri diafraqmanı, qara ciyəri zədələməklə bel nahiyyəsindən xaric olan bir ədəd, sol sağ ciyərin, diafraqmanın və dalağın zədələnməsilə sol bel nahiyyəsindən xaric olan bir ədəd və sol böyrəyin zədələnməsilə sol bazu və qarın oşluğuna dəlb-keçən bir ədəd cəmi 5 ədəd dəlib-keçən güllə yaraları, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixdə yetirilməyə uğundurlar, ağırlıq dərəcəsinə görə xəsarətlərdən hər biri ayrı-ayrılıqda və ümumilikdə, sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X13 ölümünə səbəb, daxili orqanların zədələnmələri nəticəsində inkişaf edən daxili və xarici qanaxma olmuşdur. X13 ölümü meyidin meyidxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X13 baş nahiyyəsində olan xəsarətlər güllənin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 743 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 ilə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olundu ki, bu da yuxarıda göstərilən əlamətlərlə: - şüavari büküşlərin hamarlaşması, qıfabənzər açılma müşahidə olunması, düz bağırsağın ampulyar hissəsində genəlmələrin olması və s. sübut olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 884/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, X13 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/, Ekspertizaya təqdim olunmuş 01 ədəd pambıq tampon, O.T.Kərimova məxsus gödəkcə, şalvar, ayaqqabının sol tayı, köynək, alt şalvar, kofta və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin «beta» aqllyutinini alındı.Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X16 məxsus ola bilər. Tədqiqata təqdim olunan O.T.Kərimova məxsus kəmər, ayaqqabının sağ tayı və 04 ədəd corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə-lifli ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5306 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X16 məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə daktiloskopik, ballistik və trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3/1949, 3/1950, 3/1951, 3/1952 və 6/5309 nömrəli rəylərində göstərilmişdir ki, -tədqiqata təqdim edilmiş “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapançanın üzərindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş “Макаров” (“ПМ”) konstruksiyalı “ИП 1579” №-li tapançanın üzərindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li, yarım avtomatik tapançadır - yivli odlu döyüş silahı hesab edilir. Lakin tapançanın funksional əhəmiyyət daşıyan vurucu iynəsi yerində olmadığından silah nasazdır, təyinatı üzrə istifadəyə - atəşə yararsızdır. Silahın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçalardır və təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “П61” konstruksiyalı tapançalarda “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “П61” konstruksiyalı tapançalarda, “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin gilizlər eyni bir “Макаров” (“ПМ”) konstruksiyalı tapançadan atılmışdır. Lakin təqdim edilmiş 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapança atəşə yararsız olduğundan həmin gilizlərin ondan atılıb-atılmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “PK59”, “Пб*"’ konstruksiyalı tapançalarda, “Стечкин" (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatına aid olan patronların atəşlə ayrılmış hissələridir - güllələrdir. Həmin güllələr eyni bir “Макаров” (“ПМ”) konstruksiyalı tapançadan atılmışdır. Lakin təqdim edilmiş 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, “ИП 1579” №-li tapança atəşə yararsız olduğundan həmin güllələrin ondan atılıb-atılmadığını müəyyən etmək mümkün olmadı. Güllələrin səthində gilizlərin daxili divarından, gilizlərin daxili divarlarında isə güllələrin səthindən qalmağa xarakterik xüsusi əlamətlərə malik izlər qalmadığından, güllələrin atəşdən əvvəl gilizlərlə vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş vəziyyətdə həmin silahdan atəşlər açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “X36” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd uzunqol köynək və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən, bir ədəd gödəkçənin üzərində olan “a”, “b”, “c”, “d”, “h”, “m” zədələri, bir ədəd sviterin üzərində olan “s”, “t”, “u”, “v”, “z”, “dd” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “jj”, “kk”, “İİ”, “qq”, “tt” zədələri, bir ədəd maykanın üzərində olan “xx” və “yy” zədələri giriş, bir ədəd gödəkçənin üzərində olan “e”, T, “g”, “i”, “j”, “k”, “İ”, “n”, “o”, “p”, “q”, “r” zədələri, bir ədəd sviterin üzərində olan “w”, “x”, “y”, “aa”, “bb”, “cc”, “ee”, “ff”, “gg”, “hh”, “ii” zədələri, bir ədəd uzunqol köynəyin üzərində olan “mm”,“nn”, “oo”, “pp”, “rr”, “ss”, “uu”, “vv”, “ww” zədələri və bir ədəd maykanın üzərində olan “zz”, “aaa”, “bbb”, “ccc” və “ddd” zədələri isə çıxış zədəs olmaqla, yivli odlu silahdan açılmış atəşlər nəticəsində, tərkibində mis metalı olan, diametri 9 mm olan güllələrin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən arxaya doğru, soldan sağa, sağdan sola doğru müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində güllərin təsirindən də yarana bilər. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə X16 məxsus olduğu qeyd edilən gödəkçənin qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya, soldan sağa, sağdan sola doğru müxtəlif istiqamətlərdə olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə və “X16” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar, bir ədəd isti alt şalvarı, bir cüt ayaqqabı və iki cüt corabın üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə və “X16” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar və bir ədəd isti alt şalvarının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “X17” məxsus olduğu qeyd edilən bir cüt ayaqqabı və iki cüt corabın səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və X16” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə(lər) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəməballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/226R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 1411-1579 № silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş 9 mm kalibrli Makarov Konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır. Yuxarıda göstərilən səbəbə görə silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd güllə zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x18 mm kalibrli patronların bir hissəsidir, atılmış-güllələridir. Həmin güllələr eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. Tədqiqata təqdim edilmiş 05 ədəd gilizdən 03 ədədi 2008-ci ildə Azərbaycan Respublikasında, 01 ədədi 1994-cü ildə və digər 01 ədədi isə 1995-ci ildə Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir atılmış-gilizləridir. Həmin gilizlər eyni bir Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. Hadisə yerindən götürülmüş 02 ədəd 9 mm kalibrli güllə və 05 ədəd gilizlər, tədqiqata təqdim edilmiş 9 mm kalibrli ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmasını müəyyən etmək məqsədi ilə, eksperimental qaydada həmin silahdan atılmış güllə-gilizlər “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi və “LEYKA” mikraskopu vasitəsilə müqayisəli tədqiqat aparıldı. Müqaisəli tədqiqat zamanı müəyyən olundu ki, həmin güllələrin üzərində olan yiv izlərinin və gilizlərin üzərində olan patron dayağının izləri, gilizlərin dib hissəsində əksetiricinin, tulayıcının ümumi və xüsusi əlamətləri eynidir. Bu da onu göstərir ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 02 ədəd 9 mm kalibrli güllələr və 05 ədəd 9 mm kalibrli gilizlər, tədqiqata təqdim edilmiş ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. (Bax: Arsenal ABİS sistemindən çıxarılmış şəkilə). Tədqiqata təqdim edilmiş ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə və gilizlər, hadisə yerindən götürülmüş 02 ədəd güllə və 05 ədəd giliz kartotekada olan əvvəllər törədilmiş açılmamış digər cinayət işləri üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəsi zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 52/18 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişin onun oğlu Ömərə qarşı törətmiş olduğu qanunazidd hərəkət düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Mingəçevir şəhər X1 daxil olmuş 27 noyabr 2021-ci il tarixli, 708 saylı məktubda göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və X2 şəhər X3 psixatrik müşahidədə olmamış və müraciət etməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 116 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 29 noyabr 2021-ci il tarixli 378 nömrəli məktubda göstərilmişdir ki, Mingəçevir şəhərində yaşayan 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və 2005-ci il təvəllüdlü X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmurlar və həmin dispaserə müraciət etməmişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci tarixdə saat 2215də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 20 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15% dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli amnistiya aktına əsasən cəzadan azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsində B-64 saylı məzildə yaşamaqla yaşadığı yer müsbət səciyyələndirilmiş, himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X20 X28 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 49 nömrəli məktubdan görünür ki, Mingəçevir xidmət sahəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə xidmət göstərən Təqsirləndirilən şəxs işlədiyi müddətdə özünü nizam-intizamlı bir işçi kimi göstərmiş, üzərinə düşən peşəsini və rəhbərlik tərəfindən ona verilmiş tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2/758 nömrəli məktubundan görünür ki, ИП1579 zavod nömrəli 1966-cı ildə istehsal olunmuş 9 mm-lik “Makarov” markalı tapança xx.xx.2022-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdadır və N nömrəli hərbi hissənin döyüş itkisidir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1 və 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə ballistik-trasoloji, məhkəmə bioloji ekspertizalarının rəyləri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə zərərçəkmiş tərəfin Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan hüzr mərasimində ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs üzərinə çay tökməsinə görə sonuncunun Orxan Kərimovu öldürməsinə dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar nə məhkəməyədək icraat zamanı nə də ki, məhkəmə istintaqı zamanı təsdiq edilməmiş, Təqsirləndirilən şəxs azyaşlı oğlu Şahid2 qarşı zor tətbiq edərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını hesab edərək Orxan Kərimovdan qisas almaq məqsədilə sonuncu qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı və iş yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1 və 228.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 18 noyabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş bir ədəd ИП- 1579 №-li Makarov konstruksiyalı PM modelli tapança, onun qoruyucu açarı, 02 ədəd güllə sandıqcası, 05 ədəd patron, silah qabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 410,16 AZN (dörd yüz on manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli gödəkcə Təqsirləndirilən şəxs, X16 məxsus bir ədəd qara gödəkcə, bir ədəd bordo rəngli uzunqol jaket, bir ədəd açıq yaşıl rəngli köynək, bir ədəd ağ rəngli mayka,bir ədəd mavi rəngli cins şalvar, boz rəngli tuman, qara rəngli kəmər, 2 cüt corab, 1 cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılmalı, 05 ədəd giliz və 02 ədəd güllə dəyəri olmadığına görə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 410,16 AZN (dörd yüz on manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli gödəkcə Təqsirləndirilən şəxs, X16 məxsus bir ədəd qara gödəkcə, bir ədəd bordo rəngli uzunqol jaket, bir ədəd açıq yaşıl rəngli köynək, bir ədəd ağ rəngli mayka,bir ədəd mavi rəngli cins şalvar, boz rəngli tuman, qara rəngli kəmər, 2 cüt corab, 1 cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X18 qaytarılsın, 05 ədəd giliz və 02 ədəd güllə dəyəri olmadığına görə məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd ИП-1579 №-li Makarov konstruksiyalı PM modelli tapança, onun qoruyucu açarı, 02 ədəd güllə sandıqcası, 05 ədəd patron, və silah qabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar