Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-151/2025 15.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 03 noyabr 2024-cü il tarixdə saat 19 radələrində sərxoş halda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən atası Şahid1 əvvəlcədən dəvəti əsasında Şamaxı rayonundan gəlmiş yeznəsi Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etməsinə görə ailə üzvləri ilə münaqişə yaradıb oğlu Şahid2 danlayıb irad bildirməsi ilə bağlı tənbeh edərək üzərinə gəlib onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaxınlığında dayanıqlı vəziyyətdə olan “Mercedes” markalı avtomobilinin salonundan götürdüyü xırda buynuzlu heyvanların tüklərinin təmizlənməsi üçün nəzərdə tutulan və dilimləri bir-birindən aralanmış vəziyyətdə olan “qırxılıq” adlanan qayçı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yan hissəsinə bir dəfə zərbə vuraraq sonuncuya qarın boşluğuna nüfuz edən nazik bağırsaq divarının deşilib-kəsilmiş 2 (iki) ədəd yaraları, nazik bağırsaq müsaqirəsinin zədələnməsi, daxili qanaxma, qarnın xarici köndələn daxili çəp əzələlərinin, periton arxası toxumaların zədələnməsi ilə nəticələnən kəskin nazik bağırsaq keçməməzliyinə səbəb olan kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, yəni bacısının əridir. Zərərçəkmiş şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Oğlu Şahid2 2024-cü ilin oktyabr ayının sonlarında hərbi xidmətdən qayıtdıqdan sonra çox vaxt babası Şahid1 yaşadığı ünvanda olmuş, öz evlərinə gec-gec gəlmişdir. 03 noyabr 2024-cü il tarixdə də Əli babası Şahid1 evində olmuşdur. O, Əlinin evə gəlməməsindən əsəbləşərək həmin gün saat 19 radələrində “Mercedes” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə atası Şahid1 yaşadığı ünvana getmişdir ki, Əlini danlayıb öz yaşadığı evə gətirsin. O, həmin ünvana gedən zaman Əlinin küçədə olduğunu görərək ondan nə üçün evə gəlmədiyini, babasıgildə qaldığını soruşmuş və onu danlamağa başlamışdır. Əli isə ondan uzaqlaşaraq babası Şahid1 yaşadığı həyətə keçmişdir. O da Əlinin dalınca həyətə keçərək onu yenidən danlamışdır. Həmin vaxt orada atası Əlirza, qardaşı Samir və anası Tamama olmuşdur. Daha sonra isə anası Tamama və qardaşı Samir oğlu ilə birlikdə evə getmişlər, o isə həyətdə qalmışdır. Az sonra yeznəsi Zərərçəkmiş şəxs, bacısı Şahnaz və bacısı oğlu Ömər həmin ünvana gəlmişlər. Şahnaz və Ömər ora gəldikdən sonra evə keçmişlər, yeznəsi İlqar isə onun yanına gələrək oğlu Əlini danladığı üçün ona hirslənmişdir. O, İlqara nə üçün onun işinə qarışdığını deyərək irad bildirmiş, sonuncu isə ona nə üçün spirtli içki qəbul etdiyini, ailədə söz-söhbət yaratdığını deyərək onun üstünə gəlmiş və nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O da əsəbləşib özünə məxsus “Mercedes” markalı avtomobilin qabaq sərnişin tərəfdə olan oturacağının altındakı qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qayçını götürüb yeznəsi Zərərçəkmiş şəxs sağ böyür nahiyəsindən bir dəfə zərbə vurmuşdur. O, İlqara zərbə vurduqdan sonra İlqar atası Şahid1 yaşadığı evə tərəf getmiş, o isə həmin ünvandan çıxıb öz yaşadığı ünvana getmişdir. Evə gedərkən Ağsu çayının kənarından keçən zaman qayçını çayın kənarında olan kolluğa tullamışdır. İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən polis əməkdaşları həmin qayçını oradan tapmışlar. O, qəssablıq fəaliyyəti ilə məşğul olur, həmin qayçını da atası Əlirzanın həyətində olan ot preslərinin yığıldığı yerdən əvvəlcədən götürüb avtomobilin sağ qabaq ayaqaltısına qoymuşdur ki, öz yaşadığı evə gedəndə kəsəcəyi qoyunu qırxsın. Zərərçəkmiş şəxs xəsarət yetirərkən qayçını tiyələri bir-birindən aralanmış vəziyyətdə tutmuşdur. Həmin vaxt atası Əlirza orada olmuş, başqa kənar şəxs olmamışdır. Lakin atası Əlirza onlardan 20-30 metr kənarda olduğundan və onların olduğu yer döngə olduğundan onları tam görə bilməmişdir. Məhkəmədən törətdiyi əməldən peşman olmasının, yeznəsi Zərərçəkmiş şəxsla barışmasının, ona qarşı heç bir şikayət və tələbin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 03 noyabr 2024-cü il tarixdə saat 18 radələrində qayınatası Şahid1 onun arvadı Şahid5 zəng edərək Qalibin spirtli içki qəbul etdiyini, evdə mübahisə yaratdığını bildirib Qaliblə söhbət etmək üçün onları Ağsu rayonuna yaşadığı ünvana dəvət etmişdir. Bundan sonra o, həmin gün, təxminən saat 19 radələrində arvadı Şahnaz və oğlu Ömərlə birlikdə Ağsu şəhərinə qayınatası Əlirzanın yaşadığı evə gəlmişdir. Evə çatanda Qalibin həyətdə olduğunu görmüş onun üstünə gedərək nə üçün söz-söhbət yaratdığını, ailədə mübahisə etdiyini deyərək ona qarşı qeyri-etik ifadələr işlətmişdir. Bu zaman Qalib öz avtomobilinin sağ qabaq oturacağının altından qoyunlarn qırxılması üçün nəzərdə tutulmuş qayçını götürərək onun sağ böyür nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X8 barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Qalib Fərzəliyevə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Şahid2 isə nəvəsidir. 03 noyabr 2024-cü il tarixdə saat 18 radələrində nəvələri ona Qalibin spirtli içki qəbul etdiyini bildirmişlər. O da Şamaxı şəhərində yaşayan qızı Şahnaza zəng edərək Qalibin spirtli içki içdiyini bildirmiş və bir yerə yığışıb Qalibə məsləhət vermək üçün ailəsi ilə birlikdə onlara gəlməsini xahiş etmişdir. Bir az sonra saat təxminən 19 radələrində nəvəsi Əli onun yaşadığı ünvana gələrək atası Qalibin onu danladığını, üstünə qışqırdığını demiş, o da Əliyə atasına fikir verməməsini bildirmişdir Bundan 15-20 dəqiqə sonra isə oğlu Qalib onlara gəlmişdir. Qalib onlara gəldikdən sonra Əlini danlamağa başlamış, hətta Əlini döymək istəmiş, amma o, buna mane olmuşdur. Həmin vaxt Qalib onların həyətində gözləməyə başlamış, az sonra isə kürəkəni İlqar, qızı Şahnaz və nəvəsi Ömər onlara gəlmişlər. Qızı Şahnaz və nəvəsi Ömər evə keçmiş, yeznəsi İlqar isə həyətdə gözləyən Qalibin yanına getmiş və ondan nə üçün spirtli içki qəbul etdiyini, ailədə söz-söhbət yaratdığını, Əlini danladığını soruşmuşdur. Qalib isə İlqarın ona irad tutmasını qəbul etməyərək avtomobildən qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qayçını götürüb Zərərçəkmiş şəxs sağ böyür nahiyəsindən bir dəfə zərbə vurmuş və əlindəki qayçı ilə yaşadığı ünvandan çölə çıxmışdır. İlqar isə evə tərəf gələrək Qalibin ona xəsarət yetirdiyini bildirmiş, o da İlqarı Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. 03 noyabr 2024-cü il tarixdə saat 18 radələrində o, babası Şahid1 yaşadığı küçədə olan zaman atası Qalib avtomobillə həmin küçəyə gəlmiş və onu görüb niyə evə gəlmədiyini deyərək danlamağa, üstünə qışqırmağa başlamışdır. O da babası Əlirzanın evinə gedərək atası Qalibin onu danladığını, üstünə qışqırdığını demiş, babası Əlirza da atasına fikir verməməsini bildirmişdir. Bundan 15-20 dəqiqə sonra isə atası Qalib babasının yaşadığı ünvana gəlmişdir. Atası ora gəldikdən sonra yenidən onu danlamış, sonra isə həyətdə gözləməyə başlamışdır. Həmin vaxt o, evə keçmişdir ki, atası onu görməsin. Bir az sonra bibisi Şahnaz və bibisi oğlu Ömər də babası Əlirzanın evinə gəlmişdir. Bundan bir neçə dəqiqə sonra isə bibisinin əri Zərərçəkmiş şəxs evə gələrək atası Qalibin ona xəsarət yetirdiyini bildirmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs da babasıgilə gəldiyini öyrənmişdir. Bundan sonra babası Əlirza bibisinin əri Zərərçəkmiş şəxs xəsarət aldığını görüb onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, atası Qalibin İlqara xəsarət yetirməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Şahid2 isə qardaşı Qalibin oğludur. 03 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Əli onların yaşadığı ünvana gələrək atası Qalibin onu danladığını və üstünə qışqırdığını bildirmişdir. Bundan 15-20 dəqiqə sonra isə Qalib onlara gələrək Əlini danlamağa başlamışdır. Həmin vaxt o, yorğun olduğu üçün evə keçmiş, Qalib isə onların həyətində gözləməyə başlamışdır. Bir az sonra isə kürəkəni İlqar, bacısı Şahnaz və bacısı oğlu Ömər onlara gəlmişlər. O, evdə olan zaman bacısı Şahnazın və bacısı oğlu Ömərin onlara gəldiyini görmüşdür. Şahnaz və Ömər ona İlqarın da gəldiyini, həyətdə Qaliblə söhbət etdiyini bildirmişlər. Bir az sonra həyətdən səs gəldiyini eşidib tez həyətə çıxmışdır. Həmin vaxt İlqar evə tərəf gələrək Qalibin ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs xəsarət aldığını görüb atası Əlirza ilə birlikdə onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə baş verən zaman o, evdə olduğu üçün qardaşı Qalibin kürəkəni İlqara xəsarət yetirməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun kürəkənidir. 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində o, evdə yatmış, yuxudan oyandıqda qızı Şahnazın və nəvəsi Ömərin onlara gəldiyini görmüşdür. Həmin vaxt qızı Şahnaz ona Qalibin İlqara qayçı ilə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra əri Əlirza kürəkəni İlqarı Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Oğlu Qalib kürəkəni İlqara xəsarət yetirən zaman o, orada olmamış, hadisəni görməmişdir. Sonradan öyrənmişdir ki, Qalib İlqara qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qayçı ilə xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun əridir. 03 noyabr 2024-cü il tarixdə saat 18 radələrində atası Şahid1 ona zəng edərək qardaşı Qalibin içki içdiyini bildirmiş və Qalibi danlayıb məsləhət vermək üçün onlara gəlmələrini istəmişdir. O da əri İlqar və oğlu Ömərlə birikdə Ağsu şəhərinə gəlmiş və saat təxminən 19 radələrində atasının yaşadığı ünvana çatmışdır. Onlar evin həyətinə keçdikdə Qalibin həyətdə dayandığını və oğlu Əlini danlayaraq onun üstünə hirsləndiyini görmüşlər. İlqar Qalibin yanına gedərək nə üçün spirtli içki qəbul etdiyini, ailədə söz-söhbət yaratdığını, Əlini danladığını soruşmuş, o isə oğlu Ömərlə birlikdə evə keçmişdir. Bir az sonra İlqar qışqıraraq Qalibin onu vurduğunu bildirmiş, onlar da həmin vaxt çölə çıxmışlar. O, hadisə zamanı evdə olduğu üçün Qalibin İlqara necə xəsarət yetirməsini görə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Qalib İlqara qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qayçı ilə xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Ağsu rayon Polis Şöbəsinin məsul növbətçisi Allahverdi Nağızadə tərəfindən yazılmış 03 noyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:50 radələrində Ağsu rayon X9 hissəsinə Ağsu rayon X3 Şirinovun bıçaqlanması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 2). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 03 noyabr 2024-cü il tarixli 12 protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqə 6). Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs göstərdiklərinə əsasən Ağsu çayının kənarında yerləşən kolluğa baxış keçirilmiş və kolluqdan bir ədəd qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulmuş qırxılıq adlanan qırmızı rəngli qayçı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yeznəsi Zərərçəkmiş şəxs həmin qayçı ilə xəsarət yetirdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərqə 43-47). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs də onun dedikləri ilə razılaşaraq törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 152-154). Məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2024-cü il tarixli 306 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarın boşluğuna nüfuz edən nazik bağırsaq divarının deşilib-kəsilmiş 2 (iki) ədəd yaraları, nazik bağırsaq müsaqirəsinin zədələnməsi, daxili qanaxma, qarnın xarici köndələn daxili çəp əzələlərinin, periton arxası toxumaların zədələnməsi ilə nəticələnən kəskin nazik bağırsaq keçməməzliyi iti uclu deşici-kəsici əşyanın ola bilsin ekspertizaya təqdim edilən (qırxılıq qayçının) təsirindən törənməsi inkar edilmir, törənmə müddətləri xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqə 128-131). Ambulator məhkəmə psixatrik ekspertizasının 24 dekabr 2024-cü il tarixli 3761 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 132-134). Kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 23 yanvar 2025-ci il tarixli 608-MKTŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol mayka və uzunqol köynək) ön səthinin sağ aşağı nahiyələrində 02 (iki) ədəd dəlib keçən deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların (mayka və köynək) üzərində aşkar olunmuş iki ədəd deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş qoyun qırxılması üçün nəzərdə tutulan qayçı ilə, qayçını işçi (adi) vəziyyətində, yəni dilimlərin bir-birindən aralanmış vəziyyətdə bir zərbənin təsiri nəticəsində törənməsinin mümkünlüyü inkar olunmur. Bu zədələrin qayçının dilimlərinin qapalı şəkildə törənməsi inkar olunur. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qoyun qırxan qayçıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqə 135-142). Maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 884/2024-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və jaket üzərində olan maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigenti və həmçinin ləkələrdə alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 143-147). Paltarların təqdim edilməsi və götürülməsi barədə 07 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon X1 Şöbəsinin cərrahı X12 bir ədəd qara rəngli qısaqol köynəyi və bir ədəd mavi rəngli uzunqol köynəyi istintaqa təqdim edərək həmin paltarların hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmasını, cərrahiyyə əməliyyatı zamanı həmin paltarların Zərərçəkmiş şəxs əynindən çıxarılıb saxlanılmasını bildirmişdir. Həmin paltarlar sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 83-84). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi qırxılıq adlanan qayçıya baxış keçirilməsi haqqında 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı qayçının ümumi uzunluğunun 31 sm, tutacağının qırmızı rəngli, bəzi hissələrdə rəngi getmiş qaramtıl çalarlı olmaqla kəsən hissəsi isə qaramtıl dəmir materialdan olan qoyun yununu qırxan qayçı olması, qayçının tutacaq hissəsinin oval formalı olmaqla 2 hissəyə ayrılması, kəsən hissələrinin hər birini isə 16 sm olması müəyyən olunmuşdur. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 57-58). Cinayət işinin materiallarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd mavi rəngli uzunqol köynək, həmçinin qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulan “qırxılıq” adlanan qayçı 06 fevral 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 168- 181). Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır, ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi cinayət xarakterli material daxil olmamışdır (cild 1, iş vərəqə 94). Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 5-34-13/2-3-3776/2024 nömrəli arayışından, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü Şahid2, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü Şahid4 Qalib qızı və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı ikisi yetkinlik yaşına çatmış və üçü azyaşlı olmaqla beş uşağı var (cild 1, iş vərəqə 93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələri də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Ağsu rayon Polis Şöbəsinin məsul növbətçisi Allahverdi Nağızadə tərəfindən yazılmış 03 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə saat 21:10 radələrində saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur. Ağsu Rayon Məhkəməsinin 05 noyabr 2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 3, 21-22, 78-82). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza şərti olaraq tətbiq edildiyi üçün onun hökm çıxarılanadək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəza müddətinə hesablanmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd mavi rəngli uzunqol köynək, həmçinin qoyun heyvanlarının qırxılması üçün nəzərdə tutulan qırxılıq adlanan qayçı məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd mavi rəngli uzunqol köynək, qoyun qırxılması üçün nəzərdə tutulan qayçı məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-151/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-151/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver