Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-152/2021 28.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi2, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 22 avqust 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, işləməyən, Yevlax rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 1(039)-148/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 7(002)-783/2019 saylı qərarı ilə 03 ay 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 148-də qeydiyyatda olmaqla faktiki olaraq Yevlax şəhəri C.Kərimov küçəsi ev 130-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 20 avqust 1976-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayon Məhkəməsinin 25 aprel 2018ci il tarixli 1(039)-53/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 7(075)- 240/2019 saylı qərarı ilə cəzadan şərti olaraq 3 (üç) ay 16 (on altı) gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, götürülməmiş, Yevlax şəhəri F.Əmirov küçəsi ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 42,431 qram miqdarında narkotik vasitə olan heroini və külli miqdarda 9,551 qram miqdarında psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs2 19 fevral 2021-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində 1050 manata alaraq əldə edib üzərində saxlamış, 19 fevral 2021-ci il tarixdə saat 19 radələrində, Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri C.Kərimov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 19:50 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı Təqsirləndirilən şəxs2 satdığı külli miqdarda 42,431 qram miqdarında narkotik vasitə olan heroin və külli miqdarda 9,551 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 43,545 qram miqdarında narkotik vasitə olan heroini və külli miqdarda 9,551 qram miqdarında psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 19 fevral 2021-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində həmin narkotik vasitə olan heroindən külli miqdarda 42,431 qram miqdarında olan hissəsini və külli miqdarda 9,551 qram miqdarında psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs1 1050 manata satmış, qalan 1,114 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamış, 19 fevral 2021-ci il tarixdə saat 21 radələrində, Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri F.Əmirov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 21:45 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 1,114 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, 19 fevral 2021-ci il tarixdə saat 19 radələrində, Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri C.Kərimov küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 19:50 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı Təqsirləndirilən şəxs2 satdığı külli miqdarda 42,431 qram miqdarında narkotik vasitə olan heroin və külli miqdarda 9,551 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri F.Əmirov küçəsinə gedərək sonuncudan istifadə etməsi üçün metamfetamin və heroin istəmişdir. Bəylər ona təxminən 43 qram miqdarında heroin və təxminən 10 qram miqdarında metamfetamin olduğunu, həmin maddələri ona 1050 manat pulun əvəzində sata biləcəyini demişdir. Narkotik vasitədən istifadə etməyə məcbur qaldığı üçün həmin heroinin və metamfetaminin hamısını almaq istədiyini deyərək üzərində olan 1500 manat puldan 1050 manatını sayıb Bəylərə vermişdir. Bəylər ona günorta saatlarından sonra C.Mustafayev küçəsinə getməyini, heroin və metamfetamini gətirib orada ona verəcəyini demişdir. Həmin gün saat 15 radələrində C.Mustafayev küçəsinə getmiş, bundan sonra Bəylər onun yanına gələrək ona bir ədəd sellofan bükümdə heroin və bir ədəd sellofan bükümdə metamfetamin vermişdir. Hər iki bükümə baxaraq həqiqətən də, bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu gördükdən sonra aldığı heroin və metamfetamini əynindəki gödəkçənin sağ yan cibinə qoyub yaşadığı evə getmişdir. Evdə tibbi şpirisi olmadığı üçün heroin və metamfetamin istifadə edə bilməmiş, saat 19 radələrində sellofan bükümdə olan heroin və metamfetamini əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq tibbi şprits almaq üçün yaşadığı evdən çıxmışdır. Yaşadığı C.Kərimov küçəsində olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitə istifadən etdiyini və üzərində saxladığını deyərək üzərində şəxsi axtarış keçirilməli olduğunu izah etmişlər. Polis əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə gedib orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindəki bir büküm heroini və bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Bükümlərin içərisindəki maddənin heroin və metamfetamin olduğunu, həmin maddələri 19 fevral 2021-ci il tarixdə tanışı Bəylərdən 1050 manat pulun əvəzində aldığını bildirmişdir. Heroin və metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş heroin və metamfetaminn şəxsi istifadəsi üçün saxlamış və satış məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularkən narkotik vasitə - heroinin təsiri altında olmuş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1,114 qram miqdarında narkotik vasitə - heroinin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmamış, taparaq əldə etdiyi 1,114 qram miqdarında heroini özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 18 fevral 2021-ci il tarixdə bir ədəd sellofan torbada bir büküm heroin adlı narkotik vasitə və bir büküm “şüşə”, yəni metamfetamin adlı psixotrop maddə tapmış, tapdığı həmin narkotik vasitə və psixotrop maddəni satmaq və istifadə etmək üçün götürmüşdür. Bir ədəd elektron tərəzi alıb heroinin və metamfetaminin miqdarını çəkmiş, heroinin 43 qram miqdarında, metamfetaminin isə 10 qram miqdarında olduğunu görmüşdür. Bundan sonra o, elektron tərəzini yolun kənarına atmış, heroini və metamfetamini isə əynindəki paltarının cibinə qoymuşdur. 19 fevral 2021-ci il tarixdə səhər saatlarında o, istifadə etmək üçün heroinin üstündən bir qram miqdarında götürüb başqa bir sellofan bükümünə qoymuşdur. Həmin gün günorta saatlarında o, yaşadığı evdə olarkən istifadə etdiyi nömrələrdən birinə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək ondan heroin almaq istədiyini demiş, İsrailə təxminən 42 qram miqdarında heroin və təxminən 10 qram miqdarında metamfetamin olduğunu, həmin maddələrin hamısını İsrailə 1050 manata sata biləcəyini demişdir. Saat 12 radələrində İsrail evə gələrək ona 1050 manat pul vermiş, İsrailə getməsini, günorta saatlarından sonra C.Mustafayev küçəsində onu gözləməsini demişdir. İsrail getdikdən sonra bir neçə saat ərzində ətrafı müşahidə etmiş və yaxınlıqda polis əməkdaşlarının olmadığına əmin olduqdan sonra 42,431 qram miqdarında heroini və 9,551 qram miqdarında psixotrop maddəni götürüb Yevlax şəhəri C.Mustafayev küçəsinə gedərək orada onu gözləyən İsrailə 42,431 qram miqdarında heroini və bir ədəd sellofan bükümdəki 9,551 qram miqdarında metamfetamini vermişdir. İsrailin ona verdiyi puldan Yevlax şəhərində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsindən avtomobilinə təxminən 40 manat dəyərində benzin tökmüş, Yevlax şəhərində yerləşən mağazaların birindən yaşadığı evə ərzaq məhsulları və çörək almışdır. Narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi 1050 manat pulun hamısını xərcləmiş, həmin puldan onda qalmamışdır. Bundan sonra o, idarə etdiyi avtomobillə yaşadığı evə getmiş, saat 21 radələrində yaşadığı evdən F.Əmirov küçəsində yerləşən yola çıxmışdır. Həmin vaxt bir ədəd sellofan bükümdə olan təxminən bir qram miqdarında heroin onun əynindəki gödəkçənin sol yan cibində olmuşdur. Həmin vaxt yaşadığı küçədə olarkən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gələrək narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olduğunu bildirərək onu Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindəki bir büküm heroini çıxarıb təqdim etmişdir. O, bükümün içərisindəki maddənin heroin olduğunu, bir neçə gün əvvəl 43,545 qram miqdarında heroin və 9,551 qram miqdarında metamfetamin tapıb əldə etdiyini, həmin gün psixotrop maddənin hamısını, heroinin isə 42,431 qramını tanışı İsrailə satdığını demişdir. Heroin bükümlə birlikdə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə Yevlax şəhəri C.Kərimov küçəsi ev 130-da yaşayan Təqsirləndirilən şəxs1 və Yevlax şəhəri F.Əmirov küçəsi ev 25-də yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Yevlax şəhəri C.Kərimov küçəsinə gedərək həmin vaxt küçədə olan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, sonuncunun üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş və üzərində şəxsi axtarış aparılmalı olduğunu izah etmişdir. Bundan sonra X11 rayon Polis Şöbəsinin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı İsrail əynindəki gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükülü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. İsrail sellofan bükümlərin birinin içərisində narkotik vasitə - heroin, digərinin içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə - metamfetamin olduğunu, həmin maddələri 19 fevral 2021-ci il tarixdə saat 15-16 radələrində Yevlax şəhərində əvvəllər tanıdığı Bəylər adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra hər iki sellofan büküm açılaraq bükümlərin birində heroinə bənzər, digərində isə metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Həmin maddələr sellofan bükümləri ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra saat 21 radələrində polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri F.Əmirov küçəsinə gedərək orada olan Təqsirləndirilən şəxs2 yaxınlaşıb sonuncuya qanunsuz olaraq narkotik vasitə satması və üzərində saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş və üzərində şəxsi axtarış aparılmalı olduğunu izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Bəylər əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülüsü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bəylər sellofan bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini yerdən tapdığını bildirmişdir. Bəylər heroinin satışı ilə məşğul olduğunu, həmin gün tanışı Təqsirləndirilən şəxs1 1050 manat pulun müqabilində heroin və metamfetamin satdığını bildirmişdir. Sonra sellofan büküm açılmış, bükümdə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təhqiqatçı heroinə bənzər maddəni sellofan bükümü ilə birlikdə elektron tərəzidə çəkdikdən sonra qablaşdıraraq götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X12-Patrul Xidməti Bölüyünün polis nəfəri işləyən Şahid2 və X3 inspektoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə - heroinə və psixotrop maddə - metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitə - heroin və psixotrop maddə - metamfetamin təhqiqatçı Vüsal Hüseynov tərəfindən iki ədəd zərfdə ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş, bu barədə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmiş, iştirakçılar həmin protokolu imzalamışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 2021ci il tarixli Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, həmin şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə - heroin aşkar edilmişdir. Həmin narkotik vasitə - heroin təhqiqatçı Vüsal Hüseynov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, bu barədə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmiş, iştirakçılar həmin protokolu imzalamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2021-ci il tarixli 17/141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tünd boz rəngli ..kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 42,431 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 42,381 qr. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ...kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 9,551 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2021-ci il tarixli 17/142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,114 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin ilə digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 12 aprel 2021-ci il tarixli 187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 avqust 2020-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 301-94-36 nömrəyə müxtəlif nömrələrdən gələn SMS-lərin məzmununda (“Qaqa bu nə hərəkətdi mənə aynıyon vermirsən ama başkasına verirsən”, “Endənsən 20 m var mənə bir az şüşə, bir az da koku”, “qaqa patın yoxdursa lazımdısa 31 yem gel verim”, “Salam emioqlu. Bəylər mənəm Vusal, imkan varsa 20 m patı götürerdim” və s.) ayrı-ayrı şəxslərin Təqsirləndirilən şəxs2 narkotik vasitə istədikləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 12 aprel 2021-ci il tarixli 192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 sentyabr 2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 03 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 10.01.2020-ci ildə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 may 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin həmin tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq üzərində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Yevlax rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 avqust 2019-cu il tarixdə Qaradağ rayon Məhkəməsinin Qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 03 ay 26 gün vaxtından əvvəl azad olunaraq cəzasını çəkib qurtarmışdır. CM-in 18.1-ci maddəsinə əsasən onun məhkumluğu ödənilmədiyindən təqsirləbdirilən şəxslərin əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyəti təsdiq edən sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 22.09.2009-cu ildə anadan olmuş Nigar Əliyeva və 08.01.2014-cü ildə anadan olmuş Əli Əliyev adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər X5 rayon Narkoloji Kabineti tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 622 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Akif oğlu 2013-cü il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər X5 rayon Narkoloji Kabineti tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 623 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 2011-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 765 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Akif oğlu oyanıq tipli şəxsiyyət pozuntusu diaqnozu ilə psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanır. İş materiallarına əlavə edilmiş 19 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1920-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 19 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2115-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması və Təqsirləndirilən şəxs1 da aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni ancaq şəxsi istehlak məqsədi ilə daşımasına dair ifadələrini məsuliyyətdən yayınmaq üçün onların özlərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitələrin 02 çeşiddə olması, miqdarı, təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində verdikləri etirafedici ifadələr və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 oyanıq tipli şəxsiyyət pozuntusu diaqnozu ilə psixonevroloji kabinetində dispanser müşahidəsində dayanmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunan cəzanın müddəti onlara təyin olunacaq CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın son həddinin yarısından az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onların cəzasının əvvəli həbsə alındıqları 19 fevral 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən onlar, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 19 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 42,361 qram miqdarında narkotik vasitə - heroin, 1,064 qram miqdarında narkotik vasitə - heroin və 9,501 qram miqdarında psixotrop maddə - metamfetamin məhv edilsin, 04 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkololi dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkololi dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-152/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-152/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver