Məhkəmə qərarları › İş №1(091)-152/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-152/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-152/2024 09.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakı ilə xx.xx.1995-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ona görə təqsirləndirilir ki, o, qəsdən, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, saxlamış və qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,706 qram xeyli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 0,706 qram xeyli miqdarda narkotik vasitə olan heroini tanışı Şahid1 10 manata satmış, Şahid1 xx.xx.2023cü il tarixdə, saat 12:25 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, Nizami prospektində Yevlax Rayon Polis Şöbəsinin (bundan sonra Yevlax RPŞ) polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün orada müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid1 üzərinə saat 13:20 dəqiqədən 13:55 dəqiqəyədək olan müddətdə keçirilmiş şəxsi axtarış zamanı onun üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümdə Təqsirləndirilən şəxs pul müqabilində aldığı 0,706 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə, cəmi 0,875 qram xeyli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 0,875 qram xeyli miqdarda narkotik vasitə olan heroini tanışı Şahid2 5 manat müqabilində satmış, Şahid2 xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, C.Kərimov küçəsində Yevlax RPŞ-nın polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid2 üzərinə saat 18:20-dən saat 18:50-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən Təqsirləndirilən şəxs təkrarən satdığı bir ədəd sellofan bükümdə 0,875 qram xeyli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs qəsdən, təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,147 qram narkotik vasitə olan heroini əldə edərək xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 2,147 qram külli miqdarda narkotik vasitə olan heroini tanışı Şahid3 50 manat müqabilində satmış, Şahid3 xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax RPŞ-nın polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün orada saat 10:20-dən saat 10:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərində olan Təqsirləndirilən şəxs təkrarən satdığı bir ədəd sellofan bükümdə 2,147 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə 0,511 qram xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamış, Yevlax RPŞ-nın əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Yevlax şəhəri, C.Kərimov küçəsində 219 saylı evin qarşısında, küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan 0,511 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, sənədlərdə qeyd olunmuşdur ki, onu çöldə tutmuşlar, lakin bu belə deyil. Belə ki, əmisigilə getmiş və orada ailəsi ilə oturub çay içən zaman polis əməkdaşları gəlmiş, onu döyə-döyə polis şöbəsinə aparmışlar. Lazım olarsa ev sahibi gəlib ifadə verə bilər. Polis şöbəsində üzərindən az çəkidə narkotik vasitə çıxmışdır. Onu da öz istifadəsi üçün əldə etmişdir. Ona qarşı irəli sürülən bu ittihamlar əsassızdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1, Şahid2 və Şahid3 adlı şəxsləri uzaqdan tanımışdır. Onların narkotik vasitə istifadə edibetmədiklərini bilmir. Özü narkotik vasitə istifadə edir. Adı çəkilən şəxslərlə üzləşməsi olmuşdur. İlk üzləşmə zamanı onlar təzyiq altında qaldıqları üçün ondan narkotik vasitə aldıqlarını demişlər. İkinci dəfə üzləşmə olanda isə ondan aldıqlarını deməmişlər. Polis şöbəsində yanlarına, kürək nahiyəsinə vurmuşlar, sonra isə təpikləmişlər. Üz nahiyəsində xəsarət olmamışdır, sadəcə ağızı bir az qanamışdır. 2 saylı İstintaq Təcridxanasında olarkən həkim yoxlanışı keçirilmişdir. Müayinə zamanı xəsarətlərini bildirmişdir. Soruşmadıqları üçün polis əməkdaşları tərəfindən döyüldüyünü deməmişdir. Zərbə nəticəsində dodağı qanamışdır. 2 saylı İstintaq Təcridxanasında həkim yoxlanışı olarkən ağızı şişmiş vəziyyətdə olmuşdur. Şahid1, Şahid2 və Şahid3 adlı şəxsləri uzun müddətdir tanıyır. Həmin şəxslərin onunla ədavəti yoxdur. Nə üçün onların onun üzünə durduqlarını bilmir. Şükür, Roman, Tahir və ondan aşkar olunan narkotik vasitələrin tərkiblərinin nə üçün eyni olması barədə fikri yoxdur. Orada deyilənlər səhvdir, o, narkotik vasitə satmır. Əvvəllər də, CM-in 177 və 234.1-ci maddələri ilə məhkumluğu olmuşdur. 6-7 ildir ki, narkotik vasitə istifadə edir. Narkoloji ekspertizadan keçmişdir. Ekspertiza zamanı həkimlər ona suallar vermişlər. Orada ona təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı özünü CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə yox, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. O, uzun illərdir ki, narkotik vasitə - heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində təkbaşına E.Məmmədov küçəsində olarkən bir ədəd sellofan bükümə bükülmüş bükülü tapmış, həmin bükülünü götürərək içərisinə baxan zaman bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, özü narkotik vasitə-heroin istifadəçisi olduğundan, dərhal bükülünün içərisindəkinin narkotik vasitə-heroin olduğunu tanımış və bükülüdə olan heroini istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Yevlax şəhəri, E.Məmmədov küçəsində olan zaman Yevlax RPŞ-nın əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, özünü şübhəli apardığına görə onu özləri ilə polis şöbəsinə aparacaqlarını bildirmişlər. O da razı olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkilinin iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən saxladığı 1 ədəd sellofana bükülmüş bükülüdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə olan heroin sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin özünə məxsusdur. O, heroin istifadəçisidir, həmin heroini xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Yevlax şəhəri, E.Məmmədov küçəsindən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyil və onun belə bir fikri və niyyəti olmamışdır. Yevlax şəhər sakini Şahid1 narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün 12 aprel 2023-cü il tarixdə saxlanılıb Yevlax RPŞ-ya gətirilərək, onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 0,706 qram narkotik vasitə olan heroini Şahid1 ifadələrində 11 aprel 2023-cü il tarixdə, saat 19 radələrində 10 manat pul müqabilində ondan alması ilə bağlı bildirdikləri doğru deyildir. O, Şahid1 narkotik vasitə heroin satmamışdır. Yevlax şəhər sakini Şahid2 narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün 15 may 2023-cü il tarixdə saxlanılıb Yevlax RPŞ-ya gətirilərək, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 0,875 qram narkotik vasitə olan heroini Şahid2 ifadələrində 14 may 2023-cü il tarixdə, saat 15 radələrində 05 manat pul müqabilində ondan alması ilə bağlı bildirdikləri doğrudur. O, Şahid2 14 may 2023-cü il tarixdə, saat 15 radələrində 05 manat pul müqabilində narkotik vasitə heroin satmışdır. Yevlax şəhər sakini Şahid3 narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün 06 iyun 2023-cü il tarixdə saxlanılıb Yevlax RPŞ-ya gətirilərək, onun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 2,147 qram külli miqdarda narkotik vasitə olan heroini Şahid3 dindirmə zamanı ifadələrində 05 iyun 2023-cü il tarixdə, saat 17 radələrində 50 manata ondan alması ilə bağlı bildirdikləri doğru deyil. O, Şahid3 narkotik vasitə heroin satmamışdır (İİİ cild, i/v 132-134). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü madələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs heç nə almamışdır. Polis əməkdaşları onu şöbəyə aparmışlar və orada ona hədə-qorxu gələrək, təzyiq altında saxlamışlar. Təzyiq altında olduğu üçün ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Daha sonra Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar olunan narkotik vasitəni polis şöbəsində polislər ona vermişlər. Təqsirləndirilən şəxsla üzləşməsi olmuş və üzləşmə zamanı təzyiq altında olduğu üçün Təqsirləndirilən şəxs aldığını demişdir. Vəkilin videoçəkilişdən sonra gedəcəyini və polis şöbəsində təkrar onu döyəcəklərini bildiyi üçün şəxsi axtarış zamanı vəkilə döyüldüyünü və narkotik vasitənin polislər tərəfindən verildiyini deməmişdir. Polis şöbəsində məcbur etdikləri üçün birinci üzləşmədə Ömərin üzünə durmuşdur. Hal-hazırda CM-in 234.1-1-ci maddəsi ilə cəza çəkir. Onu döyərək Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsini istəmələrinə görə heç bir yerə şikayət etməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs adın eşitmiş, amma ləqəbinin nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamışdır, onunla ünsiyyət belə qurmamışdır. Ondan aşkar olunan narkotik vasitə onun deyildir. Şahid3 məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin aldığını inkar etsə də, ancaq 06 iyun 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən ondan aşkar edilərək götürülmüş 2,147 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri, 5-ci plan adlanan ərazidə Təqsirləndirilən şəxs 50 manat pul müqabilində alıb, üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-ya apardıqlarını və Yevlax RPŞ-da üzərinə vəkilin iştirakı və videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir (İ cild, i/v 217-223). Bundan əlavə, Şahid3 07 iyun 2023-cü ildə təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı “Didi” ləqəbli Yevlax şəhəri “5-ci plan” adlanan ərazidə yaşayan Ömər adlı şəxsdən 50 manat qarşılığında narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Əvvəllər də bir neçə dəfə “Didi” ləqəbli Ömərdən narkotik vasitə heroin almışdır. 06 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində həmin “Didi”dən aldığı heroin üzərində olan zaman yaşadığı E.Ağayev küçəsində polis əməkdaşları ona yaxınlaşıb, onun qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman üzərindən bir ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Həmin heroin elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Üzərində keçirilən şəxsi axtarış müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. “Didi” ləqəbli Ömər adlı şəxslə heç bir düşmənçiliyi yoxdur. Digər tərəfdən, Şəki Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024cü il tarixli 1(091)-66/2024 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, Şahid3 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,147 qram miqdarında narkotik vasitə olan heroini 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində Təqsirləndirilən şəxs 50 manat pul müqabilində əldə etməklə saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 09:30-da Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax RPŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib orada üzərində həmin gün, saat 10:20-dən saat 10:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq pul müqabilində əldə edib saxladığı 2,147 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Həmin hökmlə Şahid3 qeyd olunan əməlinə görə CM-in 234.1-1-ci maddəsilə təqsirli bilinib, qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İV cild, i/v 50-63) Bundan başqa, məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs heç nə almamışdır. Şəhərdə olarkən, polis əməkdaşı Sərvər Məcnunov ona yaxınlaşıb demişdir ki, maşına otur. O da oturmuş və onu polis şöbəsinə aparmışlar. Orada onu döymüş və külli-miqdarda narkotik vasitəni qabağına qoyaraq “bunlar sənindir” demişlər. Ona məxsus olmadığını dedikdə, bildirmişlər ki, bunlar sənin deyilsə, başqa adam var, bu narkotik vasitələrin onun olduğunu deyəcəksən. Biz də səni buraxacayıq. Bundan sonra sərbəst qalmaq üçün narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Polis əməkdaşlarının onu məcbur etmələri barədə heç kimə heç nə deməmişdir. Təcridxanada olarkən də kiməsə deməmişdir. Ayaqlarının altına vurduqları üçün gözə görünən yerlərdə xəsarətlər olmamışdır. Təqsirləndirilən şəxs ona 5 manata narkotik satması ilə bağlı dediyi ifadə səhvdir. Elə şey olmamışdır. Təqsirləndirilən şəxsla üzləşmə olmuş və üzləşmə zamanı təzyiq altında olduğu üçün Təqsirləndirilən şəxs narkotik aldığını demişdir. Şahid2 məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik nasitə almadığını bildirsə də, ancaq 15 may 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən ondan aşkar edilərək götürülmüş 2,147 qram narkotik vasitə olan heroini 14 may 2023-cü il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Ömər Rəşid oğlundan 5 manata şəxsi istifadəsi üçün aldığını, satış məqsədinin olmadığını, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-ya gətirdiklərini bildirmişdir (İ cild, i/v 155-160). Bundan əlavə, barəsində olan ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini xx.xx.2023cü il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində tanışı Təqsirləndirilən şəxs 5 manat pul müqabilində almış və üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq Yevlax RPŞ-ya aparmışlar. Yevlax RPŞ-da üzərinə vəkilin iştirakı və videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərindən Təqsirləndirilən şəxs aldığı narkotik vasitə aşkarlanmış və ifadəsində də həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını təsdiqləmişdir (İ cild, i/v 83-84, 155-161). Həmçinin, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-146/2023 nömrəli hökmündən müəyyən edilir ki, təqsirləndirilən şəxs Şahid2 xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan “Didi” ləqəbli, Rəşidin oğlu Ömərdən bir ədəd sellofana bükülmüş bükülüdə 0,875 qram narkotik vasitə olan heroini alıb, ifadə etmək üçün üzərində saxladığına görə Şahid2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə həmin işə baxılarkən Şahid2 ona CM-in 234.1-ci maddəsilə elan olunmuş ittihamda özünü təqsirli bildiyini, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olan “Didi” ləqəbli, Rəşidin oğlu Ömərdən bir ədəd sellofana bükülmüş bükülüdə narkotik vasitə olan heroin aldığını, əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir (İİİ cild, i/v 140-145). Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 22 fevral 2024-cü il tarixdə şahid qismində dindirilərkən bildirmişdir ki, əvvəlki ifadələrində 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı “Didi” ləqəbli Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Təqsirləndirilən şəxs 10 manat pul qarşılığında narkotik vasitə olan heroin aldığını bildirmişdir. O, həmin ifadəni verən zaman özündə olmamışdır. Bu səbəbdən üzərindən aşkar olunan narkotik vasitəni Ömərdən aldığını bildirmişdir. Həqiqətdə, o, həmin narkotik vasitəni Ömərdən almamışdır. Bu barədə qeyd etdikləri yalandır (İİİ cild, i/v 116-118). Göründüyü kimi, Şahid1 istintaqa verdiyi son ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirsə də, ancaq ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verərkən xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-da üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə olan heroini 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvəllər də narkotik vasitə aldığı Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında ona əlbəəl 10 manat pul verərək aldığını, Ömərin narkotik vasitə satdığını bildiyi üçün Ömərin yaşadığı evə gedərək, çağırıb Ömərə 10 manat pul verib, Ömərdən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini aldığını, Ömərdən əvvəllər aldığı narkotik vasitələri istifadə etdiyini və hazırda onlardan qalmadığını bildirmişdir (İ cild, i/v 107-114). Bundan əlavə, cinayət işinin İ cildinin 72-74-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid1 ifadə verərək bildirmişdir ki, üç aydır ki, narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Yevlax şəhəri, Nizami küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nın əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və onu Yevlax RPŞ-ya dəvət etmişlər. Yevlax RPŞ-da onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ona müdafiəçi təyin edilmişdir. Həmin tarixdə Yevlax RPŞ-da vəkili Zaur Bərxudarovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar olunmuş, həmin narkotik vasitə olan heroin bükülü olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, onun üzərindən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-da onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin ona məxsusdur. xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-da üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvəllər də narkotik vasitə almış olduğu Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında ona əlbəəl 10 manat pul verərək almışdır. Belə ki, o, Ömərin narkotik vasitə satdığını bildiyi üçün Ömərin yaşadığı evə gedərək çağırıb Ömərə 10 manat pul vermiş və Ömərdən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini almışdır. O, Ömərlə mobil telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Ömərdən əvvəllər almış olduğu narkotik vasitələri istifadə etmiş və hazırda onlardan qalmamışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin Ömərdən sonuncu dəfə almış olduğu narkotik vasitə olan heroindir. Bundan əlavə, Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli 1(039)-145/2023 nömrəli hökmündən müəyyən edilir ki, təqsirləndirilən şəxs Şahid1 ondan 12 aprel 2023-cü il tarixdə, saat 12 radələrində Yevlax şəhəri, Nizami küçəsində piyada hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuna görə saxlanılaraq Yevlax RPŞ-ya dəvət edilmiş, orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,706 qram narkotik vasitə olan heroin aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. O, həmin heroini 11 aprel 2023cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvəllər də narkotik vasitə aldığı Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında aldığını bildirmişdir. Həmin hökmlə Şahid1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 Rəfael oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla rəhbərliyə müraciət etmişlər. Hikmət Yusibovla birlikdə Təqsirləndirilən şəxs saxlanılması üçün şəhər ərazisinə getmişlər. Yevlax şəhəri, C.Kərimov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış və özlərini təqdim edərək, onu xidməti avtomobilə mindirib,Yevlax RPŞ-ya aparmışlar. Şöbədə müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni günorta saatlarında küçədən tapdığını bildirmişdir. Daha sonra Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs barədə polis şöbəsinə əvvəllər də məlumat daxil olmuşdur. Narkotik vasitə ilə bağlı 3-4 nəfər şəxs saxlanılmış və həmin şəxslər ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs həmin küçədə olması barədə məlumat daxil olduğu üçün onlar həmin küçəyə getmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olmamışdır. Əgər təsir və təzyiq olmuşdursa, müvafiq orqanlara müraciət edə bilərdi. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs C.Kərimov küçəsində saxlamışlar, o, polis əməkdaşları tərəfindən saxlandığı yeri yalan deyir. Videoçəkilişdə o da iştirak etmişdir, şəxsi axtarış zamanı videoçəkiliş dayandırılmamışdır. Məhkəmə kollegiyası Şahid4 ibtidai və məhkəmə istintaqında, və Şahid1, Şahid3 və Şahid2 isə ibtidai istintaq zamanı verdikləri ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir. Təqsirləndirilən şəxs və şahidlər Şahid1, Şahid3 və Şahid2 sonradan ifadələrini dəyişərək Təqsirləndirilən şəxs narkotik vasitə almamaları barədə ifadələri işin faktiki halları ilə uzlaşmır. Tutulduqları zaman polisin qanunsuz təsirinə, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarına məruz qalmaları barədə dəlilləri heç bir sübutla dəstəklənmir. Elə məhkəmədə verdikləri ifadələrdən müəyyən olunur ki, onlar Təqsirləndirilən şəxs kömək etmək məqsədilə sonradan ifadələrini dəyişmişlər. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi barədə sübutları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili Şahid4 29 avqust 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid4 Yevlax RPŞ-nın rəisinə müraciət edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əmiliyyat məlumatının daxil olduğunu bildirmiş və Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir (İ cild, i/v 04). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 29 avqust 2023-cü il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması faktının aşkar edilməsi məqsədilə operativ şəkildə lazımi, qabaqlayıcı tədbirlərin görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddət ərzində saxladığı narkotik vasitənin realizə olunacağı, gizlədəcəyi və ya məhv ediləcəyi ehtimallarını nəzərə alaraq onun əməliyyataxtarış tədbiri keçirilmişdir (İ cild, i/v 05-06). Əməliyyat-axtarış qrupunun yaradılması barədə 29 avqust 2023-cü il tarixli əmrlə. Həmin əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olmasına dair təxirəsalınmaz əməliyyat məlumatının yoxlanılması məqsədilə Yexlax RPŞ-nın CAB-ın rəisi X20, NMQ-nın baş əməliyyat müvəkkili BaxşəliyevTeymur Rəfail oğlu, CAB-ın əməliyyat müvəkkili X16 və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili Şahid4 29 avqust 2023-cü il tarixli digər raportu ilə. Həmin raportdan görünür ki, Şahid4 Yevlax RPŞ-nın rəisinə müraciət edərək, narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün müvafiq müvafiq əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir (İ cild, i/v 04). Şübhəli şəxsin tutulması haqqında 29 avqust 2023-cü il tarixli qərar və protokolla. Həmin qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 22). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 29 avqust 2023-cü il tarixli protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən olunur ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmiş, sonra üstünə baxış zamanı cinayət xarakterli başqa əşya aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükülüyə baxış keçirilmiş və həmin bükülünün içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə yaşadığı Yevlax şəhəri, E.Məmmədov küçəsilə gedərkən yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyni, həmin gün saat 18:30 radələrində Yevlax şəhəri, E.Məmmədov küçəsi, 219 nömrəli evin qarşısında Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq həmin şöbəyə gətirdiklərini bildirmişdir. Yevlax RPŞ-ya gətirilərkən və həmin şöbədə olarkən ona qarşı hər hansı bir formada təzyiqin olub-olması Təqsirləndirilən şəxs soruşularkən bildirmişdir ki, ona qarşı hər hansı bir təzyiq olmamışdır (İ cild, i/v 25-32). Yevlax RPŞ-nın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X25 RPŞ-nın rəisinə yazdığı 31 avqust 2023-cü il tarixli raportla. Həmin raportda bildirilir ki, hazırda Yevlax RPŞ-nın müvəqqəti saxlama yerində CM-in 234.1-ci maddəsilə şübhəli şəxs qismində saxlanılan “Didi” ləqəbli Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın İstintaq bölməsinin icraatında olmuş 23040055 nömrəli cinayət işi üzrə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs X7 narkotik vasitə olan heroini 120 manata, Yevlax RPŞ-nın İstintaq bölməsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid3 çəkisi 2,147 qram narkotik vasitə olan heroini 50 manata satmasında şübhəlidir. Odur ki, həmin məlumatların yoxlanılmasına göstəriş verilməsi xahiş olunur (İ cild, i/v 210). Yevlax RPŞ-nın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X25 RPŞ-nın rəisinə yazdığı 25 sentyabr 2023-cü il tarixli raportla. Həmin raportda bildirilir ki, icraatıma Yevlax RPŞ-nın istintaq bölməsinin müstəntiqi X14 icraatında CM-in 234.1 və 234.3.2-ci maddələrilə istintaq edilən ********** nömrəli cinayət işi üzrə yazdığı 05 sentyabr 2023-cü il tarixli əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıqda göstərilir ki, müəyyən edilməli olan halların hər birini müəyyən etmək üçün rayon polis şöbəsinin şəxsi heyəti təlimatlandırılmış, aidiyyatı əməkdaşlara tapşırıqlar verilmiş, əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin ərazilərə yaxın ünvanlarda yaşayan və işləyən vətəndaşlarla kəşfiyyat xarakterli söhbətlər aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Şahid3, X7, Şahid2 və Şahid1 narkotik vasitə olan heroin satmışdır. Onun üzərindən aşkar edilmiş və satdığı həmin narkotik vasitələri nə vaxt, harada və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır (İİ cild, i/v 99). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/667 nömrəli rəyi ilə. Həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzrində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə” sözləri, adlar və imzalar olan zərfin içərisindəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,511 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild, i/v 46). 31 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokolla. Həmin protokol və üzləşdirməyə dair videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş üzrə Şahid1 ilə üzləşdirilərkən Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 12 aprel 2023-cü ildə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 11 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı C.Kərimov küçəsindəki evin qarşısında Təqsirləndirilən şəxs almışdır (İ cild, i/v 93-95). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 12 aprel 2023-cü il tarixli protokol və videgörüntü ilə. Həmin protokol və videogörüntüdən müəyyən olunur ki, 12 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılan Şahid1 ondan aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik maddə heroin olduğunu, 11 aprel 2023cü il tarixdə, axşam saat 19 radələrində həmin kütləni Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan Rəşidin oğlu “Didi” ləqəbli Ömər adlı şəxsdən 10 manata aldığını, əvvəllər də ondan pul verib narkotik maddə olan 0,706 qram heroin aldığını, aşkar edilmiş narkotik maddəni şəxsi istifadəsi üçün saxladığını, satmaq məqsədinin olmadığını, 12 aprel 2023cü il tarixdə, saat 12 radələrində Yevlax şəhəri, Nizami küçəsilə gedərkən Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq həmin şöbəyə gətirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid1 12 aprel 2023-cü il tarixdə ondan aşkar edilmiş 0,706 qram narkotik maddə olan heroini 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvəllər də narkotik vasitə aldığı Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “Didi” ləqəbli Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında ona əlbəəl 10 manat pul verib almışdır. 31 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokolla. Həmin protokol və üzləşdirməyə dair videogörüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş üzrə Şahid2 ilə üzləşdirilərkən Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, 15 may 2023-cü ildə üzərindən aşkar edilmiş narkotik vasitə heroini 14 may 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı C.Kərimov küçəsindəki evin yaxınlığında 5 manata Təqsirləndirilən şəxs almışdır (İ cild, i/v 90-92). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 15 may 2023-cü il tarixli protokol və videgörüntü ilə. Həmin protokol və videogörüntüdən müəyyən olunur ki, 15 may 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılan Şahid2 ondan aşkar edilmiş 0,875 qram narkotik maddə olan heroini 14 may 2023-cü il tarixdə, saat 15 radələrində “Didi” ləqəbli Ömər Rəşid oğlundan beş manata aldığını, aşkar edilmiş narkotik maddəni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını, 15 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq həmin şöbəyə gətirdiklərini bildirmişdir (İ cild, i/v 155-161). Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 17 may və 23 avqust 2023-cü il tarixli protokollarla. Həmin protokollardan görünür ki, CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid2 ondan aşkar edilmiş 0,875 qram narkotik maddə olan heroini 14 may 2023-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində “Didi” ləqəbli Təqsirləndirilən şəxs beş manat pul müqabilində aldığını bildirmişdir (İ cild, i/v 169-172). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 06 iyun 2023-cü il tarixli protokol və videgörüntü ilə. Həmin protokol və videogörüntüdən müəyyən olunur ki, 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılan Şahid2 ondan aşkar edilmiş 2,26 qram narkotik maddə olan heroini 05 iyun 2023-cü il tarixdə, günün ikinci yarısı, saat 17 radələrində “Didi” ləqəbli Ömər Rəşid oğlundan əlli manata aldığını, aşkar edilmiş narkotik maddəni şəxsi istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını, 06 iyun 2023-cü il tarixdə, saat 09:30 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq həmin şöbəyə gətirdiklərini bildirmişdir (İ cild, i/v 217-223). Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 07 iyun 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, CM-in 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid3 ondan aşkar edilmiş 2,26 qram narkotik maddə olan heroini 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı “Didi” ləqəbli, Yevlax şəhəri, 5-ci plan ərazisində yaşayan “Ömər” adlı şəxsdən əlli manat pul müqabilində aldığını bildirmişdir (İ cild, i/v 233-234). Məhkəmə kimyəvi ekspertizanın 30 sentyabr 2023-cü il tarixli 17/714 nömrəli rəyi ilə. Həmin rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan heroin, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan heroin, Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan heroin və Şahid3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (İİ cild, i/v 123-126). Məhkəmə narkoloji ekspertizanın 07 noyabr 2023-cü il tarixli 1834 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (İİ cild, i/v 118). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq 0,706 qram xeyli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində tanışı Şahid1 10 manata, 0,875 qram xeyli miqdarda narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində tanışı Şahid2 5 manata, 2,147 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində tanışı Şahid3 50 manata satması, 0,511 qram heroini isə xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində satış məqsədilə əldə edib saxlamasını müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə tövsif edilməsinə imkan verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Təqsirləndirilən şəxs həm məhkəmədə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrə nəzər salanda müəyyən olunur ki, o, istintaq zamanı Şahid1 və Şahid3 narkotik vasitə satmadığını bildirsə də, Şahid2 14 may 2023-cü il tarixdə, saat 15 radələrində beş manat pul müqabilində ondan 0,875 qram narkotik vasitə olan heroin alması barədə dediklərinin doğru olduğunu və qeyd olunan vaxtda Şahid2 05 manat pul müqabilində narkotik vasitəheroin satdığını etiraf etmişdir. Bundan əlavə, iş üzrə şahidlər Şahid3, Şahid2 və Şahid1 məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs heç nə almadıqlarını bildirsələr də, Şahid3 ondan aşkar edilərək götürülmüş 2,147 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri, 5-ci plan adlanan ərazidə Təqsirləndirilən şəxs 50 manat pul müqabilində alıb, üzərində saxladığını 06 iyun 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən və 07 iyun 2023-cü ildə təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmiş, həmçinin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-66/2024 nömrəli hökmü ilə narkotik vasitə olan 2,147 qram heroini 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində Təqsirləndirilən şəxs 50 manat pul müqabilində əldə etməklə saxlaması sübuta yetirilərək CM-in 234.1-1-ci maddəsilə təqsirli bilinib, məhkum edilmişdir. Bundan başqa, Şahid2 15 may 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs kimi dindirilərkən və CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində Yevlax Rayon Məhkəməsində ifadə verərkən xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri, C.Kərimov küçəsində tanışı Təqsirləndirilən şəxs 5 manat pul müqabilində alaraq üzərində saxladığını bildirmişdir. Eyni zamanda, Şahid1 də xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-da üzərinə videoçəklişlə şəxsi axtarış və götürmə keçirilən zaman, təqsirləndirilən şəxs qismində dindirilərkən və Yevlax Rayon Məhkəməsində CM-in 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair işə baxılarkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 11 aprel 2023cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvəllər də narkotik vasitə aldığı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq,prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir (həmin Məcəllənin 142.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair 8 yanvar 2020ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Beləliklə, qeyd olunan sübutlar onu göstərir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda külli miqdarda narkotik vasitə olan heroinin satışını həyata keçirmiş və satış məqsədilə üzərində saxlayaraq daşımışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-ci maddəsilə təqsirli bilməsi barədə gətirdiyi dəlillərlə razılaşa bilmir. Bundan başqa, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nın əməkdaşları tərəfindən döyülməsi barədə dəlillərini araşdıran məhkəmə kollegiyası bu dəlillərin də əsaslı olması qənaətinə gələ bilmir. Əvvəlcə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılan andan zorakılığa məruz qaldığını və döyüldüyünü bildirsə də, ondan narkotik vasitənin aşkar edilməsini əks etdirən videogörüntülərə baxılarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparması və üzərində hər hansı xəsarət əlamətlərinin olması müşahidə edilməmişdir. Ancaq buna baxmayaraq, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra üzərində zorakılıq əlamətlərinin olub-olmamasını müəyyən etmək məqsədilə X8 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X2 28 may 2024-cü il tarixli 3-16-17/37/2-2352/2024 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə X4 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və müəyyən edilmişdir ki, həbs olunmazdan əvvəl başında çoxsalı (uşaq vaxtı yıxılıb), sol saiddə çoxsalı çapıqlar (13 yaşında özü-özünə yetirib), belində cərrahi əməliyyatdan qalma çapıq (14 yaşında yıxılıb travmatik zədə alıb) toxuma aşkar edilmişdir. Daxil olarkən şikayətləri olmamışdır (İV cild, i/v 64-71). Bundan əlavə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Yevlax RPŞ-ya gətirilən zaman tibbi müayinədən keçirilməsinə dair sənədləri (Yevlax RPŞ-nın 24 may 2024-cü il tarixli 3-13-117/2-10284/2024 nömrəli məktubu və ona əlavə edilən tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabından Təqsirləndirilən şəxs dair hissədə çıxarış) də əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-da həkim İ.Quliyev tərəfindən 29 avqust 2023-cü il tarixdə, saat 21:25-də müayinə edilmiş və bu zaman onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş, şikayəti olmamışdır. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs cinayət işində olan (İ cild, i/v 37) ərizəsindən görünür ki, o 29 avqust 2023-cü il tarixdə Yevlax RPŞ-nın rəisinə yazılı ərizə ilə müraciət edərək, öz dəst-xətilə yazmışdır ki, “mən polis şöbəsinə gətirilən zaman mənə qarşı heç bir zor tətbiq olunmayıb, heç bir xəsarətim yoxdur. Xahiş edirəm nəzərə alasız” Hımçinin, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsində barəsində əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmaqla, dörd ay müddətə həbs qətimkan tədbiri seçilərkən də, hər hansı polis zorakılığına məruz qalması barədə məhkəmədə hər hansı bir fikir səsləndirməmişdir. Əksinə, o, məhkəmə iclasında izahat verərkən özünü təqsirli bildiyini, narkomaniyadan əziyyət çəkdiyini, Şahid1 pul müqabilində deyil, sadəcə ağrıları olduğu üçün narkotik vasitə verdiyini, və barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra da o, nə müdafiəçisi vasitəsilə, nə də dövlət orqanlarına müraciət etməklə polis zorakılığına məruz qalması barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs hələ 29 avqust 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi şəffaf sellofan bükülünün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, küçədə gedərkən yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyni, Yevlax RPŞ-ya gətirilərkən və həmin şöbədə olarkən ona qarşı hər hansı bir təzyiqin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlilləri araşdıran məhkəmə kollegiyası bu iddiaların əsaslı olması qənaətinə gələ bilmir. Müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan nə kimi halların olmasını sübut edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası bu səbəbdən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini nəzərə alaraq bu barədə dəlilləri əsassız hesab edir, ondan aşkar edilmiş narkotik vasitəni polislər tərəfindən üzərinə qoyulması xüsusatı isə heç bir sübutla təsdiq olunmur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində, həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir və məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib, məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən, əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Cinayət işindən görünür ki, (İ cild, i/v 06) əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 29 avqust 2023-cü il tarixli qərar Yevlax RPŞ-nın rəsinin 30 avqust 2023-cü il tarixli 3- 13-117/1-15408/2023 nömrəli məktubu ilə Yevlax Rayon Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmənin qeyd olunan qərarın qanuniliyini yoxlanılmasına dair qərarı cinayət işinin materiallarına əlavə edilməmişdir. Buna görə də məhkəmə kollegiyası məsələni araşdırmış, Yevlax Rayon Məhkəməsinə sorğu vermiş və həmin məhkəmənin 28 iyun 2024-cü il tarixli 1-118/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Təqsirləndirilən şəxs barədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 29 avqust 2023-cü il tarixli qərar Yevlax Rayon Məhkəməsinə təqdim olunmuş, lakin həmin qərar əsasında məhkəmə nəzarəti qaydasında qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 29 avqust 2023-cü il tarixli qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmaması onun CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirli olmasını şübhə altına ala bilməz. Digər sübutlar ona israr olunan cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 83-cü bəndinə əsasən, beynəlxalq adı “heroin” olan narkotik vasitənin 0,15 qramı (təmiz halda qramlarla) şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı (təmiz halda qramlarla) külli miqdar, 800 qramı isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-ci il tarixli 959-İİQ nömrəli Qanununun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da, gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin Qanunun tələbinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad. 1.0.9), məqsədindən asılı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad. 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad. 1.0.8), qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (mad. 1.0.11) hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə tövsif edilmişdir. Məhkəmə istintaqında onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dan verilmiş 06 noyabr 2023-cü il tarixli (İİ cild, i/v 131) arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixonevroloji kabinetində disponser müşahidəsində dayanır. Məhkəmə-psixatrik ekspertizasının 16 noyabr 2023-cü il tarixli 725 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs davranış pozğunluğu ilə müşayət olunan yüngül debillik dərəcəsindəki kəmağıllıq XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini, ictmai təhlükəliliyni dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini, ictmai təhlükəliliyni dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun halhazırda məcburi mülicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 22-ci maddəsinin təsiri altına düşmür və bununla əlaqədar onun hal-hazırda məcburi mülicəyə ehtiyacı yoxdur (İİ cild, i/v 155-157). Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 07 noyabr 2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İİ cild, i/v 186-187). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax ŞRİH başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, C.Kərimov küçəsi, 133 nömrəli evdə qeydiyyatda olmaqla, atası X17, anası X10, arvadı X12, qızı X18 və oğlu X3 ibarət ailə tərkibi vardır (İİ cild, i/v 153). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş AZ-İV seriyalı 311729 və AZ-İV seriyalı 769875 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 mart 2017-ci ildə doğulmuş X18, 08 avqust 2022-ci ildə anadan olmuş X15 adlı uşaqları vardır (İV cild, i/v 95-96). Təqsirləndirilən şəxs barədə verilmiş eyni tarixli xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonşularla qismən yaxşı münasibətlər qurmağa çalışmış, küçənin ətraf məhəllənin sakinləri ilə qismən ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına qismən riayət etməyə çalışmışdır. Qonşu sakinlərin xeyir-şər məclislərində qismən iştirak etmişdir. Onun barəsində Yevlax şəhəri, 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və yaxud şifahi müraciətlər daxil olmamışdır. Həmçinin, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 4(039)-71/2023 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmiş (İ cild, i/v 72-73), Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(091)-99/2024 nömrəli qərarı ilə 18 fevral 2024-cü ilə qədər, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 4(039)-12/2024 nömrəli qərarı ilə 28 aprel 2024-cü ilədək uzadılmışdır (İİİ cild, i/v 24-32, 102-106) . Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. CM-in 61-ci maddəsinə uyğun olaraq, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ədalət və humanizm prinspindən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini təkrar (234.4.2) və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə (234.4.3) təqsirli bilinən şəxsdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur, cəmiyyətə və bəşəriyyətə qarşı ciddi təhlükə yaratmaqla, əhalinin sağlamlığını da təhlükə altına salır. Təsadüfi deyil ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri sırasında müəyyən etmişdir. Qeyd olunan Qanunun fəlsəfəsinə görə, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Narkotik vasitələrdən istifadə cinsindən asılı olmayaraq narkotik vasitələrdən istifadə edən insanları birinci növbədə ailəsi, sonra isə cəmiyyət üçün lazımsız varlığa çevirir. Məhz buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi kifayət qədər əsaslı və ədalətlidir. CM-in 234.4.2 və 234.4.3-cü maddələrində bu əməlin törədilməsinə görə, beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edən, habelə onun narkotik vasitənin təkrar satışını həyata keçirməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına uyğun olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının yaranmasını və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini, habelə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Bunlardan başqa, maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,461 qram heroin məhv edilməli, Şahid1 aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,656 qram heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-145/2023 nömrəli hökmü, Şahid2 aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,825 qram heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-146/2023 nömrəli hökmü, Şahid3 isə aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 2,047 qram çəkidə narkotik vasitə olan heroinin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)- 66/2024 nömrəli hökmü ilə məhv edilməsi, iki ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən (İ cild, i/v 45, İİ cild, i/v 124) görünür ki, iş üzrə 71,94 və 69,10 manat olmaqla, ümimilikdə 141,04 (bir yüz qırx bir manat dörd qəpik) manat ekspertiza xərci vardır və həmin xərc Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə bir yüz qırx bir manat dörd qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə maddi sübut olub Yevlax RPŞ-da saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,411 qram heroin məhv edilsin. Şahid1 aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,656 qram heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-145/2023 nömrəli hökmü, Şahid2 aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 0,825 qram heroinin Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(039)-146/2023 nömrəli hökmü, Şahid3 isə aşkar edilmiş ekspertiza tədqiqindən sonra qalan 2,047 qram çəkidə narkotik vasitə olan heroinin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-66/2024 nömrəli hökmü ilə məhv edilməsi, iki ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar