Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-153/2020 19.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X3, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx 2000-ciildəBalakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X9 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-ci ilin yay aylarında Balakən rayonu Gərəkli kəndi ərazisində axan Mazım çayın kənarında tapmış olduğu çətənə bitkisinin toxumlarını əldə edib yaşadığı Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən evinə gətirərək orada saxlamışdır. Həmin toxumları 2020-ci ilin aprel ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən meşə ərazisində qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 22 ədəd külli miqdarda çətənə (kannabis) bitkilərini, alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. xx xxxx 2020-ci ildə saat 15 radələrində polis əməkdaşları tərəfindən həmin külli miqdarda, 105 santimetrdən 131 santimetrədək hündürlükdə olan 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə verilmiş itttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2019-cu ilin yay aylarında yaşadığı evin yaxınlığından keçən Mazım çayın kənarında ailəsinə məxsus iribuynuzlu heyvanları otaran zaman çayın kənarında bir ədəd narkotik tərkibli çətənə bitkisinin kökündən çıxmış vəziyyətdə çayın kənarında olduğunu görmüşdür. Narkotik istifadə etdiyi üçün həmin bitkini tanımış, buna görə də həmin bitkinin üzərindən hissələrini yığıb istifadə etmişdir. Həmçinin bitkinin üzərində olan toxumları yığıb yaşadığı evə gətirmiş, 2020-ci ilin aprel ayının ortalarında evinin yaxınlığında meşə ərazisində əkmiş, onlardan 22 ədədi çıxmış, onlara aqrotexni qaydada qulluq etmiş, diblərini yumşaltmış, suvarmış, alaq otlarından təmizləməklə yetişdirmişdir. xx xxxx 2020-ci ildə polis əməkdaşları həmin 22 ədəd narkotik tərkibli çətənə kolları, 1 ədəd 10 litr tutumlu su kanistri (yəni su doldurmaq üçün bak) və 3 ədəd 2 litr tutumlu plastik şüşələr aşkar edilərək götürülmüşdür. Çətənə bitkilərini əkdiyi yer eni 2 metr 50 sm, uzunluğu isə 3 metr olmuşdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, məlumat əsasında xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Gərəkli kəndindəki həyət evinin yaxınlığında olan meşə sahəsinə baxış keçirilmiş, baxış zamanı 2 metr 50 sm eni, 3 metr uzunluğu olan ərazidən 22 ədəd narkotik tərkibli çətənə itkiləri aşkar edilərək götürülmüşdür. Mütəxəssis aqronom həmin bitkilərə baxaraq onların inkişafına, yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmziləndiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Həmin bitkilərin hündürlükləri 15 sm-dan, 1 metr 31 smdək olmuşdur. Sahənin kənarındakı kolluqdan 1 ədəd üzərində xırdalan yazılan plastik şüşə, 1 ədəd üzərində fanta yazısı olan plastik şüşə, 1 ədəd şəffaf plastik şüşə və 1 ədəd içərisi boş olan plastik su çəlləyi, 1 ədəd üzərində senator yazısı, 1 ədəd üzərində Vant yazısı və 1 ədəd üzərində Maqna yazısı olan siqaret kötükləri aşkar edilərək götürülmüşdür. Şahid2 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə polis şöbəsində bilmişdir ki, Uzunov X1 Poştbinə yaşayış məntəqəsindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini mülkiyyət, istifadə və sərəncam hüquq olmadan narkotik tərkibli çətənə kolları əkmiş və yetişdirmişdir. Narkotik tərkibli çətənə bitkiləri əkilən yerə baxış keçirilməsində iştirak etmiş, 22 ədəd narkotik tərkibli bitkilər və başqa əşyalar aşkar edilərək götürülmüşdür. İşə əlavə edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Aşkar edilmiş 22 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki...." sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki, 22 (iyirmi iki) ədəd, hündürlükləri 15 sm-dən 131 smdək, ümumi təmiz çəkisi- 192,24 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 679 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə CM-nin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020-ci ildə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkmələrinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsbarəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbs edilməli və saxlanması üçün X4 təhvil verilməlidirlər. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuşcinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 34 (otuz beş) manat 97 qəpik təşkil edir. Həmin pul Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və ev dustaqlığında olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X4 təhvil verilsin. Təqsirləndirilən şəxs X4 çatdırılması və təhvil verilməsi X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 34 (otuz dörd ) manat 97 (doxsan yeddi ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan22 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri,3 ədəd 2 litr tutumlu plastik şüşələr, 1 ədəd içərisi boş olan plastik su çəlləyi, 1 ədəd üzərində Senator yazısı olan siqaret kötüyü, 1 ədəd üzərində Want yazısı olan siqaret kötüyü və 1 ədəd üzərində Magna yazısı olan siqaret kötüyü məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində ŞəkiAğır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-153/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-153/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver