Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-153/2022 21.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Mingəçevir Vəkil Bürosunun vəkili X5 və Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1959-cu ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin satış şöbəsinin mütəxəssisi vəzifəsində işləyən, ali təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1980-cı ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Rsepublikası vətəndaşı, "xxxx" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı müştəri xidmətləri bölməsinin mütəxəssisi vəzifəsində işləyən, ali təhsilli, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, k/19-03357 nömrəli əmri ilə həmin tarixdən 11 noyabr 2021-ci il tarixədək “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin Enerji satış sahəsinin Balans və Uçot şöbəsinin mütəxəssisi vəzifəsində işlədiyi dövrdə "xxxx" ASC tərəfindən təsdiq edilmiş Enerji satış şöbəsinin bölməsinin mütəxəssisinin vəzifə təlimatına əsasən hər ay Balans və Hesablaşma sayğaclarının göstəricilərinin müəyyən edilmiş vaxt ərzində informasiya bazasında işlənməsinə nəzarət etmək, hər ayın sonunda Yarımstansiya, Transformator məntəqəsi, Dislokasiya və ETSİ üzrə realizə və itki hesabatının hazırlanması üçün məlumatları yığmaq və və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tamah məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə həmin İdarənin Müştəri Xidmətləri bölməsinin mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib 11 noyabr 2021-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evlərində abonentlərin sayğacdankənar işıq xətlərindən istifadə edilib-edilməmələrini yoxlayarkən 1986-cı il təvəllüdlü Şahid4 yaşadığı Yevlax rayonu, Qaramanlı kəndi ərazisindəki fərdi yaşayış evinə baxış keçirərkən sayğacdankənar işıq xəttinə qoşulduğunu müəyyən edib sonuncuya sayğacdankənar xəttə qoşulduğu üçün akt tərtib edəcəyi təqdirdə 2000 manat məbləğində cərimə yazılmalı olduğunu deyib, vəzifəli şəxs kimi vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni qeyd edilən həmin aktı tərtib etməmək müqabilində vahid niyyətlə Şahid4 həmin tarixdə saat 14 radələrində qabaqcadan əlbir olduğu Rafael Rəhimov və özü üçün birbaşa yolla maddi nemət olan 300 manat pulu, habelə 50 manat dəyərində 01 ədəd erkək hind quşunu və 40 manat dəyərində 01 ədəd dişi hind quşunu istəmiş, cinayət əməlinin davamı olaraq həmin niyyətlə 11 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Şahid1 məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Şahid4 300 manat pulu, habelə 50 manat dəyərində 01 ədəd erkək hind quşunu və 40 manat dəyərində 01 ədəd dişi hind quşunu rüşvət qismində almaqla dövlətin, habelə təmsil etdiyi dövlət qurumu olan "xxxx" ASC-nin enerji itkisinin qarşısının alınması sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs2 "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, M-19-0262 saylı müqavilə ilə həmin tarixdən 11 noyabr 2021-ci il tarixədək “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin müştəri xidmətləri bölməsinin mütəxəssisi vəzifəsində işlədiyi dövrdə "xxxx" ASC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən "xxxx" ASC-yə aid olan və bu müqavilənin şərtləri çərçivəsində “Sifarişçi”nin təyin edəcəyi işləri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tamah məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə həmin İdarənin satış şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib 11 noyabr 2021-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evlərində abonentlərin sayğacdankənar işıq xətlərindən istifadə edilib-edilməmələrini yoxlayarkən 1986-cı il təvəllüdlü Şahid4 yaşadığı Yevlax rayonu, Qaramanlı kəndi ərazisindəki fərdi yaşayış evinə baxış keçirərkən abonentin sayğacdankənar işıq xəttinə qoşulduğunu müəyyən edib qabaqcadan razılaşdıqları kimi onun yanında Təqsirləndirilən şəxs1 Şahid4 sayğacdankənar xəttə qoşulduğu üçün sonuncunun barəsində akt tərtib edəcəkləri təqdirdə abonentin 2000 manat məbləğində cərimə ediləcəyi barədə qərar çıxarılacağını demiş, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni qeyd edilən həmin aktı tərtib etmələrini Təqsirləndirilən şəxs1 tələb etməli olduğu halda bunu etməyərək əvvəlcədən razılaşdıqları kimi cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə qeyd edilən aktın tərtib edilməməsi müqabilində vahid niyyətlə Şahid4 həmin tarixdə saat 14 radələrində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən özü və onun üçün birbaşa yolla maddi nemət olan 300 manat pulu, habelə 50 manat dəyərində 01 ədəd erkək hind quşunu və 40 manat dəyərində 01 ədəd dişi hind quşunu istəmiş, həmin niyyətlə Təqsirləndirilən şəxs1la birlikdə 11 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Şahid1 məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında Şahid4 300 manat pulu, habelə 50 manat dəyərində 01 ədəd erkək hind quşunu və 40 manat dəyərində 01 ədəd dişi hind quşunu rüşvət qismində alıb həmin hind quşlarını “Mercedes” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin yük hissəsinə qoyub oradan Təqsirləndirilən şəxs1la birlikdə uzaqlaşmaqla dövlətin, habelə təmsil etdiyi dövlət qurumu olan "xxxx" ASC-nin enerji itkisinin qarşısının alınması sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin satış şöbəsinin mütəxəssisi kimi vəzifəsi rayon əraziləri üzrə itirilmiş enerjinin bərpası ilə əlaqədar sayğaclara baxış keçirmək və qüsur aşkar olunduqda videoçəkiliş vasitəsi ilə sayğaca baxış keçirib müvafiq akt tərtib etməkdən və həmin aktı videoçəkiliş ilə birlikdə öz rəhbərliyinə təqdim etməkdən ibarət olmuşdur. Yevlax rayonu Qaramanlı kəndində yaşayan Şahid1, Şahid2 və Şahid4 tanımamış, həmin abonentlərin işıq sayğaclarına baxış keçirməmiş və yaxud akt tərtib etməmişdir. 19 noyabr 2021-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə ərazi üzrə elektrik sayğaclarına baxış keçirilməsi məqsədi ilə Yevlax rayonu Qaramanlı kəndində olarkən həmin gün Qaramanlı kənd sakini X4 qanunsuz olaraq işıq sayğacına kənar xətdən istifadə etdiyi üçün həmin abonent barəsində enerjinin istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək həmin aktı öz rəhbərliyinə təqdim etmişdir. Şahid4 heç bir məbləğdə pul almamışdır. 11 noyabr 2021ci il tarixdə Yevlax rayonu ərazisindən keçərkən işıq idarəsində nəzarətçi mühəndis işləyən Şahid3 ona zəng edib Yevlax rayon ərazisində olub-olmamağını soruşduqda sonuncuya Tərtər rayonu istiqamətinə getdiyini demiş, Fədakir ona Yevlax rayonu, Nəmirli kəndində yaşayan X1 işıq xəttinə qoşulduğunu və həmin abonent barəsində akt tərtib etməsini xahiş etmişdir. Qiyas Süleymanovun yaşadığı ünvana gedib kənar işıq xəttindən istifadə etdiyinə görə abonentin barəsində akt tərtib etdikdən sonra oradan çıxıb yenidən Tərtər rayonu istiqamətinə getmişdir. 29 noyabr 2021-ci il tarixdə Yevlax rayonu Nəmərli kəndində xidməti fəaliyyəti ilə bağlı elektrik sayğaclarını yoxlayarkən abonent X7 məxsus sayğaca baxış keçirən zaman həmin sayğaca müdaxilə olunduğunu müəyyən edib həmin sayğacdan istifadə edən Şəfəq Abışovaya akt tərtib etmişdir. 30 noyabr 2021-ci il tarixdə Mərkəzi ARAN RETSİ-nin Yevlax rayon Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən Şahid3 ona zəng edib həmin ünvana akt tərtib etdiyinə görə etirazını və onun barəsində müvafiq tədbir görəcəyini, habelə Şəfəq Abışova ilə şəxsi münasibətlərinin olduğunu bildirmişdir. Həmin aktı tərtib etdiyi üçün Şahid3 Yevlax rayonunun Qaramanlı kəndində yaşayan Şahid1 onun barəsində şər və böhtan xarakterli şikayət yazmasına təhrik etmişdir. Son sözündə Təqsirləndirilən şəxs1 törətdiyi əməlini etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin müştəri xidmətləri bölməsinin mütəxəssisi kimi əsas vəzifəsi rayon əraziləri üzrə itirilmiş enerjinin bərpası ilə əlaqədar sayğaclara baxış keçirmək və qüsur aşkar olunduqda videoçəkiliş vasitəsi ilə sayğaca baxış keçirib müvafiq akt tərtib etdikdən sonra həmin aktı videoçəkiliş ilə birlikdə öz rəhbərliyinə təqdim etməkdən ibarət olmuşdur. Yevlax rayonu, Qaramanlı kəndində yaşayan Şahid1 və sonuncunun qızı Şahid4 tanımamış, həmin abonentlərin işıq sayğaclarına baxış keçirməmiş və yaxud akt tərtib etməmişdir. 19 noyabr 2021-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə ərazi üzrə elektrik sayğaclarına baxış keçirilməsi məqsədi ilə Yevlax rayonu, Qaramanlı kəndində olarkən Qaramanlı kənd sakini Rəhman adlı şəxs qanunsuz olaraq işıq sayğacına kənar xətdən istifadə etdiyi üçün həmin abonent barəsində enerjinin istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək həmin aktı rəhbərliyə təqdim etmişlər. Şahid4 heç bir məbləğdə pul almamışdır. 11 noyabr 2021-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Yevlax rayonu ərazisindən keçərkən Mərkəzi ARAN RETSİ-nin Yevlax rayon Elektrik Şəbəkəsində nəzarətçimühəndis vəzifəsində işləyən Şahid3 iş yoldaşı Rəsula zəng edib Yevlax rayon ərazisində olub-olmamadıqlarını soruşmuş, Rəsul da Fədakirə üzü Tərtər rayonu istiqamətinə getdiklərini bildirmişdir. X15 rayonu, Nəmərli kəndində yaşayan X1 işıq xəttinə qoşulduğunu və həmin abonent barəsində akt tərtib etmələrini xahiş etdiyinə görə həmin abonentin yaşadığı ünvana gedib kənar işıq xəttindən istifadə etdiyinə görə abonent barəsində akt tərtib etmişlər. 29 noyabr 2021-ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə Yevlax rayonu Nəmərli kəndində xidməti fəaliyyəti ilə bağlı elektrik sayğaclarını yoxlayarkən, abonent X7 məxsus sayğaca baxış keçirən zaman həmin sayğaca müdaxilə olunduğunu müəyyən etdiklərinə görə sayğacdan istifadə edən Şəfəq Abışovanın adına akt tərtib etmişlər. 30 noyabr 2021-ci il tarixdə Mərkəzi ARAN RETSİ-nin Yevlax rayon Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən Şahid3 iş yoldaşı Rəsula zəng edib həmin ünvana akt tərtib etdiklərinə görə etirazını və müvafiq tədbir görəcəyini, habelə Şəfəq Abışova ilə şəxsi münasibətlərinin olduğunu bildirmişdir. Həmin aktı tərtib etdikləri üçün Şahid3 Yevlax rayonu, Qaramanlı kəndində yaşayan Şahid1 onlar barəsində şər böhtan xarakterli şikayət yazmasını təhrik etmişdir. Son sözündə Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf edərək peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində evdə olarkən çörək bişirmək qərarına gəlmiş, həmin günü işıq kartında pul az olduğu üçün evdə olan elektrik naqilini yaşadığı evin həyətinin qabaq hissəsindən keçən elektrik xəttinə qoşmuşdur. Təxminən 2-3 saatdan sonra Yevlax rayonu işıq idarəsində işləyən Şahid3 və sonradan adlarını bildiyi Mingəçevir şəhər işıq idarəsində işləyən Rəsul və Rəfael adlı şəxslər yaşadığı ünvana yaxınlaşmış, Rəsul ona qanunsuz olaraq işıq xəttinə qoşulduğunu və bununla bağlı cərimə yazacağını bildirmişdır. Rəsul və Rəfaelə cəriməni işıq kartına yükləmələrini və həmin kartdan cəriməni ödəyəcəyini demiş, lakin Rəsul ona elektrik xəttinə qanunsuz qoşulduğuna görə 2000 manat cərimə yazacaqlarını bildirmişdir. Sonra cərimə yazmamaq üçün Rəsul ondan 300 manat pul və yaşadığı evin həyətində saxladığı 02 (iki) ədəd hind quşunu istəmiş, pulunun olmadığını, 300 manat pulu verə bilməyəcəyini demişdir. Sonra Şahid3 öz mobil telefonu ilə əmisi Şahid2 zəng edib bu məsələni demiş, əmisi Şahid2 də dərhal onun yaşadığı ünvana gəldikdən sonra sonuncularla həmin məsələni müzakirə etməyə başlamışdır. Sonra o, ev telefonu ilə Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan qohumu Şahid6 ev nömrəsinə zəng edib bu məsələni deyərək sonuncudan 300 manat borca pul istəmişdir. Elfira 300 manat pulu ona verməyə razı olduğuna görə əmisi Əliş gedib 300 manat pulu götürüb onun yaşadığı ünvana geri qayıtmışdır. Həmin vaxt əmisi Əliş Rəsula 300 manat pul və 02 (iki) ədəd hind quşunu vermiş, həmin vaxt Yevlax rayonu işıq idarəsində işləyən Şahid3 və Mingəçevir şəhər işıq idarəsində işləyən Təqsirləndirilən şəxs2 da orada olmuşdur. Bu barədə anası Şahid1 dedikdən sonra sonuncu Rəsul və Rəfaelin cərimə yazmamaq müqabilində ondan 300 manat pul və yaşadığı evin həyətində saxladığı 02 (iki) ədəd hind quşunu götürdükləri üçün Yevlax rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən Yevlax rayonu işıq idarəsində işləyən Şahid3 onun mobil nömrəsinə zəng edərək qardaşı qızı Şahid4 elektrik xəttinə qoşulduğuna görə "xxxx" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin əməkdaşlarının Aytənə cərimə yazmaq istədiklərini bildirmişdir. Dərhal Şahid4 yaşadığı ünvana getmiş, oraya çatdıqda adlarını sonradan bildiyi "xxxx" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin əməkdaşıları Rəsul və Rəfaelin evin qarşısında dayandıqlarını görmüşdür. Rəsul Şahid4 sayğacdan kənar xəttə qoşulduğu və Aytənə 2000 (iki min) manat cərimə yazacağının ona demiş, Rəsula Aytənin həmin cəriməni ödəmək imkanı olmadığını dedikdə, sonuncu cərimə yazmamaq müqabilində 300 manat pul və Şahid4 evinin həyətində saxladığı 02 (iki) ədəd hind quşunu verməsini ondan istəmişdir. O da məcbur qalıb Rəsulun təklifi ilə razılaşmış, həmin vaxt Aytən ev telefonu ilə qohumu Şahid6 ev telefonuna zəng edib 300 manat borca pul istəmişdir. Elfira həmin pulu verməyə razı olduğu üçün dərhal Şahid6 yaşadığı Yevlax rayonu, Qaraməmmədli kəndinə yerləşən evinə gedib sonuncudan 300 manat pulu götürüb geri qayıtmışdır. Yolda olarkən Fədakirin mobil nömrəsinə zəng edib harada olmasını soruşmuş, Fədakir də ona Rəsul və Rəfael ilə birlikdə Yevlax rayonu, Köyük kəndinə olduğunu və ona Aytənin yaşadığı ünvana yaxınlaşmasını demişdir. Aytənin yaşadığı ünvana yaxınlaşıb 300 manat pulu və Şahid4 yaşadığı evin həyətindən 02 (iki) ədəd rənglərini tam xatırlamadığı hind quşunu Rəsula vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə öz xidməti ərazisi olan Yevlax rayonu Nəmərli kənd ərazisində olarkən "xxxx" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin Rəsul adlı əməkdaşı mobil telefon ilə ona zəng edərək harada olduğunu soruşmuş, sonuncuya Yevlax rayonu, Nəmərli kəndində olduğunu demişdir. Həmin gün saat 11-12 radələrində Rəsul və Rəfael “Mercedes” markalı, **-EZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonu, Nəmərli kəndinə onun yanına gələrək ondan Yevlax rayonu, Qaramanlı kəndinə yaşayan Şahid1 evinin həyətində kənar xəttin olub-olmaması barədə soruşmuş, Rəsula bununla bağlı məlumatı olmadığını demişdir. Sonra onlar həmin avtomobilə əyləşərək Şahid1 yaşadığı ünvana getmiş, oraya çatdıqda Nəzakətin evinin darvazasını döymüşlər. Nəzakət evdə olmadığı üçün evin darvazasını Nəzakətin qızı Şahid4 açmış, Rəsul Aytənə qanunsuz olaraq kənar xəttə qoşulduğunu izah edərək sonuncuya 2000 manat cərimə yazılacağını demişdir. Şahid4 isə çörək bişirmək istədiyi üçün həmin elektrik xəttinə qoşulduğunu, həmin məbləğı ödəyə bilməyəcəyini bildirmişdir. Sonra Rəfael öz mobil telefonu ilə videoçəkiliş aparmağa başlamış, Aytən evdə tək olduğu üçün mobil telefonu ilə Aytənin əmisi Şahid2eva zəng edib bu məsələni demişdir. Təxminən 15-20 dəqiqədən sonra Əliş Aytənin yaşadığı ünvana gəlmiş və Mingəçevir şəhəri işıq idarəsinin əməkdaşı Rəsul ilə kənara çəkilərək danışıq aparmağa başlamışdır. Danışıq bitdikdən sonra Rəsul ona “getdik” deyə bildirmiş və onlar birlikdə Yevlax rayonu Köyük kəndinə getmişlər. Həmin kəndə getdikdə Rəsul ona orada gözləyəcəklərini və Aytənin qohumu Əlişin onun mobil telefonuna zəng edəcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra Əliş ona zəng edərək harada olduqlarını soruşmuş, sonuncuya Rəsul və Rəfael ilə birlikdə Yevlax rayonu Köyük kəndinə olduğunu demişdir. Əliş ona Aytənin yaşadığı ünvana yaxınlaşmalarını bildirmiş, Rəsul və Rəfael ilə birlikdə təkrarən Aytənin yaşadığı ünvana getmişlər. Nəzakətin evinin qarşısına gəldikdə Əliş Aytənin yaşadığı evin həyətindən rənglərini tam xatırlamadığı 02 (iki) ədəd hind quşunu və 300 manat pulu gətirib Rəsula verdiyini görmüşdür. Rəsul öz xidməti avtomobilinin baqajını açıb 02 (iki) ədəd hind quşunu avtomobilin baqajına qoymuş, həmin vaxt Rəfael də orada olmuşdur. Pul məsələsini Rəsul ilə Əliş kənarda danışdıqları üçün bu barədə bilməmiş, Şahid1 sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyini bilməmişdir. Rəsul ilə onun arasında xatırlamadığı tarixdə telefon danışığı olmuş, lakin Rəsula zəng edib Şəfəq Abışovanın sayğacına akt tərtib etdiyi üçün hər hansı etirazını, habelə Rəsul barəsində müvafiq tədbir görəcəyini deməmişdir. Şahid1 “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin müştəri xidmətləri bölməsinin mütəxəssisi Təqsirləndirilən şəxs2 və “Azərişıq" ASC-nin Mingəçevir Mərkəzi “Aran” X9 və Satışı İdarəsinin satış şöbəsinin mütəxəssisi Təqsirləndirilən şəxs1 barəsində şikayət ərizəsi yazmasını təhrik etməmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə evdə olarkən saat 13-14 radələrində qohumu X12 ev nömrəsinə zəng edərək işıq idarəsinin əməkdaşlarının yaşadığı evin işığını kəsmək istədiyini bildirib ondan 300 manat borca pul istəmişdir. Həmin 300 manat pulu verməyə razı olduqdan sonra Aytənin əmisi Şahid2 Bərhəm oğlu təxminən yarım saatdan sonra onun yaşadığı Yevlax rayonu Qaraməmmədli kəndinə gələrək 300 manat pulu ondan götürmnüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə öz xidmət fəaliyyəti ilə bağlı Tərtər rayonundan gələn su kanalına nəzarət etmiş, həmin gün saat təxminən 13-14 radələrində Tərtər rayonundan yaşadığı Yevlax rayonu Qaramanlı kəndinə geri qayıdarkən Yevlax rayonu Köyük kəndində yerləşən marketin qarşısında Rəsulu görmüşdür. Həmin vaxt Rəsulun yanında tanımadığı kişi cinsli bir şəxs olmuş, Rəsula haradansa tanıdığını demişdir. Rəsul isə ona uşaq vaxtı Yevlax rayonu, Qaramanlı kəndində yaşadığını bildirmişdir. Rəsula atasının kim olduğunu demiş, Rəsul onun atasının adını eşitdikdən sonra onunla qohum olduğunu bildirmişdir. Rəsuldan hansı məqsədlə bu tərəflərə gəldiyi soruşmuş, Rəsul isə ona Yevlax rayonu, Qaramanlı kəndində bir nəfər qadının qanunsuz olaraq işıq xəttinə qoşulduğu üçün bura gəldiyini, həmin qanunsuz qoşulmanın xərci çox olduğunu, həmin məsələni az miqdar pulnan başını bağladığını demişdir. Həmin gün axşam evə gəldikdən sonra həmin idarədə işləyən Rəsul və Rəfaelin ögey bacısı Aytənin Yevlax rayonu, Qaramanlı kəndinə yaşadığı ünvana gəlib 300 manat pul və iki ədəd hind quşunun aldığını bilmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1044-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1420-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən rayon prokurorluğunda daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-7981/22 nömrəli rabitə məlumatlarının əks olunduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixində saat 10:49-dan 10:52-dək, habelə həmin gün 12:14-dən saat 14:19-dək Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus rabitə şamının əhatə dairəsində olması və həmin dairədən kənara çıxmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 10:52-də, 10:58-də, 10:59-da, 14:01-də, 14:04-də, saat 14:09-da və saat 14:18-də zənglər edilmiş və tərəflər arasında qısa müddətli telefon danışıqları olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən rayon prokurorluğunda daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-7981/22 nömrəli rabitə məlumatlarının əks olunduğu diskə baxış protokolundan görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 10:49-da, 10:52-də və 11:03-də zənglər edilmiş və tərəflər arasında qısa müddətli telefon danışıqları olmuş, habelə Şahid3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixində saat 10:49-dən saat 14:18-dək Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus rabitə şamının əhatə dairəsində olması və həmin dairədən kənara çıxmaması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən rayon prokurorluğunda daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-7981/22 nömrəli rabitə məlumatlarının əks olunduğu diskə baxış protokolundan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 13:08-də zəng edilmiş və tərəflər arasında qısa müddətli telefon danışığı olmuş, habelə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixində Yevlax rayonu, Qaramanlı kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus rabitə şamının əhatə dairəsində olması və həmin dairədən kənara çıxmaması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli, AZE/LGL-7980/22 nömrəli rabitə məlumatlarının əks olunduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 713 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının 23 may 2022-ci il tarixli, 318/108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.3, 67-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə Salyan rayon məkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 02 il 03 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə CM-in 77-ci madəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 08 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, bundan başqa Binəqədi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 177.2.2, 228.4, 66.3, 67.1-ci maddələri ilə 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2013 il tarixli hökmü ilə CM-in 317-2.1, 67.1-ci maddələri ilə 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 28 May- Respublika Günü münasibətilə xx.xx.2016-cı il tarixli, “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 246 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Rəhimov X3 şəhəri Y.Muradov küçəsi ev 37 mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 90 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Abuşov X8 şəhəri Şəfəq küçəsi ev 11C-də qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların təqsirli olaraq ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki az yaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəliliyini, onların şəxsiyyətini nəzərə alaraq onlara dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma əlavə cəzası təyin olunmalıdır. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət səciyyələndirilmələri, sonda əməllərini səmimi şəkildə etirаf edərək peşmаn оlduqlarını bildirmələri, pulu və hind quşunu aldıqları şəxsin ərizə ilə müraciət edərək onlara dəymiş zərərin ödəniləmsini və əsəbiləşərək təqsirləndirilən şəxslərin barəsində ərizə yazmaları, həmçinin aldıqları 300 manat pul, habelə 50 manat dəyərində 01 ədəd erkək hind quşu və 40 manat dəyərində 01 ədəd dişi hind quşunun dəyərinin əhəmiyyətli olmamaqla törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin az olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 04 (dörd) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanması yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanması yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbyacn Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Prokurorluğunda saxlanılan 38 metr uzunluğunda olan elektrik naqili dəyəri olmadığına görə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-153/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-153/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver